Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-105/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili X6, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1991-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, hal-hazırda subay, himayəsində 2 (iki) azyaşlı övladı olan, şəhid ailəsi, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Xanqərvənd kəndində qeydiyyatda olan və ünvan 1, X10 yerləşən fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair və xx.xx.1988-ci ildə Kəlbəcər rayonu, Dalqılınclı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Dalqılınclı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsi, X10 yerləşən fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci (təsviriəsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 04 yanvar 2021-ci il tarixdə saat 15.00 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək ictimai yer hesab hesab olunan küçədə ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs bacısı qızı Şahid4 telefon vasitəsi ilə nalayiq sözlərlə təhqir etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan davranış həddini aşaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə bir qrup şəxs halında Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib, əl zərbələri ilə sonuncunun bədənin müxtəlif yerlərindən vuraraq yerə yıxıb Təqsirləndirilən şəxs2 sağ bazu və dirsək oynağı nahiyələrinin dərialtı hematoması ilə nəticələnn qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli və sağ said nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər, Təqsirləndirilən şəxs1 isə başın təpə nahiyəsinin şişkinlikli qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətlər yetirməkdə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 04 yanvar 2021-ci il tarixdə saat 15.00 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək ictimai yer hesab olunan küçədə ictimai qaydanı kobud surətdə pozub Zərərçəkmiş şəxs bacısı qızı Şahid4 telefon vasitəsi ilə nalayiq sözlərlə təhqir etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan davranış həddini aşaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə bir qrup şəxs halında Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib, əl zərbələri ilə sonuncunun bədənin müxtəlif yerlərindən vuraraq yerə yıxıb Təqsirləndirilən şəxs1 başın təpə nahiyəsinin şişkinlikli qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə sağ bazu və dirsək oynağı nahiyələrinin dərialtı hematoması ilə nəticələnn qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli və sağ said nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməkdə xuliqanlıq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, 2012-ci ildə o, Şahid3 ilə rəsmi nikaha girərək ailə qurmuşlar.Birgə nikahdan 2012-ci ildə onların Aliyə adlı qızları və 2014-cü ildə Elçin adlı oğlanları anadan olmuşlar.Lakin sonradan ailələrində yaranmış mübahisələrlə bağlı Gündüzlə o, rəsmi olaraq məhkəmə qaydasında boşanmışlar.Belə ki, Gündüzün daimi iş yeri olmamış, uşaqları dolandıra bilmirdi, daimi Banklarda kredit borcları olmuşdur.Ailələrini anası ilə qardaşı dolandırırdılar.Boşanandan sonra məhkəmənin qətnaməsi ilə hər iki uşaq onun himayəsində saxlanılmış və hazırda da uşaqları onunla birlikdə yaşayırlar.Yaşadığı ev isə Gündüzün anası Zərərçəkmiş şəxs yaşadığı evin qonşuluğunda yerləşir.03 yanvar 2021-ci il tarixdə, günün ikinci yarısı rəfiqələri Güntəkin Qaybullayeva ilə Təqsirləndirilən şəxs2 Yeni İli qeyd etmək üçün onlara qonaq gəlmişlər.2021-ci il yanvarın 3-dən 4-nə keçən gecə Baharla Güntəkin onlarda qalmışlar.03 yanvar 2021-ci il tarixdə axşam təxminən saat 19:00-21:00 radələrində əvvəlcə Gündüz özü bir-neçə dəfə, sonra isə Gündüzün Aynurə adlı xalası qızı ona zəng edib söyüşlə söyərək onu təhqr etmişlər.Gündüzün anasının evi onun yaşadığı evə yaxın olduğuna görə Gündüz və onun anası Mürvət bilirdilər ki, Güntəkinlə Bahar onlardadırlar. Odur ki, Gündüzlə Aynurə telefonla ona zəng edəndə, telefonla Güntəkinlə Baharı da söyüb təhqir edirdilər.Səhəri günü, yəni 04 yanvar 2021-ci il tarixdə saat 15:00 radələrinə onlar pəncərədən Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Azərin evinə getdiyini görüb qərara gəlmişlər ki, Mürvətlə söhbət edib keçən axşam Gündüzlə Aynurənın onları söyüb təhqir etmələrinin səbəbini aydılaşdırsınlar.Bu məqsədlə də, Güntəkinlə Bahar evdən çıxaraq qonşuluqda yaşayan Azərin evinə getmişlər.O, Güntəkin və Baharla getməyib evdə uşaqlarla qalmışdır.Bir müddətdən sonra Güntəkinlə Bahar evə qayıtmışlar.Baharın başında və əllərində xəsarətləri var idi.Onların sözlərindən məlum olmuşdur ki, X11 evinə girən kimi, Zərərçəkmiş şəxs heç onları dinləmədən və gəlmələrinin səbəbini aydınlaşdırmadan Baharın üzərinə hücum edərək saçlarından tutub yolmağa başlamışdır.Sonra isə Mürvət yerdə olan ayaqqabı tayını götürüb Baharın üstünə atmışdır.Mürvətin atdığı ayaqqabı tayı Baharın başına dəyib başını əzmişdir.Evə daxil olan kimi Bahar dərhal istifadəsində olan ***-***-**-** nömrəli telefonunda DİN-nin 102 xidmətinə zəng edərək Mürvət tərəfindən döyüldüyünü bildirmişdir.Baharın zəngindən sonra hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başlamışlar.Polis araşdırması başa çatandan sonra, təxminən saat 22.00 radələrində Güntəkinlə Bahar evlərinə getmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 həmin hadisənin törədilməsində onun heç bir günahının olmadığını, həmçinin, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, şəhid ailəsindən olmasını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.2-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 2019-cu ildən tanıyır.Təqsirləndirilən şəxs1 ilə o, qonşuları Güntəkin Qaybullayeva vasitəsi ilə tanış olmuşdur.Nuranə ilə tanış olanda Nuranə ilə Gündüz hələ evli idilər, ailələrində iki uşaqları var idi və onlar birlikdə Gündüzün anası Zərərçəkmiş şəxs evinin yaxınlığında yerləşən evdə ayrıca yaşayırdılar.Nuranə ilə tanış olanda artıq sonuncunun ailəsində sözsöhbətləri var idi.Belə ki, Şahid3 daimi iş yeri yox idi, ailəsini dolandıra bilmirdi.O, Nuranəni tanıyandan sonuncunun ailəsini Nuranənin anası və qardaşı dolandırırdı.Nəticə də, 2020-ci il tarixdə Nuranənin ərizəsi ilə məhkəmə qaydasında onlar rəsmi olaraq boşanmış, uşaqlar Nuranənin yanında qalmış, Gündüz isə anasının evinə köçmüşdür.Lakin bütün bunlara baxmayaraq o, daimi Nuranə ilə əlaqə saxlamış, mütəmadi olaraq gedib ona baş çəkmişdir.X18 baş çəkə bilmədiyi üçün 03 yanvar 2021-ci il tarixdə, günün ikinci yarısı Güntəkin Qaybullayeva ilə o, Nuranəyə dəyməyə getmişlər.2021-ci il yanvarın 3-dən 4-nə keçən gecə onlar Nuranəgildə qalmışlar. 03 yanvar 2021-ci il tarixdə axşam təxminən saat 19:00-21:00 radələrində əvvəlcə Gündüz özü bir-neçə dəfə, sonra isə Gündüzün Aynurə adlı xalası qızı Nuranəyə zəng edib söyüşlə söyərək Nuranəni təhqr etmişlər.Gündüzün anasının evinin Nuranə yaşadığı evə yaxın olduğuna görə Gündüz və onun anası Mürvət Güntəkinlə onun Nuranənin evində olduqlarını bilirmişdirlər.Odur ki, Gündüzlə Aynurə telefonla Nuranəyə zəng edəndə, telefonla Güntəkinlə onu da söyüb təhqir edirdilər.Nuranə isə Gündüzlə Aynurəni sakitləşdirməyə çalışırdı.Səhəri günü, yəni 04 yanvar 2021-ci il tarixdə saat 15:00 radələrinə onlar pəncərədən Zərərçəkmiş şəxs qonşuluqda yaşayan Azərin evinə getdiyini görüb qərara gəlmişlər ki, Mürvətlə söhbət edib keçən axşam Gündüzlə Aynurənın onları söyüb təhqir etmələrinin səbəbini aydılaşdırsınlar.Güntəkinlə o, evdən çıxanda, Zərərçəkmiş şəxs artıq Azərin evində idi. Nuranə onlarla getməyib uşaqlarla evdə qalmışdır.Güntəkinlə o, Azərin evinə gedib orada Mürvətlə söhbət etməyə çalışmışlar.Lakin Zərərçəkmiş şəxs heç onları dinləmədən və gəlmələrinin səbəbini aydınlaşdırmadan onun üzərinə hücum edərək saçlarından tutub yolmağa başlamışdır.Bundan sonra Mürvət yerdə olan ayaqqabı tayını götürüb onun üstünə atmışdır.Mürvətin atdığı ayaqqabı tayı onun başına dəyib ona xəsarət yetirmişdir.Güntəkinlə o, ikisi də Nuranənin evinə qayıtmışlar. Evə çatan kimi, dərhal istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək Mürvət tərəfindən döyüldüyünü bildirmişdir.Onun zəngindən sonra hadisə yerinə polis əməkdaşları gəlib araşdırmaya başlamışlar.Polis araşdırması başa çatandan sonra, təxminən saat 22.00 radələrində Güntəkinlə o, evlərinə qayıtmışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 həmin cinayətin törədilməsinədə onun təqsirinin olmadığını, habelə ailəli olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, məcburi köçkün olmasını nəzərə alaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, oğlu Şahid3 2012-ci ildə Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuşdur.Həmin nikahdan onların iki uşaqları vardır.Lakin oğlunun ailəsində olan narazılıqlara görə onların ailə münasibətləri rəsmi olaraq məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə qətnaməsində övladların anasında qalmağı qeyd olunmasa da uşaqların hər ikisi hazırda anaları ilə yaşayırlar.Nuranənin yaşayış yeri onun yaşadığı evin yaxınlığında yerləşir.Belə ki, həmin evi oğlu Gündüz birgə yaşadıqları dövrdə inşa etmiş, boşanandan sonra isə Gündüz həmin evdən çıxıb onun yanına gəlmiş, Nuranə isə uşaqları ilə birlkdə həmin oğlu inşa etdiyi evdə yaşayırlar.04 yanvar 2021-ci il tarixdə təxminən saat 15:00 radələrində o, qonşuluqda yaşayan Şahid1gilə laqunda dalıycan getmişdir.Azər həyəttə qaynaq işləri ilə məşğul idi. O, Azərgilin evinə təzə daxil olmuşdur ki, Azər onu çölə çağırmışdır. O, evdən çıxanda Azərgilin həyətində keçmiş gəlini Nuranənin rəfiqələri Güntəkinlə Baharı görmüşdür. Onlar naraza halda bacısı qızı Şahid4 telefonla zəng edib onları təhqir etdiyini ona bildirmişlər.Güntəkinlə Baharın onunla mübahisə etmələrini görüb Azər onun həyətində mübahisə etməmələrini, onun həyətindən çıxıb küçədə söhbət etmələrini xahiş etmişdir. Azərin sözü ilə onlar Azərin həyətindən yaşadıqları Binəqədi qəsəbəsinin M.Ələkbərov küçəsinə çıxmışlar. X4 mübahisə etməyə davam etmişlər. Onların səsinə Niranə də onlara yaxınlaşmışdır.Beləliklə də, bacısı qızı Aynurənin özünün dediyindən ona məlum idi ki, o, yəni Aynurə həqiqətən də bir gün əvvəl, yəni 03 yanvar 2021ci il tarixdə Nuranəyə zəng vurub və ailəsini dağıtmaması üçün onunla söhbət əsnasında məsləhət vermişdir. X8 zəng etməsini bəhanə edərək heç bir səbəb olmadan rəfiqələri Güntəkinlə Baharı da bu məsələyə qoşaraq onunla mübahisə etməyə başlamışdır.O, onların dediklərinə məhəl verməyib onlardan kənarlaşmağa başlayanda, onun onlara baş qoşmamasından daha da qəzəblənərək Nuranə onun üzərimə cumaraq hər iki əlləri ilə onun başına zərbələr endirməyə başlamışdır.O, Nuranənin əlindən çıxmağa çalışanda Bahar da Nuranəyə köməklik göstərərək əlləri ilə onun sağ əlinə zərbələr endirməyə başlamışdır. Gültəkin də Nuranə ilə Baharın yanında olsa da, o, onu döyməmiş, yalniz hadisəni kənardan izləyirdi.Nuranə baş nahiyyəsindən, Bahar isə bədənindən döymələri nəticəsində ona bədən xəsarətləri yetirilmişdir.Bununla bağlı o, əvvəlcə DİN-nin 102 xidmətinə telefon məlumatı vermiş, sonra isə rəsmi ərizə ilə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, hal-hazırda o, təqsirləndirilən şəxslərlə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, onun təqsirləndirilən şəxslərdən şikayətçidir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 04 yanvar 2021-ci il tarixdə, gunorta, təxminən saat 15.00 radələrində Zərərçəkmiş şəxs onlara laqunda istəməyə gəlmişdir. Həmin vaxtı o, həyətdə qaynaq işləri aparırdı. Arvadı Şahid2 isə evdə idi. Zərərçəkmiş şəxs təzə gəlmişdir ki, həyətə Mürvətin gəlini Təqsirləndirilən şəxs1 Bahar və Güntəkin adlı rəfiqələri gəlib Mürvəti çölə çağırmağı ondan xahiş etmişlər. Baharla Güntəkini o, əvvələr də Nuranənin evinə gəldiklərini görüb Nuranənin rəfiqələri olduqlarını bilirdi. Baharla Güntəkinin xahişi ilə o, gedib Mürvəti evdən çağırmışdır. Mürvətin arxasıycan arvadı Şahid2 da evdən çıxmışdır. Mürvət evdən çıxan kimi, Baharilə Güntəkin birlikdə Mürvətlə mübahisə etməyə başlamışlar. Bunu eşidən kimi o, onların üçünü də, yəni Mürvəti və Baharla Güntəkini həyətdən çıxartdı ki, mübahisələrini gedib küçədə etsinlər. Onların mübahisələrinin mahiyyətinin nədən ibarət olmasını o, elə də bilmədi, nədə ki, maraqlanmamışdır. Onlar həyətdən küçəyə çıxandan sonra, küçədə o, onların qışqırıq səslərini eşitdi. Onların qışqırıq səslərinə Mürvətin gəlini Nuranə də onlara yaxınlaşmışdır. Nə baş verdiyi ilə maraqlananda, o, gördü ki, Nuranə ilə rəfiqəsi Bahar əlləri ilə Mürvətə zərbələr endirərək sonuncunu döyürlər. Bir müddətdən sonra Nuranə ilə Bahar Mürvətdən kənarlaşaraq onların yanında olan Güntəkinlə birlikdə Nuranəgilə getmişlər. Məhkəmə iclasında ifadə verən Şahid2 bildirmişdir ki, 04 yanvar 2021-ci il tarixdə, gunorta, təxminən saat 15 radələrində qonşuları Zərərçəkmiş şəxs onlara laqunda istəməyə gəlmişdir. Həmin vaxtı əri Şahid1 həyətdə qaynaq işləri ilə məşğul idi. Bu vaxtı Azər evə daxil olaraq Mürvəti çölə çağırdı. O, da Mürvətin arxasıycan evdən çıxdı və həyətdə Mürvətin gəlini Nuranənin Bahar və Güntəkin adlı rəfiqələrini gördü. Belə ki, həmin qadınları o, əvvəllər birneçə dəfə Nuranənin evinə gələndə görmüşdür. Nuranə özü onlarla yox idi. Mürvət evdən çıxan kimi, X9 mübahisə etməyə başlamışlar. Bunu görən əri Azər onların üçünü də həyətdən çıxartdı ki, mübahisələrini gedib küçədə etsinlər. Onların mübahisələrinin mahiyyətinin nədən ibarət olmasını o, elə də bilmədi, nədə ki, maraqlanmamışdır. Onlar həyətdən küçəyə çıxandan sonra, küçədə o, onların qışqırıq səslərini eşitdim. Lakin nə baş verdiyi ilə maraqlanmayıb evinə qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, küçədə onların qışqırığına Nuranə özü də onlara yaxınlaşmış və rəfiqəsi Baharla birlikdə Mürvəti döymüşlər. Məhkəmə iclasında ifadə verən Şahid3 bildirmişdir ki, 2012-ci ildə o, Təqsirləndirilən şəxs1 ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan 2012-ci ildə Aliyə adlı qızları və 2014-cü ildə Elçin adlı oğlanları anadan olmuşdur. Nuranə ilə birgə yaşadıqları dövr ərzində valideyinlərinin evinin yaxınlığında özlərinə ev inşa edib həmin evdə də anası Zərərçəkmiş şəxs ayrı yaşamışlar. Lakin sonradan ailələrində yaranmış mübahisələrlə bağlı Nuranə ilə nikahları rəsmi olaraq məhkəmə qaydasında pozulmuşdur. Boşanandan sonra məhkəmənin qətnaməsi ilə hər iki uşaq Nuranənin himayəsində saxlanılmış və hazırda da uşaqları Nuranə ilə birlikdə onun inşa etdiyi evdə yaşayırlar. Boşanandan sonra o, anasının evinə qayıtmış və hazırda da anası ilə bir evdə yaşayırlar. 04 yanvar 2021-ci il tarixdə o, səhər saat 08 radələrində evdən çıxmış və axşam saat 21 radələrində qayıtmışdır. Baş vermiş hadisənin şahidi olmasa da, anası Zərərçəkmiş şəxs sözlərindən ona məlum olmuşdur ki, həmin gün günorta vaxtı, təxminən saat 15 radələrində anası qonşuları Azərgildə olarkən Nuranənin Bahar və Gültəkin adlı rəfiqələri anasını küçəyə çağıraraq anası ilə mübahisə etməəyə başlamışlar. Onların səsinə Nuranə də onlara yaxınlaşmışdır. Onlar narazı halda xalası qızı Şahid4 telefonla zəng edib onları təhqir etdiyini anasına bildirmişlər. X13 zəng etməsini bəhanə edərək heç bir səbəb olmadan anası ilə mübahisə etməyə başlamışdır. Anası Nuranənin dediylərinə məhəl verməyib ondan kənarlaşmağa başlayanda, anasının onunla söhbət etmək istəməməsindən daha da qəzəblənərək Nuranə anasının üzərinə cumaraq anasının başına hər iki əlləri ilə zərbələr endirməyə başlamışdır. Anası Nuranənin əlindən çıxmağa çalışanda Bahar da Nuranəyə köməklik göstərərək əlləri ilə anasının sağ qoluna zərbələr endirməyə başlamışdır. Gültəkin də Nuranə ilə Baharın yanında olsa da, anasını döyməmiş, yalniz hadisəni kənardan izləmişdir. Nuranə və Bahar tərəfindən endirilmiş zərbələrdən anası yerə yıxılandan sonra Nuranə ilə Bahar anasından əl çəkmişlər. Və onların kənarlaşmalarından istifadə edərək anası yerdən qalxaraq evlərinə qayıtmışdır. Anasının dediyinə görə baş vermiş hadisə barədə o, DİN-nin 102 xidmətinə telefon məlumatı vermiş, sonra isə rəsmi ərisə ilə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid4 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalasıdır. Şahid3 isə xalası Mürvət Qaratevanın oğludur. Şahid3 2012-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların iki uşaqları vardır. Lakin sonradan ona məlum olmayan səbəbdən onların ailəsi rəsmi qaydada məhkəmə qaydasında pozulmuşdur. Boşanandan sonra onların hər iki uşaqları Nuranənin yanında qalmışlar. Nuranənin yaşadığı ev xalasınin yaşadığı evin yaxınlığında yerləşir. Belə ki, həmin ev xalası oğlu Gündüz tərəfindən birgə yaşadıqları dövrdə inşa edilmiş, boşanandan sonra isə Gündüz həmin evdən çıxıb anasının, yəni xalası Zərərçəkmiş şəxs evinə köçmüş, Nuranə isə uşaqları ilə birlkdə hazırda da Gündüz inşa etdiyi həmin evdə yaşayırlar. Şahid3la Təqsirləndirilən şəxs1 evli olduqları dövrdə də onun Nuranə ilə münasibətləri ümumi xarakter daşımış, aralarında çox da yaxın münasibətləri olmamışdır. O, heç vaxtı Nuranə ilə telefon əlaqəsi saxlamamış, heç onun telefon nömrəsini də bilmir. Lakin onlar boşanandan sonra o, xalası Mürvətdən Nuranənin mobil telefonunun nömrəsini götürüb bir dəfə, yəni 03 yanvar 2021-ci il tarixdə Nuranəyə zəng edib təklif etmişdir ki, Gündüzlə onların iki uşaqları var, barışsınlar və bununla da bütün söz söhbətlər də aradan götürülsün. Lakin cavabında Nuranə ilə həmin vaxtı onun yanında olan Bahar adlı rəfiqəsi telefonla onu söyüb təhqir etməyə başlamışlar. Baharı o, səsindən tanımışdır. Bunu eşidən kimi o, Nuranə ilə telefon əlqəsini kəsmişdir. Səhəri günü isə, yəni 04 yanvar 2021-ci il tarixdə o, eşitmişdir ki, Təqsirləndirilən şəxs1 ilə rəfiqəsi Bahar Məmmədova küçədə xalası Zərərçəkmiş şəxs döymüşlər. O, özü baş vermiş hadisənin şahidi olmamışdır. Baş vermiş hadisə barədə ona xalası Zərərçəkmiş şəxs sözlərindən məlum olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dəvət edilərək ifadəsi alınmış X3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rəfiqəsidir.O, həmin günü Nuranə ilə birlikdə Bahargilə qonaq getmişdirlər.Onlar orada olanda Nuranənin telefonuna zəng gəlmiş və zəng edən adam Nuranəni telefonda təhqir etdi, sonradan o, başa düşmüşdür ki, Nuranəyə zəng edib onu təhqir edən Mürvət xanımdır.Buna görə də, o, Bahara demişdir ki, gəl gedək Mürvət xanıma deyək ki, ayıbdır.Bundan sonra, onlar Mürvət xanıma yaxınlaşıb, nə üçün Nuranəni söydüyünü soruşmuşdurlar.Bunun cavabında Mürvət xanım onları söyməyə başlamışdır.Bundan sonra, Mürvət xanım Baharın saçına əl atdı.Onlar isə tərəfləri sakitləşdirməklə araladılar.Sonradan hadisə yerinə Azər və onun yoldaşı da gəldi.Onlar qapıdan aralananda Mürvət xanım krasovkanı Baharın başına tulladı.Şahid suallara cavab olaraq bildirmişdir ki, hadisə evdə və evin qapısının qarşısında olmuş, həmin vaxtı Azər də orda olmuş, Mürvət xanım Bahara evin qapsında əl atmış, həmin vaxtı hadisə yerində Nuranə olmamış, Nüranə həmin vaxtı evdə olmuşdur.Həmçinin, şahid bildirmişdir ki, onlar Mürvət xanımın yanına telefonda onları söydüyünə görə öz iradlarını bildirmək üçün getmişdirlər. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 01 mart 2021-ci il tarixli yazılı ərizəsinə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, onun təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 11 yanvar 2021-ci il tarixli 37 saylı rəyinə görə Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin şişkinlikli qançırı, sağ bazu və dirsək oynağı nahiyələrinin dərialtı hematoması, sağ said nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişdir, yetirmə müddəti qərarda göstərilən 04 yanvar 2021-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Mürvər Qarayevanın bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən əllə yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Sağ said nahiyəsindəki sıyrıqların əl barmaqlarının dırnaqlarının təsirindən yetirilməsi inkar edilmir. Mürvər Qarayevanın bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının 28 iyun 2021-ci il tarixli 18/37 saylı rəyinə görə Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın təpə nahiyəsinin şişkinlikli qançırı, sağ bazu və dirsək oynağı nahiyələrinin dərialtı hematoması, sağ said nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişdir, yetirmə müddəti qərarda göstərilən 04 yanvar 2021-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə başın təpə nahiyəsinin şişkinlikli qançırı, sağ bazu və dirsək oynağı nahiyələrinin dərialtı hematoması hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ said nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Mürvər Qarayevanın bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs (şəxslər) tərəfindən əllə yumruq və təpiklə vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Sağ said nahiyəsindəki sıyrıqların əl barmaqlarının dırnaqlarının təsirindən yetirilməsi inkar edilmir. Mürvər Qarayevanın bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəlllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 oğlunun əvvəlllər məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsləri, onların müdafiəçilərinin müdafiə çıxışlarını, zərərçəkmiş şəxsi, onun nümayəndə və vəkilinin çıxışını və şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyni nəzərə alıb, habelə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) azyaşlı övladının olmasını, şəhid ailəsindən olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Həmçinin, məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, məcburi köçkün olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Azərbaycan Respublikası Cinayət Məcələsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə özlərini təqsirli bilməmələri və hadisənin törədilməsində əsas günahkarın qarşı tərəf olmasını bildirməsi, təqsirləndirilən şəxslərin onları gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi və çoxsaylı şahid ifadələri, ekspertiza rəyləri ilə və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir.Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün heç bir hüquqi əsaslar yoxdur. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslərin əməli CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) azyaşlı övladının olmasını, şəhid ailəsindən olmasını, ilk dəfə cinayət törətməsini və qadın olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1, X10 yerləşən fərdi evdə çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə işlədiyi Abşeron rayonu və yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirməlisi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 evli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ilk dəfə cinayət törətməsini, məcburi köçkün olmasın, qadın olmasını nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsi, X10 yerləşən fərdi evdə çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Abşeron rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1, X10 yerləşən fərdi evdə yaşayan çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 oğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsi, X10 yerləşən fərdi evdə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Abşeron rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Hakim Abbas Rzayev