Məhkəmə qərarları › İş №1(001)-11/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-11/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-11/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə,

1. xx.xx.1981-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

2. xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonu, Niyazqullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Niyazqullar kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talama barədə tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Təqsirləndirilən şəxs2 tanışı Türkiyə Cümhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs əmlakını açıq talama məqsədi ilə 25 aprel 2022-ci il tarixdə saat 21.00 radələrində istifadəsində olan 050 455 11 12 vatsap mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 871 33 01 vatsap mobil nömrəsi ilə əlaqə yaradıb sonuncunu görüşüb söhbət etmək bəhanəsi ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsi, 14-cü aşırım 43 nömrəli 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilinə dəvət etdikdən sonra bu barədə Təqsirləndirilən şəxs1 və qrupun şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı üzvünə məlumat vermiş, cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxsdən ibarət qrup üzvləri həmin gün saat 23.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsi, 14-cü aşırım, 43 nömrəli yaşayış binasının blokunun girişində Zərərçəkmiş şəxs gəlişini gözlədikləri vaxt sonuncu qeyd edilən ünvanda yerləşən binanın Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin yerləşdiyi 5-ci mərtəbəsinə qalxaraq Təqsirləndirilən şəxs2 ilə görüşmüş, cinayətkar planın davamı olaraq Təqsirləndirilən şəxs2 mənzilinin 5-ci mərtəbədə deyil, aşağı mərtəbədə yerləşdiyini bildirməklə Zərərçəkmiş şəxs aşağı mərtəbəyə düşməyə məcbur etdikdə tanınmamaları üçün üzlərinə qara rəngli tibbi maska taxmış Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxsdən ibarət qrup üzvləri 25 aprel 2022-ci il tarixdə saat 23.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsi, 14-cü aşırım, 43 nömrəli yaşayış binasının 4-cü mərtəbəsində Zərərçəkmiş şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib sonuncunun əl qolunu burmaqla və sair formada fiziki ağrı yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək üzərindəki geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus pasportu, içərisində dəyəri 25 (iyirmi beş) manata təşkil edən 050 871 33 01 GSM nömrə olan dəyəri 500 (beş yüz) manat təşkil edən “İphone7” markalı 01 ədəd mobil telefonunu və 70 (yetmiş) manat nağd pul vəsaitini alıb açıq talaqla soyğunçuluq etmiş, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 tanımasından sonra cinayətkar qrupun üzvləri ələ keçirdikdələri pasportu, içərisində dəyəri 25 (iyirmi beş) manata təşkil edən 050 871 33 01 GSM nömrə olan dəyəri 500 (beş yüz) manat təşkil edən “İphone” markalı 01 ədəd mobil telefonunu geri qaytarmışlar.

2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını açıq talama barədə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, o, tanışı Türkiyə Cümhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs əmlakını açıq talama məqsədi ilə 25 aprel 2022-ci il tarixdə saat 21.00 radələrində istifadəsində olan 050 *** ** ** vatsap mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** vatsap mobil nömrəsi ilə əlaqə yaradıb sonuncunu görüşüb söhbət etmək bəhanəsi ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsi, 14-cü aşırım 43 nömrəli 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki mənzilinə dəvət etdikdən sonra bu barədə qrup üzvləri Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı üzvünə məlumat vermiş, cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxsdən ibarət qrup üzvləri həmin gün saat 23.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsi, 14-cü aşırım, 43 nömrəli yaşayış binasının blokunun girişində Zərərçəkmiş şəxs gəlişini gözlədikləri vaxt sonuncu qeyd edilən ünvanda yerləşən binanın onun yaşadığı mənzilin yerləşdiyi 5-ci mərtəbəsinə qalxaraq onunla görüşmüş, cinayətkar planın davamı olaraq Təqsirləndirilən şəxs2 mənzilinin 5-ci mərtəbədə deyil, aşağı mərtəbədə yerləşdiyini bildirməklə Zərərçəkmiş şəxs aşağı mərtəbəyə düşməyə məcbur etdikdə tanınmamaları üçün üzlərinə qara rəngli tibbi maska taxmış Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan “Namiq” adlı şəxsdən ibarət qrup üzvləri 25 aprel 2022-ci il tarixdə saat 23.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Gəraybəyli küçəsi, 14-cü aşırım, 43 nömrəli yaşayış binasının 4-cü mərtəbəsində Zərərçəkmiş şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib sonuncunun əl qolunu burmaqla və sair formada fiziki ağrı yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək üzərindəki geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus pasportu, içərisində dəyəri 25 (iyirmi beş) manata təşkil edən 050 *** ** ** GSM nömrə olan dəyəri 500 (beş yüz) manat təşkil edən “İphone7” markalı 01 ədəd mobil telefonunu və 70 (yetmiş) manat nağd pul vəsaitini alıb açıq talamaqla soyğunçuluq etmiş, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs1 tanımasından sonra cinayətkar qrupun üzvləri ələ keçirdikdələri pasportu, içərisində dəyəri 25 (iyirmi beş) manata təşkil edən 050 *** ** ** GSM nömrə olan dəyəri 500 (beş yüz) manat təşkil edən “İphone” markalı 01 ədəd mobil telefonunu geri qaytarmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Namiqlə birlikdə Simanın yaşadığı mənzilə doğru qalxarkən blokun 2-ci mərtəbəsində Sima və Uğuru görmüşdür. O, Uğura müraciət edərək onunla birlikdə aşağı düşməsini xahiş etmişdir. Sima isə yenidən öz mənzillərinə doğru pilləkənlərlə qalxmağa başlamışdır. O və Namiq Uğurla birlikdə blokun girişinə enmiş və orada olan zaman o, Uğurla söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Uğurun telefonunu ondan Sima ilə aralarında olan mesajlara baxmaq üçün istəmiş, Uğur da heç bir söz demədən telefonunun kilidini açaraq ona vermişdir. O, mesajlara 2-3 dəqiqə nəzər yetirdikdən sonra qeyri-adi heç bir şeyə rast gəlmədiyindən telefonu Uğurun özünə qaytarmışdır. Bundan sonra o, Uğurdan bura nə üçün gəldiyini, Sima ilə nə işi olduğunu soruşmuş və bir daha Simaya zəng etməməsini və narahat etməməsini Uğura tapşırmışdır. Uğur da onunla razılaşmış və oranı tərk etmişdir. O və onun yanında olan Namiq ona özlərini polis əməkdaşı kimi təqdim etməmiş, Uğura xəsarət yetirməmiş və nəsə tələb edib götürməmişlər. O, mesajlara baxmaq üçün Uğurdan mobil telefonunu istəmiş, sonuncu da ona telefonunu öz razılığı ilə vermişdir. Daha sonra o, mobil telefonu Uğurun özünə qaytarmışdır. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, yaşadığı evində heç bir qonaq qəbul etməmişdir. Ona görə də, Uğura demişdir ki, evinə çatanda ona xəbər etsin, aşağıya qədər düşüb görüşəckdir. Uğur da onunla razılaşmışdır. Onun Uğurla telefonda danışdığı anlarda Fəxri ona zəng etmişdir. O da Uğurla danışdığı üçün eyni anda Fəxrinin telefon zənglərinə cavab verə bilməmişdir. Uğurla telefon danışığını bitirdikdən sonra Fəxrinin telefon zənginə cavab vermiş, Fəxri ondan kiminlə danışdığını soruşmuş, o isə Uğurla danışdığını, Uğurun onun yanına gələcəyini, Namiq, yəni «Miki» barədə onunla söhbət edəcəyini Fəxriyə bildirmişdir. Fəxri isə Uğurun gəldiyi vaxt ora gələcəyi barədə onu xəbərdar etmişdir. Həmin gün, yəni 25 aprel 2022-ci il tarixdə saat təxminən 23 radələrində Uğur onunla mobil telefonla vatsap vasitəsi ilə əlaqə yaratmış, yaşadığı evin qarşısına gəldiyini demişdir. O, cəld evi tərk etmiş və Uğurla binanın ikinci mərtəbəsində qarşılaşmışdır. Onun yaşadığı mənzil 5 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşir. O, blokun ikinci mərtəbəsində Uğurla qarşılaşmış və əvvəlcə onunla salamlaşmış, daha sonra Uğur birbaşa mövzuya girmiş və demişdir ki, «nəyə görə «Miki»nin telefon zənglərinə cavab vermirsən?» O isə Uğura izah etməyə çalışmışdır ki, o, Miki ilə münasibət qurmaq istəmir, buna səbəb «Miki»nin pis vərdişləridir. Uğurla aralarında bu cür söhbət getdiyi vaxt Fəxrinin, yanında bir nəfərlə, üzündə qara tibbi maska ilə blokun pilləkənləri ilə aşağı mərtəbədən yuxarıya doğru qalxdığını görmüşdür. Fəxri və Namiq Uğurla birlikdə blokun girişinə enmiş və orada olan zaman Fəxri Uğurla söhbət etməyə başlamışdır. Söhbət əsnasında Fəxri Uğurun telefonunu ondan onun ilə aralarında olan mesajlara baxmaq üçün istəmişdir, Uğur da heç bir söz demədən telefonunun kilidini açaraq ona vermişdir. Fəxri mesajlara 2-3 dəqiqə nəzər yetirdikdən sonra qeyri-adi heç bir şeyə rast gəlmədiyindən telefonu Uğurun özünə qaytarmışdır. Bundan sonra Fəxri Uğurdan bura nə üçün gəldiyini, Sima ilə nə işi olduğunu soruşmuş və ona bir daha Simaya zəng etməməsini və narahat etməməsini Uğura tapşırmışdır. Uğur da onunla razılaşmış və oranı tərk etmişdir. Fəxri və yanında olan Namiq ona özlərini polis əməkdaşı kimi təqdim etməmiş, Uğura xəsarət yetirməmiş və nəsə tələb edib götürməmişdir. Fəxri mesajlara baxman üçün Uğurdan mobil telefonunu istəmiş, sonuncu da ona telefonunu öz icazəsi ilə vermiş, o daha sonra mobil telefonu Uğurun özünə qaytarmışdır. Məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı tərcüməçi X2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Simanın yanına qonaq olaraq çağırılmışdır. X10 yanına getdikdə 2 nəfər gəlib onu döymüş, cibində nə varsa götürüb onu döymüşlər. Bundan sonra o, polisə şikayət etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu döyənlər Fəxri və Namiq adlı şəxslər olmuşdur. Döyüldükdən sonra 70 manat pulunu və cibindəki telefonu, siqareti almışlar. Fəxri və Namiq onu Simanın evindən, yəni 5-ci mərtəbədən aşağı düşürüb döymüş, həmin vaxt isə Sima orada olmamışdır. O, Azərbaycandan olan Aytən adlı tanışına zəng etmiş və tanışı ona takisyə minib onun yanına getməsini taksi pulunu verəcəyini bildirmişdir. O, tanışı ilə görüşən zaman ona polisə şikayət verməsində köməklik etmişdir. Onların ailəsi onunla əlaqəyə keçdikləri üçün şikayətçi olmamış, lakin hazırda şikayətçidir. Daha çox Simadan şikayətçidir çünki hər şeyi o planlamışdır. Sima bir neçə dəfə onun cibində pul olduğunu görmüş, bir neçə dəfə onu evinə çağırmışdır. Fəxrini əvvəllər bir dəfə görmüşdür. Hadisə günü isə Fəxri tanınmaması üçün üzünə maska taxmışdır. O, 5-ci mərtəbədə olarkən piləkənlərdə işıq olmamışdır. Onu 5-ci mərtəbədən aşağıya kimi döyüb düşürmüşlər. Aşağıda avtomobil keçəndə işıq vurmuş, bu zaman maskalı şəxsin Fəxri olduğunu görmüşdür. Sima və Fəxrinin qohumları tərəfindən ona şikayətçi olmaması ilə bağlı xahişlər olduğu üçün əvvəlki ifadəsində təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, telefonunun və pulunun götürülmədiyini bildirmiş, həmçinin Aytənə də demişdir ki, arada anlaşılmazlıq olmuş və telefonu, pulu evdə qalmışdır. Bu səbəbdən Aytən də elə bilir ki, telefonu və pulu Fəxrigil tərəfindən götürülməmiş və o, döyülməmişdir. Ona vurulmuş zərər ödənilməmişdir və şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tarix dəqiq yadında deyil, lakin yadındadır ki Uğur ona zəng edib Sima və Fəxrinin onun telefonunu və pulunu götürdüyünü bildirmişdir. Onlar da taksiyə minib gəlməsini və taksinin pulunu verəcəyini bildirmişlər. Uğur onların yanına gəldikdən sonra dedi ki, yadından çıxıb telefonu üzərindədir, pulu da evdə qalmışdır. Onlar da belə aydınlaşdırmışlar ki, soyğunçuluq olmamışdır. Sadəcə Fəxri orada qısqanıb Uğura şillə vurmuşdur. Onun bildikləri bunlardır. Bundan başqa heç bir şeydən xəbəri yoxdur. Çünki Uğurun vurulmasını gözü ilə görməmiş və bunları onun deməsindən bilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Üzləşdirmədə dindirmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-502/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilərək, onun həbsdə saxlanılma müddəti 07 may 2022-ci il tarixdən hesablanmışdır. AZ-İV 297915 nömrəli və AZ-İV 293737 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 adlı və xx.xx.2018-ci il təvəllüdlü X7 adlı iki azyaşlı uşağı vardır. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Maddi sübut əhəmiyyətli əşyanın könüllü təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan Samsung markalı planşet götürülmüşdür. Maddi sübut əhəmiyyətli əşyaya baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan Samsung markalı planşetinə keçirilmiş baxış zamanı «planşet» qurğuda 050 *** ** ** Azercell GSM nömrənin istifadə edildiyi, qurğunun daxili menyusundan vatsap bölməsinə daxil olduqda həmin nömrədən 25 aprel 2022-ci il tarixdə saat 20.58 dəqiqədə, 21.02 dəqiqədə, 23.27 dəqiqədə və 23.34 dəqiqədə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** vatsap mobil nömrəsi ilə, saat 21.07 dəqiqədə və saat 23.29 dəqiqədə isə iş üzrə digər Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 *** ** ** vatsap mobil nömrəsi ilə danışıqlar aparıldığı müəyyən edilmişdir. Maddi sübut əhəmiyyətli əşyanın könüllü təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd pasport və qara rəngli “İphone7” markalı 01 ədəd mobil telefon götürülmüşdür. Maddi sübut əhəmiyyətli əşyalara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzərində «Türkiyə Cumhuriyyeti», «Respublik Turkey» «Pasaport», «Passport» sözləri yazılmış 01 ədəd sənədə baxış zamanı həmin pasport sənədinin Türkiyə Cümhuriyyəti vətəndaşı Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məxsus qara rəngli “İphone7” markalı 01 ədəd mobil telefona baxış zamanı telefonun içərisində 01 ədəd 050 *** ** ** GSM nömrənin olduğu, mobil telefonun daxili menyusundan vatsap bölməsinə daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 *** ** ** Azercell GSM nömrədən 25 aprel 2022-ci il tarixdə saat 20.56 dəqiqədə, 21.00 dəqiqədə, 23.25 dəqiqədə və 23.32 dəqiqədə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** vatsap mobil nömrəsi ilə danışıqlar aparıldığı müəyyən edilmişdir. Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan Samsung markalı 1 ədəd planşet, Zərərçəkmiş şəxs məxsus 1 ədəd pasport və istifadəsində olan içərisində 01 ədəd 050 *** ** ** GSM nömrənin olduğu qara rəngli “İphone7” markalı 1 ədəd mobil telefon öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olduqları üçün ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin əşyalar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılması üçün sahiblərinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2006-cı il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli hökmü ilə CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2015-ci il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli təqsirli bilinərək 05 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 dekabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-839/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 27 avqust 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-556/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair verdiyi ifadələrinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxslərin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş, təqsirləndirilən şəxsin və əlavə şahidin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 180.2.1 və 180.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Hüseynov X4 Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2012-ci il tarixli hökmü ilə CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2015-ci il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli təqsirli bilinərək 05 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 dekabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad olmuşdur. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini 25 aprel 2022-ci il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu qanunvericilikdə nəzərdə tutulan altı il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini, barışığın əldə edilməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməllərini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halın olmasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-502/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilərək, onun həbsdə saxlanılma müddəti 07 may 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-839/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 27 avqust 2022-ci il tarixədək uzadılmışdır. Daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-556/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 07 may 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixədək həbsdə və 10 noyabr 2022-ci il tarixdən hazırdkı vaxtadək ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında saxlanılma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 07 may 2022-ci il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qadın olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməməsini, barışığın əldə edilməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 may 2022-ci il tarixdə sonuncu barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməyərək o, saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 09 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək, yəni 2 (iki) gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 09 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd Təqsirləndirilən şəxs2 istifadəsində olan Samsung markalı planşetin, 1 (bir) ədəd Zərərçəkmiş şəxs məxsus pasport və içərisində 050 *** ** ** GSM nömrənin olduğu 1 (bir) ədəd qara rəngli “İphone7” markalı mobil telefonun sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 90 (doxsan) saat və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilli Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 90 (doxsan) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri İsayev X5 Rübail Razil oğlu məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 90 (doxsan) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 90 (doxsan) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 540 (beş yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 90 (doxsan) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 540 (beş yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 07 may 2022-ci il tarixdən hesablanmaqla, həbsdə və ev dustaqlığında saxlanılma müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 may 2022-ci il tarixdən 11 may 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd Təqsirləndirilən şəxs2 istifadəsində olan Samsung markalı planşetin, 1 (bir) ədəd Zərərçəkmiş şəxs məxsus pasport və içərisində 050 *** ** ** GSM nömrənin olduğu 1 (bir) ədəd qara rəngli “İphone7” markalı mobil telefonun sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 90 (doxsan) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 540 (beş yüz qırx) manat ödənilsin və Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 90 (doxsan) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 540 (beş yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar