Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-105/2025 11.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – X8 iştirakı ilə, xx xxxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2qxanada yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 21 fevral 2024-cü ildə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,370 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 01 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 15:00-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 37 ünvanda saxlanılaraq ünvan 3 bölməsinə gətirilmiş və həmin gün saat 16:20-də üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,370 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 26 aprel 2024-cü ildə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,250 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan açıq-boz rəngli rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 16:00-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” mağazasının qarşısında saxlanılaraq ünvan 5 polis bölməsinə gətirilmiş və həmin gün saat 17:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq-boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda təmiz çəkisi 0,250 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 20 may 2024-cü ildə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,397 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 01 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan ağ rəngli şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 19:15-də Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanda saxlanılaraq ünvan 5 polis bölməsinə gətirilmiş və həmin gün saat 20:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 0,397 qram tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X13 ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. Narkotik vasitə heroini yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul edir. Bu asılılığından irəli gələrək həmin maddələri adətən tanımadığı şəxslərdən müxtəlif qiymətlərə şəxsi istifadəsi üçün əldə etmişdir. Belə ki, 21 fevral 2024-cü ildə səhər saatlarında “Papanın” adlanan əraziyə getmişdir. Orada tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmışdır. Ondan bir büküm narkotik vasitə heroin istəmişdir. Sonuncu ona 10 manat qarşılığında bir ədəd şəffaf sellofan kəsiniyinə bükülmüş olan narkotik vasitə heroini satmış və o da həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin bir neçə saat sonra, yəni 21 fevral 2024-cü ildə saat 15:00-da yaşadığı yerin yaxınlığında piyada gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Bundan sonra o, Binəqədi RPİ-in 5-ci Polis Bölməsinə dəvət edilmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini etiraf etmişdir. Bundan sonra üzərində qadın cinsinə mənsub bir nəfər şəxs tərəfindən şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərfin üzərində özü də daxil olmaqla iştirakçılar tərəfindən imzalar çəkilmiş və möhürlənmişdir. Sonradan göndərilən məhkəmə-kimyəvi ekspertizanın rəyinə əsasən üzərində aşkar edilmiş narkotik vasitə heorinin təmiz çəkisinin 0,370 qram olduğu təsbit olunaraq ona elan edilmişdir. O üzərindən aşkar edilmiş narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etmişdir. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Bundan başqa 26 aprel 2024-cü ildə səhər saatlarında “Kubinka” adlanan əraziyə getmişdir. Orada tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxsdən bir büküm psixotrop maddə metamfetamin istəmişdir. Sonuncu ona 10 manat qarşılığında bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş olan psixotrop maddə metamfetamini satmış və o da həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin həmin gün 26 aprel 2024-cü il tarixdə saat 16:00-da yaşadığı yerin yaxınlığında, yəni Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” mağazasının yaxınlığında piyada gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağı səbəbi ilə Binəqədi RPİ-in 5-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona müdafiəçi təyin olunmuş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə qadın cinsindən olan bir nəfər şəxsin də iştirakı təmin edilməklə axtarış keçirilmişdir. Həmin proses zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş və o, əynində olan açıq-boz rəngli parça şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Bundan sonra qadın cinsinə mənsub iştirakçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzi vasitəsi ilə ölçülmüşdür. Daha sonra həmin büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərfin üzərində özü də daxil olmaqla iştirakçılar tərəfindən imzalar çəkilmiş və möhürlənmişdir. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Bundan başqa 20 may 2024-cü ildə günorta saatlarında “Alatava” adlanan əraziyə getmişdir. Orada tanımadığı, narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxsdən bir büküm narkotik vasitə heroin istəmişdir. Sonuncu ona 10 manat qarşılığında bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş olan narkotik vasitə heroini satmış və o da həmin bükümü əynində olan şalvarın sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin həmin gün, yəni 20 may 2024-cü ildə saat 19:15-də ünvan 6 ünvanın yaxınlığında piyada gəzərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağı səbəbi ilə Binəqədi RPİ-in 5-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona müdafiəçi təyin olunmuş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə qadın cinsindən olan bir nəfər şəxsin də iştirakı təmin edilməklə axtarış keçirilmişdir. Həmin proses zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş və o, əynində olan ağ rəngli parça şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini etiraf etmişdir. Bundan sonra qadın cinsinə mənsub iştirakçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzi vasitəsi ilə ölçülmüşdür. Daha sonra həmin büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərfin üzərində özü də daxil olmaqla iştirakçılar tərəfindən imzalar çəkilmiş və möhürlənmişdir. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Əməlindən səmimi peşmançılıq çəkir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir qızı olduğunu, onu təkbaşına böyütdüyünü nəzərə alıb ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Vəli oğlu ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 5-ci PB-ın cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. X9 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Binəqədi RPİ-in 5-ci PB-ın CA üzrə əməliyyat müvəkilli, polis baş leytenantı Şahid2 olmuşdur. Bununla əlaqədar 21 fevral 2024-cü ildə saat 15:00 radələrində X11 Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 37 ünvanda görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 5-ci PB-yə dəvət etmişlər. X9 üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından bölməyə müdafiəçi dəvət olunmuşdur. X4 şübhəli şəxs X9 üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirdiyini elan edib iştirakçıları təqdim etmişdir. Təhqiqatçı prosesdə iştirak edən şəxslərə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş və onlar isə hüquq və vəzifələrinin aydın olduğunu bildirmişlər. Sonra şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş açıqqəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsin üzərinə qadın tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və necə əldə etməsi barədə suallar vermişdir. Şübhəli şəxs isə həmin bükümün içərisində olan narkotik vasitə heroin olduğunu, onu 21 fevral 2024-cü ildə səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istfadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü elektron tərəzi vasitəsi ilə ölçmüşdür. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırılmışdır. Ardınca isə zərf 174 nömrəli möhürlə möhürlənmişdir. O və digər iştirakçıların hər biri zərfin üzərini imzalamışdır. Təhqiqatçı şübhəli şəxsdən etiraz, vəsatət və şikayəti olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs hər hansı etiraz, vəsatət və şikayəti olmadığını bildirmişdir. Təhqiqatçı şübhəli şəxsə ona qarşı polis tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq olunub-olunmadığını soruşmuşdur. Şübhəli şəxs fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra çəkiliş yekunlaşmışdır. İstintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. X1, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı psixi və fiziki təsir edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-in 5-ci PB-ın cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. X9 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla əlaqədar X11 26 aprel 2024-cü ildə saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” mağazasının qarşısında saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 5-ci PB-yə dəvət etmişlər. X9 üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından bölməyə müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçı şübhəli şəxs X9 üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirdiyini elan edib iştirakçıları təqdim etmişdir. Təhqiqatçı iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş və onlar isə hüquq və vəzifələrinin aydın olduğunu bildirmişlər. Onların iştirakı ilə videoçəkiliş aparması ilə təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsin üzərinə qadın iştirakçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və necə əldə etməsi barədə suallar vermişdir. O, 26 aprel 2024-cü ildə səhər saatlarında “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü elektron tərəzi vasitəsi ilə ölçülmüşdür. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırılmışdır. Təhqiqatçı şübhəli şəxsdən etiraz, vəsatət və şikayəti olub- olmamasını soruşmuşdur. Şübhəli şəxs etiraz, vəsatət və şikayəti olmadığını bildirmişdir. Təhqiqatçı şübhəli şəxsə ona qarşı polis tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq olunub-olunmadığını soruşmuşdur. Şübhəli şəxs fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra çəkiliş yekunlaşmışdır. İstintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. X1, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı psixi və fiziki təsir edilməmişdir. Bundan başqa, X9 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əlavə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Binəqədi RPİ-in 5-ci PB-in CA üzrə əməliyyat müvəkilli, polis baş leytenantı Şahid2 olmuşdur. Bununla əlaqədar 20 may 2024-cü ildə saat 19:15 radələrində X11 ünvan 6 ünvanında görüb onu saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu 5-ci PB-yə dəvət etmişlər. X9 üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından bölməyə müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçı şübhəli şəxs X9 üzərinə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirdiyini elan edib iştirakçıları təqdim etmişdir. Təhqiqatçı iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş və onlar isə hüquq və vəzifələrinin aydın olduğunu bildirmişlər. Onların iştirakı ilə videoçəkiliş aparması ilə təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş açıq-qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra şəxsin üzərinə Şahid5 tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və necə əldə etməsi barədə suallar vermişdir. Şübhəli şəxs isə həmin bükümün içərisində olan narkotik vasitəni 20 may 2024-cü ildə günorta saatlarında “Alatava” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istfadəsi məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümü elektron tərəzi vasitəsi ilə ölçmüşdür. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırılmışdır. O və digər iştirakçıların hər biri zərfin üzərini imzalamışdır. Təhqiqatçı şübhəli şəxsdən etiraz, vəsatət və şikayəti olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs etiraz, vəsatət və şikayəti olmadığını bildirmişdir. Təhqiqatçı şübhəli şəxsə ona qarşı polis tərəfindən hər hansı fiziki və ya psixi zor tətbiq olunub-olunmadığını soruşmuşdur. Şübhəli şəxs fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra çəkiliş yekunlaşmışdır. İstintaq hərəkəti protokollaşdırılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən, bölməyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı psixi və fiziki təsir edilməmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə saat 19:15-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 25). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə, saat 19:15-də Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanda saxlanılaraq ünvan 5 polis bölməsinə gətirilmiş və həmin gün saat 20:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 37-38). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2838 nömrəli ekspert rəyindən görünür ki, X7 götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi olan imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.397 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, i.v 46-49). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X13 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 2, i.v 64- 66). Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 62). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə saat 16:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 84). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə, saat 16:00-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən “Bravo” mağazasının qarşısında saxlanılaraq ünvan 5 polis bölməsinə gətirilmiş və həmin gün saat 17:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq-boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 96-98). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2317 nömrəli ekspert rəyindən görünür ki, X7 götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi olan imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.250 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 107-110). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X13 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 2, i.v 7-8). Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 121). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 142). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə, saat 15:00-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi 37 ünvanda saxlanılaraq ünvan 3 bölməsinə gətirilmiş və həmin gün saat 16:20-də üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 154-155). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1037 nömrəli ekspert rəyindən görünür ki, X7 götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi olan imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.370 qram olan narkotik vasitə heroindir (cild 1, i.v 163-166). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X13 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 181-182). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, X13 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1, i.v 200- 201). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd SD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, X7 aşkar edilib götürülmüş 0,370 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq hissə (0,320 qram) saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, i.v 207-209). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 1241 nömrəli rəyindən görünür ki, X10 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v. 213-214). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd SD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, X7 aşkar edilib götürülmüş 0,250 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq hissə (0,200 qram) saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 2, i.v 11-15). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin köçürüldüyü 01 ədəd SD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, X7 aşkar edilib götürülmüş 0,397 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq hissə (0,347 qram) saxlanılması üçün Binəqədi RPİ-in Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 2, i.v 69-72). Məhkəmə təqsirləndirilən şəxs X12 istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində X8 təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X3 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, X13 əvvəllər məhkum edilməmişdir (cild 1, i.v. 216). Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, səmimi peşmançılığını, öz əməlinə mənfi münasibətini və qadın olmasını təqsirləndirilən şəxs X8 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cinayətin təkrar törədilməsini təqsirləndirilən şəxs X8 cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxs X12 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ilk dəfə az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən şəxsiyyəti barədə işin konkret hallarını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və bu mənada ona təqsirli bilindiyi CM-in müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddə təyin edilməsi məqsədəmüvafiqdir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X12 Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası X8 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində X8 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi və yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X8 məhkəmə baxışınadək xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 6 gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Məhkəmə, narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 1241 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, X12 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 317 (üç yüz on yeddi) manat X7 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,200 qram psixotrop maddə metamfetamin, 0,320 qram və 0,347 qram narkotik vasitə heroin məhv edilməli, üç ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 40 (qırx) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X13 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən X8 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək şübhəli şəxs qismində tutulduğu 6 (altı) gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası X8 yaşayış yeri üzrə (ünvan 2qxana) Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X8 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində X8 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində X8 üzərinə yaşayış yerini gecə saat 2200-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində X8 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. X12 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,200 qram psixotrop maddə metamfetamin, 0,320 qram və 0,347 qram narkotik vasitə heroin məhv edilsin, üç ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 317 (üç yüz on yeddi) manat təqsirləndirilən şəxs X7 tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X5, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs X12 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı –240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-105/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-105/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver