Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-108/2024 21.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçinın, Təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının, xx xxxxxx 1960-cı ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş,hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Xəlilova (Makarova) Gülnarə Məmməd qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xəlilova (Makarova) Gülnarə Məmməd qızı ona etibar edilmiş dövlət əmlakını öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə ələ keçirərək talamışdır. Belə ki, Xəlilova (Makarova) Gülnarə Məmməd qızı Bakı şəhəri, Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-487/2021 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin 2 saylı Poçt Filialının Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 03 ünvanında yerləşən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə xx.xx.2021-ci il tarixdə bərpa edilib təhvil-təslim aparıldıqdan sonra həmin vəzifədə faktiki olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixi daxil olmaqla maddi-məsul şəxs kimi işlədiyi müddət ərzində "xxxx" MMC tərəfindən təsdiq edilmiş vəzifə təlimatına uyğun olaraq nağd pul və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanılmasını və qorunmasını təmin etmək, şöbənin nağd pul vəsaitlərinə tələbatını müəyyən etmək, nağd pul vəsaitlərinin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına, günlər üzrə limitdən artıq xəzinə qalıqlarının qalmamasına nəzarət etmək, xəzinə qalıqlarının "xxxx" MMC-nin baş xəzinəsinə vaxtı-vaxtında təqdim edilməsi kimi vəzifə öhdəliklərinin olmasına baxmayaraq, həmin öhdəlikləri yerinə yetirməyib, ona etibar edilmiş xeyli miqdarda dövlət əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə məniməsmə yolu ilə ələ keçirmək qərarına gələrək, həmin məqsədlə 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1-MO/Ş-19 saylı icazəyə əsasən şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500 manata qədər nağd pul vəsaitləri saxlanılması barədə icazənin ziddinə olaraq xx.xx.2021-ci tarixdən xx.xx.2021-ci il tarixi daxil olmaqla həmin müddət ərzində kommunal haqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi, maliyyə xidmətləri-valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər və digər xidmətlərin göstərilməsi ilə bağlı toplanmış nağd pul vəsaitləri üzrə poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları "xxxx" MMC-nin 12/10 nömrəli 2010-cu il tarixli müqavilə ilə “X11 LTD” şirkətindən əldə etdiyi lisenziyalı proqram təminatlı “Colvir” sisteminə işlənilməklə xəzinə əməliyyatları barədə poçt şöbəsinin əməliyyatçıları tərəfindən gündəlik olaraq aparılmış əməliyyatlara dair RN42 kassa arayışları günün sonunda kassa qalığı ilə birlikdə şöbə müdiri kimi ona təqdim edildikdən sonra o, gündəlik və aylıq olmaqla mütəmadi olaraq xəzinə qalığı kimi pul vəsaitlərinin miqdarını "xxxx" MMC-nin baş xəzinəsinə tam inkassasiya etməyərək "xxxx" MMC-yə məxsus mənimsədiyi pul vəsaitlərini gizlədərək icazə verilən limitdən, yəni 500 manatdan artıq xəzinə qalığı kimi saxlayaraq, həmçinin gün sonuna dair xəzinə qalığı barədə “Colvir” sistemində pul qalığının miqdarını düzgün göstərməyərək həmin üsulla: xx.xx.2021-il tarixdən həmin ilin 31 iyul tarixi daxil olmaqla 3186,44 manat və 740 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 1258 manat təşkil edən ; xx.xx.2021-il tarixdən həmin ilin 31 avqust tarixi daxil olmaqla 5080,76 manat və 4415 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 7505,5 manat təşkil edən ; xx.xx.2021-ci il tarixdən həmin ilin 30 sentyabrı daxil olmaqla 3588,19 manat və 0 ABŞ dolları; xx.xx.2021-ci il tarixdən həmin ilin 31 oktyabrı daxil olmaqla 7065,03 manat və 2670 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 4539 manat təşkil edən; 01 noyabr 29021-ci il tarixdən həmin ilin 31 noyabr tarixi daxil olmaqla 9923,96 manat və 3900 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 6630 manat təşkil edən; xx.xx.2021-ci il tarixdən həmin ilin 08 dekabr tarixi daxil olmaqla 14077,27 manat və 6510 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 11067 manat təşkil edən limitdən artıq kassa qalığı kimi nağd pul vəsaitlərinin toplanması, yəni kassada olan faktiki pul qalığının miqdarı barədə həqiqətə uyğun olmayan məlumatlar vermiş, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində aparılmış qəfləti kassa sayımı zamanı “Colvir” sisteminə əsasən maddi məsul şəxs kimi işlədiyi müddət ərzində öhtəsinə qəbul etdiyi 1090309,06 manat pulunun 937800 manatını MMC-nin baş xəzinəsinə inkassasiya edilməsi, 133048,97 manatı daxili və beynəlxalq pul köçürmələrinin ödənişi edilməsi, 734,8 manatı digər məxaric əməliyyatlarına sərf edilməsi nəzərə alınmaqla kassada cəmi 18725,29 manat qalıq pul olmalı olduğu halda, faktiki olaraq kassada 285,75 manat qalıq pul olmuş, həmçinin dollar üzrə maddi məsuliyyətinə qəbul etdiyi 470651,94 ABŞ dollarının 465941,94 ABŞ dolları məxaric əməliyyatlarına sərf edildikdən sonra kassada cəmi 4710 ABŞ dolları qalıq olmalı olduğu halda faktiki olaraq kassada 210 ABŞ dolları qalıq olmuş, həmçinin şöbənin əvvəlki-sabiq rəisinin vaxtında yaranmış 1870 manat köhnə borc çıxıldıqdan sonra 106 saylı poçt şöbəsinin xəzinəsində 16569.54 manat və 4500.0 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 7650 manat təşkil edən, cəmi 24129,54 manat çatışmazlıq müəyyən edilmiş, bununla da Xəlilova (Makarova) Gülnarə Məmməd qızı ona etibar edilməklə maddi məsuliyyətinə verilmiş "xxxx" MMC-yə məxsus olan ümumilikdə cəmi 24129,54 manat dövlət əmlakını öz qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək "xxxx" MMC-yə xeyli miqdarda ziyan vurmaqla talamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Xəlilova (Makarova) Gülnarə Məmməd qızı Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır.Əvvəllər onun soyadı «Makarova» olsa da sonradan soyadını dəyişərək «Xəlilova» etmişdir. O, uzun illər "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, 01 iyul 2020-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli əmri ilə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.O, həmin əmrdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(009)-487/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ləğv edilmiş və o, 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri yenidən vəzifəsinə bərpa olunmuşdur. Daha sonra həmin qətnamə əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin onun işdən azad edilməsinə dair əmri ləğv edilmiş və o, 12 iyul 2021-ci il tarixdən 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuş, xx.xx.2021-ci il tarixdə isə təhvil-təslim aparılmış və o, işə başlamışdır. xx.xx.20221-ci il tarixli akt onun işə bərpa olunduğu vaxt poçtda olan pulların və qiymətlilərin təhvil verilməsi ilə əlaqədar tərtib edilmişdir. Aktın tərtib edilməsində o, həmin vaxt 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən əməliyyatçı, bacısı Zöhrə Paşayeva və Şahid6 iştirak etmişlər. Təhvil-təslim onunla bacısı Zöhrə Paşayeva arasında aparılmış, aktı isə Şahid6 tərtib etmişdir. O, 106 saylı poçt şöbəsini manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, poçt ödəniş nişanları üzrə 5158,41 manat, bağlama qutu üzrə 67 manat, iş dəftəri üzrə 300 manat olmaqla xx.xx.2021-ci il tarixdə maddi məsuliyyətinə qəbul etmişdir. Əksik gələn 2070 manat pulun 106 saylı poçt şöbəsinin sabiq rəisi Əli İbrahimova məxsus olması aktda qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində qəfləti sayım zamanı yaranmış çatışmazlıqla əlaqədar o, həmin tarixdən faktiki olaraq işdən kənarlaşdırılmış, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 64 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə o və Şahid5 qızı işdə olmuş, Şahid6 Qədəri qızı isə daxili tapışırıq əsasında müvəqqəti olaraq "xxxx" MMC-nin 2 saylı filiallının 116 saylı poçt şöbəsində işləyirmiş. Həmin gün "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, həmin şöbənin mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsində onun və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı keçirilmiş, «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olmalı imiş, lakin faktiki yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Qeyd edilən akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma onun tərəfindən qəfləti kassa sayımı zamanı «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edilərək həmin əksikgəlmə bərpa edilmişdir. Həmin pullar onda olmuş, günün sonunda sistemə vuracaqmış, bu səbəbdən yoxlama zamanı həmin ödənişləri etmişdir. Tərtib olunmuş aktda milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova aid, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının ona aid olan əksikgəlmə kimi qeyd edilmişdir. Əli tərəfindən sonradan 200 manat ödəniş edildiyindən borcu 1870 manat olmuşdur. Ona həmin əksikgəlmə sual verilmiş, o da baş verənlər barədə danışmışdır. Belə ki, yoxlamadan biriki gün əvvəl nahar fasiləsi zamanı işçilər nahar etmək üçün şöbədən getmişlər, o da nahat etmək üçün çöl qapısını bağlayıb şöbədən çıxmış, şöbəyə işçilərdən əvvəl qayıdan zaman çöl qapısının açıq şəkildə olduğunu, otağa keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dollarların xəzinədə olmadığını görmüşdür. Ona heç kimin inanmayacağını düşündüyündən bu barədə nə "xxxx" MMC-nin rəhbərliyinə, nə öz işçilərinə, nə də ki, hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Bu barədə izahat da yazmışdır. Onun vəzifə öhdəlikləri şöbənin səmərəli idarə olunmasını təşkil etməkdən, planlaşdırma, təşkilletmə, motivasiya və nəzarət funksiyalarını həyata keçirməkdən, şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçt-maliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsini təşkil və təmin etməkdən, xidmətlərin göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etməkdən ibarət olmuşdur. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «Egov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənir. Həmin sistemlərin hər biri «Colvir» proqramı ilə inteqrasiya olunmuşdur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gündəlik arayış çıxararaq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə, yəni ona təhvil verilirmiş. Onun tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmazsa «RN42» kassa arayışına imza edərək pulları maddi məsuliyyətimə qəbul edirmiş. Bundan başqa «Colvir» sitemi üzərindən də xəzinə qalığını qəbul edirmiş. Qeyd edilən əməliyyat onun tərəfindən təsdiq edildiyi andan o, MMC qarşısında tam maddi məsuliyyət daşıyırmış. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində qeyd edilən əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi, yəni onun tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kisələrə yığılırmış, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə «RN4» arayışı tərtib edilirmiş. «RN4» arayışında xəzinəyə göndərilən pullar nominallar üzrə göstərilir. Həmin arayışın bir nüsxəsi poçt şöbəsinin arxivində saxlanılır, digər iki nüsxə isə pulların göndərilməsi üçün nəzərdə tutulan kisələrə pullarla birlikdə yerləşdirilir. Daha sonra isə kisə poçt şöbəsinin rəisi, yəni onun tərəfindən möhürlənirmiş. Həmin möhürlənmiş kisələri «forma 16» adlanan qaimə əsasında inkassatora təhvil verirmiş, «forma 16» adlı qaimənin bir nüsxəsi onda, bir nüsxəsi isə xəzinəyə təhvil verilməsi üçün inkassatorda qalırmış. Həmçinin onun tərəfindən «forma 24 müşayiət blankı»-na da imza edilərək poçta aid möhür vurulurmuş. Həmin sənədlə kisəni inkassatora verməsini təsdiq edirlər. «Forma 24 müşayiət blankı» bir nüsxədə tərtib edilir. Həmçinin onun tərəfindən xəzinəyə pul göndərməsi «Colvir» sistemi üzərindən də həyata keçirilirmiş. Bundan sonra inkassatorlar «forma 24 müşayiət blankı» və «forma 16» adlanan qaimə əsasında kisələri ünvan 3 ünvanında yerləşən "xxxx" MMCnin baş xəzinəsinə təhvil verirmişlər. Daha sonra "xxxx" MMC-nin xəzinədarı tərəfindən həmin sığortalı kisə açılaraq sayılır, əksiklik olmazsa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən, yəni onun tərəfindən göndərilən pul qəbul edilirmiş, işlədiyi müddətdə nə işçilərlə, nə də ki, pulları göndərdiyi inkassator və inkassatorun pulu təhvil verdiyi şəxslərlə hər hansı problem və ya məbləğlərdə ziddiyyət olmamışdır. xx.xx.2021-ci il tarixdə aparılan qəfləti yoxlama zamanı aşkar edilmiş əksikgəlmə oğurluq hadisəsi ilə bağlı olmuşdur. Belə ki, o, nahar fasiləsindən əvvəl «X23»ya getmiş, oradan çıxdıqdan sonra şirniyyat alaraq işə qayıtmış, tarix təxminən 06-xx.xx.2023-cü il saat 14 radələri olarmış. O, poçta çatanda giriş qapısının acıq olduğunu görmüş, işdə heç kim olmamışdır. Daha sonra o, öz otağına keçmiş, otağa daxil olan zaman ona məxsus seyfin qapısının acıq vəziyyətdə olduğunu görmüş və oğurluq hadisəsinin baş verdiyini anlamışdır. Lakin heç kimin ona inanmayacağını düşünüb nə rəhbərliyə, nə də ki, hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Bu səbəbdən günün sonlarında pulları kassa qalığı kimi göstərib sistemdə təsdiq edirmiş, qəfləti kassa sayımı zamanı isə hadisəni olduğu kimi danışmışdır. Həmin hadisədən sonra o, poçtun pulunu ödəmək üçün ərindən ona miras qalan əmlakı satmaq üçün Ulyanovsk vilayətinə getmək qərarına gəlmiş, birbaşa təyyarə bileti tapa bilmədiyindən İzmir şəhərinə qızının yanına getmiş, orada Rusiya və Ukraniya müharibəsi getdiyinə görə 4 ay gözləməli olmuş və Ulyanovsk vilayətinə getmişdir. Evi oğlu Ruslanın adına qeydiyyata aldırmış, Ruslan ona mülki etibarnamə vermişdir. Alqısatqı etmək istəyən zaman Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. Təqsirləndirilən şəxs ona təqdim olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə tanış olaraq, aktdakı «G.Makarova (Xəlilova)» sözlərin qarşısındakı imzanın ona məxsus olduğunu göstərmişdir. O, əvvəllər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində işləmiş, "xxxx" MMC-nin əmri ilə xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.Əsasız olaraq işdən çıxarıldığından Səbail rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə yenidən əvvəlki işinə bərpa olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş, o, 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə yenidən bərpa olunmuşdur. xx.xx.20221-ci il tarixli akt da onun işə bərpa olunduğu vaxt poçtda olan pulların və qiymətlilərin təhvil verilməsi ilə əlaqədar tərtib edilmişdir. Aktın tərtib edilməsində o, həmin vaxt 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən əməliyyatçı bacısı Zöhrə Paşayeva və Şahid6 iştirak etmişlər. Təhvil-təslim onunla bacısı Zöhrə Paşayeva arasında aparılmış, aktı isə Şahid6 tərtib etmişdir. O, 106 saylı poçt şöbəsini manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, poçt ödəniş nişanları üzrə 5158,41 manat, bağlama qutu üzrə 67 manat, iş dəftəri üzrə 300 manat ilə qalıqla xx.xx.2021-ci il tarixdə maddi məsuliyyətinə qəbul etmiş, əksik gələn 2070 manat pulun 106 saylı poçt şöbəsinin sabiq rəisi Əli İbrahimova məxsus olması aktda qeyd olunmuşdur. Ona təqdim olunmuş xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, həmin şöbənin mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı ilə bağlı tərtib edilmiş aktdakı «106 saylı PŞ-nin müdiri» və «Təqsirləndirilən şəxs» sözlərinin qarşısındakı imza ona məxsusdur. Həmin akt 106 saylı poçt şöbəsində keçirilən qəfləti yoxlama ilə bağlı tərtib edilmişdir. Aktdan da göründüyü kimi «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olmalı imiş, lakin fakti yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı «Colvir» sistemində şöbənin xəzinəsinə onun tərəfindən ödəniş edilərək həmin əksikgəlmə bərpa olunmuşdur. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu müəyyən edilmişdir. Belə ki, o, poçtu xx.xx.2021-ci il tarixdə təhvil alan zaman Əli İbrahimovun adına olan əksikgəlmə 2070 manat olsa da, sonradan Əli ödəniş etdiyindən onun borcu 1870 manat olmuşdur. Qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dolları isə əksikgəlmə kimi qeyd olunmuşudr. Lakin həmin əksikgəlmə ona aid olmamışdır. Belə ki, yoxlamadan bir-iki gün əvvəl nahar fasiləsi zamanı işçilər nahar etmək üçün şöbədən getmişlər, o da nahat etmək üçün çöl qapını bağlayıb şöbədən çıxmış, şöbəyə işçilərdən əvvəl qayıdan zaman çöl qapının açıq şəkildə olduğunu görmüş, otağa keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dollarların xəzinədə olmadığını görmüşdür. Lakin heç kimin ona inanmayacağını düşünüb, bu barədə nə "xxxx" MMC-nin rəhbərliyinə, nə öz işçilərinə, nə də ki, hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Nahar fasiləsindən geri qayıdan vaxt acıq vəziyyətdə aşkar etdiyi poçt şöbəsinin qapısının üzərində heç bir zədə və müdaxilə görməmişdr. Həmin vaxt poçt şöbəsinin çöl qapısının açaları bir nüsxədə olmuş, açar onda olmuş, ondan başqa heç kimdə olmamışdır. O, gün ərzində toplanan pulları xidməti otağındaki seyfdə, kassada saxlayırmış. Oğurluq hadisəsini aşkar etdiyi gün nahar fasiləsinə gedən zaman seyfi kilidlədiyini xatırlayır. Seyfin açarları iki nüsxədə olur, açarların biri onda, digəri isə 2 saylı poçt filiallında olurmuş, orada dəqiq kimdə olmasını isə bilmir. Nahar fasiləsindən qayıdan zaman poçt şöbəsinin qapısı acıq vəziyyətdə olduğunu, pulların seyfdə olmadığını aşkar edən vaxt seyfin üzərində hər hansı bir zədə və ya müdaxilə görməmişdir. O, «X23»ya nahar fasiləsindən əvvəl getmiş, oradan çıxdıqdan sonra şirniyyat alaraq işə qayıtmışdır. Tarix 06-xx.xx.2023-cü il saat 14 radələri olarmış. Poçta çatanda giriş qapısının acıq olduğunu görmüş, işdə heç kim olmamışdır. Daha sonra otağına keçmiş, otağa daxil olan zaman ona məxsus seyfin qapısının acıq vəziyyətdə olduğunu görmüş və oğurluq hadisəsinin baş verdiyini anlamışdır. Lakin heç kimin ona inanmayacağını düşünüb bu barədə kimsəyə məlumat verməmişdir. 2021-ci ildə onun istifadəsində ***-***-**-** saylı sim kart olmuşdur. O, hər hansı psixi və ya digər xəstəlikdən əziyyət çəkmir, narkotik vasitələrdən və spirtli içkilərdən istifadə etmir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1- MO/Ş-19 saylı icazəyə əsasən şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500.0 manata qədər nağd pul vəsaitləri saxlanılmalı olduğu halda, praktiki cəhətdən bunu etmək mümkün deyil. Çünki pulu inkassatora təhvil verən zaman iş gününün sonu olmur və təhvil-təslimdən də sonra əməliyyatlar aparılır, kassada pullar yığılır. Bu səbəbdən adətən kassada həmişə 500 manatdan çox pul qalır. xx.xx.2021-ci il tarixdə inkassasiya 4100.0 manat olduğu halda, günün sonuna xəzinə qalığı 12600.68 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya 1200.0 manat olduğu halda, günün sonuna xəzinə qalığı 12477.37 manat, 03xx.xx.2021-ci il tarixlərində inkassasiya üzrə hər hansı məbləğ olmadığı halda, günün sonuna xəzinə qalığı 133xx.xx-14155.23 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya 3300.0 manat olduğu halda, günün sonuna xəzinə qalığı 14257.63 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya üzrə hər hansı məbləğ təqdim olunmadığı halda, günün sonuna xəzinə qalığı 13858.08 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya məbləği 1400.0 manat olduğu halda, günün sonuna olan xəzinə qalığı 14077.27 manat olması, eyni zamanda günlər üzrə ABŞ dolları üzrə hər hansı bir məbləğin 106 saylı poçt şöbəsinin müdiri tərəfindən "xxxx" MMC-nin baş xəzinəsinə inkassasiya olunmasının təmin edilməməsi barədə cinayət işinin materiallarına əlavə edilmiş audit rəyində göstərilərlərlə əlaqədar Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin vaxt üzərindən uzun müddət keçdiyindən qeyd edilən hallarla bağlı dəqiq cavab verə bilməyəcək. xx.xx.2021-ci il tarixdə «Colvir» sistemində gün sonuna kassa qalığının 14077,27 manat göstərməsi, xx.xx.2021-ci il tarixdə qəfləti kassa sayımı zamanı isə «Colvir» sistemində kassada 18725.29 manat pul olduğu göstərilsə də, kassada yerində 285,75 manat pul aşkar edilməsi barədə cinayət işinin materiallarına əlavə edilmiş audit rəyi, həmçinin xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsinə 4947,02 manat mədaxil olunduğu halda, həmin məbləğdə kassada pul aşkar olunmaması ilə əlaqədar tərtib edilmiş sənədlərlə tanış olan Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin vaxt üzərindən uzun müddət keçdiyindən qeyd edilən hallarla bağlı dəqiq cavab verə bilməyəcək.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızı özünü təqsirli bilmədiyindən məhkəmədən ona bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi qismində ifadə verən Nümayəndə bildirmişdir ki, o, "xxxx" MMC-nin hüquq şöbəsinin mütəxəssisi vəzifəsində işləyir.Nümayəndə 106 saylı poçt şöbəsində nağd vəsaitdə çatışmazlığın yaranması ilə bağlı qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü ilə bağlı 106 saylı poçt şöbəsində daxili audit keçirilmiş və yaranmış çatışmazlıq öz təsdiqini tapmışdır. Belə ki, 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin sabiq müdiri vəzifəsində işləmiş Xəlilova (Makarova) Gülnarə Məmməd qızının hesabında yaranan çatışmazlıqla bağlı audit aparılmasına dair "xxxx" MMC-nin AƏ001 saylı 15 mart 2022-ci il tarixli əmr olmuşdur. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 01 iyul 2020-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ilə isə X2 özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(009)-487/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ləğv edilmiş, Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuşdur. Bundan sonra həmin qərar əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmri ilə Xəlilova (Makarova) Gülnarə Məmməd qızının işdən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1870 saylı əmr ləğv edilmiş, 12 iyul 2021-ci il tarixdən Təqsirləndirilən şəxs 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuşdur. Təqsirləndirilən şəxs rəisi olduğu 106 saylı poçt şöbəsində yaranmış çatışmazlıqla əlaqədar sonuncu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 64 saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, faktiki olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tərtib olunmuş təhviltəslim aktına əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılmış və həmin vəzifənin icrası xx.xx.2021-ci il tarixdən 2 saylı Poçt filialının 124 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid9 həvalə edilmişdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənir. Həmin sistemlərin hər biri «Colvir» proqramı ilə inteqrasiya olunmuşdur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «Egov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gündəlik arayış çıxararaq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə təhvil verilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmazsa «RN42» kassa arayışına imza edərək pulları maddi məsuliyyətinə qəbul edir. Bundan başqa poçt şöbəsinin rəisi «Colvir» sistemi üzərindən də xəzinə qalığını qəbul edir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan sonuncu MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kislərə yığılır. Şöbə müdiri tərəfindən baş xəzinəyə göndərilən pullar barədə üç nüsxədə «RN4» arayışı tərtib edilir. «RN4» arayışında xəzinəyə göndərilən pullar nominallar üzrə göstərilir. Həmin arayışın bir nüsxəsi poçt şöbəsinin arxivində saxlanılır, digər iki nüsxəsi isə pulların göndərilməsi üçün nəzərdə tutulan kisələrə pullarla birlikdə yerləşdirilir. Daha sonra kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənir. Həmin möhürlənmiş kisələrə «forma 16» adlanan qaimə əsasında inkassatora təhvil verilir. «forma 16» adlanan qaimənin bir nüsxəsi poçt şöbəsinin rəisində, bir nüsxəsi isə xəzinəyə təhvil verilməsi üçün inkassatorda qalır. Həmçinin poçt şöbəsinin rəisi tərəfindən «forma 24 müşayiət blankı»na da imza edilərək poçta aid möhür vurulur. Həmin sənədlə kisəni inkassatora verməsini təsdiq edir. «Forma 24 müşayiət blankı» bir nüsxədə tərtib edilir. Həmçinin poçt şöbəsinin rəisi tərəfindən xəzinəyə pul göndərməsi «Colvir» sistemi üzərindən də həyata keçirilir. Bundan sonra inkassatorlar «forma 24 müşayiət blankı» və «forma 16» adlanan qaimə əsasında kisələri ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin baş xəzinəsinə təhvil verirlər. Həmin kisələr xəzinədar tərəfindən qəbul edilir. Daha sonra kisələrə sayılır, əskiklik olmazsa «forma 24 müşayiət blankı»na imza edərək kisələri inkassatordan təhvil almalarını təsdiq edirlər. «forma 16» adlanan qaimə də xəzinəyə təhvil verilir. Xəzinədarlar tərəfindən kisələrdə olan pullar sayılır, həmin kisələrdə olan «RN4» arayışı «Colvir» sistemində poçt şöbəsindən göndərilmiş arayışla üzləşdirilir. «RN4» arayışında və «Colvir» sistemində olan məbləğ eyni olmalıdır, əgər hər hansı bir əksik müəyyən edilməzsə sistem üzərindən poçt şöbəsi tərəfindən göndərilən pul qəbul edilir. Həmçinin «RN4» arayışının bir nüsxəsi xəzinədar tərəfindən xüsusi möhür ilə təsdiqlənir və eyni kisələrə yerləşdirilir. Daha sonra kisələr inkassator tərəfindən şöbələrə təhvil verilir. Həm bu vasitə ilə, həm də ki, «Colvir» sistemi üzərindən poçt şöbəsinin rəisi pulların xəzinəyə təhvil verilməsindən məlumatlı olur. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmrinə əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə yenidən bərpa olunan zaman özünün və 2 saylı Poçt Filialının mühasibi Şahid6, 106 saylı Poçt Şöbəsinin əməliyyatçısı Zöhrə Paşayevanın iştirakı ilə xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur. Akta əsasən gün həmin vaxta «Colvir» sisteminə əsasən 3202,40 manat xəzinədə pul olmalı imiş, lakin faktiki sayım zamanı xəzinədə 1132,40 manat aşkarlanmış, 2070 manat isə əksik gəlmişdir. Digər qiymətlilər üzrə isə heç bir əksik gəlmə halı müəyyən edilməmiş, yəni faktiki sayım zamanı dollar üzrə 470,58 dollar, 5158,41 manatlıq poçt ödəniş nişanları, 67 manatlıq bağlama qutu, 300 manatlıq iş dəftəri yerində olmuşdur. Təqsirləndirilən şəxs nağd pul – manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, poçt ödəniş nişanları üzrə 5158,41 manat, bağlama qutu üzrə 67 manat, iş dəftəri üzrə 300 manat qalıqla qəbul etmişdir. «Colvir» sistemində manat üzrə qeyd edilən 1132,40 manatdan əlavə 2070 manat əksiklik olmuş və aktda həmin vəsaitin şöbənin əvvəlki müdiri işləmiş Əli İbrahimova aid olduğu qeyd olunmuşdur. Təhvil-təslim aktına əsasən əskik qəbul olunan 2070.0 manat vəsaitdən 200.0 manatı xx.xx.2021-ci il tarixdə «Colvir» sistemində nağd pulun mədaxilinə dair 10-071511 saylı order əsasında Əli İbrahimov tərəfindən 2 saylı X16 Xidmətləri şöbəsinin xəzinəsinə bərpa olunmuş, 1870.0 manat vəsait isə bərpa olunmamışdır. Bundan sonra 106 saylı Poçt Şöbəsinə məsul şəxs Gülnarə Məmmədova olmuşdur. Gülnarə Məmmədova xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək manat üzrə 1087106.66 manat mədaxil, 1071583.77 məxaric əməliyyatı, dollar üzrə isə 470181.36 dollar mədaxil, 465941.94 dollar məxaric əməliyyatı həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, həmin şöbənin mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı keçirilmişdir. Həmin aktda «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olmalı imiş, lakin fakti yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən Təqsirləndirilən şəxs qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edərək həmin əksikgəlməni bərpa etmişdir. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu kimi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında yoxlama zamanı əskik gələn məbləğin yuxarıda qeyd olunan tarixdən bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün nahar etmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən əvvəl qayıtdığını, çöl qapısının açıq şəkildə olduğunu, otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yoxlamaya təqdim etdiyi digər izahatında nahar vaxtı pul ödənişi üçün banka getdiyini, qayıdarkən çöl qapısının açıq olduğunu gördüyünü, xəzinədən pulun oğurlandığını aşkar etdiyini, bu barədə heç bir orqana məlumat vermədiyini və pulun qaytarılması üçün ona vaxt verilməsini istədiyini bildirmişdir.Lakin Təqsirləndirilən şəxs tərəfindən MMC-yə oğurluq hadisəsinin olması barədə məlumat verilməmiş, sonuncu həmin məzmunda ifadə verməklə cinayət məsuliyyətindən boyun qaçırmaq istəyir.Məhkəmə baxıhı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi qismində ifadə verən Nümayəndə həmçinin mülki iddia təqdim edərək mülki cavabdeh (təqsirləndirilən şəxs) Xəlilova (Makarova) Gülnarə Məmməd qızından 24129,54 (iyirmi dörd min yüz iyirmi doqquz manat əlli dörd qəpik) manat vurulmuş maddi ziyan və 162,79 (yüz altmış iki manat yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını və habelə ziyanın ödənilmədiyni nəzərə alaraq şikayətçi olduqlarını və təqsirləndirilən şəxsin müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin Daxili Audit Departamentinin böyük auditoru vəzifəsində işləyir, xidməti vəzifəsi Daxili Audit Departamentinin rəhbərliyinin daxili əmri ilə "xxxx" MMC-nin tabeliyində olan filiallar üzrə daxili yoxlamalar aparmaqdan ibarətdir. Filialın fəaliyyəti yoxlanılan zaman həmçinin filialın tabeliyində olan poçt şöbələrinin xəzinə əməliyyatlarının mədaxil və məxaricinin düzgünlüyü «Colvir» sistemi üzərindən yoxlanılır. "xxxx" MMC-nin tabeliyində olan bütün filial və şöbələr «Colvir» sistemi üzərindən mədaxil və məxaric əməliyyatlarını həyata keçirirlər. Şahid1 ona təqdim edilən 106 saylı poçt şöbəsində nağd vəsaitlə bağlı çatışmazlığın araşdırılmasına dair audit rəyi ilə tanış olalaraq həmin rəyin onun tərəfindən verildiyini göstərmişdir. Audit xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. Daxili auditin keçirilməsinə əsas 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin sabiq müdiri vəzifəsində işləmiş Xəlilova (Makarova) Gülnarə Məmməd qızının hesabında yaranan çatışmazlıqla bağlı "xxxx" MMC-nin AƏ001 saylı 15 mart 2022-ci il tarixli əmri olmuşdur. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 01 iyul 2020-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ilə öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-487/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ləğv edilmiş, Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuşdur. Bundan sonra həmin qərar əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmri ilə Xəlilova (Makarova) Gülnarə Məmməd qızının işdən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1870 saylı əmr ləğv edilmiş, 12 iyul 2021-ci il tarixdən Təqsirləndirilən şəxs 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuşdur. Gülnarə Məmmədova rəisi olduğu 106 saylı poçt şöbəsində yaranmış çatışmazlıqla əlaqədar "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 64 saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, faktiki olaraq isə xx.xx.2021-ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktına əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılmış və həmin vəzifənin icrası xx.xx.2021-ci il tarixdən 2 saylı Poçt filialının 124 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid9 həvalə edilmişdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənilir. Həmin sistemlərin hər biri «Colvir» proqramı ilə inteqrasiya olunmuşdur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gündəlik arayış çıxararaq vahid RN42 arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə təhvil verilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edilərək pulları maddi məsuliyyətinə qəbul edilir, bundan başqa «Colvir» sitemi üzərindən də xəzinə qalığını qəbul edilir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan o, MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kisələrə yığılır, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə qeyd aparıb imzalanır və kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənərək inkassatora təhvil verilir. Yəni inkassatorun həmin sığortalı kisədə nə qədər pul olması barədə məlumatı olmur. Daha sonra "xxxx" MMC-nin xəzinədarı tərəfindən həmin sığortalı kisə açılaraq sayılır, əksiklik olmasa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən göndərilən pul qəbul edilir. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmrinə əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə yenidən bərpa olunan zaman onun, 2 saylı Poçt Filialının mühasibi Şahid6, 106 saylı Poçt Şöbəsinin əməliyyatçısı Zöhrə Paşayevanın iştirakı ilə xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur. Akta əsasən həmin tarixə «Colvir» sisteminə əsasən xəzinədə 3202,40 manat pul olmalı imiş, lakin faktiki sayım zamanı xəzinədə 1132,40 manat aşkarlanmış, 2070 manat isə əksik gəlmişdir. Digər qiymətlilər üzrə isə heç bir əksikgəlmə halı müəyyən edilməmiş, yəni faktiki sayım zamanı dollar üzrə 470,58 dollar, 5158,41 manatlıq poçt ödəniş nişanları, 67 manatlıq bağlama qutu, 300 manatlıq iş dəftəri yerində olmuşdur. Təqsirləndirilən şəxs xəzinəni nağd pul – manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, poçt ödəniş nişanları üzrə 5158,41 manat, bağlama qutu üzrə 67 manat, iş dəftəri üzrə 300 manat qalıqla qəbul etmişdir. «Colvir» sistemində manat üzrə qeyd edilən 1132,40 manatdan əlavə 2070 manat əksiklik olmuş və akta həmin vəsaitin şöbənin əvvəlki müdiri işləmiş Əli İbrahimova aid olduğu qeyd olunmuşdur. Təhvil-təslim aktına əsasən əskik qəbul olunan 2070.0 manat vəsaitdən 200.0 manatı xx.xx.2021-ci il tarixdə «Colvir» sistemində nağd pulun mədaxilinə dair 10- 071511 saylı order əsasında Əli İbrahimov tərəfindən 2 saylı X16 Xidmətləri şöbəsinin xəzinəsinə bərpa olunmuş, 1870.0 manat vəsait isə bərpa olunmamışdır. Daha sonra 106 saylı Poçt Şöbəsində məsul şəxs Gülnarə Məmmədova olmuşdur. Gülnarə Məmmədova xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək manat üzrə 1087106.66 manat mədaxil, 1071583.77 məxaric əməliyyatı, dollar üzrə 470181.36 dollar mədaxil, 465941.94 dollar məxaric əməliyyatı həyata keçirmişdir. Kassaya köçürülən pullar “Colvir” sistemində “yolda olan pul köçürmələri” kimi qeyd olunur. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, həmin şöbənin mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı keçirilmişdir. Həmin aktda «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olmalı imiş, lakin faktiki yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları, digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya üzrə 37.0 manat, bağlama qutusu üzrə 32.75 manat və kitab üzrə 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edərək həmin əksikgəlməni bərpa etmişdir. Tərtib olunmuş aktda milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən, qeyd etdiyi kimi, 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dolları isə 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu qeyd olunmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında yoxlama zamanı əskik gələn məbləğin yuxarıda qeyd olunan tarixdən bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən qabaq qayıtdığını lakin çöl qapının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yoxlamaya təqdim etdiyi digər izahatında nahar vaxtı pul ödənişi üçün banka getdiyini, qayıdarkən çöl qapının açıq olduğunu gördüyünü, xəzinədən pul oğurlandığını fərq etdiyini, bu barədə heç bir orqana məlumat vermədiyini, pulun qaytarılması üçün ona vaxt verilməsini istədiyini bildirmişdir. Audit zamanı müəyyən olunmuşdur ki, poçt şöbəsinin xəzinəsində günlər üzrə limitdən artıq xəzinə qalıqları saxlanılmışdır. 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1-MO/Ş-19 saylı icazəyə əsasən şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500.0 manata qədər nağd pul vəsaitləri saxlanıla bilər. Lakin 106 poçt şöbəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixlər üzrə bəzi günlərdə xəzinə qalığının 500 manatdan çox olması müəyyən edilmişdir. Limitdən artıq xəzinə qalıqlarına görə "xxxx" MMC-nin baş xəzinəsinə inkassasiya olunan vəsaitlərə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, 25-xx.xx.2021-ci il tarixlərinə limitdən artıq vəsait üzrə "xxxx" MMC-nin baş xəzinəsinə hər hansı məbləğ inkassasiya olunmamış və günün sonuna xəzinə qalığı 8500-11666 manat olaraq dəyişmiş, eyni zamanda xx.xx.2021-ci il tarixdə inkassasiya 4100.0 manat olduğu halda günün sonuna xəzinə qalığı 12600.68 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya 1200.0 manat olduğu halda, günün sonuna xəzinə qalığı 12477.37 manat, 03-xx.xx.2021-ci il tarixlərində inkassasiya üzrə hər hansı məbləğ olmadığı halda günün sonuna xəzinə qalığı 133xx.xx-14155.23 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya 3300.0 manat olduğu halda, günün sonuna xəzinə qalığı 14257.63 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya üzrə hər hansı məbləğ təqdim olunmadığı halda, günün sonuna xəzinə qalığı 13858.08 manat, xx.xx.2021-ci il tarixdə inkassasiya məbləği 1400.0 manat olduğu halda, günün sonuna olan xəzinə qalığı 14077.27 manat olmuşdur. Eyni zamanda günlər üzrə ABŞ dolları üzrə hər hansı bir məbləğin 106 saylı poçt şöbəsinin müdiri tərəfindən "xxxx" MMC-nin baş xəzinəsinə Gülnarə tərəfindən inkassasiya olunması təmin edilməmişdir. Yekun nəticədə təqdim olunan sənədlər əsasında aparılan araşdırma zamanı "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsinin xəzinəsində aparılan qəfləti kassa sayımı zamanı 106 saylı poçt şöbəsinin xəzinəsində aşkar edilmiş 18439.54 manat və 4500.0 ABŞ dolları üzrə əskikgələn vəsait öz əksini tapmışdır. Qeyd olunan vəsaitdən 1870.0 manatı əvvəlki dövrdə poçt şöbəsinin müdiri işləmiş Əli İbrahimovun dövründə, 16569.54 manatı və 4500.0 ABŞ dolları isə şöbənin sabiq rəisi Təqsirləndirilən şəxs dövründə şöbənin xəzinəsində aşkar olunmuş əskikgəlmə olduğu sənədlərlə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs öz izahatlarında poçt şöbəsinin xəzinəsində əskik gələn vəsaitlərin digər şəxslər tərəfindən oğurlanmasını bildirsə də, həmin məsələnin araşdırılması üçün 2 saylı Poçt Filialına və ya "xxxx" MMC-yə rəsmi məlumat verilməsinə dair hər hansı bir sənədlər araşdırmaya təqdim edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təsdiq olunmuş vəzifə təlimatına uyğun olaraq nağd pul və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanılmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə təlabatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək kimi vəzifə öhdəlikləri və eyni zamanda yuxarıda qeyd olunanları nəzərə alaraq günlər üzrə limitdən artıq xəzinə qalıqlarının vaxtı-vaxtında "xxxx" MMC-nin baş xəzinəsinə təqdim edilməməsi və vəzifə təlimatına düzgün riayət olunmaması həmin poçt şöbəsində çatışmazlığın yaranmasına səbəb olmuşdur. Əlavə olaraq göstərmişdir ki, "xxxx" MMC-nin daxili audit şöbəsinin rəhbərliyi tərəfindən tərtib olunmuş illik iş planına əsasən MMC-nin tabeçiliyində olan filialların qrafikə uyğun yoxlanması təmin edilir. Həmin müddətlərin hansı dövrləri əhatə etməsi, həmçinin qəfləti reydlərin aparılması qaydası barədə məlumatı yoxdur. Xəlilova (Makarova) Gülnarə Məmməd qızının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində işləydiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə qeyd edilən xx.xx.2021-ci tarixli qəfləti yoxlamadan başqa sonuncunun fəaliyyətinin yoxlanılıb-yoxlanılmamasından məlumatı yoxdur. Onun tərəfindən aparılan yoxlama zamanı ona xx.xx.2021-ci tarixli qəfləti yoxlama aktından başqa hər hansı digər akt təqdim edilməmişdir. Şahid1 106 saylı poçt şöbəsinin əməliyyat günü başa çatdıqdan sonra 500.0 manatdan yuxarı məbləğdə nağd pul vəsaitlərinin kassada saxlanıldığı müəyyən edilməsi xüsusatı ilə bağlı göstərmişdir ki, poçt şöbələrindən pulun yığılması əməliyyat günü başa çatmadan həyata keçirildiyi üçün əməliyyat günün sonuna qədər yeni mədaxil və məxaric əməliyyatları aparılır. Bu da kassa qalığının 500 manatdan çox olmasına şərait yaradır. Xəlilova (Makarova) Gülnarə Məmməd qızının işdən azad olunduğuna görə audit yoxlaması zamanı sonuncunu iştirak etməsi təmin edilməmiş, verilmiş audit rəyi təqdim olunan sənədlərə əsaslanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin X5 aparıcı mütəxəssisi vəzifəsində işləyir, xidməti vəzifəsi "xxxx" MMC-nin tabeliyində olan poçt filial və şöbələrin «Colvir» sistemi üzərindən seçmə üsulu ilə aparılan poçt əməliyyatlarını təhlil etməkdən, poçt göndərişlərinə nəzarət etməkdən, şübhə doğuran əməliyyatlar barədə araşdırma aparıb MMC-nin rəhbərliyinə məlumat verməkdən, xidmət keyfiyyətini yerlərdə yoxlamaqdan, seçmə üsul ilə filial və şöbələrin maliyyə əməliyyatlarını qəfləti reydlərlə yerində yoxlamaqdan və s. ibarətdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənilir. Həmin sistemlərin hər biri «Colvir» proqramı ilə inteqrasiya olunur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «Egov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») arayış çıxararaq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə təhvil verilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edilərək pulları maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa poçt şöbəsinin rəisi «Colvir» sistemi üzərindən də xəzinə qalığını qəbul edir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan sonuncu MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kislərə yığılır, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə qeyd aparıb imzalanır və kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənərək inkassatora təhvil verilir. Yəni inkassatorun həmin sığortalı kisədə nə qədər pul olmasından məlumatı olmur. Daha sonra "xxxx" MMC-nin xəzinədarı tərəfindən həmin sığortalı kisə açılaraq sayılır, əskiklik olmasa göndərilən pul «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən qəbul edilir. xx.xx.2021-ci il tarixdə o, "xxxx" MMC-nin X14 mütəxəssisi Şahid3 və həmin şöbənin baş mütəxəssisi Şahid4 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində keçirilmiş qəfləti reyd zamanı poçt göndərişlərini və xəzinə qalığını yerində yoxlamışlar. Yoxlamada şöbənin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 da iştirak etmişlər. Yoxlama iş saatının sonlarına yaxın olduğundan 106 saylı poçt şöbəsində əməliyyatlar aparılmamış, yəni poçta müraciət edən şəxslər olmamışdır. MMC öz fəaliyyətini vahid «Colvir» sistemi üzərindən əlaqələndirdiyindən o, öz istifadəçi adı və parolu ilə «Colvir» sistemində daxil olaraq həmin vaxta dair şöbənin nağd pul və qiymətlilər üzrə xəzinə qalığına dair hesabat çıxarmaqla həmin hesabatla əməliyyatçıların kassaları və şöbə müdiri Xəlilova (Makarova) Gülnarə Məmməd qızının kassa qalığı fakti olaraq yerində sayılmışdır. «Colvir» sistemində 106 sayı poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olması görünürmüş, lakin faktiki yerində sayım zamanı nağd pul-manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı Təqsirləndirilən şəxs tərəfindən «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edilərək əksikgəlmə bərpa eedilmişdir. Aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimovun, qalan 16569.54 (184xx.xx- 1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu müəyyən edilmişdir. 1870.0 manat borcun Əli İbrahimova məxsus olduğunu Gülnarə özü bildirmişdir. Təqsirləndirilən şəxsndan yaranmış çatışmazlığı izah etməsi tələb olunanda, izahatında yoxlama zamanı əskik gələn məbləğin bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiklərini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən qabaq qayıtdığını, lakin çöl qapısının açıq olduğunu gördüyünü, sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını aşkat etdiyini bildirmişdir. Belə olan halda hüquq-mühafizə orqanlarına məlumat verib-verməsi soruşulmuş, Gülnarə «mən onsuz da oğurluq olması barədə məlumat versəydim heç kim mənə inanmayacaqdı, buna görə də məlumat verməmişəm» deyə cavab verərək özünü müdafiə etməyə başlamışıdr. Yoxlamadan əvvəl Xəlilova (Makarova) Gülnarə Məmməd qızı heç bir hüquqi və fiziki şəxsdən qiymətlilər üzrə alacağının və borcunun olmaması barədə yazılı iltizam vermişdir. Yaranmış çatışmazlıqla bağlı onun, "xxxx" MMC-nin X14 mütəxəssisi Şahid3 və həmin şöbənin baş mütəxəssisi Şahid4 iştirakı ilə akt tərtib olunmuş və həmin aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra həmin aktı MMC-nin rəhbərliyinə təqdim etmişlər. Şahid2 ona təqdim edilən Bakı PŞ-106 saylı xx.xx.2021-ci il tarixli akt ilə tanış olaraq göstərmişdi ki, həmin aktdakı və "xxxx" MMC-nin P.Ə.Ş-nin mütəxəssisi Şahid2 sözlərin qarşısındakı imza ona məxsusdur, həmin aktı Xəlilova (Makarova) Gülnarə Məmməd qızının rəisi olduğu 106 saylı poçt şöbəsində nağd vəsaitlə bağlı çatışmazlığın araşdırılması ilə bağlı tərtib etmişlər. Əlavə olaraq göstərmişdir ki, "xxxx" MMC-nin daxili audit şöbəsinin rəhbərliyi tərəfindən tərtib olunmuş illik iş qrafikinə əsasən MMC-nin tabeliyində olan filialların qrafikə uyğun yoxlanması təmin edilir. Lakin həmin müddətlərin dövrlüyü barədə məlumatı yoxdur. Qəfləti reydlər isə Filiallarla iş şöbəsi tərəfindən seçmə üsul ilə aparılır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, o, 2021-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində əməliyyatçı vəzifəsində işəyir, xidməti vəzifəsi xidmət mədəniyyətinin tələblərinə uyğun olaraq müştərilərin poçt, maliyyə və digər xidmətlər barədə verilmiş suallarını ətraflı və dolğun cavablandırmaqdan, beynəlxalq poçt göndərişlərinin qəbulu, göndərilməsi və çatdırılması əməliyyatını, o cümlədən daxili və beynəlxalq tarifləri bilməkdən, iş günü ərzində qəbul olunmuş və ödənilmiş, göndərilmiş poçt göndərişləri haqda günün sonunda statistik hesabat tərtib etməkdən, iş gününün sonunda daxil olmuş poçt göndərişlərinin (qiymətli və v adi göndərişlər, pul köçürmələri və s.) qalığını çıxarmaqdan və kassa arayışını imzalayaraq PŞ rəisinə (rəis müavininə) təhvil verilməkdən, iş prosesində PŞ rəisindən (müavinindən) başqa heç bir işçi ilə nağd pulların mübadiləsini etməməkdən, iş gününün sonunda mədaxil və məxaric sənədləri üzrə müvafiq RN-42 arayışı tərtib etməkdən (kompyuterə işlənilmiş poçt göndərişləri üçün hər proqramdan əlavə arayış çıxarılmalı) və pul sənədləri üzrə PŞ rəisi (rəis müavini) ilə son hesablaşma aparmaqdan, adlı əşyaları, istifadə olunmuş ciddi hesabat qəbzlərini şöbə rəisinə (müavininə) təhvil verməkdən və s. ibarətdir. İş saatı həftənin 6 günü saat 09:00-da başlayır, saat 18:00-da bitir. Saat 13:00dan saat 14:00 qədər nahar fasiləsi olur. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində 106 Salı poçt şöbəsində əməliyyatçı vəzifəsində ondan başqa Şahid6 (Alllahverdiya) və Zöhrə Paşayeva işləmilər. Poçt rəisi vəzifəsində isə Təqsirləndirilən şəxs işləmişdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları onun və digər əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənilir. Həmin sistemlərin hər biri «Colvir» proqramına inteqrasiya olunurmuşdur. O, günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gün arayış çıxararaq vahid «RN42» arayışını tərtib edir, həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib edir. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə, həmin vaxt isə Təqsirləndirilən şəxs təhvil verilir, Gülnarə tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edilərək pulları tam maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa «Colvir» sitemi üzərindən də xəzinə qalığı qəbul olunur. Gülnarə tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan sonuncu MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Bundan başqa əməliyyatçılar tərəfindən aparılan mədaxil və məxaric əməliyyatları zamanı kassada çox pul yığılarsa poçt şöbəsinin rəisinə «K5» kitabı ilə günün istənilən vaxtı pulu təhvil vermiş, həmin kitaba həm onun, həm də ki, Gülnarə tərəfindən imza edilir. Kassadan rəisə pull verilməsinə dair isə qeydlər günün sonunda tərtib edilən «RN42» kassa arayışında aparılır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən rəisə təqdim edilmiş kislərə yığılır, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə Gülnarə tərəfindən qeydlər aparılıb imzalanaraq kisənin içərisinə qoyulmuşdur. Hər bir əskinas üzrə nominalların sayı göstərilir. Daha sonra kisə əvvəlcədən poçt şöbələrinə təqdim edilmiş plastik materialdan olan nömrəli möhürlərlə bağlayaraq kisəni İnkassator təhvil verilir və bununla bağlı «forma 16» adlı qaimə tərtib olunur. Həmin qaimədə pulu təhvil verən poçt şöbəsinin rəisi Təqsirləndirilən şəxs, pulu təhvil alan İnkassator adı, soyadı və kisənin bağlandığı plastik möhürün nömrəsi qeyd edilir. Qaimənin bir nüsxəsi poçt şöbə rəisində, digəri isə inkassatorda qalır. Yəni inkassatorun həmin sığortalı kisədə nə qədər pul olması barədə məlumatı olmur. Daha sonra İnkassator tərəfindən kisələr "xxxx" MMCnin xəzinədarlığına təhvil verilir, orada həmin sığortalı kisə açılaraq sayılır, əskiklik olmasa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən göndərilən pul qəbul edilir. Onun Xəlilova (Makarova) Gülnarə Məmməd qızı ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı Bakı şəhər Səbail rayon Məhkəməsinin qətnaməsi ilə 12 iyul 2021-ci il tarixdən 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuş, lakin təhvil-təslim xx.xx.2021-ci il tarixdə aparılmış, Gülnarə 106 saylı poçt şöbəsini həmin şöbədə əməliyyatçı işləyən bacısı Zöhrə Paşayevadan təhvil almışdır. O, təhvil-təslim propsesində iştirak etməmiş, buna görə də həmin vaxt əksikgəlmə halların olub-olmamasından məlumatı yoxdur. O, Xəlilova (Makarova) Gülnarə Məmməd qızını 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə mədaxil və məxaric əmillyatları zamanı toplanmış bütün pulları Təqsirləndirilən şəxs «RN42» kassa arayışı və «K5» kitabı ilə təhvil vermişdir. Heç vaxt da təhvil-təslim zamanı aralarında problem olmamış, əksikgəlmə halları aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin X14 mütəxəssisi vəzifəsində işləyən Şahid3, həmin şöbənin mütəxəssisi Şahid4, "xxxx" MMC-nin X5 aparıcı mütəxəssisi Şahid2, 106 aylı poçt şöbəsinin sabiq rəisi Təqsirləndirilən şəxs və onun iştirakı ilə 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində qəfləti reyd yoxlaması aparılmışdır. Qəfləti reyd zamanı poçt göndərişləri və xəzinə qalığı yerində yoxlanılmışdır. Yoxlama iş saatının sonlarına yaxın aparıldığından 106 saylı poçt şöbəsində əməliyyatlar aparılmamış, yəni poçta müraciət edən şəxslər olmamışdır. MMCnin öz fəaliyyətini vahid «Colvir» sistemi üzərindən əlaqələndirdiyindən Şahid2 öz istifadəçi adı və parolu ilə «Colvir» sistemində daxil olaraq həmin vaxtda dair şöbənin nağd pul və qiymətlilər üzrə xəzinə qalığına dair hesabat çıxararaq həmin hesabatla əməliyyatçıların kassaları və şöbə müdiri Xəlilova (Makarova) Gülnarə Məmməd qızının kassası fakti olaraq saymışdır. «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olması görünmüş, lakin faktiki yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı xəzinədə nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı Təqsirləndirilən şəxs tərəfindən «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edərək həmin əksikgəlmə bərpa edilmişdir. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimovun, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaranmış çatışmazlığı izah etməsi tələb olunanda izahatında yoxlama zamanı əskik gələn məbləğin bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən qabaq qayıtdığını lakin çöl qapının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Belə olan halda Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarına məlumat verib-verməməsi soruşulmuş, Gülnarə «mən onsuz da oğurluq olması barədə məlumat versəydim heç kim mənə inanmayacaqdı, buna görə də məlumat verməmişəm» deyə cavab verərək özünü müdafiə etməyə başlamışdır. Lakin o, işlədiyi dövrdə hər hansı bir oğurluq hadisəsi baş verməmiş, Təqsirləndirilən şəxs ona və digər işçilərə oğurluq hadisəsi barədə məlumat verməmidir. Gülnarə özünü müdafiə etmək üçün həmin məzmunda izahat vermişdir. Yaranmış çatışmazlıqla bağlı onun, MMC-nin X5 aparıcı mütəxəssisi Şahid2, MMC-nin X14 baş mütəxəssisi Şahid4, şöbənin sabiq müdiri Təqsirləndirilən şəxs və "xxxx" MMC-nin X14 mütəxəssisi vəzifəsində işləyən Şahid3 iştirakı ilə akt tərtib olunmuş və onlar həmin aktın doğruluğun imzaları ilə təsdiq etmişlər. Şahid5 ona təqdim edilən Bakı PŞ-106 saylı xx.xx.2021-ci il tarixli aktla tanış olaraq göstərmişdir ki, həmin aktdakı «106 saylı PŞ-nin əməliyyatçısı Şahid5» sözlərinin qarşısındakı imza ona məxsusdur. Həmin aktı yaranmış çatışmazlıqla bağlı tərtib etmişlər. "xxxx" MMC-nin rəhbərliyi tərəfində müəyyən edilmiş qrafikə əsasən 2 saylı şöbəsinin baş mühasibi İlqar tərəfindən və Poçt Əməliyyatlar şöbəsi tərəfindən yoxlamalar aparılır. Laikn Təqsirləndirilən şəxs işə yeni bərpa olunduğundan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə heç bir yoxlama aparılmamışdır. Bildiyi qədər, kassa qalığına 2 saylı filial şöbəsinin rəisi, həmin dövrdə Şahid8 və onun tabeliyində olan işçilər sistem üzərindən nəzarət etməlidilər. Həmçinin filiallarla iş şöbəsi tərəfindən də nəzarət edilir. Kassada 500 manatdan çox pul qalmasına səbəb isə inkasasiyanın iş günü başa çatmadan edilməsi olmuşdur. İş günün sonuna qədər isə əməliyyatlar davam etdiyindən kassada 500 manatdan artıq pul yığılmışdır. Bu hal təkcə 106 saylı poçt şöbəsində deyil, bütün şöbələrdə baş verir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin X14 mütəxəssisi vəzifəsində işləyir, xidməti vəzifəsi "xxxx" MMC-nin tabeliyində olan filial və şöbələrin «Colvir» sistemi üzərindən seçmə üsulu ilə aparılan əməliyyatlarını təhlil etməkdən, poçt göndərişlərinə nəzarət etməkdən, şübhə doğuran əməliyyatlar barədə araşdırma aparıb MMC-nin rəhbərliyinə məlumat verməkdən, xidmət keyfiyyətini yerlərdə yoxlamaqdan, seçmə üsul ilə filial və şöbələrin maliyyə əməliyyatlarını qəfləti reydlərlə yerində yoxlamaqdan və s. ibarətdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənilir. Həmin sistemlərin hər biri «Colvir» proqramı ilə inteqrasiya olunur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «Egov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») günün arayışını çıxararaq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə təhvil verilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edilərək pullar maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa «Colvir» sitemi üzərindən də xəzinə qalığı qəbul edilir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan o, MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kislərə yığılır, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə qeyd aparıb imzalanır və kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənərək inkassatora təhvil verilir. Yəni inkassatorın həmin sığortalı kisədə nə qədər pul olmasındın məlumatı olmur. Daha sonra "xxxx" MMC-nin xəzinədarı tərəfindən həmin sığortalı kisə açılaraq sayılır, əskiklik olmasa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən göndərilən pul qəbul edilir. xx.xx.2021-ci il tarixdə o, "xxxx" MMC-nin X5 aparıcı mütəxəssisi Şahid2 və MMC-nin X14 baş mütəxəssisi Şahid4 iştirakı ilə 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində qəfləti reyd zamanı poçt göndərişlərini və xəzinə qalığını yerində yoxlamışlar. Yoxlamada şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 da iştirak etmişdir. Yoxlama iş saatının sonlarına yaxın olduğundan 106 saylı poçt şöbəsində əməliyyatlar aparılmamış, yəni poçta müraciət edən şəxslər olmamışdr. MMC öz fəaliyyətini vahid «Colvir» sistemi üzərində əlaqələndirdiyindən Şahid2 öz istifadəçi adı və parolu ilə «Colvir» sistemində daxil olaraq həmin vaxtda dair şöbənin nağd pul və qiymətlilər üzrə xəzinə qalığına dair hesabat çıxarıb həmin hesabatla əməliyyatçıların kassaları və şöbə müdiri Xəlilova (Makarova) Gülnarə Məmməd qızının kassası fakti olaraq saymışdır. «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olması görünürmüş, lakin faktiki yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı xəzinədə nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı Təqsirləndirilən şəxs tərəfindən «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edilərək həmin əksikgəlməni bərpa edilmişdir. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimovun, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaranmış çatışmazlığı izah etməsi tələb olunanda izahatında yoxlama zamanı əskik gələn məbləğin bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən əvvəl qayıtdığını lakin çöl qapının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Belə olan halda hüquq-mühafizə orqanlarına məlumat verib-verməsi soruşulmuş, Gülnarə «mən onsuz da oğurluq olması barədə məlumat versəydim heç kim mənə inanmayacaqdı, buna görə də məlumat verməmişəm» deyə cavab verərək özünü müdafiə etməyə başlamışdır. Yoxlamadan əvvəl Xəlilova (Makarova) Gülnarə Məmməd qızı heç bir hüquqi və fiziki şəxsdən qiymətlilər üzrə alacağının və borcunun olmaması barədə yazılı iltizam vermişdir. Yaranmış çatışmazlıqla bağlı onun, MMC-nin X5 aparıcı mütəxəssisi Şahid2, MMC-nin X14 baş mütəxəssisi Şahid4, şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə akt tərtib olunmuş və iştirakçılar həmin aktın doğruluğu imzaları ilə təsdiq etmişlər. Daha sonra həmin aktı MMC-nin rəhbərliyinə təqdim etmişlər. Şahid3 ona təqdim edilən Bakı PŞ-106 saylı xx.xx.2021-ci il tarixli aktla tanış olaraq, həmin aktdakı və "xxxx" MMC-nin F.İ.Ş-nin mütəxəssisi Şahid3» sözlərinin qarşısındakı imzanın ona məxsus olduğunu, qeyd edilən aktın Xəlilova (Makarova) Gülnarə Məmməd qızının rəisi olduğu 106 saylı poçt şöbəsində nağd vəsaitlə bağlı çatışmazlığın araşdırılması ilə bağlı tərtib edildiyini qeyd etmişdir. "xxxx" MMC-nin daxili audit şöbəsinin rəhbərliyi tərəfindən tərtib olunmuş illik iş qrafikinə əsasən MMC-nin tabeliyində olan filialların qrafikə uyğun yoxlanılması təmin edilir, lakin həmin müddətlərin dövrlüyü barədə məlumatı yoxdur. Qəfləti reydlər isə Filiallarla iş şöbəsi tərəfindən seçmə üsul ilə aparılır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yoxlama zamanı şöbənin əməkdaşları oğurluq hadisəsinin olmadığını bildirirmişlər. Həmçinin xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində “Colvir” sistemində gün sonuna kassa qalığını 14077,27 manat olaması Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdi. xx.xx.2021-ci il tarixdə qəfləti kassa sayımı zamanı isə “Colvir” sistemində kassada 18725.29 manat pul olduğu göstərilsə də kassada yerində 285,75 manat pul aşkar edilmişdir. Yəni Şahid2 tərəfindən “Colvir” sistemindən çıxarış edilən zaman xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsinə 4947,02 manat mədaxil olunduğu görünürdü. Lakin həmin pul da kassada yox idi. Gülnarə bunu da izah edə bilməmişdir. Bu hal özü də oğruluq hadisənin olmadığını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 göstərmişdir ki, o, 1984-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində əməliyyatçı vəzifəsində işəyir, xidməti vəzifəsi xidmət mədəniyyətinin tələblərinə uyğun olaraq müştərilərin poçt, maliyyə və digər xidmətlər barədə verilmiş suallarını ətraflı və dolğun cavablandırmaqdan, beynəlxalq poçt göndərişlərinin qəbulu, göndərilməsi və çatdırılması əməliyyatını, o cümlədən daxili və beynəlxalq tarifləri bilməkdın, iş günü ərzində qəbul olunmuş və ödənilmiş, göndərilmiş poçt göndərişləri haqda günün sonunda statistik hesabat tərtib etməkdın, iş gününün sonunda daxil olmuş poçt göndərişlərinin (qiymətli və adi göndərişlər, pul köçürmələri və s.) qalığını çıxarmaqdın və kassa arayışını imzalayaraq PŞ rəisinə (rəis müavininə) təhvil verməkdən, iş prosesində PŞ rəisindən (müavinindən) başqa heç bir işçi ilə nağd pulların mübadiləsini etməməkdən, iş gününün sonunda mədaxil və məxaric sənədləri üzrə müvafiq «RN-42» arayışı tərtib etməkdən (kompyuterə işlənilmiş poçt göndərişləri üçün hər proqramdan əlavə arayış çıxarılmaqla) və pul sənədləri üzrə PŞ rəisi (rəis müavini) ilə son hesablaşma aparmaqdən, adlı əşyaları, istifadə olunmuş ciddi hesabat qəbzlərini şöbə rəisinə (müavininə) təhvil verməkdən və s. ibarətdir. İş saatı həftənin 6 günü saat 09:00-da başlayır saat 18:00-da bitir, saat 13:00dan saat 14:00 qədər nahar fasiləsi olur. 106 saylı poçt şöbəsində mühafizəçi yoxdur. Həmçinin poçtda mühafizə kameraları yoxdur. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 106 saylı poçt şöbəsində əməliyyatçı vəzifəsində ondan başqa Şahid5 və Zöhrə Paşayeva işləmişlər, poçt rəisi vəzifəsində isə Təqsirləndirilən şəxs işləmişdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları o və digər əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənilir. Həmin sistemlərin hər biri «Colvir» proqramına inteqrasiya olunur. O, günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») günün arayışını çıxararaq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib edir. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığını poçt şöbəsinin müdirinə, həmin vaxt isə Təqsirləndirilən şəxs təhvil veri. Gülnarə tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edilərək pulları tam maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa «Colvir» sitemi üzərindən də xəzinə qalığı qəbul olunur. Gülnarə tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan o, MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Bundan başqa əməliyyatçılar tərəfindən aparılan mədaxil və məxaric əməliyyatları zamanı kassada çox pul yığılarsa poçt şöbəsinin rəisinə «K5» kitabı ilə günün istənilən vaxtı pulu təhvil verilir, həmin kitab həm onun, həm də ki, Gülnarə tərəfindən imza edilir. Kassadan rəisə pul verilməsinə dair isə günün sonunda tərtib edilən «RN42» kassa arayışında qeydlər aparılır. Təqsirləndirilən şəxs yığılmış pulları xidməti otağında olan seyfdə saxlamışdır. Xidmətinin otağının və seyfin açarı yalnız Gülnarənin özündə olmuşdur. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən rəisə təqdim edilmiş kislərə yığılır, həmin kisədə xəzinəyə Təqsirləndirilən şəxs tərəfindən göndərilən maliyyə vəsaiti barədə qeyd aparılıb imzalanaraq kisənin içərisinə qoyulur. Hər bir əsginas üzrə nominalların sayı göstərilir. Daha sonra kisə əvvəlcədən poçt şöbələrinə təqdim edilmiş plastik materialdan olan nömrəli möhürlərlə bağlanaraq İnkassatora təhvil verilir və bu zaman forma 16 adlı qaimə tərtib olunur. Həmin qaimədə pulu təhvil verən poçt şöbəsinin rəisi Təqsirləndirilən şəxs, pulu təhvil alan İnkassatorun adı, soyadı və kisənin bağlandığı plastik möhürün nömrəsi qeyd edilir. Qaimənin bir nüsxəsi poçt şöbə rəisində, digəri isə inkassatorda qalır. Yəni inkassatorun həmin sığortalı kisədə nə qədər pul olması barədə məlumatı olmur. Daha sonra İnkassator tərəfindən kisələr "xxxx" MMC-nin xəzinədarlığına təhvil verilir, orada həmin sığortalı kisə açılaraq sayılır, əskiklik olmasa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən göndərilən pul qəbul edilir. Onun Xəlilova (Makarova) Gülnarə Məmməd qızı ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi 12 iyul 2021-ci il tarixdən 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuş, lakin təhvil-təslim xx.xx.2021-ci il tarixdə edilmişdir. Gülnarə 106 saylı poçt şöbəsini həmin şöbədə əməliyyatçı işləyən Zöhrə Paşayevadan təhvil almışdır. O, təhviltəslim propsesində iştirak etməmiş, buna görə də həmin vaxt əksikgəlmə hallarının olubolmamasından məlumatı yoxdur. O, Xəlilova (Makarova) Gülnarə Məmməd qızının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində işlədiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə mədaxil və məxaric əməliyyatları zamanı toplanmış bütün pulları Təqsirləndirilən şəxs, yuxarıda qeyd etdiyi kimi, «RN42» kassa arayışı və «K5» kitabı ilə təhvil vermişdir. Heç vaxt günün sonunda təhvil-təslim zamanı aralarında problem olmamış, əksikgəlmə halları aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə daxili tapışırıq əsasında o, "xxxx" MMC-nin 2 saylı filiallının 116 saylı poçt şöbəsində müvəqqəti olaraq işləmişdir. Həmin gün iş yoldaşı Şahid5 ona zəng edərək "xxxx" MMC-nin əməkdaşları tərəfindən yoxlama aparıldığını, onun da iştirak etməli olduğunu bildirmişdir. O, 106 poçt şöbəsinə gələn zaman orada "xxxx" MMC-nin X14 mütəxəssisi vəzifəsində işləyən Şahid3, həmin şöbənin mütəxəssisi Şahid4, "xxxx" MMC-nin X5 aparıcı mütəxəssisi Şahid2 yoxlama apardıqlarını görmüşdür. Ona, Şahid5, Zöhrə Paşayevaya və şöbə rəisi Təqsirləndirilən şəxs məxsus kassa qalıqları və poçtda olan digər qiymətli əşyalar yerində yoxlanılmışdır. Ona, Şahid5 və Zöhrə Paşayevaya məxsus kassalarda hər hansı bir əksikgəlmə halı aşkar olunmamışdır. Lakin şöbə rəisi Təqsirləndirilən şəxs kassasında əksikgəlmə halı aşkar edilmişdir. O, yoxlamada iştirak etmədiyinə görə əksikgəlmənin nə qədər olmasından məlumatı yoxdur. Lakin sonradan öyrənmişdir ki, qəfləti kassa sayımı zamanı xəzinədə nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuş, qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı Təqsirləndirilən şəxs tərəfindən «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edilərək həmin əksikgəlmə bərpa edilmiş, aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatı əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimovun, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu dəqiqləşdirilmişdir. Daha sonra aşkar edilmiş əksikgəlmə ilə bağlı onların izahatları alınmışdır. Təqsirləndirilən şəxsndan yaranmış çatışmazlığı izah etməsi tələb olunanda izahatında yoxlama zamanı əskik gələn məbləğin bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən əvvəl qayıtdığını lakin çöl qapının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir.Belə olan halda hüquq-mühafizə orqanlarına məlumat verib-verməməsi soruşulmuş, Gülnarə isə heç kimə məlumat vermədiyini bildirmişdir. Lakin onun işlədiyi dövrdə hər hansı oğurluq hadisəsi baş verməmiş, Təqsirləndirilən şəxs ona və digər işçilərə oğurluq hadisəsi barədə məlumat verməmişdir. Qeyd edilən dövrdə poçtda heç bir mühafizə kamerası olmamışdır. Gülnarə özünü müdafiə etmək üçün həmin məzmunlu izahat vermişdir. Həmçinin 2021-ci ilin noyabr-dekabr ayında işlərin çoxluğu ilə əlaqədar çox vaxt nahar fasiləsində də işdə olmuşdur. Lakin bəzi günlər filial rəisinin əmri ilə 116 saylı poçt şöbəsində olmuşdur. Gülnarənin hesabında yaranmış çatışmazlıqla bağlı akt tərtib edilmiş, lakin o, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən müəyyən edilmiş qrafikə əsasən 2 saylı şöbəsinin baş mühasibi İlqar və Poçt Əməliyyatlar şöbəsi tərəfindən yoxlamalar aparılır. Lakin Təqsirləndirilən şəxs işə təzə bərpa olunduğundan xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə heç bir yoxlama aparılmamışdır. Bildiyi qədər, kassa qalığına 2 saylı filial şöbəsinin rəis, həmin dövrdə Şahid8 və onun tabeliyində olan işçilər nəzarət etməli olmuşlar. Lakin filiallarla iş şöbəsi tərəfindən də kassa qalığına nəzarət edilir. Bundan başqa poçt şöbəsindən pulların yığılması iş vaxtı başa çatmadan aparıldığı üçün günün iş sonunun axırına qədər əməliyyatlar davam edir. Bu da istər-istəməz kassa qalığın iş günün sonuna 500 manatdan çox olmasına təsir edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid7 göstərmişdir ki, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin 2 saylı poçt filialında mühasib vəzifəsində işləyir. Xidməti vəzifəsi hüquqi şəxslərə mühasibatlıq işini təşkil etməkdən, daxili əmr əsasında bəzi hallarda təhvil-təslim aparmaqdan və s. ibarətdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənir. Həmin sistemlərin hər biri «Colvir» proqramına inteqrasiya olunur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gün arayış çıxararaq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə təhvil verilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edərək pulları maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa «Colvir» sistemi üzərindən də xəzinə qalığı qəbul edilir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan sonuncu MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində əməliyyatlar həmin istifadəçi adı və parolu əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kislərə yığılır, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə qeyd aparıb imzalanaraq kisənin içərisinə qoyulur. Hər bir əsginas üzrə nominalların sayı göstərilir. Daha sonra kisə əvvəlcədən poçt şöbələrinə təqdim edilmiş plastik materialdan olan nömrəli möhürlərlə möhürlənərək şöbə rəisi tərəfindən bağlanılır. İnkassator kisəni təhvil alan zaman «forma 16» adlı qaimə tərtib olunur. Həmin qaimədə pulu təhvil verən poçt şöbəsinin rəisinin adı, pulu təhvil alan İnkassatorun adı, soyadı və kisənin bağlandığı plastik möhürün nömrəsi qeyd edilir. Qaimənin bir nüsxəsi poçt şöbəsini rəisində, digəri isə inkassatorda qalır. Yəni inkassatorun həmin sığortalı kisədə nə qədər pul olması barədə məlumatı olmur. Daha sonra İnkassator tərəfindən kislələr "xxxx" MMC-nin xəzinədarlığına təhvil verilir, orada həmin sığortalı kisə açılaraq sayılır, əskiklik olmasa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən göndərilən pul qəbul edilir. O, Xəlilova (Makarova) Gülnarə Məmməd qızını tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-487/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ləğv edildikdən sonra Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə yenidən bərpa olunmuşdur. Bundan sonra həmin qərar əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmri ilə Xəlilova (Makarova) Gülnarə Məmməd qızının işdən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1870 saylı əmr ləğv edilmiş, 12 iyul 2021-ci il tarixdən Təqsirləndirilən şəxs 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuşdur. Həmin əmr faktiki olaraq xx.xx.2021-ci il tarixdə ona verildiyindən o, xx.xx.2021-ci il tarixdə səhər saatlarında 106 saylı poçt şöbəsinə gedərək şöbənin xəzinə qalığını 106 saylı poçt şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən əməliyyatçısı Zöhrə Paşayevadan təhvil alaraq Xəlilova (Makarova) Gülnarə Məmməd qızına təhvil vermişdir. Yəni onun, 106 saylı poçt şöbəsinin əməliyyatçısı Zöhrə Paşayevanın və Xəlilova (Makarova) Gülnarə Məmməd qızının iştirakı ilə təhvil-təslim keçirilmişdir. Təhvil-təslimə getməmişdən əvvəl öz istifadəçi adı və parolu ilə «Colvir» sisteminə daxil olaraq xx.xx.2021-ci il tarixə 106 saylı poçt şöbəsinin xəzinə qalığını və kommersiya malların dövriyyə cədvəlini çıxarmışdır. «Colvir» sisteminə əsasən 3202,40 manat xəzinədə pul olmalı imiş. Lakin faktiki sayım zamanı xəzinədə 1132,40 manat aşkarlanmış, 2070 manat isə əksik gəlmişdir. Digər qiymətlilər üzrə isə heç bir əksikgəlmə halı müəyyən edilməmişdir. Yəni faktiki sayım zamanı dollar üzrə 470,58 dollar, 5158,41 manatlıq poçt ödəniş nişanları, 67 manatlıq bağlama qutu, 300 manatlıq iş dəftəri yerində olmuş, digər qiymətlilər isə faktiki olaraq qurtardığı üçün yerində aşkar edilməmişdir. Zöhrə Paşayevadan əksik gələn 2070 manatı izah etməsi bildirəndə o, həmin pulun 106 saylı poçt şöbəsinin sabiq rəisi Əli İbrahimova aid olduğunu bildirmişdir. O, 2 saylı poçt filialın baş mühasibi Şahid10 zəng etmiş, İlqar 2070 manat əskikliyin Əli İbrahimova məxsus olduğunu təsdiqləmişdir. O da aktda bu barədə qeyd verərək digər iştirakçıların iştirakı ilə aktın doğruluğunu təsdiqləmişdir. Şahid7 ona təqdim edilən xx.xx.2021-ci il tarixli təhviltəslim aktı ilə tanış olmuş, həmin aktdakı «Şahid6» sözlərinin qarşısındakı imza ona məxsusdur. Təhvil-təslim zamanı Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 106 saylı poçt şöbəsini manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, poçt ödəniş nişanları üzrə 5158,41 manat, bağlama qutu üzrə 67 manat, iş dəftəri üzrə 300 manat qalıqla xx.xx.2021-ci il tarixdə maddi məsuliyyətinə qəbul etmişdir. "xxxx" MMC-nin daxili audit şöbəsinin rəhbərliyi tərəfindən tərtib olunmuş illik iş qrafikinə əsasən MMC-nin tabeliyində olan filialların qrafikə uyğun yoxlanılması təmin edilir. Lakin həmin müddətlərin dövrlüyü barədə məlumatı yoxdur. Onun poçt şöbələrinin xəzinə qalığına nəzarət etmək səlahiyyəti yoxdur. Nəzarətin hansı qaydada aparılmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunsa da, onun 106 saylı poçt şöbəsini təhvil alması xx.xx.2021-ci il tarixində olmuş və Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən poçta faktiki olaraq rəis vəzifəsində işləməyə başlamışdır. Məhkəmə iclasında Şahid8 Sövkət oğlunun elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, 26 avqust 2016-cı ildən "xxxx" MMC-də işləyir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin X5 rəisi müavini vəzifəsinə təyin edilmiş, 21 iyun 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə həmçinin "xxxx" MMC-nin 2 saylı Poçt filialının rəis əvəzi vəzifəsini icra etmişdir. Filialının rəis olaraq onun xidməti vəzifəsi PF-nin Əsasnaməsinə uyğun olaraq iş fəaliyyətinin qurulması və onun bütün tələblərinin yerinə yetirilməsi, yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə yüksək keyfiyyətli və fasiləsiz poçtmaliyyə və bank xidmətlərinin göstərilməsi, PF-nin rentabelli və mənfəətli fəaliyyətinin təmin edilməsi, PF-də nizam-intizamın qorunması, əsas istehsal fondlarından, maliyyəmaterial ehtiyatlarından səmərəli istifadə edilməsi, PF-də və onun strukturuna daxıl olan PŞ-lərdə gündəlik aparılan bütün əməliyyatların mərkəzləşdirilmiş sistemə (proqrama) vaxtında işlənməsi və gündəlik icmal balans alınmasına nəzarət edilməsi, PF-də əmək qanunvericiliyinə və əməyin mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına riayət edilməsi, poçt obyektlərinin nəzərdə tutulmuş iş rejimi çərçivəsində, poçtun və rabitə avadanlıqlarının fasiləsiz işləməsinin təmin edilməsi, PF-nin strukturuna daxıl olan PŞ-lərə gündəlik poçtun daşınmasına, mübadiləsinə, çatdırılmasına, nağd pulların inkasasiya olunmasına nəzarət edilməsi, PF-nın fəaliyyəti haqqında hesabatın qüvvədə olan forma əsasında tərtib edilərək Cəmiyyətə təqdim edilməsi və s daxildir. O, Xəlilova (Makarova) Gülnarə Məmməd qızını tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 01 iyul 2020-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ilə isə X2 özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(009)-487/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ləğv edilmiş, Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə yenidən bərpa olunmuşdur. Bundan sonra həmin qərar əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmri ilə Xəlilova (Makarova) Gülnarə Məmməd qızının işdən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1870 saylı əmr ləğv edilmiş, 12 iyul 2021-ci il tarixdən Təqsirləndirilən şəxs 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuşdur. Gülnarə Məmmədovanın rəisi olduğu 106 saylı poçt şöbəsində yaranmış çatışmazlıqla əlaqədar sonuncu "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli 64 saylı əmri ilə isə özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, faktiki olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktına əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılmış və həmin vəzifənin icrası xx.xx.2021-ci il tarixdən 2 saylı Poçt filialının 124 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid9 həvalə edilmişdir. 12 iyul 2021ci il tarixdən Təqsirləndirilən şəxs 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunsa da həmin əmr faktiki olaraq xx.xx.2021-ci il tarixdə 2 saylı poçt filialına təqdim edilmiş və onun göstərişi ilə MMC-nin 2 saylı poçt filialında mühasib işləyən Şahid7 tərəfindən Təqsirləndirilən şəxs ilə həmin vaxt rəis vəzifəsini icra edən 106 saylı poçt şöbəsinin əməliyyatçısı Zöhrə Paşayeva arasında təhvil-təslim keçirilmişdir. Şahid7 təhvil-təslimə getməmişdən əvvəl öz istifadəçi adı və parolu ilə «Colvir» sisteminə daxil olaraq xx.xx.2021-ci il tarixə 106 saylı poçt şöbəsinin xəzinə qalığını və kommersiya malların dövriyyə cədvəlini çıxartmışdır. «Colvir» sisteminə əsasən xəzinədə 3020,40 manat pul olmalı imiş, lakin faktiki sayım zamanı xəzinədə 1132,40 manat aşkarlanmış, 2070 manat isə əksik gəlmişdir. Digər qiymətlilər üzrə isə heç bir əksikgəlmə halı müəyyən edilməmişdir. Yəni faktiki sayım zamanı dollar üzrə 470,58 dollar, 5158,41 manatlıq poçt ödəniş nişanları, 67 manatlıq bağlama qutu, 300 manatlıq iş dəftəri yerində olmuşdur. Digər qiymətlilər isə faktiki olaraq qurtardığı üçün yerində aşkar edilməmişdir. Zöhrə Paşayevadan əksik gələn 2070 manatı izah etməsi bildirəndə o, həmin pulun 106 saylı poçt şöbəsinin sabiq rəisi Əli İbrahimova aid olduğunu bildirmiş, Sevda 2 saylı poçt filialın baş mühasibi Şahid10 zəng etmiş, İlqar da 2070 manat əskikliyin Əli İbrahimova məxsus olduğunu təsdiqləmişdir. Şahid6 özünün, Xəlilova (Makarova) Gülnarə Məmməd qızının və 106 saylı poçt şöbəsinin əməliyyatçısı Zöhrə Paşayevanın iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib etmişdir, həmin hal aktda edilmişdir. Qeyd edilən təhvil-təslim zamanı Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 106 saylı poçt şöbəsini manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, poçt ödəniş nişanları üzrə 5158,41 manat, bağlama qutu üzrə 67 manat, iş dəftəri üzrə 300 manat qalıqla qəbul etmişdir. Təqsirləndirilən şəxs ilə Zöhrə Paşayeva doğma bacıdırlar. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-Gov», «Vesterunion», «Zalataya corona», «Contact», «Upete») işlənilir. Həmin sistemlərin hər biri «Colvir» proqramı ilə inteqrasiya olunmuşdur. Əməliyyatçı günü sonunda apardığı əməliyyatları dair həmin sistemlərdən («APUS», «E- Gov» «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gündəlik arayış çıxaraq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» adlandırdıqları arayışı çıxarılır. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığını poçt şöbəsinin müdirinə təhvil verilir. «F130» arayışı həmçinin «Colvir» sistemin üzərindən poçt şöbəsinin rəisinə göndərilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edilərək pulları maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa «Colvir» sistemi üzərindən də xəzinə qalığı qəbul edilir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan o, MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kislərə yığılır, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə qeyd aparılıb imzalanır və kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənərək inkassatora təhvil verilir. Yəni inkassatorun həmin sığortalı kisədə nə qədər pul olması barədə məlumatı olmur. Daha sonra "xxxx" MMC-nin xəzinədarı tərəfindən həmin sığortalı kisə açılaraq sayılır, əksiklik olmasa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən göndərilən pul qəbul edilir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, həmin şöbənin mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı keçirilmişdir. Həmin aktda «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olmalı imiş. Lakin fakti yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı Gülnarə tərəfindən «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edərək həmin əksikgəlməni bərpa edilmişdir. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən qeyd etdiyi kimi 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu qeyd olunmuşdur. Qəfləti kassa sayımı əmələ gəlmiş zamanı Əksikgəlmə ilə əlaqədar Təqsirləndirilən şəxs izahatında yoxlama zamanı əskik gələn məbləğin yuxarıda qeyd olunan tarixdən bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən əvvəl qayıtdığını lakin çöl qapısının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yoxlamaya təqdim etdiyi digər izahatında nahar vaxtı pul ödənişi üçün banka getdiyini, qayıdarkən çöl qapının açıq olduğunu gördüyünü, xəzinədən pul oğurlandığını fərq etdiyini, bu barədə heç bir orqana məlumat vermədiyini və pulun qaytarılması üçün özünə vaxt verilməsini bildirmişdir. Lakin Gülnarə ona heç vaxt oğurluq hadisəsi olması barədə məlumat verməmişdir. Bundan sonra o, işçilərlə də söhbət edən zaman ona heç bir oğurluq hadisəsi olmadığını bildirilmişdir. Həmçinin həmin şöbədə işləyən Şahid6 bildirmişdir ki, o, nahar fasilələri zamanı həmişə işdə olmuş və heç vaxt oğurluq hadisəsi baş verməmişdir. Şahid8 poçt şöbəsinin xəzinəsində günlər üzrə limitdən artıq xəzinə qalıqları saxlanılması xüsusatına dair qeyd etmişdir ki, 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1-MO/Ş-19 saylı icazəyə əsasən şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500.0 manata qədər nağd pul vəsaitləri saxlanıla bilər. Lakin 106 poçt şöbəsində inkasasiya əməliyyatı iş günü başa çatmadan aparıldığından həmişə günün sonuna qədər müştərilərə xidmət göstərildiyi üçün 500 manatdan çox kassa qalığı olmuşdur. Onun xidməti vəzifəsi yalnız sistem üzərindən kassa qalığını izləmək olmuşdur. Təqsirləndirilən şəxs ilə şifahi olaraq kassada limitdən artıq pulun qalmasına dair sorğu sual edən zaman ona həmişə pul xəzinəyə göndərdiyini deyirmiş. Onun isə sistem üzərindən xəzinəyə daxil olmaq imkanı olmadığından Gülnarənin dediklərini fiziki baxımdan yoxlamaq imkanı olmamışdır. Poçt şöbələrinin xəzinəsi birbaşa olaraq MMC-nin Nağd vəsaitlər şöbəsinə tabedir. O, filial müdiri olaraq xəzinəni yerində yoxlayaraq aktlaşdırmaq səlahiyyəti olmamışdır. Poçt şöbələrinin xəzinə qalığı Filiallarla iş şöbəsi və daxili audit şöbəsi tərəfindən qəfləti yoxlamalar və ya audit yoxlamaları tərəfindən yerində yoxlanılır. Həmin yoxlamaların dövrlüyü MMC-nin rəhbərliyi tərəfindən müəyyən edilir. Şahid8 əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci tarixli qəfləti yoxlamadan başqa Gülnarənin fəaliyyəti yoxlanmamışdır. Məhkəmə iclasında Şahid9 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin 124 saylı Poçt filialının rəis müavini vəzifəsində işləyir. Xəlilova (Makarova) Gülnarə Məmməd qızını əvvəllər tanımır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin X14 mütəxəssisi vəzifəsində işləyən Şahid3, həmin şöbənin mütəxəssisi Şahid4, "xxxx" MMC-nin X5 aparıcı mütəxəssisi Şahid2, 2 saylı Poçt filialının 106 aylı poçt şöbəsinin sabiq rəisi Təqsirləndirilən şəxs, 106 saylı poçt şöbəsinin əməliyyatçı vəzifəsində işləyən Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs kassa qalığında yaranmış çatışmazlıqla bağlı 106 saylı poçt şöbəsinin faktiki kassa qalığı sonuncudan alınaraq ona təhvil verilmişdir. «Colvir» sistemində 106 saylı poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olması görünürmüş, lakin fakti yerində sayım zamanı nağd pul – manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni qəfləti kassa sayımı zamanı xəzinədə nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı Təqsirləndirilən şəxs tərəfindən «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edilərək həmin əksikgəlməni bərpa edilmişdir. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsndan yaranmış çatışmazlığı izah etməsi tələb olunanda, izahatında yoxlama zamanı əskik gələn məbləğin bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən əvvəl qayıtdığını lakin çöl qapının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Belə olan halda hüquq-mühafizə orqanlarına məlumat verib-verməsi soruşulmuş, Gülnarə «mən onsuz da oğurluq olması barədə məlumat versəydim heç kim mənə inanmayacaqdı, buna görə də məlumat verməmişəm» deyə cavab verərək özünü müdafiə etməyə başlamışdır. Bundan sonra adlarını qeyd etdiyi şəxslərinin iştirakı ilə akt tərtib olunmuş, faktiki kassa qalığı ona təhvil verilmişdir. Şahid9 ona təqdim edilən «PŞ- 106» saylı xx.xx.2021-ci il tarixli aktla tanış olaraq, həmin aktdakı «təhvil almış» xanasındakı imzanın ona məxsus olduğunu qeyd etmişdir. "xxxx" MMC tərəfindən tabeliyində olan filialların və poçt şöbələrində yoxlamalar qəfləti olur, bildiyi qədər hər hansı bir vaxt limiti nəzərdə tutulmamışdır. Bildiyi qədər, kassa qalığına 2 saylı filial şöbəsinin rəis, həmin dövrdə Şahid8 və onun tabeliyində olan işçilər nəzarət etməli olmuşlar, həmçinin MMC-nin xəzinədarlığı tərəfindən nəzarət edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid10 göstərmişdir ki, o, 15 yanvar 2012-ci il tarixdən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin 2 saylı Poçt filialının baş mühasibi vəzifəsində işləyir. Xidməti vəzifəsinə poçt şöbənin işçilərinin əmək və icra intizamına riayət etmələrinə nəzarət etmək və onların davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil etmək, filialın maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət etmək, filial və poçt şöbələri tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat eməliyyatiarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək, daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və uçotunu təşkil və nəzarət etmək, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək, ilkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə, mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək, maliyyə intizamına ciddi əməl edilməsini, inzibati, təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək, müştərilərdən köçürmə yolu ilə Filialın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik kassa qalığının yoxlanılmasına nəzarət etmək, filial adından ödəmə aparılarkən köçürmə sənədlərinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək, tabeli poçt şöbələrində gösterilən xidmətlərdən əldə edilən nağd pul vəsaitlərinin vaxtında və düzgün mədaxil olunmasına və Baş xəzinəyə göndərilməsinə sistem üzərindən gündəlik nəzarət etmək, baş xəzinədə və poçt şöbələrinin kassalarında qəfləti yoxlamaların aparılmasına nəzarət etmək və s aiddir. O, Xəlilova (Makarova) Gülnarə Məmməd qızını tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 01 iyul 2020-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-nin 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ilə əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-487/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmri ləğv edilmiş, Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə yenidən bərpa olunmuşdur. Bundan sonra həmin qərar əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmri ilə Xəlilova (Makarova) Gülnarə Məmməd qızının işdən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli 1870 saylı əmr ləğv edilmiş, 12 iyul 2021-ci il tarixdən Təqsirləndirilən şəxs 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuşdur. Gülnarə Məmmədovanın rəisi olduğu 106 saylı poçt şöbəsində yaranmış çatışmazlıq ilə əlaqədar sonuncu "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 64 saylı əmri ilə isə özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, faktiki olaraq isə Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktına əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırılmış və həmin vəzifənin icrası xx.xx.2021-ci il tarixdən 2 saylı Poçt filialının 124 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid9 həvalə edilmişdir. Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunsa da, həmin əmr faktiki olaraq xx.xx.2021-ci il tarixdə 2 saylı poçt filialına təqdim edilmiş və MMC-nin 2 saylı poçt filialında mühasib işləyən Şahid7 tərəfindən Təqsirləndirilən şəxs ilə həmin vaxt rəis vəzifəsini icra edən 106 saylı poçt şöbəsinin əməliyyatçısı Zöhrə Paşayeva arasında təhvil-təslim keçirilmişdir. Şahid7 təhvil-təslimə getməmişdən əvvəl öz istifadəçi adı və parolu ilə «Colvir» sisteminə daxil olaraq xx.xx.2021-ci il tarixə 106 saylı poçt şöbəsinin xəzinə qalığını və kommersiya malların dövriyyə cədvəlini çıxarmış, «Colvir» sisteminə əsasən 3202,40 manat xəzinədə pul olmalı imiş, lakin faktiki sayım zamanı xəzinədə 1132,40 manat aşkarlanmış, 2070 manat isə əksik gəlmişdir. Digər qiymətlilər üzrə isə heç bir əksikgəlmə halı müəyyən edilməmişdir. Yəni faktiki sayım zamanı dollar üzrə 470,58 dollar, 5158,41 manatlıq poçt ödəniş nişanları, 67 manatlıq bağlama qutu, 300 manatlıq iş dəftəri yerində olmuşdur. Digər qiymətlilər isə faktiki olaraq qurtardığından yerində aşkar edilməmişdir. Zöhrə Paşayevaya əksik gələn 2070 manatı izah etməsi bildirəndə o, həmin pulun 106 saylı poçt şöbəsinin sabiq rəisi Əli İbrahimova aid olduğunu bildirmiş, Sevda da onunla əlaqə saxlayaraq bu xüsusatı dəqiqləşdimişdir. Həqiqətən də Əli İbrahimov işdən azad olunan zaman kassada 2070 manat əksikgəlmə halı olmuşdur. X17 tərəfindən 200 manat ödəniş edilmişdir. Şahid6, onun, Xəlilova (Makarova) Gülnarə Məmməd qızının və 106 saylı poçt şöbəsinin əməliyyatçısı Zöhrə Paşayevanın iştirakı ilə xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, qeyd edilən təhvil-təslim zamanı Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 106 saylı poçt şöbəsini manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, poçt ödəniş nişanları üzrə 5158,41 manat, bağlama qutu üzrə 67 manat, iş dəftəri üzrə 300 manat qalıqla qəbul etmişdir. Təqsirləndirilən şəxs ilə Zöhrə Paşayeva doğma bacıdırlar. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənilirr. Həmin sistemlərin hər biri «Colvir» proqramına inteqrasiya olunur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «Egov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gün arayış çıxararaq vahid RN42 arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair F130 arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə təhvil verilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmasa «RN42» kassa arayışına imza edilərək pullar maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa «Colvir» sistemi üzərindən də xəzinə qalığı qəbul edilir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd etdiyi əməliyyat təsdiq edildiyi andan sonuncu MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kislərə yığılır, həmin kisədə xəzinəyə göndərilən maliyyə vəsaiti barədə qeyd aparıb imzalanaraq kisənin içərisinə qoyulur. Hər bir əsginas üzrə nominalların sayı göstərilir. Daha sonra kisə əvvəlcədən poçt şöbələrinə təqdim edilmiş plastik materialdan olan nömrəli möhürlərlə şöbə rəisi tərəfindən bağlanılır. İnkassator kisəni təhvil alan zaman «forma 16» adlı qaimə tərtib olunur. Həmin qaimədə pulu təhvil verən poçt şöbəsinin rəisinin adı, pulu təhvil alan inkassatorun adı, soyadı və kisənin bağlandığı plastik möhürün nömrəsi qeyd edilir. Qaimənin bir nüsxəsi poçt şöbə rəisində, digəri isə inkassatorda qalır. Yəni inkassatorun həmin sığortalı kisədə nə qədər pul olması barədə məlumatı olmur. Daha sonra İnkassator tərəfindən kisələr "xxxx" MMCnin xəzinədarlığına təhvil verilir, orada həmin sığortalı kisə açılaraq sayılır, əskiklik olmasa «Colvir» sistemi üzərindən poçt şöbəsinin müdiri tərəfindən göndərilən pul qəbul edilir. xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, həmin şöbənin mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı keçirilmişdir. Həmin aktda «Colvir» sistemində 106 poçt şöbəsində nağd pul – manat üzrə 18725,29 manat, dollar üzrə 4710 dollar, poçt ödəniş nişanları üzrə 3389,98 manat, bağlama qutu üzrə 148 manat, lotereya üzrə 37 manat, zərf üzrə 540 manat, kitab üzrə isə 315 manat olmalı imiş, lakin fakti yerində sayım zamanı nağd pul-manat üzrə 285,75 manat, dollar üzrə 210 dollar, poçt ödəniş nişanları üzrə 3240,80 manat, bağlama qutu üzrə 115 manat, lotereya üzrə 0 manat, zərf üzrə 40 manat, kitab üzrə isə 240 manat olduğu müəyyən edilmişdir. Yəni Qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı Gülnarə tərəfindən «Colvir» sistemində şöbənin xəzinəsinə ödəniş edilərək həmin əksikgəlməni bərpa edilmişdir. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən qeyd etdiyi kimi 200 manat Əli İbrahimov tərəfindən ödənildiyindən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu qeyd olunmuşdur. Qəfləti kassa sayımı zamanı aşkar edilmiş əskikgəlmə ilə əlaqədar Təqsirləndirilən şəxs izahatında əskik gələn məbləğin yuxarıda qeyd olunan tarixdən bir necə gün əvvəl nahar fasiləsi zamanı işçilərinin şöbədən nahara getdiklərini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən əvvəl qayıtdığını lakin çöl qapının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yoxlamaya təqdim etdiyi digər izahatında nahar vaxtı pul ödənişi üçün banka getdiyini, qayıdarkən çöl qapının açıq olduğunu gördüyünü, xəzinədən pul oğurlandığını fərq etdiyini, bu barədə heç bir orqana məlumat vermədiyini və pulun qaytarılması üçün özünə vaxt verilməsini bildirmişdir. Lakin Gülnarə ona heç vaxt oğurluq hadisəsi olması barədə məlumat verməmişdir. Bundan sonra o, işçilərlə də söhbət edən zaman ona heç bir oğurluq hadisəsi olmadığını bildirmişlər. Həmçinin həmin şöbədə işləyən Şahid6 bildirmişdir ki, o, nahar fasilələri zamanı həmişə işdə olmuş və heç vaxt oğurluq hadisəsi baş verməmişdir. Şahid10 poçt şöbəsinin xəzinəsində günlər üzrə limitdən artıq xəzinə qalıqları saxlanılması xüsusatı ilə əlaqədar qeyd etmişdir ki, 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 1-MO/Ş-19 saylı icazəyə əsasən şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500.0 manata qədər nağd pul vəsaitləri saxlanıla bilər. Lakin bütün poçt şöbələrində olduğu kimi 106 poçt şöbəsində də inkasasiya əməliyyatı iş günü başa çatmadan aparıldığından həmişə günün sonuna qədər müştərilərə xidmət göstərilir və buna görə də 500 manatdan çox kassa qalığı olmuşdur. Onun xidməti vəzifəsi yalnız sistem üzərindən kassa qalığını izləmək olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi bütün dövrdə 3000-5000 manat xəzinə qalığı olmuşdur. Bu da heç vaxt onda şübhə yaratmamışdır. 2021-ci ilin noyabr-dekabr ayında isə sistem üzərində Təqsirləndirilən şəxs xəzinə qalığı artsa da, şifahi olaraq kassada limitdən artıq pulun qalmasına dair sorğu sual edən zaman ona hər zaman pul xəzinəyə göndərdiyini, müştərilərə ödəniş edəcəyini demişdir. Onun isə sistem üzərindən xəzinəyə daxil olmaq imkanı olmadığından Gülnarənin dediklərini fiziki baxımdan yoxlamaq imkanı olmamışdır. Poçt şöbələrinin xəzinəsi birbaşa olaraq MMC-nin Nağd vəsaitlər şöbəsinə tabedir. Poçt şöbələrinin xəzinə qalığı Filiallarla iş şöbəsi və daxili audit şöbəsi tərəfindən qəfləti yoxlamalar və ya audit yoxlamaları tərəfindən yerində yoxlanılır, həmin yoxlamaların dövrlüyü MMC-nin rəhbərliyi tərəfindən müəyyən edilir. Şahid10 əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci tarixli qəfləti yoxlamadan başqa Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanmamışdır. Onun xidməti vəzifəsinə poçt şöbələrinin kassalarında qəfləti yoxlaması aid olsa da, o, təkbaşına qəfləti yoxlama apara bilməz, qəfləti yoxlamalar daxil qaydaya əsasın hər şöbə üzrə il ərzində iki dəfə keçirilməsi nəzərdə tutulmuşdur. Qəfləti yoxlamalar əsasən Poçt Əməliyyatlar şöbəsi tərəfindən aparılır. Təqsirləndirilən şəxs təxminən 5 ay işlədiyindən sonuncunun fəaliyyəti bir dəfə onun iştirakı olmadan xx.xx.2021-ci il tarixdə yoxlanılmışdır. Qəfləti yoxlamaların aparılması MMC-nin daxili qaydaları ilə tənzimlənir. Təqsirləndirilən şəxs gündəlik və aylıq olaraq kassa qalığı barədə ona məlumat verməli olmamışdır. Belə ki, artıq MMC-də bütün hesablaşmalar «Colvir» sistemi üzərindən aparıldığınan sənəd üzərində yazışmalar, demək olar ki, aradan qaldırılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid15 bildirmişdir ki, o, 2002-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan "xxxx" MMC-də inkassator vəzifəsində işləyir, lakin onun vəzifəsi təhkim olunmuş avtomobili idarə etməkdən ibarət olduğundan, pulların yığılması ilə bağlı poçt şöbələrinə gedən zaman təhlükəsizlik məqsədi ilə avtomobildən düşmür. Bu səbəbdən o, sənədləşmədə iştirak etmir, Təqsirləndirilən şəxs tanımır. 106 saylı poçt şöbəsini onun işlədiyi marşrutda olmuşdur. Onun işlədiyi müddətdə 106 saylı poçt şöbəsində oğurluq hadisəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, o, 2010-cu ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan "xxxx" MMC-də inkassator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində işləmiş, həmin vaxtlarda o, inkassator kimi sonuncudan pulları təhvil alaraq baş xəzinəyə təhvil vermişdir. Onun xidməti vəzifəsi müəyyən edilmiş qrafik əsasında poçt şöbələrindən «forma 16» və «forma 24 müşayiət blankı» əsasında pulları təhvil almaqdan və həmin sənədlər, yəni «forma 16» və «forma 24 müşayiət blankı» əsasında pulları baş xəzinəyə təhvil verməkdən ibarətdir. Belə ki, inkassator poçt şöbəsinə getməmişdən əvvəl şöbə müdiri tərəfindən baş xəzinəyə göndərilən pullar barədə üç nüsxədə «RN4» arayışı tərtib edilir, «RN4» arayışında xəzinəyə göndərilən pullar nominallar üzrə göstərilir. Həmin arayışın bir nüsxəsi poçt şöbəsinin arxivində saxlanılır, digər iki nüsxəsi isə pulların göndərilməsi üçün nəzərdə tutulan kisələrə pullarla birlikdə yerləşdirilir, daha sonra kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənir. O və digər inkassatorlar kisəni təhvil alan zaman kisələrin möhürlənmiş vəziyyətdə olmasına nəzarət edirlər, möhür olduğu təqdirdə poçt şöbəsinin rəisi və o, kisəni təhvil almalarına dair «forma 16» adlı qaiməyə imza edirlər. Qaimə iki nüsxədə tərtib edilir, bir nüsxəsi poçt şöbəsində, digər nüsxəsi isə onda qalır. Həmçinin poçt şöbəsinin rəisi tərəfindən «forma 24 müşayiət blankı»-na da imza edilərək poçta aid möhür vurulur, həmin sənədlə kisənin ona təhvil verməsi təsdiq edilir. «Forma 24 müşayiət blankı» bir nüsxədə tərtib edilir. Onun kisədə nə qədər pul vəsaitinin olmasından məlumatı olmur. Bundan sonra o, «forma 24 müşayiət blankı» və «forma 16» adlı qaimə əsasında kisələri ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin baş xəzinəsinə təhvil verir, xəzinədar isə «forma 24 müşayiət blankı»-na imza edərək kisəni təhvil alır. Pullar onun yanında sayılmadığından, onun kisədə nə qədər pul vəsaiti olmasından məlumatı olmur. Təqsirləndirilən şəxs ilə işlədiyi müddətdə sonuncudan kisələrin təhvil alınması və kisələrinin xəzinəyə təhvil verilməsi zamanı hər hansı bir problemlə rastlaşmamış, təhvil verilən pullarda əksikgəlmə halları olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs 106 saylı poçt şöbəsində oğurluq hadisəsi olması barədə ona məlumat verməmişdir. Lakin 106 saylı poçt şöbəsində oğurluq halı olarsa şöbə rəis mütləq şəkildə MMC-nin rəhbərliyinə və hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Sonradan ona məlum olmuşdur ki, Gülnarənin işlədiyi şöbədə qəfləti kassa sayımı aparılmış və əksiklik müəyyən edilmiş, lakin məbləğ barədə onun məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid13 bildirmişdir ki, o, 2010-cu ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan "xxxx" MMC-də inkassator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində işləmişdir. Həmin vaxtlarda o, inkassator kimi sonuncudan pulları təhvil alaraq baş xəzinəyə təhvil vermişdir. Onun xidməti vəzifəsi müəyyən edilmiş qrafik əsasında poçt şöbələrindən «forma 16» və «forma 24 müşayiət blankı» əsasında pulları təhvil almaqdan və həmin sənədlər, yəni «forma 16» və «forma 24 müşayiət blankı» əsasında pulları baş xəzinəyə təhvil verməkdən ibarətdir. Belə ki, inkassator poçt şöbəsinə getməmişdən əvvəl şöbə müdiri tərəfindən baş xəzinəyə göndərilən pullar barədə üç nüsxədə «RN4» arayışı tərtib edilir, «RN4» arayışında xəzinəyə göndərilən pullar nominallar üzrə göstərilir. Həmin arayışın bir nüsxəsi poçt şöbəsinin arxivində saxlanılır, digər iki nüsxəsi isə pulların göndərilməsi üçün nəzərdə tutulan kisələrə pullarla birlikdə yerləşdirilir, daha sonra kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənir. O və digər inkassatorlar kisəni təhvil alan zaman kisələrinin möhürlənmiş vəziyyətdə olmasına nəzarət edirlər, möhür olduğu təqdirdə poçt şöbəsinin rəisi və o, kisəni təhvil almalarına dair «forma 16» adlı qaiməyə imza edirlər. Qaimə iki nüsxədə tərtib edilir, bir nüsxəsi poçt şöbəsində, digər nüsxəsi isə onda qalır. Həmçinin poçt şöbəsinin rəisi tərəfindən «forma 24 müşayiət blankı»-na da imza edilərək poçta aid möhür vurulur, həmin sənədlə kisənin ona təhvil verməsi təsdiq edilir. «Forma 24 müşayiət blankı» bir nüsxədə tərtib edilir. Onun kisədə nə qədər pul vəsaiti olmasından məlumatı olmur. Bundan sonra o, «forma 24 müşayiət blankı» və «forma 16» adlı qaimə əsasında kisələri ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin baş xəzinəsinə təhvil verir, xəzinədar isə «forma 24 müşayiət blankı»-na imza edərək kisəni təhvil alır. Pullar onun yanında sayılmadığından, kisədə nə qədər pul vəsaiti olmasından məlumatı olmur. Təqsirləndirilən şəxs ilə işlədiyi müddətdə sonuncudan kisələrin təhvil alınması və xəzinəyə təhvil verilməsi zamanı hər hansı problemlə rastlaşmamış, təhvil verilən pullarda əksikgəlmə halları olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs 106 saylı poçt şöbəsində oğurluq hadisəsi olması barədə ona məlumat verməmişdir. Lakin 106 saylı poçt şöbəsində oğurluq halı olarsa şöbə rəis mütləq şəkildə MMC-nin rəhbərliyinə və hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Sonradan ona məlum olmuşdur ki, Gülnarənin işlədiyi şöbədə qəfləti kassa sayımı aparılmış və əksiklik müəyyən edilmiş, lakin məbləğ barədə onun məlumatı yoxdur. Məhkəmə iclasında Şahid11 elan olunmuş ifadəsinə əasən məlum olur ki, o, 2016-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-də xəzinədar vəzifəsində işləyir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil edir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları əməliyyatçılar tərəfindən gün ərzində müxtəlif sistemlərdə («APUS», «E-gov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») işlənir. Həmin sistemlərin hər biri «Colvir» proqramı ilə inteqrasiya olunmuşdur. Əməliyyatçı günün sonunda apardığı əməliyyatlara dair həmin sistemlərdən («APUS», «Egov», «Vesterunion», «Zolotaya corona», «Contact», «Upete») gün arayış çıxararaq vahid «RN42» arayışını tərtib edir. Həmçinin «Colvir» sistemindən gündəlik olaraq aparılmış əməliyyatlara dair «F130» arayışı tərtib olunur. Bundan sonra «F130», «RN42» kassa arayışı və kassa qalığı poçt şöbəsinin müdirinə təhvil verilir. Poçt şöbəsinin müdiri tərəfindən qeyd edilən arayışlar yoxlanılır, əskiklik olmazsa «RN42» kassa arayışına imza edilərək pulları maddi məsuliyyətinə qəbul edilir. Bundan başqa poçt şöbəsinin rəisi «Colvir» sistemi üzərindən də xəzinə qalığını qəbul edir. Poçt şöbəsinin rəisi tərəfindən qeyd edilən əməliyyat təsdiq edildiyi andan o, MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Hər bir poçt işçisinin yalnız onun özünə təqdim edilən istifadəçi adı və parolu olur və «Colvir» sistemində həmin əməliyyatlar həmin istifadəçi adı və parol əsasında aparılır. Poçt şöbəsində mədaxil və məxaric əməliyyatları nəticəsində toplanmış pul vəsaitləri poçt şöbəsinin rəisi tərəfindən "xxxx" MMC-dən əvvəlcədən onlara təqdim edilmiş kislərə yığılır. Şöbə müdiri tərəfindən baş xəzinəyə göndərilən pullar barədə üç nüsxədə «RN4» arayışı tərtib edilir. «RN4» arayışında xəzinəyə göndərilən pullar nominallar üzrə göstərilir. Həmin arayışın bir nüsxəsi poçt şöbəsinin arxivində saxlanılır, digər iki nüsxə isə pulların göndərilməsi üçün nəzərdə tutulan kisələrə pullarla birlikdə yerləşdirilir. Daha sonra kisə poçt şöbəsinin rəisi tərəfindən möhürlənir. Həmin möhürlənmiş kisələr «forma 16» adlanan qaimə əsasında inkassatora təhvil verilir. «forma 16» adlı qaimənin bir nüsxəsi poçt şöbəsinin rəisində, bir nüsxəsi isə xəzinəyə təhvil verilməsi üçün inkassatorda qalır. Həmçinin poçt şöbəsinin rəisi tərəfindən «forma 24 müşayiət blankı»na da imza edilərək poçta aid möhür vurulur. Həmin sənədlə kisəni inkassatora verməsi təsdiq edilir. «Forma 24 müşayiət blankı» bir nüsxədə tərtib edilir. Həmçinin poçt şöbəsinin rəisi tərəfindən xəzinəyə pul göndərməsi «Colvir» sistemi üzərindən də həyata keçirilir. Bundan sonra inkassatorlar «forma 24 müşayiət blankı» və «forma 16» adlı qaimə əsasında kisələri ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin baş xəzinəsinə təhvil verirlər. Həmin kisələr onun və digər xəzinədar tərəfindən qəbul edilir. Daha sonra kisələr onlar tərəfindən sayılır, əskiklik olmazsa «forma 24 müşayiət blankı»na imza edərək kisələri təhvil almalarını təsdiq edirlər. «forma 16» adlanan qaimə də xəzinəyə təhvil verilir. Onlar tərəfindən kisələrdə olan pullar sayılır, həmin kisələrdə olan «RN4» arayışı və «Colvir» sistemində poçt şöbəsindən göndərilmiş arayışla üzləşdirilir. «RN4» arayışında və «Colvir» sistemində olan məbləğ eyni olmalıdır. Əgər hər hansı bir əksiklik müəyyən edilməzsə sistem üzərindən poçt şöbəsi tərəfindən göndərilən pul qəbul edilir. Həmçinin «RN4» arayışının bir nüsxəsi xəzinədar tərəfindən xüsusi möhürlə təsdiqlənir və eyni kisələrə yerləşdirilir. Daha sonra kisələr inkassator tərəfindən şöbələrə təhvil verilir. Həm bu vasitə ilə, həm də ki, «Colvir» sistemi üzərindən poçt şöbəsinin rəisi pulların xəzinəyə təhvil verilməsindən məlumatlı olur. O, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Gülnarə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsində işləmiş, işlədiyi müddətdə qeyd etdiyi qaydada inkassatorlar tərəfindən Gülnarədən pullar təhvil alınaraq xəzinəyə təhvil verilmişdir. Gülnarə tərəfindən xəzinəyə göndərilən kisədə olan pul ilə həmin kisədə olan «RN4» arayışında və ya «Colvir» sistemində heç bir fərq olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Gülnarənin işlədiyi şöbədə qəfləti kassa sayımı aparılmış və əskiklik müəyyən edilmişdir. Lakin məbləğ barədə məlumatı yoxdur. Həmçinin 106 saylı poçt şöbəsində oğurluq hadisənin olması barədə hər hansı məlumat eşitməmişdir. Məhkəmə iclasında Şahid12 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o digər Şahid11 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 12/10 nömrəli 2010-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin 12/10 nömrəli 2010-cu il tarixli müqavilə ilə “X11 LTD” şirkətindən lisenziyalı “Colvir” proqram təminatını əldə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2010-cu il tarixli Nirş-123 saylı əmrdən görünür ki, X4 xx.xx.2010-cu il tarixdən 3(üç) ay müddətinə 11-ci dərəcə,165 manat əmək haqqı ödənilməklə 106 saylı poçt şöbəsinin rəisi vəzifəsinə qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Əmək müqaviləsindən görünür ki, xx.xx.2010-cu il tarixdə 2 saylı poçt filialının rəisi X9 ilə X4 arasında əmək müqaviləsi bağlanmış və Gülnarə Makarova 106 saylı poçt şöbəsinə rəis vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 1870 saylı əmrindən görünür ki, "xxxx" MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri X4 Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2021-ci tarixli 2(009)-487/2021 saylı qətnaməsindən görünür ki, Xəlilova (Makarova) Gülnarə Məmməd qızının barəsində olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin 1870 saylı, 30 oktyabr 2020-ci il tarixli əmri ləğv edilmiş və Xəlilova(Makarova) Gülnarə Məmməd qızı "xxxx" MMC-nin 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuş, iddiaçı Xəlilova (Makarova) Gülnarə Məmməd qızına xx.xx.2020-cı il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilmiş, 30(otuz) manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx"MMC-dən tutularaq dövlət büdcəsinə küçürülmüşdür. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Bakı şəhəri Səbail rayon icra və probasiyä şöbəsinin xx.xx.2021-ci il tarixli, 2(009)-487/2021 nömrəli bildirişi və "xxxx" MMC- nin Əsasnaməsinin 4.7-ci və 4.8-ci bəndlərini rəhbər tutularaq 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsinin sabiq müdiri Xəlilova Makarova) Gülnarə Məmməd qızının işdən azad edilməsi haqqında xx.xx.2020-ci il tarixli, 1870 nömrəli əmr ləğv edilmiş, Xəlilova (Makarova) Gülnarə Məmməd qızı 12 iyul 2021-ci il tarixindən 2 saylı -poçt Filialının 106 saylı poçt şöbəsinə müdir vəzifəsinə bərpa edilmiş, Xəlilova (Makarova) Gülnarə Məmməd qızının aylıq vəzifə maaşı ştat cədvəlinə uyğun müəyyən edilmiş, Xəlilova (Makarova) Gülnarə Məmməd qızına xx.xx.2020-ci il tarixindən 12 iyul 2021 -ci il tarixinədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı ödənilmiş, Maliyyə departamentinin mühasibatlıq şöbəsi (Dilarə Mustafayeva) və İnsan resursları departamenti (Sevinc Ağayeva) bu əmrdən irəli gələn məsələləri həll edilməsi tapşırılmış, Əmrin icrasına nəzarət və təhvil-təslim işlərinin aparılması 2 saylı Poçt Filialının rəisi vəzifəsini müvəqqəti icra edən Şahid8 həvalə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin baş direktoru X12 ilə Xəlilova (Makarova) Gülnarə Məmməd qızı arasında əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs 106 saylı poçt şöbəsinə müdir vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş poçt şöbəsinin müdirinin vəzifə təlimatına əsasən şöbə müdirinin vəzifə təlimatları aşağıdakılardır: -şöbənin səmərəli idarə olunmasını təşkil etmək, o cümlədən, planlaşdırma, təşklletmə, motlvasiya və nəzarət funksiyalarını heyata keçirmək; Şöbənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə hesablaşma-kassa, şöbənin təklif etdiyi digər poçtmaliyyə xidmətlərinin yüksək səviyyədə göstərilməsini təşkil və təmin etmək, xidmətlərin göstərilməsinə və hesablaşma-kassa əməliyyatlarına nəzarət etmək; Poçt və maliyyə xidmətləri göstərilməsini, əməliyyatların və mövoud qanunvericiliyə, NRYTN və "xxxx" MMC-nin müvafiq normativ hüquqi aktlarına uyğun olaraq aparılmasını təşkil, təmin və nəzarət etmək; Daxil olan poçtun qəbulunda və qəbul olunan poçtun göndərilməsində şəxsən iştirak etmək, iqtisadi proqnoz tapşırıqlarını iş yerlərinə çatdırmaq və onların yerinə yetirilməsinə nəzarət etmək, poçt göndərişlərinin və pul vəsaitlərinin, adlı əşyaların, ciddi hesabat qəbzlərinin, poçt şöbəsinin əmlakının, avadanlıqlarının tam mühafizəsini təmin etmək; Əsas və əlavə poçt və rabitə, həmçinin maliyyə xidmətlərinin tarifləri iiə bütün iş yerlərini təmin etmək; PŞ-de poçt, maliyyə, digər rabitə və müqavilə ilə göstərilən xidmətlərdən istifadə edilməsi üçün müştərilərə münasib şərait yaratmaq, iş yerlərinin, avadanlıqların və digər ləvazimatların səliqəli və işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Əməyin qabaqcıl metodianm heyata keçirmək, işçilərin vəzifə təlimatına əməl etməsi üçün şərait yaratmaq və nəzarət etmək; Küçələrin adlarının, evlərin nömrələrinin yazılması, küçə və dalanların işıqlandırılması üzrə yerli icra və bələdiyyə orqanları qarşısında məsələ qaldırmaq üçün Filiala məlumat təqdim etmək; Təhlükəsizlik və məxfilik tələblərinə riayət olunmaqla şöbədə xəzinənin işini təşkil etmək, müştərilərə hesablaşmakassa xidmətlərinin göstərilməsini təmin etmək, o cümlədən iş gününün başlanğıcında anbarın bağlanmasında iştirak etmiş işçi ilə birlikdə anbarı şəxsən açmaq, adlı əşyaları (onların əksini yoxlamaqla), ciddi hesabat qəbzlərini, dəftərxana ləvazimatını, poçt ödəniş nişanlarını, qalıq pulları və istismar sənədlərini iş yerlərinə vermək, iş yerlərini lazımı istismar materialları ilə təhciz etmək; İş gününün sonunda pul köçürmələrinin vaxtında və düzgün ödənilməsini, kommunal xidmət haqlarının və digər ödənişlərin qəbulunun və mədaxilinin düzgünlüyünü, teleqramların çatdırılmasını, verilmiş poçt göndərişlərinə dair xəbərnamələrin göndərilməsini, qəzet və məktubların çatdırılmasını , qəbul edilmiş poçt və teleqraf göndərişlərinin vaxtında göndərilməsini, verilmiş qeydiyyatlı poçt göndərişlərinin verilməsinə dair AKİS-də qeydiyyatın aparılmasını, tariflərin tətbiqinin düzgünlüyünü yoxlamaq, əməliyyatçılardan və poçtalyonlardan hesabatları qəbul etmək, “şikayət və təkliflər” kitabını nəzərdən keçirmək, əgər qeydlər varsa, bu qeydlər üzrə operativ tədbirlər görmək, Gündəlik məxaric və mədaxil sənədləri əsasında pul məbləğlərinin F.130 gündəliyinə işlənməsini təmin etmək; Pul köçürmələrinin, teleqramların, beynəlxalq bağlamaların qiymətli məktub və banderolların, kiçik paketlərin və digər göndərişlərin evlərə çatdırılmasını təşkil etmək; “Azərpoçt" MMC-nin verdiyi hüquqlar dairəsində və onun adından respublika daxili və beynəlxalq hesablaşmaları təşkil etmək, o cümlədən hüquqi və fiziki şəxslərə Milli və xarici valyutada bank hesablarının açılmasını, bağlanmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin və nəzarət etmək, qaydalara uyğun tərtib edilmiş sənədləri imzalamaq; Müvafiq qayda və proseduralar əsasında müxtəlif pul köçürmələri sistemləri vasitəsilə əməliyyatların aparılmasına, hüquqi və fiziki şəxslərin respublikadan kənara pul köçürmələrinin müvafiq müqavilələrə uyğun həyata keçirilməsinə nəzarət etmək; Təyin olunmuş limitlər çərçivəsində iri məbləğdə köçürmələrin təkrar avtorizasiyasını həyata keçirmək; Çirkli pulların yuyulması məqsədilə və risk yaradan pul köçürmələrinin qəbuluna ciddi nəzarət etmək və qəbuluna imkan verməmək; Müştərilərə yüksək səviyyəli kassa xidmətlərinin göstərilməsini, nağd pulun və digər qiymətlilərin qəbulunu və verilməsini təmin etmək; Nağd pulun və digər qiymətlilərin uçotunun aparılmasını, saxlanmasını və qorunmasını təmin etmək, şöbənin nağd vəsaitlərə tələbatını müəyyən etmək, nağd vəsaitlərin alınmasına, təhvil verilməsinə və təyin olunmuş kassa qalıqları limitinə riayət olunmasına nəzarət etmək; Şöbədə xəzinə intizamına riayət edilməsinə nəzarət etmək; Konvertasiya əməliyyatlarını təşkil etmək və onun qaydalara uyğun həyata keçirilməsinə nəzarət etmək; Plastik kartlar və post terminallar ilə əməliyyatların aparılmasını təşkil etmək, bu əməliyyatların düzgün həyata keçirilməsini təmin və nəzarət etmək, Müştərilərə təqdim edilən xidmətlər müqabilində komissiya haqlarının vaxtlı vaxtında və düzgün tutulmasına nəzarət etmək, Əməliyyat günü ərzində müştərilərin bank sisteminə daxil edilən ödəniş sənədlərinin avtorizasiya və verifikasiyasını aparmaq səlahiyyətləri olan işçiləri müəyyənləşdirmək və əmrlə təyin etmək; Şöbənin fəaliyyətinə, aparılan əməliyyatlara, büdcə və əməliyyat planlarının hazırlanması və icrasına dair zəruri hesabatların hazırlanmasını və müəyyən olunmuş müddətlərdə Filiala təqdim edilməsini təmin etmək; Şöbədə risklərin, likvidliyin, valyuta mövqeyinin idarə olunması proseduralarının yerinə yetirilməsini təmin etmək və nəzarət etmək; Müştərilərin cəlb olunması və kompleks şəkildə xidmət olunması üzrə tədbirlərin görülməsini təşkil etmək və nəzarət etmək; Şöbədə müştərilərə xidmətin keyfiyyətinin və "xxxx" MMC-də qəbul edilmiş xidmət standartlarına riayət olunmasının monitorinqini keçirmək, xidmətin keyfiyyətinin yüksək səviyyədə saxlanılması üçün zəruri tədbirlər görmək; Şöbədə yeni məhsul və xidmətlərin satışı üzrə pilot layihələrin icrasına nəzarət etmək və təmin etmək; Vətəndaşları və müştəriləri qəbul etmək, onların müraciət və təkliflərinə baxmaq və barəsində müvafiq qərarlar qəbul edərək tədbirlər görmək; Şöbənin işçiləri arasında vəzifə bölgüsü aparmaq, onlar tərəfindən əsas öhdəlik və səlahiyyətlərin dolğun həyata keçirilməsini təmin etmək; Şöbənin işçilərinin öz xidməti vəzifələrini düzgün və dolğun yerinə yetirmələri məqsədilə vacib olan Təlimat, Qaydalar və digər normativ hüquqi aktlarla, NRYTN-in və "xxxx" MMC-nin sərəncam və qərarları ilə, imzalarını almaqla tanışlığını təmin etmək; Şöbənin əməkdaşlarının əməyinin qiymətləndirilməsini aparmaq və onlar barəsində karyera planlaşdırmasını həyata keçirmək, habelə şöbənin əməkdaşlarının qiymətləndirilməsi nəticələrini təsdiq etmək; Şöbə əməkdaşlarının daxili intizam qaydalarına riayət etməsini təmin etmək; Şöbənin fəaliyyətinə aid olan digər vəzifələri yerinə yetirmək. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 64 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini və “Azərpoçt" MMC-nin Nizamnaməsinin 7.2.5-cı bəndi rəhbər tutularaq “Azərpoçt" MMC-nin 2 saylı Poçt Filialının (PF) 106 saylı Poçt şöbəsinin (PŞ) müdiri Təqsirləndirilən şəxs özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv olunmuş, Maliyyə departamentinin Mühasibatlıq şöbəsinin müdiri-baş mühasib (Dilarə Mustafayeva) işçiyə son haqq-hesabın (xx.xx.2021 - xx.xx.2021-ci illər üzrə, cəmi – 36( otuz altı) təqvim günü, əmək məzuniyyətinə görə kompensasiya) ödənilməsini təmin edilmiş, Personalın uçotu şöbəsi (Güllər Qədimova-Vəliyeva) və 2 saylı PF-nin rəisi vəzifəsini müvəqqəti icra edən (Şahid8) bu Əmrdən irəli gələn tədbirlərin icrasını təmin etmiş, Aidiyyəti işçilər bu əmrlə tanış edilmiş, Katiblik şöbəsinin üzərinə (Anar Mahmudov) bu əmrin aidiyyəti üzrə çatdırılmasını təmin etmək vəzifəsi qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankından "xxxx"MMC-nin 2 saylı Poçt filialının 106 saylı Poçt şöbəsinə verilmiş № 1- MO/Ş-19 saylı xx.xx.2012-ci il tarixli icazədən görünür ki, ”Azərpoçt”MMC- poçt milli operatorunun Bakı şəhəri, Z.Bünyatov prospekti, 28 ünvanında 2 saylı poçt filialının yerləşən 106 saylı poçt şöbəsinə şöbənin əsasnaməsində nəzərdə tutulan fəaliyyət növlərinin milli operatorun lisenziyası çərçivəsində həyata keçirilməsinə icazə verilmiş, şöbədə əməliyyat günü başa çatdıqdan sonra 500 manata qədər nağd pul vəsaitləri saxlanıla bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AƏ001 saylı əmrindən görünür ki, 106 saylı poçt şöbəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində nağd vəsaitlə bağlı çatışmazlığın araşdırılması və rəy verilməsi üçün əmr verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş106 saylı poçt şöbəsində nağd vəsaitlə bağlı çatışmazlığın araşdırılması dair xx.xx.2022-ci il tarixli audit rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: Poçt şöbəsinin müdiri– 106 saylı poçt şöbəsinin müdiri vəzifəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Xəlilova (Makarova) Gülnarə Məmməd qızı icra etmiş, xx.xx.2021-ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktına əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinin icrası 2 saylı Poçt filialının 124 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid9 həvalə edilmişdir. 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs ilə bağlanılmış əmək müqaviləsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 64 saylı əmrinə əsasən əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilərək onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatlarının mənbəyini poçt xidmətləri (marka, zərf, teleqram, bağlama və.s), digər xidmətlər (komunal haqqların qəbulu, büdcə ödənişləri, mobil operatorların ödənişi və.s) və maliyyə xidmətləri (valyuta mübadiləsi, daxili və beynəlxalq pul köçürmələrinin qəbulu və ödənişi) olmaqla hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlər təşkil etmişdir. Poçt şöbəsində aparılan mədaxil və məxaric əməliyyatları “Colvir” sisteminə işlənilməklə xəzinə əməliyyatları formalaşır və poçt şöbəsinin əməliyyatçıları tərəfindən gündəlik olaraq aparılmış əməliyyatlara dair RN42 kassa arayışları günün sonunda kassa qalığı ilə birlikdə şöbə müdirinə təqdim edilir. Audit zamanı müəyyən olunmuşdur ki, Xəlilova (Makarova) Gülnarə Məmməd qızı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 1531 saylı əmrinə əsasən 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuş və 2 saylı Poçt Filialının mühasibi Şahid6 iştirakı ilə xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur. Həmin akta əsasən Təqsirləndirilən şəxs nağd pul vəsaiti üzrə şöbənin xəzinəsini 2070.0 manat əskik qəbul etmiş və akta həmin vəsaitin şöbənin əvvəlki müdiri işləmiş Əli İbrahimova aid olduğu qeyd olunmuşdur. Təhvil-təslim aktına əsasən əskik qəbul olunan 2070.0 manat vəsaitdən 200.0 manatı xx.xx.2021-ci il tarixdə “Colvir” sistemində nağd pulun mədaxilinə dair 10- 071511 saylı order əsasında Əli İbrahimov tərəfindən 2 saylı X16 Xidmətləri şöbəsinin xəzinəsinə bərpa olunmuş, 1870.0 manat vəsait isə bərpa olunmamışdır. "xxxx" MMC-nin müvafiq əmrinə əsasən Təqsirləndirilən şəxsxx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmuş və xx.xx.2021-ci il tarixdə tərtib olunmuş təhvil-təslim aktına əsasən poçt şöbəsinin nağd pul və digər qiymətlilərini təhvil almışdır. xx.xx.2021-ci il tarixdən (təhvil təslim aktının qalığı) xx.xx.2021-ci il tarixədək olan dövrdə “Colvir”sistemindən əldə olunan məlumatlar əsasında poçt şöbəsində milli və xarici valyutada aparılmış əməliyyatların dövriyyəsi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 106 saylı poçt şöbəsinin milli və xarici valyuta üzrə xəzinə əməliyyatlarının dövriyyə cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixə günün əvvəlinə poçt şöbəsinin milli valyuta üzrə xəzinə qalığı 3202.40 manat təşkil etmiş, auditin əhatə etdiyi dövr ərzində milli valyutada poçt şöbəsinin xəzinəsində 1087106.66 manat mədaxil, 1071583.77 manat (o cümlədən, Cəmiyyətin baş xəzinəsinə inkassasiya olunmuş vəsait 937800 manat, daxili və beynəlxalq pul köçürmələrinin ödənişi 133048.97 manat, digər məxaric əməliyyatları 734,80 manat) məxaric əməliyyatları aparılmaqla xx.xx.2021-ci il tarixə (poçt şöbəsində aparılan qəfləti kassa sayımı anına olan xəzinə qalığı) poçt şöbəsinin xəzinə qalığı 18725.29 manat olmuşdur. Eyni zamanda, xx.xx.2021-ci il tarixə günün əvvəlinə poçt şöbəsinin xarici valyuta üzrə xəzinə qalığı 470.58 ABŞ dolları təşkil etmiş, auditin əhatə etdiyi dövr ərzində poçt şöbəsinin xəzinəsində 470181.36 ABŞ dolları mədaxil, 465941.94 ABŞ dolları məxaric əməliyyatları aparılmaqla xx.xx.2021-ci il tarixə (poçt şöbəsində aparılan qəfləti kassa sayımı anına olan xəzinə qalığı) poçt şöbəsinin xəzinə qalığı 4710.0 ABŞ dolları təşkil etmişdir. "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı keçirilmişdir. Qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuşdur. Həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı “Colvir” sistemində şöbənin xəzinəsinə bərpa olunmuşdur. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu, qalan 16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə poçt şöbəsində aparılan qəfləti kassa sayımı zamanı xx.xx.2021-ci il tarixli akta əsasən qeyd olunan tarixdə 106 saylı poçt şöbəsinin nağd pul vəsaitləri və digər qiymətliləri "xxxx" MMC-nin mütəxəssislərinin iştirakı ilə 2 saylı Poçt Filialının 124 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid9 təhvil verilmişdir. Həmin akta əsasən Təqsirləndirilən şəxs tərəfindən nağd pul vəsaitləri üzrə milli valyutada 16569.54 manat (1870.0 manat nəzərə alınmaqla), xarici valyutada 4500.0 ABŞ dolları Şahid9 əskik təhvil verilmişdir. Yekun nəticədə təqdim olunan sənədlər əsasında aparılan araşdırma zamanı "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsinin xəzinəsində aparılan qəflətikassa sayımı zamanı 106 saylı poçt şöbəsinin xəzinəsində aşkar edilmiş 18439.54 manat və 4500.0 ABŞ dolları üzrə əskikgələn vəsait öz əksini tapmışdır. Qeyd olunan vəsaitdən 1870.0 manatı əvvəlki dövrdə poçt şöbəsinin müdiri işləmiş Əli İbrahimovun dövründə, 16569.54 manatı və 4500.0 ABŞ dolları isə şöbənin sabiq rəisi Təqsirləndirilən şəxs dövründə şöbənin xəzinəsində aşkar olunmuş əskikgəlmə olduğu sənədlərlə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs öz izahatlarında poçt şöbəsinin xəzinəsində əskikgələn vəsaitlərin digər şəxslər tərəfindən oğurlanmasını bildirsə də, Təqsirləndirilən şəxs tərəfindən həmin məsələnin araşdırılması üçün 2 saylı Poçt Filialına və ya "xxxx" MMC-yə rəsmi məlumat verilməsinə dair hər hansı bir sənədlər araşdırmaya təqdim edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 2 saylı PF-nin mühasibi Şahid6, 106 saylı poçt şöbəsinin əməliyyatçısı Zöhrə Paşayevanın və Xəlilova (Makarova) Gülnarə Məmməd qızının iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə poçt şöbəsinə müdiri olaraq təyin edildiyi üçün poçt şöbəsini Zöhrə Paşayevadan manat üzrə 1132,40 manat, dollar üzrə 470,58 dollar, 5158,41 manatlıq poçt ödəniş nişanları, 67 manatlıq bağlama qutu, 300 manatlıq iş dəftəri üzrə təhvil almışdır. Əksik gələn 2070 manatın isə 106 saylı poçt şöbəsinin sabiq rəisi Əli İbrahimova aid olmasını müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 10-071511 saylı orderdən görünür ki, 106 saylı poçt şöbəsinin sabiq rəisi X10 tərəfindən 200.0 manat “Colvir” sistemində 2 saylı X16 Xidmətləri şöbəsinin xəzinəsinə bərpa olunmuş, hesabında 1870 manat çatışmazlıq qalmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Colvir” sistemində çıxarışlardan görünür, xx.xx.2021-il tarixdən həmin ilin 31 iyul tarixi daxil olmaqla 3186,44 manat və 740 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 1258 manat təşkil edən ; xx.xx.2021-il tarixdən həmin ilin 31 avqust tarixi daxil olmaqla 5080,76 manat və 4415 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 7505,5 manat təşkil edən ; xx.xx.2021-ci il tarixdən həmin ilin 30 sentyabrı daxil olmaqla 3588,19 manat və 0 ABŞ dolları; xx.xx.2021-ci il tarixdən həmin ilin 31 oktyabrı daxil olmaqla 7065,03 manat və 2670 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 4539 manat təşkil edən; 01 noyabr 29021-ci il tarixdən həmin ilin 31 noyabr tarixi daxil olmaqla 9923,96 manat və 3900 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 6630 manat təşkil edən; xx.xx.2021-ci il tarixdən həmin ilin 08 dekabr tarixi daxil olmaqla 14077,27 manat və 6510 ABŞ dolları (Mərkəzi Bankın həmin tarixlərə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,70 manat olmaqla) 11067 manat təşkil edən limitdən artıq kassa qalığı olması barədə Xəlilova (Makarova) Gülnarə Məmməd qızı tərəfindən məlumat verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Colvir” sistemində çıxarışdan görünür, xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində manat üzrə günü sonuna qalıq 14077,27 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Colvir” sistemində çıxarışdan görünür, xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində manat üzrə günü sonuna qalıq 18725,29 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Colvir” sistemində çıxarışdan görünür, xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində dollar üzrə günü sonuna qalıq 6510 ABŞ dolları olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş “Colvir” sistemində çıxarışdan görünür, xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində dollar üzrə günü sonuna qalıq 4710 ABŞ dolları olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının saytına baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə 1 ABŞ dollarının manata olan məzənnəsi 1,70 manat olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Bakı PŞ-106 saylı aktdan görünür ki, "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2 tərəfindən 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs və həmin şöbənin əməliyyatçısı Şahid5 iştirakı ilə xx.xx.2021-ci il tarixdə 106 saylı poçt şöbəsində qəfləti kassa sayımı keçirilmiş, qəfləti kassa sayımı zamanı Colvir” sistemindən çıxarışlara əsasən manat üzrə günü sonuna qalıq 18725,29 manat, dollar üzrə günü sonuna qalıq 4710 ABŞ dolları olmuşdur. Qəfləti yoxlama zamanı kassada 285,75 manat və 210 ABŞ dolları aşkar olunmuşdur. Tərtib olunmuş akta əsasən şöbənin xəzinəsində olan nağd pul vəsaitləri nəzərə alındıqdan sonra nağd pul vəsaitləri üzrə milli valyutada 18439.54 manat, xarici valyutada 4500.0 ABŞ dolları və digər qiymətlilər üzrə 288.93 manat (PÖN 149.18 manat, lotereya 37.0 manat, bağlama qutusu 32.75 manat və kitab 70.0 manat) əskikgəlmə aşkar olunmuş, həmin akta əsasən qiymətlilər üzrə aşkar olunmuş 288.93 manat kənarlaşma qəfləti kassa sayımı zamanı “Colvir” sistemində şöbənin xəzinəsinə bərpa olunmuşdur. Tərtib olunmuş akta milli valyuta üzrə aşkar olunmuş 18439.54 manat əskikgəlmədən 1870.0 manatının əvvəlki dövrdə 106 saylı poçt şöbəsinin müdiri olmuş Əli İbrahimova məxsus olduğu, qalan16569.54 (184xx.xx-1870) manat və 4500.0 ABŞ dollarının 106 saylı poçt şöbəsinin sabiq müdiri Təqsirləndirilən şəxs işlədiyi dövrdə yaranmış əskikgəlmə olduğu qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli №349369926 nömrəli ödəniş qəbzindən görünür ki, Azərpoçt MMC-nin hesabına 70 (yetmiş) manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli №349369862 nömrəli ödəniş qəbzindən görünür ki, Azərpoçt MMC-nin hesabına 14,25 (on dörd manat,iyirmi beş qəpik) manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli №349369750 nömrəli ödəniş qəbzindən görünür ki, Azərpoçt MMC-nin hesabına 18,50 (on səkkiz manat əlli qəpik) manat ödəniş olmuşdur. Azərpoçt MMC-nin hesabına 149,18 (yüz qırx doqquz manat on səkkiz qəpik) manat ödəniş olmuşdur. xx.xx.2021-ci il tarixli №349369730 nömrəli ödəniş qəbzindən görünür ki, Azərpoçt MMC-nin hesabına 37 (otuz yeddi) manat ödəniş olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən Təqsirləndirilən şəxs tərəfindən nağd pul vəsaitləri üzrə milli valyutada 16569.54 manat (1870.0 manat nəzərə alınmaqla), xarici valyutada 4500.0 ABŞ dolları əskilik ilə "xxxx" MMC-nin X14 baş mütəxəssisi Şahid4, mütəxəssisi Şahid3 və X5 aparıcı mütəxəssisi Şahid2, 106 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid5 iştirakı ilə poçt şöbəsini ilə 2 saylı Poçt Filialının 124 saylı poçt şöbəsinin əməliyyatçısı Şahid9 təhvil vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs "xxxx" MMC-yə ünvanlandığı izahatlarından görünür ki, Təqsirləndirilən şəxs qəfləti kassa sayımı zamanı tərtib olunmuş akta əsasən yoxlamaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında yoxlama zamanı əskik gələn məbləğin qeyd olunan tarixdən bir necə gün qabaq nahar fasiləsi zamanı işçilərinin nahara şöbədən getdiyini, özünün yeməyə getmək üçün çöl qapını bağlayıb şöbədən çıxdığını, şöbəyə işçilərdən qabaq qayıtdığını lakin çöl qapının açıq şəkildə olduğunu və sonradan otağına keçib mübadilə üçün xəzinəni açan zaman manatın və dolların xəzinədə olmadığını gördüyünü bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yoxlamaya təqdim etdiyi izahatında nahar vaxtı pul ödənişi üçün banka getdiyini, qayıdarkən çöl qapının açıq olduğunu gördüyünü, xəzinədən pul oğurlandığını fərq etdiyini, bu barədə heç bir orqana məlumat vermədiyini və pulun qaytarılması üçün özünə vaxt verilməsini bildirmişdir. 106 saylı Poçt şöbəsinin rəisi Təqsirləndirilən şəxs tərəfindən "xxxx" MMC-nin baş direktoru Əfqan Cəlilova ünvanlanmış xx.xx.2021-ci il tarixli İltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixə heç bir hüquqi və fiziki şəxslərə qiymətlilər üzrə alacağı və verəcəyi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 106 saylı Poçt şöbəsinin əməliyyatçısı Şahid5 tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə verilmiş izahatdan görünür ki, o gün ərzində yığdığı pul vəsaitinin hamısını arayış ilə birlikdə şöbə rəisinə təhvil vermişdir. Şöbədən oğurlanan məbləğdən xəbəri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 106 saylı Poçt şöbəsinin əməliyyatçısı Hüseynova (Allahverdiyeva) Sevda Qədir qızı tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə verilmiş izahatdan görünür ki, o gün ərzində yığdığı pul vəsaitinin hamısını arayış ilə birlikdə şöbə rəisinə təhvil vermişdir. Şöbədə aşkarlanan əskik vəsaitdən və pulun oğurlanması haqqında heç bir məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-cü il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla olan müddətə aid RN-42 kassa arayışlarından görünür ki, Təqsirləndirilən şəxs poçt şöbəsinin əməliyyatçıları tərəfindən təhvil verilmiş maliyyə vəsaitlərini maddi məsuliyyətinə qəbul etmişdir. Təqsirləndirilən şəxs gün sonuna kassa qalığı kimi saxlamadığı maliyyə vəsaitlərini inkassasiya edərək "xxxx" MMC-nin ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin baş xəzinəsinə göndərmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 3-27-1092/268 saylı məktubdan görünür ki, 2 saylı Poçt Filialının 106 saylı poçt şöbəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə xx.xx.2021-ci il tarixdə keçirilmiş yoxlamadan başqa audit və ya qəfləti yoxlama aparılmamışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 19 iyul 2022-ci il tarixli, 9/4633 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs dövründə şöbənin xəzinəsində aşkar olunmuş əksik gəlmə məbləği 16569,54 manat və 4500 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli 2-2/310/2-018387/2023 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının əməlində cəzanı yüngülləşdiriən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızına cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin yaşını, səhhətini və qadın olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızına CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki,təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, ona əlavə cəza qismində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin edilməlidir. Belə ki, AR CM-nin 46.2-ci maddəsinə əsasən məlum olur ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının təqsirini etiraf etməməsi, onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızının təqsiri cinayət işi üzrə ifadə vermiş zərərçəkmiş hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspert tədqiqatı və cinayət işinin materialları ilə tam sübut olunduğundan, o, ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Bundan başqa, CM-nin 56.1.2-ci maddəsinə əsasən Xəlilova (Makarova) Gülnarə Məmməd qızı ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Xəlilova (Makarova) Gülnarə Məmməd qızının cəzasının əvvəli, ekstradisiya edilməsi üçün Rusiya Federasiyasında tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materialarında olan 30 mart 2023-cü il tarixli tutma protokoluna əsasən məlum olur ki, Xəlilova (Makarova) X7 Federasiyasının Ulyanovski vilayətinin Radişevo rayonunun hüquq-mühafizə orqanları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21.35 radələrində tutulmuş və sonradan ekstradisiya edilməsi üçün Azərbaycan Respublikasına müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilmişdir. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 150 manat təqsirləndirilən şəxs Xəlilova (Makarova) Gülnarə Məmməd qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Xəlilova (Makarova) Gülnarə Məmməd qızına qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iddiası təmin olunmalı və ittiham aktında göstərilən və məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsi ilə məbləği mübahisə doğurmayan dəymiş zərərə görə 24.129,54 manat vurulmuş maddi ziyan və 162,79 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci madəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 45 saat vaxt sərf etmişdir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Xəlilova (Makarova) Gülnarə Məmməd qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Xəlilova (Makarova) Gülnarə Məmməd qızının cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Xəlilova (Makarova) Gülnarə Məmməd qızı barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Xəlilova (Makarova) Gülnarə Məmməd qızına qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” müki iddiası təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Xəlilova (Makarova) Gülnarə Məmməd qızından 24.129,54 manat (iyirmi dörd min yüz iyirmi doqquz manat əlli dörd qəpik) vurulmuş maddi ziyan və 162,79 manat (yüz altmış iki manat yetmiş doqquz qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq mülki iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Xəlilova (Makarova) Gülnarə Məmməd qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********, m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB*************** *****, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-108/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-108/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver