Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-106/2024 29.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: X11 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1986-cı ildə Cəbrayıl rayonu, Sarıcallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşaqları olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Sarıcalı ə/d, Sarıcalı kəndində qeydiyyatda olaraq Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 7, döngə 6, Axundov küçəsi, ev 28-də faktiki yaşayan, barəsində “polsin nəzarəti altina vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 21:25 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz » markalı “C 180” modelli **-HF- *** dövlət qeydiyyat nişanlı avtomobili “B1, B” kateqoriyalı BB 700797 nömrəli sürücülük vəsiqəsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi ilə Mərkəz Binəqədi tərəfdən Xırdalan dairəsi istiqamətdə idarə edərkən həmin şossenin döngə 1 ünvanında yerləşən “Cənub” restoranının qarışısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub, yolun hərəkət hissəsini sağdan sola keçən piyada X4 avtomobilin sol ön hissəsi ilə vuraraq sol gicgah-təpə sümüyünün xətti sınığı, sol tərəfli subdural (sərtqişaaltı) hematoma və baş beyin toxumasının ağır dərəcəli çoxsaylı hemorragik əzilmələri ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın yumşaq toxumalarının sağ yarısına dərialtı qansızmalar, sağ alın-gicgah nahiyəsinin sıyrığı, sağ gözətrafı yumşaq toxumaların və sol üst göz qapağının qançırları, sağ dirsək oynağının bayır, sağ əl pəncəsinin ovuc, sağ diz oynağının və sol baldırın aşağı 1/3-nin bayır, sağ ayaq pəncəsinin ayaqarxası səthlərinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli AĞİR zərərvurmaya aid bədən xəsarətlərin yetirməsi nəticəsində sonuncunun sol gicgah-təpə sümüyünün xətti sınığı, sol tərəfli subdural hematoma və baş beyin toxumasının ağır dərəcəli çoxsaylı hemorragik əzilmələri ilə müşayiət olunan qapalı kəllə-beyin travması səbəbindən 11 iyul 2023-cü il tarixdə saat 01:00-da Azərbaycan Respublikası TƏBİB-in X17 publik hüquqi şəxsin Cərrahi Reanimasiya və X8 ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun istifadəsində öz adına rəsmiləşdirilərək ona məxsus olan «Mercedes Benz» markalı “C 180” modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 02 iyul 2023-cü il tarixdə saat 21:25 radələrində həmin avtomobili özü idarə edərək Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi Şossesi yolu ilə Mərkəz Binəqədi tərəfdən Xırdalan dairəsi istiqamətdə hərəkət edərkən Döngə 1 ünvanda yerləşən “Cənub” restoranının qarışısında fikiri yayındığı üçün görməyərək yolu keçən piyada bir kişini avtomobilinin sol qabaq hissəsi ilə vurmuşdur. Aldığı zərbədən həmin piyadanın başı onun avtomobilinin alın şüşəsinin sol aşağı küncünə dəyərək şüşəni çatlatmışdır. Sonra piyada yola yıxılmışdır və o, avtomobilini irəlidə saxlayaraq piyadaya yaxınlaşdır ki, sonuncuya kömək etsin. Hadisə yerinə tanımadığı adamlar da toplaşmışdır. O, tanımadığı şəxsin və ya şəxslərin köməyi ilə bu yerə yıxılmış piyadanı onun avtomobilinə otuzdurmuşlar, bu zaman bir yaşlı qadın, sonra adı ona Tamara Fərəcova kimi məlum olan şəxs yaxınlaşıb demişdir ki, həmin piyadanın arvadıdır və onun avtomobilinə oturmuşdur və onlar xəsarət almış piyadanı ən yaxında olan Xırdalan şəhər xəstəxanasına aparırdılar, yolda onlar X21 avtomobilini görüb saxlatdıraraq təcili olsun deyə xəsarət almış piyadanı həmin TTY avtomobilinə keçirmişlər, özləri isə bu avtomobilin arxası ilə 1 saylı X18 gedib xəsarət almış piyadanı oraya təhvil vermişlər. Eyni zamanda hadisə barədə polisə məlumat verilmişdir və o, özünün və avtomobilinin sənədlərini polis əməkdaşlarına təqdim etmişdir və sonra hadisə yerində baxışda iştirak etmişdir. Eyni zamanda, hadisə ilə bağlı polis əməkdaşları hadisə yerinə baxış keçirib müvafiq protokol tərtib etmişdirlər, sxem və fotoşəkillər çəkilmişdir. Araşdırma zamanı ona məlum oldu ki, avtomobili ilə vurduğu piyada Ağahüseyn Məmmədov adlı şəxsdir. Bildirir ki, hadisə zamanı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur, o, özü bu avtomobili idarə edirmiş, başqa sərnişin və yükü olmamışdır, özü ayıq olmuş, yuxulu və ya yorğun olmamışdır. Hadisə yerində yol iki zolaqlı olmaqla avtomobillərin hərəkətlərinin axını qarşı qarşıyadır, hər istiqamətdə iki zolaqla avtomobillər hərəkət edirlər, hərəkət intensivliyi normal olmuşdur. Yolda sürətə saatda 60 km icazə verilmişdir. O, orada keçəndə sürəti saatda 40-50 km olardı. Hadisə zamanı o, telefonla danışmamış, sadəcə fikirli olaraq diqqəti yayınmışdır və odur ki, o, piyadanı görməmişdir və sonuncunu avtomobili ilə vuranda əyləci işə salmamışdır, yəni avtomobili hansı sürətlə gəlibsə, həmin sürətlə də piyadanı vurmuşdur. Hadisə nəticəsində o, özü xəsarət almamışdır, avtomobilinin kapotunun qabaq sol hissəsində cüzi əzik olmuşdur, alın şüşəsinin sol aşağı küncündə çat əmələ gəlmişdir. Hadisə nəticəsində xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertizadan keçmək istəmir. İfadəsini hadisə yerində göstərə bilər. O, bilir ki, hadisənin törədilməsində günahkardır və zərər çəkmiş tərəflə barışıq əldə etmişdir. Hadisənin zəruri xüsusiyyətlərinin araşdırılması məqsədi ilə verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona məxsus olaraq idarə etdiyi «Mercedes Benz » markalı “C 180” modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili 1998-ci il buraxılışı olmasına baxmayaraq texniki cəhətdən saz vəziyyətdə olmuşdur və hazırda da sazdır. O, vaxtı-vaxtında texniki baxış keçirir, lazım olanda həmin avtomobili təmir etdirir. Hadisə zamanı hava şəraiti yaxşı olmuş, yaxış yağmamış və asfalt örtüyü quru olmuşdur. Hadisə saat 21-dən sonra baş vermişdir, bu zaman yolda avtomobillərin intensivliyi yaxşı olmuş və bunun ona heç bir maneçiliyi olmamışdır. Hadisə baş verməmişdən əvvəl o, avtomobilini idarə edərkən yuxulu və ya yorğun olmamış, telefonla danışmamış, sadəcə fikirli olaraq diqqəti yayınmışdır odur ki, piyadanı görməmişdir. Törətdiyi əməldən peşman olduğunu və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X11 ifadəsində göstərmişdir ki, X2 onun əri olmuşdur. 02 iyul 2023cü il tarixdə təxminən saat 21:00 radələrindən bir-neçə dəqiqə sonra o, Ağahüseynin idarə etdiyi həmin avtomobildə sərnişin kimi oturaraq onlar Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi Şossesi yolu ilə Mərkəz Binəqədi tərəfdən Xırdalan dairəsi istiqamətdə hərəkət edib “Cənub” restoranının qarışısına gəlmişlər, Ağahüseyn avtomobili həmin yerdə saxlayıb qəza işıqlarını yandıraraq düşüb küçənin əks istiqamətində çörək almağa getmək istəyirmiş. Ağahüseyn küçəni asta addımlarla eytiyyatla keçəndə demək olar ki, artıq küçənin ortasına çatmasına az məsafə qalmış saat 21:25-də «Mercedes Benz » markalı bir avtomobil Ağahüseyni vurub yerə yıxmış və irəlidə dayanmışdır. Hadisə yerinə tanımadığı adamlar da toplaşmışdır. Özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş sürücünün və tanımadığı şəxslərin köməyi ilə Ağahüseyni hadisəni törətmiş sürücünün «Mercedes Benz» markalı avtomobilinə otuzdurmuşlar, bu zaman o, da yaxınlaşıb demişdir ki, həmin piyadanın, yəni Ağahüseynin arvadıdır və avtomobilə oturdu, onlar Ağahüseyni yaxında olan Xırdalan şəhər xəstəxanasına aparırdılar, yolda X21 avtomobilini görüb saxlatdırmışlar, təcili olsun deyə Ağahüseyni həmin TTY avtomobilinə keçirmişlər, özləri isə bu avtomobilin arxası ilə 1 saylı X18 gedib Ağahüseyni təhvil vermişlər. Təqsirləndirilən şəxs onların ailəsi ilə əlaqə saxlamış, gəlib üzr istəmiş və xərclərinin ödənilməsində iştirak etmişdir. Odur ki, onlar sürücü Təqsirləndirilən şəxsı bağışlamışlar və sonuncu ilə barışmışlar. Hazırda sürücü Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri və iddiaları yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid anası olan zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 sentyabr 2023-cü il tarixli 8/2688 nömrəli rəyindən görünür ki, 1.2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes Benz» markalı “C 180” modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 11 iyul 2023-cü il tarixli 151 nömrəli rəyindən görünür ki, 1.X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gicgahtəpə sümüyünün xətti sınığı, sol tərəfli subdural (sərtqişaaltı) hematoma və baş beyin toxumasının ağır dərəcəli çoxsaylı hemorragik əzilmələri ilə müşayiət olunan qapalı kəlləbeyin travması, başın yumşaq toxumalarının sağ yarısına dərialtı qansızmalar, sağ alıngicgah nahiyəsinin sıyrığı, sağ gözətrafı yumşaq toxumaların və sol üst göz qapağının qançırları, sağ dirsək oynağının bayır, sağ əl pəncəsinin ovuc, sağ diz oynağının və sol baldırın aşağı 1/3-nin bayır, sağ ayaq pəncəsinin ayaqarxası səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə, yəni 02 iyul 2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər.2. X1 ölümünə səbəb sol gicgah-təpə sümüyünün xətti sınığı, sol tərəfli subdural hematoma və baş beyin toxumasının ağır dərəcəli çoxsaylı hemorragik əzilmələri ilə müşayiət olunan qapalı kəllə-beyin travması olmuşdur. Tibbi sənəddəki məlumatlara əsasən demək olur ki, A.Ə.Məmmədov 11 iyul 2023-cü il tarixdə saat 01:00-da “X17” p.h.ş-in Cərrahi Reanimasiya və X8 ölmüşdür, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə təsdiq edilir. X1 adına tərtib olunmuş tibbi sənəddə (xəstəlik tarixində) xəstəxanaya daxil olarkən onun ağzından “spirtli içkilər iyi”nin gəlib- gəlməməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş «Mercedes Benz » markalı “C 180” modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil və Azərbaycan Respublikası DİN-nin NHİX-dən göndərilmiş, hadisənin baş vermə mexanizmini özündə əks etdirən videogörüntü olan 06 №-li DVD diski cinayət təqibi üçün xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 06 №-li DVD diski cinayət işinin materiallarına əlavə edilmiş, qeyd edilən avtomobil sahibi Təqsirləndirilən şəxs saxlanılması üçün təhvil verilmişdir. Cinayət işi üzrə ifadələrin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən sürücü Təqsirləndirilən şəxs hadisə yerində yuxarıda göstərdiyi ifadəsini yerində təsdiq edərək 02 iyul 2023-cü il tarixdə saat 21:25 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz » markalı “C 180” modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi ilə Mərkəz Binəqədi tərəfdən Xırdalan dairəsi istiqamətdə hərəkət edərkən həmin şossenin döngə 1 ünvanında yerləşən “Cənub” restoranının qarışısında təqsirli olaraq yol-nəqliyyat hadisəsini ehtiyyatsızlıqdan törətdiyini etiraf etmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs avtomobilinin hərəkət istiqamətini, məhz hansı yerdə hadisəni ehtiyyatsızlıqdan törətdiyini sərbəst şəkildə göstərib təsvir etmişdir. Onun yerində göstərilənlər işin digər hallarına, iş materiallarında göstərilən məsafələrə və xüsusatlara uyğun gəldiyi müəyyən edilmişdir. 02 iyul 2023-cü il tarixli raportlarla qeyd edilən yol-nəqliyyat hadisəsinin baş verdiyi və nəticədə piyada X3 bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi təsdiq olunmuşdur. 03 iyul 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” protokolla, ona əlavə edilmiş sxem və fotocədvəllə sürücü Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 21:25 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz » markalı “C 180” modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan-Binəqədi şossesi ilə Mərkəz Binəqədi tərəfdən Xırdalan dairəsi istiqamətdə hərəkət edərkən həmin şossenin döngə 1 ünvanında yerləşən “Cənub” restoranının qarışısında təqsirli olaraq yol-nəqliyyat hadisəsini ehtiyyatsızlıqdan törətdiyi və nəticədə piyada X3 bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi təsdiq olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 03 iyul 2023-cü il tarixli 2/16811 nömrəli aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. 11 iyul 2023-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokolla və ona əlavə edilmiş fotocədvəllə istintaqın topladığı sübutlar və ifadələrdə göstərilmiş hallar təsdiqini tapmışdır. İş üzrə 18 iyul 2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası DİNnin BDYPİ-nin X7 baxış zamanı sürücü Təqsirləndirilən şəxs 31 iyul 2022-ci il tarixdə BB 700797 «B1, B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük vəsiqəsi hazırda aktivdir və onun sürücülük hüququndan hər hansı müddətə məhrum edilməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019 -cu il tarixdə (X13) və xx.xx.2022 -ci il tarixdə (X14) doğulmuş yetkinlik yaşına çatmayan uşaqları vardır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinin olmaması barədə ərizəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərinhəyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını, zərərçəkmişin hüquqi varisinə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini, zərərçəkmişin hüquqi varisinin ondan heç bir şikayəti olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsna cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı C 180 modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxılanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsiniAzərbaycanRespublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 45 iş saatına görə 270 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı C 180 modelli **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin, qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (ədəd) ədəd disk cinayət işinin materiallarında saxılanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X6 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-106/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-106/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver