Məhkəmə qərarları › İş №1(001)-104/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-104/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-104/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-486/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X10 küçəsi, Döngə 3, ev 2 ünvanda pasport qeydiyyatında olmaqla, faktiki həmin ünvanda yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixində axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Alatava» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,592 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 19 iyul 2023-cü il tarixində Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən məscidin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 16:15 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,592 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixində saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,645 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 avqust 2023-cü il tarixində Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən keçidin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 12:50 dəqiqədə üzərində aparılan şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,645 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, anket məlumatlarında göstərilmiş ünvanda ailəsi ilə bilrikdə yaşamış və əksər vaxtlarda müxtəlif yerlərdə fərdi olaraq fəhləlik etməklə dolansa da, hazırda işsizdir.Bundan başqa, ruhi və psixoloji xəstəliyi yoxdur, əqli cəhətdən sağlamdır, əvvəllər məhkum olunmuşdur və təxminən iki ildir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisidir.Əsasən “patı” adlandırılan psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul etsə də, bəzi vaxtlarda “kakos” deyilən narkotik vasitə heroindən də istifadə etmişdir.Həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir.18 iyul 2023-cü il tarixində axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Alatava adlanan əraziyə gedib orada tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxsdən bir büküm psixotrop maddə metamfetamin istəmişdir.Həmin şəxs də 10 manat qarşılığında ona bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş olan psixotrop maddə metamfetamini satmış, o həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır.Lakin bir gün sonra, yəni 19 iyul 2023-cü il tarixində saat 14:30 radələrində yaşadığı yerin yaxınlığında, yəni Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən məscidin yanında piyada gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmiş, Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edildikdə o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyində olan psixotrop maddə metamfetamini çıxarıb könüllü şəkildə təqdim etmişdir.Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa ondan hər hansı əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalanaraq təhqiqatçı tərəfindən möhürlənmişdir.Sonradan göndərilən məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,592 qram olduğu müəyyən edilmişdir.Bundan başqa, Binəqədi RPİ-nin istintaq şöbəsində barəsində cinayət işinin istintaqı aparılsa da, ağrıları olduğu üçün yenidən narkotik vasitə və psixotrop maddə qəbul etmək istəmiş və bu məqsədlə 06 avqust 2023-cü il tarixində saat təxminən 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan əraziyə gedib şəxsən tanımasa da, bir neçə dəfə üzdən gördüyü şəxsdən öz istifadəsi üçün bir büküm narkotik vasitə heroin istəmişdir.Həmin şəxsdən əvvəllər də heroin və metamfetamin əldə etdiyindən dövriyyəsi qadağan olunmuş maddələrin satışı ilə məşğul olduğunu bilmişdir.Həmin şəxs 10 manat müqabilində bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş olan narkotik vasitə heroini ona vermiş və o həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır.Lakin səhəri gün, yəni 07 avqust 2023-cü il tarixində saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində keçidin yaxınlığında hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərmişdir.Özlərini ona təqdim etmiş həmin polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləyib onu Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə dəvət etmişər.Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan kəsiyində olan narkotik vasitə heroini çıxarıb könüllü şəkildə təqdim etmişdir.Bundan sonra üzərində şəxsi axtarış keçirilsə də başqa ondan hər hansı əşya və ya predmet aşkar edilməmişdir.Bundan sonra həmin büküm məhkəmə-kimyəvi ekspertizasına göndərilməsi üçün bir ədəd zərfə qoyulub möhürlənmiş və onun özü də daxil olmaqla bütün proses iştirakçıları tərəfindən imzalanmışdır.Sonradan göndərilən məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən ondan aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,645 qram olduğu müəyyən edilmişdir. 19 iyul 2023-cü il tarixində Binəqədi RPİnin 40-cı PB-də keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi metamfetamini 18 iyul 2023-cü il tarixində axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Alatava adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində, 07 avqust 2023-cü il tarixində Binəqədi RPİ-nin 40-cı PB-də üzərindən götürülmüş narkotik vasitə heroini isə 06 avqust 2023-cü il tarixində saat təxminən 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat qarşılığında öz şəxsi istifadəsi üçün əldə etmişdir.Onun narkotik vasitə və psixotrop maddə aldığı ayrı-ayrı şəxslər olmuş, o həmin şəxslərin anket məlumatlarını bilməmiş, ancaq üzdən tanımış, habelə bir-biri ilə əlaqələrinin olub-olmamaları barədə hər hansı məlumatı olmamışdır.O özü isə həmin maddələrdən kiməsə verməmiş və ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır.Əldə etdiyi metamfetamini və heroini ağrıları olduğu üçün məhz öz istifadəsi üçün əldə etmişdir.Saxlanılarkən və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona hansısa təzyiq göstərilməmiş, fiziki müdaxilə olunmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsindədir.Onun çalışdığı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X10 küçəsi, döngə 3, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirir.Əməliyyat yolu ilə daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə onun tərəfidən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün bölmə rəhbərliyinə raportla məruzə edilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etməklə təşkil etdiyi əməliyyat qrupuna Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 daxil etmişdir. Üzərində narkotik vasitələr və psixotrop maddələr daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və onların dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığını müəyyən edərək saat 14:30 radələrində piyada olarkən məscidin yaxınlığında saxlayıb xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim edib şəxsiyyəti ilə maraqlanmışlar.Həmin şəxs həqiqətən də xx xxxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu təsdiq etdikdən sonra narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib,üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, barəsində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi RPİ-ni 40-cı Polis bölməsinə dəvət etmişlər.Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etmədiyindən birlikdə xidməti polis bölməsinə gəlmişlər.Burada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X3 təqdim edilməklə istintaq hərəkətinin aparılması həvalə edilmişdir.Təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİ-nin 40-cı PB-nin inzabati binasında xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə, sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üstünə qoymuş, bundan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan başqa heç nə aşkar edilməmişdir.Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs artıq 3 ildir el arasında «patı» və “şüşə” kimi tanınan psixotrop maddəni falqada yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini və üzərindən aşkar edilərək götürülmüş həmin bükümün içərəsində məhz «patı» kimi tanıdığı psixotrop maddə metamfetamini 18 iyul 2023-cü il tarixində axşam saatlarında Bakı şəhərində «Alatava» adlanan ərazidə tanımadığı şəxsdən 10 manat verməklə öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofan büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür.Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı İlkin İsmayılov tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir.Onun rəhbərlik etdiyi əməliyyat qrupunda Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 da Şahid3 göstərdiklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsinə əsasən məlum olur o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsindədir.Çalışdığı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X10 küçəsi, Döngə 3, ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr gəzdirir.Əməliyyat yolu ilə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün bölmə rəhbərliyinə raportla məruzə edilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etməklə təşkil etdiyi əməliyyat qrupuna Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 daxil etmişdir.Üzərində narkotik vasitələr və psixotrop maddələr daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və onların dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs 07 avqust 2023-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığını müəyyən edərək saat 11:00 radələrində piyada olarkən keçidin yaxınlığında saxlayıb xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim edib şəxsiyyəti ilə maraqlanmışlar.Həmin şəxs həqiqətən də xx xxxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu təsdiq etdikdən sonra narkotik vasitə və psixotrop maddələri qanunsuz əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, barəsində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə sonuncunu Binəqədi RPİ-ni 40-cı Polis bölməsinə dəvət etmişlər.Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etmədiyindən birlikdə xidməti polis bölməsinə gəlmişlər. Burada əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X6 təqdim edilməklə istintaq hərəkətinin aparılması həvalə edilmişdir.Təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi RPİnin 40-cı PB-nin inzabati binasında xidməti otaqların birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir.Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar olduğu halda təqdim etməsi təklif edildikdə, sonuncu əynində göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üstünə qoymuşdur.Bundan sonra şübhəli şəxs kimi saxlanan Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edillmiş və üstündə başqa heç nə olmadığını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmış, ilk öncə əynindəki paltarların ciblərinə baxılmış və həqiqətən də üstündən başqa heç nə aşkar edilməmişdir.Üst-başını səliqəyə salandan sonra üzərində aşkar edilmiş əşyanın nə olduğu, nə vaxt, kimdən və hansı məqsədlə əldə olunduğu soruşulduqda, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin bükümün içərəsində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu və 06 avqust 2023-cü il tarixində saat 22:00 radələrində Bakı şəhərində, Yasamal rayonunda yerləşən «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi RPİ-nin 40-cı PBnin təhqiqatçısı, polis kapitanı Hacı Musayev tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir.Onun rəhbərlik etdiyi əməliyyat qrupunda Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 iyul 2023-cü il tarixli, 3-16- 16/2-6/3907 nömrəli məhkəmə-kimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” möhür əksi, “... Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0,592 qram (Qalıq çəkisi 0, 542 qram) ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4216 nömrəli məhkəməkimyəvi ekspertizası rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №234” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza” ”, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,645 qram (Qalıq çəkisi 0, 595 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 22 iyul 2023-cü il tarixli, 4656 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 sentyabr 2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 1(001)-316/2020 nömrəli hökmünün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395-VİQR nömrəli Qərarının 2.4-cü bəndinə əsasən 30 noyabr 2021-ci il tarixində cəzadan azad edilmişdir.Bundan sonra,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-486/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 2 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların məcmusunu, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirir və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 07 avqust 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı Hacı Musayev tərəfindən qəbul olunmuş şübhəli şəxsin tutulması haqqında protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 07 avqust 2023cü il tarixdə, saat 12.30 tarixdə tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 4(001)-841/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində qətimkan tədbiri qismində həbs seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-486/2023 nömrəli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 03 ay müddətinə təyin edilmiş və çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək tutulduğu və 08 iyun 2023-cü il tarixdə tutulduğu cəmi 03 (üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı Hacı Musayev tərəfindən tərtib olunmuş 20 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il saat 12.30 tarixdə tutulmuşdur.Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 22 fevral 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Murad Quliyevin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Murad Quliyev tərəfindən qəbul olunmuş 22 fevral 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 22 fevral 2023-cü il tarixdə saat 10.05-də azad edilmişdir. Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Azər Aslanlı tərəfindən qəbul olumuş 08 may 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-46-5/2-7987/2023 saylı məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə saxlanılaraq Binəqədi RPİnin MSY-nə təhvil verilmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİnin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş 08 iyun 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri təsdiq edilməklə o, saxlanıldığı Bakı şəhəri, Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs cəza təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il saat 14.30 dəqiqədə tutulmuşdur.Həmçinin, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 21 iyul 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi İsaq Həsənovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 21 iyul 2023-cü il tarixdə azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci –199 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroinin 0,595 qram olan qalığı və psixotrop vasitə olan metamfetaminin 0,542 qram qalığı məhv edilməli və iş üzrə maddi sübut- təqsirləndirilən şəxsin üzərinə axtarış keçirilməsini özündə əks etdirən 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 40 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-486/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 22 fevral 2023-cü il tarixədək tutulduğu və 08 iyun 2023-cü il tarixdə tutulduğu cəmi 03 (üç) gün və 19 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 5 (beş) müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ümumi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 07 avqust 2023-cü il saat 12.30 tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik maddə olan heroinin 0,595 qram olan qalığı və psixotrop vasitə olan metamfetaminin 0,542 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD farmatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış 2 (iki) ekspertiza tədqiqatının dəyəri 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********, m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X, hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar