Məhkəmə qərarları › İş №1(001)-103/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-103/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-103/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs X9 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X9, xx.xx.1983-cü il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, 2-ci qrup əlil, orta təhsilli, işsiz, Qaradağ Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixli hökmü ilə CM-nin 221.2.1, 69.3-cü maddələri ilə 15% dövlət nəfinə tutulmaqla 10 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, 05.08.2019-cu il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilmiş, Zəngilan rayonu, Məmmədbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 8 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 180.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X14 zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin özgənin əmlakını açıq yolla talamaqla soyğunculuq etmişdir. Belə ki, X14 21 avqust 2021-ci il tarixdə saat 20.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, F.Vəliyev küçəsi, yeni tikililərdə yaşayan bacısı Zərərçəkmiş şəxs2 evinə gələrək orada sonuncunun, atası Şahid2 Qüdrət oğluna məxsus təqaüd hesab kartını götürməsi və qaytarmaq istəməməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əl və təpiklə Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyyələrinə vuraraq sağ 9-cu qabırğanın yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının yan səthinin qançırı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ dirsək oynağının, sol bazu nahiyəsinin, sağ diz oynağının qançırları, boyun nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirib Zərərçəkmiş şəxs2 həyatı üçün təhlükəli olmayan və CM-nin 126-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bundan başqa, X14 18 sentyabr 2021-ci il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, F.Vəliyev küçəsi, dalan 3 ünvanında kirvəsi Zərərçəkmiş şəxs1 aralarında yaranmış mübahisə zamanı avtomobildən düşürərkən yerə düşmüş içərisində 1 500 manat nəğd pul olan 5 manat dəyərində portmanatını yerdən götürüb və sonuncunun qaytarmaq tələblərinə baxmayaraq qaytarmayaraq açıq yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 oğluna ümumilikdə 1 505 manat məbləğində maddi ziyan vurmaqla soyğunculuq etmişdir. Məhkəmə iclasında ifadə verən X14 ona elan edilmiş Azərbaycan Respublikası CMnin 127.1 və 180.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, qeyd olunan ünvanda həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Həmin evdən bir az aralıda atası tək yaşayır, anası vəfat etmişdir.2-ci qrup əlil olduğu üçün heç bir yerdə işləmir, lakin aradabir fərdi əməklə məşğul olaraq fəhləlik edir, hörgü işlərini bacarır.Zərərçəkmiş şəxs1 onun həmyerlisidir, onlar kirvədirlər, həm də qonşuluqda yaşayırlar.Belə ki, 18 sentyabr 2021-ci il tarixdə axşam saat 22.00 radələrində o, yaşadığı evə piyada gələrkən qonşuluqda yaşayan Sarvanın «Damas» markalı avtomobili yolun ortasında saxladığını görüb ona demişdir ki, maşını yolun ortasından götürsün.Belə ki, o, evə gəlib dayısı oğluna məxsus ** PD *** qeydiyyat nişanlı Daevvoo Gentra markalı avtomobili götürüb həmin yolla çıxıb getmək istəmışdir.Belə ki, həmin avtomobil lizinqdədir və dayısı oğlu Rəfail avtomobili onların həyətdə saxlayır, maşının açarını ona vermişdir, Rəfailin evinin həyətində yer olmadığı üçün çox vaxt maşını onların evinin qabağında saxlayırmış, sonra o, lazım olanda maşını sürüb həyətə salırmış. O da həmin avtomobili arada bir idarə etməklə yaxınlıqdakı mağazalara sürüb, ərzaq alıb qayıdırmış, etibarnaməsi olmadığı üçün avtomobillə yola çıxmamışdır.Həmin vaxt avtomobili evinin qabağında olmuşdur.O, Sarvana maşını götürməsini dedikdə, Sarvan ona demişdir ki, bir azdan maşını götürəcək və təpiklə həmin maşının təkərlərinə vuraraq havasını yoxlamışdır.O, Sarvana yaxınlaşıb demişdir ki, “maşını sür kənarda saxla, sonra avtomobilin təkərlərinin havasını nə qədər istəyirsən yoxla”.Həmin vaxt Sarvan ona demişdir ki, “evinin qabağıdır, harda istəyirsə maşını saxlayar”.O,Sarvana yaxınlaşıb iradanı bildirərkən yanlarından Zərərçəkmiş şəxs1 keçirmiş.Orxan oradan keçəndə onlara bildirmişdir ki, “mübahisə etməyin çıxın gedin evinizə”. Belə ki, Orxan onunla qonşuluqda yaşayır, həmyerlisi olmaqla yanaşı həm də kirvəsidir.O, Orxanı kənara çəkmiş və demişdir ki, “bu nə sözdür deyirsən, səninlə kirvəyik, mənim tərəfimi saxlamaqdansa deyirsən ki, mübahisə etmə”. Orxan onunla kobud danışmış və cavabında demişdir ki, hər ikisinə irad bildirmişdir.Orxanın əlində sellofanda nəsə olmuşdur və onunla kobud danışdığı üçün Orxana demişdir ki, “bəlkə məni əlindəki ilə vurasan?” Orxana demişdir ki, gözləsin gəlir. O, evə yaxınlaşmış və ** PD *** qeydiyyat nişanlı avtomobilin mühərrikini işə salaraq sürmüş və Orxanın yanından keçəndə ona demişdir ki, əyləşsin maşına , həmin vaxt Orxan o deyən yerdə dayanmamış və çıxıb gedirmiş.Orxan avtomobildə yanında əyləşmiş və o maşını yenə də evlərinin yanına sürmüş və saxlamışdır.Orxana demişdir ki, “tüpürüm sənin qohum və kirvə olmağına , sən mənim tərəifmi saxlamaqdansa Sarvanın tərəfini saxlayırsan”.Orxan ona demişdir ki, o heç kimin tərəfini saxlamır, sadəcə olaraq demişdir ki, mübahisə etməsinlər.O, Orxana demişdir ki, “bu gündən səninlə olan münasibətlərimizə son qoyuram və çıx rədd ol maşından”.Bundan sonra, Orxan onunla mübahisə etməyə başlamış və yenə də israrla demişdir ki, o heç kimin tərəfini saxlamır və ona bildirmişdir ki, mübahisə etməsinlər.Bu zaman o, maşından düşmüş, Orxan tərəfə keçərək qapını açmış və demişdir ki, “rədd ol maşından gözüm bir də səni görməsin, səninlə qurtardım”. Orxan onunla yenə də mübahisə etməyə başlamış və maşından düşmək istəmədiyini görüb yaxasından yapışıb Orxanı zorla aşağı düşürmüşdür.Həmin vaxt Orxanın arxa cibindəki portmanat yerə düşmüş və bundan xəbəri olmayaraq iti yerişlərlə gedəndə o, Orxana bildirmişdir ki, “get ağıllı olanda portmanatını qayraram” və Orxanın portmanatını özünə göstərəndən sonra cibinə qoymşdur.Orxan geri dönüb ona demişdir ki, “portmanatımı qaytar, aldığı maaş portmanatın içindədir”. O, Orxana portmanatı qaytarmayacağını bildirəndə Orxan bildirmişdir ki, ondan şikayət edəcək və çıxıb getmişdir.O, da evə getmiş və həmin portmanatı evə qoymuşdur. 20 sentyabr 2021-ci il tarixdə polislər gəlib onu Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışdırlar. Təqsirləndirilən şəxs X14 əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma bacısıdır. Turanə 2013-cü il tarixdə Ruslan adlı şəxslə rəsmi nikaha daxil omuşdur, birgə nikahdan iki övladları vardır.Turanənin əri sonradan Rusiya Federasiyasına getmişdir.Turanə atası ilə yaşayırmış.Belə ki, anası 06 may 2021-ci il tarixdə vəfat etdiyi üçün Turanə atasına baxırmış.Sonradan atası ilə aralarında söz-söhbət yarandığı üçün Turanə ayırca ev tutmuş və orada yaşamağa başlamışdır.Belə ki, Turanə atasına baxmırmış, qulluq etmirmiş, həm də ki, atası ona demişdir ki, maaş kartını Turan onun əlindən almışdır. 21 avqust 2021-ci il tarixdə saat 20.00 radələrində o Turanənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, F.Vəliyev küçəsi, yeni tikililərdəki həyət evinə getmişdir.Turanə həyətdə xalça yuyanda Turanə ilə görüşmüş, hal-əhval tutandan sonra demişdir ki, “nəyə görə atama baxmırsan, üstəlik maaş kartını da əlindən almısan”. Turanə onu söymüş, təhqir etmiş və demişdir ki, “buna görə gəlmisən?”.Onu söydüyünə görə əsəbiləşərək Turanəyə bir şillə vurmuş, demişdir ki, “ağıllı ol” və çıxıb evə gəlmişdir.Sonradan onlar barışmışdırlar.X14 əlavə olaraq bildirmişdir ki, o, Orxanın əlindən zorla portmanatı almamışdır, Orxanı da vurmamışdır, belə ki, o, ikinci qrup əlildir.Belə ki, o, sadəcə Orxanın yaxasından tutub maşınından düşürmüşdür.Onun uşaqlarının hər ikisi, Tunar da, Elşad da azyaşlıdırlar.Orxanla mübahisədən sonra onlar bayıra çıxmış və bunu görmüşdürlər.O, Orxanla mübahisə edəndə onlar orada olmamışdırlar.Portmanatın içində nə qədər pul olduğunu dəqiq bilmir, o heç portmanatın içinə də baxmamışdır.O, portmanatı Orxanın özünə qaytaracaqmış və buna görə də evə qoymuşdur.Orxan maşina əyləşəndə əlindəki sellofanda olan feni arxa oturacağa atmış, düşəndə də götürməmişdir, fenin götürüb götürməməsinə o fikir veməmiş, heç yadında da qalmamışdır ki, fen oradadır.Sellofanın içindəkinin nə olmasını o, heç bilmirmiş, sonradan bilmişdir.Orxanla təxminən beş dəqiqə mübahisə etmişdirlər, ətrafda Sarvandan başqa heç kim olmamışdır, azyaşlı uşaqlarım sonradan maşının səsinə çölə çıxmışdırlar. Onun məqsədi o imiş ki, Turanə ilə aydınlıq gətirsin ki, nəyə görə atası ilə yola getməmiş, onu incitmiş, nə məqsədlə maaş kartını ondan almışdır.Turanə evdə tək olmuşdur, həyətdə xalça yuyurmuş, uşaqlar evdə olmuşdur, lakin o, uşaqları görməmişdir.O, Turanəni şillə ilə vurmuşdur, yer yaş olduğu üçün ola bilsin ki, ayağı sürüşərək yerə yıxılmışdır, lakin o, Turanəni təpiklə vurmamışdır.Turanə onun əllərini cırmaqlamışdır.Onu Turanə daşla vurmamışdır.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X9 təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, 2-ci qrup əlil olmasını, hər iki zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.Özü də ustalıq edir, fəhləliklə məşğul olur.18 sentyabr 2021-ci il tarixdə saat 22.00 radələrində o, işdən evə qayıdırmış.Əlində sellofan torbada fen olmuşdur.Belə ki, o, feni işə aparmışdır ki, düzəltdirsin, çünki iş yoldaşı elektrikdir, texniki avadanlıqları təmir edir.O, təqsirləndirilən şəxs Qürbətov Rəşadla qonşuluqda yaşayır, evlərinin arasında təxminən 300 metr məsafə olmuşdur.Rəşad onun həmyerlisidir, həm də ki, kirvəlik münasibətləri olmuşdur.Evlərinin yaxınlığında görmüşdür ki, Rəşad Sarvanla mübahisə edir.Sarvan da qonşuluqda yaşayır. Mübahisəyə səbəb o olmuşdur ki, Sarvan öz Damas markalı avtomobilinin yanında durub ayağı ilə maşının təkərlərinə vuraraq havasını yoxlamışdır. Bu zaman Rəşad da orada olmuşdur. Rəşad Sarvana demişdir ki, “maşını niyə təpikləyirsən?” Sarvan da Rəşada demişdir ki, “bibim oğlunun maşınıdır, qıraq adam deyil, təkərlərin havasını yoxlayıram”. Rəşad isə Sarvana nəsə demiş və üstünə hücüm etmək istəmişdir.Onlar mübahisə edəndə o, onlara yaxınlaşaraq demişdir ki, mübahisə etməsinlər və Rəşada demişdir ki, yaxşı deyil çıxıb getsin.Həmin vaxt Rəşad Sarvandan aralaşmış və onun üstünə gələrək demişdir ki, “səninlə kirvəyik, həmyerliyik mənim tərəfimi tumaqdansa mənə deyirsən ki çıx get”.O, Rəşada demişdir ki, mübahisənin böyüməməsi üçün onlara belə demişdir.Bu vaxt Rəşad ona demişdir ki, “sən burda gözlə gəlirəm, səninlə işim var”. Rəşad getmiş, evinin qarşısında olan Daevvoo Gentra markalı, ** PD *** qeydiyyat nişanlı maşını yanına sürmüş və demişdir ki, əyləşsin.O, maşının salouna, yanındakı oturacağa əyləşmiş və feni də arxa oturacağa tullamışdır.Rəşad maşını sürmüş və evlərinin yanında saxlamışdır.Maşını sürə-sürə ona demişdir ki, “birincisi sən nəyə görə Sarvanın tərəfini saxlayırsan biz kirvə ola-ola, ikincisi isə məsələdən xəbərin olmaya-olmaya nəyə görə müdaxilə etdin?” Sarvan bu sözdən sonra onu söyüb təhqir etməyə başlamışdır.O, çalışmışdır ki Sarvanı başa salsın ki, Sarvanın tərəfini saxlamamışdır, o, mübahisənin böyüməməsi üçün belə etmişdir. Lakin Rəşad onu eşitməyərək söyüş söyməkdə davam etmiş və maşından düşərək onun tərəfdən qapını açmışdır.Ona demişdir ki, “maşından düş rədd ol, çıx get, biz artıq kirvə deyilik, sən kirvəliyin də qanunlarını pozdun”. O, yenə də Rəşadı başa salmaq istəsə də Rəşad onun sözlərinə əhəmiyyət verməyərək yaxasından yapışaraq onu çölə atmış və o, yerə yıxılmışdır.Rəşad yerdə onu təpikləməyə başlayanda o, birtəhər Rəşadın əlindən çıxaraq qaçmışdır.Qaçanda görmüşdür ki, cibimdə portmanatı yoxdur və Rəşada demişdir ki, portmanatmı qaytarsın, onun içində məvacibi vardır. Belə ki, o, həmin gün məvacib almış, portmanatımda isə 1500 manat pulu olmuşdur. Bundan başqa portmanatın içində metro kartı, resept də olmuşdur.Lakin portmanatı qaytarmamışdır. O, oradan çıxıb evinə getmişdir.Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, Rəşad həmin vaxt heç birini vurmamışdır.Rəşad onu maşında söyüb təhqir edərək maşından düşmüşdür və yaxasından yapışaraq zorla çıxaranda yerə yıxılmış və onu yerdə də təpikləməyə başlamışdır.Rəşad onu yerə yıxanda portmanatı cibindən götürmüşdür, çünki əlində portmanatı ona özü göstərmişdir, cibindən necə götürdüyünü o görməmişdir.Rəşad onu vuranda Sarvan orada olmuşdur və sonradan Rəşadın iki oğlu da bayıra çıxmışdırlar.Rəşadın iki oğlu sonradan bayıra çıxsalar da Rəşad iki oğlunun yanında onu təhqir edərək portmanatını qaytarmayacağını bildirmişdir.Həmin vaxt o, artıq çıxıb gedirmiş, oğlanları da həmin vaxt Rəşadın yanında olmuşdurlar.O, bir gün gözləmişdir ki, bəlkə Rəşad pulu qaytarar , qaytarmadığı üçün o, 19 sentyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat verməklə Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir.1 500 manat pulu ona işdən əmək haqqı kimi vermişdirlər.Belə ki, Saray postunun yanında yerləşən Bolmartın arxasındakı tikintidə günü 35 manatdan fəhlə işləyir. 43 günün pulu kimi ona 18 sentyabr 2021-ci il tarixdə 1500 manat pul vermişdirlər. Fenin qiyməti 45 manat, portmanatın qiyməti isə 5 manat olmuşdur. Əvvəllər Rəşadla yaxşı münasibətləri olmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona vurulan ziyanı tam ödədiyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qeyd olunan ünvanda azyaşlı övladları ilə birlikdə yaşayır.Hal-hazırda, heç bir rəsmi yerdə işləmir.2012ci il tarixdə Ruslan Əmiraslanov ilə rəsmi nikah münasibətinə daxil olmuşdur.Əvvəllər qardaşı X14 ilə birlikdə yaşamış, lakin sonradan qardaşı ailə həyatı qurduqdan sonra ayrıca yaşamağa başlamışdır.İlk vaxtlar hər şey yolunda getmiş, sonradan qardaşı Rəşad atası ilə qaldığı ünvana gələrək yersiz şəkildə mübahisələr yaratmağa başlamışdır.Həmin müddətdə isə o Rəşadın hərəkətlərinə önəm verməsə də sonradan Rəşadın yolunu azdığını görüb ona haqlı şəkildə iradını bildirməyə başlamışdır.O, məcbur olub başqa ev tutmuş və orada uşaqları ilə yaşamağa başlamışdır.Anası dünyasını dəyişdikdən sonra özünə məxsus olan qızıllarını ona vermişdir. O da hazırki yaşadığı ünvanda övladları ilə birlikdə qalır.Hadisə ilə bağlı bildirmək istəmişdir ki, hadisə baş verən 21 avqust 2021-ci il tarixdə saat 20.00 radələrində yaşadığı evdə olan zaman evin həyətində xalça yuyurmuş, gəlinləri Lamiyə də evdə olmuşdur.Bu zaman qardaşı Rəşad evə gəlmişdir.Görüşdükdən sonra ona yaxınlaşaraq nə səbəbə atasına baxmadığını və atasının ondan pul istədiyini bəhanə edib onunla ilk növbədə sözlə mübahisə etməyə başlamış, daha sonra mübahisə qızışmağa başlamış, belə ki, Rəşad mübahisə zamanı onu pis sözlərlə söyməyə başlamışdır.Daha sonra o gözləmədiyi anda Rəşad sifətinə yumruq zərbəsi vurmuş, o da almış zərbənin təsirindən yerə yıxılmışdır.O yerdə olan zaman Rəşad ondan əl çəkməyərək onu bir neçə dəfə vurmuş, həçminin də təpiklə onun kürək nahiyəsinə zərbə endirməyə davam etmişdir.O da baş vermiş hadisə ilə bağlı DİN-nin 102 saylı xidmətinə məlumat vermişdir.Rəşadla aralarında mübahisə edən zaman Rəşad onu yumruq və təpik zərbələri vurduğundan, o da özünü müdafiə etmək üçün Rəşadın barmağını dişləmişdir.Həmin vaxtı orada o və Rəşad olmuşdur, azyaşlı uşaqları evdə olmuşdurlar və mübahisəni görməmişdirlər. Mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir.Rəşadın əlində heç bir əşya olmamışdır.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X11 təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tam ödədiyini, ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Rəşad və Orxan onunla qonşuluqda yaşayırlar.Belə ki, 18 sentyabr 2021-ci il tarixdə axşam saat 22.00 radələrində o yaşadığı evin qarşısında imiş.Damas markalı avtomobilinin təkərləri boş olduğu üçün avtomobilin təkərlərinə ayağı ilə vurmuşdur ki, təkərlərin havasını yoxlasın.Bu zaman Rəşad oradan keçirmiş və ona demişdir ki, maşını yolun ortasından götürsün.O, Rəşada bildirmişdir ki, “sən nə vaxt maşınla buradan keçsən mən maşını qırağa çəkərəm”. Bu zaman Rəşad ona demişdir ki, “maşını yolun ortasında saxladığın bəs deyil, hələ mənə də irad bildirisən?”. Bu zaman oradan keçən Orxan onlara bildirmişdir ki, “mübahisə etməyin” və onlara tərəf yaxınlaşanda, Rəşada demişdir ki, evə çıxıb getsin.Həmin vaxt Rəşad Orxana yaxınlaşmış və Orxanı kənara çəkmişdir.Orxana Rəşad nəsə demiş və söyməyə başlamışdır.Sonra isə Rəşad iti sürətlə oradan aralaşıb Daevoo Gentra markalı avtomobillə ora gələrək Orxanı maşınına mindirmiş və sürüb getmişdir.Rəşad maşınını öz evlərinin qabağında saxlamışdır.Onlar bir az maşında söhbət etmiş və çox keçmədən Rəşad maşından düşərək Orxan tərəfə gəlmişdir.Rəşad zorla Orxanı sürüyərək maşından düşürmüşdür. Orxan maşından yerə yıxılmış və durub qaçmağa başlamışdır.Həmin vaxt Rəşadın oğlu Tunar bayıra çıxmışdır.Orxan da Rəşada qışqıraraq nəsə demiş və çıxıb getmişdir.O, isə bir müddət orada qalandan sonra çıxıb getmişdir.Rəşad onu vurmamışdır.Həmin vaxtı orada o, Rəşad və Orxan olmuşlar.Rəşad həmin vaxtı Orxanı vurmamışdır.Rəşad Orxanın yaxasından tutub maşından çıxaranda Orxan yerə yıxılmış və durub qaçmışdır.Yerə yıxılanda Rəşad yerdən onun portmanatını götürmüş, portmanat Orxanın cibindən yerə düşmüşdür. Məhkəmə baxışı zamanı Şahid2 Qüdrət oğlunun elan olunmuş ifadəsinə əsasən məlum olur ki, oğlu Rəşad arabir yaşadığı evə gəlir.Rəşad həm onunla qalır, həm də ki yoldaşıgildə.Rəşad iki azyaşlı nəvəsi Elşad və Tunarla həyat yoldaşı Səadətlə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 8 ünvanında yaşayırlar.Qızı Turanə də aradabir yaşadığı evə gəlirmiş, lakin ayrı ünvanda yaşayırmış.Belə ki, Zərərçəkmiş şəxs1 onun həmyerlisidir, həm də ki, kirvəlik münasibətləri olmuşdur.Zərərçəkmiş şəxs1la oğlu Rəşad arasında 18 sentyabr 2021-ci il tarixdə mübahisə baş vermiş və onun sonradan bundan xəbəri olmuşdur. Belə ki, 19 sentyabr 2021-ci il tarixdə Orxan ona bu barədə demişdir.Belə ki, Orxan gəlib ona demişdir ki, Rəşadla mübahisə etmiş və içərisində 1500 manat pul olan portmanatını və bir ədəd fenini götürmüşdür.O, Orxana demişdir ki, əgər Rəşad onun pulunu götürübsə qaytarar.Bundan sonra, Orxan çıxıb getmişdir.Sonra o bu barədə Rəşada bildirmişdir və Rəşad həqiqətən də Orxanın portmanatını götürdüyünü və evə qoyduğunu demişdir, lakin Rəşad onun içində pul olub olmadığını ona deməmişdir. Bundan başqa, ona demişdir ki, Orxanın feni maşının arxa oturacağının üstüntədir.O, bir gündən sonra Rəşadın həyat yoldaşıgilə gedib həmin portmanatı və maşındakı feni götürmüş və evə gətirmişdir.Sonra Orxana zəng vurmuş və evə çağırmışdır.Feni də portmanatını da qohumu Arzuman vasitəsilə Orxana vermişdir.Orxan portmanatını götürmüş və içinə baxmışdır.Orxan bildirmişdir ki, pulları yerindədir və feni də götürüb çıxıb getmişdir.Gedəndə Orxana bildirmişdir ki, Rəşad barədə şikayət ərizəsi yazmışdır, getsin ərizəsini geri götürsün.Bundan əlavə qızı Turanə ilə aralarında olan xırda sözsöhbətə görə Turanə uşaqlarını da götürüb Biləcəri qəsəbəsində kirayə ev tutaraq orada qalırmış.X21 arasında 21 avqust 2021-ci il tarixdə mübahisə baş vermişdir.Belə ki, Rəşad Turanənin evinə gedərək onunla söz-söhbət yaratmış və aralarında dava baş vermişdir.Rəşadın Turanə ilə mübahisə etməsinə səbəb onun təqaüd kartını Rəşad Turanədən istəmişdir.Bundan başqa, həyat yoldaşı vəfat etdiyindən qulluğa ehtiyacı olduğunu bildirmişdir.Bununla belə o, öz qızına və oğluna irad bildirərək dava etməmələrini tövsiyyə etmişdir. Məhkəmə baxışı zamanı şahid X3 elan olunmuş ifadəsinə əsasən məlum olur, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır.90 PD 219 qeydiyyat nişanlı Daevvoo Gentra markalı avtomobil "xxxx" MMC-yə məxsusdur.O, həmin avtomobili lizinq yolu ilə götürməklə idarə edirmiş.Belə ki, Qürbətov Rəşad onun qohumudur, onlarla qonşuluqda yaşayır.Aradabir o, maşını onların həyətində saxlayırmış, açarı da Rəşada verirmiş.Belə ki, onun evinin qarşısı dar küçə olduğundan maşını saxlamağa yer olmurmuş.Bu məqsədlə o, Rəşadgilin evinin həyətində maşınını saxlayırmış. Həmişə də maşınının açarını Rəşada etibar etmişdir.Həçinin, o, bildirmişdir ki, onun Rəşad ilə Orxan arxasında olan mübahisədən xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı şahid X5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Qürbətov Rəşad onun atasıdır.Atası arada bir ** PD *** qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil qohumları Rəfailə məxsusdur.Bununla belə həmin maşını atası da sürür və atası maşını evlərinin qarşısında saxlayır.18 sentyabr 2021-ci il tarixdə saat 22.00 radələrində o, qardaşı Elşadla evdə olmuşdur.Bu zaman bayırdan atasının maşınının səsini eşitmişdir.O, qardaşı ilə bayıra çıxmış və görmüşdür ki, atası maşının yanındadır, ondan bir az aralıda qonşuları Sarvan durmuşdur.Qohumları Orxan isə aralıda imiş və qışqıraraq atasına nəsə demişdir.O, atasından nə olduğunu soruşmuş, atası bir söz deməmişdir.Orxan da çıxıb getmişdir.Sonra atası maşının qapılarını bağlamış və çıxıb evə gəlmişdirlər.X12 əlavə olaraq bildirmişdir ki, o, atası ilə Orxan arasında olan mübahisələri görməmişdir. Məhkəmə baxışı zamanı şahid X6 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Qürbətov Rəşad onun atasıdır.Atası aradabir ** PD *** qeydiyyat nişanlı avtomobili idarə edir. Həmin avtomobil qohumları Rəfailə məxsusdur.Bununla belə, həmin maşını atası da sürür və atası maşını evlərinin qarşısında saxlayır.18 sentyabr 2021-ci il tarixdə saat 22.00 radələrində o qardaşı Elşadla evdə olmuşdur. Bu zaman bayırdan atasının maşınının səsini eşitmişdir.O, qardaşı ilə bayıra çıxmış, və görmüşdür ki, atası maşının yanındadır, ondan bir az aralıda qonşuları Sarvan durmuşdur.Qohumları Orxan isə aralıda imiş və qışqıraraq atasına nəsə demişdir.O, atasından nə olduğunu soruşmuş, atası bir söz deməmişdir.Orxan da çıxıb getmişdir.Sonra atası maşının qapılarını bağlamış və çıxıb evə gəlmişdirlər.X13 əlavə olaraq bildirmişdir ki, o, atası ilə Orxan arasgnda olan mübahisələri görməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizasının 25 avqust 2021-ci il tarixli, 1323 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ 9-cu qabırğanın yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının yan səthinin qançırı, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun əsasının qançırı, sağ dirsək oynağının, sol bazu nahiyəsinin, sağ diz oynağının qançırları, boyun nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsrindən törənmişdir, 21.08.2021-ci il tarixinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar məhkəmə psixiatrik ekspertizasının 06 noyabr 2021-ci il tarixli 3709 saylı rəyinə əsasən məlum olur ki, cinayət əməli törətdiyi zaman X14 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur.Buna görə onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür.X14 ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır.Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnaməyə və hökmün surətinə əsasən məlum olur ki, X14 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək Qaradağ Rayon Məhkəməsinin 30.03.2018ci il tarixli hökmü ilə 10 ay 27 gün islah işlərinə məhkum olunmuş, 05.08.2019-cu il tarixdə cəza müddəti bitmişdir.Buna görə də, CM-nin 83.3.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəzasının çəkdiyi vaxtdan 1 (bir) il müddət keçdiyinə görə təqsirləndirilən şəxs X9 məhkumluğu ödənilmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs X9 təqsirini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, 2-ci qrup əlil olmasını,zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X9 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı notarial qaydada təqsdiq olunmuş ərizəsinə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxs X14 ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsinə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxs X14 ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, müdafiəçinin çıxışını, zərərçəkmiş şəxsləri, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, X9 CM-nin 127.1-ci və 180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, X9 əməli CM-nin 127.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməli, habelə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, vurulmuş ziyanı ödəməsi və bu barədə yazılı ərizə verməsi nəzərə alaraq, cinayət təqibinə xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 127.1-ci maddəsilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək Zərərçəkmiş şəxs2 ilə barışdığına, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödədiyinə və zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməli və həmin maddə üzrə icraata hissəvi xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki,Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bundan başqa, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X14 cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X14 CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, X9 20 sentyabr 2021-ci il tarixdən – 19 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 30 (otuz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və X10 qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən qəbul olunmuş 20 sentyabr 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, X14 20 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, X10 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməli və hökm qanuni qüvvəsini alanadək X14 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, X14 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 8 ünvanda yerləşən mənzildə çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli X14 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, cəza çəkdiyi bütün dövr ərzində X14 elektron nəzarət vasitəsi tətbiq edilməli, X10 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, X14 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X20 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və həmin maddə üzrə icraata hissəvi xitam verilsin. X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. X20 oğlunun 20 sentyabr 2021-ci il tarixdən – 19 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 03 (üç) ay 30 (otuz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və R.İ.Qürbətova qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X14 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 8 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli X14 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində X10 elektron nəzarət vasitəsi tətbiq edilsin. X10 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. X14 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X14 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Hökm qanuni qüvvəsini alanadək X14 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxs X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar