Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-107/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Saatlı rayonu, Azadkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Azadkənd ərazi dairəsi, Azadkənd kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, 30 iyun 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ilə “Meyvəli Bazarı” istiqamətində “AE 045381” nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus qırmızı “Ford Transit” yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, əks istiqamətli nəqliyyat axınlarının ayıran 1.3 üfüqi nişanlanma xətti ilə ayrılmasını nəzərə alaraq avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, 1.3 üfüqi nişanlanma kəsib keçərək qarşı əks hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib Binəqədi rayonu Xocasən yolunda X6 idarə etdiyi “Opel Combo” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə həmin avtomobilin qabaq sol hissəsindən vurub toqquşaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmiş X3 alın nahiyəsinin, boyun nahiyəsinin, sağ əlin İİ,İİİ barmaqlarının, sağ baldır nahiyəsinin sıyrıqlarından ibarət sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən, “Opel Combo” markalı avtomobilin arxa oturacağında əyləşmiş Şahid sol diz oynağından ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin dərialtı hematoması və əzilmiş yaraları, sol əlin ovuc səthinin sıyrıq və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, qabaq sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs sağ bazu sümüyünün cərrahi boynunun qapalı qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan sağ bazu oynağı nahiyəsinin və sağ bazu nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin və sağ diz oynağı nahiyəsinin qançırları, sol təpə nahiyəsinin, sol said nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin, sağ diz oynağı nahiyəsinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sürücü Şahin Rəşidova isə baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə beyinciyə qansızmalar ilə müşayiət olunan sol alın-təpə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, döş sümüyü cisminin sınığı, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən ll-lll qabırğaların sınıqları, sol ağ ciyərə qansızma ilə müşayiət olunan sol tərəfli l-Vİİİ qabırğaların sınıqları, sol əlin lll-İV-V barmaqların falanqalarının açıq-qəlpəli sınıqları, burun və alt çənə sümüklərinin, sol bazu oynağının, sol bazu sümüyünün, sağ dirsək oynağının qapalı sınıqları, alın və ənsə nahiyələrinin, döş qəfəsinin ön səthinin, ürəyin sol mədəciyinin ön divarının əzilmiş-cırılmış yaraları, sol üst göz qapağının, döş qəfəsinin sağ yarısının ön səthinin, sol mil-bilək oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin, burun əsasının, sol almacıq nahiyəsinin, sağ və sol bazu oynağı nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sol əlin ovuc səthinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətinə malik olmaqla ölüm ilə bir-başa səbəbli əlaqəli olan xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Şahin Rəşidovun skelet sümüklərinin çoxsaylı sınıqları və ürəyin zədələnməsi nəticəsində inkişaf edən travmatik-hemorragik şoka görə həmin tarixdə hadisə yerində ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Ford Transit” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini 1 aydır ki, “BC” kateqoriyalı sürücülük vəsiqəsinə əsasən idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində meyvə-tərəvəz mağazasını işlədən tanışı Mətləb Qasımovla birlikdə meyvətərəvəz almaq məqsədilə idarə etdiyi “Ford Transit” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə “Meyvəli Bazar” adlanan yerə getmişlər. Həmin gün saat 07 radələrində avtomobili Binəqədi rayonu, Xocasən qəsəbəsi, “Meyvəli Bazar” adlanan yer istiqamətində saatda 70-80 km sürətlə idarə edən zaman “Opel” markalı avtomobil qarşısına çıxmış, idarə etdiyi avtomobilin qarşı hissəsi ilə həmin avtomobili sürücü tərəfindən vurmuşdur. Toqquşmadan sonra “Opel” markalı avtomobil yoldan çıxaraq əks istiqamətdə yolun kənarındakı çökəkliyə düşərək dayanmışdır. O, həmin vaxt nə baş verdiyini anlamadığından avtomobili təhlükədən yayındıra bilməmişdir. Daha sonra tanışı Mətləb idarə etdiyi yük avtomobilinin sürücü tərəfdən qapısını açdıqdan sonra yerə düşmüşdür. O, bundan sonra Mətləblə birlikdə yolun kənarındakı çökəklikdə qəzalı vəziyyətdə olan “Opel” markalı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt “Opel” markalı avtomobilin sürücüsünün ölməsini, sonuncunun yanında olan sərnişinin isə hərəkətsiz halda olmasını görmüşdür. Avtomobildə olmuş digər şəxsi isə görməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, tibbi müayinə üçün onu və Mətləbi 1 saylı X14 aparmışdır. Hadisədən sonra mərhum X6 hüquqi varisi X8 maddi yardım göstərərək barışıq əldə etmiş və hazırda zərərçəkmiş şəxsin ailəsinin ondan heç bir şikayəti, tələbi yoxdur. Həmçinin digər Zərərçəkmiş şəxs maddi yardım göstəmiş, lakin sonuncu il barışıq əldə edə bilməmişdir. Məhkəmədən, göstərilən halların nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, 30 iyun 2023-cü il tarixdə Binəqədi rayonu, Xocasən-Lökbatan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş X11 onun böyük qardaşı olmuşdur. Hadisə baş verən gün yəni, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman səhər saat 08 radələrində tanışı Şahid zəng vuraraq Binəqədi rayonu, Xocasən-Lökbatan yolu, Xocasən istiqamətində hərəkətdə olan zaman “Ford Transit” yük markalı avtomobili ilə toqquşaraq onların olduğu avtomobili idarə edən qardaşı Şahin Rəşidovun hadisə yerində öldüyünü bildirmişdir. O, bu barədə xəbər tutduqdan sonra dərhal hadisə yerinə yollanmış, hadisənin baş verdiyi ünvana gəlib çatdıqda qardaşı Şahin Rəşidovun hadisə yerində öldüyünün şahidi olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərilərək dəymiş zərər ödənilmiş və hazırda sonuncu ilə barışmışdır. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X9 uzun müddətdir ki, tanımışdır. Rəsmi iş yeri olmadığından qazanc əldə etmək məqsədilə Şahinlə birlikdə meyvə-tərəvəz alış-satışı ilə məşğul olmaq qərarına gəlmişlər. 30 iyun 2023-cü il tarixdə səhər saat 05 radələrində Şahinin idarə etdiyi “Opel Combo” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qonşusu Eminlə birlikdə Sumqayıt şəhərindən Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli Bazar” istiqamətində yola çıxmışlar. Bir saat keçdikdən sonra onlar Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli Bazar” adlanan yerə gəlib çatmışlar. Orada işlərini yekunlaşdırdıqdan sonra birlikdə avtomobilə əyləşib Sumqayıt şəhərinə qayıtmağa başlamışlar. O, avtomobildə qabaq oturacaqda, Emin isə arxa tərəfdə əyləşmiş, Şahin isə avtomobilin sükanı arxasında olmaqla avtomobili idarə etmişdir. 30 iyun 2023-cü il tarixdə saat 07 radələrində Şahin Xocasən-Lökbatan yolunda avtomobili saatda 60 km sürətlə idarə edən zaman qarşıdan gələn “Ford Transit” yük markalı avtomobil yolun əks tərəfinə, yəni onların hərəkət hissəsinə çıxmışdır. Bundan sonra avtomobillər toqquşmuş və Şahinin idarə etdiyi avtomobil yoldan çıxaraq çökəkliyə düşmüşdür. Avtomobil dayandıqda Şahinin isə hərəkət etmədiyini görmüşdür. Bundan sonra Emin Şahinin nəbzini yoxlamış, lakin nəbzinin vurmadığını bildirmiş və artıq öldüyünü başa düşümüşlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərərləbağlı tam ödəniş edilməmişdir. Ona görə də, o Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı iclasında dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X9 uzun müddətdir ki, tanımışdır. Rəsmi iş yeri olmadığından qazanc əldə etmək məqsədilə Şahinlə meyvə-tərəvəz alış-satışı ilə məşğul olmaq qərarına gəlmişlər. O, “Opel Combo” markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ildə 12 ay müddətinə aylıq 700 manat ödəniş etmək şərti ilə avtomobilin pulunu ödəyib tam qutardıqdan sonra ona qalmaq məqsədilə almışdır. O, avtomobili etibarnamə əsasında “B” kateqoriyalı sürücülük vəsiqəsinə əsasən idarə etmişdir. Belə ki, həmin avtomobil ilə Şahinlə birlikdə Xaçmaz rayonu ərazisindən müxtəlif çəkidə meyvə-tərəvəz alaraq Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli Bazar” adlanan yerə gətirib topdan satış qiymətinə sataraq əldə olunan gəliri aralarında yarı-yarıya bölmüşlər. xx.xx.2023-cü il tarixdə səhər saat 05 radələrində o, Şahin Vüqarla birlikdə Sumqayıt şəhərindən Qaradağ rayonu əraizisində yerləşən “Meyvəli Bazar” istiqamətində yola çıxmışlar. Bir saat keçdikdən sonra onlar Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli Bazar” adlanan yerə gəlib çıxmışlar. Orada işlərini yekunlaşdırdıqdan sonra birlikdə “Opel Combo” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Sumqayıt şəhərinə qayıtmağa başalmışlar. O, avtomobildə arxa oturacaqda, Vüqar isə qabaq oturacaqda əyləşmiş, avtomobili Şahin idarə etmişdir. Saat 07 radələrində Xocasən-Lökbatan yolunda “Ford Transit” markalı yük avtomobil yolun əks tərəfinə, yəni qarşılarına çıxaraq toqquşmuş və nəticədə Şahinin idarə etdiyi avtomobil yoldan çıxaraq çökəkliyə düşmüşdür. Həmin vaxtı Şahin və Vüqara “sağsan” deyə səslənmiş, Vüqar “hə” deyə cavab vermiş, lakin Şahinin hərəkət etmədiyini görüb nəbzini yoxlamış və nəbzinin vurmadığını görüb ölməsini başa düşmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CMin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Binəqədi rayonu, Lökbatan-Xocasən avtomobil yolu olması, yol örtüyünün hər iki istiqamət üçün ümumi eninin 14 metr, işlək hissəsinin eninin 14 metr, ehtiyat hissəsinin eninin 1.5 metr, ayrıcı zolağın eninin 3.5 metr, hərəkət zolaqlarının sayının 4, hər istiqamət üzrə iki hərəkət zolağının, yolun işlək hissəsinin düz, yol örtüyünün növünün asfalt-beton, quru olması, “Opel” markalı avtomobilin toqquşma yerindən 25 metr irəlidə yolun sol kənarında torpaq çökəkdə olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Ford Transit” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin qırmızı rəngdə olması, avtomobilin qabaq hissəsinin tamamilə əzilməsi, qabaq hər iki faraların, buferin, kapotun əzilməsi, qabaq alın şüşəsinin sınması, qabaq sol qapısının əzilməsi və şüşəsinin sınması, qabaq sol qapısının əzilməsi müəyyən olunmuşdur. Avtomobilin həmin hissələrindən başqa xarici səthinin digər yerlərində hər hansı bir əzik, rəng töküntüsü, şüşələrinin qırılması, faralarının sınması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Opel Combo” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin gümüşü metal rəngdə olması, avtomobilin tamamilə əzilməsi, belə ki, qabaq alın şüşəsinin sınması, sol və sağ tərəf qapılarının əzilməsi, qapılarının üzərində olan şüşələrinin sınması, avtomobilin üst hissəsinin əzilməsi, qabaq təkərlərin disklərinin əzilməsi, qabaq sol təkərin üzərində olan buferin əzilməsi, arxa sol buferinin əzilməsi, qabaq faralarının sınması müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış Şahid istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid ilə X5 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış Şahid istintaqa verdiyi ifadəni təsdiq etməklə X1 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə X5 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə X1 üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli, 139 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X18 rəyindən görünür ki, mərhum X6 meyitində aşkar edilmiş xəsarətlər-baş beyinin yumşaq qişaları altına, toxumasına, mədəciklərə beyinciyə qansızmalar ilə müşayiət olunan sol alın-təpə sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, döş sümüyü cisminin sınığı, sağ ağciyərə qansızma ilə müşayiət olunan sağ tərəfdən ll-lll qabırğaların sınıqları, sol ağ ciyərə qansızma ilə müşayiət olunan sol tərəfli l- Vİİİ qabırğaların sınıqları, sol əlin lll-İV-V barmaqların falanqalarının açıq-qəlpəli sınıqları, burun və alt çənə sümüklərinin, sol bazu oynağının, sol bazu sümüyünün, sağ dirsək oynağının qapalı sınıqları, alın və ənsə nahiyələrinin, döş qəfəsinin ön səthinin, ürəyin sol mədəciyinin ön divarının əzilmiş-cırılmış yaraları, sol üst göz qapağının, döş qəfəsinin sağ yarısının ön səthinin, sol mil-bilək oynağı nahiyəsinin qançırları, alın nahiyəsinin, burun əsasının, sol almacıq nahiyəsinin, sağ və sol bazu oynağı nahiyələrinin, sağ dirsək oynağı nahiyəsinin, sağ said nahiyəsinin, sol əlin ovuc səthinin, sol bud nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Ş.Z.Rəşidovun meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşınının yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Ş.Z.Rəşidovun ölümünə səbəb skelet sümüklərinin çoxsaylı sınıqları və ürəyin zədələnməsi nəticəsində inkişaf edən travmatik-hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, mərhum Ş.Z.Rəşidovun ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 10:00-da meyitin müayinəsi başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Ş.Z.Rəşidovun meyitindən götürülmüş qanın məhkəməkimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli, 31/1237 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X18 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sağ bazu sümüyünün cərrahi boynunun qapalı qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan sağ bazu sümüyünün cərrahi boynunun qapalı qəlpəli yerdəyişən sınığı ilə müşayiət olunan sağ bazu oynağı nahiyəsinin və sağ bazu nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin və sağ diz oynağı nahiyəsinin qançırları, sol təpə nahiyəsinin, sol said nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin, sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X15” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 08:10-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozan sağlamlığa az ağır zərərvurmaya aiddilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdilər. xx.xx.2023-cü il tarixli, 8/2566-8/2581 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, təqdim edilmiş nəqliyyat vasitələrinin üzərində olan zədələr və onların xarakteri rəyin tədqiqi hissəsində göstərmişdir. Nəqliyyat vasitələri arasında ilkin konkret anında toqquşma Ford Transit markalı 49BX096 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə Opel Combo markalı 77GK582 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 10-15 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Ford Transit markalı 49BX096 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Opel Combo markalı 77GK582 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərində texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində xx.xx.2019-cu il tarixdə qeydə alınmış “B”, “C” kateqoriyalı AE045381 nömrəli sürücülük vəsiqəsinin olması müəyyən edilmişdir. Halhazırda sürücülük vəsiqəsinin aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı bir müddətdə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi “Ford Transit” yük markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil və X6 hadisə vaxtı idarə etdiyi “Opel Combo” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. Saatlı Rayon İcra Hakimiyyəti başçısının Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. AA4202171 və AA4202170 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Əli Orucov və xx.xx.2014-cü il təvəllüdül Ruslan Orucov adlı iki azyaşlı uşağı vardır. xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X10 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını, sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Opel Combo” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Opel Combo” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-107/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-107/2024
25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver