Məhkəmə qərarları › İş №1(001)-108/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-108/2022

15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-108/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 01 aprel 1961-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Məlikov adına 6 saylı BŞX-da sanitar qadın işləyən, Cəbrayıl rayonu, Karxulu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 iyun 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 23 ünvanında bacısı Zərərçəkmiş şəxs onun nəvəsinin üstünə qışqırması və sonuncunun ağlaması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq sağ bazu nahiyəsinin dərialtı hematoması kimi xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 6 saylı Məlikov adına xəstəxanada sanitar işləyir. Belə ki, 1994-cü ildə ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 23 ünvanında məskunlaşmışdır. Həmin ünvanda ailə üzvləri, o cümlədən bacısı Ayna da yaşamışdır. Sonradan bacısı Ayna Qobu qəsəbəsinə köçərək orada yaşamışdır. Lakin Ayna onun yaşadığı Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 23 ünvanına gedib gəlmişdir. Sonra qızı Gülnar ailə həyatı qurmuş, Gülnarın həyat yoldaşı və övladları da həmin ünvanda yaşamağa başlamışlar. Ayna həmin evə gedib gələndə onun azyaşlı nəvələrini danlamağa başlamışdır. Onun gözü nəvələrini götürməmişdir. Buna görə də Aynaya demişdir ki, evdə qalırsa onun nəvələrini incitməsin, özünü normal aparsın. Lakin Ayna hər dəfə ora gələndə səs-küy salmışdır. Ona bildirmişdir ki, əyər problem yaradırsa evə gəlməsin. 27 iyun 2021-ci il tarixdə səhər saat 09.30 radələrində evdə olmuş, Ayna da evə gəlmişdir. Onun evdə ayrıca otağı olmuşdur. Öz otağına keçmiş və çox keçmədən görmüşdür ki, 2 yaşlı nəvəsi ağlayır. Aynaya demişdir ki, nəyə görə uşağın üstünə qışqırır? Ayna demişdir ki, stəkandakı suyu dağıdıb, canı çıxsın silsin. Sonra isə Ayna onun üstünə qışqıraraq qapını üzümə çırpmışdır. Təxminən 10 dəqiqədən sonra Ayna qapını açaraq onu söyməyə başlamışdır. Həmin vaxt külək qapını çırpmış və Aynanın barmaqları qapının arasında qalaraq onu söymüşdür. Bu zaman Aynanın əlindən tutub dartaraq onu bayıra çıxarmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, 1994-cü ildə ailə üzvlərimlə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşaraq orada yaşamışdır. Sonra Validənin qızı Gülnar ailə həyatı qurmuşdur, hansı ki Gülnarı o böyüdub boya başa çatdırmışdır. Validənin həyat yoldaşı və övladları da həmin ünvanda yaşamağa başlamışlar. Bacısı Validə ona demişdir ki, əşyalarını da götür get, bu evdə qalma.Artıq həmin evə gələndə özünü yad bir insan kimi hiss etməyə başlamışdır. Belə ki, Validə və onun ailə üzvləri artıq onu həmin ünvanda görmək istəməmişlər. Belə ki, hər dəfə həmin evə gələndə Validə tərəfindən təzyiqlərə məruz qaldığımı artıq hiss etmişdir. Nəhayət Validə artıq ondan tələb etməyə başlamışdır ki, həmin evə gəlməsin. Validəyə demişdir ki, onun həmin evdə ayrıca otağı var, və orada yaşamaqda onlara heç bir maneçilik törətmir. 27 iyun 2021-ci il tarixdə səhər saat 09.30 radələrində yenidən öz evinə gəlmişdir. Evə daxil olaraq öz otağına keçmişdir. Otağında olarkən Gülnarın kiçik qızı koridordan keçərkən əlindəki stəkanda olan suyu təsadüfən otağındakı döşəməyə dağıtmışdır. Bu zaman Gülnarın digər azyaşlı qızından xahiş etmişdir ki, döşəməni silmək üçün əski gətirsin. Həmin vaxt Validə ona demişdir ki, evdə sənin hambalın yoxdur, özün sil. Sonra isə Validə onun üstünə qışqıraraq demişdir ki, nəyə görə evə gəlsmisən, sənə dəfələrlə demişəm ki, bu evə gəlmə. Validəyə bildirmişdir ki, nəvəsi suyu dağıdıb, amma eybi yox özüm silərəm demişdir. Bu zaman uşağın anası Gülnar kənardan müdaxilə edərək evdən çıxmasını tələb etməklə üzərinə qışqırmağa başlamışdır. Bu zaman Gülnarın həyat yoldaşı da evdə olduğundan onu evdən məcbur çıxarmaq niyyətləri olduğunu düşünərək bacısı Arifəyə kömək üçün zəng etmişdir. Həmin vaxt Validə ona demişdir ki, çıx get evdən. Lakin ona etirazını bildirərək qışqırmağa başlamışdır. Otağın qapısından yapışaraq çölə çıxmayacağımı bildirmişdir. Həmin vaxt onun çıxmadığını görən Gülnar və Ahmed qapını üzünə çırpmışlar. Onun barmaqları qapının arasında qalmış və daha şiddətlə qışqırmağa başlamışdır. Həmin vaxt Validə onun qolundan tutub dartaraq onu vurmuş, döyərək zorla onu bayıra çıxarmışdır. Bu zaman ora gələn bacısı Arifə bunları görmüşdür. Çox keçmədən qonşu da ora gəlmişdir. Lakin Arifə gili görəndən sonra Validə sakitləşərək öz otağına keçmişdir. Arifə də onu sakitləşdirmiş, yenidən onu evə salmaq istəsə də razılaşmayaraq bayıra çıxmış və bayırda ağlayaraq 102 xidmətinə zəng vurub bu barədə bildirmişdir. Onu 27 iyun 2021ci il tarixdə saat 10 radələrində Gülnarla Ahmed barmaqlarımı qapının arasına qoyaraq sıxmış,Validə isə əlləri ilə tutub onu vuraraq döymüş və zorla onu bayıra çıxarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 1993-cü ildə ailə üzvlərimlə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 23 ünvanında məskunlaşmışlar. Sonra anası və bacısı Aynanı da götürərək həmin ünvana gətirmişdir. Validə də anasının yanında olduğuna görə həmin ünvana gəlmişdir. Təxminən 5 ildən sonra baldızı ona Binəqədi rayonu, C.Cabbarlı küçəsində ev tikib vermiş və orada yaşamağa başlamışdır. Qaldığı evi də anası və bacısı Aynaya vermişdir. Həmin vaxtdan etibarən o Bakı şəhəri, Binəqədi rayonu, C.Cabbarlı küçəsi, yeni tikililərdə yaşayır. Ayna Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 23 ünvanında yaşamışdır, orada ayrıca otağı olmuşdur . Sonra Validənin qızı Gülnar ailə həyatı qurmuşdur. Gülnarın həyat yoldaşı və övladları da həmin ünvanda yaşamağa başlamışlar. Bundan sonra Ayna həmin evdə Validə və ailə üzvləri tərəfindən təzyiqlərə məruz qalmışdır. Bir neçə dəfə Validəyə demişdir ki, Ayna subay qızdır, həmin evdə ayrıca otağı var, orada yaşayır, onun həmin evə gəlməsinə mane olmayın, Ayna 2-ci qrup əlildir. 27 iyun 2021-ci il tarixdə səhər saat 10 radələrində ona kimsə zəng vurmuşdur. Zəng vuran şəxs özünü Validənin qonşusu kimi təqdim etmişdir. Həmin ünvana gedərək görmüşdür ki, Aynanın əlləri qanın içindədir və Validə Aynanı itələyib evdən çıxarır. Ayna ona demişdir ki, barmaqlarını Gülnarla əri qapının arasında qoyub, Validə də onu döymüşdür. Həmin vaxt orada bir nəfər qonşu da olmuşdur. Aynanı sakitləşdirib evə salmaq istəsə də Ayna razılaşmamış və bayıra çıxaraq ağlayıb 102 xidmətinə zəng etmişdir. İllərdir ev mübahisəsi mövcuddur və xəstə bacıma dəli adı qoyub ruhi dispanserə yerləşdirməyə çalışırlar. Şahid2 ifadəsində bildirmişdir ki, 1994-cü ildə ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 23 ünvanında məskunlaşmışlar, həmin vaxt onun üç yaşı olmuşdur. İndiyədək həmin ünvanda yaşayır. Hazırda həmin ünvanda həyat yoldaşım Ahmed, iki azyaşlı uşağım və anai Validə yaşayır. Xalası Ayna da həmin evdə yaşayır, son vaxtlar O Qobu qəsəbəsində dayısının evində yaşayır. Lakin Ayna onların evinə də gəlib gedir, belə ki, onların evindəki bir otağın açarı Aynadadır. Ayna istədiyi vaxt həmin ünvandakı evə gələrək otağa girib-çıxır və açar da özündə olur. Ayna həmin ünvana gedib gələndə onun azyaşlı uşaqlarını danlayır. Aynanın gözü onun uşaqlarını götürmür. Buna görə anası Validə Aynaya demişdir ki, evdə qalırsa onun nəvələrini incitməsin, özünü normal apar. Lakin Ayna hər dəfə ora gələndə səs-küy salmışdır. 27 iyun 2021-ci il tarixdə səhər saat 09.30 radələrində evdə olmuşdur. Ayna həmin evə gəldi. Onun evdə ayrıca otağı olmuşdur. Ayna öz otağına keçmiş və çox keçmədən görmüşdür ki, 2 yaşlı uşağı ağlayır. Aynaya demişdir ki, nəyə görə uşağın üstünə qışqırırsan? Ayna demişdir ki, uşaq stəkandakı suyu dağıdıb, canı çıxsın gəlsin silsin.Anası Valildə Aynaya demişdir ki, yenə gələn kimi başladın problem yaratmağa. Ayna isə onun üstünə qışqıraraq qapını anasının üzünə çırpmışdır. Təxminən 10 dəqiqədən sonra Ayna qapını açaraq onları söyməyə başlamışdır. Həmin vaxt külək qapını çırpmış və Aynanın barmaqları qapının arasında qalaraq ağlamağa başlamışdır. Bundan sonra X5n qolundan tutaraq bayıra çıxarmışdır. X5 döyməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 29.06.2021-ci il tarixli 927 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində sağ bazu nahiyəsinin dərialtı hematoması, sağ bazu nahiyəsinin, sağ diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları, sağ əlin 2-3-cü barmaqlarının əzilmiş yaraları, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti qərarda göstərilən 27.06.2021-ci il tarixinə uyğun gəlir və sağ bazu nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmamışdır. 12.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı MKİS-i tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə məcburi köçkün kimi məskunlaşmışdır və həmin dövrdə qonşuları tərəfindən 72 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 27.06.2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, mənzil 23 ünvanında bacısı Zərərçəkmiş şəxs onun nəvəsinin üstünə qışqırması və sonuncunun ağlaması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əl zərbələri ilə vuraraq sağ bazu nahiyəsinin dərialtı hematoması kimi xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirməməsi barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, Cəbrayıl rayonundan məcburi köçkün olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməlidir. Belə ki, «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» amnistiyanın tətbiqi qaydalarıınn 23.5-ci bəndinə əsasən məhkəmələr bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-u və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla yanaşı, cinayət əməli onun tərəfindən ilk dəfə olaraq törədilmişdir və amnistiya tətbiq edilən şəxslərin dairəsi altına düşdüyündən təyin edilmiş cəzadan azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində 12.10.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini və «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il qərarını rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il qərarının 9.1-ci bəndi tətbiq edilməklə o təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar