Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-109/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1997-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, Ağstafa rayonunda yerləşən ictimai iaşə obyektində aşbaz işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2an, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsində ********** saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış, ünvan 3 ünvanında fəaliyyət göstərən “Camal LTD” şirkətində satış təmsilçisi-merçendayzer vəzifəsində işləyərkən 19 may 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək olan dövr ərzində, həmin şirkətlə bağlanılmış xx.xx.2021-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əsasən, ona şirkət tərəfindən etibar edilmiş əmlakı, maddi və ya digər sərvətləri salamat saxlamaq, ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq, gündəlik görülmüş işlər barədə rəhbərliyə məlumat vermək, o cümlədən qəbul edilmiş ümumi qaydalara əsasən qəbul etdiyi malın hərəkəti barədə mühasibatlığa vaxtaşırı mal-pul hesabatlarını təqdim etmək, satılmış malın dəyərini alıcılardan alaraq şirkətə təhvil vermək və digər səlahiyyətlərə malik məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş öz əmlakını vahid niyyətlə talama məqsədilə cəmi 52976,45 (əlli iki min doqquz yüz yetmiş altı manat qırx beş qəpik) manat məbləğində dondurma məhsullarını şirkətin anbarından maddi məsuliyyətə götürməklə 19 may 2022-ci il tarixdən 28 iyul 2022-ci il tarixədək olan dövr ərzində həmin məhsulların 36372,60 (otuz altı min üç yüz yetmiş iki manat altmış qəpik) manat dəyərində olan hissəsini Şahid4 Fayik qızının (VEÖN-**********) icarəyə götürərək işlətdiyi Ağ Şəhər Bulvarı, Dənizkənarı Milli Park və Bayıl Bulvarı ərazisində yerləşən ticarət köşklərinə təhvil verməklə əldə etdiyi pul vəsaitini şirkətin xəzinəsinə mədaxil etməklə, göstərilən dövr ərzində həmin məhsulların 16603,85 (on altı min altı yüz üç manat on doqquz qəpik) dəyərində olan hissəsini isə sahibləri müəyyən edilməsi mümkün olmayan yuxarıda göstərilən həmin ticarət köşklərinə müvafiq sənədlər olmadan təhvil verərək əldə etdiyi pul vəsaitini şirkətin xəzinəsinə mədaxil etməyək özünün şəxsi ehtiyaclarına xərcləyib, qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş xeyli miqdarda öz əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəməklə talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin aprel ayının 06-da əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlamaqla ünvan 4 ünvanda yerləşən “Camal LTD” şirkətində satış üzrə nümayəndə-Merçendayzer vəzifəsində işləməyə başlamışdır. Şirkətin fəaliyyəti müxtəlif növ və çeşiddə dondurma məhsullarının istehsalı və satışından ibarətdir. Satış nümayəndəsi-Merçendayzer kimi onun vəzifəsinə əmək müqaviləsinə görə iş günü komanda toplantısı ilə işə başlamaq, müəyyən edilmiş marşrutu rəhbərindən təhvil almaq, təyin olunmuş vaxt üzrə əraziyə çıxmaq, məhsulların ticarət nöqtələrində verilmiş planaqramaya əsasən şirkətin standartlarına uyğun düzülüşünü həyata keçirmək, ticarət nöqtəsinə daxil olduqdan sonra vitrinlərin ilkin baxışını keçirmək və fotolarını çəkmək, ticarət nöqtələrində reklam materiallarını yerləşdirmək və avadanlıqları quraşdırmaq, vitrinlərdə olan məhsulların qiymət kağızları ilə təmin olunması, ticarət nöqtələrində olmayan məhsullar haqqında məlumatı satış şöbəsinə çatdırmaq, malların tarixlərinin və əmtəə görünüşünün yoxlanılması, məhsulların satışını stimulaşdıracaq tədbirlərin həyata keçirilməsində iştirak etmək və digər məsələlər daxil olmuşdur. Faktiki olaraq isə onun işi məhsulları qaimələr əsasında alıb sifarişçilərə çatdırmaqdan ibarət olmuşdur. Ona təhkim olunmuş ərazi Bayıl dairəsindən Ağ şəhər bulvarına qədər olan ərazi olmuş, həmin ərazidə üzərində “Coca Cola” sözləri həkk olunmuş təxminən 15-20 arası ticarət köşkləri olmuş, həmin köşklərə malları Şahid6 adlı şəxs vasitəsi ilə təhvil vermiş, lakin mallar qabaqcadan sifariş olunmamışdır. Belə ki, o, həmin ticarət köşklərinə şirkət tərəfindən verilmiş soyuduculara nəzarət edir, dondurma ilə dolu maşınla oraya gəldikdə soyuducuları məhsullarla doldurub təhvil vermiş və verdiyi malları qaimədə qeyd etmişdir. Onun pul qəbul etmək səlahiyyəti olmadığı üçün satılmış malların ödənişini satış müdiri Şahid5 nağd qaydada almışdır. Qeyd edilən ərazidə olan ticarət köşklərinə dondurmalar şəxsən tanımadığı Şahid4 Fayik qızının adından sifariş verilmişdir. 2022-ci ilin may ayından iyul ayına kimi həmin şəxsin adından 52976,45 manat dəyərində dondurma məhsullarını qaiməyə yazaraq ayrı-ayrı vaxtlarda şirkətin anbarından çıxarmış, həmin dövrdə Mirəli adlı sürücü ilə işləmiş, Mirəli ilə münasibəti soyuq olduğu üçün sonuncu onun gizli dondurma satdığını görməmişdir. O, məhsulların 36372,60 manat dəyərində olan hissəsini Şahid6 təhvil vermiş, qalıq 16603,85 manat dəyərində olan dondurma məhsullarını isə adi qaydada məhsul verdiyi Şahid4 icarəyə götürərək işlətdiyi elə həmin köşk sahiblərinə vermişdir. Belə ki, həmin ticarət köşklərinin sahibləri Şahid6 gizlin ondan dondurma almışlar ki, özlərinə əlavə qazanc qalsın. Mal təhvil verilən vaxtlarda Şahid6 onun yanında olsa da, o, Anarın diqqətsizliyindən istifadə edib gizlicə həmin köşk sahiblərinə malları qeyri-rəsmi təhvil vermiş və həmin köşk sahiblərindən nağd qaydada pul almışdır. Çünki, həmin vaxt o, kirayədə yaşamış, maaşı az olmuş, bundan başqa krediti də olduğu üçün pula ehtiyacı olmuşdur. Ümumilikdə qeyri-rəsmi olaraq satdığı malların ümumi dəyərini hesablamamış, lakin təqribi hesablamalarına görə mənimsədiyi malların dəyəri 16000 manatdan artıq olmuşdur. Bu əməllərini 2022-ci ilin may ayının sonlarından həmin ilin iyul ayının sonlarınadək olan müddətə ərzində törətmişdir. Əməlindən peşmandır. İşə məhkəmədə baxıldığı dövrdə “Camal LTD” şirkətinə vurduğu ziyanı tam olaraq ödəmiş, barışıq əldə etmişdir. Qeyd olunanları nəzərə alıb, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırda “Camal LTD” şirkətinin Beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri vəzifəsində işləyir. “Camal LTD” şirkəti xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi X5 İdarəsi tərəfindən verilmiş ********** saylı şəhadətnamə (VEÖN) ilə qeydiyyata alınmış, hal-hazırda şirkət dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olur, şirkətin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvan isə ünvan 5, 9-cu döngədir. Bu şirkətin hazırda Bakı şəhəri, Nizami rayonu, köndələn küçəsi 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Hazırda şirkətin rəhbəri X4r. Təqsirləndirilən şəxs isə 06 aprel 2021-ci il tarixdən qeyd olunan şirkətdə satış təmsilçisi- merçendayzer vəzifəsində işləməyə başlamış, sonuncunun vəzifəsi sifariş verilmiş dondurma məhsullarını təhkim olunmuş ərazi üzrə şirkətin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən anbarından təhvil alıb ticarət nöqtələrinə çatdırmaq və məhsulların qarşılığında müştərilər tərəfindən ödənilmiş nağd şəkildə pul vəsaitini şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, ev 21D, 9-cu döngədə yerləşən ofisindəki kassasına ödəməkdən ibarət olmuşdur. Elmar Rəfıyevə təhkim olunmuş ərazi Bakı şəhəri, Səbail rayonu olmuş və həmin ərazidə təxminən 15 köşk olmuşdur. 2022-ci ilin avqust ayında bölgə müdiri Ərşad Təqsirləndirilən şəxs ərazisi üzrə bəzi müştərilərlə apardığı yoxlama zamanı müştərilən hesabı ilə şirkətin hesabının düzgün gəlməməsi şirkətin daxili auditi Şahid2 bu barədə məlumat vermiş, sonuncu da şirkət rəhbərliyinə bu barədə məlumat vermiş və rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanmağa başlamışdır. Təxminən bir həftə ərzində aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 16603,85 manat dəyərində dondurma məhsullarını ona təhkim olunmuş ərazidən kənarda başqa ticarət nöqtələrinə sataraq satışda əldə etdiyi pulu şirkətin kassasına mədaxil etməyərək mənimsəmişdir. Audit yoxlaması zamanı Təqsirləndirilən şəxs yoxlamada iştirak etməsi bildirilsə də, sonuncu iştirak etməkdən imtina etmişdir. İlkin araşdırma zamanı Təqsirləndirilən şəxs hesabında 13567 manat çatışmazlıq aşkar olunsa da, sonradan obyektiv və tam araşdırmadan sonra sərbəst auditin də gəldiyi nəticə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16603,85 manat dəyərində dondurma məhsulları başqa obyektlərə sataraq pulu şirkətin kassasına ödəməyərək mənimsəmişdir. İşə məhkəmədə baxıldığı dövrdə Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinə vurduğu ziyanı tam olaraq ödəmiş, onlarla barışıq əldə etmişdir. “Camal LTD” şirkətinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayından “Camal LTD” şirkətində audit nümayəndəsi vəzifəsində işiəyir. Vəzifəsi şirkətdə inventarizasiya siyahılarının aparılması, ekspeditorların təhkim olunmuş ərazilərə malların təhvilinə nəzarət, müştərilərin borc qalıqlarına nəzarət, çatışmazlıqların yoxlanılması və sair məsələlərdən ibarətdir. Təqsirləndirilən şəxs şirkətdə satış təmsilçisimerçendayzer vəzifəsində 06 aprel 2021-ci ildə işləməyə başlamış, Təqsirləndirilən şəxs vəzifəsi ona təhkim olunmuş ərazi üzrə sifariş verilmiş dondurma məhsulları şirkətin anbarından təhvil alıb ticarət nöqtələrinə çatdırmaq və nağd şəkildə alıcılardan əldə etdiyi satılmış məhsulların pulunu şirkətin kassasına ödəməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Sulutəpə qəsəbəsində yerləşən mədaxil kassasına ödəməli imiş. Elmara təhkim olunmuş ərazi Bakı şəhəri Səbail rayonu olmuş və həmin ərazidə təxminən 15 köşk olmuşdur. 2022-ci ilin avqust ayında bölgə müdiri Ərşad Təqsirləndirilən şəxs ərazisi üzrə bəzi müştərilərlə apardığı yoxlama zamanı müştərilən hesabı ilə şirkətin hesabının düzgün gəlmədiyini ona bildirmiş, o, da şirkət rəhbərliyinə bu barədə məlumat vermiş və rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs fəaliyyətini yoxlamağa başlamışlar. Təxminən bir həftə ərzində apardıqları araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 16603,85 manat pulu alıcılardan alaraq şirkətin kassasına mədaxil etməyərək mənimsəmişdir. Audit yoxlaması zamanı Təqsirləndirilən şəxs yoxlamada iştirak etməsi bildirilsə də, sonuncu iştirak etməkdən imtina etmişdir. Lakin, sərbəst auditdən öncə özü araşdırma aparılarkən Elmarla birlikdə sifarişçi Şahid4 nümayəndəsinin iştirakı ilə aralarındakı danışıq zamanı Elmar özü təxminən 13000 manat pulu mənimsədiyini etiraf etmiş və bu barədə də özü izahatında etiraf da yazmışdır. Lakin, onun, eləcə də auditin yoxlaması zamanı aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs 16603,85 manat pulu mənimsəmişdir. Elmar bu məsələlərdən sonra işə gəlmədiyi üçün sonuncunun işdən çıxma əmiri 2023-cü ilin sentyabr ayında verilmişdir. Lakin, Təqsirləndirilən şəxs qeyd olunan məbləği şirkətdə faktiki olaraq işlədiyi 2022-ci ilin may ayının sonlarından iyul ayının sonlarınadək olan müddətdə mənimsəmişdir.Çünki, Şahid4 Fayik qızı (VEÖN-**********2) 52976,45 manat dəyərində dondurma məhsullarını həmin ilin may ayının 19-dan həmin ilin iyul ayının 28-dək olan müddətdə sifariş etmişdir. Onlar Elmarı işdən faktiki olaraq avqust ayının ilk günlərində uşaqlaşdırmışlar və faktiki olaraq avqust ayında Elmarın mənimsəmə etməsi mümkün deyilmiş. Çünki, sifariş olunmuş mallar maksimum bir gün ərzində müştəriyə çatdırılır. Belə ki, apardıqları araşdırma zamanı müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonlarından həmin ilin iyul ayının sonlarınadək olan müddətdə sifariş olunmuş 16603,85 manat dəyərində malı ona təhkim olunmuş ərazidən kənarda, onlara məlum olmayan obyektlərə sataraq şirkətin kassasına mədaxil etməmişdir. Şahid qismində dindirilmiş Şahid5, Şahid1 və Şahid3 eyni məzmunlu ifadələr vermişlər. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2018-ci ildə Dənizkənarı Bulvar idarəsində işləməyə başlamışdır. Bu idarənin ərazi hüdudları Ağ Şəhər Bulvarı, Dənizkənarı Milli Park və Bayıl Bulvarı (Yeni Bulvarı) ərazilərini əhatə edir. Bügünədək həmin idarədə fərqli vəzifələrdə işləmiş, 2022-ci ildə isə işi qeyd etdiyi Bulvarlar ərazisində fəaliyyət göstərən ticarət köşklərinə nəzarət etməkdən ibarət olmuş, həmin dövrdə qeyd olunan ərazidə təqribən 15 ticarət köşkü olmuş, bu ticarət köşklərinə əsasən dondurma məhsullarını Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küşəsi, döngə 9, 21D ünvanında yerləşən və dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olan “Camal LTD” şirkətindən almışlar. Malların qəbulu isə sifariş əsasında deyil, Şahid4 Fayik qızının (VEÖN-**********) adından qəbul edilmiş və sifariş köşklərin özündə ehtiyac olunan qədər qaiməyə yazılırmış. Şahid4 bir neçə dəfə Dənizkənarı Bulvar idarəsində görmüş, lakin sonuncunun həmin idarədə rəsmi olaraq işləyib işləməməsi barədə, eləcə də ünvanı və mobil nömrəsi barədə məlumatı yoxdur. Lakin, Nailənin adından gələn məhsulları özü şəxsən qəbul etmişdir. Bulvar ərazisindəki ticarət köşklərinin heç də hamısı Bulvar İdarəsinin tabeçiliyində deyildir. Onlara tabe olan ticarət köşkləri əsasən üzərində “Coca Cola" sözləri həkk olunmuşdur, digərləri isə onlara tabe deyildir və həmin köşklər fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlardır. “Camal LTD” şirkətində Təqsirləndirilən şəxs, eləcə də Nümayəndə tanımış, lakin malları onlara ancaq Təqsirləndirilən şəxs təhvil vermişdir. Malları təhvil alarkən bu barədə qaimə də tərtib olunmuş, aldıqları malların ödənişi isə köçürmə yolu ilə aparılmışdır. O, nağd şəkildə Təqsirləndirilən şəxs heç bir vaxt ödəniş etməmişdir. 2022ci ildə Şahid4 Fayik qızının (VEÖN-**********) adından satın alınmış dondurma məhsullarının dəqiq dəyərini bilmir. 2022-ci ilin yay-payız aylarında “Camal LTD” şirkətinin nümayəndələri Bulvar İdarəsinə gəlmiş və araşdırma zamanı məlum olmuşdur ki, Rəfiyev X6 Nailə Fayik qızının (VEÖN-**********) adına yazılmış qaimələr üzrə dəqiq xatırlamadığı dondurma məhsullarını onlara məlum olmayan ərazidə başqa obyektlərə sataraq satışdan əldə etdiyi pulu mənimsəmiş, Təqsirləndirilən şəxs də həmin gün auditlə birlikdə Bulvar İdarəsinə gəlmiş, lakin onun Təqsirləndirilən şəxslə hər hansı bir danışığı olmamış, Elmarın dondurma məhsullarını hansı obyektlərə satması, eləcə də sonuncunun Bulvarın adından yazdığı qaimələr üzrə hansı məbləğdə dondurma məhsullarını başqa obyektlərə satması barədə məlumatı yoxdur. Şahid qismində dindirilmiş Şahid4 Fayik qızı eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 2, i.v.49-50). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4cü maddələri ilə nəzərdə tutumuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, i.v.116-117). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, i.v.139-140). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.152-153). xx.xx.2021-ci il tarixli 1601 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə “Camal “LTD” şirkətində merçendayzer vəzifəsinə işə götürülmüşdür (cild 1, i.v.30-31). Tam maddi məsuliyyət haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs öz təqsirli hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyanın ödənilməsini öhdəsinə götürmüşdür (cild 1, i.v.32). xx.xx.2022-ci il tarixli auditor hesabatından görünür ki, audit yoxlaması nəticəsində “Camal LTD“ şirkətində satış təmsilçisi (merçendayzer) vəzifəsində işləmiş Təqsirləndirilən şəxs şirkətin istehsalı olan müxtəlif adda və çeşiddə dondurma məhsullarının şirkət tərəfindən müəyyən olunmuş sifarişçiyə (sifarişçilərə) təqdim olunması və həmin təqdim olunmuş müxtəlif növ dondurma məhsullarının dəyərinin sifarişçidən (sifarişçilərdən) almasına görə öhdəsində olan pul vəsaitlərinin yoxlama dövründə təsdiq edilmiş ümumi kənarlaşma və çatışmayan pul vəsaitinin məbləği 16603,85 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmin rəydən görünür ki, “Camal LTD” şirkətinin anbarından şirkət tərəfindən müəyyən olunmuş sifarişçilərə təqdim olunmaq üçün Təqsirləndirilən şəxs satış məqsədi ilə məxaric olunmuş 52976,45 manat dəyərində dondurma məhsullarının 36372,60 manat məbləği elektron-qaimə üzrə Şahid4 Fayik qızına təqdim olunması və sonuncu tərəfindən həmin elektron-qaimə üzrə təqdim olunmuş məhsulların almasını təsdiq etməsi nəticəsində 16603,85 manat məbləğində kənarlaşma yaranmışdır. Belə ki, 16603,85 manat məbləğində yaranmış kənarlaşmaya səbəb şirkətin anbarından “Malların yerdəyişməsi” sənədlərinə əsasən Təqsirləndirilən şəxs adına məxaric olunmuş dondurma məhsulları Təqsirləndirilən şəxs tərəfindən şirkətin müəyyən etdiyi sifarişçiyə təqdim olunmaması və həmin məhsulların ona təhkim olunmuş ərazidən kənarda digər alıcılara sataraq mənimsəmişdir (cild 1, i.v.184-193). Məhkəmə-mühasibatlıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 9/8089 nömrəli ekspert rəyindən görünür ki, “Camal LTD” şirkətində satış üzrə nümayəndə vəzifəsində işləyən Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 16.603,85 manat müəyyən edilir (cild 1, i.v.164-168). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsindən verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan “Camal LTD” şirkətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16.603,85 manat ziyanı şirkətə tamamilə ödəmişdir. Şirkətin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs səmimi peşmançılığını, öz əməlinə mənfi münasibətini, cavanlığını, müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun az ağır cinayət əməli törətməsini, ziyanı tamamilə ödəməsini, əməllərindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Bu ədalətli və qanuni olmaqla, cəzanın məqsədlərini də təmin edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi, yaşayış yerini müəyyən saatlarda tərk etməmək vəzifəsi, habelə yaşadığı və işlədiyi Qazax və Ağstafa rayonlarının hüdudlarını tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin ediləcək cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilməlidir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Əlavə cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Məhkəmə Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən istifadə etməklə cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən istintaq orqanında onun hüquqlarını müdafiə etmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 1 (bir) gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (Qazax şəhəri, Əliağa Şıxlinski küçəsi ev 36, mənzil 4) gecə saat 2300-dan səhər saat 0600-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Qazax rayonunun və işlədiyi Ağstafa rayonlarının hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-109/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-109/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver