Məhkəmə qərarları › İş №1(001)-103/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-103/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-103/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 27-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, nömrəsiz fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan birgə istifadə etmələri üçün verdiyi 50 manat pulun müqabilində tanışı Şahid4 vasitəsi ilə 28 fevral 2023-cü il tarixində gecə saatlarında qonşuluqda yaşayan X1 yaşadığı ünvan 1 ünvanında satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan bir ədəd şəffaf polietilen bükümdə qəhvəyimtil rəngli, axıcı kütlə şəkilli maddə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib az bir hissəsini istifadə etmək üçün Şahid4 verdikdən sonra qalan hissəsini üzərində saxlamaqla daşımış, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 01 mart 2023-cü il tarixində saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən Məscidin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən 43-cü Polis bölməsinə gətirilmiş və həmin gün saat 14.15-də üzərində aparılmış axtarış zamanı satış məqsədi olmadan qanunsuz olaraq Şahid4 vasitəsi ilə əldə edib üzərində saxladığı bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan bir ədəd şəffaf polietilen bükümdə qəhvəyimtil rəngli, axıcı kütlə şəkilli maddə kustar üsulla hazırlanmış təmiz çəkisi 1,602 qram narkotik vasitə heroin onun sağ ayağında olan qara rəngli çəkmənin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə ittihamda qeyd edilən miqdarda olmamış, yalnız bir dəfə istifadə ediləcək miqdarda narkotik vasitə üzərindən aşkar edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid2 şəxsi axtarışda iştirak etsə də, onu həmin şəxs saxlamamışdır. Belə ki, ona başqa 2 adam yaxınlaşmış və Tural müəllimin onu görmək istədiklərini bildirmişlər. Özü könüllü şəkildə avtomobilə əyləşərək, polis bölməsinə getmiş və orada üzərində qadağan olunmuş əşya olması sual edildikdə etiraf etmiş və üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir. Həmçinin Şahid1 da onun saxlanmasında iştirak etməmişdir, o, sonuncunu da bölmədə görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Şahid4 narkotik vasitə almaq üçün 50 manat pul verdiyini, özünün kənarda dayandığını, Rafiqin Əbdülkərimdən bir qram narkotik vasitə alıb gətirdiyini, bir hissəsini birlikdə istifadə etdiklərini, az miqdarda qaldığını onu da üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. O, Bakı şəhəri, Binəqədi RPİ-in 43-cü PBdə xadimə olaraq çalışır. Təqsirləndirilən şəxs qadın olduğundan ondan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi xahiş olunmuşdur. O da baxış keçirmiş, sonuncunun cibində bir ədəd mobil telefon olmuş, bundan başqa sağ ayağında olan qara çəkmənin içindən qızılı rəngdə bir balaca büküm aşkar etmişdir. Təqsirləndirilən şəxs peşmanlıqla ağlayırdı, üzərindən aşkar edilmiş bükümlə əlaqədar ağrıları olduğunu, canın çox ağrıdığını, narahat olduğunu, ağrılarını kəsmək üçün istifadə etdiyini bildirmişdir. Sonuncu onun üzərinə baxış keçirməsinə hər hansı bir etiraz etməmişdir, üzərindən aşkar edilmiş büküm zərfə qoyulmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43cü PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. 01 mart 2023-cü il tarixdə, saat 12-13 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, məscidin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq, sonuncunu Polis Bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni ağrıları olduğu üçün istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitə bir büküm olmuş, öz şəxsi istifadəsi üçün Rafiq adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlayan zaman onunla birgə əməliyyat müvəkkili Şahid1 olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-in 24-cü PB-də əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, məscidin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə dəvət etmişlər. Şəxsi saxlamamışdan əvvəl bir az kənardan izləmiş, sonuncunun özünü şübhəli aparmasını müşahidə etmişlər. Bölmədə sonuncunun üzərinə baxış keçirilmiş və narkotik vasitə aşkar olunmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs tək olmuş, narkotik vasitədən istifadə etdiyini etiraf etmiş, Rafiq adlı şəxsdən 50 manat müqabilində aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, əvvəllər 2 il narkotik vasitədən istifadə etmişdir, lakin müalicə almış, müalicəsini təzə başa vurmuşdur. Artıq 7 aydır narkotik vasitədən istifadə etmir. Ağrıları olduğu üçün narkotik vasitədən istifadə etmişdir. Təqsirləndirilən şəxs az müddətdir tanıyır. Hadisə günü Təqsirləndirilən şəxs ilə birlikdə narkotik vasitə əldə edərək istifadə etmişlər. Belə ki, Təqsirləndirilən şəxs ilə birlikdə olan zaman məhəllədə narkotik vasitəni əldə etdikləri X7 məhəllədə qarşılarına çıxmışdır. Həmin şəxsi əvvəldən tanıyır, onunla bir məhəllədə yaşayırlar, əvvəllərdə iki dəfə həmin şəxsdən narkotik vasitə götürmüşdür. Təqsirləndirilən şəxs ilk dəfə idi onu narkotik vasitə almağa göndərirdi, o gedib X3 narkotik vasitəni götürmüş, Təqsirləndirilən şəxs isə kənarda gözləmişdir. Götürdükləri narkotik vasitəninin bir hissəsini birlikdə istifadə etmişlər, bir qədər narkotik vasitə qalmışdır, qalıq narkotik vasitəni isə Təqsirləndirilən şəxs özündə saxlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-in 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (cild 1, i.v 1-2) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (cild 1, i.v 6-7) xx.xx.2023-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:40-da şübhəli şəxs qismində tutulmuş, onun faktiki azadlığı xx.xx.2023-cü il tarixdə saat 12:00-dan məhdudlaşdırılmışdır. (cild 1, i.v 20) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu və sağ ayağında olan qara rəngli çəkmənin içərisindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya olub-olması soruşulduqda, o, üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, lakin onun üzərindən, paltarlarından və ciblərindən başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş büküm açıldıqda içərisində qəhvəyi rəngli axıcı kütləşəkilli narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin “kakos” kimi tanıdığı narkotik vasitə heroini 28 fevral 2023-cü il tarixində, saat 23:30 radələrində tanışı Rafiq adlı şəxs tərəfindən onun xahişi ilə öz şəxsi istifadəsi üçün 50 manat müqabilində əldə edilmişdir. (cild 1, i.v 31-33) “Eskpertiza xərclərinə dair” bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli, 6/1237 nömrəli materialların məhkəmə ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil etmişdir. (cild 1, i.v 44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1237 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "..Təqsirləndirilən şəxs imza..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə olan 01 ədəd bükümdə təmiz çəkisi 1,602 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). QEYD: Ekspertiza tədqiqatından sonra 1,502 qram maddə geri qaytarılmışdır. (cild 1, i.v 45-47) xx.xx.2023-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şahid4 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v 62-63) xx.xx.2023-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X7 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v 86-87) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, X4 üzərindən içərisində “kakos” adlanan narkotik vasitə olduğunu bildirdiyi büküm aşkar edilmişdir. (cild 1, i.v 88-89) xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, habelə hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd CD-R diskə baxış keçirilmiş, həmin baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, sağ ayağında olan qara rəngli çəkmənin içərisindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyduğu, bu büküm açıldıqda içərisində qəhvəyi rəngli axıcı kütləşəkilli «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğu, 28 fevral 2023-cü il tarixində saat 23:30 radələrində tanışı Rafiq adlı şəxs tərəfindən onun xahişilə öz şəxsi istifadəsi üçün 50 manat müqabilində əldə edilib üzərində gəzdirdiyini bildirdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmçinin bu videokadrlarda görünən şəxsin özü olduğunu da təsdiq etmişdir. Bundan başqa, həmin bir ədəd CD-R diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, bu diskdə olan digər faylda iş üzrə hadisə yerinə baxış keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri vardır. Belə ki, həmin görüntülərlə Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixində, saat 12:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən Məscidin yaxınlığında saxlanıldığı yeri bu istintaq hərəkətinə cəlb edilmiş polis əməkdaşlarının iştirakı ilə əyani şəkildə göstərdiyi müəyyən edilmişdir. (cild 1, i.v 97) xx.xx.2023-cü il tarixli “əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, habelə hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 (bir) ədəd CD-R disk məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,602 qram (tədqiqatdan sonrakı çəkisi 1,502 qram) qəhvəyimtil rəngli, axıcı kütləşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmişdir. (cild 1, i.v 108-110) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 1, i.v 117-118) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-193/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixindən hesablanmaqla 03 (üç) ay müddətinə "həbs" qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 134-137) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 1, i.v 138-139) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-192/2023 saylı qərarı ilə təqsirləndirilən şəxs X4 barəsində həbsetmənin əvvəli 01 mart 2023-cü il tarixindən hesablanmaqla 03 (üç) ay müddətinə "həbs" qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 142) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 1, i.v 143-144) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Şahid4 barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 159-160) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsi tərəfindən AR CM-nin 204.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. (cild 1, i.v 201-202) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1484 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə olan narkotik vasitə heroin ilə X5 məxsus 01 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkiblidir. (cild 1, i.v 210-211) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 15 may 2023-cü il tarixli, 2929 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v 212-213) xx.xx.2023-cü il tarixli “İctimai təhlükəli əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və iş üzrə ibtidai istintaq Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə davam etdirilmişdir. (cild 1, i.v 216-218) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki,X7 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, i.v 231-232) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-540/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair verilmiş vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (cild 1, i.v 233-238) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v 239-240) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-541/2023 saylı qərarından görünür ki, X4 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin müddəti bir ay, yəni 02 iyul 2023-cü il tarixinə kimi uzadılmışdır. (cild 1, i.v 243) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, X4 özünün barəsində, habelə onun əldə etdiyi ümumi təmiz çəkisi 2,816 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edilmə mənbəyinə görə və əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsin əməlinə hüquqi qiymət verilməsindən ötrü ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmiş, ********* nömrəli cinayət işinin istintaqı isə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə davam etdirilmişdir. (cild 1, i.v 255- 257) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayanırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsi ilə dayandırılmışdır. (cild 1, i.v 261-262) xx.xx.2023-cü il tarixli “Cinayət işinin təzələnərək icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilməklə iş üzrə ibtidai istintaq davam etdirilmişdir. (cild 1, i.v 267-268) xx.xx.2023-cü il tarixli “İttiham aktının təsdiq edilmədən cinayət işinin əlavə istintaqa qaytarılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə Binəqədi RPİnin İŞ-nin müstəntiqi, polis baş leytenantı İsaq Həsənov tərəfindən tərtib edilmiş ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməmiş və cinayət işi əlavə ibtidai istintaqın aparılmasından ötrü Binəqədi RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. (cild 2, i.v 1-6) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayanırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (cild 2, i.v 11) xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 2, i.v 13) xx.xx.2023-cü il tarixli, 2-2/2-013512/2-23 nömrəli “İbtidai istintaq müddətinin uzadılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 05 (beş) ayadək, yəni 01 noyabr 2023-cü il tarixinədək uzadılmışdır. (cild 2, i.v 21-22) Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (cild 2, i.v 26-33) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona həmin maddə ilə yenidən ittiham elan olunmasına dair qərar çıxarılmış və onun azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmü nəzərə alınmışdır. Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermǝ” növündə qətimkan tədbiri ləğv edilmişdir. (cild 2, i.v 34-49) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək, o təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (cild 2, i.v 52-53) Elektron Məhkəmə İnformasiya Sitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X13 adlı yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsini, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarının ittihamda qeyd edilən miqdardan az olması barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək üzərində daşıdığını, əldə etdiyi narkotik vasitənin bir qisimini istifadə etdiyini, üzərindən narkotik vasitənin aşkar edildiyini etiraf etsə də, həmin narkotik vasitənin qramını mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onlar dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, şahidlərin ifadələri ilə məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd büküm qablaşdırılaraq ekspertiza tədqiqatına təqdim edilmiş, ekspert rəyi ilə də həmin bükümdə olan maddənin kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin olması, həmin maddənin təmiz çəkisinin 1,602 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, maddi sübutlar, "Şəxsi axtarış və götürmə aparılması haqqında" protokol, "Diskə baxış keçirilməsi haqqında" protokol, məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2023-cü il tarixli, 6/1237 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli, 2929 nömrəli rəyləri, habelə digər istintaq sənədləri ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan birgə istifadə etmələri üçün verdiyi 50 manat pulun müqabilində tanışı Şahid4 vasitəsi ilə 28 fevral 2023-cü il tarixində gecə saatlarında qonşuluqda yaşayan X1 yaşadığı ünvan 1 ünvanında satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qızılı rəngli kağız bükümün içərisində olan bir ədəd şəffaf polietilen bükümdə qəhvəyimtil rəngli, axıcı kütlə şəkilli maddə kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib az bir hissəsini istifadə etmək üçün Şahid4 verdikdən sonra qalan hissəsini üzərində saxlamaqla daşımışdır. Göstərilən hərəkəti ilə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X13 adlı övladının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət qanunu ilə qadağan olunmuş əməli 28 fevral 2023-cü il tarixdə, yəni Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, təkrar cinayət törətməsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2023-ci il tarixdə saat 13:40-da şübhəli şəxs qismində tutulmuş, faktiki azadlığı isə həmin gün saat 12:00-dan məhdudlaşdırılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-193/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-540/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilmiş, o, məhkəmə iclas zalından həbsdən azad edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət qanunu ilə qadağan olunmuş əməli 28 fevral 2023-cü il tarixdə, yəni Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmündən əvvəl törətmişdir. Buna görə də ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, «CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.” Məhkəmə hesab edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da, məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-in 76 və 90-cı maddələrində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77 və 90-1-ci maddələrində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini nəzərdə tutan 70-ci maddəsində və bir sıra digər güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlini düzgün müəyyən etməməsi hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkumun məhkəməyə müddət baxımından müraciət etmə imkanını aradan qaldırır və onun vəziyyətini ağırlaşdırır. Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Göründüyü kimi cəza çəkmə müddətinin əvvəlinin təqsirləndirilən şəxsə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablandığı halda onun yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə müraciət etmək hüququ daha tez yaranmış olur. Odur ki, təqsirləndirilən şəxsə təyin ediləcək qəti cəzanın müddətinin xx.xx.2023-cü il tarixdən götürüldüyü halda onun vəziyyətini yaxşılaşdırdığından qeyd olunan tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmü ilə məhkum edildiyi 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq qəti cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 01 mart 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək həbsdə olduğu 2 ay, 26 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-279/2023 nömrəli hökmü ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması, hazırda həmin hökm üzrə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və bu iş üzrə ona xx.xx.2023-cü il tarixdə təyin edilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri isə ləğv edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Lakin Ambulator X2 15 may 2023-cü il tarixli, 2929 nömrəli rəyində müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMUnun (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunduğu qeyd edilsə də hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması müəyyən edilmiş, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müəlicə təyin edilməsə də yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 1,502 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 279/2023 nömrəli hökmü ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət iş üzrə 01 mart 2023-cü il tarixdən 27 may 2023-cü il tarixədək həbsdə olduğu 2 (iki) ay, 26 (iyirmi altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 5 (beş) il, 3 (üç) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 279/2023 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanıldığından onun barəsində hazırkı cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1,502 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar