Məhkəmə qərarları › İş №1(001)-109/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-109/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-109/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 19.01.2016-cı il tarixli hökmünə əsasən CM-nin 127.2.3-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 01 il şərti sınaq müddəti təyin edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs oğlu 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, «Sovetski» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 80 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə 1, 952 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 17:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsində saxlanılıb, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ 4-cü PŞ-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 1,952 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir neçə müddətdir ki, narkotik vasitə heroindən istifadə edir.06 sentyabr 2021-ci il tarixdə 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər.Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofanı çıxararaq masanın üzərinə qoymuşdur.Bundan sonra, ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, o, üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir.Sonra ondan şalvarının ciblərini açmağı tələb olunduqda, o, əynindəki şalvarının ciblərini açmışdır.Onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sonra onun iştirakı ilə həmin şəffaf selofan açılmış və içərisindən “Sovetski” adlanan ərazidən aldığı toz şəkilli maddə aşkar olunmuşdur.O, həmin toz şəkilli maddənin heroin olmasını bildirmişdir.Bundan sonra,həmin bükülünün içərisində olan narkotik vasitəyə bənzər vasitəyə maddənin çəkisini müəyyən etmək məqsədi ilə ekspertiza təhqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Bundan sonra, içərisində narkotik vasitəyə bənzər maddə olan şəffaf selofan zərfə qoyularaq möhürlənmiş və tərəfindən həmin zərf imzalanmışdır.Sorğu zamanı o, həmin narkotik vasitəni 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir.Həmin narkotik vasitədən istifadə etməyə macal tapmadığını bildirmişdir.Üzərində olan narkotik vasitəni öz istifadəsi üçün üzərində gəzdirmişdir.Bundan əlavə tanımadığı şəxsdən ilk dəfə narkotik vasitə aldığını və narkotik vasitəni aldığı şəxsi görsə də tanımayacağını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 01 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, hal-hazırda Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır.Belə ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur.Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir.Onun cinayət başında yaxalanması üçün PŞ-nin rəisinə məruzə olunmuşdur.Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur.İş yoldaşı əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə 06 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğlunu Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, ev 46B ünvanında olduğunu müşahidə etmişlər.Onlar Həmidə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini Həmidə bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onların onu saxlamaqlarının səbəbini anladığını bildirmişdir.Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir.Sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir.Belə ki, PŞ-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur.Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs oğlu üzərində başqa hər hansı əşya olub olmaması soruşulduqda, o üzərində başqa heç bir əşya olmadığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs oğlundan üzərindən aşkar olunan bükümün açılması təklif olunmuşdur.Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunan həmin sellofan bükülü açılan zaman içində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir.Təqsirləndirilən şəxs oğlu həmin sellofan bükülünün içərisindəki toz şəkilli maddənin “heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında həmin narkotik vasitəni «Sovetski» adlanan ərazidən tanımadığı şəxsdən 80 manata almışdır.Bundan sonra, həmin bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan şəffaf sellofan zərfə qoyularaq zərf möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərf imzalanmışdır.Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, özü narkotk vasitə istifadəçisidir.Həmçinin, Təqsirləndirilən şəxs oğlu həmin narkotik vasitədən istifadə etməyə macal tapmadığını bildirmişdir.Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki, həmin şəxsi tanımır, anket məlumatlarını bilmir, ilk dəfədir ki, həmin şəxsdən narkotik vasitə alır. Məhkəmə iclasında şahid Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkli polis baş leytenantı Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, hal-hazırda Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır.Belə ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur.Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir.Onun cinayət başında yaxalanması üçün PŞ-nin rəisinə məruzə olunmuşdur.Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə 06 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğlunu Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, ev 46B ünvanında olduğunu müşahidə etmişlər.Onlar Həmidə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini Həmidə bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onların onu saxlamaqlarının səbəbini anladığını bildirmişdir.Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir.Sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir.Belə ki, PŞ-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur.Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs oğlu üzərində başqa hər hansı əşya olub olmaması soruşulduqda, o üzərində başqa heç bir əşya olmadığını qeyd etmişdir.Daha sonra Təqsirləndirilən şəxs oğlundan üzərindən aşkar olunan bükümün açılması təklif olunmuşdur.Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunan həmin sellofan bükülü açılan zaman içində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs oğlu həmin sellofan bükülünün içərisindəki toz şəkilli maddənin “heroin” olmasını bildirmişdir.Təqsirləndirilən şəxs bildirmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında həmin narkotik vasitəni «Sovetski» adlanan ərazidən tanımadığı şəxsdən 80 manata almışdır.Bundan sonra, həmin bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan şəffaf sellofan zərfə qoyularaq zərf möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərf imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 6/3929 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi – 1,952 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə herindir. Heroin 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir.Heroinin təmiz çəkisi: 1,952qr, sərf edildi: 0,05qr, qalıq: 1,902 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın tərtib etdiyi 17 noyabr 2021-ci il tarixli 4520 saylı rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışa və hökmün sürətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu Xətai rayon məhkəməsinin Azərbaycan Respublikası CM-nin 127.2.3 və 70-ci maddələrinə əsasən 19.01.2016-cı il tarixli hökmü ilə 02 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilməklə ona 01 il şərti sınaq müddəti təyin edilmişdir.O, 09.02.2017-ci il tarixdə cəzasının müddəti başa çatdığına görə azadlığa buraxılmışdır.Beləliklə də, CM-nin 83.3.1-ci maddəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 01 (bir) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi RPİ-nin 4-cı PB-nin baş təhqiqatçısı, polis kapitanı Şəhliyar Hacıyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Bundan başqa, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – 1,902 qram olan qalığı məhv edilməli və 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – 1,902 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar