Məhkəmə qərarları › İş №1(001)-103/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-103/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-103/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1978-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 fevral 2022-ci il tarixdə saat 11.00 radələrində Firuza Allanovanın kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi nömrəsiz evin tavanını özü ilə gətirdirdiyi balta ilə sındırıraraq evə qanunsuz daxil olaraq sonuncuya məxsus otaqda yerləşən yük çantasının içərisində yerləşən pul kisəsində olan məzənnə ilə 765 manat təşkil edən 450 ABŞ dolları məbləğində nəğd pul və 01 ədəd qara rəngli 65 manat dəyərində “Samsung J2” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Firuza Allanovaya ümumilikdə 830 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Oğuz rayonu, Xaçmaz kəndində qeydiyyatda olsa da, Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi, A.Ələsgər küçəsi döngə 5-də fərdi nömrəsiz evdə 7-8 günə yaxındır ki, kirayə yaşayır.Evin həyətyanı sahəsinin qapısının açarı bir ədəd olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 08.00 radələrində onunla eyni otaqda kirayə qalan Anar adlı şəxsi işə yola salaraq qapının kilidini bağlayaraq öz otağına gəlmişdir.Həmin gün təxminən saat 10.00 radələrində mağazaya gedərək spirtli içki alaraq qəbul etmişdir.Belə ki, ev sahibi ilə bir həyətdə yaşadığı üçün mətbəxdə qaz peçinin borusunu kəsib düzətmək üçün bıçaq almışdır.Spirtli içki qəbul etdiyi üçün və pulu olmadığından onunla eyni həyətdə digər otaqda ayrı kirayə qalan adını bilmədiyi qadının otağına girərək oğurluq etmək qərarına gəlmişdir.Oğurluq etmək üçün evin tavanını kəsərək qonşu otağa həmin qadının qaldığı otağa girməyi planlaşdırmışdır.Həmin gün saat 11.00 radələrində o, kimsənin olmadığına əmin olduqdan sonra evdə olan özünə məxsus iş baltasını götürərək otağın qapısının ağzından, yəni qadının qaldığı otaq tərəfdən tavanı kəsməyə başlamışdır.Belə ki, o, balta ilə tavanı kəsdikdən sonra evin dam hissəsinə qalxmışdır.Özü ilə apardığı balta ilə orada kirayə qalan adını bilmədiyi orta yaşlı qadının qaldığı otağın tavan hissəsini kəsib otağa daxil olmuşdur.Otaq balaca olduğundan evə nəzər salmışdır, ilkin olaraq stolun üzərində olan “SAMSUNG J2” markalı mobil telefonunu götürüb şalvarının sağ yan cibinə qoymuşdur.Bundan sonra yataq yerinin (taxtın) yanında olan içi paltarlarla dolu çantanın ağzını açmışdır.Çantanı açarkən üst hissəsində qara rəngli pul kisəsini görmüşdür.Pul kisəsini açarkən açıq vəziyyətdə olan 4 ədəd 100-lük və 01 ədəd 50-lik ABŞ dollarını görmüş və götürüb sağ yan cibinə telefonun yanına qoymuşdur.Çantanı açıq vəziyyətdə qoyaraq həmin otağı girdiyi yerdən tərk edib öz qaldığı otağa keçmişdir.Üst-başını dəyişib səliqəyə saldıqdan sonra evi tərk edərək çıxıb getmişdir.Oradan çıxdıqdan sonra bir qədər piyada gedərək taksı saxlatmış və sonuncuya ABŞ dolları milli pula dəyişilən yerin olduğu yerə sürməyini bildirmiş və həmin taksi sürücüsü 200 ABŞ dollarını milli pula çevirmək üçün köməklik etmişdir.Bundan sonra o, əldə etmiş olduğu pulları şəxsi ehtiyaclarına xərcləmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, yəni zərərçəkmiş şəxsə məxsus olan mobil telefonu qaytarmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, hal-hazırda fərdi işlə məşğuldur.Belə ki, qeyd olunan ünvanda 1 ilə yaxındır ki, qeyd olunan ünvanda ev sahibi ilə bir həyətdə lakin ayrı-ayrı otaqlardan ibarət olan evin bir otağında tək halda kirayədə qalır.Özü Şəki şəhərində doğulmuş, Şəki şəhərində azərbaycan dili üzrə Şəki şəhəri 2 nömrəli İnternat məktəbdə azərbaycan dilində təhsilini almışdır.02 yanvar 2020-ci il tarixdə vətəndaşı olduğu Türkmənistan Respublikasından Azərbaycan Respublikasına gəlmiş, lakin “Covid 19” virusu səbəbindən bağlı karantin rejimi ilə əlaqədar olaraq vətəndaşı olduğu ölkəyə geri qayıda bilməmişdir.Həmin müddətdə o, özünə uyğun xadimə işi taparaq işləməyə başlamış, iş vaxtı gün ərzində səhər saat 08.00 radələrindən axşam saat 22.00 radələrinədək nəzərdə tutulmuşdur.Belə ki, kirayə qaldığı ev bir otaqdan ibarətdir.Hadisə baş verən gün, yəni 27 fevral 2022-ci il tarixdə saat 11.00 radələrində kirayə qaldığı evdən çıxaraq açarı özü aparmışdır.Həmin gün saat 14.00 radələrində evin sahibi İntizar xanım ona zəng vuraraq onu təcili evə dəvət etmişdir.Həmin gün o, kirayə qaldığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, döngə 5, A.Ələsgər küçəsində yerləşən fərdi nömrəsiz evə yollanmışdır. Kirayə qaldığı evə daxil olan zaman evin tavanın sındırıldığını, otaqda olan əşyaların dağınıq halda olduğunu aşkar etmişdir.Belə ki, o, əşyalarını yığdığı çantanın açıq şəkildə olduğunu görüb həmin çantada pul kisənin olduğunu xatırlayıb pul kisəsinin içərisinə nəzər yetirdikdə pul kisəsində olan 450 ABŞ dolları məbləğində nəğd pulun, həmçinin də ona məxsus olan 01 ədəd “Samsung J2” markalı mobil telefonunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir.Baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi RPİ-nin 6-cı PB-də şikayət ərizəsi yazmışdır.Həmçinin, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxs X2 telefonu qaytarılsa da, qalan ziyan ödənilməmişdir, ona görə də, o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadə verən şahid, eyni zamanda zərərçəkmiş şəxs X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Şahid1 bildirmişdir ki, hal-hazırda heç bir rəsmi yerdə işləmir.Həyat yoldaşı uzun müddətdir ki, vəfat etdiyindən ailəni dolandırmaq çətinləşdiyindən yaşadığı evin həyətində kirayə vermək üçün ayrı-ayrı 3 otaq tikdirmişdir.Həmin otaqların birində birində 1 ilə yaxındır ki, Firuza Allanova tək yaşayır.Orta otaqda isə bir həftədir ki, 2 kişi qalır və 2 gündür sonuncuların yanına Anar adlı şəxs gəlmişdir.Həmin şəxslərdən biri 2 gün bundan əvvəl dalaşdıqları üçün evdən çıxarmışdır.Anar ilə Polad adlı şəxs orta evdə qalırdılar. O, həmin şəxslərdən evə daxil olan kimi sənəd tələb etsə də lakin Anar versə də, Polad verəcəyini bildirmişdir.xx.xx.2022ci il tarixdə saat 8-də Polad sonuncu ilə eyni otaqda qalan Anar adlı şəxsi işə yola salaraq həyətyanı sahənin qapısının açarı bir ədəd olduğundan Polad qapını bağlayaraq evə qayıtmışdır.Həmin gün saat 13:30 radələrində Polad o, yaşayan evin qapısını döyərək ondan qaz borusunu kəsib düzəltmək üçün bıçaq istəmişdir.O, bıçağı sonuncuya verməklə yanaşı qaldığı otağa getmişdir.Polad mətbəxdə işləyirdi və ona bildirmişdir ki, “xala narahat olma sən çıx get sənə ehtiyac yoxdur”.Bu səbəbdən o, otağı tərk edərək öz evinə getmişdir.Təxminən 30 dəqiqədən sonra Polad qalan otağa baxmaq üçün gələrkən mətbəxə girən zaman otağın toz-torpaq olduğunu görmüşdür.Poladın həmin yerdən Firuzanın otağına keçərək oğurluq etməsindən şübhələndiyi üçün Firuzanın qaldığı otağın açarı onda olmadığı üçün zəng edərək evə çağırmışdır.Firuza gəldikdən sonra sonuncunun otağına baxan zaman sonuncu da otağının tavanının kəsilərək otaqda olan paltar yığdığı çantadan oğurluq edildiyini bildirmişdir.Bundan sonra o, Poladla bir otaqda qalan Anara zəng edərək evə çağırmışdır.Bundan sonra DİN-nin 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, hal-hazırda heç bir rəsmi yerdə işləmir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində tikilidə işləyərkən qalmağa yeri olmadığı üçün həmin tikilidə usta işləyən özünü Polad adlı şəxs kimi təqdim edərək sonuncunun kirayə qaldığı evdə yer olduğunu bildirərək həmin ünvana gəlmişdir.Poladın qaldığı yer ev sahibinin evi ilə eyni həyətdə və bir otaqlı olduğunu görmüşdür.Onlar həmin evə gələrkən evdə sonradan adı İlham kimi bildiyi şəxs var idi.xx.xx.2022-ci il tarixdə axşam saatlarında İlhamla Polad səs-küy saldıqları üçün ev sahibi kimi tanıdığı qadın İlhamı evdən qovmuşdur.Belə ki, 2 gündür ki, Polad kimi tanıdığı həmin şəxslə qalırdı.Onlardan başqa həmin evin digər ayrı otağında adını bilmədiyi orta yaşlı qadın qalır. Evin həyətyanı sahəsinin açarı bir ədəd olduğu üçün xx.xx.2022-ci il atrixdə saat 08.00 radələrində kirayə qaldığı evdən çıxaraq işə gedərkən ev sahibi olan xanım Polad ilə onu yola salaraq qapını bağlamışdır.Təxminən saat 17:35də ev sahibi xanım ona zəng edərək onun təcili evə gəlməyini bildirmişdir.Nə baş verdiyini soruşduqda Poladın evi uçurduğunu bildirmişdir.O, işini yarımçıq qoyaraq kirayə qaldığı evə gəlmişdir.O, evin həyətinə girəndə bilmişdir ki, Polad zərərçəkmiş Firuza Allanovanın qaldığı otağın tavanı kəsməklə otağa daxil olmuş və oğurluq etmişdir.Polad həmin gün ev sahibi olan xanımdan bıçaq almış və evdə nəyisə təmir edəcəyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 13 aprel 2022-ci il tarixli, 9/1843 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Samsung” markalı “J2” model mobil telefonun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 65,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayandır. İş materiallarında olan, məhkəmə baxışı zamana təqdim edilən zərərçəkmiş şəxs X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Şahid1 yazılı ərizəsinə əsəsən məlum olur ki, X3 dəymiş 830 manat ziyan ödənilməmişdir və zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, məhkəmə baxışı zamanı toplanmış sübutlara, zərərçəkmiş şəxsin elan olunmuş ifadəsinə, eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələrinə əsasən məlum olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənilməsini, yəni zərərçəkmiş şəxsə məxsus telefonu qaytarmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı PBnin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Elgün Əliyev tərəfindən tərtib olunmuş “axtarışda olan şəxsin tutulması haqqında” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yaxalanaraq Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmişdir.Həmçinin, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 1119/2022 saylı qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs seçilməsi və həbsdə saxlanma müddətinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, Binəqədi rayon Polis İdarəsinin 01 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərara əsasən məlum olur ki, xx.xx.1978-ci il tarixdə Oğuz şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdə tutulmuş, Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, müstəntiq Ramil Qabulovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi və Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin təyin edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – iş üzrə maddi sübut-1 ədəd Samsung J2 markalı mobil telefonun sahibi X3 qaytarılması nəzərə alınmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 25 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 mart 2022-ci il tarixdən 03 mart 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 1 (bir) il (11) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhurm etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut-1 ədəd Samsung J2 markalı mobil telefonun sahibi X3 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 25 (iyirmi beş) saat hüquqi xidmətin dəyəri 150 (yüz əlli) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB*************** *****, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar