Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-109/2021 08.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxx 2020-ci il tarixdə saat 18:15 radələrində texniki cəhətdən saz olan VAZ 2106 markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «X11» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, yəni relssiz nəqliyyat vasitəsinin sürücü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitəsinə yor verməli olduğu halda, həmin tələblərə riayət etməmiş, nəticədə hadisənin qarşısını almaq imkanı görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən «Həkəri» restoranın qarşısında yolayrıcında sola dönərkən qarşıdan əks istiqamətdə hərəkətdə olan velosipedçi X6 avtomobilin sağ qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınığı və baş beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olunan başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin sınıqları, sol üst göz qapağının və burun əsasının qançırları, alın nahiyəsinin, sol qaşüstü nahiyənin, burun əsasının, sol said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İİİ barmağının, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyəsinin, sağ bud nahiyəsinin, sağ baldır nahiyəsinin, sol ayağın iç topuq nahiyəsinin, sağ ayağın İ barmağının, sağ ayağın İİ barmağının, sağ ayağın daban nahiyəsinin sıyrıqları, sol ayağın İ barmağının dırnaq sədəfinin natamam qopması ilə müşayiət olunan dırnaq yatağına qansızma ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar səbəbindən X10 hadisə yerində ölmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18 radələrində etibarnamə ilə idarə etdiyi özünə məxsus “VAZ 21061” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan dairəsindən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi istiqamətində saatda 40 km hərəkətdə olarkən, yolun enli bütöv xətin qırıq-qırıq olan hissəsində qarşı yoldan hər hansı bir avtomobil gəlmədiyinə əmin olduqdan sonra, yolun əks istiqamətində olan marketin qarşısında avtomobilini saxlamaq üçün, avtomobilin əyləcini basaraq avtomobilin sürətini saatda 20 km salmışdır. Daha sonra avtomobilin sükanı bir qədər sola buraraq qarşı zolağa 1.5 metr çıxmış, bu zaman idarə etdiyi avtomobilin sağ ön hissəsinə və avtomobilin ön alın şüşəsinin sağ tərəfinə küt əşya dəymişdir. Zərbədən çox həyəcanlanmış və əyləcini basaraq, dərhal avtomobil yolun hərəkət hissəsində saxlamışdır. Bundan sonra o, avtomobildən dərhal düşmüş və yolun qırağında bir şəxsin üzü üstə uzandığını, yanında yarasız vəziyyətdə velosiped olduğunu görmüşdür. Daha sonra köməklik məqsədi ilə yolun kənarında uzanmış şəxsə yaxınlaşmışdır. Həmin vaxtı velosipedi idarə edən şəxsi avtomobili ilə vurduğunu başa düşmüşdür. Həmin zaman o, ətrafda olan şəxslərdən təcili yardım çağırmalarını xahiş etmişdir. Bir neçə dəqiqədən sonra təcili yardımın əməkdaşları hadisə yerinə gəlmişlər. Həkimlər tərəfindən yerdə uzanmış şəxs müayinə olunmuş və həmin zaman ona həmin şəxsin ölməsi məlum olmuşdur. Hadisədən sonra mərhum X3 hüquqi varisi X4 maddi yardım göstərərək barışıq əldə etmiş və hazırda zərərçəkmiş şəxsin ailəsinin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən, göstərilən halların nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, xx.xx.2004-cü il tarixdə X10 ilə rəsmi nikahla ailə həyatı qurmuşdur. Həmin nikahdan övladları olmamış, əri X1 rayonu, Xocasən qəsəbəsində ünvanını dəqiq xatırlamadığı daş-sexində usta vəzifəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16 radalərində əri Rəşad dostu Muxtarla görüşmək məqsədi ilə evdən çıxmışdı. Rəşad Şəfiyevin avtomobili olmadığından, mütəmadi olaraq velosiped idarə etmiş və sonuncu təxminən 6 ay əvvəl velosipedinə mühərrik quraşdırmışdır. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində istifadəsində olan nömrəyə zəng gəlmiş və zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək ərinin idarə etdiyi velosipedi minik avtomobilinin vurduğunu Rəşadın ağır vəziyyətdə olduğunu və onun Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına 6 saylı xəstəxanaya gəlməyini xahiş etmişdir. Bundan sonra o, həmin xəstəxanaya getmiş və orada ona əri X10 vəfat etdiyi məlum olmuşdur. Həmçinin ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə saat 18 radələrində əri X10 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi şosesi ilə Xırdalan dairəsi istiqamətində velosipedi ilə hərəkətdə olarkən avtomobilin onu vurması nəticəsində aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən maddi yardım göstərilərək dəymiş zərər ödənilmiş və hazırda sonuncu ilə barışmışdır. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin PPXB-nin polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə təhkim olunmuş inzibati ərzində Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 ilə xidmətdə olarkən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Binəqədi şosesi ilə Xırdalan dairəsi istiqamətində “Həkəri” restoranın yaxınlığında qəza olduğunu aşkar etmişlər. Hadisə yerinə yaxınlaşan zaman orada onlara məlum olmuş ki, “VAZ 2106” markalı **-VZ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə velosipedçi toqquşmuş və velosipedçi almış olduğu xəsarətlərdən hadisə yerində vəfat etmişdir. Faktla əlaqədar dərhal istifadələrində olan 6452 nömrəli çağırış vasitəsi ilə Binəqədi RPİ-nin növbətçi hissəsinə məlumat vermişlər və hadisə yerini mühafizəsi üçün müvafiq tədbirlər görmüşlər. Həmin vaxtı “VAZ 2106” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində olmuş və sonuncunun köməkliyi ilə velosipedçini təcilli yardım avtomobilinə əyləşdirmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-nin PPXB-nin polis serjantı Şahid1, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsi zamanı aldığı bədən xəsarətlərindən ölməsi faktına görə toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən «Həkəri» restoranın qarşısındakı avtomobil yolu olması, yolun eninin 7 metr, hər istiqamətin 3.5 metr, ehtiyat hissəsinin eninin 2 metr, hər iki istiqamətdə 1 hərəkət zolağının olması, yol asfalt örtüklü, hamar və quru olmaqla yolun işlək hissəsində qırıqqırıq xətlərin olması, hadisə yerində tormozlama və avtomobilə məxsus şin izlərinin olmamaması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli, 2/11392 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni xx.xx.2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixli, 194 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 rəyindən görünür ki, Mərhum R.A.Şəfiyevin meyitində sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınığı və baş beyinin § yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar ilə müşayiət olunan başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, burun sümüklərinin sınıqları, sol üst göz qapağının və burun əsasının qançırları, alın nahiyəsinin, sol qaşüstü nahiyənin, burun əsasının, sol said nahiyəsinin, sol mil-bilək oynağı nahiyəsinin, sol əlin İİİ barmağının, sağ əlin arxa səthinin, sağ və sol diz oynağı nahiyəsinin, sağ bud nahiyəsinin, sağ baldır nahiyəsinin, sol ayağın iç topuq nahiyəsinin, sağ ayağın İ barmağının, sağ ayağın İİ barmağının, sağ ayağın daban nahiyəsinin sıyrıqları, sol ayağın İ barmağının dırnaq sədəfinin natamam qopması ilə müşayiət olunan dırnaq yatağına qansızma xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın(əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, X3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. Mərhum R.A.Şəfiyevin bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə onun idarə etdiyi velosipedin minik avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər. Mərhum R.A.Şəfiyevin ölümünə səbəb sol alın və gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları nəticəsində baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. Mərhum R.A.Şəfiyevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda-0,48 %-dir. Etil spirtinin qanda tapılmış qatılığı onun sağlığında cüzi dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Qanda narkotik maddələr aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə “VAZ 2106” markalı **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön sağ qanad ucunun və ön kapotun sağ ucunun əzilməsi, ön şüşənin sınaraq tam yararsız hala düşməsi, damın ön sağ hissəsinin əzilməsi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 idarə etdiyi velosipedə baxış keçirilmiş və baxış zamanı velosipedin ön təkərinin, eləcə də sükanının qırılmış olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Binəqədi RPİ-nin Dövlət Yol Polis Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə “BC” kateqoriyalı AE 965666 nömrəli sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsi qüvvədədir və barəsində məhdudiyyətlər tətbiq edilməmişdir. xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatdadır və müsbət xarakterizə olunur. xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanı tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixli, 8/2081 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21061” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil və zərərçəkmiş şəxsə məxsus velosiped maddi sübut kimi tanınmış, eləcə də “VAZ 21061” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanması üçün Təqsirləndirilən şəxs, velosiped isə X3 ailə üzvünə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisədən sonra ona maddi yardım etmiş, kredit borclarını ödəmişdir. Ona görə də, onun təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21061” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs, iş üzrə maddi sübut kimi tanınmış velosipedin isə saxlanması üçün X3 ailə üzvünə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ 21061” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs, iş üzrə maddi sübut kimi tanınmış velosipedin isə saxlanması üçün X3 ailə üzvünə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-109/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-109/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver