Məhkəmə qərarları › İş №1(001)-106/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-106/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-106/2021 29.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 288.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən bir mərtəbəli nömrəsiz fərdi daş evdə Şahid2 Təqsirləndirilən şəxs ilə ailə həyatı qurarkən özü ilə gətirdiyi əmlakın-cehiz əşyalarının Təqsirləndirilən şəxs alınaraq Şahid2 verilməsinə dair qanuni qüvvəyə minmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar verilmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-299/2020 saylı icra vərəqəsi əsasında cehiz əşyalarının çıxarılmasına dair icra hərəkətləri həyata keçirən Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Zərərçəkmiş şəxs icra hərəkətini dayandırması məqsədi ilə Təqsirləndirilən şəxs özünə məxsus, Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 1766 saylı şəhadətnamə əsasında istifadəsinə verilmiş «MR-155» markalı ********** nömrəli 12 mm kalibrli ov tüfəngini yaşadığı evin arxasındakı taxtaların altına qoyduğu yerdən götürərək icra vaxtı həyətdən küçəyə çıxıb, həmin evin arxasına yaxınlaşmış, dəmir hasarın bayır hissəsindən iki metrdən çox məsafədən tüfəngdən bir dəfə evin arxasından havaya atəş açmış, atəş səsinə evin ön tərəfində pilləkənlərə çıxan Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Zərərçəkmiş şəxs “Əladin səni öldürərəm icranı dayandır” məzmunlu ifadə işlədərək ikinci dəfə havaya atəş açaraq icra məmuru Zərərçəkmiş şəxs məhkəmə qərarının icrası ilə əlaqədar öldürməklə hədələmiş, onun açdığı atəşlərdən biri nəticəsində evin arxa pəncərəsinin yuxarı hissəsində olan şüşələr sınmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 288.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə atası Əkbərin əsgər yoldaşı olmuş Şahid1 qızı Nigarla ailə qurmuş, həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü Rəvan Süleymanov və xx.xx.2010-cu il təvəllüdlü Cavidan Süleymanov adlı iki övladı vardır. Ailəsi ilə birlikdə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışlar. Nigarla ailə həyatı qurduqdan sonra mehriban olsalar da, təxminən son bir ildə Nigarın valideynlərinin ailənin işlərinə yersiz müdaxilələrinə görə münasibətləri korlanmışdır. Nəticədə Nigar 2019-ci ildə ondan ayrılaraq atası Salmanın Bərdə rayonundakı evinə köçmüş, daha sonra nikahın pozulması üçün Bərdə rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin müddət ərzində o və valideynləri ailənin dağılmasının qarşısını almaq məqsədi ilə dəfələrlə Bərdə rayonuna gedərək Nigarla barışmağa cəhd göstərsələr də, sonuncunun yalnız onun da Bərdə şəhərində yaşayacağı təqdirdə barışacağını bildirdiyinə görə barışıq əldə edə bilməmişlər. Bundan sonra Nigar əmlak bölgüsü iddiası ilə Ağdam rayon məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən bölgü ilə bağlı qətnamə qəbul edilmiş, qətnamənin icrası Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs ona zəng edərək icra ilə bağlı evinə gəldiyini bildirmişdir. O, həmin vaxt qonşusu Zakirlə birlikdə olmuş və sonuncu bilrikdə yaşadığı evə getmişdi. O, yaşadığı evə getdiyi zaman icra məmuru Əladinin yanında keçmiş arvadı Nigarın, Nigarın xalası Vəfanın, onun əri Elmidarın, qayınatası Salmanın və qayınanası Ceyranın olduğunu görmüşdür. Anasıgilin də yaşadığı evin həyətində olduğunu görmüşdür. Həmin zaman icra məmuru onu Ağdam rayon məhkəməsinin icra vərəqəsi ilə tanış etmiş, icra prosesinə başlamaq üçün qapını açmasını istəmiş, o, icra məmuruna evin açarının atasında olduğunu bildirib, onun gəlməsini gözləməyi xahiş etmişdir. Atası Əkbər gələnə qədər o, yenə də Nigarı dilə tutub, barışmağı təklif etmiş, lakin sonuncu yenə də barışmaqdan imtina etmişdir. O, bundan sonra Nigarı razı salmaq üçün sonuncunun xalası Vəfaya müraciət etmiş, Vəfa isə yalnız Bərdə rayonuna köçüb ev alacağı təqdirdə ona köməklik edə biləcəyini bildirmişdir. Daha sonra icra məmuru icranın gecikdiyini bildirib evin açarını tələb etmiş və bu zaman Zakir açarı gətirib icra məmuruna təqdim etmişdir. Bundan sonra evi qapısı açılmış və Nigar, qohumları və icra məmuru ilə birlikdə evə daxil olub əşyaları qablaşdırmağa başlamışdır. Həmin vaxt atası Əkbər evə gəlmiş, əşyaların yığılmasını görüb narazılığını bildirmiş və bu səbəbindən Salman atası Əkbərlə mübahisə etməyə başlamışdır. Qonşuların icra prosesinə baxması atasına pis təsir etdiyindən sonuncu «rədd olun gedin» deyə Salmanın üstünə qışqırmışdır. Həmin zaman Salmanla atası söz ilə mübahisə etdiyindən o, kənara çəkilmiş, daha sonra aralarında baş verənləri eşitməmişdir. Baş vermiş proseslərin ona pis təsir etdiyi üçün bir yolla icranı dayandıraraq Nigarla barışıq əldə etmək qərarına gəlmişdir. Buna görə də icra vaxtı aparılmasın deyə evin arxasına qoyduğu özünə məxsus ov tüfəngini götürüb həyətə çıxmış, hasar tərəfdən evin arxasına yaxınlaşmışdır. Bundan sonra o, tüfəngin içinə iki ədəd patron qoyaraq havaya doğru atəş acmışdır. Atəşin səsinə qardaşı Muxtar və Zakir çölə çıxaraq evin arxasına tərəf gəlmişlər. Bu zaman icra məmuru Əladin də evin qarşısına çıxmış və o, icranın dayandırılması üçün Əladini qorxutmaq məqsədi ilə ona «Əladin səni öldürərəm, icranı dayandır» deyib ikinci dəfə havaya, ev istiqamətində atəş açmışdır. Lakin ikinci atəş açan vaxt əsəbi və həyəcanlı olduğundan düzgün nişan ala bilməmiş, tüfəng də atəş vaxtı bir qədər aşağı doğru çəkmişdir. Sonradan bilmişdir ki, ikinci atəş evin arxa pəncərəsinin yuxarı hissəsini sındırmışdır. Onun havaya atəş acmaqda məqsədi Əladini qorxudub icra prosesini dayandırmaq olmuşdur. Bu zaman orada olan şəxslər ona yaxınlaşaraq onu danlamışlar. Muxtar həmin zaman tüfəngi onun əlindən almış və həmin yerdən onu uzaqlaşdırmışdır. Muxtar onu yola tərəf çıxarmış, evdən tam uzaqlaşandan sonra «hazırlaş polis bölməsinə gedib təslim olacaqsan deyib» tüfəngini qaytarmışdır. O, da ara sakitləşsin deyə, tüfəngi özü ilə götürərək qonşuluqda yaşayan əmisi Cəmşidgilə getmişdir. Əmisigildə olduğu müddətdə ona hadisə barədə heç bir məlumat verməmiş, səbəbsiz gəldiyini bildirmiş, tüfəngi isə, heç kim görməsin deyə, evin həyətində gizlətmişdir. Bir qədər sonra qardaşı Muxtar ona zəng vuraraq Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinə çağırmış, o da tüfəngi gizlətdiyi yerdən götürüb polis bölməsinə gedərək könüllü təslim olmuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun niyyəti icra məmurunu qorxudub icra prosesini dayamdırmaq, bundan sonra Nigarla barışmaq olmuşdur. Onun kimi isə öldürmək niyyəti olmamış, belə bir niyyəti olsa idi əlində real imkanı mövcud olmuşdur. Törətdiyi cinayət əməlindən peşman olmasını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 288.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin iyun ayından isə Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-299/2020 saylı icra vərəqəsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində cavabdeh Təqsirləndirilən şəxs qarşı tələbin icrası ilə əlaqədar icra hərəkətlərini həyata keçirmişdir. İcra hərəkəti tələbkar Şahid2 məxsus cehizlik əşyalarının cavabdeh Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz fərdi yaşayış evindən çıxarmaqdan ibarət olmuşdur. İcra hərəkətinə başlamazdan əvvəl xx.xx.25020-ci il tarixdə Binəqədi rayon polis idarəsinin 40-cı PB-nə də rəsmi məlumat vermiş, bölmə ilə əlaqə saxlayan zaman xx.xx.2020-ci tarixdə onunla birlikdə icrada polis əməkdaşı kimi sahə rəisi Şahid11 iştirak edəcəyini öyrənmişdir. xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində Şahid11la əlaqə saxlayıb icra yerinə getdiyini demişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 10:30-da o, tələbkar tərəf Şahid2 və onun valideynləri ilə birlikdə icranın aparılacağı evin həyətinə getmiş, həmin həyətdə bir-birindən aralı üç ev olmuş, icra hərəkətinin aparılacağı yer həyətin girəcəyindən sağ tərəfdən birinci olan ev olmuşdur. Onlar həmin evin qarşısında dayanaraq Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin sahə rəis Şahid11 gəlməsini gözləmişlər. İcra hərəkətlərinin keçiriləcəyi ünvana çatanda cavabdeh Təqsirləndirilən şəxs anasının, tanımadığı qohumlarının, qonşuların da orada olduğunu görmüşdür. Təxminən 10 dəqiqədən sonra Şahid11 icra yerinə gəlmiş, 10-15 dəqiqədən sonra isə cavabdeh Təqsirləndirilən şəxs da gəlmişdir. O, Təqsirləndirilən şəxs yaxınlaşıb Binəqədi rayon icra və probasiya şöbəsinin böyük icra məmuru olduğunu bildirməklə, xidməti vəsiqəsini təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin icra vərəqəsini elan edib, məzmununu izah etmişdir, Rəşid heç bir etiraz və narazılığın olmadığını, lakin evin açarının atası Əkbərdə olduğunu bildirib, onun gəlməsi gözləməyi xahiş etmişdir. Rəşidin keçmiş arvadı Şahid2 ayrılmaq istəmədiyindən onu dilə tutaraq barışmağa çalışmışdır. Təxminən 11:00-da Binəqədi rayon polis idarəsinin 40-cı PB-nin sahə rəisi Şahid11 işinin olduğunu bildirərək icra yerini tərk etmiş, o, Şöhrətin mobil telefonuna zəng edib icra yerinə gəlməsini xahiş etmiş, Şöhrət isə bir saata gələcəyini bildirmişdir. O, evin açarının gətirilməsinin gecikdiyini görüb Təqsirləndirilən şəxs açarı gətirmələrini bir daha tələb etmişdir. Təxminən saat 11:10-da Rəşidin tanışı Zakir evin açarını gətirmiş, evin qapısı açılandan sonra o, tələbkar tərəflə birlikdə içəri daxil olaraq əmlaklara baxış keçirməyə başlamışdır. O, Rəşidə onlardan da bir nəfərin gəlib əşyaların dəqiqləşdirilməsində iştirak etməsini təklif etmiş, lakin Rəşid tərəfdən heç kim iştirak etmək istəməmişdir. Bundan sonra Nigar və qohumları evdəki əşyaları qablaşdırmağa başlamış, bir neçə əşyanı isə yük avtomobilə yükləmişlər. Həmin ərəfədə icra yerinə Rəşidin atası Əkbər gəlmiş, onların əşyaları yüklədiklərini görüb əsəbi şəkildə «çıxın evdən, qoymaram əşyaları aparasınızi» deyə bildirərək onun və tələbkarların üstünə gəlmiş, lakin həmin vaxt orada olan qohumları tərəfindən saxlanılmışdır. Daha sonra Əkbər pilləkənlərdən aşağı düşərkən evin pəncərəsini vurub sındırmış, lakin qohumları sonuncunu sakitləşdirmişdir. Təxminən 5 dəqiqədən sonra atəş səsi eşidilmiş, həmin vaxt o, tələbkar tərəf ilə birlikdə evin daxilində olmuşdur. Nəyin baş verdiyini aydınlaşdırmaq üçün o, evin pilləkənlərinə çıxmış, lakin tələbkar tərəfi çölə çıxmağa qoymamışdır. Pilləkənlərdən baxanda evin arxa hasarının çöl tərəfindən Təqsirləndirilən şəxs görmüşdür. Həmin zaman Rəşidin əlində tüfəng olmuş və tüfəngin lüləyi havaya doğru ev istiqamətinə istiqamətlənmişdir. Bu zaman Rəşid «Əladin icranı dayandır, yoxsa səni öldürərəm» deyə hədələmiş və ikinci səfər havaya atəş açmışdır. Bu ərəfədə o, sahə rəisi Şahid11 zəng edib, atəş açılması barədə məlumat vermişdir. Bu zaman qardaşı Muxtar və tanışı Zakir Rəşidin yan tərəfdən əllərindən tutub tüfəngi almağa çalışmış, həmin vaxt Rəşid sanki dizi üstə yerə yıxılmış və Muxtar Rəşidin əlindən tüfəngi almağı bacarmışdır. Daha sonra o, Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra o, icranı başa çatdırmış, polis əməkdaşları isə hadisə yerinə baxış keçirmişlər. O, icranı başa çatdırandan sonra bu barədə akt tərtib edib hadisə yerindən uzaqlaşmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra prosesi ilə bağlı tərtib etdiyi aktda hadisənin təsirindən həyəcanlı olduğu və stress içində tərtib etdiyi üçün fikirlərini düzgün ifadə edə bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən iki dəfə atəş açılmış, birinci atəş zamanı o və tələbkar Nigar sonuncunun qohumları ilə birlikdə evin içərisində olmuşdur. O, birinci atəşdən sonra nə baş verdiyini öyrənmək üçün çölə çıxan zaman Rəşid ikinci dəfə evin arxasında atəş açaraq ondan icranı dayandırmağı tələb edərək ölümlə hədələmişdir. Rəşid həmin zaman tüfəngi heç kimə tuşlamamış, sonuncu havaya atəş açaraq onu qorxudub icra prosesini dayandırmağa çalışmış, lakin qardaşı və tanışı Zakir Rəşidin qarşısını kəsib tüfəngi əlindən almışlar. O, Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qızı Şahid2 2005-ci ildə onun əsgər yoldaşı olmuş Şahid9 oğlu Təqsirləndirilən şəxs ilə ailə quraraq Rəşidin valideynləri ilə ayrı-ayrı evlərdə olsa da bir həyətdə Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşən fərdi evdə yaşamağa başlamış və onların birgə nikahdan iki oğlan övladı olmuşdur. Onlar ər-arvad kimi mehriban olsalar da, sonradan münasibətləri korlanmış və 2019-cu ilin iyul ayından Nigar uşaqları ilə birlikdə onun Bərdə şəhərində yerləşən evinə köçərək orada yaşamağa başlamışdır. 2019-ci ildə Nigar nikahının pozulması üçün Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Rəşidlə Nigarın nikahları pozulmuşdur. Qızı Nigar nikahı pozulduqdan sonra onunla birlikdə yaşamağa davam etmişdir. Nikahlarının pozulmasına baxmayaraq Rəşid və ailəsi dəfələrlə Bərdə şəhərinə gələrək qızı Nigarla barışmağa cəhd göstərmişlər, lakin Nigar barışmaqdan imtina etmişdir. Daha sonra Nigar öz cehizlərini yaşadığı Bərdə rayonundakı evə aparmaq üçün əmlak bölgüsü iddiası ilə Ağdam rayon məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən bölgü ilə bağlı qətnamə qəbul edilmiş və qətnamənin icrası Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı Zərərçəkmiş şəxs qızını xx.xx.2020-ci il tarixdə keçiriləcək icra prosesinə dəvət etmişdir. O, qızını tək qoymamaq üçün arvadı Şahid3 və baldızı Vəfa ilə birlikdə icranın keçiriləcəyi Rəşidinin evinə getmişlər. İcra məmuru Rəşidi çağırtdırmış, saat təxminən 11- 12 radələrində Rəşid bir oğlanla birlikdə gəlmiş və icra məmuru Əladdin icra vərəqəsi ilə Rəşidi tanış etmiş, daha sonra evin qapısını açmasını istəmişdir. Rəşid isə evin açarının atası Əkbərdə olduğunu, açarı gətirəcəyini bildirmişdir. Atası gələnə qədər Rəşid yenə qızı Nigarı dilə tutub barışmaq istəmiş, lakin Nigar barışmaq istəməmişdir. İcranın gecikdiyini görən icra məmuru Əladdin açarın gətirilməsini bir daha tələb etmiş, həmin vaxt Rəşidin yanında olan oğlan evinin açarını gətirmiş, onlar qapını açaraq icra məmuru ilə birlikdə evə daxil olmuşlar. İcra məmuru Nigara cehizlərin yerində olub-olmadığını soruşmuş, Nigar da cehizlərinin yerində olduğunu bildirmişdir. Bundan onlar əşyaları qablaşdırmağa başlamışlar. Bir necə dəqiqədən sonra həyətdən Rəşidin atası Əkbər həmin yerə gələrək onlara «rədd olun gedin burdan, cehizləri qoymaram apararsınız, ölüm olar burada» deyib evdən çıxmalarını tələb etmişdir. Lakin Əkbər ona qarşı nalayiq ifadə işlətməmiş, onu ölümlə hədələməmiş, sadəcə «çıxıb getməsəniz ölüm olacaq» demişdir. O, isə Əkbərə məhəl qoymayıb qapını içəridən bağlamış, Əkbər çöldə qalmışdır. Həmin vaxt o, mətbəxin pəncərəsinin şüşəsinin sındığını eşitmiş, Əkbər bir daha qışqıraraq evdən çıxmalarını tələb etmişdir. O, mübahisə daha da böyüməsin deyə evdən çölə çıxmamış, təxminən 1-2 dəqiqədən sonra atəş səsi eşitmiş, təxminən 2-3 dəfə atəş açılmışdır. O, həmin vaxt evin dəhlizində, arvadı, qızı və baldızı Vəfa isə evdəki yataq otağında olmuş və o, sonuncuların qışqırığını eşidərək dərhal həmin otağa keçmişdir. Bu zaman o, atəş nəticəsində pəncərənin yuxarı şüşəsinin bir hissəsinin sınaraq evin içərisinə düşdüyünü görmüşdür. O və ailə üzvləri atəş səsindən sonra həyətə çıxmamış, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonra onlar həyətə çıxmışlar. O, həyətə çıxanda Rəşidi orada görməmiş, həmin vaxt atəş açanın Rəşid olduğunu öyrənmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, onlar isə əşyaları yük avtomobilinə yükləyərək avtomobili yola salmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun bacısı qızı Şahid2 Nigar 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə quraraq Rəşidin valideynləri ilə ayrı-ayrı evlərdə olsa da bir həyətdə Binəqədi rayonunun Xocasən qəsəbəsindəki fərdi evdə yaşamağa başlamışdır, Ailə həyatlarında hər zaman mehriban olsalar da, sonradan münasibətləri korlanmış, nəticədə 2020-ci ilin əvvəllərində Nigarın təşəbbüsü ilə Rəşidlə nikahları məhkəmə tərəfindən pozulmuş və onlar ayrı yaşamağa başlamışlar. Ayrı yaşadıqları müddət ərzində Rəşid ailəsinin dağılmasının qarşısını almaq məqsədi ilə dəfələrlə Nigarla barışmağa cəhd göstərmiş, lakin Nigarı razı sala bilməmişdir. Bundan sonra Nigar öz cehizlərini yaşadığı Bərdə rayonunda yerləşən atasının evinə aparmaq üçün əmlak bölgüsü iddiası ilə də məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında həmin qətnamənin icrası ilə əlaqədar Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı ilə birlikdə o, icra məmuru, yeznəsi Salman, bacısı Ceyran və Ceyranın qızı X11 qəsəbəsindəki evinə getmişlər. İcra məmuru Rəşidi çağırtdırmış, saat təxminən 11-12 radələrində Rəşid bir oğlanla birlikdə gəlmişdir. İcra məmuru Əladin icra vərəqəsi ilə Rəşidi tanış etmiş, daha sonra evin qapısını açmasını istəmiş, Rəşid isə evin açarının atası Əkbərdə olduğunu, açarı gətirəcəyini bildirmişdir. Atası gələnə qədər Rəşid yenə Nigarı dilə tutub barışmaq istəmiş, hətta ona yaxınlaşıb Nigarla onu barışdırmasını istəmiş, o, isə əgər Bərdə rayonunda ev alıb yaşasa onları barışdıra biləcəyini demişdir. Nigar Rəşidə onunla barışmaq istəmədiyin bildirmişdir. İcra məmuru bir daha Rəşiddən açarın gətirilməsini tələb etmiş, həmin vaxt Rəşidin yanında olan oğlan evin açarını gətirmiş, onlar qapını açaraq icra məmuru ilə birlikdə evə daxil olmuşlar. İcra məmuru Nigara cehizlərin yerində olubolmadığını soruşmuş, Nigar da cehizlərinin yerində olduğunu bildirmişdir. Bundan sonra icra məmuru çölə çıxmış, onlar isə əşyaları qablaşdırmağa başlamışlar. Bir necə dəqiqədən sonra həyətdən Rəşidin atası Əkbərin səsi gəlmiş və sonuncu Salmana «rədd olun gedin burdan, cehizləri qoymaram apararsınız» deyə qışqıraq evdən çıxmalarını tələb etmişdlir. O, Əkbərdən sakitləşməsini xahiş etmiş, Salmana isə evə getməsini bildirmişdir. Həmin vaxt Əkbər əsəbindən yerdən daş götürərək evin pəncərəsini sındırmışdır. Daha sonra o, əşyaları yığmağa davam etmək üçün evə keçmiş, təxminən 2-3 dəqiqədən sonra 2-3 atəş səsi eşidilmiş, həmin vaxt o, bacısı Ceyran və qızı Nigarla birlikdə yataq otağında olan pəncərənin yanındakı şkafdan qabları yığırmış. atəş nəticəsində pəncərənin yuxarı şüşəsinin bir hissəsi sınaraq evin içərisinə tökülmüşdür. Onlar qorxudan qışqırmışlar, səslərinə gələn Salman narahat olmamalarını, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edəcəyini bildirərək, 102 xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, sonra onlar həyətə çıxmışlar. Həmin zaman o, atəş açanın Rəşid olduğunu öyrənmiş, lakin Rəşidin haradan atəş açmasını görməmiş, çünki həyətə çıxanda Rəşid artıq oradan getmişdir. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, onlar isə əşyalarını özləri ilə gətirdikləri yük avtomobilinə yükləyərək avtomobili yola salmışlar. Daha sonra icra başa çatdığı üçün onlarda çıxıb getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, Rəşidin valideynləri ilə ayrı-ayrı evlərdə olsa da bir həyətdə Xocasən qəsəbəsindəki fərdi evdə yaşamışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Rəvan Süleymanov və xx.xx.2010-cu il təvəllüdlü Cavidan Süleymanov adlı iki övladları vardır. Ər-arvad kimi ailə münasibəti yaxşı olmuş, lakin sonradan münasibətləri korlanmışdır. 2019-cu ilin iyul ayından o, övladları ilə birlikdə atasının Bərdə şəhərində yerləşən evinə köçərək orada yaşamağa başlamışdır. 2019-ci ildə isə nikahının pozulması üçün Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə Rəşidlə onun nikahı pozulmuşdur. Nikah pozulduqdan sonra Rəşid və ailəsi dəfələrlə Bərdə şəhərinə gələrək onunla barışmağa cəhd göstərmişlər, lakin o, bundan imtina etmişdir. Daha sonra o, öz cehizlərini yaşadığı Bərdə rayonundakı evə aparmaq üçün əmlak bölgüsü iddiası ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən bölgü ilə bağlı qətnamə qəbul edilmiş və qətnamənin icrası Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs onu xx.xx.2020-ci il tarixdə keçiriləcək icra prosesinə dəvət etmişdir. Atası Şahid1, anası Şahid3, xalası Vəfa onunla birlikdə icranın keçiriləcəyi Rəşidinin Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşən evinə getmişdir. İcra məmuru Rəşidi çağırtdırmış, saat təxminən 11-12 radələrində Rəşid bir oğlanla birlikdə gəlmiş, icra məmuru Əladdin icra vərəqəsi ilə Rəşidi tanış edib evin qapısını açmasını istəmişdir. Rəşid isə evin açarının atası Əkbərdə olduğunu, açarı gətirəcəyini bildirmişdir. Atası gələnə qədər Rəşid onu dilə tutub barışmaq istəmiş, lakin o, bundan imtina etmişdir. İcranın gecikdiyini görən icra məmuru Əladdin açarın gətirilməsini bir daha tələb etmiş, həmin vaxt Rəşidin yanında olan oğlan evinin açarını gətirmiş, onlar qapını açaraq icra məmuru ilə birlikdə evə daxil olmuşlar. İcra məmuru ondan cehizlərin yerində olub-olmadığını soruşmuş, o, da cehizlərinin yerində olduğunu bildirmişdir. Bundan sonra icra məmuru çölə çıxmış, onlar isə əşyaları qablaşdırmağa başlamışlar. Bir necə dəqiqədən sonra həyətdən Rəşidin atası Əkbərin səsi gəlmiş, Əkbər onun atasına «rədd olun gedin burdan, cehizləri qoymaram apararsınız» deyib evdən çıxmalarını tələb etmişdir. Bundan sonra atası qapını içəridən bağlamış, xalası Vəfa çöldə qalmış, həmin vaxt Əkbər mətbəxin pəncərəsini daşla sındırmaqla bir daha evdən çıxmalarını tələb etmişdir. Bu zaman xalası da evə gəlmiş və o, anası və xalası ilə birlikdə cehizlər olan otağa keçmişdir. Təxminən 1-2 dəqiqədən sonra 2-3 dəfə atəş səsləri eşidilmiş və atəş nəticəsində pəncərənin yuxarı şüşəsinin bir hissəsi sınaraq evin içərisinə tökülmüşdür. Onlar qorxudan qışqırmışlar və səslərinə gələn atası Salman narahat olmamalarını, DİN-nin 102 xidmətinə zəng edəcəyini deyib 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bundan sonra 5-10 dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonra onlar həyətə çıxmışlar. Həyətdə olan zaman o, atəşin Rəşidin açdığını öyrənmiş, lakin Rəşidin haradan atəş açmasını görməmiş, çünki həyətə çıxanda Rəşid artıq orada olmamışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, onlar isə cehizləri maşına yükləyib çıxıb getmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qızı Şahid2 2005-ci ildə Təqsirləndirilən şəxs ilə ailə quraraq Rəşidin valideynləri ilə ayrı-ayrı evlərdə olsa da bir həyətdə yerləşən Binəqədi rayonunun Xocasən qəsəbəsində yaşamağa başlamışdır. Onların birgə nikahlarından iki oğlan övladı vardır. Ər-arvad kimi ailə həyatında mehriban olsalar da, Rəşidin valideynlərinin ailələrinin işlərinə yersiz müdaxilələrinə görə münasibətləri korlanmışdır. 2019-cu ilin iyul ayından Nigar övladları ilə birlikdə onların yaşadıqları Bərdə şəhərində yerləşən evinə köçərək orada yaşamağa başlamışdır. 2019-cu ildə Nigar nikahının pozulması üçün Bərdə Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Rəşid ilə Nigarın nikahları pozulmuşdur. Nikahlarının pozulmasına baxmayaraq Rəşid və ailəsi dəfələrlə Bərdə şəhərinə gələrək Nigarla barışmağa cəhd göstərmişlər, lakin Nigar barışmaqdan imtina etmişdir. Daha sonra Nigar öz cehizlərini yaşadığı Bərdə rayonundakı evə aparmaq üçün əmlak bölgüsü iddiası ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə tərəfindən bölgü ilə bağlı qətnamə qəbul edilərək qətnamənin icrası Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zərərçəkmiş şəxs Nigarı xx.xx.2020-ci il tarixdə keçiriləcək icra prosesinə dəvət etmiş, qızını tək qoymamaq üçün o, əri Salman, bacısı Vəfa və onun əri Elmidarla birlikdə icranın keçiriləcəyi Rəşidinin evinə getmişlər. İcra məmuru Rəşidi çağırtdırmış, saat təxminən 11-12 radələrində Rəşid bir oğlanla birlikdə gəlmiş, icra məmuru Əladin icra vərəqəsi ilə Rəşidi tanış edərək evin qapısını açmasını istəmişdir. Rəşid isə evin açarının atası Əkbərdə olduğunu, açarı gətirəcəyin bildirmişdir. Atası gələnə qədər Rəşid yenə Nigarı dilə tutub barışmaq istəmiş, lakin Nigar onunla barışmaqdan imtina etmişdir. İcranın gecikdiyini görən icra məmuru Əladin açarın gətirilməsini bir daha tələb etmiş və həmin vaxt Rəşidin yanında olan oğlan evinin açarını gətirmiş, onlar qapını açaraq icra məmuru ilə birlikdə evə daxil olmuşlar. İcra məmuru Nigardan cehizlərin yerində olub-olmadığını soruşmuş, Nigar da cehizlərin yerində olduğunu bildirmişdir. Bundan sonra icra məmuru çölə çıxmış, onlar isə əşyaları qablaşdırmağa başlamışlar. Bir necə dəqiqə sonra həyətdən Rəşidin atası Əkbərin səsi gəlmiş, Əkbər qışqıraq ərinə «rədd olun gedin burdan, cehizləri qoymaram apararsınız» deyib evdən çıxmalarını tələb etmişdir.Əri ilə Əkbər arasında mübahisə olanda Vəfa onları sakitləşdirməyə çalışmış, daha sonra o, evə daxil olmuş, əri Salman da qapını içəridən bağlamış, Vəfa isə çöldə qalmışdır. Həmin vaxt Əkbər mətbəxin pəncərəsini daşla sındırmaqla, bir daha evdən çıxmalarını tələb etmiş, bundan sonra bacısı Vəfa da evə gəlmişdir. O, qızı və bacısı ilə birlikdə cehizlər olan otağa keçmişlər. Təxminən 1-2 dəqiqə sonra 2-3 dəfə atəş səsi gəlmiş və atəş nəticəsində pəncərənin yuxarı şüşəsinin bir hissəsi sınaraq evin içərisinə tökülmüşdür. Onlar qorxuduqları üçün qışqırmış, səsə gələn əri Salman narahat olmamalarını, polis əməlumat verəcəyini deyib DİN-nin 102 xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. Bundan 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, daha sonra onlar həyətə çıxmışlar, orada olarkən atəş açanın Rəşid olduğunu öyrənmişlər. Lakin Rəşidin haradan atəş açdığını görməmişlər, çünki onlar həyətə çıxanda Rəşid artıq oradan olmamışdır. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, onlar isə cehizləri maşına yükləyib hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs atasının əsgər yoldaşı olmuş Şahid1 qızı Nigarla ailə qurmuş, həmin nikahdan Rəvan və Cavidan adlı 2 övladı vardır. Rəşid ailəsi ilə birlikdə onlarla qonşuluqda yaşamışdır. Rəşidlə Nigarın münasibəti yaxşı olsa da təxminən son bir ildə korlanmış, nəticədə Rəşidlə Nigarın nikahları Ağdam Rayon Məhkəməsinin qərarı ilə pozulmuşdur. Həmin müddət ərzində Rəşid ailəsinin dağılmasının qarşısını almaq məqsədi ilə dəfələrlə Nigara ayrı yaşamaq istəmədiyini, el içində biabır olacaqlarını bildirərək onunla barışmağa cəhd göstərmiş, lakin barışa bilməmişdir. xx.xx.2020-ci il tarixdə o, işdə olan zaman anası Tamella ona zəng vuraraq Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşının Rəşidin evinə gələrək əmlakın bölgüsünə başladığını bildirmişdir. O, evə getmiş, Rəşidin əsəbi olduğunu, Nigarla barışmaq istədiyini, lakin barışıq əldə edə bilmədiyini görmüşdür. X8yınatası Salman arasında söz ilə mübahisə baş vermiş, mübahisə zamanı onlar bir-birlərini vurmamışlar, nalayiq ifadələr işlətməmişlər. O, da Salmangili dilə tutub barışıq əldə etmək istəmişdir. Həmin zaman atəş səsi eşitmiş və tez həyətdən çölə doğru qaçaraq evin arxasına çatan zaman Rəşidi əlində tüfəng evin arxasında olmasını görmüşdür. O, tanışı Zakirlə birlikdə evin arxasına tərəf getmiş və bu zaman Rəşid icra məmuruna “icranı dayandır” deyərək ikinci dəfə atəş acmışdır. Rəşidin acdığı atəş Əladinin olduğu yerə doğru istiqamətlənməmişdir. Belə ki, Əladin evin ön tərəfindəki pilləkənlərin üstündə olmuş, lakin Rəşid tüfəngi evin arxasında havaya doğru qaldırmışdır. O, Zakir ilə birgə Rəşidə yaxınlaşmış, əlində olan ov tüfəngini dartıb almış və özünü ağıllı aparmasını bildirmişdir. Bu vaxt Rəşid sanki yıxılan kimi olmuş, dizi üstdə yerə düşmüş, lakin yıxılmamışdır. Rəşid sakitcə ayağa durmuş, “tüfəngimi ver çıxıb gedirəm” demişdir. Həmçinin ona demişdir ki, Əladinə deyin icranı dayandırsın. O, Zakirlə birlikdə Rəşidi evdən uzaqlaşdırmış, evdən tam aralı olduqdan sonra tüfəngi qaytarıb, «hazırlaş bir azdan polis bölməsinə gedirik» deyib evə qayıtmışdır. Bir müddət sonra polis əməkdaşları da hadisə yerinə gəlmişlər. İcra məmuru artıq əşyaların bölgüsünü başa çatdırdığı üçün əşyalar yük avtomobilinə yüklənmişdir. Polis əməkdaşları hadisə yerini müayinə etmiş və Rəşidin 40-cı Polis Bölməsinə getməli olduğunu demişlər. Həmin vaxt o, Rəşidə zəng etmiş, qonşuluqda yaşayan əmisi Cəmşidgildə olduğunu öyrənmiş, təcili olaraq tüfəngini də götürüb 40-cı Polis Bölməsinə getməsini tapşırmışdır. Bir müddət sonra Rəşid tüfəngi ilə birlikdə Binəqədi rayon polis idarəsinin 40-cı Polis Bölməsinə gedərək könüllü təslim olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusu və dostudur. xx.xx.2020-ci il tarixdə Rəşidlə birlikdə olmuş və həmin zaman Rəşidə evdən zəng edib icra məmurunun gəldiyini bildirib çağırmışlar. Rəşid əşyaları daşımaq üçün köməklik lazım olacağını ehtimal edərək onunla birlikdə getməsini xahiş etmişdir. Onlar evə çatanda artıq icra məmuru, Rəşidin keçmiş arvadı və ailə üzvləri də orada olmuşlar. İcra məmuru özünü təqdim edib, evdəki əşyaları icra vərəqəsi əsasında bölüşdürəcəyini bildirmişdir. Rəşid həmin vaxt Nigarla barışıq əldə etməyə çalışmış, lakin sonuncu Rəşidlə barışmamışdır. Bir müddət sonra icra məmuru evin qapısını açmağı tələb etmiş, Rəşid açarların atası Əkbərdə olduğunu bildirərək onun gəlməsini gözləmələrini xahiş etmişdir. Ətrafda yaşayan qonşuların demək olar ki, hamısı Rəşidgilin həyətində olmuşlar. Bir müddət sonra hansısa uşaq evin açarını gətirib ona vermiş, o da açarı icra məmuruna təqdim etmişdir. İcra məmuru qapını açdıqdan sonra Nigar və ailə üzvləri içəri keçmişlər. Həmin vaxt Rəşidin atası Əkbər icra yerinə gəlmiş və pilləkənlərə tərəf gedib Rəşidin qayınatası ilə söhbət etməyə başlamışdır. Bu zaman onların arasında söz ilə mübahisə olmuş, lakin bir-birilərinə qarşı nalayiq ifadə işlətməmişlər, dava etməmişlər. Daha sonra Əkbər pilləkənlərdən düşəndə daşla evin mətbəxinin pəncərəsini sındırmış, sonra isə öz evinin həyətinə getmişdir. Həmin vaxt atəş səsi eşidilmiş, Rəşid evin arxa tərəfindən, borular deyilən ərazidən atəş açmışdır. O, Rəşidin anası və qardaşı Muxtarla küçəyə doğru qaçmış, evin arxasına çatanda Rəşidin əlində tüfəng olmasını görmüşlər. Bu zaman Rəşid icra məmuru Əladinə “icranı dayandır” məzmunlu ifadə işlədərək ikinci dəfə havaya atəş açmışdır. O, Muxtarla birlikdə Rəşidə yaxınlaşaraq əlində olan ov tüfəngini dartıb almışlar və qardaşı Muxtar Rəşidə özü ağıllı aparmasını bildirmişdir. Bu vaxt Rəşid sanki yıxılan kimi olmuş, dizi üstdə yerə düşmüş, lakin yıxılmamışdır. Rəşid sakitcə ayağa durdu, “tüfəngimi ver çıxıb gedirəm” demişdir. Həmçinin qardaşına Əladinə deyin icranı dayandırsın demişdir. O və Muxtar Rəşidi evdən tam uzaqlaşandan sonra tüfəngi Rəşidə qaytarıb «hazırlaş bir azdan polis bölməsinə gedirik» demişdir. Sonra o, Muxtarla birlikdə evə qayıtmış, bir müddət sonra polis əməkdaşları da hadisə yerində gəlmişlər. İcra məmuru artıq əşyaların bölgüsünü başa çatdırdığından, əşyalar yük avtomobilinə yüklənmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerini müayinə edərək çıxıb getmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs əsgər yoldaşı olmuş Şahid1 qızı Nigarla ailə qurmuş və həmin nikahdan Rəvan və Cavidan adlı iki övladı vardır. Rəşidgilin evi onun evi ilə eyni həyətdə yerləşir. Rəşidin arvadı Nigarla münasibəti yaxşı olsa da təxminən son bir ildə münasibətləri korlanmış, nəticədə 2020-ci ilin əvvəllərində Nigarın valideynlərinin təşəbbüsü ilə Rəşidlə Nigarın nikahları Ağdam Rayon Məhkəməsinin qərarı ilə pozulmuş və onlar ayrı yaşamağa başlamışlar. Bu müddət ərzində onun ailəsi və Rəşid ailəsinin dağılmasının qarşısını almaq məqsədi ilə dəfələrlə Bərdə şəhərinə gedərək Nigarla barışmağa cəhd göstərmişlər, lakin Nigar bundan imtina etmişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində kimsə ona zəng edərək Rəşidinin evinin açarını istəmişdir. Həmin zaman ona məlum olmuşdur ki, Nigar ailəsi ilə birgə cehizini aparmağa gəlmişdir. O, dərhal evə getmiş, yolda ona açarı tez gətirməsi üçün bir daha zəng ediləndə, o, açarı qonşuluqda yaşayan bir uşağa vermişdir. O, evə çatanda evin qarşısında bir yük avtomobilini görmüş, həyətə daxil olub Rəşidgilin evinin qarşısına keçmişdir. Həmin zaman pilləkənin üstündə xidməti formada olan bir şəxsi görüb, həmin şəxsə yaxınlaşaraq kim olduğunu soruşmuş, həmin şəxs Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşın olduğunu, evdə cehiz əşyaların boşaldılması ilə bağlı gəldiyini bildirmişdir. İcra məmurundan Salmanla söhbət edərək onları fikrlərindən daşındırmaq, Rəşidlə Nigarı baraşdırmaq üçün evə daxil olmasına icazə verməsini xahiş etmişdir. Həmin vaxt Salman evin qapısını açmış, o, Salmana «ayıb deyil, niyə belə edirsən, mən uşaqları barışdırmaq istəyirəm» deyib gileylənmiş, Salman isə cehizləri aparmağa gəldiyini, artıq hər şeyin gec olduğunu bildirmişdir. Həmin sözlər ona pis təsir etmiş, həddindən artıq əsəbiləşmiş, Salmana «sənə ayıb olsun, 40 il çörək kəsmişik, uşaqların yuvasını niyə dağıdırsan» deyə iradını bildirmişdir. Salman da ona «sənə ayıb olsun» deyə cavab vermişdir. Salmanla üzbəüz söhbət etmək istədiyindən evə daxil olmaq istəsə də İcra məmuru ona içəri daxil olmağa icazə verməmişdir. Həmçinin Salman evin qapısını arxadan kilidləmiş və Salmanın bu hərəkəti ona pis təsir etdiyindən özünü təhqir olunmuş kimi hesab etmişdir. Ona görə də pilləkənlərdən aşağı düşəndə evin mətbəxin pəncərəsinə xırda daş ilə vurmuşdur, ki, Salmanın diqqətini çəksin, çölə çıxsın söhbət etsinlər. Lakin o, daş ilə pəncərəyə vuranda ehtiyatsızlıqdan pəncərənin şüşəsi sınmışdır. Bundan sonra o, öz evi tərəfə gedib həyətdə oturmuş, Salmangil isə əşyaları avtomobilə yığmağa başlamışlar. Həmin vaxt evin arxa tərəfindən atəş səsi gəlmiş, lakin o, yerindən tərpənməmiş, arvadı Tamella və Rəşidin dostu Zakir evin arxa tərəfinə qaçmışlar. Sonradan o, atəş açanın Rəşid olduğunu öyrənmişdir. Rəşid təxminən iki dəfə atəş açmış, lakin o, atəşin hara istiqamətləndiyini görməmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Oğlu Muxtar isə Rəşidə zəng edib tüfənglə birlikdə polis bölməsinə gəlib təslim olmasını bildirmişdir. O, özü isə polis avtomobili ilə könüllü bölməyə getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs əri Salmanın əsgər yoldaşı olmuş Şahid1 qızı Nigarla evlənmiş, həmin nikahdan Rəvan və Cavidan adlı iki övladı vardır. Rəşid ailəsi ilə birlikdə onların yaşadığı evin həyətində yerləşən evdə yaşamışdır. Rəşidlə Nigarın münasibətləri yaxşı olsa da təxminən son bir ildə münasibətləri korlanmışdır, nəticədə 2020-ci ilin əvvəllərində Nigarın təşəbbüsü ilə məhkəmənin qərarı ilə pozulmuş və onlar ayrı yaşamağa başlamışlar. Həmin müddət ərzində onun ailə üzvləri və Rəşid ailəsinin dağılmasının qarşısını almaq məqsədi ilə dəfələrlə Bərdə şəhərinə gedərək Nigarla barışmağa cəhd göstərmiş, lakin Nigar Rəşidlə barışmamışdır. xx.xx.2020-ci il tarixdə o, yaşadığı evdə olan zaman, Nigar və ailəsi cehizləri aparmağa gəlmişlər və həmin zaman yanlarında icra məmuru da olmuşdur. O, oğlu Rəşidə zəng edib evə çağırmış, Rəşid bir müddət sonra evə gəlmiş, Nigarı dilə tutub barışmaq istəmiş, lakin Nigar onunla barışmamışdır. Bundan sonra Nigar və ailəsi evə daxil olub əşyaları yığmağa başlamışlar. Həmin vaxt əri Əkbər evə gəlmiş, Rəşidin evinin pilləkənlərinin qarşısında Salmanla qarşılaşmış, aralarında sözdə mübahisə baş vermişdir. O, uzaqda olduğundan onların bir-birinə nə dediklərini eşitməmişdir. Lakin onlar dava etməmişlər, sadəcə sözlə mübahisə etmişlər. Bundan sonra əri gedib öz evinin həyətində oturmuş, əsəbindən hətta mətbəxin pəncərəsini də daşla sındırmışdır. Həmin vaxt evin arxa tərəfindən atəş səsi gəlmiş, o, küçəyə çıxanda Rəşidi əlində tüfənglə evin arxası tərəfdə hasardan kənarda dayandığını görmüşdür. Həmin vaxt oğlu Muxtar və Zakir Rəşidə yaxınlaşaraq tüfəngi dartıb almış, o, isə evə qayıtmışdır. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Oğlu Muxtar isə Rəşidə zəng edib tüfənglə birlikdə polis bölməsinə gedib təslim olmasını bildirmişdir. Daha sonra o, Muxtardan Rəşidin gedib təslim olduğunu öyrənmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, qardaşı oğlu Təqsirləndirilən şəxs Şahid1 qızı Nigarla evlənmiş, həmin nikahdan Rəvan və Cavidan adlı iki övladı vardır. Rəşidin Nigarla münasibəti yaxşı olsa da təxminən son bir ildə Nigarın valideynlərinin ailələrinin işlərinə yersiz müdaxilələrinə görə münasibətləri korlanmış, nəticədə sonuncular boşanmışlar. Rəşid və qardaşının ailəsi ailənin dağılmasının qarşısını almaq məqsədi ilə dəfələrlə Bərdə şəhərinə gedərək Nigarla barışmağa cəhd göstərsələr də, niyyətlərinə nail ola bilməmişlər. xx.xx.2020-ci il tarixdə o, evdə olmuş, saat təxminən 11 radələrində Rəşidin keçmiş arvadı Nigar, xalası Vəfa, qayınatası Salman və qayınanası Ceyran Əkbərin evinə gəlmişlər. Həmin zaman onlarla birlikdə Binəqədi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı da olmuşdur. Bir müddət sonra Rəşid evə gəlmiş, lakin evin açarı qardaşı Əkbərdə olduğundan onun gəlməsini gözləmişlər. Həmin müddətdə Rəşidi yenə də Nigarla barışmaq istəmiş, lakin sonuncu bundan imtina etmişdir. Bir müddət sonra evin qapısı açılmış, Nigar və qohumları evə daxil olub əşyaları yığmağa başlamışlar. Daha sonra o, bacısı Sevilin yaşadığı evə keçmiş, təxminən 10-15 dəqiqə sonra çölə çıxmış və qardaşı Əkbərin öz evinin həyətində oturduğunu görmüşdür. Həmin vaxt atəş səsi eşidilmiş, sonradan o, atəş açanın Rəşid olduğunu öyrənmişdir. Rəşid təxminən iki dəfə atəş açmış, lakin o, atəşin hara istiqamətləndiyini görməmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Əkbərin digər oğlu Muxtar isə Rəşidə zəng edib tüfəngi ilə birlikdə polis bölməsinə gedib təslim olmasını bildirmişdir. Sonradan o, Muxtardan Rəşidin gedib təslim olduğunu öyrənmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Rəşid və Nigar onun qonşuluğunda yaşamışdır. Rəşid və Nigar ailə həyatında hər zaman mehriban olmuşlar, lakin sonradan boşanmışlar və ayrı yaşamağa başlamışlar. Ailəli olduqları dövrdə o, Rəşidlə Nigarın nə vaxtsa mübahisə etdiklərini görməmişdir. Nigarın xətrini çox istədiyindən ona bir neçə dəfə övladlarının xətrinə görə boşanmamasını məsləhət vermişdir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadığı evin həyətində olan zaman Nigarın ailə üzvləri ilə birlikdə cehizlərini aparmağa gəldiyini öyrənmiş, bir qonşu kimi hər hansı köməklik göstərmək üçün Nigarın yanına getmişdir. Ondan başqa orada qonşulardan Təyyubə, Şəfaqət və adlarını dəqiq bilmədiyi bir neçə qonşu da olmuşdur. Həyətə daxil olanda Nigarın ailəsinin də onunla birlikdə gəldiyini görmüş, həmin zaman Nigarın yanında xidməti formada olan bir şəxs də olmuşdur. Həmin zaman Rəşid Nigarı dilə tutub barışmaq istəsə də, buna nail ola bilməmişdir. Nigar və qohumları evə daxil olub əşyaları yığmağa başlamışlar. Bir müddət sonra Rəşidin atası Əkbər də evə gəlmiş, onunla Nigarının atası arasında sözdə mübahisə olmuşdur. Təxminən 5 dəqiqə sonra iki dəfə atəş səsi eşidilmiş, həmin vaxt Tamella həyətdən küçəyə doğru qaçmışdır. O, da Tamellanın arxasınca küçəyə doğru getmiş və Rəşidi əlində tüfənglə evin arxasında hasardan kənarda dayandığını görmüşdür. Rəşidin qardaşı Muxtar və Zakir adlı tanışı ona yaxınlaşaraq tüfəngi dartıb əlindən almışlar. Həmin vaxt Rəşid bir an yıxılan kimi olmuş, lakin yıxılmamış, dizi üstə yerə düşmüşdür. Muxtar tüfəngi Rəşidin əlindən alandan sonra o, öz evinə getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadəsində göstərmişdir ki, Şahid14 ifadəsində göstərmişdir ki, Rəşid və Nigar onun qonşuluğunda yaşamışdır. Rəşid və Nigar ailə həyatında hər zaman mehriban olmuşlar, lakin sonradan boşanmışlar və ayrı yaşamağa başlamışlar. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində o, evdə olmuş, həmin vaxt Nigarın cehizlərini aparmağa gəldiyini öyrənmiş, bir qonşu kimi Nigarla sağollaşmaq üçün Əkbərgilin həyətinə getmiş, ondan başqa orada qonşulardan Pərvanə, Şəfaqət və adlarını dəqiq bilmədiyi digər qonşular da olmuşdur. O, həmin yerə gedəndə Nigarın ailəsinin də onunla birlikdə gəldiyini və həmin zaman sonuncunun yanında xidməti formada olan bir şəxsin də olduğunu görmüşdür. Bir müddət sonra Rəşid evə gəlmiş, Rəşid Nigarı dilə tutub barışmaq istəsə də, Nigar buna razı olmamışdır. Nigar və qohumları evə daxil olub əşyaları yığmağa başlamışlar, onlar isə kənarda dayanmışlar. Bir müddət sonra Rəşidin atası Əkbər də evə gəlmiş, Əkbərlə Nigarının atası arasında sözdə mübahisə olmuşdur. Təxminən 5 dəqiqə sonra iki dəfə atəş səsi eşidilmiş, həmin vaxt Tamella həyətdən küçəyə doğru qaçmışdır. O, həmin vaxt küçəyə çıxmamış, sonradan atəş acanın Rəşid olduğunu öyrənmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, isə evinə getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Rəşid və Nigarı uzun müddətdir ki, tanıyır, onlar evli olmuş, sonradan boşanmışlar. Onun bir qonşu kimi Nigarla və onun keçmiş qaynanası Tamella ilə münasibətləri hər zaman yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində evdə olmuş, həmin gün həyətə çıxanda Nigarın cehizlərini aparmağa gəldiyini görmüş və Tamellanın yanına getmişdir. Nigarın yanında valideynləri və xidməti formada olan bir şəxs olmuşdur. Bir müddət sonra Rəşid gəlib Nigarı dilə tutub barışmaq istəmiş, lakin buna nail ola bilməmişdir. Nigar və qohumları evə daxil olub əşyaları yığmağa başlamış, bir müddət sonra Rəşidin atası Əkbər də evə gəlmişdir. Həmin zaman Əkbərlə Nigarının atası arasında sözdə mübahisə olmuş, sonuncular təxminən 1-2 dəqiqə mübahisə etmiş, sonra isə Əkbər gedib öz evinin həyətində oturmuşdur. Təxminən 5 dəqiqə sonra iki dəfə atəş səsi gəlmiş, həmin vaxt Tamella həyətdən küçəyə doğru qaçmışdır. O, sonradan atəş açanın Rəşid olduğunu öyrənmişdir. O, atəş açılan vaxt evin həyətində olduğundan Rəşidin atəş açmasını görməmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o, isə öz evinə getmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5, Şahid8 və Şahid11 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus ov tüfəngindən iki dəfə atəş açılaraq orada olan şəxsləri öldürməklə hədələməsi faktına görə CM-in 134-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(013)-299/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şahid2 gəlin gələn zaman cehiz qismində gətirdiyi müxtəlif adda əmlakın alınaraq Şahid2 verilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(013)-299/2020 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Zərərçəkmiş şəxs tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yerləşən bir mərtəbəli nömrəsiz fərdi daş evində Şahid2 Təqsirləndirilən şəxs ilə ailə həyatı qurarkən özü ilə gətirdiyi əmlakın-cehiz əşyalarının Təqsirləndirilən şəxs alınaraq Şahid2 verilməsinə dair qanuni qüvvəyə minmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar verilmiş icra vərəqəsi əsasında cehiz əşyalarının çıxarılmasına dair icra hərəkətlərini həyata keçirmək üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Zərərçəkmiş şəxs tələbkar Şahid2, Salam Həsənov, Şahid4 və digər şəxslər ilə birlikdə borclu-Təqsirləndirilən şəxs yuxarıda göstərilən ünvanına gəlmiş və icra hərəkətləri yerinə yetirilərkən evin arxa tərəfində güllə səsi gəlmiş, bu anda borclu Təqsirləndirilən şəxs bir neçə dəfə tüfəng ilə atəş açmışdır. Borclunun əlindəki silah qardaşı Muxtar və tanışı Zakir tərəfindən alınmış, hadisə barəsində icra məmuru tərəfindən sahə inspektoruna, 40-cı polis bölməsinə və 102 xidmətinə məlumat verilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ov tüfəngi götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və baxış zamanı hadisənin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş verməsi müəyyən edilərək həmin yerdən bir ədəd tıxac və iki ədəd giliz aşkar edilərək götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 134-cü maddəsində həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-793/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.3cü maddəsində həmin Məcəllənin 288.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş sənədsiz evdə Ağdam rayonundan gəlmiş məcburi köçkün kimi qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, DİN-nin mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş elektron reyesterində Təqsirləndirilən şəxs adına 12 kalibrli, ********** nömrəli, MR-155 markalı yivsiz ov silahı vardır. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli, 3/1332 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş pəncərə şüşəsi, pəncərənin lövhəsi və divarın üzərində rəyin təsviri hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşunun metal izinin aşkar edilməməsinə baxmayaraq zədələrinin formasına, morfoloji quruluşuna əsasən həmin zədələr giriş zədələri olub, hamarlüləli (yivsiz) odlu tüfəngdən 2 metrdən yuxarı məsafədən dəmir hasarın bayır hissəsindən evin pəncərəsinə doğru istiqamətdə qırmaların təsirindən yetirilməyə xarakterikdir. Həmin zədələr xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə-ballistik ekspertizasının təyin edilməsi haqqında qərarla ekspertizaya təqdim edilmiş «MR-155» modelli, ********** nömrəli tüfəngdən açılan atəş nəticəsində yaranması mümkündür. xx.xx.2020-ci il tarixli, 10/3213 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, , smeta üzrə aparılmış hesablamalar nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində fərdi yaşayış evinin plastik pəncərəsinə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği 150 manat təşkil edir. Ambulator kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3029 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Nümayişkaranəlik, çılğınlıq, inadkarlıq, öz yaşantılarını dramatik tərzdə ətrafındakılara çatdırmaq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müəyyən olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik əmələ gəlmişdir. Həmin halın yaranması xarakterik xüsusiyyətləri ilə fonunda situasiya ilə şərtləşmişdir. Cinayət hadisəsini törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional halda, qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halında asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışlarını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli, 3/1202, 3/1203 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah 2018-ci ildə, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, «MR-155» modelli, ********** nömrəli, daxili çaxmaqlı, təklüləli, yarımavtomatik (özüdolduran) tüfəngdir - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, detallarında təyinatını dəyişdirən və zavod işarələrində əlavə və dəyişiklik edilməmişdir. Həmin modeldən olan, ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 12 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və həmin məsafələrə uyğun olaraq hədəfdə (o cümlədən canlı hədəfdə) müvafiq zədə yetirmə qüvvəsinə malik olurlar. Texniki məlumatlara əsasən, «MR- 155» modelli ov silahlarından atılmış gilizlər sağa - geri 1-2 metr məsafəyə atılır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış hissələridir - gilizləridir, «MR- 155» modelli, ********** nömrəli ov tüfəngindən atılmışlar. Təhqiqata təqdim edilmiş 1(bir) ədəd predmet 12 kalibrli, yivsiz odlu ov tüfənglərindən döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir-tıxacdır (“konteyner” tipli) Təyinatina uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 12 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş edilmiş 12 kalibrli, «MR-155» modelli, ********** nömrəli ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşdirmə tədqiqatı üçün yarasız olduqlarına görə, onun təqdim edilmiş 12 kalibrli, «MR-155» modelli, ********** nömrəli ov tüfəngindən, eləcə də başqa hərhansı konkret silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 12 kalibrli, «MR-155» modelli, ********** nömrəli ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır, müvafiq metodika olamdığına görə sonuncu atəş vaxtını müəyyən etmək mümkün deyildir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, 12 kalibrli, ********** nömrəli, MR-155 markalı yivsiz ov tüfəngi, 02 ədəd giliz və 01 ədəd tıxac maddi sübut kimi tanınaraq Binəqədi RPİ-nin saxlancına verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 288.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-994/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün müddətə uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 288.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 288.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə edilməklə törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 288.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2020-ci il tarixdə məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)- 793/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-994/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma 20 gün müddətə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd 12 kalibrli, «MR-155» modelli, ********** nömrəli tüfəng sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalı, 2 (iki) ədəd giliz və 1 (bir) ədəd tıxac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 242 (iki yüz qırx iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd 12 kalibrli, «MR-155» modelli, ********** nömrəli tüfəng sahibi Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 2 (iki) ədəd giliz və 1 (bir) ədəd tıxac hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 242 (iki yüz qırx iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar