Məhkəmə qərarları › İş №1(001)-105/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-105/2024

26.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-105/2024 26.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 10 ünvanda yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qardaşı Şahid7 ilə qısa müddətli görüşə gələrkən üzərindəki qara rəngli əlçantasında gizlətdiyi “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş daxilində (070) ***-**-** nömrəli «Nar» danışıq kartı olan işlək vəziyyətdə istifadəyə yararlı - «MD294LL/A» modelli, “**********91762” imei kodlu, 1 ədəd “İphone 5” markalı mobil smartfon aparatını yoxlamadan gizlətməklə məhkum qardaşı Şahid7 verməyə cəhd etmiş, lakin müəssisənin əməkdaşları tərəfindən keçirilən axtarış-baxış tədbirləri zamanı həmin əşya aşkar edilərək götürüldüyündən cinayət əməlini iradəsindən aslı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Şahid7 törətdiyi cinayətə görə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli hökmü ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə müəssisəsində çəkmişdir. Şahid7 görüşünə getmək məqsədilə 13 yanvar 2023-cü il tarixdə müəyyən tədarük görərək qənd, çay, konfet, siqaret və s. ərzaqlar almış, həmin tarixdə aldıqlarından sovqat düzəldərək qardaşının görüşünə anası X5 ilə birlikdə getmişdir. Cəzaçəkmə müəssisəsinə saat 15:00 radələrində çataraq oranın rəhbərliyinə qardaşı ilə görüşmək üçün ərizə ilə müraciət etmiş, müəssisənin əməkdaşları saat 15:30 radələrində onları nəzarət-buraxılış məntəqəsinə dəvət edərək üzərlərində və gətirdikləri sovqatlarda cəzaçəkmə müəssisələrinə keçirilməsi qadağan olunmuş əşyalar varsa könüllü təhvil verilməsini təklif etmiş, o, isə özünə məxsus «Samsung» markalı mobil telefon aparatını müəssisəsinin əməkdaşlarına təhvil vermiş, bundan sonra müəssisənin əməkdaşı tərəfindən onun üzərindəki əlçantasına baxış keçirilən zaman əlçantasından 1 ədəd «İphone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Həmin telefon qardaşı Şahid7 məxsus olmasına baxmayaraq o, azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra onun yaşadığı mənzildə qalmış, telefon işləmədiyi üçün onun yaddaşındakı Şahid7 uşağının fotolarının əksini götürmək mümkün olmamış, bu səbəbdən də telefonu təmir elətdirmək məqsədilə hadisədən 2-3 gün əvvəl əlçantasına qoymuş, lakin görüşə gedən vaxt əlçantasında unutduğundan müəssisənin giriş qapısında təhvil verməmişdir. Qeyd edilənləri nəzərə alıb bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 11 saylı X4nəzarət şöbəsinin nəzarətçisi Şahid1 ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdə, saat 15:30 radələrində müəssisədə cəza çəkən məhkum Şahid7 yanına qısa müddətli görüşə gəlmiş bacısı Təqsirləndirilən şəxs üzərindəki qara rəngli əlçantasına müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilən zaman orada gizlədilmiş vəziyyətdə daxilində «Nar» danışıq kartı olan -1 ədəd “İphone 5” markalı mobil smartfon aparatı aşkar edilərək götürülmüş, bununla əlaqədar hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək mobil smartfon aparatı qablaşdırılmış protokola əlavə olunduqdan sonra bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin əməkdaşı Şahid5 ifadəsində göstərmişdir ki, 13 yanvar 2023cü il tarixdə, saat 15:30 radələrində Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid7 yanına qısa müddətli görüşə gəlmiş bacısı Təqsirləndirilən şəxs üzərindəki qara rəngli əlçantasına xanım əməkdaş Şahid1 tərəfindən xüsusi ayrılmış otaqda baxış keçirilən zaman daxilində «Nar» danışıq kartı olan -1 ədəd “İphone 5” markalı mobil smartfon aparatı həmin çantadan aşkar edilərək götürüldüyünü görmüş, bununla əlaqədar əməkdaşlar onun və digər hal şahidinin iştirakı ilə protokol tərtib edərək aşkar olunmuş mobil telefon qablaşdırılaraq protokola əlavə edilmiş və protokolla bütün iştirakçılar tanış olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Şahid6 da Şahid5 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş Şahid7 ifadəsində göstərmişdir ki, 13 yanvar 2023-cü il tarixdə, saat 15:30 radələrində bacısı Təqsirləndirilən şəxs onunla görüşə gəldiyi zaman əlçantasından mobil smartfon aparatı aşkar edilərək götürüldüyünü müəssisə əməkdaşlarından sonradan eşitmişdir. Sözügedən smartfondan xəbərsiz olmuş, yanına gələn və digər şəxslərə onun üçün mobil telefon gətirilməsinə dair sifariş verməmişdir. Əvvəllər evli olmuş, həmin nikahdan bir qız övladı doğulmuş, sonradan nikahlarına xitam verildiyi üçün övladı anasının himayəsində qalmış, azadlıqdan məhrum etmə cəzasına məhkum ediləndən sonra uşağını görməmiş, azadlıqda olduğu müddət qızının ona məxsus “İphone 5” markalı mobil smartfonda uşaqlıq fotosunu saxlamış, telefon sonradan işləmədiyi üçün bacısı Təqsirləndirilən şəxs ona məxsus telefonu təmir elətdirməsini və telefonun yaddaşında olan qızının fotosunun əksini əldə edərək onunla görüşə gələndə gətirməsini xahiş etmişdir. Bacısı isə telefonu təmir elətdirdikdən sonra yaddaşdakı fotonun əksini onunla görüşə gələndə gətirəcəyini ona söz vermiş, hadisə baş verdiyini eşidəndən sonra bacısından maraqlanarkən sonuncu onun əlçantasından aşkar edilmiş mobil telefon aparatının ona məxsus olduğunu bildirmiş, telefonu təmir elətdirmək üçün əlçantasına qoymuş və görüşə gedəndə təhvil verməyi unutmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin kompüter-texniki obyektlərin tədqiqi şöbəsində ekspert vəzifəsində işləyir. Cinayət işi üzrə kompüter-texniki ekspertizasının 13 mart 2023-cü il tarixli, 5/207 nömrəli rəyi onun tərəfindən verilmişdir. 1 ədəd sensor ekranlı “İOS” əməliyat sistemi ilə təchiz olunmuş «İphone» markalı, «MD294LL/A» modelli, “**********91762” imei kodlu mobil smartfon tədqiq edilərkən işlək vəziyyətdə olub, istifadə üçün yararlı olmuşdur. Hər hansı proqram təminatı vasitəsilə işlək vəziyyətdə olmayan “İOS” əməliyat sistemi ilə təchiz olunmuş mobil smartfonu açmaq mümkün deyil. Başqa sözlə, sözügedən mobil smartfon tədqiq edilərkən işlək vəziyyətdə olmasa idi, onun yaddaşındakı məlumatları və fotoşəkilləri götürmək mümkün olmazdı. Sözügedən mobil telefon köhnə model olduğundan və uzun müddət istifadə edildiyindən mümkündür ki, hal-hazırda enerji qurğusu öz funksiyasını itirmiş olsun və buna görə mobil telefon açılmasın. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1). Götürmə haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 15:30 radələrində Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qardaşı Şahid7 yanına qısa müddətli görüşə gələrkən üzərindəki qara rəngli əlçantasından Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş mobil smartfon aparatı aşkar edilərək götürülmüşdür (cild 1, i.v.6-7). Təqsirləndirilən şəxs imzaladığı xx.xx.2023-cü il tarixli İltizamdan görünür ki, ona Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi qadağan olunmuş əşyaların siyahısı öncədən elan olunmuş və Təqsirləndirilən şəxs həmin siyahı ilə tanış olduqdan sonra iltizamı imzası ilə təsdiq etmişdir (cild 1, i.v.28). Kompüter-texniki ekspertizasının 13 mart 2023-cü il tarixli, 5/207 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd sensor ekranlı “İOS” əməliyat sistemi ilə təchiz olunmuş «İphone» markalı, «MD294LL/A» modelli, “**********91762” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır (cild 1, i.v. 82-86). Rabitə vasitəsilə ötürülən ələ keçirilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindəki qara rəngli əlçantasından aşkar olunmuş 1 ədəd “İphone 5” markalı mobil smartfonun daxilindəki “Nar” danışıq kartının Şahid7 məxsus olduğu müəyyən edilmiş, həmin telefon aparatının “Azercell”, “Bakcell” və “Azerfon” mobil operatorlarda istifadə edilmədiyi məlum olmuşdur (cild 1, i.v.124-136). Məhkəmə kompüter-texniki ekspertizasının 13 mart 2023-cü il tarixli, 5/207 nömrəli rəyinə əlavə olunmuş DVD-R diskindəki məlumatlardan görünür ki, mobil teıefonun daxilində Şahid7 və bir azyaşlı qız uşağının fotoları vardır (cild 1, i.v.155-162). Maddi sübutun tanınması haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş daxilində (070) ***-**-** nömrəli «Nar» danışıq kartı olan-1 ədəd «İphone 5» markalı, «MD294LL/A» modelli, “**********91762” imei kodlu mobil smartfon maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, i.v.163). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.181-182). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsinə dair 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v.191-193). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.78). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bu mənada məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs mobil telefonu hadisədən bir neçə gün əvvəl təmir elətdirmək məqsədilə əl çantasına qoyduğu və müəssisəyə daxil olan zaman təhvil verməyi unutduğu kimi ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə kimi qiymətləndirib rədd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə qısa müddətli görüşə gəldiyi zaman Cəzaçəkmə müəssisələrinə keçirilməsi qadağan olunmuş əşyaların siyahısı ilə tanış edilmiş, üzərində olan özünə məxsus «Samsung» markalı mobil telefon aparatını müəssisəsinin əməkdaşlarına təhvil vermiş, üzərində başqa qadağan edilmiş əşya olmadığını iltizama imza etməklə təsdiq etmişdir. Əgər mobil telefonu həqiqətəndə təmir elətdirmək məqsədilə əl çantasına qoymuşdusa qeyd olunanlardan sonra Təqsirləndirilən şəxs həmin mobil telefonu xatırlamalı və təqdim etməli idi. Bundan əlavə iş üzrə keçirilmiş kompüter-texniki ekspertizasının rəyi ilə təsdiq olunur ki, sözügedən mobil telefon işlək vəziyyətdə olmaqla istifadəyə yararlı olmuşdur, yəni təmirə ehtiyacı olmamışdır. Bu xüsusatın özü də Təqsirləndirilən şəxs mobil telefon işləmədiyi üçün onu təmirə aparması barədə bildirdiklərinin həqiqiliyini şübhə altına alır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla qadın olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış (070) ***-**-** nömrəli «Nar» danışıq kartı və «MD294LL/A» modelli, “**********91762” imei kodlu, 1 ədəd “İphone 5” markalı mobil smartfon aparatı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 53 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 35 (otuz beş) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsi ilə təqsirli bilinib 1.000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası yaşadığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 53 (əlli üç) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X2, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Maddi sübutlar – (070) ***-**-** nömrəli «Nar» danışıq kartı və «MD294LL/A» modelli, “**********91762” imei kodlu, 1 ədəd “İphone 5” markalı mobil smartfon aparatı Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 210 (iki yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar