Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-11/2022 06.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı övladı olan, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)-888/2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci və 66.3cü maddələri ilə qəti olaraq 10 000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 542/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən həmin hökm qüvvədə saxlanılmış, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə (təsviri-əsaslandırıcı hissədə CM) təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 28 oktyabr 2019-cu il tarixdə cinayətdən xəbərsiz olan tanışı Şahid4 vasitəsi ilə tanıdığı Şahid1 və sonuncunun tanışı Şahid2 ilə Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısındakı “Heydər Əliyev” parkında görüşüb Şahid1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində işə qəbul edilməsində köməklik göstərilməsinə dair özünə müraciəti ilə əlaqədar sonunculara özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin əməkdaşı, eyni zamanda Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə nəzarət edən məsul şəxs kimi təqdim etməklə, həmin Xidmətdə yüksək vəzifələrdə işləyən şəxslərlə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Şahid1 qeyd edilən Xidmətdə işə düzəldə biləcəyini yalandan vəd edib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu həmin Xidmətin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 və sonuncunun tanışı Şahid2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə etməklə yalandan bildirib, sonuncuların razılıqlarını alıb onlarla sövdələşərək, həmin adla həmin gün Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202 ünvanında yerləşən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısındakı “Heydər Əliyev” parkında Şahid1 və Şahid2la görüşüb, inandırmaq məqsədi ilə Şahid1 məxsus diplomun, hərbi biletin, şəxsiyyət vəsiqəsinin, hərbi xidmətlə bağlı xasiyyətnamə və təşəkkürnamələrin əslini, habelə Şahid1 məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini sonuncudan alıb həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə yolu ilə sonuncuya məxsus 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə hüquqi şəxsin - dövlətin, qurumlarının nüfuzunun qorunub saxlanılması ilə bağlı hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 2005-ci ildən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işləmiş, sonuncu iş yeri Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu Polis bölməsində əməliyyat müvəkkili, polis baş leytenantı rütbəsi olmuşdur.xx.xx.2016-cı il tarixdən isə X7 xaric edilmişdir.Bakı şəhər sakini Şahid1 barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzinə 4 mart 2020-ci il tarixdə etdiyi müraciəti və həmin müraciət əsasında hazırda barəsində istintaq aparılan cinayət işi ilə əlaqədar qeyd edir ki, Bakı şəhər sakini Şahid1 uzun müddətdir ki, dostluq etdiyi, xırda sahibkarlıqla məşğul olan Şahid4 vasitəsilə tanımışdır.Belə ki, 2019-cu ilin oktyabr ayında Rasim istifadəsində olan ***-***-**-** mobil nömrədən həmin vaxt onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək bir nəfər tanışının yaxın adamını Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunmasına köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur.O da Rasimə telefonda həmin vaxt tanışının yaxın adamını Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunmasına kömək edəcəyini demiş, həmçinin yalandan vurğulamışdır ki, Miqrasiya Xidmətində vəzifələrdə işləyən tanış adamları vardır.Daha sonra Rasim həmin şəxslərlə yaxın zamanda danışıb onunla əlaqə saxlayacağını deyib sağollaşmışdır.Bundan bir neçə gün sonra Rasimin göndərdiyi Şahid1 və sonuncunun tanışı Şahid2 onun istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamışlar, sənədləri vermək istədiklərini, harada görüşə biləcəklərini soruşmuşlar.O da Ağa-əliyə özünə inandırmaq üçün Dövlət Miqrasiya Xidmətinə gəlmələrini xahiş etmişdir. Həmçinin, Rasim də onunla telefonda danışaraq Ağa-əli ilə Binəqədi rayonu, Ayna Sultanova parkının yaxınlığında görüşdüyünü, sonuncuya onunla əlaqə saxlamalarını dediyini bildirmişdir.Bundan sonra həmin gün, yəni 28 oktyabr 2019-cu il tarixdə Ağa-əli və Hüseynlə Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının yanına gəlmiş, aralıdan Ağa-əli və Hüseyni görüb mülki geyimdə kostyumda hər ikisinə yaxınlaşaraq sonuncuları Xidmətin yaxınlığındakı parkın içərisində olan çayxanaya çay içib iş barədə söhbət etməyə dəvət etmiş, həmin şəxslər də təklifi ilə razılaşmışlar.Bundan sonra, adını xatırlamadığı çay evində əyləşib söhbət etmişlər.Ağa-əli Miqrasiya Xidmətində işə düzəlmək istədiyini demiş, o da sonuncuya bu işdə kömək edəcəyini bildirmişdir.Ona inanmaları üçün Ağaəlidən gətirdiyi sənədləri, yəni şəxsiyyət vəsiqəsi, hərbi bilet, diplomun, eləcə də hərbi xidmət zamanı aldığı xidməti xasiyyətnamə, təşəkkürnamələrin əslini almışdır.Söhbət zamanı Ağa-əliyə özünü yalandan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim etmiş, həmin zaman Ağa-əli onu Miqrasiya Xidmətində işləyən şəxs kimi tanıdığını soruşduqda o Ağaəliyə tanışı Rasimin də bəzi şeyləri tam doğru bilmədiyini o Nazirlər Kabinetində Miqrasiya Xidmətinə nəzarət etdiyini, daha yüksək işlərlə məşğul olduğunu yalandan bildirmişdir. Daha sonra aralarında olan söhbət zamanı Ağa-əliyə Miqrasiya orqanlarına 20.000 (iyirmi min) manat pulun qarşılığında işə düzəldə biləcəyini demiş, işin həlli üçün 20.000 (iyirmi min) manat pul verməsini bildirmişdir. Ağa-əli isə etirazını bildirərək Rasim, Arif, Hüseynin Kadrlar idarəsi tərəfindən qəbul ediləcəyini dediyini söyləmiş, o da Ağa-əliyə “xeyr, idarəyə getməyə ehtiyac yoxdur” sözlərini deyərək, guya idarədə hamının bu barədə məlumatı olduğunu, 20 000 manat pulu o alacağını bundan sonra idarəyə gedərək aldığı pul vəsaitini orada rəhbər şəxslərə çatdıracağını bildirmişdir.Lakin o, kiminsə adını həmin şəxslərə deməmiş, çünki həqiqətdə o, pulu özü üçün, öz şəxsi ehtiyaclarına xərcləməyi üçün almışdır, onun həmin idarədə tanışı olmamışdır.Bundan sonra Ağa-əli və Hüseyn telefonla tanışları Şahid3la əlaqəsi saxlamışlar.Daha sonra 20.000 manat pulun verilməsinə razılaşmışlar. Ağa-əli yanındakı tanışı Hüseynin iştirakı ilə 20.000 manat pulu çayxanda ona təqdim etmişdir.O da pulu qəbul edib yalandan vaxtı uzadıb məsələni yaddan çıxarmaları üçün 40 gün ərzində işin tam yekunlaşacağını demiş və yaxın vaxtda Ağa-əli ilə əlaqə saxlanılacağını bildirmişdir.Daha sonra şübhə yaratmamaq üçün Dövlət Miqrasiya İdarəsinin inzibati binasına tərəf yollanmış, Ağa-əli və Hüseynin uzaqlaşmasını gördükdən sonra o da rahat çıxıb getmişdir.Bundan sonra Ağa-əlidən aldığı 20.000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir.Ağa-əlidən pulu qəbul etdikdən bir müddət keçdikdən sonra sonuncu ona zənglər etməyə başlamış, işi ilə maraqlanıb suallar vermiş, o da işin yaxın zamanda guya həll olacağını yalandan bildirib vaxtı uzatmağa çalışmışdır.Zəngləri artıqdan sonra isə Ağa-əliyə yalandan qısa cavablar verərək hazırda məşğul olduğunu və daha sonra əlaqə saxlayacağını deyərək aldatmışdır.Daha sonralar Rasim özü onunla bu işlə bağlı telefon əlaqəsi saxlamağa başlamış, hətta bir neçə dəfə də görüşmüşlər.Rasim görüşləri zamanı Arif və Hüseyinin zəng etdiyini, narahat etdiyini deyərək, ondan ya işi düzəltməsini, ya da alınmırsa, camaatın pulunu geri qaytarmasını tələb etmişdir.O da hər dəfə Rasimi də aldadaraq yaxın zamanda məsələnin həll ediləcəyini əminliklə yalandan bildirmişdir.Rasim də öz növbəsində bu barədə Ağa-əliyə məlumatı çatdırmışdır.2019-cu ilin noyabr ayında artıq Ağa-əlinin dözə bilmədiyini görüb inandırıb biraz da vaxt qazanmaq üçün zəng edərək işə qəbulla bağlı ərizə formasını vermək üçün sonuncunu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısına dəvət etmişdir.Həmin gün, yəni 5 noyabr 2019-cu il tarixdə Ağa-əli həmin yerə gələrək ona zəng etmiş, o da yalandan işi çıxdığını, Nazirlər Kabinetinə geri qayıtdığını demiş və guya iş yerinə - Nazirlər Kabinetinə gəlməsini Ağa-əlindən xahiş etmişdir.Biraz keçdikdən sonra Ağa-liyə zəng edərək başqa bir yerə iş üçün getdiyini və nömrəsinin “WhatsApp”ının olubolmadığını, +**********7 nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə görüş ünvanını atacağını demiş və ünvanı Ağa-əliyə göndərmişdir.Biraz sonra Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsinə gedərək Ağa-əli ilə görüşmüş, həmin vaxt işə qəbulla bağlı 2 (iki) ədəd ərizə forması vermişdir.Həmin ərizə formasını özü internetə baxaraq komputerdə düzəltmişdir.Söhbət zamanı Ağa-əliyə işin düzəlməsi üçün əlavə 5 (beş) min manat pulunda verilməli olduğunu demişdir.Lakin Ağa-əli buna razılaşmamış, 5 min manat pulu Hüseynə vasitəçi olduğuna görə verdiyini bildirmiş, o həmin puldan xəbəri olmadığını demişdir.Daha sonra özünü yalandan əsəbi göstərərək həmin pulun da ona çatmalı olduğunu bildirmiş, Ağa-əli də əsəbləşərək çıxıb getmişdir. Bu hadisədən sonra Rasim ona zəng edərək 5 min manat əlavə niyə pul istədiyini soruşmuş, o da daha məsələni dərinləşdirmək istəməyərək 5 min manat pulun lazım olmadığını demişdir. Ağa-əli ərizə formasını doldurduqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyanın yaxınlığında görüşərək ərizə formasını ona vermişdir.Bir müddət keçməsinə baxmayaraq artıq işinin yenə uzandığını görüb Ağa-əli ona zənglər etmişdir.O da hər dəfəsində müxtəlif bəhanələr gətirmiş, sənədlərinin əslini istədikdə Ağa-əlini müxtəlif bəhanələr gətirməklə aldatmışdır.Bir müddət sonra isə Arif, Ağa-əli və o, Gənclik metrostansiyası yaxınlığında görüşmüşlər, sənədləri Ağa-əliyə geri qaytarmış və 1 həftə ərzində Miqrasiya Xidmətinin Kadrlar İdarəsi tərəfindən işlə bağlı çağırılacağını yalandan demişdir.Hətta bir dəfə Ağaəliyə zəng edərək təcili sağlamlıq haqqında arayış alıb ona verməsini demiş, daha sonra şəkillər də istəmişdir. Ağa-əli isə artıq pulunu qaytarmasını ondan tələb etmiş, o da bir daha səbrli olmasını xahiş etmiş, bundan sonra Ağa-əli sağlamlıq haqqında arayışı, yaşayış yerindən arayışı da alıb arayışları, 6 ədəd fotoşəkilləri Gənclik metrostansiyası yaxınlığında ona vermişdir. Daha sonra Ağa-əli ilə əlaqəni ümumiyyətlə kəsmişdir.Amma ona məlumat çatırılmışdır ki, Ağa-əli dayanmadan Arif, Hüseyn və Rasimlə görüşüb danışaraq ümumilikdə ona verdiyi 20.000 (iyirmi min) manat pulu geri tələb edir.Daha sonra o, dəfələrlə Ağa-əliyə demişdir ki, işə düzəltmək üçün aldığı 20.000 (iyirmi min) manat pulu yaxın günlərdə qaytaracaqdır, lakin maddi imkanı yaxşı olmadığı üçün və Ağaəlidən aldığı 20 000 manat pul vəsaitini xərclədiyindən həmin pulu qaytara bilməmişdir.Bundan sonra eşitmişdir ki, Ağa-əli onun barəsində xx.xx.2020-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar Xətt” əlaqə mərkəzinə məlumat vermiş və araşdırma başlanmışdır.O, törətdiyi cinayət əməlinə görə çox peşmandır.Təqsirləndirilən şəxs həmçinin ifadəsində qeyd etmişdir ki, əvvəl vermiş olduğu izahatında məsuliyyətin ondan yan keçməsi üçün qəsdən yalandan X8 adını çəkmişdir, Asif Həsənov onun tanışıdır, lakin Asifin bu məsələdən qətiyyən xəbəri yoxdur.Ağa-əli X3 İdarəsində işə düzəlməsi üçün sonuncudan aldığı 20.000 manat pulu Asif Həsənova verməmişdir.Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Şahid1 ilə görüşdə 20 000 manat pulu alan zaman özünü Ağa-əliyə Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim etmişdir.Lakin o, Nazirlər Kabinetinin, eləcə də Dövlət Miqrasiya Xidmətinin əməkdaşı olmamışdır.Bunlar hamısı özünü inandırmaq üçün uydurduğu yalanlar olmuşdur.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş İdarəsinin rəisi, general mayor Rza Talıbov xalası oğlu deyildir, Rza Talıbovla heç bir tanışlığı yoxdur.Bundan başqa dostu Rasimin Arif və Ağa-əliyə belə bir məlumat verməsi barədə heç bir söz deyə bilməz.Təqsirləndirilən şəxs bundan başqa ifadəsində göstərmişdir ki, onun iki adı vardır, həm İlqar, həm də İlkin kimi ona müraciət edirlər. İki adla çağrılmağının səbəbkarları isə valideynləridir. Ad qoyulan zaman anası ona İlkin adını vermiş, atası isə razılaşmamış və İlqar kimi ona həmişə müraciət etmişdir.Ona görə də o vaxtdan bu iki adla yaşamışdır.Ancaq əsl adı İlkindir.Bu barədə Şahid4 da danışmışdır.Ola bilsin ki, Rasim də Ağa-əligillə danışan zaman onu İlqar kimi təqdim etmişdir.Ola bilər ki, o Ağa-əliyə özünü İlqar kimi təqdim etmişdir.Ona görə də onu İlqar bilmişlər və həmişə İlqar deyə müraciət etmişlər. Yəni, İlqar kimi də təqdim edilməyində onun hər hansı bir məqsədi olmamışdır.Şahid1 20.000 manat pulu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə işə düzəltmək adı altında alarkən işini kimin vasitəsi ilə həll edəcəyi barədə əvvəlcədən Ağa-əliyə heç bir məlumat verməmişdir.Sadəcə bildirmişdir ki, yaxşı əlaqələri var, işi həll edəcəkdir.Yəni, ümumiyyətlə kiminsə adını Ağa-əlinin yanında çəkməmişdir.Şahid1 tərəfindən istintaqa könüllü olaraq təqdim edilmiş 1 ədəd flaşkarta “İlkinlə olan danışıqlar” faylında olan cəmi 21 səs yazılarına qulaq asmışdır, həmin səs yazılarında danışan şəxs odur.Hər bir səs yazısında da göründüyü kimi Ağa-əlinin işə düzəlməsi məsələsindən söhbət açılmışdır və o, yalandan Ağa-əlini inandırmaqla əslində məsələni uzatmağa çalışmışdır.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, törətdiyi cinayət nəticəsində vurulmuş maddi ziyanı tam ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 2019-cu ilin sentyabr ayında babası Ələsgər Xəlilovun tanışlarından olan Şahid2 ilə tanış olmuşdur.Şahid2la tanış olmasına səbəb sonuncunun dövlət orqanlarında işləyən vəzifəli şəxslərlə yaxşı əlaqələri olan adam kimi tanıması olmuşdur.O ali təhsilli və işsiz olduğuna görə Azərbaycan Respublikası Dövlət Miqrasiya orqanlarında işə qəbul olunmaq istəmişdir. Buna görə də 2019-cu ilin sentyabr ayında (dəqiq tarixi xatırlamır) istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamış, işə düzəlmək istəməsi ilə bağlı narahat etdiyini söyləmişdir. Hüseyn də bildirmişdir ki, bu barədə görüşüb söhbət edən zaman onun işə düzəlməsinə köməklik edə bilər. Aralarında olan danışıqdan 1-2 gün sonra Hüseynlə Bakı şəhərində görüşmüşlər. O, görüş zamanı işsiz olduğunu, Dövlət Miqrasiya orqanlarında işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. Hüseyn də ona demişdir ki, Şahid3 adlı tanışı var, həmin şəxs bu işdə köməklik göstərə bilər. O da razılaşmış, Ariflə tanış etməsini Hüseyndən xahiş etmişdir. 1-2 gün sonra o, Hüseynlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Bakı Təhsil İdarəsinin yaxınlığındakı küçədə Şahid3la görüşmüşdür. Həmin vaxt Ariflə söhbət edən zaman o, sonuncudan Azərbaycan Respublikası Dövlət Miqrasiya orqanlarına işə qəbul olunmaq istədiyini bu işdə ona köməklik etməsini xahiş etmişdir. Həmçinin Hüseyn də bu barədə artıq Ariflə danışmışdır. Şahid3 söhbət zamanı tanışının olduğunu, tanışı ilə bu məsələ barədə söhbətləşəcəyini bildirərək yaxın zamanda onunla Hüseynin vasitəsi ilə əlaqə saxlayacağını demişdir. 28 oktyabr 2019-cu il tarixdə Şahid3la yenidən Hüseyinin vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Arif ona demişdir ki, tanışı ilə danışmış və məlumat gözləyir. Biraz sonra Arif adını Rasim kimi qeyd etdiyi tanışı ilə telefon əlaqəsi saxlamışdır. Rasim Binəqədi rayonu, Ayna Sultanova parkı yaxınlığında görüşməyi təklif etmiş, Arif, Hüseyn və o qeyd edilə yerə getmişlər. Orada yerləşən “Öz Kardeşlər” restoranında əyləşərək Arifin tanışı Rasimi gözləmişlər. Biraz sonra Rasim özünə məxsus qara rəngli, **-PB-*** qeydiyyat nişanlı, “Range Rover” markalı maşınla gəlmiş, o, Rasimi uzaqdan görən zaman bu adamın kim olduğunu Arifdən soruşmuş, Arif də “Rasim çox güclü bir adamdır, belə ki, Bakı şəhər Baş Polis idarəsinin rəisi Mirqafar Seyidovun əsgərlik yoldaşıdır” deyə bildirmişdir. Rasim onlara yaxınlaşıb görüşdükdən sonra da Arif Rasimin necə bir insan olduğunu bir daha vurğulamışdır. Ona görə də o, tam olaraq həm Arifə, həm də Rasimə inanmışdır. Beləcə söhbət zamanı, Rasim ona polis orqanlarında işə düzəlməsini, bu sahədə kömək edəcəyini israrlı şəkildə bildirmişdir. O, yaşına görə polis orqanında işləmək təklifini qəbul etməmiş, Miqrasiya orqanlarında işləmək istədiyini demişdir. Rasim də ona həmin orqanda işə düzəlməsində kömək edəcəyinə söz vermişdir. Rasim qeyd etmişdir ki, Dövlət Miqrasiya Xidmətində bildiyinə görə yaxşı vəzifədə (ancaq vəzifəsini konkret olaraq bildirməmişdir) işləyən İlqar adlı tanışı vardır. İlqarla danışmışdır, İlqarın bu məsələdən xəbəri vardır, özü hər şeyi bilir, sadəcə əlaqə saxlayıb görüşmək lazımdır. Həmçinin Rasim qeyd etmişdir ki, İlqara bu məsələni danışan zaman sonuncu demişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş İdarəsinin rəisi, general mayor Rza Talıbovla qohumluq əlaqələri vardır, bundan başqa Miqrasiya Xidmətinin Kadrlar idarəsində tanıdığı adını demədiyi rəhbər şəxsləri də tanıyır, Kadrların əməkdaşları vasitəsi ilə bu işi həll edəcəkdir, Kadrlarda işə qəbul olmaq istəyən şəxsi qəbul edəcəklər. O da bundan sonra Rasimə inanaraq razılaşmışdır. Daha sonra isə Rasim ona İlqar adlı şəxsin (***-***-**-**) mobil nömrəsini verərək əlaqə saxlamasını demişdir. Həmin vaxt Şahid2la birlikdə Rasimin tanışı özünü İlqar kimi təqdim edən şəxsə zəng vurub sənədlərini vermək üçün harda görüşmələrini soruşmuş, İlqar həmin vaxt ona Miqrasiya Xidmətinin inzibati binasının yanına gəlməsini bildirmişdir. Bundan sonra Hüseynlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yerləşdiyi inzibati binanın qarşısında olan parka gəlmişlər. Həmin idarənin qarşısındakı parkın girəcəyində bir qədər gözlədikdən sonra özünü İlqar kimi təqdim edən şəxs mülki geyimdə kostyumda yaxınlaşaraq onu Xidmətin yaxınlığındakı parkda yerləşən çayxanaya dəvət edib çay içib iş barədə söhbət etməyə dəvət etmişdir. Bundan sonra adını xatırlamadığı çay evində əyləşib söhbət etmişlər. O, özünə məxsus sənədləri, şəxsiyyət vəsiqəsi, hərbi bilet, diplomun, eləcə də hərbi xidmət zamanı aldığı xidməti xasiyyətnamə, təşəkkürnamələrin əslini İlqar kimi tanıdığı şəxsə vermişdir. İlqar ona aralarında olan söhbət zamanı özünü Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək, Miqrasiya orqanlarına 20.000 (iyirmi min) manat pulun qarşılığında işə düzəldə biləcəyini demişdir. O, İlqara Miqrasiyada işləyən şəxs kimi tanıdığını demiş, İlqar da ona “Rasimə tam olaraq vəzifəmi deməmişəm, elə şeylər varki deyilmir və bilinmir, daha yüksək işlərlə məşğulam” sözlərini işlətmişdir. Daha sonra İlqar işin həlli üçün 20.000 ( iyirmi min) manat pulu verməsi demiş, o da İlqara etirazını bildirərək Rasim, Arif, Hüseyn ona Kadrlar idarəsində qəbul ediləcəyini söylədiklərini bildirmişdir. Hüseyn həmin vaxt onlardan aralıda olmuş, o Hüseyni yanına çağırmış, sonuncu da yaxınlaşaraq bunu təsdiqləmişdir. İlqar demişdir ki, “yox, Kadrlar idarəsinə getməyə ehtiyac yoxdur, hamının məlumatı var, pul burda alınmalı, sonra idarəyə getməli, rəhbərliyə çatmalıdır”.Lakin İlqar kiminsə adını verməyərək pul vəsaitinin konkret olaraq kimə çatmasını onlara deməmişdir. Onlar yenə də İlqarla razılaşmamışlar, Hüseyn Arifin ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış, İlqarın pulu indi istədiyini demişdir.Arif də Rasimlə əlaqə saxlamış, yekun olaraq onlara telefonda demişlər ki, narahat olmasınlar, pulu indi versinlər. O, bu işin düzəlməsinin təxmini 25-30 min manata başa gələcəyini düşündüyü üçün özü ilə 25 min manat pul götürmüşdür. Həmin vaxt üzərində gətirdiyi 25000 manat puldan 20000 manatını Hüseynin iştirakı ilə İlqara təqdim etmişdir. İlqar pulu qəbul edib ona 40 gün ərzində işinin tam yekunlaşacağını demiş və yaxın vaxtda əlaqə saxlanacağını bildirmiş, daha sonra Miqrasiya idarəsinə tərəf yollanmışdır. Onlar İlqarın yanından ayrıldıqdan sonra Hüseyn ondan şirinlik olaraq vasitəçilik edib əziyyət çəkdiyi üçün 5 min manat pul verməsini xahiş etmişdir.Hətta verəcəyi halda həmin puldan özündən başqa əziyyət çəkənlərə yəni, Arifə və digərlərinə də çatacağını demişdir.O da doğurdan da Hüseyn ona köməklik etdiyi üçün, həm də işə düzəlməsi üçün nəzərdə tutduğu məbləğdən aşağı, yəni 20.000 manata başa gəldiyinə görə, cibində əlavə 5 min manat pul qaldığı üçün buna könüllü və ürəkdən razılaşmışdır. Bundan sonra o, Şahid2 5 (beş) min manat pulu şəxsi – “Lada Niva” markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobilində vermiş, Hüseyn də ona qəti narahat olmamasını, həmin şəxslərin elə-belə insanlar olmadığını, işə yaxın zamanda düzələcəyini demişdir. Bundan sonra çıxıb getmişdir.Bu hadisədən bir müddət keçməsinə baxmayaraq işinin həll olmadığını görüb İlqarla əlaqə saxlayaraq işi ilə maraqlandıqda, İlqar ona qısa cavablar verərək hazırda məşğul olduğunu və daha sonra əlaqə saxlayacağını deyərək onu aldatmağa başlamışdır.Bir neçə gündə gözlədikdən sonra artıq dözməyib Hüseyinlə əlaqə saxlamış, İlqarın onu müxtəlif bəhanələrlə yola verdiyini, aldatdığını demişdir. Hüseyn də ona demişdir ki, darıxmasın, indi həmin şəxslərlə əlaqə saxlayacaqdır. Bundan az sonra İlqar ona zəng edərək işə qəbulla bağlı ərizə formasını vermək üçün onu Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısına dəvət etmişdir. O, həmin günü, yəni 5 noyabr 2019-cu il tarixdə deyilən vaxtda ora getsə də İlqar həmin vaxt təcili işinin çıxdığını, işə - Nazirlər Kabinetinə geri qayıtdığını demiş və iş yerinə-Nazirlər Kabinetinə gəlməsini xahiş etmişdir. Bundan sonra o, Nazirlər Kabinetinə yollanmış, lakin yolda olan zaman İlqar bir daha zəng edərək başqa bir yerə iş üçün getdiyini və onun nömrəsinin “WhatsApp”ının olub-olmadığını, +**********7 nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə görüş ünvanını atacağını demişdir. O da razılamış, İlqarın dediyi Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsinə gedərək sonuncu ilə görüşmüşdür. İlqar ona işə qəbulla bağlı 2 (iki) ədəd ərizə forması vermiş və əlavə 5 (beş) min manat pul verməli olduğunu demişdir. O, aralarındakı danışığın belə olmadığını əlavə 5 min manat nəyə görə verməli olduğunu soruşduqda X14 bu barədə məlumat verdiyini demişdir. Onun da həmin vaxt ağlına Hüseynə verdiyi 5 min manat pul gəlmiş, ona görə də 5 min manat pulu Hüseynə vasitəçi olduğuna görə verdiyini bildirmiş, İlqar həmin puldan xəbəri, məlumatı olmadığını deyərək əsəbləşmiş, həmin pulun özünə çatmalı olduğunu bildirmişdir. O da İlqardan ayrıldıqdan sonra Hüseynlə əlaqə saxlamaq istəsə də, lakin sonuncunun telefona zəng çatmamış, daha sonra İlqara zəng edərək Arifin istifadəsində olan ***-***-**-** nömrəsini almışdır. Arifə zəng edərək İlqarın ondan əlavə 5 (beş) min manat tələb etdiyini və əks halda işinin həll olmayacağını dediyini bildirmiş, həmin vaxt Arif Rasimlə birlikdə görüşüb danışmağı ona təklif etmiş və onlar Nərimanov rayonunda, İqtisadiyyat Universitetinin filialının yaxınlığında görüşmüşlər. Rasimə olanları danışmış, Rasim də 5 (beş) min manat pulun İlqara çatmalı olduğunu, Hüseynə çatan 5 (beş) min manat pulun İlqara verilməli olduğunu və bütün məsuliyyətin İlqarda olduğunu bildirmişdir. Arif də demişdir ki, Hüseyn 5 min manat puldan cəmi 1250 manatını ona verib, borcunu qaytarıb. Rasim də demişdir ki, xeyr, həmin pul İlqara çatmalıdır. Bundan sonra Rasim, Arif İlqarla telefonda öz aralarında danışıb razılaşdıqdan sonra bu məsələ bağlanmışdır. Ona demişlər ki, əlavə 5 min manat pul verilməyəcək. O da bundan sonra ona verilmiş işə qəbulla bağlı ərizə nümunəsini doldurduqdan sonra İlqarla Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında görüşərək sonuncuya təqdim etmiş, həmin vaxt İlqardan soruşmuşdur ki, “Hərəkətlərin, davranışların şübhə yaradır, sən Nazirlər Kabinetində dəqiq işləyirsən?”, İlqar isə əsəbləşərək yalan danışmadığını, işi düzəldəcəyini israrlı şəkildə ona bildirmişdir. O, İlqara yenə də inanmışdır. Sənədləri İlqara verdikdən bir müddət keçməsinə baxmayaraq artıq işinin uzandığını görüb konkret olaraq şübhələnməyə başlamışdır. O artıq dəfələrlə Hüseynə (***-***-**-**, ***-***-**-**), Arifə (***-***-**-**, ***-***-**-**), Rasimə (***-***-**-**) zəng edərək işdən narahat olduğunu bildirmişdir. Rasimlə Arif ona demişlər ki, narahat olmasın, İlqar general Rza Talıbovun xalası oğludur, bu işdə heç bir problem olmayacaq, işi 2020-ci ilin yanvar ayında həll olunacaqdır. Bundan xeyli müddət keçsə də işi həllini tapmamış və İlqar onun zənglərinə cavab verməmişdir. Bundan sonra telefon danışıqlarının birində İlqar ***-***-**-** saylı mobil nömrəsini ona verərək nömrə ilə əlaqə saxlamalı olduğunu demişdir. O, sənədlərinin əslini istədikdə İlqar ona müxtəlif bəhanələr gətirməklə onu aldatmağa başlamışdır. Sonradan o, Arif və Hüseynlə görüşüb İlqarla əlaqə saxlayıb ona məxsus sənədlərini geri qaytarmasını danışmışlar.Həmin gün Arif, İlqar və o Gənclik metrostansiyası yaxınlığında görüşmüşlər, İlqar ona məxsus sənədləri geri qaytarmış və 1 həftə ərzində Miqrasiya Xidmətinin Kadrlar İdarəsi tərəfindən işlə bağlı çağırılacağını demişdir. Bir müddət gözlədikdən sonra ona İlqarın əslində adının İlkin olduğu məlum olmuşdur. Belə ki, Arif ona demişdir ki, İlqarın əsl adı İlkin imiş, Rasim hamını aldatmışdır. Bir qədər təzyiqlərdən sonra İlkin zəng edərək təcili sağlamlıq haqqında arayış alıb verməsini demiş, daha sonra şəkillər də istəmişdir. O da İlkinə iş istəmədiyini pulunu geri qaytarmasını tələb etmiş, belə olan halda İlkin “nə danışırsan, məsələ artıq həll olur” sözlərini demişdir. O da çarəsiz qalaraq bundan sonra sağlamlıq haqqında arayışı, yaşayış yerindən arayışı almış, arayışları, 6 ədəd fotoşəkilləri İlkinə Gənclik metrostansiyası yaxınlığında vermişdir. Həmin vaxt İlkin onunla işlə bağlı əlaqə saxlanacağını bildirsə də daha sonralar heç bir xəbər olmamışdır. Müntəzəm olaraq Arif, Hüseyin və Rasimlə görüşüb danışaraq ümumilikdə İlkinə verdiyi 20.000 (iyirmi min) manat pulu geri istəməyə başlamış, İlkinlə bir neçə dəfə danışdıqdan sonra sonuncu hər dəfə müxtəlif bəhanələr gətirməklə işə düzəltmək üçün aldığı 20.000 (iyirmi min) manat pulu yaxın günlərdə qaytaracağına söz versə də, geri qaytarmayaraq onu aldatmışdır. Hətta İlkinə son danışıqları zamanı adını İlqar kimi yalandan onlara təqdim etdiyini demiş, İlkin isə əsəbləşib yalan olduğunu, əsl adının İlqar olduğunu, lazım olarsa, şəxsiyyət vəsiqəsini göstərə biləcəyini demiş, o da razılaşmış və İlkinin şəxsiyyət vəsiqəsinə baxmaq istədiyini demişdir. Ondan sonra İlkin tapılmamış, vəsiqəsini də göstərməmişdir. İlkin həmişə görüşə özünə məxsus “Nissan Pathfainder” markalı, **-TT-*** qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə İlkinin onu aldatması barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 nömrəli “Qaynar Xətt” əlaqə mərkəzinə məlumat vermiş və araşdırma başlanmışdır. Şahid1 ifadəsində əlavə olaraq göstərmişdir ki, o, 20.000 manat pulu yuxarıda dediyi məlum məsələ üçün Təqsirləndirilən şəxs vermişdir. 5 min manat pulu isə əziyyət çəkdiyi üçün şirinlik kimi Şahid2 vermişdir.Düzdür, onun işi alınmamış, İlkin onu aldatmışdır, ona görə 20.000 manat pulu İlkindən geri tələb edir. Hüseyndən də işi alınmadığı üçün 5 min manat pulu geri istəmiş, Hüseyn də onu gözəl başa düşdüyünü deyərək yaxın zamanda pulunu qaytaracağına söz vermişdir.Onsuz da ona aydın olmuşdur ki, Şahid2la Təqsirləndirilən şəxs arasında hər hansı bir əlbirlik, iş birliyi olmamışdır. Hüseyn birbaşa İlkini tanımamışdır. Hüseyn bir tanış kimi ona kömək etməyə çalışmışdır, ona görə də maddi vəziyyəti yaxşı olmadığı üçün xahişini nəzər alıb şirinlik kimi öz xoşu ilə Hüseynə 5 min manat pul vermişdir.Şahid1 həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun Dövlət Miqrasiya İdarəsində işə düzəlməsi adı ilə onu aldadaraq 20.000 manat pul almışdır. Lakin aldığı 20.000 manat pulu X10 verməsini ona deməmişdir. İlkinin dediyi o olmuşdur ki, həmin İdarədə rəhbərlikdə vəzifədə işləyən tanışı vardır, pulu bütünlüklə həmin şəxsə vermişdir. Yəni həmin şəxsin adını, vəzifəsini ona deməmişdir. Asif Həsənovu tanımır, İlkin həmin şəxs barəsində ona heçnə danışmamışdır. Təqsirləndirilən şəxslə 28 oktyabr 2019-cu il tarixdə ilk görüşləri zamanı İlkin özünü ona Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim etmişdir. Həmin vaxt da o, İlkinə 20.000 manat pulu Hüseynin iştirakı ilə vermişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər polis orqanlarında işləmiş və qovulmuşdur. İstintaq zamanı Şahid1 şahid qismində ifadə verərkən ifadəsinə əlavə etdiyi “WhatsApp” yazışmalarından görünür ki, Şahid1 həmin proqram vasitəsilə 2019-cu ilin noyabr və dekabr aylarında, 2020-ci ilin yanvar, fevral və mart aylarında Təqsirləndirilən şəxs istifadəsində olan +7 909 686-12-67 nömrəsinə çoxsaylı mesajlar yazaraq telefonlarına cavab verməsini tələb etmiş, telefonunu niyə söndürməsini dəfələrlə irad kimi bildirmiş, İlkindən onunla təcili görüşməsini, işinin alınıbalınmaması barədə konkret bir söz deməsini, onu aldatmamasını, iş məsələsi ilə bağlı özüylə yanaşı, atasının, Arifgilin də çox narahat olduqlarını bildirmişdir. Həmçinin, həmin proqramda Təqsirləndirilən şəxs qeyd edilən nömrəsinə çoxsaylı zənglər etmişdir. Təqsirləndirilən şəxs isə həmin zənglərə cavab verməmiş, Şahid1 mesajlarına çox gec cavab yazaraq müxtəlif bəhanələr gətirməklə danışa bilmədiyini, özünün onunla əlaqə saxlayacağını bildirmişdir.Həmçinin, Şahid1 həmin proqramda 2020-ci ilin fevral ayında Şahid4 istifadəsində olan +99450 ***-**-** nömrəsinə çoxsaylı mesajlar yazaraq Təqsirləndirilən şəxs telefon zənglərinə cavab vermədiyini, telefonunun söndürüldüyünü, söz danışdıqlarını, bir ağsaqqal kimi İlkinlə danışmasını, 6-cı gün danışdıqları kimi pulunun qaytarılmasını, əks halda daha heç kimin ondan inciməməsini bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid1 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 20.000 manat maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 2019-cu ilin sentyabr ayında Şahid1 ilə tanış olmuşdur.Həmin vaxt Ağa-əli istifadəsində olan ***-***-**- ** telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək ali təhsilli və işsiz olduğuna görə Azərbaycan Respublikası Dövlət Miqrasiya orqanında işə qəbul olunmaq istədiyini və bu işdə ona köməklik etməsini bildirmiş, o da bu barədə görüşüb söhbət etmələrini təklif etmişdir. Aralarındakı telefon danışığından 1-2 gün sonra Ağa-əli ilə Bakı şəhərində görüşmüşlər. Ağa-əli ona işsiz olduğunu, Dövlət Miqrasiya orqanlarında işə düzəlməsinə köməklik göstərməsini bir daha xahiş etmiş, o Şahid3 adlı tanışı olduğunu, sonucunun yaxşı əlaqələrinin olmaqla bu işdə köməklik göstərə biləcəyini Şahid3la danışdıqdan sonra ona məlumat verəcəyini demiş, Ağa-əli də onunla razılaşmışdır. Bundan sonra Ariflə əlaqə saxlayaraq bu barədə sonuncuya məlumat vermiş, 1-2 gün sonra o, Ağa-əli və Şahid3 Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Bakı Təhsil İdarəsinin yaxınlığında küçədə görüşmüşlər. Söhbət zamanı Ağa-əli bir daha Azərbaycan Respublikası Dövlət Miqrasiya orqanlarına işə qəbul olunmasına köməklik etməsini Şahid3 bildirmiş, sonuncu tanışının olduğunu, tanışı ilə bu məsələ barədə söhbətləşəcəyini bildirərək yaxın zamanda onun vasitəsi ilə Ağa-əli ilə əlaqə saxlayacağını demişdir. 28 oktyabr 2019-cu il tarixdə Şahid3, Ağa-əli və o Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyanın yaxınlığında görüşmüşlər. Görüş zamanı Arif tanışı ilə danışdığını və məlumat gözlədiyini bildirmiş, biraz sonra Arif adını Rasim kimi qeyd etdiyi tanışı ilə telefon əlaqəsi saxlamış, sonuncu onlarla Binəqədi rayonu, Ayna Sultanova parkı yaxınlığında görüşmələrini təklif etmişdir. Arif, Ağa-əli və o həmin ünvana gedərək “Öz Kardeşlər” restoranında əyləşib Arifin tanışı Rasimi gözləmişlər. Biraz sonra Rasim özünə məxsus qara rəngli, **-PB-*** qeydiyyat nişanlı, “Range Rover” markalı avto maşınla gəlmiş, uzaqdan görən zaman Rasim adlı şəxsin kim olduğunu Arifdən soruşmuşlar. Arif də onlara “Rasim çox güclü bir adamdır, belə ki, Bakı şəhər Baş Polis dərəsinin rəisi Mirqafar Seyidovun əsgərlik yoldaşıdır” sözünü demişdir. Rasim onlara yaxınlaşıb görüşmüş, söhbət zamanı Rasim Ağa-əliyə polis orqanlarında işə düzəlməsini, bu sahədə kömək edəcəyini bildirmiş, Ağa-əli isə yaşına görə polis orqanında işləmək təklifini qəbul etməmiş və Miqrasiya Xidmətində işləmək istədiyini demişdir. X11 Xidmətində yaxşı vəzifədə (ancaq vəzifəsini konkret olaraq bildirməmişdir) işləyən İlqar adlı tanışı olduğunu, Ağa-əlinin Miqrasiya Xidmətinə işə qəbul ediməsini İlqarın özünün həll edəcəyini bildirmişdir. Ağa-əli və o Rasimə inanaraq razılaşmışlar. Sonra isə Rasim Ağa-əliyə İlqar adlı şəxsin (***-***-**-**) mobil nömrəsini verərək İlqarın məsələdən xəbəri, məlumatı olduğunu əlaqə saxlayaraq görüşmələrini təklif etmişdir. Həmin vaxt Ağa-əli və o birlikdə Rasimin tanışı özünü İlqar kimi təqdim edən şəxsə zəng vurub sənədləri vermək üçün harda görüşmələrini soruşmuşlar. İlqar həmin vaxt Ağa-əliyə Miqrasiya Xidmətinə gəlməsi bildirmişdir. Bundan sonra onlar birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının yerləşdiyi ünvana getmiş, həmin idarənin qarşısındakı parkın girəcəyində bir qədər gözlədikdən sonra özünü İlqar kimi təqdim edən şəxs mülki geyimdə kastyumda yaxınlaşaraq onları Xidmətin yaxınlığındakı parka çay içib iş barədə söhbət etməyə dəvət etmişdir. Bundan sonra adını xatırlamadığı çay evində əyləşib söhbət etmişlər. Ağa-əli özünə məxsus sənədləri, şəxsiyyət vəsiqəsi, hərbi bilet, diplomun, eləcə də hərbi xidmət zamanı aldığı xidməti xasiyyətnamə, təşəkkürnamələrin əslini İlqar kimi tanıdığı şəxsə vermişdir. İlqar Miqrasiya orqanlarına 20.000 (iyirmi min) manat pulun qarşılığında Ağa-əlini işə düzəldə biləcəyini demiş və daha sonra İlqar işin həlli üçün 20.000 (iyirmi min) manat pulu verməyi təklif etmişdir. Ağa-əli İlqara etirazını bildirərək Rasimin deməsinə əsasən Kadrlar idarəsində qəbul ediləcəyini, bundan sonra pul vəsaiti veriləcəyini demiş, o da bunu təsdiqləmişdir. Lakin İlqar kadrlar idarəsinə getməyə ehtiyac olmadığını, idarənin bundan məlumatı olduğunu, 20000 manat pul vəsaiti burda alınmalı, sonra idarə rəhbərliyə onun vasitəsilə çatdırmalıdır sözlərini demişdir. Həmin vaxt İlqar 20000 manat pul vəsaitinin kimə çatacağı bardə heç bir söz deməmiş, həmin şəxsin adını verməmişdir. Onlar yenə də İlqarla razılaşmamış, ona görə də o Arifin istifaəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamış və Rasimin tanışı İlqarın pulu indi istədiyini demişdir. Arif də Rasimlə əlaqə saxlamış, yekun olaraq Arif onlara telefonda narahat olmamalarını və pul vəsaitini İlqara vermələrini bildirmişdir. Onlar da razılaşmış, Ağa-əli onun iştirakı ilə 20.000 manat pulu çayxanada İlqara təqdim etmiş, İlqar pulu qəbul edib 40 gün ərzində işin tam yekunlaşacağını deyərək yaxın vaxtda əlaqə saxlanacağını bildirmiş, daha sonra İlqar Miqrasiya idarəsinə tərəf yollanmışdır. Onlar İlqarın yanından ayrıldıqdan sonra o, Ağa-əlidən vasitəçilik etdiyi üçün şirinlik olaraq 5 min manat pul istəmiş, bu puldan digər yoldaşlara da pul çatacağını yalandan Ağa-əliyə bildirmişdir. Əslində isə bundan Arif, Rasim və İlkinin xəbəri olmamışdır. Ağa-əli də razılaşaraq 5 (beş) min manat pulu şəxsi – “Lada Niva” markalı, **- NN-*** dövlət qeydiyyat nişanlı avtomobilində ona vermiş, o da qəti narahat olmamasını, həmin şəxslərin elə-belə insanlar olmadığını, işi yaxın zamanda düzələcəyini demişdir. Bundan sonra Ağa-əli ilə birlikdə Ariflə əlaqə saxlayıb görüşmüşlər. 20.000 manat pulu İlqara verdiklərini söyləmişlər. Sonra isə o, Ariflə təklikdə qalan zaman Ağa-əlidən 5 min manat borca pul aldığını, 2500 manat pulu Arifə verərək “sənə olan 8150 manat borcumdan çıxarsan” sözlərini demiş, Arif də qeyd edilən pul vəsaitini qəbul edərək ona qalan borcunu da ödəməsini xahiş etmişdir. Bundan bir müddət keçməsinə baxmayaraq Ağa-əlinin işi alınmamış, sonuncu ona zəng edərək İlqarın müxtəlif bəhanələrlə aldatdığını bildirmiş, o da Rasimlə, İlqarla telefon əlaqələri saxlamış, dəfələrlə görüşmüş, hər dəfəsində də həmin şəxslər işin yaxın zamanda düzələcəyini demişlər. O da olduğu kimi Ağa-əliyə məlumat vermişdir. Bundan sonra eşitmişdir ki, İlqar Ağa-əliyə zəng edərək işə qəbulla bağlı ərizə formasını vermək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin qarşısına dəvət etmiş, daha sonra Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində hər ikisi görüşmüşlər. İlqar işə qəbulla bağlı Ağa-əliyə 2 (iki) ədəd ərizə forması vermiş və əlavə olaraq 5 (beş) min manat pul verməsini tələb etmişdir. Həmin vaxt Ağa-əli onunla əlaqə saxlamaq istəsə də lakin telefonu bağlı olduğu üçün danışa bilməmişlər. Həmin vaxt Ağa-əli Rasimlə, Ariflə görüşmüş, sonuncular İlqara əlavə pul verməməsini tapşırmışlar. Söhbət zamanı Arif Ağa-əlidən borca aldığı 5 min manat puldan 2500 manatını ona olan borcu kimi qaytardığını bildirmişdir. Bundan sonra bu söhbət bağlanmışdır. Ağa-əli də İlqar tərəfindən verilmiş işə qəbulla bağlı ərizə nümunəsini doldurduqdan sonra İlqarla Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında görüşərək sonuncuya təqdim etmişdir. Sənədlərin İlqara verilməsinə baxmayaraq artıq işin uzandığını görüb konkret olaraq İlqardan şübhələnməyə başlamışlar. O, özü şəxsən dəfələrlə Arifə (***-***-**-**, ***-***-**-**), Rasimə (***-***-**-**) zəng edərək Ağa-əlinin işindən narahat olduğunu bildirmişdir. Rasimlə Arif ona, eləcə də Ağa-əliyə demişlər ki, “narahat olmasınlar, İlqar general Rza Talıbovun xalası oğludur, bu işdə heç bir problem olmayacaq, iş 2020-ci ilin yanvar ayında həll olunacaqdır”. Bundan xeyli müddət keçsə də iş həllini tapmamış, sonradan o, Arif və Ağa-əli görüşüb İlqarla əlaqə saxlayıb Ağa-əliyə məxsus sənədlərin geri qaytarılmasını danışmış, daha sonra İlqar sənədləri Ağa-əliyə qaytarmışdır. Sənədləri qaytararkən İlqar Ağa-əliyə 1 həftə ərzində Miqrasiya Xidmətinin Kadrlar İdarəsi tərəfindən işlə bağlı çağırılacağını demişdir. Bir müddət gözlədikdən sonra Ağa-əli Kadrlar İdarəsi tərəfinən cağrılmamış, sonradan onlara məlum olmuşdur ki, İlqarın əsl adı İlkindir. Belə ki, Arif ona demişdir ki, İlqarın əsl adı İlkin imiş, İlkin yalan adıyla hamını aldatmışdır. Daha sonralar eşitmişdir ki, İlkin Ağaəlidən sağlamlıq haqqında arayış, şəkillər də almışdır. Lakin heç bir iş düzəlməmişdir. Ağa-əli, eləcə də o, artıq İlkindən pulu qaytarmağını tələb etmişlər. Bundan sonra Ağa-əli xx.xx.2020-ci il tarixdə İlkin tərəfindən aldanılması barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 “Qaynar Xətt” əlaqə mərkəzinə məlumat vermiş və araşdırma başlanmışdır. Şahid2 həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Ağa-əli X3 İdarəsində işə düzəltməsi üçün sonuncudan 20.000 manat pul almışdır. Lakin aldığı 20.000 manat pulu Asif Həsənova verməsini şəxsən ona deməmişdir. İlkinin ona və Ağa-əliyə aldığı 20000 manat pul vəsaitini həmin İdarədə rəhbər vəzifədə işləyən tanışına verdiyini desə də lakin həmin şəxsin adını, vəzifəsini ona deməmişdir. Asif Həsənovu tanımır, İlkin həmin şəxs barəsində ona heçnə danışmamışdır. O, Ağa-əli ilə birlikdə Təqsirləndirilən şəxslə 28 oktyabr 2019-cu il tarixdə görüşən zaman onun yanında İlkin özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim etməmişdir. Düzdür, həmin vaxt bir neçə dəqiqəlik o, kənarda olmuşdur, Ağa-əli və ilkin təklikdə söhbət etmişlər, ola bilsin ki, həmin vaxt bu barədə İlkin Ağa-əliyə danışmışdır. Lakin 20.000 manat pul verilən zaman o, Ağa-əlinin yanında olmuşdur. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər polis orqanlarında işləmiş və qovulmuşdur. İstintaqa təqdim edilmiş 1 ədəd flaşkarta “Hüseynlə olan danışıqlar” faylında olan cəmi 7 səs yazılarına qulaq asmışdır, həmin səs yazılarında danışan şəxslər Ağa-əli Quluzdə və odur. Hər bir səs yazısında da Təqsirləndirilən şəxs onları aldatmasından danışmışdır. Ağa-əliyə səbrli olmasını, İlkinə verdiyi 20.000 manat pulunun qaytarılması üçün əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Bakı şəhər sakini Şahid2 ilə 10 ilə yaxındır ki, tanışdır, həmin vaxtdan indiyənədək dostluq münasibətləri davam etmişdir. 2019-cu ilin sentyabr ayında (tarixi dəqiq olaraq xatırlamır) Şahid2 onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə istifadəsində olan ***-***-**-** telefon nömrəsindən zəng edərək Şahid1 adlı tanışının olduğunu, həmin şəxsin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə işə düzəlmək istədiyini, bu işdə köməklik göstərməsini xahiş etmişdir. O, da Hüseynə birlikdə görüşmələrini təklif edərək əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Bu danışıqdan bir neçə gün sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində, Bakı Təhsil İdarəsinin yaxınlığında küçədə ayaqüstü Şahid2 və sonuncunun tanışı Şahid1ylə görüşmüş, Hüseyn bir daha məsələni ona anlatmış, Ağa-əli özü də ona demişdir ki, ali təhsillidir, işsizdir, Miqrasiya Xidmətində işə düzəlmək istəyir, Xidmətə işə düzəlməsi üçün köməklik göstərilməsini ondan bir daha xahiş etmişdir. O tanışının olduğunu, həmin tanışı ilə danışıb söhbətləşib xəbər edəcəyini demişdir. Həmin tanış onun uzun illərdir ki, tanıdığı, dostluq münasibətində olduğu Şahid4 olmuşdur. O, Rasimi yaxşı əlaqələri olan bir adam kimi tanımış, Rasim həqiqətən də Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əsgərlik yoldaşıdır. Bunu o, digər yaxın yoldaşlardan da eşitmiş, ona görə də Rasimin köməklik göstərə biləcəyini düşünüb bir neçə gün sonra öz istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid4 istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, Şahid1 adlı tanışının olduğunu, Miqrasiya İdarəsində işə düzəlməsinə köməklik göstərməsini xahiş etmiş, Rasim bu barədə görüşüb söhbət etmək lazım olduğunu bildirmişdir. O, Hüseynə və Ağa-əliyə təmənnasız kömək etmişdir. Hər hansı bir maddi marağı olmamışdır. 28 oktyabr 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında Hüseyn və Ağa-əli ilə görüşmüşlər. O, həmin vaxt Rasimlə telefon əlaqəsi saxlamış, bir yerə toplaşdıqlarını, görüşməyə hazır olduqlarını demiş, Rasim Binəqədi rayonu, Ayna Sultanova parkı yaxınlığına gəlmələrini tapşırmışdır. O, Hüseyn və Ağa-əli qeyd edilən parkın yaxınlığında yerləşən “Öz Kardeşlər” restoranında əyləşib Rasimi gözləmişlər. Rasim bir müddət sonra özünə məxsus qara rəngli “Range Rover” markalı avto maşını ilə gəlmiş, həmin vaxt Ağaəli ondan Rasimin nə işlə məşğul olduğunu soruşmuş, o Ağa-əliyə eşitdiyinə görə Rasim Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əsgərlik yoldaşı olmaqla yaxşı əlaqələrinin olduğunu bildirmişdir. Rasim onlara yaxınlaşandan sonra da o, Rasimi Hüseyn və Ağa-əli ilə tanış etmişdir. Söhbət zamanı Rasim Ağa-əliyə polis orqanlarında işə düzəldə biləcəyini təklif etsə də lakin Ağa-əli yaş məsələsinə görə razılaşmamış və Miqrasiya Xidmətində işləmək istədiyini demişdir. Bundan sonra Rasim Miqrasiya İdarəsində işləyən İlqar adlı tanışı olduğunu, sonuncu ilə qeyd edilən məsələ barəsində danışdığını İlqarın onun işə düzəlməsi məsələsində köməklik göstərəcəyini bildirərək İlqarın istifadəsində olan mobil telefon nömrəsini (***-***-**-**) Hüseynlə Ağa-əliyə vermiş və həmin şəxsləri İlqarla görüşmək üçün Binəqədi rayonu ərazisində yerləşən Miqrasiya İdarəsinin inzibati binasının qarşısında göndərmişdir. O isə Rasimin yanında qalmış, söhbət zamanı Rasim “narahat olmasın, İlqar etibarlı adamdır, köməklik göstərəcəkdir, İlqar Miqrasiya Xidmətinin Vətəndaşlıq İdarəsinin rəisi, general Rza Talıbovun xalası oğludur, Ağa-əlinin də işini həmin vasitə ilə həll edəcəkdir” sözlərini demişdir. Hüseynlə Ağa-əli İlqarla görüşmək üçün birlikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasının yerləşdiyi yerə getmişlər. Bundan bir saat sonra tanışı Hüseyn ona zəng edərək İlqar adlı şəxsin Ağa-əlini Miqrasiya Xidmətinə işə düzəltmək üçün 20.000 manat pul istədiyini, lakin Ağa-əli qeyd edilən pul vəsaitini vermək istəmədiyini bildirmiş, o bundan sonra olanları Rasimə zəng edərək demiş, Rasim də telefonda qəti narahat olmamağı, İlqarın etibarlı adam olduğunu, 20.000 manat pulun İlqara verilməsində heç bir problem görmədiyini bildirmişdir. O, Hüseynə zəng edərək bu barədə məlumat verdikdən sonra Ağa-əli ilə Hüseyn 20.000 manat pulu İlqara verib onun yanına gəlmişlər və İlqarla aralarında olan söhbəti ona da danışmışlar. Belə ki, İlqar lazımı olan müvafiq sənədləri qəbul edərək demişdir ki, yaxın 40 gün ərzində Ağa-əlini Miqrasiya Xidmətində işə düzələcəkdir. Daha sonra Ağa-əli çıxıb getdikdən sonra Hüseyn Ağa-əlidən 5 min manat borca pul aldığını, ona olan borcundan da qaytarmaq istədiyini bildirmiş, o Hüseynə “dəqiq borc kimi qəbul etdin pulu?” sualını verdikdə Hüseyn də bir daha onu əmin edərək “bəli, borc olaraq 5 min manat götürdüm” cavabını vermişdir. Bundan sonra Hüseyn ona 2500 manat pul vermiş, sonuncunun ona olan 8.150 manat borcundan 2500 manatını o silmişdir. Bir neçə ay keçməsinə baxmayaraq artıq Ağa-əlinin işinin uzandığını görüb Rasim və İlqarla dəfələrlə telefonda danışmış və görüşmüşlər. Hər dəfəsində də sonuncular bildirmişlər ki, narahat olmasınlar, iş yaxın zamanda düzələcək, əgər düzəlməsə, 20.000 manat pul Ağa-əliyə qaytarılacaqdır. O da bu məlumatı olduğu kimi Hüseynə və Ağa-əliyə hər dəfə çatdırmışdır. Sonradan Ağa-əli ona bildirmişdir ki, İlqar müxtəlif bəhanələrlə görüşdən qaçmış, ondan sağlamlıq barədə arayış və digər sənədləri də almış, işinin tezliklə düzələcəyini bildirərək hər dəfəsində vaxtı uzatmış, hətta bir dəfə İlqar Ağa-əlini yanına çağıraraq ərizə forması vermiş, sonuncunun fotoşəkillərini də götürmüşdür. Lakin bütün bunların heç bir nəticəsi olmamışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində Ağa-əli onun telefon nömrəsinə zəng edərək İlqar adlı şəxsin əlavə olaraq 5 min manat pul istədiyini, 5 min olmasa işin düzəlməyəcəyini demiş, o 5 min manat pulu verməməsini, Rasimlə görüşüb danışdıqdan, müzakirə etdikdən sonra məlumat verəcəyini demişdir. Daha sonra Rasimlə əlaqə saxlayaraq İlqarın əlavə olaraq 5000 manat pul istədiyini demiş, Rasim 5000 manat pulu İlqara verməmələrini bildirmişdir. O da Ağa-əli ilə görüşərək 5000 manat pulu İlqara verməməyi tapşırmış, həmçinin söhbət zamanı Ağa-əli 5 min manat pulu Hüseynə verdiyini demiş, o Hüseynin Ağa-əlidən borc olaraq 5 min manat aldığını dediyini və Hüseynin ona borcu olduğu üçün həmin puldan 2500 manatını ona verdiyini bildirmişdir. Bundan sonra Ağa-əli pulu Hüseyndən tələb edəcəyini söyləmişdir. Bir müddət keçdikdən sonra Ağa-əli ona müraciət edərək İlqarın ondan götürdüyü sənədləri qaytarmadığını bildirmiş, buna görə də o, Ağa-əlini də götürüb İlqarla Gənclik metrostansiyası yaxınlığında görüşmüşlər. Həmin vaxt ona məlum olmuşdur ki, Rasimin tanışı özünü İlqar kimi təqdim edən şəxsin əsl adı İlkindir. İlkinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində işləmədiyini sonradan başa düşmüşdür, çünki İlkini bir dəfə Rasimin yanında görmüş, həmin vaxt özünü ona İlkin kimi təqdim etmişdir, ətrafdakı yoldaşlar da İlkin kimi müraciət etmişlər. İlkini vaxtilə polis orqanlarında çalışan bir adam kimi bilmiş, sonradan İlkin polisdən qovulmuşdur. Düşünür ki, o, əgər həmin şəxsin İlkin olduğunu bilsəydi, bu məsələdən şübhələnib, Ağa-əlinin pul verməsinin yəqinki qarşısını alardı. Rasimin İlkini ona İlqar kimi təqdim etməsi ilə bağlı Rasimdən onu niyə aldatmasını soruşduqda Rasim ona demişdir ki, bu adamın iki adı vardır. Başqa heçnə deməmişdir. O, Rasim və İlkinlə dəfələrlə görüşüb sonuncudan Ağa-əlidən Miqrasiya Xidmətinə işə düzəltmək üçün aldığı 20.000 manatı geri qaytarmasını tələb etsə də İlkin hər dəfə işin yaxın gündə həll olunacağını, olunmadığı halda isə Ağa-əliyə pulu geri qaytaracağını bildirmişdir. O, heç kimdən işə düzəltmək adı ilə pul almamış, nə dəki əlavə danışıqlar aparmamışdır. Ağa-əlidən alınan 20.000 manat puldan ona pul verməmişdir. O İlkin ilə hər hansı bir iş birliyində də olmamışdır. Ağa-əliyə kömək edən zaman da hər hansı bir maddi maraq güdməmişdir. Sadəcə Hüseynə görə yaxşılıq etməyə çalışmışdır. Şahid3 həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Ağa-əli X4 İdarəsində işə düzəlməsi adı ilə aldığı 20.000 manat pul vəsaitini Asif Həsənova verməsini şəxsən ona deməmiş, İlkin aldığı pul vəsaitini həmin İdarədə rəhbərlikdə vəzifədə işləyən tanışını verdiyini bildirsə də lakin, həmin şəxsin adını, vəzifəsini ona deməmişdir. Asif Həsənovu tanımır, İlkin həmin şəxs barəsində ona heçnə danışmamışdır. Təqsirləndirilən şəxs ola bilsin ki, Ağa-əliyə özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim etmişdir. Bundan məlumatı yoxdur. O, yalnız İlkini keçmiş polis işçisi kimi tanımışdır. İstintaqa təqdim edilmiş 1 ədəd flaşkarta “Şahid3la olan danışıqlar” faylında olan cəmi 5 səs yazılarına qulaq asmışdır, həmin səs yazılarında danışan şəxslər Şahid1 və odur. Hər bir səs yazısında da Təqsirləndirilən şəxs onları aldatmasından danışmışdır. Ağa-əliyə səbrli olmasını, İlkinə verdiyi 20.000 manat pulunun qaytarılması üçün əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.Hal-hazırda isə şirkətdə menecer vəzifəsində işləyir. Bakı şəhər sakini Şahid1 uzaq qohumluq münasibətlərində olduğu, həmçinin tanışı, dostu Şahid3 vasitəsi ilə tanımışdır.Belə ki, 2019-cu ilin oktyabr ayında (dəqiq günün tarixini xatırlamır) Şahid3 istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng etmiş, Şahid1 adlı tanışının olduğunu, həmin şəxsin Dövlət Miqrasiya Xidmətində işə düzəlməsinə köməklik göstərilməsini ondan xahiş etmişdir. O da Arifə demişdir ki, çalışar, köməkliyini göstərər, həmçinin bu barədə də görüşüb söhbət etmək lazımdır. Bundan sonra o, xeyli müddətdir bir tanış kimi əlaqə saxladığı Təqsirləndirilən şəxs (İlqar) Əbülfəz oğlu ilə telefon əlaqəsi saxlamış və bu barədə sonuncuya məlumat vermişdir. Təqsirləndirilən şəxs zəng etməsinin əsas səbəbi bildiyinə görə İlkinin hansısa qohumu Dövlət Miqrasiya Xidmətində işləyir, düşünmüşdür ki, İlkin bu işdə köməklik edə bilər. Belə ki, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən İlkinin (İlqar) istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tanışı Şahid3 adlı şəxsin bir nəfər tanışının Dövlət Miqrasiya Xidmətinə işə qəbul olunmasına köməklik edə bilib-bilməyəcəyini soruşmuş, İlkin də ona telefonda həmin şəxsin Dövlət Miqrasiya Xidmətində işə düzəlməsində köməklik edəcəyini söz vermişdir. Daha sonra əlavə etmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş İdarəsinin rəisi, general mayor Rza Talıbovla qohumluq əlaqələri vardır, bundan başqa Miqrasiya Xidmətinin Kadrlar idarəsinin adını ona demədiyi rəhbər şəxsləri tanıyır, lakin işə düzəlmə məsələsini Rza Talıbovla deyil, Kadrlarda işləyən tanıdığı əməkdaşlar vasitəsi ilə bu işi həll edəcəkdir, işə qəbul olunmaq istəyən şəxsi də hətta Kadrlarda qəbul edəcəklər. O da bundan sonra İlkinə inanmış və düşünmüşdür ki, İlkinin yüksək vəzifədə çalışan adamlarla əlaqələri vardır, adını və vəzifəsini bilmədiyi Miqrasi Xidmətinin Kadrlarında işləyən tanışları vasitəsi ilə də işə düzəlmə məsələsini də həll edər. Bundan bir neçə gün sonra 28 oktyabr 2019-cu il tarixdə Şahid3 ona zəng edərək onunla görüşməyə hazır olduqlarını demiş, o da Arifə Binəqədi rayonu, Ayna Sultanova parkı yaxınlığında işi olduğu üçün elə orada görüşməyi təklif etmişdir. Arifgil də razılaşmışlar. Daha sonra o, İlkinlə telefonla danışaraq işə düzəlmə məsələsi ilə bağlı Arifgilin onunla görüşmək istədiklərini bildirmiş, İlkin də ona demişdir ki, “sən Arifgillə görüş, telefon nömrəmi də onlara ver, işə düzəlmək istəyən şəxs mənimlə əlaqə saxlasın, işim ilə əlaqədar Miqrasiya İdarəsi tərəfdəyəm, elə alınsa buğun həmin şəxslə görüşüm və danışım”. O da İlkinə demişdir ki, lap yaxşı, Arifgillə görüşüb telefon nömrəsini həmin şəxslərə verib əlaqə saxlamalarını bildirəcəkdir. Daha sonra İlkinlə sağollaşmışdır. Öz işini həll etdikdən sonra Binəqədi rayonu, Ayna Sultanova parkının yaxınlığında yerləşən “Öz Kardeşlər” restoranına gəlmiş, orada Şahid3la, Ariflə gələn Şahid2 və Şahid1 ilə görüşmüşdür.Söhbət zamanı Şahid1 Miqrasiya İdarəsində işləmək istədiyini ona demiş, o da Ağa-əliyə demişdir ki, istəsə polis orqanlarında tanışları vardır, həmin şəxslərlə əlaqələndirər, işə qəbul prosesini başa salarlar.Lakin Ağa-əli yaşına görə polis orqanlarında işləmək istəmədiyini, Miqrasiya orqanlarını işləmək istədiyini demişdir. O da qeyd etmişdir ki, İlqar adlı tanışı vardır, İlqarın elə-belə adam olmadığını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş İdarəsinin rəisi, general mayor Rza Talıbovla qohumluq əlaqələrinin olduğunu, bundan başqa Miqrasiya Xidmətinin Kadrlar idarəsində də yüksək vəzifədə çalışan tanışlarının olduğunu deyərək, İlqarın məsələdən xəbərinin olduğunu və özü şəxsən işə düzəlmə məsələsində köməklik göstərəcəyini, Kadrların əməkdaşları vasitəsi ilə bu işi həll edəcəyini bildirmişdir.Həmçinin, Ağa-əliyə Kadrlar İdarəsində qəbul ediləcəyini, məsələnin qanuni yolla həllini tapacağını da izah etmişdir. İlqar çünki ona belə formada demişdir. İlqarın Kadrlarda işləyən tanışlarının adını, eyni zamanda Miqrasiya Xidmətində konkret olaraq hansı vəzifədə çalışdıqlarını bilmədiyi üçün həmin şəxslərə də vəzifələrinin konkret olaraq nə olduğunu deməmişdir. Daha sonra İlqarın telefon nömrəsini (***-***-**-**) Şahid2la Şahid1 vermiş və həmin şəxslərə İlqarın ona dediklərinə əsasən demişdir ki, İlqar özü də işi ilə bağlı Binəqədi rayonu ərazisində yerləşən Dövlət Miqrasiya Xidmətinin yaxınlığında olmalıdır, görüşmək istəyirlərsə, əlaqə saxlayıb görüşsünlər. Ağa-əligil də razılaşaraq İlqarla telefon əlaqəsi saxlayıb çıxıb getmişlər. O isə Şahid3la biraz restoranda əyləşmiş, söhbət etmişlər. Arifin narahat olduğunu görüb “İlqar yaxşı oğlandır, öz köməkliyin göstərəcəkdir” sözlərini demiş, çünki o özü də İlqara həqiqətən inanmışdır. Daha sonra Ariflə sağollaşıb ayrılmışlar. Onun bu işdə heç bir maddi marağı olmamış, sadəcə Arif müəllimə görə öz köməklik əlini uzatmağa çalışmış, Təqsirləndirilən şəxslə heç bir iş birliyində olmamışdır. Bunu İlkin özü də təsdiq edə bilər. Görüşlərindən bir neçə saat sonra Arif ona zəng edərək Hüseyngilin zəng etdiyini, İlkinin (İlqarın) Ağa-əli və X9 Xidmətinin qarşısındakı parkda görüşdüyünü, Ağa-əlinin işə düzəlməsi üçün İlqarın 20.000 manat pul istədiyini və həmin pul vəsaitini sonuncu rəhbərliyə özünün çatdıracağını deməsini bildirmişdir. O da Arifə “özləri bilər, istər pul verərlər, istər pul verməzlər, tanış etdim, görüşdürdüm qalan məsələlər mənlik deyil, lakin İlkin etibarlı oğlandır, etibar etmək olar, İlkin əgər deyibsə, demək məsələni həll edəcəkdir” demişdir. Bundan sonra eşitmişdir ki, Şahid1 və Şahid2 Təqsirləndirilən şəxslə görüşmüşlər, Ağa-əli işə düzəlməsi üçün 20.000 manat nağd pulu İlkinə vermiş, İlkin də pulu qəbul edərək rəhbərlikdə tanıdığı vəzifəli şəxslər vasitəsi ilə 40 gün ərzində işin həll ediləcəyini söz vermişdir. Qeyd olunan 20.000 manat puldan ona pul çatmamış, yəni o, Şahid1 köməklik göstərən zaman sonuncudan nəsə ummamış və bu işdə heç bir maddi marağı olmamışdır. O, şəxsən Ağa-əlidən pul almamış və işə düzəldəcəyini də deməmişdir. Sadəcə İlkinlə tanış etmiş, danışmasını məsləhət vermişdir. Bu hadisədən bir neçə ay keçməsinə baxmayaraq Şahid1 söz verilən Dövlət Miqrasiya Xidmətində işə düzələ bilməmişdir. Belə ki, bir müddət keçdikdən sonra Arif ona telefonla zəng edərək İlkinin işi düzəltmədiyini, müxtəlif bəhanələrlə Ağa-əlini aldatdığını bildirmişdir. O da öz növbəsində İlkinlə telefon əlaqəsi saxlamış, eyni zamanda görüşüb işi düzəltməsini, ya da alınmırsa, camaatın pulunu geri qaytarmasını tələb etmişdir. Həmin şəxslərin onun vasitəsi ilə tanıdıqlarını, ona görə də ona problem yaşatmamasını xahiş etmişdir. İlkin də eyni zamanda yaxın zamanda məsələnin həll ediləcəyini əminliklə ona bildirmişdir. O da Arifə bu barədə demişdir. Lakin bir müddət keçmiş, yenə heç bir nəticə olmamış, beləcə o, dəfələrlə Arif, Ağa-əli və İlkinlə (İlqarla) görüşmüş, telefonda danışmışlar. (Artıq tarixləri xatırlamır). Lakin İlkin verdiyi sözə əməl etməmiş, onlar da İlkindən aldığı pulu geri qaytarmasını tələb etmişlər. İlkin də yaxın zamanda 20.000 manat pulu qaytaracağına söz vermiş, lakin bunun da heç bir nəticəsi olmamışdır. Arif və Ağaəlinin danışdıqlarından sonra eşitmiş ki, İlkin Ağa-əlidən müxtəlif bəhanələrlə görüşdən qaçmış, sağlamlıq barədə arayış və digər sənədlər almış, lakin verdiyi vədini yerinə yetirəməmiş, hər dəfə yalandan vaxtı uzatmışdır. Bundan sonra Ağa-əli xx.xx.2020-ci il tarixdə İlkin tərəfindən aldadılması barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 “Qaynar Xətt” əlaqə mərkəzinə məlumat vermiş və araşdırma başlanmışdır. Şahid4 ifadəsində həmçinin göstətmişdir ki, o, Təqsirləndirilən şəxs adını eyni zamanda İlqar kimi də bilmişdir. İlkinə hər zaman İlqar deyə müraciət etdiyinə görə Arif, Ağa-əliyə də İlkini İlqar kimi təqdim etmişdir. X12 görən zaman vaxtilə rastlaşdıqları üçün və İlkin kimi bildiyi üçün elə başa düşmüşdür ki, guya o, Arif və Ağa-əlini aldatmışdır. Hətta ondan niyə yalan danışdığını soruşmuş, o da izah etmişdir ki, İlkinin iki adı vardır, həm İlqar, həm də İlkin kimi müraciət olunaraq çağırılır. İlkin özü şəxsən ona danışmışdır ki, iki adla çağrılmasının səbəbkarları valideynləridir. Ad qoyulan zaman anası İlkin adını vermiş, atası isə razılaşmamış və İlqar kimi müraciət etmişdir. Ona görə də İlkin o vaxtdan bu iki adla yaşamışdır. Şahid4 həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Ağa-əli X3 Xidmətində işə düzəlməsi üçün sonuncudan Şahid2 iştirakı ilə 20.000 manat pul almışdır. Lakin aldığı 20.000 manat pulu Asif Həsənova verməsini şəxsən ona deməmişdir. İlkin Şahid1 Miqrasiya Xidmətində işə düzəlməsinə köməklik edəcəyini lakin kimin vasitəsi ilə və necə həll edəcəyini ona bildirməmişdir. Asif Həsənovu tanımır, İlkin həmin şəxs barəsində ona heçnə danışmamışdır. 28 oktyabr 2019-cu il tarixdə Şahid1 ilə İlkin görüşləri zamanı sonuncu özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim etməsindən məlumatı olmamışdır. O, konkret desə, İlkini qohumunun Dövlət Miqrasiya Xidmətində çalışan bir insan kimi, həmçinin çoxlu sayda vəzifədə işləyən tanışları olan şəxs kimi tanımışdır. O, bildiyinə görə İlkin Nazirlər Kabinetinin əməkdaşı olmamışdır. İlkin bir müddət polis orqanlarında işləmiş, səhv etmirsə, 2016-cı ildə öz ərizəsi ilə Azərbaycan Respublikası X7 xaric olunmuşdur. Bunu da ona İlkin özü demişdir. Təqsirləndirilən şəxs tərəfindən Şahid1 Azərbaycan Respublikası Dövlət Miqrasiya orqanlarına qəbul olunmaq üçün təqdim etdiyi ərizə forması ilə tanış olmuşdur. Həmin ərizəni İlkinin kimin vasitəsilə əldə etdiyini və Ağa-əliyə verməsindən heç bir məlumatı yoxdur. Şahid4 bundan başqa ifadəsində göstərmişdir ki, Şahid2 Şahid1 28 oktyabr 2019-cu il tarixdə 5 min manat almasından xəbəri olmamışdır. Ola bilsin ki, İlkinin bundan xəbəri olmuşdur, ona görə də əsəbləşib Ağa-əlidən işin düzəlməsi üçün əlavə pul adıyla, əslində Hüseynə verilən 5 min manat pulu istəmişdir, bundan sonra da Ağa-əli səhf etmirsə, noyabr ayının əvvəllərində onlarla, yəni Arif və onunla görüşmüş, İlkinin əlavə 5 min manat pul istədiyini demiş, onlar da hər ikisi məsləhət bilmişlər ki, İlkinə daha 1 manat olsun belə, pul verməsin. Ağa-əlinin guya onların İlqara 5 min manat pul verilməlidir demələri ilə bağlı dedikləri tamamilə yalan məlumatdır. Ola bilsin ki, Ağa-əli fikirlərini qarışdırmışdır. O, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun əsgərlik yoldaşı olmuşdur. Arif müəllim də yəqin ki, bu barədə eşitmiş, ona görə də onu Ağa-əligilə o cür təqdim etmişdir. İstintaqa təqdim edilmiş 1 ədəd flaşkartda əks olunan “Rasim Whatsap səsləri” faylında olan cəmi 3 səs yazılarına qulaq asmışdır, həmin səs yazılarında danışan şəxs odur. Hər bir səs yazısında da göründüyü kimi Ağa-əliyə Təqsirləndirilən şəxs hamını aldatmasından danışmışdır, Ağaəliyə səbrli olmasını, İlkinlə danışacağını, 20.000 manat pulunun qaytarılması üçün əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. İş materiallarında olan 04 may 2020-ci il tarixli “Yaddaş kartına (Flaş kart) baxış keçirilməsi barədə” protokoldan görünür ki, ünvan 4 ünvanında yaşayan Şahid1 iştirakı ilə sonuncunun Azərbaycan Respublikası Dövlət Miqrasiya İdarəsində işə düzəlmək istəməsi ilə əlaqədar Təqsirləndirilən şəxs müraciəti zamanı Təqsirləndirilən şəxslə, eyni zamanda tanışları Şahid2, Şahid3 və Şahid4la müxtəlif vaxtlarda apardığı “WhatsApp” və telefon danışıqları zamanı həmin danışıqları qeydə alaraq köçürtdüyü və könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd yaddaş kartına baxış keçirilmiş və müəyyən edilmişdir ki, yaddaş kartının içərisində 1.“Şahid3la olan danışıqlar”, 2.“Şahid2la olan danışıqlar”, 3.“Təqsirləndirilən şəxslə olan danışıqlar” və 4.“Şahid4la olan whatsapp səsləri” yazılan fayllar vardır. 1.“Şahid3la olan danışıqlar” faylında 5 ədəd audio yazı vardır. Həmin audioyazılar səsləndirilərkən iki nəfər şəxsin səsi aydın şəkildə eşidilir. Söhbət edən tərəflər bildirirlər ki, Təqsirləndirilən şəxs 4 aydır ki, 20.000 manat pulu alıb, lakin heç bir köməklik göstərməmişdir. İşə düzəltməyə söz versə də vədinə əməl etməmiş, müxtəlif bəhanələr gətirirək onları indiyənə kimi aldadır. Hətta onlara artıq hədə-qorxu gəlir. Ona görə də birlikdə müvafiq dövlət orqanlarına şikayət etmək istədiklərini bildirirlər. Baxış zamanı Şahid1 bildirdi ki, danışan şəxslər o və Şahid3dur. Şahid3 da söhbət zamanı dəfələrlə Rasimlə, İlkinlə bu məsələ ilə əlaqədar danışdığını, onlardan bu işə son qoymağı xahiş etdiyini, lakin hər dəfə İlkin tərəfindən aldadıldığını, hətta əsəbləşərək Rasimə, İlkinə qışqırdığını bildirir.Rasimin İlkini də götürüb görüşə gələcəyini Ağa-əliyə məlumat verir. 2.“Şahid2la olan danışıqlar” faylında 7 ədəd audio yazı vardır.Həmin audioyazılar səsləndirilərkən iki nəfər şəxsin səsi aydın şəkildə eşidilir.Söhbət edən tərəflərdən biri bildirir ki, Bakı şəhərinə gələn kimi İlkindən pulu alıb qaytaracaqdır.Arifin telefonu bağlıdır.Özü 1-ci gün Bakıya gəlir. Qəti narahat olmasın, gələn kimi İlkindən pulu alıb qaytaracaq. İlkini onlara Arif tanış edibdir, ona görə də pulu da Arif alıb qaytarmalıdır. Daha sonra qeyd edir ki, Bakıdadır, Ariflə, İlkinlə söhbətlər aparır, pulun qaytarılmasına çalışır. Baxış zamanı Şahid1 bildirdi ki, danışan şəxslər o və Şahid2dur. O da öz növbəsində dəfələrlə Hüseynə banka borcu olduğunu, kredit ödədiyini, pulunun isə İlkin tərəfindən qaytarılmadığını deyir, o cümlədən verdiyi 5 min manat pulu dəfələrlə Hüseyndən geri tələb edir. Bundan başqa 20.000 manat pulun da İlkin tərəfindən götürüldüyünü bildirir. Hüseyn isə müxtəlif bəhanələrlə aldığı 5 min manat pulu yaxın zamanda qaytaracağını deyir. Onunla olan danışıqları Arifə deməməyi tapşırır. Yaxın zamanda pul alacağını və 5 min manat pulu da qaytaracağını deyir. 3.“Təqsirləndirilən şəxslə olan danışıqlar” faylında 21 ədəd audio yazı vardır.Həmin audioyazılar səsləndirilərkən iki nəfər şəxsin səsi aydın şəkildə eşidilir.Söhbət edən tərəflərdən biri bildirir ki, işə düzəltmək üçün aldığı 20.000 manat pulu qaytaracaqdır, pulu kimsə yeyə bilməz. Həmin pul iş məsələsi üçün rəhbər şəxslərə verilmiş və aralarında paylanmışdır. Bu iş onun problemidir, özü də həll edəcəkdir, səbrli olmağı qarşı tərəfdən hər dəfə xahiş edir.Həmin şəxslərlə danışıqlar gedir, pulu yaxın zamanda verdiyi adamdan götürərək geri qaytaracaqdır. Ariflə, Rasimlə də mütəmadi olaraq danışır, həmin şəxslər də bu məsələ ilə əlaqədar ona telefon zəngləri edirlər. Baxış zamanı Şahid1 bildirdi ki, danışan şəxslər o və Təqsirləndirilən şəxsdur. O, özü müxtəlif vaxtlarda telefon danışıqları zamanı İlkindən işə düzəlməsi üçün verdiyi 20.000 manat pulunu dəfələrlə geri tələb edir, İlkin isə göründüyü kimi hər dəfə müəyyən zaman almağa çaışaraq bu gün-sabah deyərək müxtəlif bəhanələrlə onu açıq-aşkar aldadır, guya pulu kiməsə verdiyini, lakin həmin şəxsdən pulu ala bilmədiyini, bunun üçün çalışdığını deyir. O isə İlkinə artıq dözə bilmədiyini, banka təcili olaraq pul ödəməli olduğunu, onu aldatmamasını, heç bir işə düzəlmədən artıq söhbət getmədiyini, aldadıldığını artıq başa düşdüyünü dəfələrlə qeyd edir, pulunu israrlı şəkildə geri tələb edir, artıq hüquq mühafizə orqanlarına şikayətlər edəcəyini qeyd edir. 4.“Şahid4la olan whatsapp səsləri” faylında 3 ədəd audio yazı səsi vardır. Həmin səslər səsləndirilərkən müəyyən olundu ki, danışan bir nəfər şəxsdir, 6-cı gün, yaxud 1-ci gün görüşəcəklərini, bu barədə danışdıqlarını, İlkinin də gələcəyini bildirir, səs atdığı şəxsə isə dayanmadan zənglər etdiyini şikayətlənir.Daha sonra İlkini tapacağını, əlaqə saxlamağı ona tapşıracağını deyir.Baxış zamanı Şahid1 bildirdi ki, danışan şəxs Şahid4dur. Şahid4 səsli mesajı ona göndərmişdir. Baxışda iştirak edən Şahid1 bildirmişdir ki, bütün bu səslənən telefon danışıqları onunla Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 arasında olmuşdur. Whatsapp səsləri isə Şahid4 məxsusdur, sonuncu tərəfindən ona göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-dən 9 iyun 2020-ci il tarixli, BKC/LGL-6535/20 saylı məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 12 iyun 2020-ci il tarixli protokoldan görünür ki, diskdə ümumilikdə 6 fayl vardır, həmin obyektlər aşağıdakılardan ibarətdir: “SMS_Tarixçəsi__**********5942__557677373”,“SMS_Tarixçəsi__**********0032__5576773 73”,“Zənglər_Məxsusluqtarixçələri_555059068_onlyBKC”,“Zənglər_Məxsusluq tarixçələri_557677373_onlyBKC”, “Zənglərin Detallaşması_555059068” və “Zənglərin Detallaşması_557677373” başlıqlı fayllardan ibarətdir. “Zənglərin Detallaşması_557677373” başlıqlı fayla baxış keçirən zaman müəyyən olundu ki, həmin faylda Şahid1 adına olan ***-***-**-** nömrəli mobil nömrə vasitəsilə xx.xx.2019xx.xx.2020-ci il tarix arasında aparılan danışıqlar barədə məlumat əks olunmuşdur. Baxış zaman müəyyən olundu ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli telefonla Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında göstərilən müddət ərzində 1 dəfə, ***-***-**-** nömrəli telefon arasında isə 2 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** nömrəli telefon arasında 54 dəfə, ***-***-**-** nömrəli telefon arasında isə 60 dəfə, Şahid4 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında 5 dəfə, Şahid2 istifadəsində olan ***-***-**-** nömrəli telefon arasında isə 62 dəfə telefon danışığı olmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 16 iyun 2020-ci il tarixli, 9321 saylı məktubdan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2019-cu il tarixdən deaktivdir, məhkəmə qərarında göstərilən müddətdə istifadəsi qeydə alınmamışdır. Qeyd olunan məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 19 iyun 2020-ci il tarixli protokoldan görünür ki, diskdə ümumilikdə 7 fayl vardır, həmin obyektlər aşağıdakılardan ibarətdir: “502106385 sms.txt”, “502301130 sms.txt”, “**********85.txt”, “**********30.txt”, “abuneciler.xls”, “antenna2019.xls” və “antenna2020.xls” başlıqlı fayllardan ibarətdir. “antenna2019.xls” və “antenna2020.xls” başlıqlı fayllara baxış keçirən zaman müəyyən olundu ki, həmin faylda xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Şahid4 adına olmuş ***-***-**-** nömrəli və Şahid3 adına olmuş ***-***-**-** nömrəli telefonlar arasında, həmçinin həmin nömrələrlə Şahid1 istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-**, ***-***-**-**, Şahid2 istifadəsində ***-***-**-** mobil nömrələr arasında çoxsaylı telefon danışıqları olmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən 4 avqust 2020-ci il tarixli, AZF/LGL-7341/20 saylı məktubla daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 12 avqust 2020-ci il tarixli protokoldan görünür ki, diskdə ümumilikdə 22 fayl vardır, həmin fayllarda mobil nömrələr arasında aparılmış mesajlaşmalar, sms mətnləri, telefon nömrələrinin kimin adına olması, ünvanları barədə məlumatlar, həmçinin aparılmış telefon danışıqları, danışıqların tarixləri, müddətləri, anten dairələri əks olunmuşdur. Baxış zamanı qeyd olunan fayların tərkibinə daxil olan sms faylarında istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir mesajlaşma müəyyən edilməmişdir. Lakin telefon danışıqlarını əhatə edən faylarda müəyyən edildi ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Şahid3 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı telefon nömrəsi, Şahid2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi vasitəsi ilə həmin şəxslərin arasında 01 avqust 2019-cu il tarixdən 01 may 2020-ci il tarixləri arasında telefon danışıqları həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 06/1152 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində hər hansı bir vəzifədə işləməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 001-32932-1220 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN orqanlarında xidmət keçmiş, həmin orqanda sonuncu iş yeri və vəzifəsi xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixə kimi DİN-nin Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsi olmuşdur. Təqsirləndirilən şəxs 19 yanvar 2016-cı il tarixdə daxili işlər orqanları adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğundan X7 xaric edilmişdir. İş materiallarında olan vurulmuş ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə 2.000 manat, xx.xx.2020-ci il tarixdə 3.000 manat və xx.xx.2020-ci il tarixdə 3.000 manat olmaqla, cəmi 8.000 (səkkiz min) manat pul vəsaitini təqdim etmiş, sonuncu tərəfindən qeyd edilən pul vəsaiti götürülərək həmin tarixlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikası Beynəlxalq Bankında olan depozit hesabına qoyulmuşdur. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 vurduğu maddi ziyanın qalan hissəsini də hissə-hissə olaraq ödəmişdir. İş materiallarına əlavə olunmuş Şahid1 məhkəməyə ünvanladığı yazılı ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 20.000 manat maddi ziyanı hissə-hissə olmaqla tam ödəmişdir, hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. İş materiallarında olan hökmə və qərara əsasən məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)-888/2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.4, 312.2-ci və 66.3-cü maddələri ilə qəti olaraq 10 000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-542/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən həmin hökm qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir.Buna görə də, o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqsini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını, törətdiyi cinayət nəticəsində vurulmuş maddi ziyanı tam ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını və ailənin yeganə qazanc ğətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin olunması, qanuni, ədalətli və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin,«Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə cərimə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə cəzanı yüngülləşdrən halların məcmusunu, yəni Təqsirləndirilən şəxs təqsini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 3 (üç) azyaşlı övladının olmasını, törətdiyi cinayət nəticəsində vurulmuş maddi ziyanı tam ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını və ailənin yeganə qazanc ğətirən şəxs olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310, 32.4, 312.1-ci maddələri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)-888/2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü, 32.4, 312.2ci və 66.3-cü maddələri ilə təyin olunmuş 10.000 manat cərimə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq cərimə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut – 3 ədəd “CD” disk və 1 ədəd yaddaş kartı (Flaş kart) cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 8 000 (səkkiz min) manat vəsaitin - sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 4 000 (dörd) min manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 000 (iki) min manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 000 (beş) min manat cərimə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 10 000 (on min) manat cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 1(101)-888/2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü, 32.4, 312.2-ci və 66.3-cü maddələri ilə təyin olunmuş 10.000 manat cərimə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 15.000 (on beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən 01 (bir) aydan gec olmayaraq müvafiq bank hesabına ödəsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – 3 ədəd “CD” disk və 1 ədəd yaddaş kartı (Flaş kart) cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan 8 000 (səkkiz min) manat vəsaitin - sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-11/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-11/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver