Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-107/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamşısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx.xx.1990-cı ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Mingəşevir şəhəri, H.Əliyev prospekti, bina 7, mənzil 21 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 03 sentyabr 2020-ci il tarixdə saat 13:30 radələrində BCED kateqoriyalı, AD 206926 nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, 2008-ci il buraxılışlı “JAC HFC 1040 yük” markalı, kran manipulyator tipli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Sulutəpə-Biləcəri avtomobil yolu ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud surətdə pozaraq, yəni sürücü yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakşıları üçün maneə yaratmamalı olduğu halda, idarə etdiyi avtomobili sola doğru manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəjəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola manevr etdirməməli, idarə etdiyi CAJ-HFJ1040 markalı avtomobili hərəkət etdiyi zolağın sağ tərəfindən sola doğru manevr etdirməzdən əvvəl ondan arxada hərəkət zolağın sol ilə eyni istiqamətdə hərəkətdə olan mopedə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola manevr etdirməli olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texnik imkanı olduğu halda heç bir tədbir görməyərək avtomobilin sola istiqamətlənərkən X4 idarə etdiyi mopedin CAJ-HFJ1040 markalı avtomobilin arxa sol hissəsi ilə toqquşması nəticəsində sonuncunun ehtiyatsızlıqdan ölümünə səbəb olmuş qaraciyərin qapı venasının və qaraciyərin sağ payının cırılmış yaraları, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, burun sümüyünün aşıq, qəlpəli sınığı, sağ göz ətrafının qançır-hematoması, döş qəfəsinin sağ yarısının qançırı, burun əsasının, sağ qaşüstü və sağ təpə-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə müşayət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da “JAC HFC 1040 yük” markalı, kran manipulyator tipli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, sürücü Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən sürücülük hüququ vardır, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan AJ HFJ1040 yük markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasirəsi ilə Xırdalan dairəsindən çıxaraq Sulutəpə-Biləcəri avtomobil yoluna keçmiş, həmin avtomobil yolu ilə Biləcəri istiqamətində hərəkət etmiş, saat 13:30 radələrində Biləcəri qəsəbəsi Daş Bazarının qarşısı ilə 30-40 km/saat sürətlə hərəkətdə olaraq avtomobil yolunda olan qırıq xətlərə tərəf yaxınlaşmış, qırıq xətlərə yaxınlaşdıqda avtomaşının sürətini təxminən 10 km/saat sürətinə azaltmış, avtomaşının sol dönmə işığını yandırmış, hələ dönmə əməliyyatını həyata keçirməyə başlamadan qırıq xətlərə təxminən az məsafə qaldıqda nəqliyyat vasitəsinin arxasına nəyinsə dəydiyini hiss etmiş, nəqliyyat vasitəsini dayandırmış, nəqliyyat vasitəsindən düşəndə mopedin nəqliyyat vasitəsinin sol yan hissəsi ilə toqquşduğunu, mopedin asfaltın üzərində olduğunu və mopedi sürən şəxsin qaşının qanamış vəziyyətdə özünün isə oturulu olduğunu, başında və yaxın yerdə kaska olmadığını görmüş, ətrafa yığışmış tanımadığı şəxslərdən birindən su alıb mopedi idarə edən şəxsin üzünə su vurmuş, bu zaman yolda olan şəxslərdən kiminsə yolu dayandırdığı üçün onun idarə etdiyi maşını sürərk kənara çəkmiş, xəsarət almış şəxsin huşu özündə olmuş, yoldan keçən tanımadığı nəqliyyat vasitəsini saxlatmış, mopedin sürücüsü ilə arxada oturub onun əslən Beyləqan rayonundan olduğunu söhbət zamanı bilmiş, onu Biləcəri təcili yardıma aparmış, oradan təcili yardım maşını ilə mopedin sürücüsü xəstəxanaya aparılmış, hadisədən əvvəl mopedin tormozlama səsini eşitməmiş, bundan sonra hadisə yerinə qayıtmış, həmin yerə gələndə orada olan polis işçilərinə hadisəni baş verdiyini olduğu kimi danışmış, nəqliyyat vasitəsinin sənədlərini təqdim etmiş, hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirildikdən və hadisə yerində ölçmə hərəkətləri aparıldıqdan sonra tərtib edilmiş protokolu imzalamış və mopedi sürən şəxsin adını sonradan bildiyi Zahirin xəstəxanada öldüyünü sonradan eşitmişdir. Hadisə yerinə baxış keçirilməsi zamanı müstəntiq təırəfindən tərtib edilmiş sxemi görmədiyini, həmin sxemi imzalayan zaman nəqliyyat vasitələrinin həmin sxemdəı çəkilmədiyini qeyd etmişdir. Həmçinin müstəntiqin razılığı ilə yük markalı nəqliyyat vasitəsinin sahibinə geri qaytarıldığını bildirmişdir. İş üzrə təyin edilmiş yol nəqliyyat hadisəsi ekspertizası rəyi ilə razı olmadığını, ekspertin başına gələn hadisəni real hadisə mexanizmi hesab etməməsi ilə bağlı fikirlərini əsaslı hesab etmədiyini, mopedin hündürlüyünün heç 1,20-1,30 metr olmadığını, özünün idarə etdiyi nəqliyyat vasitəsinin isə arxa hissəsinin hündürlüyünün təxminən 1,80-1,83 metr, yerdən arxa stop işığına qədər məsafənin təxminən 1,20-1,30 metr olduğunu qeyd etmişdir. Hadisədən özünün qətiyyən təqsirli bilmədiyini barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 rayonda yaşaması ilə bağlı məhkəmə iclaslarında iştirak etməyəciyini bildirmiş, məhkəməyə notarial qaydada ərizə göndərərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacağıını qeyd etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi X5 elan edilmiş ifadəsində qeyd edilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Mirzəyev Zahir onun oğludur. Oğlu Zahir Bakı şəhərində yaşayırdı. Oğlu Zahirin son zamanlar Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Daş bazarının yaxınlığında, 1 May küçəsində yerləşən “Bol Dönər” dönərxanasında fərdi qaydada kuryer işlədiyini bilirmiş, Zahir Mirzəyev özünə məxsus Mopedi idarə edirmiş, oğlu Zahir ünvanlardan dönər sifarişi qəbul edirmiş, dönəri “Bol Dönər” dönərxanasından götürüb idarə etdiyi Mopedlə aparıb ünvana çatdırırmış, 03 sentyabr 2020-ci il tarixdə evdə olan zaman ona zəng gəlmiş, oğlu Zahirin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü bildirilmiş, oğlu Zahirin həmin gün günorta radələrində sifariş qəbul edib idarə etdiyi Mopedlə ünvana gedən zaman Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi Sulutəpə-Biləcəri avtomobil yolu ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkətdə olan avtomobillə Biləcəri qəsəbəsi Daş Bazarının qarşısında toqquşduğu sonradan ona məlum olmuş, oğlu Zahirin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərə görə 3 saylı Sabunçu xəstəxanasına aparılmış, həmin xəstəxanada aldığı xəsarətlər nəticəsində öldüyünü bildirmişdir. Cinayət işinin obyektiv araşdırılmasını təmin etmək və cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilən sxemə aydınlıq gətirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X9 məhkəmə iclasına dəvət edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Daş Bazarının yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə X4 ölməsinə səbəb olmuşdur. Hadisə olan yerə tərəfindən baxış keçirilmiş və protokol tərtib edilmiş, sonradan həmin yerin sxemi çəkilmişdir. Məlum olmuşdur ki, mərhum X15 1 May küçəsində “Bol Dönər” dönərxanasında 2020-ci ilin iyun ayından kuryer işləyir. Onun idarə etdiyi moped özünə məxsus idi. Zahir sifariş qəbul etmiş və həmin sifarişi çatdırmaq üçün öz mopedi ilə ünvana yollanmışdır. Hadisə şahidlərinin sözünə görə hadisə dönərxanadan təxminən 600 metr məsafədə qəbristanlıqla Daş bazarının qarşısında baş vermişdir. Zahir Mirzəyevin mopedlə hərəkət etdiyi yolda qarşısında hərəkətdə olan JAC markalı yük maşınının arxa sol hissəsi ilə toqquşduğunu demişlər. Hadisə yerinə baxış keçirən zaman artıq təqsirləndirilən şəxs yol maşını ilə zərərçəkmiş şəxs Zahiri Təcili X13 aparmış oradan isə 03 saylı Sabunçu xəstəxanasına aparmışdır. O, artıq hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, sonradan hadisənin mexanizminin şahidlərin söylədiklərinə əsasən və mopedin dağılaraq hissələrinin olduğu vəziyyətdən hadisənin necə baş verməsini müəyyən etmişdir. İlkin olaraq xx.xx.2020-ci il tarixdə tərtib edilmiş sxemdə avtomobillərin eyni istiqamətdə hərəkət etdiyini ətraflı göstərmək üçün onları yan-yana çəkmişdir. Məqsədinin nəqliyyat vasitələrinin birinin sağ digərinin isə soldan hərəkətini göstərmək olmadığını qeyd etmişdir. Nəqliyyat vasitələri eyni istiqamətdə, yəni eyni zolaq üzərində hərəkətdə olmuşlar, moped isə JAC markalı yük maşınının arxası ilə ara məsafəsini qorumadan hərəkət etmişdir. Hadisə yerində hər hansı bir kamera olmamış, hadisənin video görüntü varsa da ondan məlumatı olamamışdır. Hadisə yerinin sxemi çəkilən zaman nəqliyyat vasitələri orada olan vətəndaşlar tərəfindən artıq kənara çəkilmişdilər. Həmin ərazi sıxlıq olan ərazidir. Hadisənin bir başa şahidi yox idi. Şahidlik edən şəxslər zərərçəkmiş şəxsin işlədiyi dönərxananın işçiləri idi. Onlar da bu hadisəni qulaq şahidi kimi çatdırmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Daş Bazarının yaxınlığında 1 May küşəsində “Bol Dönər” dönərxənasını fərdi qaydada idarə əsasında işlədir, X15 isə 2020-ci ilin iyun ayından dönərxanada kuryer işləmiş, onun idarə etdiyi moped özünə məxsus olmuş. Zahir sifarişləri qəbul edib dönəri sifarişlərin ünvanına çatdırırdı. Həmin gün kuryerin yol nəqliyyat qəzası keçirdiyini öyrənmişdir. Bunu eşidəndən kimi (təxminən hadisə baş verdikdən 15-20 dəq sonra) hadisə yerinə getmiş, lakin hadisə yerinə çatdıqda, eşitmişdir ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs X27 maşınının gəlməsini gözləməyib xəsarət alan kuryeri, yoldan keçən bir maşına qoyub Biləcəri rayonu üzrə olan X2 aparmışdır. Hadisə yerinə çatanda orada olan şəxslərin hadisə barədə dediklərini eşitmişdir. Orada olan şəxslərin danışığından, Təqsirləndirilən şəxs sola dönmək istədiyi zaman dönmə işıqlarını yandırdığını, mopedin isə həmin anda qarşıda olan yük maşının arxasına çırpıldığını anlamışdır. Daha sonra hadisənin video görüntülərini görmüş, həmin video görüntüdə mopedi idarə edən şəxsin tormoz vermədən və istiqamətini dəyişmədən qarşıda duran nəqliyyat vasitəsinə çırpılması görünürdü. Həmin video görüntüdə çəkilişin sol tərəfdən aparıldığını qeyd etmişdir. Yük markalı nəqliyyat vasitəsi sürücüsünün mopedin arxadan gəldiyini hiss edə bilməsinin mümkün olmadığını, sürücünün dönmə işıqlarını yandırıb dönmək üçün gözlədiyini, 5-6 saniyədən qısa müddətdə mopedin nəqliyyat vasitəsinin arxasına çırpıldığını qeyd etmişdir. O ifadəsində dərhal Biləcəri rayonu üzrə olan Təcili X13 getdiyini, orada ona kuryerin Sabunçu rayonu üzrə olan Təcili X13 aparıldığı bildirildiyini özünün isə deyilən ünvana getdiyini göstərmişdir. Hadisə baş verən zaman orada olmamış və hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Xanbaba oğlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Daş Bazarının yaxınlığında 1 May küşəsində “Bol Dönər” dönərxənasında dönərçi işləmişdir. Zahir Mirzəyev onun işlədiyi yerdə kuryer kimi işləyirdi. Saat təxminən 13:00-14:00 aralığında kuryeri çörək gətirməsi üçün göndərmişdirlər. Hadisədən az müddət sonra orada işləyən işçilər Zahir Mirzəyevin idarəetməni itirməsi ilə qəza törətdiyini danışmışlar və onun hadisədən belə məlumatı olmuşdur. Hadisə yerində olmadığını, nə hadisə zamanı, nə də hadisədən sonra qəza olan yerə getmədiyini, qəzanın videosunu görmədiyini bildirmişdir. Məhkəmə iclasında digər Şahid1 iştirakı mümkün olmadığından onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir.O, ifadəsində göstərmişdir ki, özünə məxsus olan Mercedes markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, müştəri götürmək üçün adətən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Daş bazarı deyilən yerin yaxınlığında dayanır, 03 sentyabr 2020-ci il tarixdə təxminən saat 13:30 radələrində dayandığı yerdən təxminən 400-500 metr məsafədə yol-nəqliyyat hadisəsinin baş verdiyini eşitmiş, orada olan adını xatırlamadığı dönərxananın qarşısında dayanmış, insanların həmin hissəyə toplaşmasından və avtomobillərin hərəkətlərinin dayanmasından yol-nəqliyyat hadisəsinin baş verdiyini başa düşmüş, o, hadisə yerinə çatdıqda bir yük maşının arxası ilə moped markalı nəqliyyat vasitəsinin toqquşduğunu görmüş, həmin yük maşının sürücüsünün mopedi idarə edən şəxsi maşına qoyub xəstəxanaya aparıldığını bilmiş, tanışı İlqarla birldikdə yük maşının kənara çəkib saxlamışlar, mopedi isə dönərxananın qarşısına aparmışlar, mopedin sürücüsünün dönərxananın paketçisi, yəni sifarişlə dönər aparan şəxs olduğunu bilmiş, həmin günün səhərisi mopedin sürücüsünün öldüyünü eşitmiş, hadisəni birbaşa görməsə də avtomaşının duruşundan, zədəsindən və oraya yığışmış şəxslərin danışıqlarından yük maşını sürətini azaltdıqda mopedin onun arxası ilə toqquşduğunu bilmişdir. Məhkəmə iclasında iclasında digər şahid X6 iştirakı mümkün olmadığından onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir.O, ifadəsində göstərmişdir ki, özünə məxsus olan VAZ 2104 markalı avtomaşını ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, müştəri götürmək üçün adətən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Daş bazarı deyilən yerin yaxınlığında dayanır, 03 sentyabr 2020-ci il tarixdə təxminən saat 13:30 radələrində dayandığı yerdən təxminən 400-500 metr məsafədə yol-nəqliyyat hadisəsinin baş verdiyini eşitmiş, orada olan adını xatırlamadığı dönərxananın qarşısında dayanmış, insanların həmin hissəyə toplaşmasından və avtomobillərin hərəkətlərinin dayanmasından yol-nəqliyyat hadisəsinin baş verdiyini başa düşmüş, o, hadisə yerinə çatdıqda bir yük maşının arxası ilə moped markalı nəqliyyat vasitəsinin toqquşduğunu görmüş, həmin yük maşının sürücüsünün mopedi idarə edən şəxsi maşına qoyub xəstəxanaya aparıldığını bilmiş, tanışı İlqarla birldikdə yük maşının kənara şəkib saxlamışlar, mopedi isə dönərxananın qarşısına aparmışlar, mopedin sürücüsünün dönərxananın paketçisi, yəni sifarişlə dönər aparan şəxs olduğunu bilmiş, həmin günün səhərisi mopedin sürücüsünün öldüyünü eşitmiş, hadisəni birbaşa görməsə də avtomaşının duruşundan, zədəsindən və oraya yığışmış şəxslərin danışıqlarından yük maşını sürətini azaltdıqda mopedin onun arxası ilə toqquşduğunu bilmişdir. Cinayət işinin obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-107/2022 saylı qərarı ilə təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və iş materiallarında olan hadisə yerinin sxemi nəzərə alınmadan cinayət işinin materiallarında mövcud olan digər sübutlar əsasında tədqiqat aparılması üçün cinayət işi materialları rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. X16 məhkəmə ekspertizasının aparılmasından imtina etməsini bununla əsaslanıdrmışdır ki, hazırki məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyini haqqında qərarda JAC-HFC1040 markalı yük avtomobilinin yolun orta xəttinə yaxın düz istiqamətdə hərəkətdə olarkən onun arxasınca eyni traektoriya ilə hərəkətdə olan mopedin avtomobilin arxa sol hissəsi ilə toqquşması mexanizmi göstərildiyindən və həmin hadisə müxanizmi real hadisə mexanizminə uyğun olmadığından həmin hadisə mexanizmi üzrə tədqiqat aparılmır və əvvəlki rəyin təkrar edilərək yenidən ekspertiza aparılmasına lüzum yoxdur. Dövlət ittihamçısının vəsatətinə əsasən cinayət işi üzrə rəy vermiş ekspertlər X17 və X19 məhkəməyə dəvət edilmişdirlər. Məhkəmə iclasında iştirak edən ekspert X17 ifadəsində göstərmişdir ki, o, ilkin rəyi verərkən sxemi və ekspertiza təyin edilməsi barədə qərarı əsas götürmüşdür. Həmin sxemdə moped hərəkət zolağının sol hissəsi ilə yük avtomobili isə sağ hissəsi ilə hərəkət edirdi. Hadisə zamanı avtomobil ilə mopedin toqquşmasi mopedin hərəkət etdiyi zolağın üzərində baş vermişdir. Yük avtomobili sağdan sola doğru manevr edərkən toqquşma baş vermişdir. Rəy verərkən şahid ifadələrinə qiymət vermədiklərini, hər hansı bir mexanizm qiymətləndirməsi zamanı sxemin əsas götürüldüyünü bildirmişdir. Həmçinin video görüntü olarsa onun üçün video-texniki ekspertiza vasitəsi ilə nəqliyyat vasitələrinin hərəkət sürətinin də müəyyən edilə bildiyini əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən digər ekspert X19 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisələrinin tədqiqi və traseoloji ekspertizaları vardır. Yəni hadisə yerində nəqliyyat vasitələrinin yollarda qalan izlərinin təhlili ekspertizası. Nəqliyyat traseoloji tədqiqat metodunda əsas xidmət təqdim edilmiş hadisə metodunun, real hadisə metoduna uyğun olub-olmamasının müəyyən edilməsidir. Hansı real hadisə mexanizmi uyğundursa, həmin mexanizm üzrə tədqiqat aparılmalıdır. Həmin iş üzrə də istintaq tərəfindən təqdim olunmuşdur ki, yük markalı nəqliyyat vasitəsi düz istiqamətdə hərəkətdə olarkən sol zolaq ilə orta xəttə getmiş, arxadan eyni trayektoriya üzrə hərəkətdə olan moped bunun arxa sol hissəsi ilə toqquşmuşdur. Jac HFC 1040 yük markalı nəqliyyat vasitəsinin şəkilləri iş materiallarına əlavə edilmişdir. Şəkillərdən onun üzərində olan arxa tərəfdən solda olan əziklərin xarakteri- arxadan qabağa və həmçinin soldan sağa doğru hərəkət etməsi müəyyən edilir. Yəni belə vəziyyətdə düz trayektoriya üzrə hərəkətdə olarkən toqquşma baş verdiyi vəziyyətdə bunun yarım arxa sol hissəsi vurulan əziklərin istiqaməti ancaq arxadan qabağa doğru olmalı idi. Yəni soldan sağa doğru yer dəyişmə onu izah edir ki, mopedin hərəkət trayektoriyası sol zolaq, yük markalı nəqliyyat vasitəsinin trayektoriyası isə sağ zolaq olmuşdur. Yük markalı nəqliyyat vasitənin üzərində olan əziklərin xarakteri istintaq orqanı tərəfindən təqdim olunmuş hadisə mexanizmi ilə ziddiyyət təşkil edirdi. İstintaq dövründə müəyyən edilmiş hadisənin mühiti real mexanizmə uyğun deyildir, hadisə zamanı nəqliyyat vasitəsi üzərində olan əziklər yük markalı nəqliyyat vasitəsinin sağdan sola istiqamətlənərkən toqquşma baş verdiyini deməyə əsas verir. Belə bir sual ortaya çıxa bilər ki, düz istiqamətdə olarkən mopedin soldan sağa istiqamətlənməsi zamanı toqquşma zamanı bu əziklər baş verə bilərdimi? Toqquşmanın eni bir metr məsafədə baş verməsi nəzərə alınmaqla qeyd edilir ki həmin vəziyyətdə moped sol zolaqdan yox, qarşı sol hərəkət zolağından sola istiqamətlənmiş vəziyyətdə olduğu halda mümkün ola bilərdi. Mopedin qarşı sol hərəkət zolağından hərəkətdə olması ilə bağlı iş materiallarında heç nə öz əksini tapmamışdır. Yəni moped əks hərəkət zolağına çıxıb, bütöv xətti çıxıb hərəkətdə olsa idi,məsələn, moped ötmə əməliyyatı etsəydi qarşıdan bir nəqliyyat vasitəsi gəldiyi halda, anidən sağa istiqamətlənsəydi o halda yük markalı nəqliyyat vasitəsinin arxasında həmin zədələr ola bilərdi. Bu hal isə iş materiallarında öz əksini tapmamışdır. Adətən bucür toqquşmalarda bir mənalı olaraq, istər düz istiqamətdə, istərsə də sağdan sola istiqamətdə olsun, istərsə də soldan sağa olun orada arxadan qabağa istiqamətliyi olan əziklər olmalıdır. Çünki, əziyin istiqamətliyi deformasiyanın istiqamətliliyidir. Düz istiqamətdə hərəkətdə olarkən toqquşmanın baş verdiyi zaman deformasiyanın istiqaməti eyni istiqamətdə qabaqdan arxaya olacaq. Əgər hər hansı bir istiqamətdə baş versə burada qabaqdan arxaya olmaqla yanaşı, soldan sağa və yaxud sağdan sola doğru olmalıdır. Bu da hər bir halda arxadan qabağa doğru istiqamətlənmiş deformasiya olmalıdır. Deformasiyanın istiqaməti həm hadisədən qabağadır, həm soldan sağadır. Digər bir hadisə mexanizminin olması halını inkar etmədiyini qeyd etmişdir. Lakin digər hadisə mexanizminin iş materiallarında öz əksini tapmadığını bildirmişdir. Yük maşınındakı deformasiyanın iki formada yarana biləcəyini: ya yük maşını sağdan sola mopedə doğru istiqamətlənməli, yaxud da yük maşını düz istiqamətdə olarkən moped qarşı sol hərəkət zolağından sağa doğru istiqamətlənməli idi. İkinci qeyd etdiyi hadisə mexanizmi iş materiallarında öz əksini tapmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin sabiq baş müstəntiqi polis mayoru Məhəmməd Tağıyev tərəfindən X4 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq Bakı şəhəri Sabunçu xəstəxanasına daxil olması və həmin günü sonuncunun xəstəxanada ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki,200040581 nömrəli cinayət işi üzrə dayandırılmış icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən icraata qəbul edilməklə dayandırılmış icraat təzələnmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki,həmin tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnərək istintaqı davam etdirilmiş və xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki,həmin tarixdə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnərək istintaqı davam etdirilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/146 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən JAC-HFC 1040 markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə mopedin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 18-ci bəndinin və 27-ci bəndinin tələblərinə əsasən moped nəqliyyat vasitəsi hesab olunur. İş üzrə təyin edilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1538 №li rəyindən görünür ki, 1. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən qərarda göstərilən hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyildir. JAC-HFC1040 markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X22 xx.xx.2020-ci il tarixli 211 №li rəyindən görünür ki, 1. Mərhum Z.H.Mirzəyevin meyitində aşkar olunmuş xəsarətlər- qaraciyərin qapı venasının və qaraciyərin sağ payının cırılmış yaraları, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, burun sümüyünün açıq, qəlpəli sınığı, sağ göz ətrafının qançır-hematoması, döş qəfəsinin sağ yarısının qançırı, burun əsasının, sağ qaşüstü və sağ təpə-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 2. Mərhum Z.H.Mirzəyevin ölümünə səbəb qaraciyərin qapı venasının və qaraciyərin sağ payının cırılması nəticəsində daxilə qanitirmə olmuşdur. Z.H.Mirzəyevin ölümü xx.xx.2020-ci il tarixdə, saat 15.35-də 3 saylı şəhər klinik xəstəxanasında baş vermişdir. 3. Mərhum Z.H.Mirrzəyevin meyitində aşkar olunmuş xəsarətlər xx.xx.2020-ci il tarixdə onun idarə etdiyi mopedin yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. 4.Z.H.Mirzəyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 03 sentyabr 2020-cı il tarixli 2/13919 nömrəli aktında göstərilmişdir ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 206926 nömrəli BCED kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X7 tərəfindən JAC HFC 1040 markalı yük maşınının idarəedilməsinə xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs icazə verilmişdir. Həmin etibarnamə xx.xx.2029-cu il tarixədək verilmişdir. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baş vermiş hadisə ilə əlaqədar müstəntiq X9 tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilmişdir. Həmin protokolda göstərilmişdir: “Baxış keçirilən yer- Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “cərimə meydançasında” olan JAC HFC 1040 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil yük avtomobili olmaqla üzərində dövlət qeydiyyat nişanları var. Avtomobilin arxa sol işığı üzərində zədələr var., digər zədələr müşahidə edilmədi. Avtomobil üzərində “Yük daşınması” sözləri yazılıb. Həmçininmoped müşahidə edilir, mopedin üzərində “MADE İN CHİNA” sözləri qeyd edilmişdir”. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, JAC HFC 1040 markalı yük maşınının arxa sol işığında zədə vardır. Həmin sol tərəfdəki işıq sol tərəfdən yuxarıdan aşağıya doğru yerini dəyişmişdir. Həmin fotoşəkillərdən nəıqliyyat vasitəsinin ön, arxa, sol və sağ tərəfində hər hansı bir zədə, cızıq, əzilmə müəyyən edilmir. X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Biləcəri qəsəbəsi, Sulutəpə-Biləcəri avtomobil yolu ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi JAC HFC 1040 yük markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsi ilə Biləcəri qəsəbəsi “Daş bazarının” qarşısında toqquşmuşdur. Qeyd olunan ərazidə təhlükəsizlik şəhər kamerası və yaxud hər hansı təhlükəsizlik kamerası aşkar edilmədi. Məhkəmə istintaqı zamanı iş üzrə şahidlərin məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə ünvanlarına çoxsaylı məktublar göndərilmiş lakin “ünvan tam deyil” qeydi ilə poçt xidməti əməkdaşı tərəfindən göndərilən məktublar məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Şahid1 və xx.xx.1984-cü il təvəllüdlü Şahid2 dövlət sərhəddindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixli, 1(001)-107/2022 saylı qərarla Şahid1 və Şahid2 məcburi gətirilməsi qərara alınmaqla qərarın icrası Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şahid1 və Şahid2 keçirilmiş müvafiq tədbirlər nəticəsində qeydiyyatda olduqları ünvanda olmadığından Binəqədi Rayon Məhkəməsinə gətirilmələri təmin edilməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Beləliklə ibtidai istindaq dövründə birinci dəfə xx.xx.2021-ci il tarixdə keçirilmiş “yol nəqliyyat hadisələri ekspertizasının” rəyindən görünür ki, hadisənin baş vermə şəraiti müstəntiqin tərtib etdiyi hadisə yerinin sxemində nə cür təsvir edilmişdirsə, ekspert də həmin şəraitə uyğun rəy vermiş və istintaq tərəfindən göstərilən belə bir şəraitə əsasən ekspert belə bir rəyə gəlmişdir ki, bu cür şəraitdə hadisənin törədilməsində təqsirkar Təqsirləndirilən şəxsdur. Ekspert qarşısında qoyulmuş X4 hərəkətlərində Yol hərəkəti haqqında AR Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu sualına cavab olaraq ekspert o nəticəyə gəlmişdir ki, istintaq tərəfindən hərəkət üçün təhlükənin yaranma anı, həmin andan toqquşma yerinə kimi JAC HFC 1040 markalı avtomobilin traektoriya üzrə qət etdiyi məsafə və həmçinin mopedin hərəkət sürəti təqdim olunmadığından mopedin sürücüsü Mirzəyevin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. xx.xx.2021-ci il tarixdə müstəntiq tərəfindən müdafiəçinin vəsatəti əsasında təkrar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin edilmiş və müstəntiq qərarında xx.xx.2020-ci il tarixli hadisə yerinin sxemində göstərilən faktların öz təsdiqini tapmadığını, bu səbəbdən təyin olunmuş ekspertiza qərarında göstərilən məlumatlar əsasında tətqiqat aparılıb rəy verilməsin xahiş edilmişdir. Müstəntiq həmin qərarında aşağıdakı məlumatları göstərmişdir: -Hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sulutəpə-Biləcəri avtomobil yolu 1 may küçəsində avtomobil yolunda baş vermişdir, yol quru, asvaltbeton örtüklü, hamardır -hadisə yeri yaşayış sahəsidir -hadisənin baş vermə mexanizmini müəyyən etmək məqsədilə 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanıldı. -Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı müəyyən edildi ki, hadisə vaxtı o, etibarnamə əsasında idarə etdiyi JAC HFC1040 markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sulutəpə dairəsindən sola dönüb qarşı tərəfdən hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağını ayıran bütöv ağ xəttdən 70 sm aralı avtomobil sola dönmə işarəsini yandırıb idarə etmişdir, dairədən təxminən 300-400 metr getdikdən sonra qarşıdan qırıq-qırıq ağ xəttlərdən sola dönüb tikinti materialları satılan bazara dönməyə 15 metr qalmış arxadan onunla eyni trayektoriya üzrə hərəkət edən moped markal nəqliyyat vasitəsi onunla toqquşmuşdur. Toqquşma zamanı sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət istiqamətini dəyişməmişdir. -Hadisədən öncə X15 idarə etdiyi nəqliyyat vasitəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi maşınla eyni istiqamətdə onun arxası ilə Sulutəpə qəsəbəsi istiqamətində Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. -JAC HFC 1040 yük markalı maşınında əlavə yük olmamışdır -Hadisədən qabaq nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. -JAC HFC 1040 yük markalı avtomaşının arxa sol işığı sınmış, az hissədə deformasiya olunmuşdur. -X15 idarəe etdiyi moped markalı nəqliyyat vasitəsinin qabaq hissəsi sınmış deformasiya olunmuşdur. Müstəntiq tərəfindən ekspert qarşısında Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu və sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa imkanı olmuşdurmu sualı qoyulmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/1538 nömrəli rəyindən görünür ki, yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası yol nəqliyyat hadisələri hallarının tətqiqi ixtisası sahəsi üzrə aparılmışdır. Ekspert tətqiqatın nəticə hissəsində istintaq tərəfindən qərarda göstərilən hadisə mexanizminin real hadisə mexanizminə uyğun olmadığını və JAC HFC1040 yük markalı ** SP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X12 hərəkətlərində tədqiq olunan şəraitdə Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğunu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğunu qeyd etmişdir. Ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində (səhifə 5 sonuncu abzas) “tədqiqat obyektləri olan JAC HFC yük markalı avtomobilə və mopedə baxış keçirilməsi üçün istintaqa xx.xx.2021-ci il tarixdə 8/1538 nömrəli vəsatət göndərildiyi, xx.xx.2021-ci il tarixdə vəsatətə cavab olaraq istintaqın xx.xx.2021-ci il tarixli məktubunda nəqliyyat vasitələri təmir edildiyindən həmin nəqliyyat vasitələrinin ekspertizaya təqdim olunması mümkün olmamışdır” qeydi edilmişdir. Lakin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin təmir edilmədiyini, mülkiyyətçisinə qaytarıldığını bildirmişdir. Həmçinin iş materiallarından istintaq orqanına ekspert tərəfindən hər hansı bir vəsatət ünvanlanmadığı müəyyən edilməklə, müstəntiq tərəfindən isə ekspertiza mərkəzinə qeyd edilən vəsatətə cavab məktubunun göndərilməsi müəyyən edilməmişdir. Hər iki ekspert iş materiallarına əlavə edilən foto şəkillərə vizual baxış keçirərək rəy vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan foto şəkillərə vizual baxış keçirməklə nəqliyyat vasitəsinin arxa sol tərəfindəki işıq farasının yerdəyişməsini, nəqliyyat vasitələrinin istiqamət trayektoriyasını, sürətini, hansınn sağa və ya sola manevr etməsini müəyyən etmək mümkün deyildir. Həmçinin ekspet rəyindən görünür ki, ekspert JAC HFC 1040 yük markalı nəqliyyat vasitəsinin sürücüsünün hadisənin qarşısının alınması ilə bağlı hərəkətləri mopedin sağ hərəkət zolağının solu ilə hərəkətdə olarkən qarşıda ona nəzərən sağ ilə hərəkətdə olan JAC HFC 1040 yük markalı avtomobilin sola istiqamətlənərək nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsi mexanizmi üzrə, yəni hadisə yerinə baxış keçirilməsi zamanı tərtib edilmiş sxemə uyğun tətqiq etmişdir. Halbuki müstəntiq təkrar məhkəmə yolnəqliyyat hadisələri ekspertizası təyin etmə barədə xx.xx.2021-ci il tarixli qərarında, həmçinin məhkəmənin təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi qərarında hadisə yerinin sxemi nəzərə alınmadan cinayət işinin materiallarında mövcud olan digər sübutlar əsasında tədqiqat aparılması ekspertə həvalə edilmişdir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının keçirilməsindən ekspert imtina edərək , imtinasını onunla əsaslandırmışdır ki, hazırki məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyini haqqında qərarda JAC-HFC1040 markalı yük avtomobilinin yolun orta xəttinə yaxın düz istiqamətdə hərəkətdə olarkən onun arxasınca eyni trayektoriya ilə hərəkətdə olan mopedin avtomobilin arxa sol hissəsi ilə toqquşması mexanizmi göstərildiyindən və həmin hadisə müxanizmi real hadisə mexanizminə uyğun olmadığından həmin hadisə mexanizmi üzrə tədqiqat aparılmır və əvvəlki rəyin təkrar edilərək yenidən ekspertiza aparılmasına lüzum yoxdur. Məhkəmə ekspert tərəfindən məhkəməyə ünvanlanmış ekspertizanın keçirilməsindən imtina ilə bağlı məktubuna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanunun 12-ci maddəsinə əsasən ekspert məhkəmə ekspertizasının aparılmasından aşağıdakı hallarda imtina edir. -məhkəmə ekspertizasının təyin (sifariş) edilməsinin prosessual qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün etdikdə; -verilən suallar ekspertin zəruri biliyindən kənara çıxdıqda; -tədqiqat obyektləri və iş üzrə materiallar rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda və onların tamamlanması barədə ekspertin vəsatəti təmin edilmədikdə; -tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan şərait, metodik vəsait və avadanlıqlar olmadıqda; -ekspertin həyatı və sağlamlığı üçün real təhlükə mövcud olduqda. Yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi ekspert tərəfindən rəy verilməsindən imtina edilməsi əsaslı olmamış, ekspert qanunla müəyyən edilmiş vəzifəsini icra etməkdən qanunsuz olaraq imtina etmişdir. Bundan başqa istər xx.xx.2021-ci il tarixli, istərsə də xx.xx.2021-ci il tarixli ekspet rəylərinin heç birində mopedin sürücüsü X4 hərəkətlərində Yol Hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmamasına qiymət verilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli rəydə ekspert göstərmişdir ki, istintaq tərəfindəm hərəkət üçün təhlükənin yaranma anı, həmin andan toqquşma yerinə kimi JAC HFC1040 markalı avtomobilin trayektoriya üzrə qət etdiyi məsafə və həmçinin mopedin hərəkət sürəti təqdim edilmədiyindən mopedin sürücüsü Mirzəyevin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tətqiq etmək mümkün olmadığını qeyd etmişdir. Halbuki ekspertlər hadisənin real mexanizmi kimi hər iki rəydə hadisə yerinə baxış keçirilməsi haqqında sxemi əsas götürərək Təqsirləndirilən şəxs hərəkətlərinə qiymət verdikləri halda, mopedin sürücüsü X4 hərəkətinə sxemə əsasən qiymət verməkdən çəkinmişdirlər. Məhkəmə qeyd edir ki, ən azından ekspertlər hadisə yerinin sxemində əks edilən hadisə mexanizmini real hadisə mexanizmi hesab edirdilərsə o halda hərəkət zolağının Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə nəzərən arxa sol tərəfindən onunla eyni istiqamətdə hərəkət edən mopedin sürücüsü X4 hərəkətinə qiymət vermək imkanları olmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin İ hissəsinə görə velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Həmin Qanunun “46-cı maddəsinin İİ hissəsinə əsasən sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək velosiped və moped sürücülərinə qadağandır. Göründüyü kimi real hadisə mexanizminin hadisə yerinin sxemində göstərilən kimi baş verdiyini hesab etmiş olsaydıq X4 hərəkətlərində ən azından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin İ və İİ hissəsələrinə uyğunsuzluq olduğunu qeyd etmək zəruridir. Lakin hər iki ekspert Zahir Mirzəyevin hərəkətlərinə qiymət verməkdən yayınmışdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ hissəsinə görə sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, məhz ekspet rəyləri ilə cinayət işi üzrə yol nəqliyyat hadisəsinin real mexanizmini müəyyən etmək mümkün deyildir. Hadisənin baş vermə şəraiti və bu şəraitə görə kimin təqsirli olmasında mühüm əhəmiyyət kəsb edən hal kimi hadisəyə qədər nəqliyyat vasitələrinin sürətləri və hansı nəqliyyat vasitəsinin hansı istiqamətə dönməsi, yəni hansı istiqamətə manevr etməsi mühim əhəmiyyət kəsb etsə də cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri arasında ziddiyyətlər mövcuddur və işdə olan sübutlar Təqsirləndirilən şəxs təqsirliliyini sübut etmək üçün kifayət etmir. Beləliklə, hadisənin dəqiq mexanizmini müəyyən etmədən, hansı nəqliyyat vasitəsinin hansı sürətlə hərəkət etməsi, onlardan hansının hərəkət istiqamətini dəyişməsi, sağa və ya sola dönməsi, manevr etməsi hazırkı cinayət işi üzrə şübhəli məqamlar olmuşdur. Beləliklə ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə hər hansı bir təsdiqedici sübutlar mövcud deyildir. Hadisə şəraitinin ekspert rəyində göstərilən mexanizmə uyğun olmasını təsdiq edən digər sübutlar da iş materiallarında mövcud deyildir. Həmçinin nəqliyyat vasitələrinin toqquşma bucağına əsasın qarşılıqlı vəziyyəti və hansı nəqliyyat vasitəsinin hansı istiqamətdə manevr etməsini də, nəqliyyat vasitələrinin təkər izləri qalmadığından müəyyən etmək mümkün deyildir. Ona görə də nəqliyyat vasitələrinin manevr etməsini həmin hadisə yeri ilə bağlayan sübutlar, yəni təkər izi və tormoz izi olmadığı üçün, onların hansı istiqamətə manevr etməsini ekspertiza yolu ilə müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə istintaqı zamanı hansı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozuntusunun olduğunu müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq dövründə verilmiş rəylər isə yalnız hadisə yerinin sxemində göstərilən şəraitə uyğun verilmişdir. Hansı ki, müstəntiq özü təkrar yol nəqliyyat hadisələri ekspertizası təyin edilərkən öz qərarında, həmçinin məhkəmə təkrar yol nəqliyyat hadisələri ekspertizası təyin edərkən qərarında hadisə yerinə baxış keçirilməsi haqqında sxemin hadisənin real mexanizmini təsdiq etmədiyini vurğulamışdır. Buna baxmayaraq ekspert məhz hadisə yerinin sxeminə uyğun şəraiti tədqiq edərək rəy vermişdir. Şəraitin məhz hadisə yerinin sxemində göstərilən şəkildə olmasını ekspertlərin müəyyən edə bilməsi üçün lazımi sübutlar mövcud deyildir. Hazırkı vəziyyətdə hadisə şəraitinin nə cür baş verməsini müəyyən etmək üçün cinayət işi materiallarında ekspertiza tədqiqatı metodikasında istifadə edilməli sübutlar mövcud deyildir. Nəqliyyat vasitəsinin üzərindəki zədə izləri ilə də nəqliyyat vasitələrinin hansının hansı istiqamətdə manevr etməsini müəyyən etmək mümkün deyildir. Həmin zədə izləri həm yük maşınının sola manevr edib mopedin qarşısına çıxması nəticəsində də əmələ gələ bilər, həm də mopedin qarşı hərəkət zolağına əks istiqamətdə çıxaraq düz xətti kəsib qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmanın qarşısını almaq üçün ani sağa manevr etməsi nəticəsində də əmələ gələ bilərdi. Hətta məhkəmə qeyd edir ki, iş materiallarında mopedin yük markalı nəqliyyat vasitəsinin məhz arxa tərəfinə dəyməsini heç nə təsdiq etmir. Mopedin sürücüsünün idarəetməni itirməsi ilə mopedin aşması və bu səbəbdən Zahir Mirzəyevin özünün mopeddən çıxaraq yük markalı nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılması ilə də hadisə baş verə bilərdi. Hadisənin nəqliyyat vasitələrinin toqquşması nəticəsində baş verdiyini də müəyyən etmək mümkün deyildir. Belə ki, məhkəmə istintaqı zamanı şahidlər ifadələrində mopedin sürücüsünün idarəetməni itirməsi nəticəsində qəza törətdiyini də qeyd ediblər. Beləliklə hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli sübut olmadığı üçün, bu şərait ekspert rəyinə əsasən sübuta yetirilmiş hesab edilə bilməz. Əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğununun qəbul edilməsi yoverilməzdir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham — CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, hansı nəqliyyat vasitəsinin hansı sürətlə hərəkət etməsi, hansı nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişməsi, sağa və ya sola dönməsi, manevr etməsi hazırkı cinayət işi üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün ziddiyyətlər, hadisədən dərhal sonra hadisə yerinin fotoşəkillərinin çəkilməməsi, hadisə yerindən təkər izlərinin, tormoz izlərinin götürülməməsi, ekspert rəyinə əsasən hadisənin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən başqa digər sübutların mövcud olmaması, beləliklə, hansı nəqliyyat vasitəsinin hansı sürətlə hərəkət etməsi, hansı nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişməsi, sağa və ya sola dönməsi, manevr etməsi hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, həmin yol nəqliyyat hadisəsində təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübutlar kifayət etmir. Həmçinin hadisə şəraiti barədə digər mötəbər sübut olmadığından, həmin hadisə nəticəsində iş materiallarında olan məhkəmə tibb ekspertizasının rəyində göstərilən xəsarətlərin zərərçəkənə yetirilməsində təqsirləndirilən şəxsin təqsiri də təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam”» qismində qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait sdənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keşirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 iş saatına görə 300 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 42, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-107/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-107/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver