Məhkəmə qərarları › İş №1(001)-104/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-104/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-104/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müqavilə üzrə müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 37 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1985-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, hal-hazırda subay, himayəsində 4 (dörd) azyaşlı övladı olan, ali təhsilli, 39 nömrəli Yol İstismarı MMC-də mühəndis vəzifəsində işləyən, Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cərimə cəzasını tam ödəmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi. ev 11D, mənzil 8-də qeydiyyatda olan və Zərdab rayonu, Dəliquşçu kəndində yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdə saat 20.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, 11 D saylı binanın 3-cü blokunun 3-cü mərtəbəsinin dəhlizində keçmiş arvadı Zərərçəkmiş şəxs qaldırılmış alimentin bərpası və məbləğinin artırılması iddiasını geri götürməsini tələb etməsi və sonuncunun bundan imtina etməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sol qolunu burub özünə tərəf dartaraq saçlarından tutub arxası üstə yerə yıxıb əl və ayaq zərbələri ilə vurduqdan sonra mübahisəni davam etdirib onu liftə salıb 9-cu mərtəbədəki qohumuna məxsus mənzilə apararaq həmin mənzildə bıçaqla sol barmaqlarının üzərinə xəsarət yetirmiş və yenidən 3cü mərtəbəyə düşürdərək nikah dövründə birlikdə yaşadıqları 8 saylı mənzildə başına və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri vuraraq baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və boyunun orta yuxarı 1/3-nin sağ arxa-yan səthinin qançırı, sol əlin İİ barmağının orta falanqasının proksimal, İİİ barmağının əsas falanqasının distal uclarının və İV barmağın əsas-orta falanqalarıarası oynağının arxa səthlərinin sıyrıq-cızıqları kimi xəsarətlər yetirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır və onlar 2006cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.Birgə nikahdan onların 4 azyaşlı övladları var.Lakin sonradan ailədaxili söhbətlər səbəbindən 2014-cü ildə rəsmi olaraq boşanmışlar.2016-cı ildə onlar Günellə yenidən barışmış və məlum hadisədən 3-4 ay əvvələ qədər birlikdə normal olaraq yaşamışlar.Barışandan sonra həm Biləcəri qəsəbəsində qeydiyyatda olduğu ünvanda, həm də ki, Zərdab rayonu, Dəliquşçu kəndində Günellə ailəvi olaraq yaşamışlar.2022-ci ilin təxminən mart-aprel aylarında başqa bir qadınla telefon danışığını Günel tutduğundan aralarında yenidən problem yaranmış və onlar ayrılmışlar.Bundan sonra, o, Zərdab rayonunda yaşamağa başlamışdır.24 iyun 2022ci il tarixdə, saat təxminən 22.00 radələrində o, barışmaq məqsədilə Günelin Biləcəri qəsəbəsindəki ünvanına getmiş, o, binanın yanında çatmış və Günelin mobil telefonuna zəng edib onunla söhbət etmək məqsədilə 3-cü mərtəbədəki mənzilin dəhlizinə çölə çıxmasını istəmişdir.Günel razılıq verdiyindən o, 3-cü mərtəbəyə çıxmış və həmin zaman da Günel mənzildən blokun dəhlizinə çıxmışdır.Təxminən 5 dəqiqə ərzində onlar dəhlizdə söhbət etmişlər ki, oğlu Məhəmməd mənzildən bloka çıxmışdır.Sonra Günel blokun dəhlizində qaranlıq olan tərəfə çəkilmiş, həmin yerdə də təxminən 5-7 dəqiqə ərzində söhbət etdikdən sonra onlar barışmışlar.Hətta Günel qucaqlayıb onu öpmüşdür.Artıq həmin zaman uşaqların dördünün də onların yanına gəldiklərini görüb Günel təklikdə onunla qalmaq üçün onun təklifilə birlikdə 9-cu mərtəbədə yerləşən dayısı oğlu Xanlar Musayevin mənzilinə qalxmışlar.X11 Federasiyasında yaşadığından mənzilin açarları onlarda olur və Bakı şəhərində olanda onun mənzilində qalırlar.Uşaqlar 3-cü mərtəbədə qalmış, o, isə Günellə birlikdə 9-cu mərtəbəyə qalxmışlar.9-cu mərtəbədəki mənzildə Günellə o, sevişməyə başlamışlar.Bu zaman uşaqlar da onların arxasınca gəlib həmin mənzilin qapısını döydüklərindən onlar da yenidən 3-cü mərtəbəyə öz mənzillərinə qayıtmaq məcburiyyətində qalmışlar.Uşaqlarla hamısı birlikdə liftlə düşüb 3-cü mərtəbəyə öz mənzillərinə gəlmişlər. Mənzildə Günellə yataq otağına keçib söhbət etməyə davam etmişlər.Yataq otağında Günellə sevişdikləri yerdə mənzilin giriş qapısı möhkəm döyülmüşdür.O, yataq otağından çıxıb uşaqlardan nə baş verməsini maraqlananda böyük qızı Aynur qapının ağzında 5-6 nəfər adamların olmasını demişdir.O, üst-başını düzəldib qapını açanda 4 nəfər polis əməkdaşının və bir nəfər də binanın mühafizəçisinin gəldiklərini görmüşdür.O, polis əməkdaşlarından hansı səbəbdən gəldiklərini soruşanda onlar da bildirmişlər ki, qaynanası guya Güneli divanın üstünə yıxaraq başını kəsməyi barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir.Onlara vəziyyəti izah etməyə çalışsa da, polislər ona imkan verməyərək qoluna girib Polis Bölməsinə aparmışlar.Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ərizə və izahatında yalan göstərir, həmin vaxt hər şey onun özünün ifadəsində göstərdiyi kimi olmuş, o, Günelə heç bir zor tətbiq etməmiş, xəsarət yetirməmiş və tüfənglə də hədə-qorxu gəlməmişdir.O, həmin günü evə gəlməmişdən əvvəl özünə məxsus 050 309 88 33 saylı nömrə ilə Günelin 050 318 88 22 nömrəsinə mesaj yazıb söhbət etmələri üçün mənzilin qapısına çıxmasını istəmiş, həm də ki, bir neçə dəfə zəng edib eyni məzmunda danışmışdır.O, gələndən sonra isə Günel özü mənzilin qapısını açıb onunla görüşüb söhbət edib xoş münasibət yaratmış, heç bir dava-dalaş, söz-söhbət baş verməmişdir.Bildirmişdir ki, o, nikahı pozulduqdan sonra Günelə həmişə aliment vermiş və onun əmək haqqı kartı Güneldə olub.Günellə barışdıqdan sonra o, alimentdən imtina edib, çünki onlar birlikdə yaşamağa başlamışlar.Ona baxmayaraq əmək haqqı kartı yenə də Güneldə imiş. 2022-ci ilin martaprel aylarında Günellə yenidən dalaşıb ayrılmamışdan bir neçə gün əvvəl onun əmək haqqı kartı bloka düşmüşdü.Ona görə də o, Günellə dalaşdıqdan sonra yeni kartını ona göndərsə də o, götürməmişdir.Həmçinin, Günel uşaqlarına gətirdiyi qida məhsullarını da qəbul etməmişdir.24 iyundan əvvəl onun məlumatı var imiş ki, Günel aliment iddiası qaldırıb. Lakin o, buna əhəmiyyət verməmişdir, çünki fikri var imiş ki, Günelə və uşaqlarına aliment məbləğindən də artıq ödəniş etsin.O, 23 iyunda Günelin ad gününü təbrik etmək üçün gül dəstəsi alıb onun yaşadığı mənzilin giriş qapısının yanına qoyub getmişdir. Günel də həmin gül dəstəsi ilə şəkil çəkdirib statusuna qoymuşdu, həmin şəkil onda var.O, 24 iyunda Günellə barışmaq üçün ora getmiş, alimert iddiası ilə bağlı ora getməmişdir.Xanlar Musayev onun dayısı oğludur və xeyli vaxtdır ki, Rusiya Federasiyasında yaşayır. Həmin günü Günel özü Xanlara zəng edib onu tutdurduğunu dediyindən Xanlar da Rusiya nömrəsindən Zərərçəkmiş şəxs vatsap vasitəsinə mesaj yazaraq ona nə isə olacağı təqdirdə «Raufa nə isə olsa qardaşının işini özüm görəcəm, and olsun Allaha», «bir gün dərsə gedəndə görəcəksən ki, Əli də yoxdur» məzmununda hədələmişdir. Onun həmin mesajlardan sonradan məlumatı olmuşdur. Çinarə ilə 2006-cı ilə qədər bir-birlərini sevmiş, sonra Çinarədən ayrılıb Günellə ailə qurmuş və Çinarə özü də ailə həyatı qurmuşdur.Bir il əvvəl Çinarə ailəsindən boşanmış, Günellə münasibətləri pis olduğu dövrlərdə Çinarə ilə aralarında yaxın münasibət yaranmışdır. Sonrakı dövlərdə Çinarə onun Günellə barışmaq istədiyini bilib özü onun xəbəri olmadan Günelə mesajlar yazmışdır.O, Günelə heç bir xəsarət yetirməmiş, Günel barəsində olan ekspert rəyi ilə razı olmadığından təhqiqat orqanından təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.O, Güneli döyməmiş və ona heç bir xəsarət də yetirməmişdir.Ona təqdim olunan şəkillərə baxmış, onlardan yalnız birində Günelin üzü görünür. Həmin şəkillərin nə vaxt və hansı şəraitdə çəkilməsi ona məlum deyil.Bir daha bildirir ki, o, Güneli bir dəfə 2013-cü ildə döydüyünə görə məhkum olunmuşdur.Ondan başqa o, heç vaxt Güneli döyməmiş və ona zor tətbiq etməmişdir.Əgər o, Güneli döymüş olsaydı Günel bu vaxta qədər polisə müraciət etmiş olardı.Dəqiq tarixdə yadında deyil, lakin Günelin onu başqa qadınla danışığı barədə səs yazmasını tutması olub.Bundan sonra da o, pencəyini götürüb evdən çıxmışdır. Həmin vaxt qonşulardan onları görən olmayıb, onlar da heç kimi görməmişlər. Çünki həmin zaman orada heç bir səs-küy, dava-dalaş olmamışdır.Bildirmişdir ki, ailələrinə dövlət tərəfindən hədiyyə verilmiş Biləcəridə olan mənzil onunla Günel arasında paylı mülkiyyətdədir, 3/1 pay onun, 3/2 pay Günelindir.O, həmin mənzilə məcburi köçürülməyi ilə bağlı 8 iyunda mediasiya orqanına müraciət etmişdir və Günel də bu barədə məlumat almışdır.Onun həmin mənzildən payından imtina etməyi və orada yaşamamağı üçün Günel 24 iyunda belə bir oyun qurub ondan yalandan şikayət etmişdir ki, guya o, onu döymüşdür. Əgər o, Güneli onun göstərdiyi kimi döymüş olsaydı yaranmış səs-küyə mütləq qonşular çıxmalı idilər.Həmçinin, binanın mühafizəçiləri də səs-küyə gəlməli idilər.Lakin heç kim gəlməmiş, çünki orada heç bir hadisə baş verməmişdir.Onun birinci dəfə binaya gəlib 3-cü mərtəbədə Günellə danışdıqları vaxtdan polis əməkdaşlarının gəldiyi vaxta kimi təxminən 35-40 dəqiqə müddət keçmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs övladlarını böyüdüb boya-başa çatdırmaq üçün ictimai faydalı əməklə məşğul olduğunu, iş yerindən və yaşayış yerindən müsbət xarakterizə olunduğunu, himayəsində 4 yetkinlik yaşına çatmayan övladının maddi ehtiyaclarını təmin etməli olduğunu, özünü təqsirli bilmədiyini nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, 2006-cı ildə rəsmi şəkildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşlar.Təqsirləndirilən şəxs yüngül həyat tərzi keçirən axmaq qadınlara uyduğundan onu döyüb bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmiş, işgəncələr vermişdir.Bu səbəbdən barəsində dəfələrlə Azərbaycan Respublikası CM-nin 133.2.6-cı və 128-ci maddələri ilə 2013 və 2014-cü illərdə cinayət işi açılaraq Zərdab rayon məhkəməsində öz təsdiqini tapmışdır. 2014-cü ildə rəsmi şəkildə boşandıqdan sonra Təqsirləndirilən şəxs 2019-cu ildə mənfur niyyətlərini həyata keçirmək üçün onunla barışmağa cəhd etmiş, «Bibiheybət» məscidində «Qurani-Kərim» kitabına əl basaraq əməllərindən peşman olduğunu bildirmiş, onu bir daha döyməyəcəyini və 4 övladının xatirinə ailələrinin bərpası üçün çox yalvarmış, etibarından sui-istifadə etmiş, barışmalarına nail olmuşdur. Razılaşdıqdan sonra (2019-2022) 4 övladı üçün məhkəmə tərəfindən təyin olunmuş alimenti belə döyərək, işgəncələr verərək 2021-ci ilin yanvar ayında imtina ərizəsi yazdırmışdır.Hətta gəlin köçdüyü mənzildən qeydiyyatdan onu zorla döyərək çıxarmışdır.Təqsirləndirilən şəxs 4 övladına baxmadığı və ac qoyduğu üçün yenidən alimentin bərpası və artırılması ilə bağlı Mediasiyaya müraciət etmişdir.Bu barədə məktub keçmiş həyat yoldaşına çatdıqdan sonra əsəbi vəziyyətdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində, təxminən saat 20:00 radələrində yaşadıqları binaya gəlmişdir.O, oğlu ilə mağazadan gələrkən binanın 3-cü mərtəbəsinə qalxıb liftdən çıxanda 3-cü mərtəbənin dəhlizində Təqsirləndirilən şəxs görmüşdür.Oğlu Məhəmmədin yanında vəhşicəsinə onun sol qolunu tutub buraraq özünə tərəf dartmış, Məhəmmədə evə getməsini qışqırmışdır.Məhəmməd getməyəcəyini bildirərək anasını burax demiş, onun səsinə evdəki uşaqları qapını açmışlar.Ona kömək etmək istəmiş, ataları onlara imkan verməmişdir.Rauf onu tutub blokun aşağı hissəsinə sürüyərək düşürtmüş, əlindən qaçmağa cəhd etsə də, saçından tutub arxası üstə yerə yıxmışdır.Dəmirə və pilləkənlara dəyərək sol tərəfi, kürəyi, ən əsası da başı zədə almışdır.Hirsi soyumayan Təqsirləndirilən şəxs əl-ayaq zərbələri ilə onu vura-vura liftə salıb 9-cu mərtəbəyə qaldırmışdır.Belə ki, 9cu mərtəbədəki mənzil Xanlar Musayevə məxsusdur və açarları Raufda olur. Xanlar Musayev hadisə zamanı Moskvada olmuşdur.Döyülmüş vəziyyətdə Rauf zorla onu mənzilə salmış, ev ala-qaranlıq olmuşdur.Daha sonra o, Raufun əlində bıçaq olduğunu görmüşdür.Rauf onu bıçaqla hədələyib sol barmaqlarının üzərinə kəsici xəsarətlər yetirmiş və aliment tələbini geri götürməyini tələb etmişdir.Hətta Rauf ona bildirmişdir ki, aşağıda maşında içərisində bir gülləsi olan tüfəng var, onu öldürə bilər.O, qorxduğundan Raufa ərizəsini geri götürəcəyini bildirmiş, bu zaman 4 övladı 9-cu mərtəbədəki mənzilin qapısını bərk-bərk döymüşlər.Rauf onu əlindən buraxmayaraq qapını açmış, uşaqlar qapının ağzında onu Raufun əlindən çıxarmağa çalışmış, uşaqlar analarını buraxmasını qışqırmışlar.Uşaqların yanında yenə onu vuraraq liftə aparmışdır.Onlar Raufun liftə minə bilməməsini çox istəsələr də, ancaq gücləri çatmamışdır.3-cü mərtəbəyə düşmüş, lift açılan kimi Raufun əlindən canını qurtarıb tez evə girməsi üçün uşaqlara tez qapını açmalarını demişdir.Lakin yenə Rauf qol gücünə hamını əzərək mənzilin qapısına xəsarət yetirib mənzilə daxil olmuşdur.Evə girən kimi açar axtarmağa başlamış, tapmayıb onu 4 övladının gözü qarşısında yenə döymüş, başına necə gəldi zərbələr vurmuş, o, qusmuş və artıq başı fırlanmışdır.Bütün bunlara dözməyib uşaqlarına nənələrini köməyə çağırmalarını bildirmişdir.Çünki anasından başqa köməyə gələsi heç kimi olmamışdır. Bir az keçdikdən sonra qapı döyülmüş, Rauf özü onu buraxıb qapını açmışdır.Polislər onu döyülmüş formada və saçını yonulmuş vəziyyətdə görmüş, 4 övladı da ağlamışlar.Raufu hadisə yerindən aparmışlar.Sonra ona məlum olmuşdur ki, anası əvvəl qaynatası Yaquba zəng edib müsbət cavab almadıqda 102 xəttinə zəng etmişdir. Həmin vaxt vəziyyəti çox pis olmuş, ayaq üstə güclə durmuşdur.Bu zaman anası gəlmiş və o, birtəhər güc tapıb anası ilə birlikdə 6-cı Polis Bölməsinə getmişlər.Əlləri əsmiş, göz qaralmalarını və səhhətinin narahatçılığının ciddiliyini görən təhqiqatçı Şahid6 onun ekspertizadan keçməyinin vacib olduğunu bildirmişdir.Bədənindəki, başındakı xəsarətlərlə bağlı ekspertizadan keçmişdir. Səhhətilə bağlı baş ağrıları aman vermədiyi üçün həkimə, yəni Respublika Xəstəxanasına xx.xx.2022-ci il tarixdə getmişdir.Xəstəxanada ona səhhətindəki problemlərlə bağlı resept yazılmışdır.Ertəsi gün xx.xx.2022-ci il tarixdə, saat 05:11 radələrində ona məxsus ***-***- **-** saylı telefon nömrəsinə Rusiya nömrəsindən (+**********3) vatsap proqramı ilə keçmiş həyat yoldaşının dayısı oğlu Xanlar Musayev mesaj yazaraq qardaşını öldürəcəyi, 4 övladını oğurlayacağı ilə təhdid etmiş və bunu həyata keçirmək üçün atasının qəbrinə and içmişdir.Bu mesajları təhqiqatçıya təqdim etmişdir. Bunlar azmış kimi 2-ci bir nömrədən (+**********6) əxlaqsız sözlərlə yenə təhdid olunmuşdur.Sonra keçmiş həyat yoldaşının molla nikahlı arvadı Çinarə İbrahimova +99***-***-**-** nömrəsindən ona təhdid dolu mesajlar yazaraq sonunun pis olacağı ilə hədələmişdir.Taleyi digər keçmiş həyat yoldaşları tərəfindən öldürülən qadınların taleyinə bənzəməsin deyə qanundan qorxmayan Təqsirləndirilən şəxs barədə qanunamüvafiq tədbirlər görülməsini və onu, qardaşını, 4 övladını təhdid edənlər haqqında ciddi tədbirlər görülməsini xahiş etmişdir.Verilən suallara cavab olaraq bildirmişdir ki, polislər onların evinə gələndə dəqiq bilməsə də, təxminən saat 12 olmuş, Təqsirləndirilən şəxs onu döyməsinin şahidi yalnız 4 övladı olmuş, başqa kənar şəxs olmamışdır.Məhkəmə baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, onunla barışmadığını və məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır.Günel Təqsirləndirilən şəxs ilə 2006-cı ildə birgə nikaha daxil olmuş, 4 azyaşlı övladları var.Təqsirləndirilən şəxs həyatında yüngül əxlaqlı qadınların çox olması və bu səbəbdən tez-tez övladları qarşısında təhqir və şiddətlərə məruz qalması nəticəsində 2014-cü ildə Nəsimi rayon məhkəməsində nikahları ləğv edilmişdir.2014-cü ildə nikahları ləğv edildikdən sonra qızını ata evinə, Lökbatan qəsəbəsinə gətirtmişdir.Lakin yenə «qanunu satın almağa imkanı çoxdur» deyən Təqsirləndirilən şəxs 4 azyaşlı övladları qızının himayəsinə verilsə də, xeyli zaman qaçırmağı bacarmışdır. Qızını döymə faktlarını asanlıqla gizlədə bilmişdir.2014-cü ildə qızına göstərdiyi şiddətə görə 133.2.6-cı maddəsi ilə təqsirli bilinmiş, lakin Zərdab rayon məhkəməsi 128-ci maddə ilə təqsirini təsdiq etmişdir. Qıza qarşı olan şiddət isə həmişə davam etmişdir.Təqsirləndirilən şəxs üçün ona 4 övlad dünyaya gətirən qızı Zərərçəkmiş şəxs onun üçün heç bir qiyməti yox idi.Lakin 2018-ci ildə o, üçəmlərə cənab Prezident tərəfindən verilmiş evi həyat yoldaşından miras qalmış evini sataraq təmir etdirən zamanı Təqsirləndirilən şəxs qızını inandırmış, and içərək barışmağa nail olmuşdur.Yenə öz əməlindən əl çəkməyən Təqsirləndirilən şəxs təhqir və şiddətlərlə alimenti ləğv etdirmiş, anasının adında olan və qızının gəlin köçdüyü 3-cü mikrorayonda yerləşən qeydiyyatda olduğu evdən çıxarmağa nail olmuşdur.Bütün bu olanlardan sonra onun şərəf və ləyaqətini ləkələmək və işgüzar nüfuzuna xələl gətirmək üçün DİN-ə məktub yazmışdır ki, guya onu sosial şəbəkədə ***-***-**-** nömrəsilə təhqir etmişdir.Bu mobil nömrənin ona aid olduğunu, bu nömrəni 2014-cü ildən 2022-ci ilədək qızı tərəfindən işlədildiyini və tez-tez Təqsirləndirilən şəxs onunla əlaqə saxladığını özü çox gözəl bilmişdir.Onun təqsirli olması və bu sosial şəbəkə məsələsi şər-böhtan olduğunu, tez-tez qızı döyülərkən onlara, yəni ona və qardaşına xəbər verilməsin deyə Təqsirləndirilən şəxs tərəfindən alındığını, sonradan özü gətirib mənzilin qapısının ağzına qoyub getməsi və həmin vaxt istədiyi hərəkətləri, şər-böhtanları əlindəki ***-***-**-** nömrəsi ilə edə biləcəyini təsdiq edən mesajları və yanvar-fevral aylarında qızının döyülmə faktlarını Qaradağ rayonu 10-cu Polis Bölməsinə təqdim etmiş, təqsirli olmadığı barədə ona sənəd təqdim edilmişdir.Məlumat üçün bildirir ki, xx.xx.2022-ci il tarixində özünə məxsus olan Lökbatan qəsəbəsindəki evində olarkən nəvələri təxminən saat 23:50 radələrində atalarının analarını döyməsi və hətta öldürəcəyi (çünki əlində uşaqlar bıçaq görmüşlər) barədə ona zəng etmişlər.Zəng gələn kimi təlaşla keçmiş qudası Yaqub Soltanova zəng etmişdir ki, belə bir hadisə baş vermişdir.Oğluna zəng etsin, uşaqlar zəng edib belə demiş və qızına nə isə olar, bu saat 102 xidmətinə zəng edəcək. Lakin Y.Soltanov “heç bir qələt edə bilməzsən oğluma” demişdir. Cavabı eşidib tez oğluna zəng edib qızından uzaq durması üçün yenə zəng etmişdir.Cavabı eyni olduqda 102 xidmətinə zəng etmişdir ki, keçmiş kürəkən bıçaqla, hətta tüfəngində bir güllə olması ilə qızını döyərkən hədələmişdir.O, gecikər, onlar tez ölçü götürsünlər.Sonra taksi çağıraraq qızının yaşadığı ünvana gəlmişdir.Artıq o, gələndə polislər Təqsirləndirilən şəxs 6-cı Polis Bölməsinə aparmışlar.Qızını döyülmüş, saçları yolunmuş çox pis bir vəziyyətdə görmüşdür.Özündən asılı olmayaraq ayaq üstə dura bilməmiş və qusmuşdur.Polislər onun mütləq bölməyə getməsi və izahatlarının vacib olduğunu bildirmişlər.Uşaqların vəziyyəti isə daha pis olmuş, qorxmuş, ağlamışdırlar.Polis Bölməsində izahat verilmişdir.Tez-tez narahat olan (evdə huşu getmiş) qızına mütləq ekspertizadan keçməsinin vacibliyi məlumat verilmiş, ekspertizadan keçirilmiş, lakin onun təhqiqatçı tərəfindən heç bir izahatı alınmamışdır.Hazırda istintaqa təqdim etdiyi qızının xəsarətlərini əks etdirən fotoşəkillərdən 4 ədədi yanvar ayına (əllərinin üstü, qarını və çənə boynu), digər ikisi isə (qol və dirsək) mart ayına aiddir. 2 ədəd mesajın fotoşəkili isə Raufla Günel arasındakı mesajlardır.Bu sübutlar 10-cu Polis Bölməsinə təqdim edildikdən sonra 6-cı Polis Bölməsinə göndərilmiş, lakin istintaqa göndərilərkən sənədlərin arasından götürülmüşdür. Məhkəmə baxışı zamanı pedaqoq X2 iştirakı ilə şahid qismində ifadə verən yetkinlik yaşına çatmayan Şahid2 bildirmişdir ki, Rauf onun atası, Günel isə anasıdır.Onlar rəsmi olaraq ayrılmış, onlar anası ilə qalırlar. 24 iyun 2022-ci il tarixdə axşama yaxın o, anası ilə birlikdə məhəllədəki marketə düşmüş, digər iki bacısı və qardaşı isə evdə olmuşlar.Anası ilə o, marketdən qayıdıb liftlə 3-cü mərtəbəyə qalxmış, mərtəbənin dəhlizinə girəndə atasının dəhlizdə dayandığını görmüşlər.Həmin zaman atası anasının qolundan tutub burmuş və ona niyə onu məhkəməyə verdiyini, ona aliment verməyəcəyini, gedib alimenti geri götürməsini demişdir. O, atasına anasını buraxmasını demiş, atası onun üstünə qışqırmışdır ki, «rədd ol, it oğlu it, yoxsa səni də döyərəm».O, da qorxduğu üçün mənzillərinə tərəf gəlmiş və görmüşdür ki, bacıları və qardaşı qapını açmışlar.Qardaş bacıları anasının döyüldüyünü eşidib atasıgil tərəfə gedəndə atası hamısının üstünə yenə qışqırmışdır ki, gedin evə yoxsa sizi də döyərəm.Onlar qorxduqları üçün dəhlizdə dayanmayıb mənzilə girmiş, bir müddət sonra blokda səs gəlmədiyini görmüşlər.Bildirir ki, onların yaşadıqları binanın 9-cu mərtəbəsində atasının qohumu Xanların mənzili var, Xanlar özü Rusiyada olsa da mənzilin açarı həmişə atasında olur.Onların mərtəbəsində sakitlik olmasından şübhələnmişlər ki, yəqin atası anasını həmin 9-cu mərtəbədə olan mənzilə aparmışdır.Buna görə də, o və bacı-qardaşları dördü də liftlə 9-cu mərtəbəyə qalxmış və 9-cu mərtəbənin dəhlizinə girəndə Xanların mənzili tərəfdən anasının səsini eşitmişlər.Buna görə də, həmin mənzilin qapısını döymüşlər.Atası qapını bir qədər gec açmış və görmüşlər ki, atasının bir əlində bıçaq var, digər qolu ilə isə anasının başını tutub öz bədəninə sıxmışdır.Anasının əlinin üstü qanamış və atası anasının saçlarını yolurmuş.Onlar analarını atasının əlindən almağa çalışmış, lakin atası anasını buraxmadığı üçün hamısı birlikdə elə həmin vəziyyətdə liftə tərəf gəlmişlər. Daha sonra hamısı liftə daxil olmuş və 3-cü mərtəbəyə düşmüşlər.Anasının başı hələ də atasının qolunda olmuşdur.Liftdən çıxandan sonra atası anasını buraxmış, onlar anası ilə mənzillərinə keçəndən sonra atasını mənzilə buraxmaq istəməmişlər.Atası isə mənzilin qapısına yumruq atmış və əlindəki bıçaqla mənzilin gözlüyünü bayır tərəfdən sındırıb qırmışdır.Atası sonra onları itələyib mənzilə daxil olmuşdur.Atası evdə giriş qapısının açarlarını axtarmağa başlamış, açarı tapmayandan sonra dəhlizdə yenə anasını döyməyə başlamış, onu çoxlu yumruq və təpiklə vurmuş, əsasən başına yumruqlar vurmuş və anası ağlamışdır.Bundan sonra anasının halı pisləşmiş və dəhlizdə qusmuşdur. Anası həmin zaman onlara təcili nənələri Xatirəyə zəng vurub atasının onu döyməsi barədə məlumat vermələrini demişdir. Anası həmin zaman qusmaqda davam etsə də atası anasının saçını buraxmamışdır.Sonra bacıları Aynurla Zəhra gizlicə eyvana çıxıb telefonla nənəsi Xatirəyə zəng vurub atasının anasını döyməsini demiş, bir müddət sonra mənzilin qapısını polislər döymüşlər.Atası özü qapını açmış, 6 nəfər polis əməkdaşı gəlmişdir. Atası anasına demişdir ki, polislərə desin ki, getsinlər, lakin anası demədiyi üçün polislər atasını aparmışlar. Bir müddət sonra nənəsi onlara gəlmiş, həmin zaman da başqa bir polis əməkdaşı gəlmiş və anası da onlarla ərizə yazmaq üçün polis bölməsinə getmişdir.Anası həmin gün evə qayıdandan sonra halı çox pis olmuş, bədənində xəsarətlər olmuş, onun başı qıpqırmızı olmuşdur.Səhəri günü nənəsi anasını həkimə aparmışdır.Verilən suallara cavab olaraq bildirmişdir ki, o, sonuncu dəfə atasının əlində bıçağı o, gözlüyü qırıb evə girəndə görmüş, sonra atasının bıçağı nə etməsini və hara atmasını bilməmiş, yəni anası qusanda atasının əlində bıçaq olmamışdır. Məhkəmə baxışı zamanı pedaqoq X2 iştirakı ilə şahid qismində ifadə verən yetkinlik yaşına çatmayan Şahid3 bildirmişdir ki, Rauf onun atası, Günel isə anasıdır və onlar rəsmi olaraq ayrılmışlar.Onlar anası ilə qalırlar.24 iyun 2022-ci il tarixdə axşama yaxın o, bacıları Aynur və Zəhra evdə olmuş, anası digər qardaşı Məhəmmədlə birlikdə məhəllədə olan marketə getmişdir.Bir müddət sonra onlar binanın dəhlizində anasının qışqırıq səsini eşitmiş və qapını açdıqda görmüşlər ki, Məhəmməd onların mənzilinin qapısının yanında dayanmış, atası isə dəhlizin digər tərəfində anasının bir qolunu arxasına doğru burmuşdur. Atası anasına ona aliment verməyəcəyini, alimenti geri çəkməsini demiş, atası həm də anasının saçından tutmuşdur. Atası onları görüb «rədd olun evə, yoxsa sizi də döyərəm» demiş, onlar da qorxduqları üçün dəhlizdə dayanmayıb mənzilə girmişlər.Bir müddət sonra dəhlizdə səs gəlmədiyini görmüşlər.Bildirir ki, onların yaşadıqları binanın 9-cu mərtəbəsində atasının qohumu Xanların mənzili var, Xanlar özü Moskvada olsa da mənzilin açarı həmişə atasında olur, yəni atası Bakıya gələndə həmin mənzildə qalır.Onların mərtəbəsində sakitlik olmasından şübhələnmişlər ki, yəqin atası anasını həmin 9-cu mərtəbədə olan mənzilə aparmışdır. Buna görə də o və bacı-qardaşları dördü də liftlə 9-cu mərtəbəyə qalxmış və 9-cu mərtəbənin dəhlizinə girəndə Xanların mənzili tərəfdən anasının səsini eşitmişlər.Buna görə də həmin mənzilin qapısını döymüş, atası qapını bir qədər gec açmış və atasının bir əlində bıçaq olmasını, digər qolu ilə isə anasının başını öz bədəninə sıxmasını görmüşlər. Anasının əlinin üstü kəsik-kəsik qanamış və saçları dağınıq vəziyyətdə olmuşdur.Onlar anasını atasının əlindən almağa çalışmış, lakin atası anasını buraxmadığı üçün hamısı birlikdə elə həmin vəziyyətdə liftə tərəf gəlmişlər.Daha sonra hamısı liftə daxil olmuş və 3-cü mərtəbəyə düşmüşlər. Anasının başı hələ də atasının qolunda olmuşdur.Liftdən çıxandan sonra atası anasını buraxmış, onlar anası ilə mənzillərinə keçəndən sonra atasını mənzilə buraxmaq istəməmişlər. Atası mənzilin qapısına yumruq atmış və əlindəki bıçaqla mənzilin gözlüyünü bayır tərəfdən qırmışdır. Atası sonra onları əzib mənzilə daxil olmuşdur. Atası evdə giriş qapısının açarlarını axtarmağa başlamış, açarı tapmayandan sonra dəhlizdə yenə anasını döyməyə başlamış, onu yumruq və təpiklə vurmuş, əsasən başından yumruqlar vurmuşdur. Anası ağlamış, onlar da ağlamışlar. Bundan sonra anasının halı pisləşmiş və dəhlizdə qusmuşdur. Anası həmin zaman onlara təcili nənələri Xatirəyə zəng vurub atasının onu döyməsi barədə məlumat vermələrini demişdir. Anası həmin zaman qusmaqda davam etsə də atası anasının saçını buraxmamışdır. Sonra bacısı Aynur ilə Zəhra gizlicə eyvana çıxıb telefonla nənəsi Xatirəyə zəng vurub atasının anasını döyməsini demiş, bir müddət sonra mənzilin qapısını polislər döymüşlər. Atası özü qapını açmış, təxminən 5-6 nəfər polis əməkdaşı gəlmişdir. Atası anasına demişdir ki, polislərə desin ki, getsinlər. Anası demədiyi üçün polislər atasını aparmışlar. Bir müddət sonra nənəsi onlara gəlmiş, həmin zaman da başqa bir polis əməkdaşı gəlmiş və anası da onlarla ərizə yazmaq üçün polis bölməsinə getmişdir. Anası həmin gün evə qayıdandan sonra halı çox pis olmuş, bədənində xəsarətlər olmuş, onun başı qıpqırmızı olmuşdur. Səhəri günü nənəsi anasını həkimə aparmışdır. Məhkəmə baxışı zamanı pedaqoq X2 iştirakı ilə şahid qismində ifadə verən yetkinlik yaşına çatmayan Şahid4 bildirmişdir ki, Rauf onun atası, Günel isə anasıdır. Onlar rəsmi olaraq ayrılmış, onlar anası ilə qalırlar. 24 iyun 2022-ci il tarixdə axşama yaxın o, bacısı Aynur və qardaşı Əli evdə olmuş, anası digər qardaşı Məhəmmədlə birlikdə məhəllədə olan marketə getmişdir. Bir müddət sonra onların binasının dəhlizində anasının qışqırıq səsini eşitmiş və qapını açdıqda görmüşlər ki, Məhəmməd onların mənzilin qapısının yanında dayanmış, atası isə dəhlizin digər tərəfində anasının bir qolunu arxasına doğru burmuşdur. Atası anasına ona aliment verməyəcəyini, alimenti geri çəkməsini demiş, atası həm də anasının saçından tutmuşdur. Atası onları görüb «rədd olun evə, yoxsa sizi də döyərəm» demişdir. Onlar qorxduqları üçün dəhlizdə dayanmayıb mənzilə girmiş, bir müddət sonra dəhlizdə səs gəlmədiyini görmüşlər. Bildirir ki, onların yaşadıqları binanın 9cu mərtəbəsində atasının qohumu Xanların mənzili var, Xanlar özü Rusiyada olsa da mənzilin açarı həmişə atasında olur. Onların mərtəbəsində səssizlik olmasından şübhələnmşlər ki, yəqin atası anasını həmin 9-cu mərtəbədə olan mənzilə aparmışdır. Buna görə də o və bacı-qardaşları dördü də liftlə 9-cu mərtəbəyə qalxmış və 9-cu mərtəbənin dəhlizinə girəndə Xanların mənzili tərəfdən anasının səsini eşitmişlər. Buna görə də həmin mənzilin qapısını döymüşlər. Atası qapını bir qədər gec açmış və görmüşlər ki, atasının bir əlində bıçaq var, digər qolu ilə isə anasının başını öz bədəninə sıxmışdır. Anasının əlinin üstü qanamış və saçları dağınıq vəziyyətdə olmuşdur. Onlar analarını atasının əlindən almağa çalışmış, lakin atası anasını buraxmadığı üçün hamısı birlikdə elə həmin vəziyyətdə liftə tərəf gəlmişlər. Daha sonra hamısı liftə daxil olmuş və 3-cü mərtəbəyə düşmüşlər. Anasının başı hələ də atasının qolunda olmuş, liftdən çıxandan sonra atası anasını buraxmış, onlar anası ilə mənzillərinə keçəndən sonra atasını mənzilə buraxmaq istəməmişlər. Atası mənzilin qapısına yumruq atmış və əlindəki bıçaqla mənzilin gözlüyünü bayır tərəfdən qırmışdır. Atası sonra onları itələyib mənzilə daxil olmuşdur. Atası evdə giriş qapısının açarlarını axtarmağa başlamış, açarı tapmayandan sonra dəhlizdə yenə anasını döyməyə başlamış, onu yumruq və təpiklə vurmuş, anası ağlamışdır. Bundan sonra anasının halı pisləşmiş və dəhlizdə qusmuşdur. Anası həmin zaman onlara təcili nənələri Xatirəyə zəng vurub atasının anasını döyməsi barədə məlumat vermələrini demişdir. Anası həmin zaman qusmaqda davam etsə də atası anasının saçını buraxmamışdır. Sonra bacısı Aynurla o, gizlicə eyvana çıxıb telefonla nənəsi Xatirəyə zəng vurub atasının anasını döyməsini demiş, bir müddət sonra mənzilin qapısını polislər döymüşlər. Atası özü qapını açmış, təxminən 5-6 nəfər polis əməkdaşı gəlmiş və polislər atasını aparmışlar. Bir müddət sonra nənəsi onlara gəlmiş, həmin zaman da başqa bir polis əməkdaşı gəlmiş və anası da onlarla polis bölməsinə getmişlər. Anası həmin gün evə qayıdandan sonra halı çox pis olmuş, bədənində xəsarətlər olmuş və səhəri günü anası xəstəxanaya müraciət etmişdir. Məhkəmə baxışı zamanı pedaqoq X2 iştirakı ilə şahid qismində ifadə verən yetkinlik yaşına çatmayan X7 bildirmişdir ki, Rauf onun atası, Günel isə anasıdır. Onların rəsmi olaraq ayrıldıqları ona məlumdur. 24 iyun 2022-ci il tarixdə axşama yaxın saatda o, bacısı Zəhra və qardaşı Əli evdə olmuş, anası digər qardaşı Məhəmmədlə birlikdə məhəllədə olan mağazaya getmişdir. Bir müddət sonra onların binasının dəhlizində anasının qışqırıq səsini eşitmiş və qapını açdıqda görmüşlər ki, Məhəmməd qapının yanında dayanmış, atası isə dəhlizin digər tərəfində anasının bir qolunu arxasına doğru burmuş və onların danışığından aliment üstündə dalaşdıqlarını başa düşmüşlər. Atası həm də anasının saçından tutmuş və alimenti geri çəkməsini tələb etmişdir. Atası onları görüb «rədd olun evə, yoxsa sizi də döyərəm» demiş, onlar qorxduqları üçün dəhlizdə dayanmayıb mənzilə girmişlər. Sonra isə dəhlizdə səs gəlmədiyini görmüşlər. Bildirir ki, onların yaşadıqları binanın 9-cu mərtəbəsində atasının qohumu Xanların mənzili var, Xanlar özü Moskvada olsa da mənzilin açarı həmişə atasında olur. Onların mərtəbədə səssizlik olmasından şübhələnmişlər ki, yəqin atası anasını həmin 9-cu mərtəbədə olan mənzilə aparmışdır. Buna görə də o və bacı-qardaşları dördü də liftlə 9-cu mərtəbəyə qalxmış və 9-cu mərtəbənin dəhlizinə girəndə Xanların mənzili tərəfdən anasının səsini eşitmişlər. Buna görə də həmin mənzilin qapısını döymüşlər. Qapını atası açmış və görmüşlər ki, atasının bir əlində bıçaq var, digər qolu ilə isə anasının başını öz bədəninə sıxmışdır. Anasının əlinin üstü qanamış vəziyyətdə, saçları dağınıq vəziyyətdə olmuşdur. Onlar analarını atasının əlindən almağa çalışmış, lakin atası anasını buraxmadığı üçün hamısı birlikdə həmin vəziyyətdə liftə tərəf gəlmişlər. Daha sonra hamısı liftə minmiş və 3-cü mərtəbəyə düşmüşlər. Anasının başı hələ də atasının qolunda olmuş, liftdən çıxandan sonra atası anasını buraxmış, onlar anası ilə mənzillərinə keçəndən sonra atasını mənzilə buraxmaq istəməmişlər. Atası mənzilin qapısına yumruq atmış və əlindəki bıçaqla mənzilin gözlüyünü bayır tərəfdən qırmışdır. Atası sonra onları itələyib mənzilə daxil olmuşdur. Atası mənzildə giriş qapısının açarlarını axtarmağa başlamış, açarı tapmayandan sonra dəhlizdə yenə anasını döyməyə başlamış, onu yumruq və təpiklə vurmuşdur. Bundan sonra anasının halı pisləşmiş və dəhlizdə qusmuşdur. Anası həmin zaman onlara təcili nənələri Xatirəyə zəng vurub atasının anasını döyməsi barədə məlumat vermələrini demişdir. Anası həmin zaman qusmaqda davam etsə də atası anasının saçını buraxmamışdır. Sonra bacısı Zəhra ilə o gizlicə eyvana çıxıb telefonla nənəsi Xatirəyə zəng vurub atasının anasını döyməsini demişlər. Bir müddət sonra mənzilin qapısını polislər döymüş, atam özü qapını açmış, təxminən 5-6 nəfər polis əməkdaşı gəlmişdir. Həmin zaman atası anasına demişdir ki, polislərə desin, onlar getsinlər. Anası isə bunu deməmiş və sonra polislər atasını aparmışlar. Məhkəmə baxış zamanı ifadə verən Şahid6 bildirmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-də təhqiqatçı vəzifəsində işləyir, polis kapitanıdır. 24 iyun 2022-ci il tarixdə 6-cı Polis Bölməsində əməliyyat qrupunda sutkalıq növbədə olmuşdur. Dəqiq saat yadında deyil, 24 iyun 2022-ci il tarixdə gecə saatlarında əməliyyat qrupu tərəfindən X12 Soltanov adlı şəxs gətirilmişdir.Ona məlum olmuşdur ki, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 11 D, blok 3, mənzil 8-də ailə münaqişə olması barədə DİN-nin 102 xidmətinin məlumatı olduğundan əməliyyat qrupu ünvana gedərək Təqsirləndirilən şəxs bölməyə gətirmişdir. Daha sonra isə Raufun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs Polis Bölməsinə gəlib həmin günü Rauf tərəfindən döyülməsi barədə ərizə yazmışdır. Bildirir ki, Zərərçəkmiş şəxs Polis Bölməsinə anası ilə birlikdə gəlmiş, onun özünün gəlməsini və ya əməliyyat qrupu tərəfindən gətirilməsini dəqiq xatırlamır. Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Rauf tərəfindən döyülmüş, başında və bədənində xəsarətləri var. Bununla bağlı o, Günelin ərizə və izahatını almış, daha sonra onlarla birlikdə ünvana gedərək hadisə yerinə baxış keçirmişdir. Həmçinin Zərərçəkmiş şəxs tibbi ekspertizadan keçməsi üçün qərar qəbul edib səhəri günü onun tibbi ekspertizadan keçirilməsi təmin etmiş və həmçinin digər prosessual hərəkətləri aparmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin zamanı Günel ona demişdir ki, başında və bədəninin görünməyən hissələrində xəsarətlər var, o, Günelin bədəninin görünən hissələrində hər hansı xəsarət görməmişdir. O, araşdırma zamanı Günelin əllərində hər hansı xəsarət, o cümlədən sarğı görməmiş, həmçinin Günel özü də bilavasitə əllərini ona təqdim edib xəsarətlərini göstərməmişdir. Zərərçəkmiş şəxs 25 iyun 2022-ci il tarixə keçən gecə ərizə vermiş, ola bilər ki, Polis Bölməsinin növbətçisi ərizəni qeydiyyata alarkən saat diqqətlə fikir verməmiş və ərizənin qeydiyyat tarixini 24 iyun qoymuşdur. Məhkəmə baxış zamanı ifadə verən Şahid7 bildirmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-də sahə inspektoru vəzifəsində işləyir, polis kapitanıdır.24 iyun 2022-ci il tarixdə 6-cı Polis Bölməsində əməliyyat qrupunda sutkalıq növbədə olmuşdur. Dəqiq saat yadında deyil, 24 iyun 2022-ci il tarixdə gecə saatlarında Şahid1 DİN-in 102 xidmətinə zəng edərək Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 11 D, blok 3, mənzil 8-də qızı Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında münaqişə olması barədə məlumat vermişdir. Bu səbəbdən də növbətçi hissəsinin verdiyi tapşırığa əsasən o və əməliyyat qrupunun digər üzvləri həmin ünvana getmişlər. Əməliyyat qrupunda sahə inspektoru Şahid8 da olduğu yadımdadır. Qrupun digən üzvünün kim olduğunu isə xatırlamır. Onlar ünvana çatıb binanın adını xatırlamadığı mühafizəçisi ilə birlikdə mənzilə qalxmış, mənzilin qapısını Təqsirləndirilən şəxs açmış və onların nə üçün gəldiklərini soruşmuşdur. O, Raufa bildirmişdir ki, mənzildə münaqişə olması ilə bağlı 102 xidmətinə məlumat verildiyi üçün gəlmişlər. Həmin zamanı içəridən Zərərçəkmiş şəxs çıxaraq giriş qapısı tərəfə gəlmiş və Raufun onu döydüyünü bildirib Raufu mənzildən aparmalarını xahiş etmişdir. Rauf Günelə qarşı heç nə etmədiyini, ümumiyyətlə mənzildə hər hansı bir münaqişə baş vermədiyini bildirib onlarla getməkdən imtina etmişdir. Onlar isə isə Təqsirləndirilən şəxs bildirmişlər ki, onlarla 6-cı Polis Bölməsinə getməlidir və getməyəcəyi təqdirdə ona fiziki qüvvə tətbiq edəcəkləri barədə xəbərdarlıq etdikdən sonra Raufla birlikdə binadan çıxmış və 6-cı Polis Bölməsinə gəlmişlər. Rauf bölmədə Zərərçəkmiş şəxs da bölməyə gətirilməsini tələb etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs da anası ilə birlikdə təhqiqatçı Şahid6 yanına gəlmişlər. X9 özünün gəlməsini və ya polisin gedib onları gətirməsini dəqiqliklə xatırlamır. Daha sonra təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər aparılmışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, onlar ilk dəfə mənzilə gedəndə Günel həyat yoldaşı Rauf tərəfindən döyüldüyünü və başından xəsarət aldığını bildirmiş, başqa hər hansı xəsarət barədə onlara məlumat verməmiş, o, da onun bədəninin görünən nahiyyələrində başqa xəsarət görməmişdir. Məhkəmə baxış zamanı şahid qismində ifadə verən Şahid9 ifadəsində bildirmişdir ki, təxminən 3 ildir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsindəki yaşadığı 11 D saylı binanın gözətçisi kimi işləyir. Dəqiq saat yadında deyil, 24 iyun 2022-ci il tarixdə gecə saatlarında işdə olarkən polis avtomaşını binanın həyətinə gəlmişdir. O, polis maşınına yaxınlaşmış və nə məsələ olmasını maraqlananda polis əməkdaşları binanın 3-cü blokundakı 8-ci mənzildə ailə münaqişəsinin olması barədə məlumat aldıqlarını demişlər. Odur ki, o, da polis əməkdaşları ilə birlikdə həmin mənzilə qalxmışdırlar. O, mənzilin giriş qapısından kənarda dayanmış və polis əməkdaşları qapını döymüşlər. Adını sonradan bildiyi Rauf adlı şəxs mənzilin giriş qapısını açmış və polislərdən niyə gəldiklərini soruşmuşdur. Polislər isə ona mənzildə münaqişə olması ilə əlaqədar şikayət olduğunu demişlər. Bu zaman içəridən mənzilin giriş qapısına adını sonradan bildiyi Günel adlı xanım yaxınlaşmış və Rauf da Güneldən onun şikayət etməsini soruşmuş, Günelin ona nə cavab verdiyini eşitməmişdir. Polis əməkdaşları Raufa onlarla birlikdə Polis Bölməsinə getməli olmasını demiş, daha sonra Rauf polis əməkdaşları ilə birlikdə həyətə düşmüşdür. O, da onlarla birlikdə həyətə düşmüş, həyətdə Rauf polis maşınına oturmuş və onlar çıxıb getmişlər. Sonrakı proseslərdən onun məlumatı olmamışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, o, mənzilin giriş qapısından kənarda dayandığından Güneli də uzaqdan ani olaraq görmüş, ona görə də onun bədənində xəsarət olub-olmadığına fikir verməmişdir. Məhkəmə baxış zamanı Şahid8 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Binəqədi RPİ-nin 6-cı PB-də sahə inspektoru vəzifəsində işləyir, polis kapitanıdır. 24 iyun 2022-ci il tarixdə 6-cı Polis Bölməsində əməliyyat qrupunda sutkalıq növbədə olmuşdur. Dəqiq saat yadında deyil, 24 iyun 2022-ci il tarixdə gecə saatlarında Şahid1 DİN-nin 102 xidmətinə zəng edib Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 11 D, blok 3, mənzil 8də qızı Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında münaqişə olması barədə məlumat vermişdir. Odur ki, növbətçi hissədən aldıqları tapşırığa əsasən əməliyyat qrupunun digər üzvləri ilə həmin ünvana getmişdir. Əməliyyat qrupunda sahə inspektoru Şahid7 olması yadında olsa da, qrupun digər üzvünün kim olduğunu xatırlamır. Qeyd olunan ünvana çatandan sonra binanın hazırda adını xatırlamadığı mühafizəçisi ilə birlikdə mənzilə qalxmışlar.Mənzilin giriş qapısının yanında olanda içəridən səs-küy gəldiyini eşitmiş və qapını döyəndə qapını Təqsirləndirilən şəxs açmışdır. Rauf onların hansı səbəbdən gəldiklərini soruşmuş və onlar mənzildə münaqişə olması ilə bağlı 102 xidmətinə məlumat verildiyini bildirmişlər.Bu zaman içəridən Zərərçəkmiş şəxs da qapıya yaxınlaşaraq Raufun onu döydüyünü və boğduğunu bildirib Raufu mənzildən aparmalarını tələb etmişdir.Rauf isə Günelə qarşı heç nə etmədiyini və ümumiyyətlə mənzildə hər hansı bir münaqişənin baş vermədiyini bildirib onlarla getməkdən imtina etmişdir. Lakin onlar Təqsirləndirilən şəxs onun 6-cı Polis Bölməsinə getməli olmasını izah etmiş və əks təqdirdə ona fiziki qüvvə tətbiq edəcəkləri barədə xəbərdarlıq etmişlər. Bundan sonra Rauf onlarla birlikdə binadan çıxmış və onu 6-cı Polis Bölməsinə gətirmişlər. Rauf bölmədə olarkən Zərərçəkmiş şəxs da bölməyə gətirilməsini tələb etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs anası ilə birlikdə təhqiqatçı Şahid6 yanına gəldiklərini bilmiş, lakin X9 özünün gəlməsini və ya polisin gedib onları gətirməsini dəqiqliklə xatırlamır.Daha sonra təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər aparılmışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, onlar ilk dəfə mənzilə gedəndə Günel həyat yoldaşı Raufun onu döyüb və boğduğunu bildirmiş, başqa hər hansı xəsarət barədə məlumat verməmiş, o, da Günelin bədəninin görünən nahiyyələrində başqa xəsarət görməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində ifadə verən X8 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur.Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evə buraxmırdı,oğlu da onların olduğu evə getmirdi. 24 iyun 2022-ci il tarixdə keçmiş qudası, yəni Zərərçəkmiş şəxs anası Şahid1 ona zəng edərək “oğluna de evdən çıxsın” demişdir. Həmin gün Şahid1 onu 3 dəfə yığmışdır. O, oğlu ilə danışmış, oğlu isə Zərərçəkmiş şəxs ilə söhbət etdiyini, dalaşmadığını bildirmişdir.O, düşünür ki, bütün bu baş verənlər Zərərçəkmiş şəxs ilə Şahid1 evi əldə etmək üçün oyunudur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X18 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 1303 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və boyunun orta yuxarı 1/3-nin sağ arxa-yan səthinin qançırı küt əşyanın (əşyaların), sol əlin İİ barmağının orta falanqasının proksimal, İİİ barmağının əsas falanqasının distal uclarının və İV barmağın əsas-orta falanqalarıarası oynağının arxa səthlərinin sıyrıq-cızıqları iti uclu əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 24 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən baş nahiyəsinə yumruqla vurma, boyun nahiyəsinə əl ilə fiziki güc (zor) tətbiq etmə və sol əl barmaqlarının arxa səthinə iti uclu əşya ilə, ola bilsin bıçağın iti ucunun təsiri nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X18 tərəfindən verilmiş təkrar məhkəmə-tibbi ekspertizasının T 357/2022 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və boyunun orta yuxarı 1/3-nin sağ arxa-yan səthinin qançırı, sol əlin İİ barmağının orta falanqasının proksimal, İİİ barmağının əsas falanqasının distal uclarının və İV barmağın əsas-orta falanqalarıarası oynağının arxa səthlərinin sıyrıq-cızıqları olmuşdur. Qeyd edilən xəsarətlərdən baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və boyunun orta yuxarı 1/3-nin sağ arxa-yan səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən, sol əlin İİ barmağının orta falanqasının proksimal, İİİ barmağının əsas falanqasının distal uclarının və İV barmağın əsas-orta falanqalarıarası oynağının arxa səthlərinin sıyrıq-cızıqları iti uclu əşyanın (alətin) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 24 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və lokalizasiyası onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 30 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş və 27 yanvar 2016-cı il tarixdə cəriməni tam ödəmişdir.Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında nikah 13 noyabr 2014-cü il tarixdə rəsmi olaraq pozulmuş, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs aliment təyin edilmiş, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdıqları üçün aliment tələbindən imtina etmiş, 08 iyun 2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs yenidən aliment tələbi ilə Bakı şəhəri 5 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İş materiallarına əlavə edilmiş foto şəkillərdən məlum olur ki, Zərərçəkmiş şəxs müxtəlif nahiyyələrindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətlərinin izləri vardır. İş materiallarına əlavə edilmiş Zərdab rayon Məhkəməsinin 1(035)-36/2015 saylı, 30 dekabr 2015-ci il tarixli “cinayət təqibinə xitam verilməsi haqqında” qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 25 avqust 2013-cü il tarixdə saat 18.00 radələrində X4 döyməsi epizod üzrə cinayət təqibinə (cinayət işi üzrə icraata) xitam verilmişdir. İş materiallarında olan Zərdab rayon Məhkəməsinin 1(035)-36/2015 saylı, 30 dekabr 2015-ci il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 200 (iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zərdab rayon İHB-nın Dəli Quşçu kənd İƏD-nın nümayəndəsi E.M.Ağayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Zərdab rayon Dəli Quşçu kənd inzibati ərazi dairəsində müsbət xarakterizə olunur. İş materiallarında olan Zərdab rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci tarixli arayışına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 44 günlük Vətənmüharibəsi dövründə “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 yaralı yatan qazilərə maddi və mənəvi köməklik etmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş bütün sənədlərə, fotoşəkillərə, ekspert rəylərinə əsasən aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini, onun vəkilinin çıxışını və çoxsaylı şahid ifadələrini dinləyib, iş materiallarını və ekspertiza rəylərini nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirini etiraf etməməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxsin CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi çoxsaylı şahid ifadələri, ekspertiza rəyləri, məhkəməyə təqdim edilmiş çoxsaylı fotoşəkillər və cinayət işinin digər materialları ilə tam təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 04 (dörd) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 128-ci maddəsinin sanksiyasına uyğun olaraq cərimə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına ödəməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 000 (min) manat miqdarında cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar