Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-103/2025 13.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1977-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Xaqani Küçəsi, 46, M4, Mənzil 4 ünvanında qeydiyyatda olmaqla ünvan 2assivi, Zeynəb küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,616 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf selofana bükülmüş bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 20:40-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsini 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Bağlar massivi “Murad” marketin yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və 04 aprel 2024-cü il tarixdə saat 01:45-də üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,616 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 aprel 2024-cü il tarixdə günorta saatlarında evdə olarkən mobil telefonuna tanımadığı nömrədən üç dəfə zəng gəlmişdir. Zənglərə cavab verərkən ona bildirmişlər ki, nömrəsi guya kompaniyaya düşdüyünə görə mobil telefon qazanmışdır, telefonu Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində “Murad” marketin yaxınlığından götürə bilər. Həmin günü axşam saat 20:40 radələrində Binəqədi rayonu Novxanı bağlar massivində “Murad” marketin yaxınlığında piyada gəzərkən iki nəfər mülki paltarda olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin istifadəsində şübhəli bilindiyinə görə onu 43-cü PB-yə aparmışlar. Polis bölməsində hüquqları izah olunaraq şəxsi istəyi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Müdafiəçi təqdim edildikdən sonra hüquqları onun iştirakı ilə ona yenidən izah olunmuşdur. Daha sonra ona bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcək. O da üzərində şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Beləliklə də polis bölməsinin inzibati binasının otaqlarının birində polis əməkdaşları və videomüşahidə ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı bölmədə təklif etmişlər ki, üzərində olan qanunla qadağa edilmiş nə varsa təqdim etsin. El arasında “patı” adlandırılan psixotrop maddə metamfetamin olan bükülünü ona təqdim edərək törətmədiyi cinayət boynuna atmaq istəmişlər. O, onlarla mübahisə edə bilməyəcəyinə görə könüllü olaraq psixotrop maddəni öz boynuna götürmüşdür. Sonda üzərindən aşkar olunmuş 01 ədəd büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsində ona hər hansı fizik təsir və ya təzyiq olmamışdır. Həmçinin əlavə olaraq qeyd etmişdir ki, o, xeyli müddət polis orqanında qeyri-rəsmi də olsa işləmişdir. O bilir ki, üzərində narkotik vasitə daşımaq cinayətdir, ona görə bunu heç vaxt etməzdi. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, o, əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin müalicə olunduqdan sonra istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru vəzifəsində xidmət edir, polis mayoru rütbəsi daşıyır. Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə, narkotik vasitələrin əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 03 aprel 2024-cü il tarixdə qərar qəbul edilməklə, 43-cü polis bölməsinin rəisi, polis mayoru Əhməd Məlikov tərəfindən 03 aprel 2024-cü il tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə həmin qrupa daxil edilmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə 03 aprel 2024-cü il tarixdə saat 20:40-da Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları ərazisində yerləşən Murad marketin yaxınlığında olan zaman əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 43-cü polis şöbəsinə gətirmişlər. Bu barədə 43-cü polis bölməsinin rəisi, polis mayoru Əhməd Məlikovun adına raport tərtib edərək, onun göstərişi əsasında Əsgərov X7 RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Rövşən Xanbabayevə təhvil vermişlər. X6 tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bükümdə «patı» olduğunu, həmin bükümü 03 aprel 2024-cü il tarixdə günorta saatlarında Binəqədi rayonu, Novxanı bağları ərazisində yerləşən “Murad” marketin yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 03 aprel 2024-cü il tarixdə dostu Təqsirləndirilən şəxs evində yemək yedikləri zaman Azadın telefonuna zəng gəlmişdir. Azad zəngə cavab verdikdə ona bildirmişlər ki, Azad 600 manatlıq telefon udub. Azad isə həmin telefonun yaşadığı ünvana çatdırılmasını dedikdə, ona telefonu Novxanı kəndində yerləşən “Murad Market”in yanından götürülməli olduğu deyilmişdir. Onlar telefonu götümək üçün əraziyə yaxınlaşdıqları zaman polis əməkdaşları maşınla onlara yaxınlaşmış və onları narkotik vasitənin üzərlərində gəzdirdiklərinə görə Binəqədi RPİ-nin 43-cü PB-yə aparmışlar. Orada üzərlərinə şəxsi axtarış keçirilən zaman üzərlərindən heç nə çıxmamışdır. Daha sonra onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş və məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilmişdir. Dostu Təqsirləndirilən şəxs isə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması barədə 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə saat 20:40-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 22-23). 04 aprel 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin PB-in sahə inspektoru polis mayoru Şahid2 oğlunun və Binəqədi RPİ-nin KTQ-nun ekspert-kriminalisti, polis kapitanı X4 iştirakları ilə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən 03 aprel 2024-cü il tarixdə həyata keçirilmiş tədbir zamanı saat 20:40-da Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları, Murad marketin yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-yə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində psixotrop maddə, narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 04 aprel 2024-cü il tarixli qərara əsasən Binəqədi RPİin 43-cü PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Panasonic» markalı video kamera cihazdan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda, öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddə, narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofona bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf selofana bükülmüş bükümdə bağlı sual verildikdə, o, həmin bükümün içərisində psixotrop maddə “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü 03 aprel günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Novxanı bağları “Murad” marketin yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra aşkar edilmiş bir ədəd şəffaf selofana bükülmüş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,73 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bir ədəd şəffaf selofan bükümdəki maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddə metemfetaminə bənzər kütlə olan bir ədəd şəffaf selofan bükümü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində digər heç bir əşya və maddənin olmadığını bildirmişdir. Daha sonra PB-in təhqiqatçısı Rövşən Xanbabayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq olunmuşdur. (cild 1, i.v 35-37). Məhkəmə kimyəvi ekspertizasının 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1830 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Təqsirləndirilən şəxs (imza)....” - sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,616 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,566 qram (cild 1, i.v.41- 43). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.55-56). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 74-75). 08 aprel 2024-cü il tarixli «DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə» protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, DVD diskdə bir ədəd video videofayl vardır. Videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti 04 aprel 2024-cü il tarixdə başlanılır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Şəxsi axtarışın keçirilməsi ilə əlaqədar təhqiqatçı, polis polkovnik-leytenantı Rövşən Xanbabayev tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilir. Təhqiqatçının iş otağında polis əməkdaşları, təhqiqatçı və Təqsirləndirilən şəxs olduğu əks olunur. Onlar özlərini təqdim etdikdən sonra X6 vətəndaş Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında öncə ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində ki, qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olumuş maddə ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə o həmin maddənin el arasında “patı” adlandırılan psixotrop maddə olduğunu və psixotrop maddə olan “patı”-nı xx.xx.2024-cü il tarixdə Novxanıda yerləşən “Murad” marketin yaxınlığında tanımadığı şəxsdən 10 manata ödəməklə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir və onun üzərinə axtarış keçirildikdə heçnə aşkarlanmadı. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkildikdə 0,73 qram çəkidə olduğu müəyyən edilir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş halda olan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli mənşəyi bilinməyə spesifik iyə məxsus naməlum maddə aşkar edilmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükülmüş halda olan ağ rəngli kütlə, yəni psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılaraq zərfə qoyulur və üzəri möhürlənərək imzalanır. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofan büküm zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilir (cild 1, i.v 78-79). Maddi sübut kimi tanınma haqqında 08 aprel 2024-cü il tarixli və sübutların qiymətləndirilməsi barədə 19 avqust 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 0,616 qram, ekspert tədqiqatından sonra qalan 0,566 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,566 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 80, 109-117). Məhkəmə-narkoloji ekspertizanın 13 avqust 2024-cü il tarixli, 5542 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə narkotik vasitələrin və psix-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.105-106). Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Zaur Qüdrətov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 05 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, sonuncunun üzərindən götürülmüş psixotrop maddə metamfetamin tədqiqatdan sonra qalıq qalmış 0,566 qram çəkidə kütlə isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmişdir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, habelə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə maddi ziyan yoxdur. İş üzrə məhkəmə xərci 81 manat təşkil edir (cild 1, i.v.133). AZ-İİİ seriyalı 192977 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 28 dekabr 2013-cü il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs, anası X8r (cild 1, i.v.84) "xxxx" MMC-nin 17 yanvar 2025-ci il tarixdə məhkəməyə göndərdiyi anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəyə +99477295-09-09 möbil nömrəsindən 03 aprel 2024-cü il tarixdə saat 17:24, 19:09 və 19:24-də zənglər daxil olmuşdur. "xxxx" MMC-nin məhkəməyə ünvanladığı 25 fevral 2025-ci il tarixli məktuba əlavə edilmiş çıxarışdan görünür ki, +99477295-09-09 möbil nömrəsi Şahid3 (ünvan ünvan 4rləndirilən şəxs Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiə mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona guya naməlum nömrədən üç dəfə zəng edilərək “telefon udması” barədə məlumat verilib, o da bu zənglərə inanaraq qeyd edilən yerə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Beləliklə, o, guya hər hansı cinayət niyyəti olmadan, aldadılaraq hadisə yerinə gətirildiyini və polis tərəfindən əvvəlcədən hazırlanmış tələ ilə tutulduğunu bildirir. Lakin iş üzrə toplanmış sübutların məcmusu bu versiyanın əsassız olduğunu nümayiş etdirir. Düzdür, mobil operatorlardan əldə edilmiş anten məlumatlarına əsasən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxsə edilən zənglər mövcuddur və onlar real şəkildə baş tutmuşdur. Təqsirləndirilən şəxsə ilk zəng saat 17:24-də, növbəti zənglər isə yalnız 19:00-dan sonra edilmişdir. Bu zaman fərqi mühüm əhəmiyyət kəsb edir. Əgər həqiqətən də zəngin məqsədi təqsirləndirilən şəxsə “udduğu telefon”u vermək idisə, sonuncu buna həqiqətəndə inanmışdırsa o, ilk zəngdən dərhal sonra hərəkət etməli idi. Lakin bir müddət gözlədikdən sonra, yalnız axşam saatlarında ünvana getməsi göstərir ki, bu hərəkət sadəcə aldadıcı zəngə reaksiya olmayıb əksinə, əvvəlcədən müəyyən edilmiş görüş və ya razılaşdırılmış plan əsasında baş vermişdir. Həmçinin nəzərə almaq lazımdır ki, zənglərin məzmunu və təkrar olunması real həyat təcrübəsinə zidd olaraq şəxsdə heç bir şübhə yaratmayıb və o, heç bir dəqiqləşdirmə aparmadan, mənbəyi naməlum zənglərin təsiri ilə axşam saatlarında naməlum yerə gedib. Bu davranış adi həyat məntiqinə uyğun deyil. Normal şəraitdə istənilən şəxs, xüsusilə axşam saatlarında tanımadığı bir zəng əsasında hərəkət etməzdən əvvəl zəngin məqsədi, hüquqi əsası və təhlükəsizliyi barədə əmin olmağa çalışardı. Üstəlik, təqsirləndirilən şəxs tək olmayıb, onunla birlikdə digər bir şəxs (dostu) da hadisə yerinə gedib. Bu hal isə təqsirləndirilənin izahatını daha da zəiflədir. Əgər doğrudan da təqsirləndirilən şəxs zəngə sadəlövhcəsinə inanaraq ora getmişdisə, onunla birlikdə olan dostu yəni hadisəyə emosional və hüquqi məsafədən baxan üçüncü şəxsin bu qərarı sual altına alması və tənqidi yanașması gözlənilən idi. Məntiqi olaraq, dostun deməsi gözlənilirdi ki: “Bizə kim zəng edir? Nəyə əsasən telefon udmuşuq? Mənbə məlum deyil, niyə axşam saatında gedirik?” Lakin əksinə, hər iki şəxs heç bir tərəddüd göstərmədən, zəngin mənbəyini və məqsədini dəqiqləşdirmədən birlikdə hərəkət etmişdir. Bu da onu göstərmişdir ki, onların davranışları əvvəlcədən razılaşdırılmış bir planın icrası xarakteri daşıyır. Həmçinin diqqətdə saxlanılmalıdır ki, təqsirləndirilən şəxsə edilən son zənglər iş vaxtından sonra, yəni qeyri-rəsmi vaxtda edilmişdir. Adi həyat təcrübəsinə görə, bu cür “hədiyyə qazanılması” və ya “uduş verilməsi” ilə bağlı müraciətlərin iş saatlarından kənarda edilməsi qeyri-adidir və əsaslı şübhə doğurmalıdır. Bundan əlavə, həmin zənglərin mənbəyi müəyyən edilsə də, lakin zəng edən şəxsin yerinin müəyyən olunması mümkün olmamışdır. Nəticə olaraq, təqsirləndirilən şəxsin iş saatından sonra tanımadığı zənglərə cavab verərək, şübhəli məzmunda məlumatlar əsasında gec vaxtda naməlum yerə getməsi onun öz iradəsi və razılığı ilə hərəkət etdiyini, eyni zamanda hadisənin əvvəlcədən planlaşdırılmış xarakter daşıdığını sübut edir. Bu isə onun sonradan “qurban” mövqeyi ilə məsuliyyətdən yayınmaq cəhdini əsassız və inandırıcılıqdan uzaq göstərir ki, bu da təqsirləndirilən şəxsin istintaq mərhələsində verdiyi ilkin verdiyi ifadənin daha real olduğunu təsdiq edir. Başqa sözlə, təqsirləndirilən şəxs məlum yerə telefon udduğu üçün deyil, ifadəsindəki kimi məhz psixotorop maddə əldə etmək üçün getmişdir. Eyni zamanda zəng edən şəxsin hüquq-mühafizə orqanlarının əməkdaşı olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Bütün bunlar da təqsirləndirilən şəxsin “polis tərəfindən tələ qurulub” iddiasını əsassız edir. Digər tərəfdən, təqsirləndirilən şəxs izahatında qeyd edir ki, o, daha ağır maddə ilə ittiham ediləcəyi ilə hədələnərək etirafedici ifadə verməyə məcbur edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs xeyli müddət qeyri-rəsmi əsaslarla polis orqanlarında fəaliyyət göstərmiş, bu sahədə müəyyən qədər faktiki təcrübəyə malik olmuşdur. Bu kimi fəaliyyət hüquqi cəhətdən rəsmi xidmət sayılmasa da, onun hüquqmühafizə orqanlarının daxili iş mexanizmləri, istintaq və əməliyyat prosedurlarının əsas prinsipləri barədə müəyyən məlumat və təcrübə əldə etməsinə şərait yaratmışdır. Belə olan halda, təqsirləndirilən şəxs tərəfindən qorxuya düşərək etiraf verilməsi, xüsusilə də onun istintaqın məqsədləri, ifadənin hüquqi nəticələri və hüquqi yardım almaq imkanları barədə məlumatlı olmasını nəzərə aldıqda, inandırıcı görünmür. Əksinə, bu vəziyyət onun ilkin ifadəsinin könüllü və şüurlu şəkildə verildiyini göstərir və sonradan bu ifadədən imtina etməsi müdafiə məqsədilə irəli sürülmüş subyektiv mövqe kimi qiymətləndirilə bilər. Ən əsasıda odur ki, təqsirləndirilən şəxs həm istintaq, həm də məhkəmə mərhələsində eyni müdafiəçi ilə təmsil olunmuş, onun istintaq zamanı ifadəsi müdafiəçinin iştirakı ilə alınmış, hüquqları izah edilmişdir. Əgər təqsirləndirilən şəxs doğrudan da hər hansı təzyiqə və ya hədə-qorxuya məruz qalmış olsaydı, o halda bu barədə dərhal vəkilinə məlumat verə bilərdi. Vəkilin vəzifəsi təqsirləndirilən şəxsin hüquqlarını qorumaq və qanunsuz davranışlar barədə dərhal səlahiyyətli orqanlara şikayət etməkdir. Lakin iş materiallarında nə vəkil tərəfindən edilmiş hər hansı şikayət, nə də təqsirləndirilən şəxsin vəkil vasitəsilə bu barədə hər hansı məlumat verdiyinə dair sübut yoxdur. Göstərilənlərdən əlavə məhkəmə son olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin psixotrop maddələrdən istifadə etməsi faktı həm özünün izahatı həm də ekspertiza ilə təsdiqlənmişdir. Belə ki, təqsirləndirilən şəxs ekspert rəyinə görə narkomaniya xəstəliyindən əziyyət çəkir, yəni o, narkotik vasitələrdən müntəzəm şəkildə istifadə edən şəxsdir. Bu fakt göstərir ki, o, narkotik mühiti ilə yaxından tanışdır, bu maddələrin necə əldə edildiyini, daşındığını və hansı nəticələrə səbəb ola biləcəyini yaxşı bilir. Belə şəraitdə onun üzərində psixotrop maddə aşkar olunması və hazırki ittihamla məsuliyyətə cəlb edilməsi heç də təsadüf deyil. Əksinə, bu onun həyat tərzindən, vərdişlərindən və seçdiyi yoldan qaynaqlanan, tamamilə gözlənilən bir nəticədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi şahidin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.95). Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla himayəsində azyaşlı uşağın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cəzasını yüngülləşdirilən halları və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin miqdarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın 13 avqust 2024-cü il tarixli, 5542 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,566 qram psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 66 (altmış altı) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərara edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 60 saatın hər iş saatının 6 manatdan, 6 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 426 manat (60 saat x 6 AZN + 6 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdən 05 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə (ünvan 2assivi, Zeynəb küçəsi, nömrəsiz fərdi yaşayış evi) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,566 qram psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 66 (altmış altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –426 (dörd yüz iyirmi altı) (60 saat x 6 AZN + 6 saat x 11AZN) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-103/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-103/2025
13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver