Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-11/2025 11.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, Fizuli şəhəri, Puşkin küçəsi, ev 7 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ondan ötrü təqsirləndirilmişdir ki, o, hüquq verən digər rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlamış, bilə-bilə həmin saxta sənədlərdən istifadə etmiş, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını ələ keçirməklə və əmlak hüququqlarını əldə etməklə, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan 12.000 manat dəyərində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində 8A192784 qeydiyyat şəhadətnaməsi ilə Şahid1 adına rəsmiləşdirlmiş "Toyota Prius" markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb həmin tarixdə yüksək tarif hesab edilən gündəlik 40 manat ödəməklə taksi park xidmətinə cəlb edəcəyi və nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verən etibarnamə əsasında avtomobildə işləyən sürücülərə daşınar əmlakın sərəncam hüququ vermədən idarə edilməsinə etibarnamə verəcəyinə dair yalan vəd verib aldadaraq razılığını aldıqdan sonra, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisində Şahid1 tərəfindən verilmiş "7E-7574" reyestr nömrəli etibarnamə ilə nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ əldə edib həmin tarixdə ünvan 4 ünvanında yerləşən 40 saylı notariat ofisində 7E-7524 reestr nömrəsi ilə qabaqcadan, yəni xx.xx.2022-ci il tarixdən satacağını vəd verdiyi cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan müştəri Şahid2 nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verməklə 12.000 manata satıb gündəlik vəd verdiyi 40 manat icarə haqqını xx.xx.2022-ci il tarixədək ödəyərək guya verdiyi vədə əməl etdiyi və həmin avtomobilin taksi-park xidmətlərində istifadə olunduğuna dair görüntü yaradıb avtomobilin satılmasından sahibinin məlumatsız qalmasına, Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan digər müştəri Şahid8 ilə alqı-satqı müqaviləsi bağlanmaqla dövlət qeydiyyat nişanının 77CJ069, qeydiyyat şəhadətnaməsinin BA230185 nömrələrinə dəyişdirməsi ilə qanuni mülkiyyətindən çıxarılmaqla özgəninkiləşdirilməsinə bilərəkdən şərait yaratmaqla Zərərçəkmiş şəxs1 məxsus 12.000 (on iki min) manat dəyərində avtomobilin satışından əldə etdiyi həmin məbləğdə pulunu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncuya guya ilkin olaraq 5000 manat ödəmək şərti ilə 18000 manat dəyərində mövcud olmayan "Azsamand" markalı avtomobili kredit yolu ilə alaraq taksi-park xidmətlərinə cəlb edib əldə edilmiş gəlirdən Zərərçəkmiş şəxs1 aylıq olaraq 600 manat verəcəyi və sonuncudan ilkin ödəniş adı ilə alacağı 5.000 manat pulu onunla notarial qaydada borc müqaviləsi bağlayıb zəmanət verəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda və həmin müqaviləni bağlamazdan əvvəl Zərərçəkmiş şəxs1 əmlakını,əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyəti ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində xx.xx.2024-cü il tarixədək hər ay 220 manat 50 qəpik (iki yüz iyirmi manat əlli qəpik) ödəyəcəyinə dair "3M-1732" nömrəli reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsi bağlayaraq 4590 manat və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, Qələbə Dairəsi adlanan ünvanda ödənilməsini əvvəlcədən razılaşdırdığı 5.000 manat puldan qalan 410 manat, ümumilikdə 5000 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsini müəyyən edib icarə adı ilə götürməsi, onun isə həmin nəqliyyat vasitəsini "turbo.az" elektron ticarət saytında satışına dair elan yerləşdirib müraciət etmiş müştəriyə hüquq verən rəsmi sənəd olan etibarnaməni saxtalaşdırıb istifadə etməklə nəqliyyat vasitəsinin satışını həyata keçirib əldə etdikləri pul vəsaitini öz aralarında bölüşdürəcəklərinə dair əvvəlcədən razılıq əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində, BA233466 qeydiyyat şəhadətnaməsi ilə Şahid4 adına rəsmiləşdirilmiş və onun mülkiyyətində olan, daşınar əmlakın istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixdə 41 saylı notariat ofisi tərəfindən mobil notariat tətbiqi vasitəsilə qarşılıqlı razılaşma əsasında Şahid9 taksi fəaliyyəti ilə məşğul olması üçün sərəncamına və icarə üzrə istifadəsinə verilmiş **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı 12.800 manat dəyərində "Toyoto-Prius" markalı minik avtomobili, texniki şəhadətnaməsi,adına verilmiş etibarnamə ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi "Qızıl Tac" restoranın qarşısında guya 10 gün müddətində istifadə edib qaytaracağına dair yalan vəd verib cinayətdən xəbərsiz Cavad İmaməliyevdən alaraq götürmüş və həmin gün Təqsirləndirilən şəxs2lə birlikdə avtomobili "turbo.az" elektron ticarət saytında özünün istifadəsində olan ***-***-**- **" Azercel" mobil nömrəsi ilə 12.500 manata satışına dair elan yerləşdirdirmiş, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində müştəri qisminə ona zəng edib müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə ünvan 7 ünvanda yerləşən "Niaqara" restoranının qarşısında görüşərək avtomobilin texniki şəhadətnamə üzrə mülkiyyətçisi Şahid4 onun qardaşı olduğu və ağır xəstəliyi səbəbindən avtomobilin gecə ilə dəyərindən aşağı, yəni 12.000 manata təcili satılmasının vacib olduğu, qardaşının bank kartına 40 manat rüsum ödədikdən sonra mobil notariat tətbiqi vasitəsilə mülkiyyət üzərində sərəncam vermə hüququ verən etibarnamə veriləcəyinə inandırdıraraq qabaqcadan Şahid4 adına tərtib edilmiş texniki şəhadətnamə və etibarnamə üzərindəki anket məlumatlar əsasında Zərərçəkmiş şəxs2 adına xüsusi proqram vasitəsilə mətnləri və sözləri montaj etməklə Şahid4 adından Zərərçəkmiş şəxs2 adına 50 saylı notariat ofisinin mobil tətbiqi vasitəsilə avtomobil üzərində guya sərəncam verdiyinə da saxtalaşdırıb qanunsuz hazırladığı və rəsmi sənəd hesab edilən, mülkiyyət üzərində sərəncam vermə hüququ verən xx.xx.2022ci il tarixli 7E-093803 reyestr nömrəli saxta etibarnamədən bilə-bilə istifadə edərək buna səlahiyyəti olmadığı halda "Whatsapp" proqram tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna göndərib həmin ünvanda sonucunun xüsusi mülkiyətində olan rüsum adı ilə guya qardaşı olduğuna inandırdığı avtomobilin mülkiyyətçisi Şahid4 kart hesabı kimi təqdim etdiyi özünün 409858****7111 nömrəli Leobank kart hesabına Zərərçəkmiş şəxs2 tərəfindən dostu Şahid6 məxsus AZ82UBAZ**********1010AZN001 nömrəli "Leobank" kart hesabından göndərilmiş 40 manat və avtomobilin dəyəri olaraq razılaşdırılmış 12.000 manat, ümumilikdə 12.040 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək öz aralarında bölməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun müalicə üçün Türkiyə Respublikasına gedəcəyini və bunun üçün milli pul vahidi manatı ABŞ dollarına dəyişmək istədiyini öyrənib Zərərçəkmiş şəxs1 ABŞ dolları verə biləcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 istifadə etdiyi "xxxx" ACS-yə məxsus, 416973*****2112 nömrəli plastik kart hesabından "birbank" mobil tətbiq proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 409858******7111 nömrəli plastik kart hesabına xx.xx.2022-ci il tarixdə göndərdiyi 670 manat və 350 manat olmaqla 1020 manat pulu, xx.xx.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Manqal Dönər" kafesində 2100 manat, ümumilikdə 3120 (üç min bir yüz iyirmi) manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü təqsirləndirilmişdir ki, o, hüquq verən digər rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdıraraq qanunsuz hazırlamış, bilə-bilə həmin saxta sənədlərdən istifadə etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını ələ keçirməklə və əmlak hüququqlarını əldə etməklə,xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək özünün nəqliyyat vasitəsini müəyyən edib icarə adı ilə götürməsi, Təqsirləndirilən şəxs1 isə həmin nəqliyyat vasitəsini "turbo.az" elektron ticarət saytında satışına dair elan yerləşdirib müraciət etmiş müştəriyə birlikdə hüquq verən rəsmi sənəd olan etibarnaməni saxtalaşdırıb istifadə etməklə nəqliyyat vasitəsinin satışını həyata keçirib sataraq əldə etdikləri pul vəsaitini öz aralarında bölüşdürəcəklərinə dair əvvəlcədən razılıq əldə etdikdən sonra o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində BA233466 qeydiyyat şəhadətnaməsi ilə Şahid4 adına rəsmiləşdirilmiş və onun mülkiyyətində olan, daşınar əmlakın istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixdə 41 saylı notariat ofisi tərəfindən mobil notariat tətbiqi vasitəsilə qarşılıqlı razılaşma əsasında X1 taksi fəaliyyəti ilə məşğul olması üçün sərəncamına və icarə üzrə istifadəsinə verilmiş **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı 12.800 manat dəyərində "Toyoto- Prius" markalı minik avtomobilini texniki şəhadətnaməsi, adına verilmiş etibarnamə ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi “Qızıl 49 Tac" restoranın qarşısında guya 10 gün müddətində istifadə edib qaytaracağına dair yalan vəd verib cinayətdən xəbərsiz Şahid9 alıb götürərək həmin gün Təqsirləndirilən şəxs1la birlikdə avtomobili "turbo.az" elektron ticarət saytında sonuncunun istifadəsində olan ***-***-**-**" Azercel" mobil nömrəsi ilə 12.500 manata satışına dair elan yerləşdirdirmiş, xx.xx.2022-ci il tarixda saat 19 radələrində müştəri qisminə həmin mobil nömrəyə zəng edib müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə ünvan 7 ünvanda yerləşən "Niaqara" restoranının qarşısında görüşərək avtomobilin texniki şəhadətnamə üzrə mülkiyyətçisi Şahid4 onun qardaşı olduğu və ağır xəstəliyi səbəbindən avtomobilin gecə ilə dəyərindən aşağı, yəni 12.000 manata təcili satılmasının vacib olduğu, qardaşının bank kartina 40 manat rüsum ödədikdən sonra mobil notariat tətbiqi vasitəsilə mülkiyyət üzərində sərəncam vermə hüququ verən etibarnamə veriləcəyinə inandırdıraraq qabaqcadan Şahid4 adına tərtib edilmiş texniki şəhadətnamə və etibarnamə üzərindəki anket məlumatlar əsasında Zərərçəkmiş şəxs2 adına xüsusi proqram vasitəsilə mətnləri və sözləri montaj etməklə Şahid4 adından Zərərçəkmiş şəxs2 adına 50 saylı notariat ofisinin mobil tətbiqi vasitəsilə avtomobil üzərində sərəncam verdiyinə dair saxtalaşdırıb qanunsuz hazırladığı və rəsmi sənəd hesab edilən, mülkiyyət üzərində sərəncam vermə hüququ verən xx.xx.2022-ci il tarixli 7E-093803 reyestr nömrəli saxta etibarnamədən biləbilə istifadə edərək buna səlahiyyəti olmadığı halda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-**" Azercel" mobil nömrəsinin "Whatsapp" proqram tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna göndərib həmin ünvanda sonucunun xüsusi mülkiyətində olan rüsum adı ilə guya qardaşı olduğuna inandırdığı avtomobilin mülkiyyətçisi İman Həsənǝliyevin kart hesabı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs1 409858****7111 nömrəli Leobank kart hesabına Zərərçəkmiş şəxs2 tərəfindən dostu Şahid6 məxsus AZ82UBAZ**********1010AZN001 nömrəli "Leobank" kart hesabından göndərilmiş 40 manat və avtomobilin dəyəri olaraq razılaşdırılmış 12.000 manat, ümumilikdə 12.040 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək öz aralarında bölməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 əvvəldən tanımamışdır. Cavad adlı şəxsdən günü 25 manata götürmüş olduğu “Toyota Prius” markalı avtomobili satmaq üçün “turbo.az” saytında elan yerləşdirmişdir. Elanı yerləşdirdikdən sonra Zərərçəkmiş şəxs2 zəng etmiş, daha sonra görüşmüşlər. Qiymətdə razılığa gəlmişlər, 1 saat sonra yenidən görüşmüşlər və avtomobili Yusuba vermişdir. O, etibarnamə üçün Yusubun şəxsiyyət vəsiqəsinin surətini çəkmiş, özündə əvvəlcədən etibarnamənin forması olmuşdur. İnternet klubda komputer proqramı vasitəsi ilə etibarnamə hazırlamışdır. Yusubla görüşəndə isə bildirmişdir ki, 5-10 dəqiqə ərzində etibarnaməni ona atacaqlar, daha sonra etibarnaməni Yusuba göndərib, getmişdir. Avtomobilin sahibinin isə onun avtomobili satmasından xəbəri olmamışdır. 12000 manat pulu da elə həmin vaxtı bir dəfəyə almışdır. Təqsirləndirilən şəxs2 isə onun işçisi olmuşdur, belə ki, onun taksi şirkəti olmuş, orada Anar ilk əvvəl sürücü işləmiş, daha sonra isə Anarı nəzarətçi təyin etmişdir. Bu avtomobil məsələsində Anarın rolu sadəcə maşını sürməkdən ibarət olmuş, özü Anardan avtomobili sürməyi xahiş etmiş, Anar da onunla razılaşaraq avtomobili idarə etmişdir. Avtomobilin Yusuba satılması zamanı ilkin danışıqlarda Anar iştirak etsə də, pulu o özü Yusubdan tək almışdır. Ümumiyyətlə, Anar avtomobili satmağa getmələrini bilmiş, lakin avtomobilin kimə məxsus olmasından xəbərdar olmamışdır. Yusubla görüşdükdən sonra pulu alanadək təqribən 1 saat müddət ötmüş, həmin müddət aralığında isə o etibarnaməni hazırlamışdır. Zərərçəkmiş şəxs1 münasibətdə isə qeyd edir ki, hazırki işədək Sevinc xanımla tanışlığı olmamışdır. 2023-cü ilin ortalarında 2 ədəd avtomobilini avtomobil alqı-satqısı ilə məşğul olan Fuad adlı şəxsə satmışdır. Həmin avtomobilləri bir müddət sonra isə Zərərçəkmiş şəxs1 almışdır. Həmin avtomobilləri müxtəlif sürücülər tərəfindən idarə edilmiş və yol hərəkəti qaydalarını pozduqları üçün cərimələr yığılmışdır. Həmin cərimələrə görə avtomobillin alqı-satqısı mümkün olmamışdır. Ona görə də, həmin zaman onun texniki işlərini görən bir şəxs ona zəng edərək Fuadın avtomobili başqa şəxsə satmasını, lakin inzibati cərimələrə görə alqısatqı prosesinin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. O zaman cərimələrinin ödənilməsini bildirmişdir. Cəriməni Fuada görə ödəmişdir, avtomobili alan tərəfi isə tanımamışdır. Bu hadisədən sonra Zərərçəkmiş şəxs1 onun telefon nömrəsini götürmüş, həmin hadisədən bir müddət sonra Sevinc ona zəng edərək görüşməyi təklif etmiş, onlar razılaşaraq görüşmüşlər. Sevinc orada ondan bir neçə məsləhət almışdır. Həmin görüşdən 3-4 gün sonra axşam saatlarında evdə olduğu zaman Sevinc onunla əlaqə saxlayaraq bildirmişdir ki, sürücülərdən biri ona problem yaradır, buna görə ondan avtomobili geri almaqda köməklik istəmişdir. Sevinc proqram vasitəsi ilə avtomobilin olduğu görə bildiyindən, həmin ünvanı ona da göndərmişdir. Gecə təxminən 23-24 radələrində Sevincin göndərdiyi yerə getmiş və avtomobilin orada olduğunu görmüşdür. Sevinc ona sürücünün şəxsiyyət vəsiqəsini atdığı üçün otelə daxil olaraq sürücü barədə soruşmuş, daha sonra sürücü onun yanına gəlmişdir. Sürücüyə Sevinc xanım tərəfindən göndərildiyini bildirmiş, daha sonra Sevinclə əlaqə saxlayaraq məlumat vermiş, Sevinc isə avtomobili götürüb-gətirməyi bildirmişdir. Bundan sonra o həmin avtomobili götürüb, öz həyətlərinə gətirmiş və avtomobilin şəklini çəkib Sevincə göndərmişdir. Növbəti gün Sevinclə görüşmüşlər, Sevinc avtomobili satmaq istədiyini bildirmiş, həmçinin Türkiyə Respublikasına əməliyyat olunmaq üçün getməyi barədə məlumat vermişdir. O, Zərərçəkmiş şəxs1 avtomobili almaq istədiyini bildirmiş və 4-5 ay ona müddət verməsini xahiş etmişdir. Aralarında razılıq əldə olunmuş, Sevincə 5000 manat pul ödəmiş, Sevinc isə ona baş etibarnamə vermişdir. Zərərçəkmiş şəxs1 ona məxsus "xxxx" ASC kartına pul atmasını bildirirmişdir, lakin onun ümumiyyətlə həmin banka məxsus bir kartı olmamışdır. Ona 600 ABŞ dollarına çevirmək üçün pul verilmiş, növbəti gün isə Sevinc Türkiyə Respublikasına gedəcəkdi, o da səhər Sevinci yola salmalı idi. Lakin axşam gec yatdığı üçün səhər oyana bilməmişdir. Daha sonra Sevinclə danışmış, hadisəni izah etmiş və pulu göndərməsi üçün kart atmağı xahiş etmişdir. Sevinc ona pulu Azərbaycana qayıdanda qaytara biləcəyini bildirmişdir, Sevinc geri qayıdanda həmin vəsaiti manatla ödəmişdir. Sevinclə aralarında borc müqaviləsi var, lakin həmin borcun “Azsamand” markalı avtomobillə heç bir əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs2la bağlı ittihamda göstərilənlərlə razıdır, yəni həmin epizod üzrə özünü təqsirli bilir, buna görə də Zərərçəkmiş şəxs2 vurulmuş ziyandan 1500-2000 AZN ödəniş etmişdir. Lakin Zərərçəkmiş şəxs1 ilə bağlı epizodlar üzrə isə özünü ümumiyyətlə təqsirli bilmir. Zərərçəkmiş şəxs2 vurulmuş ziyandan 4500 manat ödəniş edilmişdir. 7500 manat vurulmuş ziyan ödənilməmiş qalmışdır. Əslində Yusub ona cəmi 9800 manat pul ödəmişdir. Avtomobili 10500 manata elana qoymuş, 10000 mində razılaşmışlar, daha sonra 200 manat da keçmişdir. Həmin puldan 2000 manat Anara vermişdir, çünki Anara borcu var idi. Anar onun yanında əvvəlcə olmuşdur, lakin pulu o özü almışdır. Yusub 3-4 gün sonra ona zəng etmiş, avtomobilin saxta etibarnamə əsasında satıldığı söyləmişdir. O da hadisədən məlumatlı olduğunu, çıxılmaz vəziyyətə düşdüyünü, xəstəxanaya pul ödəməli olduğunu bildirmişdir. Bir tanışı vasitəsi ilə Yusubla əlaqə yaradaraq vəziyyəti yoluna qoymaq üçün vaxt istəmişdir. Bu söhbət 2023cü ilin dekabr ayında olmuş, özü isə yanvar ayının 10-da tutulmuşdur. O, çıxdıqdan sonra yenə ödəniş etmiş, belə ki, Yusubun kartına pul göndərmişdir. Daha sonra nə olmuşdursa,Yusub gedib şikayət ərizəsi yazmış, sonra isə onlar tutulmuşlar. O, Yusuba vermiş olduğu avtomobilin kimə məxsus olmasını bilmir. Onların adına həmin avtomobilə etibarnamə belə olmamışdır. Lakin avtomobili Cavaddan götürüb işlətmişlər, buna görə də Cavada günlük 25 manata ödəyirdi. Etibarnaməni düzəltmək üçün o yalandan bildirmişdir ki, avtomobilin qeydiyyat şəhadətnaməsi üstündə yoxdur. Yusub da qeydiyyat şəhadətnaməsinin gətirilməyini ondan tələb etmişdir. Həmçinin Yusuba yalandan avtomobilin sahibinin xəstə olduğunu bildirmiş və etibarnamənin onlayn verilməsini təklif etmişdir. Yusub onunla razılaşmış, qeydiyyat şəhadətnaməsini gətirmək adı ilə oradan ayrılmış və gedib etibarnaməni hazırlamışdır. 1 saat sonra gəlmiş və etibarnamənin 5-10 dəqiqəyə atılacağını Yusuba söyləmişdir. Lakin etibarnamə onun telefonunda hazır olmuş, bir müddət sonra həmin etibarnaməni Yusuba göndərmişdir. Sevincə məxsus avtomobili isə 12000 manata satmışdır, lakin həmin avtomobilə görə qeyd etdiyi kimi Sevincə 5000 manat ödəmişdir. Etibarnaməni ona Sevincin qohumu vermiş, həmin avtomobilin alqısatqısına görə qalıq qalmış 4500 manatı isə notarial qaydada borc müqaviləsi şəklində qəbul etmişdir. Təkrar qeyd edir ki, “Azsamand” markalı nəqliyyat vasitəsi ümumiyyətlə olmamış, dollara çevirmək üçün aldığı 1020 manatı isə geri ödəmişdir. Zərərçəkmiş şəxs1 qarşı olan epizodlarda Anarın heç bir iştirakı və rolu olmamışdır. **-ZU-*** nömrəli avtomobili işlətmək üçün almış, lakin götürəndən 3-4 gün sonra avtomobili İlkinə satmışdır. Çünki İlkinə borcu olmuş, aralarında avtomobil haq-hesabı olmuş, buna görə İlkinə həmin hesabı sözügedən avtomobillə bağlamağı təklif etmişdir. Sevinclə danışıqları da ayda 1000 manat ödəniş etməkdən ibarət olmuşdur. Sevinc ona 3-4 ay da vaxt vermişdi. O da öz qrafiki ilə gündəlik ödəniş edirdi. 2 ay ərzində 1000 manatdan çox Sevincə ödəniş etmişdir. Həmin avtomobil Nuşravanın adına olsa da, faktiki olaraq sahib Zərərçəkmiş şəxs1 olmuşdur. Avtomobilə görə 1500 manat da ödəniş etmiş, 4000 manat borcu qalmışdır, həmin vəsaiti Zərərçəkmiş şəxs1 əlbəəl vermişdir. **-EM-*** nömrəli avtomobili Niaqara restoranının yanına Cavad gətirmiş, avtomobili satmaq istədiyini Cavada bildirməmişdir.Çünki belə olduğu halda Anar qardaşına deyəcəkdi, qardaşı da Cavada deyəcəkdi, bununla da onun niyyəti baş tutmaya bilərdi. Anarın Yusuba dair epizoda da heç bir rolu olmamış, sadəcə Anara gedib-gəlməyi təklif etmiş, Anar da onunla razılaşmışdır. Təqsirləndirilən şəxs1 sön sözündə mülki iddiada da hər şeyin və borc müqaviləsinin nəzərə alınmasını, Zərərçəkmiş şəxs2 7500 manat ödəniş edilməsini nəzərə alaraq barəsində ədalətli hökm verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ilkin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 o, “tap.az” saytında sürücü vakansiyası barədə elanı görərək həmin şirkətə iş üçün müraciət edərkən tanımışdır. Həmin vakansiyanı elan edən şirkəti faktiki olaraq Təqsirləndirilən şəxs1 idarə edirdi. O da həmin yerə sürücü kimi işə qəbul olmuşdur. Bir müddət sonra Şahidin bir nəfər işçisi işdən ayrılmış, bundan sonra Şahid ona ofisdə işçilərə nəzarət etməyi təklif etmiş, o da öz növbəsində Şahidin təklifini qəbul edərək sonuncu ilə işləməyə başlamışdır. Zərərçəkmiş şəxs2 verdikləri nəqliyyat vasitəsinin sahibi onun qardaşının müdiri Cavad olmuşdur. Belə ki, Cavad ona zəng edərək boz rəngli, “Toyota Prius” markalı avtomobil icarəyə vermək istədiyini bildirmişdir. O da öz növbəsində Cavada bildirmişdir ki, Şahid taksi şirkəti işlədir, Şahidlə danışıb, razılaşsınlar, Şahid ona günü 25 manat olmaqla ödəniş etsin. Şahid və Cavad aralarında razılığa gəlmişlər və Şahid günə icarə haqqı olaraq 25 manat ödəniş etmişdir. Şahid həmin avtomobili satmaq istəyən zaman o Şahiddən satışı necə həyata keçirəcəyini soruşmuş, Şahid isə ona bildirmişdir ki, Cavadla danışaraq Cavada pul ödəyəcək və avtomobili satacaq. Sonra isə Şahid həmin nəqliyyat vasitəsinin satılması barədə “Turbo.az” saytında elan yaratmışdır. Elana görə müraciət etmiş Zərərçəkmiş şəxs2la görüşmüşlər, görüşdə o da iştirak etmişdir, lakin Yusub onunla heç bir danışıq aparmamış, bütün danışıqları Şahid aparmışdır. Zərərçəkmiş şəxs2la görüşə nəqliyyat vasitəsini o və Şahid birlikdə aparmışlar. İbtidai istintaq dövründə verdiyi ifadəsini imzalamışdır, lakin oxumamışdır. İfadəsində göstərilmişdir ki, o, Cavaddan nəqliyyat vasitəsini günü 10 manat olmaqla icarəyə götürmüşdür, lakin əslində elə bir şey olmamış, o ifadəsinin həmin hissəsini oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs2 qardaşının xəstə olması, təcili pula ehtiyacları olması məzmununda da ifadə işlətməmişdir. Ümumiyyətlə Yusubla bütün danışığı Şahid özü aparmışdır. Həmçinin ifadədə guya ona nəqliyyat vasitəsinin satışından 5000 (beş min) manat verilməsi barədə göstərilənlər də yalnışdır, həmin puldan Şahid ona 2500 (iki min beş yüz) manat pul vermişdir ki, həmin pul da Şahidin ona olan borcu idi. Daha sonra o həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 qaytarmışdır. Şahid həmin pul vəsaitini Zərərçəkmiş şəxs2 aldıqdan sonra gecə saatlarında zəng edərək vermiş, həmin günü Şahidin yanından saat neçədə aralandığını xatırlamır. Şahidin Yusuba nəqliyyat vasitəsini satdıqdan sonra hara getdiyini də bilmir. Saxta sənədin hazırlanmasından isə xəbəri belə olmamışdır. Şahidlə birlikdə internet kluba getməmişdir. Şahid və Yusub nəqliyyat vasitəsinin 9800 manata satılmasında razılığa gəlmişlər, ondan sonra Şahid ona bildirmişdir ki, avtomobilin qeydiyyat şəhadətnaməsini götürməyə gedir, o da bundan başqa Şahiddən heç nə soruşmamışdır. Avtomobili aparan zaman Şahid Cavadla razılaşdıqlarını və avtomobili satacağını bildirmişdir. Yusub pul verən zaman qıraqda dayanmış, Yusubun pul verdiyini görmüş, lakin pulun sayılması prosesində iştirak etməmişdir. Bundan başqa Yusub 40 manat da etibarnaməyə görə pul atmışdır. Şahidin saxta sənədlərlə nəqliyyat vasitəsini satdığını sonradan öyrənmişdir. Həmçinin Şahid ona nəqliyyat vasitəsini 9800 (doqquz min səkkiz yüz) manata satdığını bildirmişdir. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əvvəllki məhkəmə iclasında məsuliyyətdən yayınmaq üçün yalan ifadə verdiyini, əslində Yusuba satılan nəqliyyat vasitəsinə görə saxta etibarnamənin hazırlanmasında və avtomobilin satılmasında Şahidlə birlikdə iştirak etdiyini, etdiyi əməldən peşman olduğunu, ona CM-nin 320.1 və 320.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə cəlb etmə müddətinin keçdiyi üçün həmin hissədə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edərək bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə əməlindən peşman olduğunu, barəsində azadlığın məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, qəzaya düşərək əmək qabiliyyətini itirmişdir. Bundan sonra Fuad adlı bir şəxsdən 10800 manata qırmızı rəngli “Toyota Prius” markalı avtomobil almışdır. Onlar Xırdalana - Yol Polisi İdarəsinə getmişlər, lakin Şahid ora gəlməmiş, Elçin adlı bir işçisini göndərmişdir. Orada əməkdaşlar rəsmiləşdirmənin mümkün olmadığını, nəqliyyat vasitəsinin baş etibarnaməsinin müddətinin bitdiyini bildirmişlər. Bundan sonra Şahidin nömrəsini alaraq sonuncu ilə əlaqə saxlamış və məsələni izah etmişdir. Şahid nəqliyyat vasitəsinin mülkiyyətçisinin qardaşının həyat yoldaşı olduğunu, həmin qadının həkim işlədiyi üçün rəsmiləşdirmə üçün gələ bilmədiyini, növbəti gün məsələni həll edəcəyini bildirmişdir. Növbəti gün yenidən idarəyə getmişlər, avtomobilin həqiqətən də bir qadının adına olduğunu görmüş, günortaya kimi məsələ həll olunmuş, nəqliyyat vasitəsinin üzərində olan cərimələri də ödəyərək avtomobili rəsmiləşdirmişlər. Şahidlə tanışlığı bu şəkildə başlamışdır. «Toyota Prius» markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı onu deyə bilər ki, o Şahidə zəng vuraraq həmin nəqliyyat vasitəsini icarəyə verdiyi sürücünün tez-tez yoxa çıxıdığından və əməliyyata gedəcəyindən həmin avtomobili onun işlətməsini xahiş etmişdir. Şahid gələrək onunla görüşmüşdür. Bu barədə aralarında danışıq baş tutmuş, 2022-ci ilin oktyabr ayının 28-i və 29-u sürücü tamamilə yoxa çıxmış, bundan sonra o gecə Şahidə zəng edərək avtomobilin yeri görsəndiyini, həmin avtomobili götürmək lazım olduğunu bildirmişdir. Şahid isə onun dediyi yerə gedərək avtomobili götürərək Nərimanov rayonu ərazsiniə gətirmişdir. O, avtomobili gedib orada görmüş, 2022-ci ilin noyabr ayının 1-i o Şahidlə yenidən danışarkən Şahid ona bildirmişdir ki, o Türkiyəyə gedib-gələnə qədər sözügedən avtomobili işlətsin, avtomobildən nə qazanc əldə ediləcəksə həmin qazancı ona verəcəkdir. Bu şəkildə Təqsirləndirilən şəxs1la aralarında razılıq olmuş, həqiqətən də Şahid onun kartına 2 və ya 4 gün pul göndərimişdir. 2022-ci ilin noyabr ayının axırına qədər, yəni dekabr ayının 1-ə kimi tam şəkildə ödəniş etmişdir. Ancaq o Şahidə zəng vurmasa, Şahid ona pul göndərmirdi. O, Türkiyədən qayıtdıqdan sonra isə Şahid telefonlara cavab verməməyə başlamışdır. Bundan başqa o, Türkiyə Respublikasına getməmişdən bir gün əvvəl kartında pul olduğunu görmüş, Nuşirəvan adlı tanışına bildirmişdir ki, Şahidin kartına pul atsın, çünki Şahid ABŞ dollarında valyuta satan tanışlarının olduğunu bildirmişdi. Həmin pulu ABŞ dollarına çevirmək üçün Şahidin kartına 1020 manat göndərmişlər. Lakin pul göndərildikdən sonra Şahid telefona cavab verməmişdir. Həmin pul vəsaitini 600 manat və 420 manat olmaqla iki dəfəyə göndərilmişdir. Şahid ona mesaj yazaraq sabah gəlib onu hava limanına aparmasını təklif etmiş, lakin o Şahidə narahat olmamağını, özününü gedəcəyini bildirmişdir. Gecə saatlarında isə Şahidə gəlib onu həm hava limanına aparmasını, həm də ona ABŞ dollarına dəyişmək üçün göndərdiyi pulu verməsini xahiş etmişdir. Lakin Şahid gəlməmiş, təyyarəyə minənə qədər Şahidə zəng etsə də ona cavab verməmişdir. Daha sonralar Şahid ona yatıb qaldığı üçün gələ bilmədiyini bildirmişdir. Türkiyəyə getdikdən sonra Şahiddən ABŞ dollarına çevirmək üçün göndərdiyi pulu istəmiş, Şahid ondan Nuşirəvanın nömrəsini atmağı xahiş edərək pulu Nuşirəvana aparıb verəcəyini bildirmişdir. O da Şahidə Nuşiravanın nömrəsini vermişdir. Şahid Nuşirəvanın nömrəsinə zəng edərək uşağının da, özünün də xəstələndiyini bildirmişdir. Bundan sonra o narahatlıq olmadığını, 2-3 gün ərzində pulu verəcəyini bildirsə də, həmin 1020 manat pul vəsaitini ona geri qaytarmamışdır. O, Türkiyədən qayıtdıqdan sonra Şahidlə yenə görüşmüş, Şahidə 2100 manat ABŞ dollarına çevirməyi üçün pul vermişdir. Lakin Şahid həmin pulu da qaytarmamış, həmin hadisədən sonra Şahidi görə bilməmişdir. «Toyota Prius» markalı nəqliyyat vasitəsini Şahidin necə satdığını isə bilmir, neçəyə satıldığından da xəbəri olmamışdır. «Azsamand» markalı avtomobillə bağlı isə deyə bilər ki, o, Şahidlə təxminən 3 dəfə görüşmüşdür. Bir dəfə görüşdükləri zaman Şahidə bir xanım zəngə vuraraq danışmışdır. Daha sonra Şahid bildirmişdir ki, bir neçə nəfər var, Şahid həmin şəxslərlə danışıqlar aparır. Belə ki, həmin şəxslərə «Azsamand» markalı avtomobil alıb verir. O da Şahiddən necə etdiyini soruşmuş, Şahid isə cavabında 4000 və ya 5000 manat qabaqcadan ödəniş edildiyini, o isə hər ay 700 manat xeyir verdiyini, lakin ilkin ödəniş kimi verməyə pulu olmadığını bildirmişdir və ona təklif etmişdir ki, həmin məbləği versin, məbləği də notariusda borc müqaviləsi kimi rəsmləşdirsinlər, özü geri ödəyəcək. Azadlıq metrosunun üst hissəsində yerləşən notariusda təxminən 4500 manat pulu verərək rəsmiləşdirmiş, geri qalan təxminən 410 manatı isə avtomobildə Şahidin özünə vermişdir. Ümumilikdə şahidə «Azsamand» markalı avtomobil üçün 5000 manat pul vermiş lakin həmin avtomobili görməmişdir. Bir neçə dəfə Şahidə avtomobilin heç olmasa şəklini göstərməsini desə də Şahid ona foto-şəkil belə göstərməmişdir. Ümumilikdə həmin avtomobil üçün 5000 manat vermiş, həmin puldan ona 2 dəfəyə təxminən 608 manat qaytarmışdır. O, Təqsirləndirilən şəxs2 səsini belə eşitməmiş, Anara qarşı heç bir şikayət və tələbi yoxdur. Şahiddən isə şikayətçidir, Şahid ona cəmi noyabr ayı boyunca günü 40 manat olmaqla icarə ödənişi etmiş, bir də «Azsamand» markalı avtomobilə görə iki dəfə pul atmışdır. Ona “Azsamand” markalı avtomobilə görə 608 ona pul qaytarmış, bir də noyabr ayı boyunca «Toyota Prius» markalı nəqliyyat vasitəsinə görə günü 40 manat olmaqla 1200 manat, yəni ümumilikdə 1808 icarə haqqı ödəmişdir. “Toyota Prius” markalı avtomobilin satıldığını bildikdən sonra Şahidlə əlaqə saxlamış, lakin Şahid nəqliyyat vasitəsinin satılmadığını sadəcə icarəyə verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 çıxış nitqində ona dəymiş zərərin ödənilməsini tələb etdiyini, mülki iddiasının təmin edilməsini və Təqsirləndirilən şəxs1 barəsində ən yüksək cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. Sözügedən nəqliyyat vasitəsini internetdə görmüş və elanda qoyulmuş mobil nömrəyə zəng edərək avtomobili almaq istədiyini bildirmişdir. Həmçinin telefonda danışarkən nəqliyyat vasitəsinin baxılması üçün “Niaqara” şadlıq sarayının gətirə biləcəklərinin mümkün olubolmamasını soruşmuşdur. Ona bildirmişlər ki, həmin vaxt avtomobilə başqa adam da baxır, əgər həmin şəxs avtomobili almasa, həmin yerə avtomobili gətirərlər. Təxminən 20 dəqiqə sonra ona zəng edərək nəqliyyat vasitəsinə baxan şəxsin pulu çatmadığı üçün avtomobili almadığını bildirmişlər. O isə avtomobili onun dediyi yerə gətirmələrini xahiş etmiş, daha sonra onlar görüşmüşlər. Avtomobilə baxdıqdan sonra o 500 manat beh verməyini, qalan məsələləri isə növbəti gün həll etməyi təklif etmişdir. Lakin onunla razılaşmamışlar. Onun üzərində cəmi 3000 (üç min) manat pul vəsaiti olduğundan avtomobilin pulunu düzəldə bilməmişdir. Bundan sonra ona avtomobili həmin gün alacağı halda 500 (beş yüz) manat endirim edə biləcəklərini bildirmişlər. Nəticədə onlar alqı-satqı üçün 12000 (on iki min) manata razılaşdılar. Bundan sonra o Mübariz adlı dostuna zəng edərək ona pul gətirilməsini xahiş etmiş və ona 9000 (doqquz min) manat pul gətirilmişdir. Üstündə 3000 (üç min) manat pul olduğundan deyilən məbləği düzəldə bilmişdir. Bundan sonra o, sabaha qalsa notariusla həll edə biləcəklərini bildirmiş, lakin ona onlayn etibarnamə veriləcəyi bildirilmiş, o da həmin təkliflə razılaşmışdır. Şəxslərin geyimləri, həmçinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin onlarda olması onda hər hansı şübhə oyatmamışdır. Onlar ayrıldıqdan sonra təxminən 20 dəqiqə sonra ona zəng edərək sənədin hazır olduğunu bildirmişlər və onun nömrəsinə “Whatsapp” tətbiqi vasitəsi ilə etibarnaməni pdf formatında göndərmişlər. Daha sonra o nəqliyyat vasitəsinə görə pulu ödəmiş və bir-birlərindən ayrılmışlar. Onunla görüşə Şahid və Anar birgə gəlmişdir, avtomobilə orada baxmışdır, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində adı qeyd olunan “İman” adlı şəxsin kim olmasını soruşmuş, ona qardaşları olduğunu bildirmişlər. Həmçinin qardaşlarının xəstə olduğundan gələ bilmədiyini, lakin onlayn etibarnamə verə biləcəyini bildirmişlər. Ona xəstələri olduğu üçün təcili avtomobili satdıqlarını, həmin günə pul lazım olduğunu bildirmişlər. İlk əvvəl alqı-satqı üçün 12500 (on iki min beş yüz) manata razılaşsalar da, sonda 12000 (on iki min) manat qiymətdə yekun razılığa gəlmişlər. O, etibarnamə üçün 40 (qırx) manat da əlavə pul göndərmişdir, Anar və Şahidin etibarnamənin verilməsi üçün gedib gəlməkləri təxminən 20 dəqiqə çəkmişdir. O, aldadıldığını YPX tərəfindən saxlanıldıqdan sonra öyrənmişdir. Belə ki, onu saxlayan əməkdaş sistemdə adının çıxmadığını bildirmiş, o isə etibarnaməsinin olduğunu bildirmişdir. Lakin daha sonra notariat ofisinə getmiş və orada etibarnaməsinin saxta olduğunu öyrənmişdir. Bundan sonra Şahidə zəng etsə də o telefonu açmamışdır. Daha sonra portal vasitəsi ilə Cavadın nömrəsini tapmış və Cavadla əlaqə saxlamışdır. Cavadla danışıq zamanı sonuncu ona avtomobilin onun olmasını bildirmiş, o Cavada avtomobilin ona satıldığını bildirdikdə Cavad narahat olmamağı, verdiyi pulun ona qaytarılacağını söyləmişdir. Daha sonra Şahidlə bir neçə dəfə əlaqə saxlamış, Şahid hər dəfə müxtəlif bəhanələr gətirməklə görüşməkdən yayınmışdır. Şahid ona mesajlarına cavab yazsa da görüşmək istəmirdi. Şahid hətta ona bankdan pul götürərək ödədiyi pulu geri qaytaracağını da bildirmişdir. O polis orqanına şikayət edəndə artıq 2022-ci ilin dekabrın 17-si idi və hadisənin üzərindən 14 gün keçmişdi. O 14 gün Şahidgilin ödəniş etməsini gözləmişdir. Daha sonra avtomobilin sahibi İmanı axtarıb taparaq onunla görüşmüş avtomobili Şahid və Anar adlı şəxslərdən aldığını bildirmişdir. İman isə avtomobili Cavada verdiyini bildirmiş və Cavada zəng edərək avtomobilini tələb etmişdir. Cavad isə ora gəldiyi halda tutulacağını bildirmişdir. Daha sonra İman avtomobili ondan istəsə də, o avtomobili verməmiş, sonrasında isə 20-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Son prosesədək avtomobil onda olmuş, sonra məhkəmənin qərarı ilə avtomobil götürülərək hansısa duracaqda saxlanılmışdır. Avatomobilin açarı və dövlət qeydiyyat nişanını daha sonra Şahid4 vermişdir. Ona təqsirləndirilən şəxslər tərəfindən 7500 manat ödəniş edilmiş, qalan 4500 manat vurulmuş ziyan isə ödənilməmişdir. İlk dəfə zəng edən zaman kiminlə danışdığını bilmir, lakin avtomobilin alınması ilə bağlı həm Anar, həm də Şahidin iştirakı ilə baxmış, hər ikisi ilə də danışıq aparmış, pulu da hər ikisinə bir yerdə vermiş və hər ikisi birlikdə pulu sayaraq götürmüşlər. Hazırda tələbi qalan 4500 manatın ona ödənilməsindən ibarətdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. **-ZU-*** nömrəli “Toyota Pruis” markalı nəqliyyat vasitəsini “Turbo.az” saytında elanda görmüş və elan qoymuş şəxslə əlaqə saxlamış, həmin nəqliyyat vasitəsini satan şəxs Şahid2 olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində İlkinlə görüşərək avtomobilə baxmış, İlkinə beh vermiş, daha sonra isə Baş X22 İdarəsinə gedərək orada İlkinlə alqı-satqı etməklə sözügedən nəqliyyat vasitəsini almışdır. Sonrasında nəqliyyat vasitəsini icarəyə Vüqar Kazımov adlı sürücüyə vermişdir. Vüqarı polislər saxlayaraq Bakı Şəhər Baş Polis İdarəsinə aparmışlar. Növbəti gün o da gedərək idarədə izahat verərkən məlum olmuşdur ki, avtomobil qeyri-qanuni olaraq Şahid adlı şəxs tərəfindən Şahid2 satılmışdır. O, istintaqa qədər Təqsirləndirilən şəxs1 tanımamışdır, maşının faktiki sahibi olduğu bildirilən Zərərçəkmiş şəxs1 da tanımamışdır. Təqsirləndirilən şəxs2 isə sadəcə məhkəmədə görmüşdür. Nəqliyyat vasitəsini 13200 manat müqabilində Şahid2 almışdır. Alqı-satqı olan zaman nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-ZU-*** olmuş, avtomobil onun adına rəsmiləşəndən sonra qeydiyyat nömrəsi **-CJ-*** olaraq dəyişdirildir. Nəqliyyat vasitəsini satarkən Şahid2 ona avtomobilin sahibi olan Nuşirəvan adlı şəxsin qohumu olmasını və mülkiyyətçinin nömrənin maşının üstündə qalmasını istəmədiyini bildirmişdir. Nəqliyyat vasitəsinin Şahid2 necə və hansı üsulla satılmasından ümumiyyətlə xəbərdar olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. O, hobbi olaraq avtomobilləri düzəldərək satışını həyata keçirir. Sinif yoldaşı ona zəng edərək qrupda yeni avtomobillər paylaşıldığını, istədiyi halda gedib baxmasını bildirmişdir. O da qardaşı ilə birlikdə avtomobillərə baxmaq üçün getmişdir. 2022-ci ilin oktyabr ayının 24-ü Anar və Şahid biri boz-qızılı rəngli, digəri isə qırmızı rəngli olmaqla “Toyota Prius” markalı 2 avtomobillər gətirmişlər. Hər iki avtomobilin vəziyyəti onu qane etdiyindən o avtomobilləri almış, Şahid və Anar onun qardaşı ilə kafedə oturmuş, o isə avtomobilləri aparmışdır. Daha sonra o da qardaşıgilin yanına getmişdir. Şahid taksi fəaliyyəti ilə məşğul olduğunu, Anarın sürücüsü kimi çalışmasını, həm də işlərini apardığını bildirmişdir. Həmin vaxt Şahid və Anar eyni avtomobillə gəlmişlər və onlar bir-birilə tanış çıxmışlar. Axşam Şahid qonaqlıq vermiş, həmin zaman Anar və Şahid ayrı-ayrı avtomobillərlə gəlmişdilər. Təxminən 5 gün sonra o Şahidgili çağıraraq qonaqlıq vermişdir. Həmin zaman Şahid ona video atmış və əlavə 1 ədəd də “Toyota Prius” markalı avtomobili olduğunu, həmin avtomobili də satmaq istədiyini bildirmişdir. Növbəti gün həmin avtomobilə də baxmış, həmin avtomobil digərlərinə nisbətdə daha yaxşı vəziyyətdə olduğundan alqı-satqı üçün 12000 (on iki min) manat qiymətə razılığa gəlmişlər. “Əhmədli” qəsəbəsinə getmişlər və orada Şahid ona etibarnamə vermişdir. Həmin nəqliyyat vasitəsi təxminən 15-20 günə yaxın onda olmuş, o avtomobildə xeyli dəyişiklik edərək təmir etmiş, daha sonra da satmaq üçün “Turbo.az” saytında elan yaratmışdır. Elan saytda dərc edildikdən sonra Şahid8 ona zəng edərək avtomobili almaq istədiyini bildirmiş, daha sonra sonuncu ilə görüşmüş və Zaur ona 200 ( iki yüz) manat beh vermişdir. Avtomobili 13200 ( on üç min iki yüz) manata satmağa dair Zaurla razılaşmışlar. Avtomobilin təmirinə o təxminən 700 (yeddi yüz) manat əlavə xərc çəkmişdir. Sonra Zaurla Baş X22 İdarəsinə gedərək orada alqı-satqı etmişlər. Mülkiyyətçinin qeydiyyat nişanın dəyişdirilməsini istəməsi barədə Zaura nəsə deməyini xatırlamır. Həmin avtomobilin cinayət yolu ilə əldə edilməsindən məlumatsız olmuş, Şahid bu barədə ona heç nə deməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxs1 ilə onun qohumluq münasibətləri vardır. **-ZU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun adına olsa da, faktiki avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 olmuşdur. Çünki həmin nəqliyyat vasitəsinə Sevinc təxminən 14800 (on dörd min səkkiz yüz) manat pul ödəmişdir. Ondan isə xahiş etmişdir ki, avtomobili onun adına rəsmiləşdirsinlər. Sevinc nəqliyyat vasitəsini icarəyə verərək qazanc əldə etmək istədiyindən icarə məsələləri ilə də onun məşğul olmasını xahiş etmişdi. Onlar Şahiddən bir dəfə “Toyota Prius” markalı avtomobil almışlar, beləcə Şahidlə tanışlıqları yaranmışdır. Həmin zaman Şahid şirkət sahibi olduğunu, sürücülərə avtomobil icarə verdiyini bildirməklə onları inandırmışdır. Buna görə də Sevinc Şahidlə əlaqə saxlayaraq **-ZU-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili icarəyə vermək istədiyini bildirmiş və Şahidlə aralarında razılığa gəlmişlər. Sevinc ondan Şahidə etibarnamə verməyini xahiş etmiş, o da Sevincdən baş etibarnamə yoxsa sürmək üçün etibarnamə verməyini soruşmuşdur. Şahid həmin zaman nəqliyyat vasitəsini sürücülərə etibarnamə əsasında icarəyə verdiyini, həmin sürücülərin tez-tez dəyişdiyini, baş etibarnamə verildiyi halda sürücülərə avtomobili icarə verə biləcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra Şahidə baş etibarnamə vermişdir. Şahid 1 ay ərzində günlük 20-30 manat olmaqla onun kartına pul ataraq Zərərçəkmiş şəxs1 təxminən 600 manat icarə haqqı ödəmişdir. Sonrasında isə Şahid avtomobili mənimsəmiş və onun verdiyi etibarnamə əsasında nəqliyyat vasitəsini Şahid2 satmışdır. Şahidin avtomobili satdığını o öyrənərək Sevincə məlumat vermiş, ondan sonra da etibarnaməni ləğv etmişdir. Daha əvvəl Şahidin avtomobili sürücülərə icarəyə verməsini düşünərək etibarnaməni ləğv etməmişdir. O, Təqsirləndirilən şəxs2 ümumiyyətlə görməmiş, Şahid2 və Şahid8 da tanımır. Şahid2 etibarnaməni o yox, Şahid özü vermişdir. Şahidin Sevincə borclu olmasından məlumatlıdır, lakin həmin borcun notarial qaydada təsdiqlənməsindən xəbəri yoxdur. Valyuta məsələsinə münasibətdə isə bildirmişdir ki, həmin danışıq Şahid və Sevincin arasında baş tutmuşdur. Şahid Sevincdən ABŞ dollarına çevirmək üçün pul almış, lakin daha sonra həmin pulu geri qaytarmamışdır. Həmin məsələyə görə pulu Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasına getdiyi zaman Şahidə vermişdir. Daha sonra Sevinc ona zəng edərək Türkiyəyə getdiyini bildirmiş və Şahiddən pulu alıb göndərməyi xahiş etmişdir. O da Şahidlə əlaqə saxlamış, Şahid ona görüşərək pulu verəcəyini bildirsə də daha sonra Şahidin telefon nömrəsinə zəng çatmamışdır. “Azsamand” markalı avtomobil ilə bağlı isə heç bir məlumatı yoxdur, o barədə heç bir şey deyə bilməz. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. 2 ədəd “Toyoto Prius” markalı və 1 ədəd “Opel Astra” markalı maşn alaraq icarə əsasında taksi fəaliyyətinə vermişdir. Avtomobillərin dövlət qeydiyyat nömrələrini xatırlamır. Təxminən 6-7 ay işlətdikdən sonra icarəçi nasaz vəziyyətdə maşınları ona qaytarmış və maşınlar təxminən 2 ay həyətində qalmışdır. Bu növ işdən qazanc əldə edə bilmədiyini görüb, avtomobilləri satmaq qərarına gəlmişdir. 2022-ci ilin sonlarında Təbriz adlı tanışı vasitəsi ilə Anar və Şahid adlı şəxslər gəlib maşına baxmış və avtomobilin alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə Təbrizin vasitəsilə adını xatırlamadığı və sənəddə X2 bildiyi şəxsə “Opel Astra” markalı nəqliyyat vasitəsinə dair, X4 isə “Toyoto-Prius” markalı avtomobilə dair mobil notariat tətbiqi vasitəsilə etibarnamə verib avtomobilləri həmin şəxslərə satmışdır. Digər “Toyoto Prius” markalı avtomobili isə daha əvvəl satmışdır. Onun mülkiyyətində 77EM468 dövlət qeydiyyat nişanlı, “Toyoto-Prius” markalı avtomobil olmamışdır, xx.xx.2022 və ya xx.xx.20022-ci il tarixlərdə o mobil tətbiq vasitəsi ilə və ya adi qaydada sözügedən avtomobilə, yaxud digər avtomobilə, daşınar, daşınmaz əmlaka dair Zərərçəkmiş şəxs2 və ya qeyri şəxsə etibarnamə verməmişdir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daşınar və daşınmaz əmlak üzərində sərəncam hüququnun tanınmasına dair etibarnamə də verməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. O, Şahid9 77EM468 dövlət qeydiyyat nişanlı, “Toyoto-Prius” markalı nəqliyyat vasitəsini götürməklə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Nəqliyyat vasitəsini ona verilmiş etibarnamə əsasında idarə etmişdir. Etibarnaməni avtomobilin sahibi özü şəxsən ona vermişdir. Belə ki, Cavad həmin nəqliyyat vasitəsini ilkin sahibi ilə danışaraq götürmüşdür. O yalnız etibarnamə alan zaman avtomobilin sahibini görmüş, həm öz adına, həm də Cavadın adına etibarnamə almışdır. Həmin şəxs avtomobili Cavada 3 illik günü 20-25 manat olmaqla icarəyə vermiş, müddətin sonunda nəqliyyat vasitəsi Cavada qalacaqdı. O, Cavadın işçisi olmuş, göstərdiyi taksi fəaliyyətinə görə maaş almışdır. O, işlədiyi pulun hamısını Cavad verirmiş, Cavadın nə qədər icarə haqqı ödəməsi barədə isə məlumatı olmamışdır. Bir müddət həmin nəqliyyat vasitəsini tək sürmüş, Cavadın işləri zəifləməyə başlayandan sonra Cavad ona özünün də taksi fəaliyyəti ilə məşğul olacağını bildirmişdir. Beləliklə, avtomobili günorta saatlarında Cavad, axşamlar saatlarında isə o özü idarə etmişdir. Bir müddət bu qaydada həmin nəqliyyat vasitəsini idarə etmişlər. Sonda isə Cavad avtomobili əmisioğluna verəcəyini bildirərək avtomobili ondan götürmüşdür. Şahidi qardaşı Anar vasitəsi ilə tanımış, Şahidin onların yaşadığı küçədə ofisi də olmuşdur. Lakin Şahidlə Cavadın münasibətdən xəbəri olmamışdır. Şahidlə Anara nəqliyyat vasitəsini Cavad özü vermişdir. O heç kimə avtomobil verməmişdir, ümumiyyətlə nəqliyyat vasitəsi Şahidgilə verilən zaman artıq o həmin maşından istifadə etməmişdir. O, avtomobilin saxta sənədlər əsasında satılmasını isə polis bölməsində öyrənmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. O, 2022-ci ilin oktyabr ayında “Toyota Prius” markalı, 77EM468 dövlət qeydiyyat nişanlı avtomobili almış və həmin avtomobili qalmaq şərti ilə ilkin 3500 manat olmaqla gündəlik 25 manat müqabilində icarəyə vermək qərarına gəlmişdir. Bunun üçün də dayısı oğlundan elan yerləşdirilməsini xahiş etmiş və “Turbo.az” saytında elan yerləşdirmişlər. Həmin elan yerləşdiriləndən sonra Cavad onlarla əlaqə saxlamış və maşına baxmaq istədiyini bildirmiş, bundan sonra görüş təşkil edərək Cavadla görüşmüşdür. Cavadla aralarında razılıq əldə olunmuş, Cavad ona ilkin olaraq 2200 manat ödəniş etmiş və aylıq 500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavad ona 2 ay 550 manat olmaqla ödəniş etmiş, 3-cü ayda isə o Cavadın avtomobili satmasını öyrənmişdir. Avtomobilin satılması barədə Yusub ona məlumat vermişdir. Belə ki, Yusub ona zəng edərək görüşməyi təklif etmiş, görüş zamanı isə ona avtomobilə dair onun iştirakı olmadan Yusuba baş etibarnamə verilməsini bildirmişdir. Bu hadisəni Yusubdan öyrəndikdən sonra o hüquq-mühafizə orqanlarına müraciət etmiş, daha sonra isə məhkəmə qərarı ilə avtomobili geri almışdır və hazırda həmin nəqliyyat vasitəsi ondadır. Onun tərəfindən Cavada baş etibarnamə verilməmiş, verdiyi etibarnaməni isə “mobil notariat” tətbiqi vasitəsi ilə vermişdir. Cavad tərəfindən ona ödənilmiş pul vəsaitlərini isə avtomobilə vurulmuş ziyanın aradan qaldırmasına xərcləmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. O, Zərərçəkmiş şəxs2 uzun müddətdir dostluq edir. 03 dekabr 2022-ci il tarixdə axşam saatlarında Yusub ona zəng edərək bildirmişdir ki, “Turbo.az” saytından maşın seçib bəyənərək avtomobilə baxmış, həmin avtomobili almaq niyyətindədir, lakin üzərində pul azdır. Ondan 9800 (doqquz min səkkiz yüz) manat pul gətirməsini xahiş etmişdir. Yusub ona Nəsimi rayonunda yerləşən “Niaqara” restoranının qarşısında olduğunu bildirdiyindən o da öz növbəsində pul vəsaitini Yusuba vermək üçün həmin ünvana getmişdir. Anar və Şahidi də orada görmüşdür. O, cəmi 10-15 dəqiqə orada dayanmış, vaxtı olmadığı üçün çıxıb getmişdir. O, həmçinin kartından 40 manatda Şahidin kartına etibarnamə üçün pul da göndərimidir. Lakin o özü həmin saxta sənədi görməmiş, hadisədən 2 gün sonra Yusubdan saxta sənəd verilməsini öyrənmişdir. Yusuba borc olaraq verdiyi pulu isə Yusub ona geri ödəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. O, Zərərçəkmiş şəxs1 Vaqiz qızını uzun müddətdir tanıyır. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, avtomobilləri idarə etmək üçün sürücülərə vermiş, bunun müqabilində sürücülərə isə maaş ödəmişdir. Zərərçəkmiş şəxs1 Vaqiz qızı onun fəaliyyət göstərdiyi ofisə yaxınlaşmış və avtomobili olmasını, həmin avtomobilini icarəyə vermək istədiyini bildirmişdir. Onlar arasında razılıq əldə edilmişdir. Sevinc ona baş etibarnamə əsasında “Toyota Prius” markalı, **-CS-*** dövlət qeydiyyat nişanlı, qırmızı rəngli avtomobil vermişdir. Daha sonra bir avtomobil daha almış, həmin avtomobil “Honda” markalı olmuş, lakin az müddət işlətdiyi üçün həmin avtomobilin nömrəsini xatırlamır. Zərərçəkmiş şəxs1 ilə 2 ilə yaxın müddət bir yerdə işləmişlər. Sevinc həmin müddət ərzində ona cəmi 2 ədəd maşın vermişdir. Bir avtomobil də Sevincin bacısının olmuş, lakin həmin avtomobil köhnə olduğu üçün işlədə bilməmiş, bu səbəbdən avtomobili qısa müddət ərzində geri qaytarmışdır. “Toyota Prius” markalı, **- ZU-*** dövlət qeydiyyat nişanlı avtomobili heç vaxt görməmişdir, həmin avtomobil barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə tanımır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq edir. O, 77EM468 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid4 mülkiyyətində olmuş, lakin o həmin nəqliyyat vasitəsini İmanın qohumu olan Yaməddindən götürmüşdür. Yaməddin nəqliyyat vasitəsini ona etibarnamə əsasında vermişdir. Aralarında belə razılığa gəlmişdilər ki, 28 ay müddətinə Yaməddinə 550 manat ödəyəcəkdir, ilkin olaraq isə 2000 (iki min) manat ödəniş etmişdir. O, nəqliyyat vasitəsini taksi fəaliyyəti ilə məşğul olmaq üçün götürmüşdür. O, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 əvvəlcədən tanımışdır. Çünki Anarın qardaşı ilə birgə işləmişlər. Təqsirləndirilən şəxs2 ondan dostunun avtomobilə ehtiyyacı olduğunu bildirmiş və həmin avtomobili ondan istəmişdir. O da qardaşı ilə yaxın münasibəti olduğu üçün Anara etibar etmiş və 03 dekabr 2022-ci il tarixdə avtomobili, texniki şəhadətnaməni və etibarnaməni Anara vermişdir. Günlük 25 (iyirmi beş) manat ödəniş etmək şərti ilə razılığa gəlmişlər. Ona pul gündəlik verilməli idi. Daha sonra isə o xəbər tutmuşdur ki, həmin nəqliyyat vasitəsi başqasına satılmışdır. O da dərhal Anarla əlaqə saxlamış, Anar ona bildirmişdir ki, avtomobili Şahidə vermişdir, Şahid özü taksi şirkəti işlədir, narahatçılığa ehtiyac yoxdur, avtomobil geri qayıdacaqdır. Ona zəng edib nəqliyyat vasitəsinin satılması barədə məlumat verən şəxs Yusub adlı şəxs olmuşdur. Anar ona 2500 manat pul vermiş, daha sonra 500 manatını geri almışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: 18 may 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən “Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxta etibarnamə ilə satılaraq ona qarşı dələduzluq edilməsi ilə bağlı müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild İ, i.v 1) “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 dekabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsinə əsasən hadisə yerinə baxış keçirilmiş və ictimai təhlükəli əməlin törədildiyi yerin ünvan 9 ünvanın qarşısı olduğu müəyyən edilmişdir. (cild İ, i.v 12-13) 01 iyun 2023-cü il tarixli “Axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 178.1-ci maddəsi ilə şübhəli bilinən Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. (cild1, i.v 47) 01 iyun 2023-cü il tarixli “Axtarış elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 178.1-ci maddəsi ilə şübhəli bilinən Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. (cild 1, i.v 50) 01 iyun 2023-cü il tarixli tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqdan yayındığından ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.(cild 1 i.v53) Şahid4 tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nə ünvanlanmış 22 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, “Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 25 manat müqabilində bir illik idarəetmə hüququ verən etibarnamə əsasında sonuncu tərəfindən Şahid9 verilmişdir. O, avtomobilin başqa şəxsə satılmasını öyrəndiyi üçün ərizə ilə müraciət edərək ona məxsus avtomobilin geri qaytarılmasını xahiş etmişdir. (cild İ, i.v 22) 13 iyun 2023-cü il tarixli “Axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 13 iyun 2023-cü il tarixdə, saat 14:40 radələrində ünvan 11 ünvanında qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. (cild İ, i.v 56) 13 iyun 2023-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İ, i.v 59) 13 iyun 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs2 13 iyun 2023-cü il tarixdə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v 69-70) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İ, i.v 79-80) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyun 2023-cü il tarixli, 4(006)-311/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 13 iyun 2023-cü il tarixdən, saat 19:00-dan hesablanmaqla 31 avqust 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v 96-99) 16 iyun 2023-cü il tarixli “Axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Opel” servisdə saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. (cild İ, i.v 101) 16 iyun 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 iyun 2023-cü il tarixdə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, i.v 110-111) 17 iyun 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İ, i.v 120-121) 17 iyun 2023-cü il tarixli Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-315/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmaqla 31 avqust 3023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i.v 137-140) 30 yanvar 2023-cü il tarixli “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Şahid1 məxsus “Toyota Prius” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs1 tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirilərək Şahid2 10000 (on min) manata satılaraq Şahid1 15000 (on beş min) maddi ziyan vurulması faktı ilə əlaqədar Nərimanov RPİ-nin İŞ-də AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild İ, i.v 162) 22 fevral 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. (cild 2, i.v 7) 20 mart 2023-cü il tarixli qərarla AR CPM-nin 53.1.1-ci maddəsinə əsasən icraatı dayandırılmış ********* cinayət işi üzrə icraat təzələnmişdir.(cild 2- i.v 24) 15 aprel 2023-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (cild İİİ, i.v 24-25) 15 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild İİİ, i.v 33-35) 15 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild İİİ, i.v 52-54) 12 may 2023-cü il tarixli “Şəxsin məcburi qaydada gətirilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 qətimkan tədbirinin şərtlərini pozduğundan məcburi qaydada Binəqədi RPİ-nin istintaq şöbəsinə gətirilməsi qərara alınmışdır. (cild İİİ, i.v 100-101) 15 may 2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırlması haqqında” qərardan görünür ki CM-nin AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 istintaq orqanına gətirilməsinin təmin edilməsinədək ********* saylı cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü madəsinə əsasən dayandırılmışdır. 24 iyun 2023-cü il tarixli “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında” qərarla Nəsimi RPİ-nin İstintaq Şöbəsinin icraatında olan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. 24 iyun 2023-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və törədilmiş cinayət əməllərinin tövsif olunması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri AR CM-nin 178.2.1, 178.2.2 və 177.4-cü maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. (cild İ, i.v 156-159) “Avtomobilin könüllü təqdim olunması haqqında” 24 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid8 tərəfindən verilmiş etibarnamə əsasında **-CJ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı nəqliyyat vasitəsini idarə edən Vüqar Kazımov həmin nəqliyyat vasitəsini könüllü olaraq araşdırmaya təqdim etmişdir. (cild İ, i.v 202) “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild İ, i.v 214) 03 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cəlilova X8 Şahid Şahin oğuna 4590 manat məbləğində borc pul vermiş, Təqsirləndirilən şəxs1 ayda 229 manat, 50 qəpik olmaqla xx.xx.2024-cü il tarixədək borcu ödəməyi öhdəsinə götürmüşdür. (cild İİ, i.v 141) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 1(001)- 32/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 308.1-ci maddəsi ilə 1 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01(bir) il, 03 (üç) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (cild İİİ, i.v 106- 158) Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 308.1-ci maddəsi ilə 3000 manat, CM-nin 313-cü maddəsi ilə 2000 manat cərimə cəzası təyin edilmiş, CM-nin 66.2 ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ümumilikdə 4000 manat cərimə cəzasına məhkum edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay, 07 gün müddət nəzərə alınaraq cəzas yüngülləşdirilmiş və üzərində qəti olaraq 3000 manat miqdarında cərimə cəzası saxlanılmış, o dərhal məhkəmə iclas zalından azad edilmişdir. (cild İİ, i.v 151-186) “Materialın cinayət işinə birləşdirilməsi haqqında” 11 may 2023-cü il tarixli qərardan görünür ki, ünvan 13 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 tərəfindən etibarından sui-istifadə etmə və aldatma yolu ilə icarə əsasında "Azsamand" markalı avtomobil alacağı adı ilə 5.000 manat və manatı dollara mübadilə edib ABŞ dolları ilə özünə qaytaracağı adı ilə 3100 manat məbləğində pulunu alıb ələ keçirməsinə dair Binəqədi RPİ-nə ünvanlamış olduğu xx.xx.2023-cü il tarixdə 46/1-C-4067 nömrə ilə qeydiyyata alınmış və Binəqədi RPİ-nin 5-ci PB-də xx.xx.2023-cü il tarixdə 46/1-C-4067 nömrə ilə qeydiyyata alınmış material Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilməklə bir icraatda istintaqı davam etdirilmişdir. (cild İİİ, i.v 71-72) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinmiş və ona qəti olaraq 01(bir) il, 03 (üç) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1 (bir) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 10 yanvar 2023-cü il tarixli hökm dəyişdirilmiş və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 3000 manat miqdarında cərimə cəzası saxlanılmışdır. (cild İV, i.v 17-18) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məhkəməyə göndərilmiş cinayət işi mövcud olsa da, sonuncu barəsində çıxarılmış hökm yoxdur. (cild İV, i.v 20-21) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 5/944 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 dekabr 2022-ci il tarixli 7E-093803 reyestr nömrəli, 29 noyabr 2022-ci il tarixli 7E-13951 reyestr nömrəli etibarnamələrin surətləri, “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2022-ci il tarixli 18475 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 18483 reyestr nömrəli etibarnamələr haqqında çıxarışlar elektroqrafik çap qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş 03 dekabr 2022-ci il tarixli 7E-093803 reyestr nömrəli etibarnamənin surətində etibarnamənin müddətini və qüvvədə olduğu vaxtını göstərən rəqəmlərin, reyestr nömrəsini göstərən rəqəmlərin, çap tarixini göstərən rəqəmlərin, etibarnamənin aşağı hissəsindəki “Şahid5 oğli” sözlərinin montaj edilərək hazırlanması ehtimal olunur. Həmin sənədin üzərindəki QR kod oxunmur. Tədqiqata təqdim edilmiş 29 noyabr 2022-ci il tarixli 7E-13951 reyestr nömrəli etibarnamənin surətində “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2022-ci il tarixli 18475 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 18483 reyestr nömrəli etibarnamələr haqqında çıxarışlarda montaj əlamətləri müəyyən edilməmişdir. Təqdim edilmiş 29 noyabr 2022-ci il tarixli 7E-13951 reyestr nömrəli etibarnamənin surətində QR kod oxunur. 07 iyul 2023-cü il tarixli, 5/944 nömrəli ekspert rəyinə əlavə edilmiş Ekspertiza Xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir. (cild İV, i.v 40-43) “Cinayət təqqibi üzrə icraatın aparıldığı müddətdə əşyaların mühafizəsinin təmin edilməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 məxsus “Toyota Prius” markalı, 77EM468 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, yəni saxlanıldığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ev 3 binanın qarşısınddan götürülərək Binəqədi RPİ-nin DYPŞ-nə aid Binəqədi rayonu, Binəqədi Şosesi 7 ünvanınıbda yerləşən “Siqnal” dairəsi cərimə meydançasında yerləşdirilməklə saxlanılması və iş üzrə yekun qərar verilənədək qorunub mühafizə edilməsi qərara alınmışdır. (cild İV, i.v 63-64) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif ediməsi haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 178.2.1, 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan olunması, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində 8A192784 qeydiyyat şəhadətnaməsi ilə Şahid1 adına rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində Şahid8 adına BA230185 nömrəlli şəhadətnamə ilə rəsmiləşdirilmiş **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və 1 ədəd açarı, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində, BA233466 qeydiyyat şəhadətnaməsi ilə Şahid4 adına rəsmiləşdirilmiş **-EM- *** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı "Toyoto-Prius" markalı minik avtomobili, 1 ədəd açarı, avtomobilin texniki şəhadətnaməsi, xx.xx.2022-ci il tarixli 7E-093803 reyestr nömrəli saxta online etibarnamə, Zərərçəkmiş şəxs2 rüsum adı ilə dostu Şahid6 məxsus AZ82UBAZ**********1010AZN001 nömrəli "Leobank" kart hesabından Təqsirləndirilən şəxs1 409858****7111 nömreli Leobank kart hesabına pul vəsaitini göndərməsinə dair qaimə, Təqsirləndirilən şəxs1 səs yazıları köçürülmüş 1 ədəd CD disk, mesaj və Vhatshapp yazışmaları, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən notariat ofisində "3M-1732" nömrəli reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsi maddi subut kimi tanınmış və 77CJ069 dövlət qeydiyyat nişanlı və 77EM468 dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobilləri “Siqnal”idarəsində, Zərərçəkmiş şəxs1 aid avtomobilin 1 ədəd açarı, mesaj və Vhatshapp yazışmaları, səs yazılarının köçürüldüyü 1 ədəd CD disk, 1 ədəd saxta online etibarnamə, kredit müqaviləsi, qaimə cinayət işinin istintaq materiallarında, **-EM-*** dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobilinin 1 ədəd açarı və texniki şəhadətnaməsi iş üzrə Zərərçəkmiş şəxs2 saxlanılmasının nəzərə alınması qərara alınmışdır. (cild İV, i.v 81- 120) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (cild İV, i.v 123-126) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (cild İV, i.v 146-148) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(001)- 805/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 31 avqust 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 1(001)- 531/2023 saylı hazırlıq iclasının qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2- ci maddələri ilə məhkəməyə verilərək onlar barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş, tərtib edilmə tarixi göstərilməyən ərizəsindən görünür ki, dələduzluq yolu ilə ondan ələ keçirilmiş məbləğin 4000 (dörd min) manatı Təqsirləndirilən şəxs1 və 2000 (iki min) manatı Təqsirləndirilən şəxs2 tərəfindən ona qaytarılmış və təqsirləndirilən şəxslər qalıq 6040 (altı min qırx) manatı məhkəmə prosesi bitənədək qaytarılmasına söz vermişlər. Zərərçəkmiş şəxs2 21 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərərdən 7000 (yeddi min) manat ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(001)- 531/2023-017 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində barəsində Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-311/2023 saylı qərarı ilə seçilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 531/2023 saylı hazırlıq iclasının qərarı ilə qüvvədə saxlanılmış həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(001)- 531/2023-018 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs1 tapılanadək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 4(011)- 786/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablanmaqla 2 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 1(001)- 45/2024-021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. “Avtomobilin könüllü olaraq təqdim olunması “haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 qızma məxsus xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində BA192784 qeydiyyat şəhadətnaməsi ilə Şahid1 adına rəsmiləşdirlmiş “Toyota Prius” markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisində Şahid1 tərəfindən verilmiş “7E-7574” reyestr nömrəli etibarnamə ilə nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ əldə edib həmin tarixdə ünvan 4 ünvanında yerləşən 40 saylı notariat ofisində 7E-7524 reestr nömrəsi ilə qabaqcadan, yəni xx.xx.2023-cü il tarixdən satacağnıı vəd verdiyi cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan müştəri Şahid2 nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verməklə 12.000 manata satdıqdan sonra Şahid2 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan digər müştəri Şahid8 ilə alqı-satqı müqaviləsi bağlanmaqla dövlət qeydiyyat nişanının 77CJ069, qeydiyyat şəhadətnaməsinin BA230185 nömrələrinə dəyişdirməsi ilə qanuni mülkiyyətindən çıxarılmaqla özgəninkiləşdirilmiş “Toyota Prius” markalı avtomobil X12 tərəfindən istifadə hüququ verilmiş X13 tərəfindən könüllü olaraq Bakı şəhəri, Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Şövqi Əhmədova təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarından görünür ki, Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Şahid8 adına rəsmiləşdirilmiş BA230185 saylı qeydiyyat şəhadətnaməsi və **-CJ-*** dövlət qeydiyyat nişanı verilmiş “Toyoto-Prius”markalı minik avtomobilinin üzərinə məhkəmə hökmü çıxarılıb qanuni qüvvəyə minənədək həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə ünvanlamış olduğu xx.xx.2023-cü il tarixli 50/2-6157/23 nömrəli məktuba əsasən Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə Şahid8 adına rəsmiləşdirilmiş və Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(005)-289/2023 saylı qərarı ilə üzərinə həbs qoyulmuş BA230185 saylı qeydiyyat şəhadətnaməsi və **-CJ-*** dövlət qeydiyyat nişanı verilmiş “Toyoto-Prius”markalı minik avtomobilini “Siqnal” İdarəsinin cərimə meydançasında yerləşdirilrək saxlanması təmin edilmişdir. Şahid8 vəkili Nümayəndə tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 5(005)-289/2023 saylı tarixli qərarından verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2023-cü il tarixli 5(103)-5/2023cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanmışdır. 20 mart 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Excell formatlı 01 ədəd “Nərimanov RPİ 50-2-6161-Zəng statistika (qarşı abunə ilə)-**********77” adlı fayl açıldıqda ekranda Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmi siyahıya baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobiı nömrənin arasında xx.xx.2022-ci il tarixdə saat 09:13:33-də 72 saniyə, saat 09:45:16-da 13 saniyə, saat 10:29:10-da 19 saniyə, saat 10:33:46-da 11 saniyə, saat 15:06:08-də 434 saniyə, saat 17:15:18-də 214 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:19:31-də 125 saniyə, xx.xx.2022-ci il taixdə 16:18:18-də 12 saniyə, xx.xx.2022-ci il tarixdə saat ll:45:05-də 290 saniyə, saat ll:58:30-da 12 saniyə, saat 12:10:49-da 14 saniyə, saat 13:19:04-də 135 saniyə, saat 14:51:55-də 182 saniyə, saat 14:52:33-də 24 saniyə, xx.xx.2022-ci il ci il tarixdə saat 00:19:22-də 169 saniyə, saat 00:26:29-da 82 saniyə, saat 00:53:07-də 63 saniyə, saat 01:26:10-da 74 saniyə, saat 01:26:10-da 74 saniyə, saat 01:31:58-də 8 saniyə, saat 01:36:36-da 101 saniyə, saat 01:37:16-da 27 saniyə, saat 01:38:01-də 16 saniyə, saat 01:41:20-də 53 saniyə, saat 01:51:27-də 109 saniyə, saat 02:02:16-da 110 saniyə, sat 13:08:01-də 47 saniyə, saat 16:47:53-də 50 saniyə, saat 17:01:17-də 83 snaiyə, saat 17:24:38-də 15 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:41:55-də 79 saniyə, saat 11:44:16-da 67 saniyə, saat 12:15:24-də 163 saniyə, saat 14:30:10-da 167 saniyə, saat 20:40:47-də 104 saniyə, xx.xx.2022-ci il taridə saat ll:48:02-də 101 saniyə, saat 18:51:42-də 236 saniyə, saat 18:55:48-də 222 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:57:06-da 28 saniyə, saat 1 l:14:27-də 20 saniyə, saat 17:10:32-də 87 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:31:01-də 131 saniyə, saat 20:46:56-da 143 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:45:40-da 20 saniyə, saat 10:52:52-də 28 saniyə, saat ll:28:54-də 54 saniyə, saat 17:55:57-də 85 saniyə, saat 20:05:58-də 35 saniyə, xx.xx.2022-ci il tarixdə saat 14:12:07-də 42 saniyə, saat 15:07:23də 80 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:47:38-də 325 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:06:23-də 107 saniyə, saat 19:40:47-də 133 saniyə, saat 20:06:07-də 191 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:18:18-də 189 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:34:14də 131 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:31:12-də 31 saniyə telefon əlaqəsinin olması, xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 telefon zənglərinə cavab verməməsi müəyyən edilmişdir. Excell formatlı 01 ədəd “Nərimanov RPİ 50-2-6161-zəng statistika (qarşı abunə ilə)_**********00” adlı fayl açıldıqda ekranda Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmi siyahıya baxış keçirilən zaman Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022ci il tarixdə 6 dəfə, xx.xx.2022-ci il tarixdə 3 dəfə zəng vurulsa da, sonuncunun telefon zənginə cavab verməməsi, eyni zamanda xx.xx.2023-cü il tarixdə saat 14:44:54-də 32 saniyə, saat 14:59:19-da 63 saniyə telefon əlqəsinin olması müəyyən edilmişdir. Excell formatlı 01 ədəd “Nərimanov RPİ 50-2-6161-Zəng statistika (qarşı abunə ilə)- **********56” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-**saylı mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdə saat 09:13:33-də 72 saniyə, saat 09:45:16-da 13 saniyə, saat 10:29:10-da 19 saniyə, saat 10:33:46-da 11 saniyə, saat 15:06:08-də 434 saniyə, saat 17:15:18-də 214 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:19:31-də 125 saniyə, xx.xx.2022-ci il taixdə 16:18:18-də 12 saniyə, xx.xx.2022-ci il tarixdə saat ll:45:05-də 290 saniyə, saat ll:58:30-da 12 saniyə, saat 12:10:49-da 14 saniyə, saat 13:19:04-də 135 saniyə, saat 14:51:55-də 182 saniyə, saat 14:52:33-də 24 saniyə, xx.xx.2022-ci il tarixdə saat 00:19:22-də 169 saniyə, saat 00:26:29-da 82 saniyə, saat 00:53:07-də 63 saniyə, saat 01:26:10-da 74 saniyə, saat 01:26:10-da 74 saniyə, saat 01:31:58-də 8 saniyə, saat 01:36:36-da 101 saniyə, saat 01:37:16-da 27 saniyə, saat 01:38:01-də 16 saniyə, saat 01:41:20-də 53 saniyə, saat 01:51:27-də 109 saniyə, saat 02:02:16-da 110 saniyə, sat 13:08:01-də 47 saniyə, saat 16:47:53-də 50 saniyə, saat 17:01:17-də 83 snaiyə, saat 17:24:38-də 15 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:41:55-də 79 saniyə, saat ll:44:16-da 67 saniyə, saat 12:15:24-də 163 saniyə, saat 14:30:10-da 167 saniyə, saat 20:40:47-də 104 saniyə, xx.xx.2022-ci il taridə saat ll:48:02-də 101 saniyə, saat 18:51:42-də 236 saniyə, saat 18:55:48-də 22 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:57:06-da 28 saniyə, saat ll:14:27-də 20 saniyə, saat 17:10:32-də 87 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:31:01-də 131 saniyə, saat 20:46:56-da 143 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:45:40-da 20 saniyə, saat 10:52:52-də 28 saniyə, saat ll:28:54-də 54 saniyə, saat 17:55:57-də 85 saniyə, saat 20:05:58-də 35 saniyə, xx.xx.2022-ci il tarixdə saat 14:12:07də 42 saniyə, saat 15:07:23-də 80 saniyə, xx.xx.2022-ci il tarixdə saat ll:47:38-də 325 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:06:23-də 107 saniyə, saat 19:40:47-də 133 saniyə, saat 20:06:07-də 191 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:18:18-də 189 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:34:14-də 131 saniyə, xx.xx.2022-ci il tarixdə saat 12:31:12də 31 saniyə telefon əlaqəsinin olması, xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 telefon telefon zənglərinə cavab verməməsi müəyyən edilmişdir. Eyni zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobili nömrə ilə Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda telefon əlaqəsinin olması müəyyən edilmişdir. Excell formatlı 01 ədəd “Nərimanov RPİ 50-2-616 l_Zəng statistika (qarşı abunə ilə)_**********03” adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmin siyahıya baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 11:31:4-də və xx.xx.2022-də saat ll:10:54-də iki dəfə zəng vurulsa da, sonuncunun telefon zənginə cavab verməməsi, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il il tarixədək müxtəlif vaxtlarda telefon əlaqəsinin olması müəyyən edilmişdir. Excell formatlı 01 ədəd “Nərimanov RPİ 50-2-6161-Zəng statistika (qarşı abunə ilə)_**********14” adlı fayl açıldıqda ekranda Şahid8 istifadsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tartixdən il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmi siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən halar aşkar edilməmişdir. Excell formatlı 01 ədəd “Nərimanov RPİ 50-2-6161-Zəng statistika (qarşı abunə ilə)_**********72” adlı fayl açıldıqda ekranda Əhmədov İlkin Telman oğlunun istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir. Həmi siyahıya baxış keçirilən zaman ilə Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Şahid8 istifadəsində olmuş ***-***-**- ** saylı mobiı nömrənin arasında xx.xx.2022-ci il tarixdən tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda bir neçə dəfə telefon əlaqəsinin olması, eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin arasında müxtəlif vaxtlarda telefon əlaqəsinin olması müəyyən edilmişdir. Excell formatlı 01 ədəd “Nərimanov RPİ 50-2-616l_Zəng statistika (qarşı abunə ilə)-**********02”adlı fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində daxil və xaric olan zənglərin siyahısı göstərilmişdir.Həmi siyahıya baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən halılar aşkar edilməmişdir. “Turbo.az” saytından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ”Toyoto-Prius”markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə 12.200 manat dəyəri göstərilməklə saytda 055 ***-**-** mobil nömrədən “Oktay” adlı istifadəçi adından elanı yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə elan saytdan silinmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərkən 20 mart 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokolda göstərilənlər öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixli təqdimetmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Şahid1 adına "xxxx" ASC-yə məxsus 41693******2112 nömrəli və "xxxx" ASC-yə məxsus 41925600******9115 nömrəli kart hesabın dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdə kimi aparılmış əməliyyatların siyahısı göstərilmiş və “Whatsapp” yazışmalarının surəti köçürülmüş 25 ədəd A4 formatlı kağız üzərində çıxarılmış sənədləri, səs yazılar köçürülmüş 01 ədəd “DVD” diski Nərimanov RPİ-nin İŞ-nə təqdim etmiş və Zərərçəkmiş şəxs1 təqdim etdiyi 25 ədəd A4 formatlı kağız üzərində olan sənədləri surətini və 01 ədəd “DVD” disk götürülmüşdür. Həmin sənədlərin üzərində Şahid1 adına "xxxx" ASC-yə məxsus 41693******2112 nömrəli və "xxxx" ASC-yə məxsus 41925600******9115 nömrəli kart hesabına dair xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində aparılmış əməliyyatların siyahısı cədvəl formasında göstərilmişdir. Həmin siyahıya baxış keçrilən zaman Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 adma "xxxx" ASC-yə məxsus 41925600******9115 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixdə 235 manat, xx.xx.2022-ci il tarixdə isə 372 manat pulların göndərilməsi aşkar edilmişdir. Həmçinin Şahid1 adına "xxxx" ASC-yə məxsus 41693******2112 nömrəli kart hesabından Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 40985******7111 nömri kart hesabına xx.xx.2022-ci il tarixdə 670 və 350 manat pulların göndərilməsi, eyni zamanda Şahid1 adına "xxxx" ASC-yə məxsus 41693******2112 nömrəli kart hesabına Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 40985******7111 nömri kart hesabından xx.xx.2022-ci il tarixdə 40 manat, 40 manat, 40 manat, 80 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, 40 manat, 100 manat, 40 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 80 manat, 80 manat, xx.xx.2022-ci il tarixdə 200 manat və 40 manat pulların köçürülməsi qeyd edilmişdir. Eyni zamanda “Whatsapp” yazışmalarında Sevic Cəlilova ilə Təqsirləndirilən şəxs1 arasında avtomobili icarəyə verilməsi, manatın dollara çevirilməsi barədə yazışmaların olması, təqdim edilmiş 01 ədəd “DVD” diskdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında avtomobilin geri qaytarılması barədə səs yazıların olması müəyyən edilmişdir. 30 iyun 2023-cü il tarixli baxış keçirmə və götürmə protokolu ilə Şahid4 istintaq orqanına təqdim etdiyi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində, BA233466 qeydiyyat şəhadətnaməsi ilə adına rəsmiləşdirilmiş **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı “Toyoto-Prius” markalı minik avtomobilinin Şahid9 istifadəsinə verilməsinə dair 41 saylı notariat ofisi tərəfindən 7E-13951 Reestr nömrəli xx.xx.2022-ci il tarixli etibarnamənin surəti götürülmüş və onun iştirakı ilə baxış keçirilmişdir. 01 iyul 2023-cü il tarixli baxış keçirmə və götürmə protokolu ilə Bakı şəhəri,Nərimanov rayonu,Qarabağ küçəsi ev 19 mənzil 30-da qeydiyyatda olan,ünvan 16 ünvanda yaşayan,iş üzrə Zərərçəkmiş şəxs2; -Şahid4 adından Zərərçəkmiş şəxs2 50 saylı notariat ofisində mobil notariat tətbiqi vasitəsilə Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 1 ədəd 7E-093803 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamə, rüsum adı ilə Şahid6 AZ82UBAZ**********1010AZN001 nömrəli “Leobank” kartından Təqsirləndirilən şəxs1 409858****7111 nömrəli “Leobank” kart hesabına 40 manat pul göndərməyinə dair xx.xx.2022-ci il saat 19:38 tarixli qaimənin surəti, -xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində ünvan 17 ünvanda qeydiyyatda olan Şahid4 adma rəsmiləşdirilmiş **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı “Toyoto-Prius” markalı minik avtomobilinin BA233466 nömrəli texniki şəhadətnaməsinin surəti, -xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən saxta etibarnamə ilə Zərərçəkmiş şəxs2 satılan **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı “Toyoto-Prius” markalı minik avtomobilinin həmin saatda avtoyumada çəkilmiş 2 ədəd fotoşəkillər götürülərək cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı “Toyoto-Prius” markalı minik avtomobilinin texniki şəhadətnaməsi və açarı ondadır və məhkəmənin yekun qərarınadək saxlanılmasını öz üzərinə götürmüşdür. Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyanın əvəzi olaraq 22313 (iyirmi iki min üç yüz on üç) manat pulun və ödənilmiş 157 (bir yüz əlli yeddi) manat dövlət rüsumunun ona ödənilməsini tələb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(001)- 13/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il, 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il, 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası və 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il, 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 gün, həbsdə və ev dustaqlığında olduğu 6 ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(001)-13/2024 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-262/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmədiyindən Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X5 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 1(001)-589/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(001)-13/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-589/2022 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-311/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-874/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrin məhkum olunmalarına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 1(001)-13/2024 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinərək, həmin maddə ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətdən azad edilməklə, barəsində həmin maddələrə cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3 və 29, 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1, il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il, 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası həmin hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 4000 (dörd min) manat cərimə cəzası və 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti oaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılmışdır. Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 21-113-208175 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsindəki Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü həmin idarəyə daxil olmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsini Bakı Şəhər Probasiya İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair həmin məhkəmənin xx.xx.2024-cü il tarixli hökmü 21 may 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin hökm icra edilməsi üçün xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 1(102)- 2512/2024 saylı qəraından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi hissəsində dəyişdirilərək, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2024-cü il tarixli qərarı ilə həmin cinayət işi üzrə cinayətlərə görə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 mart 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası ilə toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına hesablanmış və çəkilməsi üçün üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası saxlanılmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 1(001)- 11/2025 saylı qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə aparılan cinayət təqibinə dövlət ittihamçısı tərəfindən həmin hissədə ittihamdan imtina edildiyindən Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin 43.1.1-ci maddəsinə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə aparılan cinayət təqibinə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Hüquqi məsələlər və sübutların qiymətləndirilməsi: Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. (3-cü bənd); Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 320.2-ci maddələri ilə tövsif edilir (6-cı bənd); Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. (30-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi) hesab edilir (34-cü bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir. Həmin qərarda həmçinin göstərilmişdir ki, sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ona qarşı ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri, Təqsirləndirilən şəxs2 isə ona qarşı ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin, şahidlərin və zərəçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19 radələrində müştəri qisminə həmin mobil nömrəyə zəng edib müraciət etmiş Zərərçəkmiş şəxs2 ilə ünvan 19 ünvanda yerləşən “Niaqara” restoranının qarşısında görüşərək avtomobilin texniki şəhadətnamə üzrə mülkiyyətçisi Şahid4 onun qardaşı olduğu və ağır xəstəliyi səbəbindən avtomobilin gecə ilə dəyərindən aşağı, yəni 12.000 manata təcili satılmasının vacib olduğu, qardaşının bank kartına 40 manat rüsum ödədikdən sonra mobil notariat tətbiqi vasitəsilə mülkiyyət üzərində sərəncam vermə hüququ verən etibarnamə veriləcəyinə inandırdıraraq qabaqcadan Şahid4 adına tərtib edilmiş texniki şəhadətnamə və etibarnamə üzərindəki anket məlumatlar əsasında Zərərçəkmiş şəxs2 adına xüsusi proqram vasitəsilə mətnləri və sözləri montaj etməklə Şahid4 adından Zərərçəkmiş şəxs2 adına 50 saylı notariat ofisinin mobil tətbiqi vasitəsilə avtomobil üzərində sərəncam verdiyinə dair saxtalaşdırıb qanunsuz hazırladıqları və rəsmi sənəd hesab edilən, mülkiyyət üzərində sərəncam vermə hüququ verən xx.xx.2022-ci il tarixli 7E- 093803 reyestr nömrəli saxta etibarnamədən bilə-bilə istifadə etdiklərinə görə onların hər ikisinə CM-nin 320.1 və 320.2-ci maddələri ilə ittiham verilmişdir. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə aparılan cinayət təqibindən imtina edildiyindən və Təqsirləndirilən şəxs2 qarşı CM-nin 320.1-ci maddəsi ilə irəli sürülmüş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli 1(001)-11/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin 43.1.1-ci maddəsinə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə aparılan cinayət təqibinə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və bəraətverici əsaslar olmadan xitam verilməsinə dair yazılı ərizə təqdim etdiyindən Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 320.1-ci maddəsi ilə aparılan cinayət təqibinə dair cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Məhkəmə qeyd olunan xüsusata münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən isə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs1 istintaqdan yayındığından CPM-nin 53.1.3-cü madəsinə əsasən 15 may 2023-cü il tarixdə dayandırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində aparılan ********* nömrəli cinayət işi üzrə də istintaqdan yaynındığından həmin cinayət işi üzrə icraat 01 iyun 2023cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 16 iyun 2023-cü il tarixdə o ,Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Opel” servisdə saxlanılaraq Nəsimi RPİ-yə gətirildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(001)-531/2023-018 saylı qərar ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirininin şərtlərini pozduğundan həmin qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat o tapılanadək dayandırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 4(011)-786/2023 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli digər cinayət işi üzrə AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablanmaqla 2 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Göründyü kimi Təqsirləndirilən şəxs1 barəsində aparılan cinayət təqibləri üzrə icraatdan 15 may 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək 32 gün, 21 sentyabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək 3 ay 1 gün olmaqla ümumilikdə 4 ay 3 gün yayınaraq gizlənmişdir. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə AR CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində də səmimi ifadə verməklə ona elan edilmiş həmin ittiham üzrə özünü təqsili bilərək törətdiyi cinayət əməlini etiraf etmişdir. Sözügedən cinayət əməli xx.xx.2022-ci il tarixdə törədildiyindən həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti də qanunvericiliyin tələblərinə uyğun olaraq 2 il keçdikdə, yəni xx.xx.2024-cü il tarixdən sonra başa çatır. Lakin yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 istintaqdan və məhkəmədən ümumilikdə 4 ay 3 gün yayındığından həmin müddət ərzində cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayanmışdır. Odur ki, onun barəsində böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə dair 2 illik müddət (CM 320.1-ci maddəsinə münasibətdə) xx.xx.2024-cü il tarixdən sonra deyil, 4 ay 3 günlük müddət axımının dayanması nəzərə alınmaqla xx.xx.2025-ci il tarixdə başa çatır. Odur ki, Təqsirləndirilən şəxs1 barəsində CM 320.1 maddəsi ilə aparılan cinayət təqibi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti hazırkı halda keçməmişdir. Odur ki, X6 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4, və 320.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.4cü maddələri ilə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəm təqsirləndirilən şəxslərə cəza təyin edərək qanunvericiliyin aşağıdakı müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; 34.2-ci maddəsinə əsasən Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur; 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər; 58.3-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-nin 59.1.14-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurduqları ziyanıdan qismən, yəni 7500 manat ödəniş edilməsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdırıan hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (vurulmuş ziyandan qismən ödəniş edilməsi), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxil olduğundan ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli (CM 66.2), təyin olunmuş qəti cəza Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 1(102)-2512/2024 saylı qərarı ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası ilə qismən toplanılmaqla qəti cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay 5 gün, habelə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-13/2024 saylı hökmü ilə məhkum edildiyi cinayət işi üzrə 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şubhəli səxs kimi saxlandigi 2 gün müddət olmaqla ümumilikdə 3 ay 7 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM 69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (vurulmuş ziyanın qismən ödənilməsi), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-13/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 (bir) il, 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı (CM 68.1.1-1), həmin azadlıq məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli (CM 66.5), Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-13/2024 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə 22 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanıldığı, 13 dekabr 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, habelə hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən bugünkü tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 2 il, 2 ay müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 07 iyul 2023-cü il tarixli, 5/944 nömrəli məhkəmə sənədlərin texniki ekspertizası üzrə aparılmış təqdiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir. CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, 07 iyul 2023-cü il tarixli, 5/944 nömrəli sənədlərin texniki ekspertizasının dəyəri olan 70 (yetmiş) manat vəsait təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs1 verdiyi mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1- ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə Zərərçəkmiş şəxs1 ziyan vurduğunun tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia ittiham həcmində, yəni 20120 (iyirmi min yuz iyirmi) manat hissəsində əsaslıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 3 epizod üzrə ayrı-ayrılıqda 12000 AZN, 5000 AZN və 3120 AZN olmaqla ümumilikdə 20120 (iyirmi min yüz iyirmi) AZN məbləğində Zərərçəkmiş şəxs1 ziyan vurması müəyyən edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat ofisində xx.xx.2024-cü il tarixədək hər ay 220 manat 50 qəpik (iki yüz iyirmi manat əlli qəpik) ödəyəcəyinə dair "3M-1732" nömrəli reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsi bağlayaraq 4590 manat və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X21 küçəsi, Qələbə Dairəsi adlanan ünvanda ödənilməsini əvvəlcədən razılaşdırdığı 5.000 manat puldan qalan 410 manat, ümumilikdə 5000 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 5000 (beş min) manat məbləğində vuduğu ziyandan 608 manat ödəniş etmişdir. 608 manat ödənişin edilməsini zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 da məhkləmə iclasında təsdiq etmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, verilmiş mülki iddia qismən, yəni vurulmuş ziyandan ödənilməmiş qalan 19512 (on doqquz min beş yüz on iki) manat və mülki iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 148 manat, 54 qəpik dövlət rüsumu olmaqla, ümumilikdə 19660,54 (on doqquz min altı yüz altmış manat, əlli dörd qəpik) manat hissəsində təmin edilməli, həmin pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərəçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Mülki iddia qalan hissədə isə təmin edilməməlidir. Cinayət işi üzrə “Toyota Prius” minik markalı 77EM-468 və 77CJ-069 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri “Siqanal” İdarəsinə yerləşdirilmiş, Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə 77CJ069 dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobili üzərinə isə həbs qoyulmuşdur. Məhkəmə qeyd edilən nəqliyyat vasitələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin, şahid və zərəkəşmiş şəxslərin ifadələrindən, habelə cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edildi ki, “Toyota Prus” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində, BA233466 qeydiyyat şəhadətnaməsi ilə Şahid4 adına rəsmiləşdirilmiş və onun mülkiyyətində olmuşdur. Həmin nəqliyyat vasitəsi Şahid4 tərəfindən əmlakın istifadə edilməsinə dair xx.xx.2022-ci il tarixdə 41 saylı notariat ofisi tərəfindən mobil notariat tətbiqi vasitəsilə qarşılıqlı razılaşma əsasında Şahid9 taksi fəaliyyəti ilə məşğul olması üçün sərəncamına və icarə üzrə istifadəsinə verilmişdir. Həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Şahid4 adına tərtib edilmiş texniki şəhadətnamə və etibarnamə üzərindəki anket məlumatlar əsasında Zərərçəkmiş şəxs2 adına xüsusi proqram vasitəsilə mətnləri və sözləri montaj etməklə Şahid4 adından Zərərçəkmiş şəxs2 adına 50 saylı notariat ofisinin mobil tətbiqi vasitəsilə avtomobil üzərində guya sərəncam verdiyinə dair saxtalaşdırılaraq qanunsuz hazırlanmış mülkiyyət üzərində sərəncam vermə hüququ verən xx.xx.2022-ci il tarixli 7E-093803 reyestr nömrəli saxta etibarnamə əsasında Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla satılmışdır. Göründüyü kimi “Toyota Prus” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçisinin iradəsinə zidd olaraq saxta etibarnamə əsasında satıldığından Zərərçəkmiş şəxs2 vicdanlı əldə edən deyildir. Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi hazırda mülkiyyətçisi Şahid4 qaytarılmış, təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş 12000 manat ziyandan isə 7500 manat ödənilmişdir. Odur ki, Toyota Prus” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Şahid4 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə 77CJ069 dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobili ilə bağlı qeyd edir ki, həmin avtombil xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində BA192784 qeydiyyat şəhadətnaməsi və **-ZU-*** dövlət qeydiyyat nişanlı ilə Şahid1 adına rəsmiləşdirlmiş, həmin avtomobil üzərində sərəncam vermək huququ barədə Təqsirləndirilən şəxs1 notarial etibarnamə verilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən isə həmin avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan müştəri Şahid2 nəqliyyat vasitəsinə mülkiyyət üzərində sərəncam vermək hüququ verməklə 12.000 manata satılmış, Şahid2 tərəfindən isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsində avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olan digər müştəri Şahid8 ilə alqı-satqı müqaviləsi bağlanmaqla satılmış, avtomobilin dövlət qeydiyyat nişanı 77CJ069, qeydiyyat şəhadətnaməsi nömrəsi isə BA230185 olaraq dəyişdirilmişdir. Məhkəmə hesab edir ki, 77CJ069 dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobili əldə edən zaman Şahid8 həmin avtomobilin cinayət yolu ilə əldə edildiyindən məlumatsız olduğundan və həmin avtomobilə münasibətdə vicdanlı əldə edən olduğundan 77CJ069 dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobili üzərinə Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilməli, həmin nəqliyyat vasitəsi Şahid8 qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, qeyd edilən nəqliyyat vasitəsi Şahid1 adına rəsmiləşdirilsə də həmin nəqliyyat vasitəsinin faktiki sahibi Zərərçəkmiş şəxs1 olmuş, hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 avtomobilin qaytarılması barədə deyil, həmin avtomobilin dəyərinin ödənilməsi barədə mülki iddia vermiş və onun mülki iddiası həmin hissədə təmin edilərək avtomobilin dəyəri olan 12000 manat təqsirlənəndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən də 77CJ069 dövlət qeydiyyat nişanlı "Toyoto-Prius" markalı minik avtomobili üzərinə qoyulmuş həbs götürülərək vicdanlı əldə edən Şahid8 qaytarılmalıdır. Digər maddi sübutlar - xx.xx.2022-ci il tarixli 7E-093803 reyestr nömrəli saxta online etibarnamə, Zərərçəkmiş şəxs2 rüsum adı ilə dostu Şahid6 məxsus AZ82UBAZ**********1010AZN001 nömrəli "Leobank" kart hesabından Təqsirləndirilən şəxs1 409858****7111 nömreli Leobank kart hesabına pul vəsaitini göndərməsinə dair qaimə, Təqsirləndirilən şəxs1 səs yazıları köçürülmüş 1 ədəd CD disk, mesaj və Vhatshapp yazışmaları, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən notariat ofisində "3M-1732" nömrəli reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəsinə ümumilikdə 100 (yüz) saat və Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəsinə ümumilikdə 100 (yüz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 100 (yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 (altı yüz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 100 (yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 (altı yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (il) 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 1(102)- 2512/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası hazırkı hökmlə təyin edilən 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 oluna qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 3 ay 5 gün, habelə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-13/2024 saylı hökmü ilə məhkum edildiyi cinayət işi üzrə 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək şubhəli səxs kimi saxlandigi 2 gün müddət olmaqla ümumilikdə 3 ay 7 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 3000 (üç) min manat cərimə cəzası və iki il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 5 (beş) il 5 (beş) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzasının əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-13/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 1 (bir) il, 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il, 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-13/2024 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə 22 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlanıldığı, 13 dekabr 2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, habelə hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən bugünkü tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 2 il, 2 ay müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etməminin bir gününə bərabər hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan təbbiri hökm qanuni qüvvəyə minənədik dəyişdiriləmədən saxlanılsın. Maddi sübut - **-EM-*** dövlət qeydiyyat nişanlı 2006-cı il istehsallı "Toyoto-Prius" markalı minik avtomobilin, avtomobilin açarınını, avtomobilin texniki şəhadətnaməsinin mülkiyyətçisi Şahid4 qaytarılması nəzərə alınsın. Maddi sübut–77CJ069 dövlət qeydiyyat nişanlı, BA 230185 saylı qeydiyyat şəhadətnaməsi ilə qeydə alınmış, hazırda “Siqnal” idarəsində saxlanılan "Toyoto-Prius" markalı minik avtomobili üzərinə Nərimanov Rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs ləğv edilsin, həmin nəqliyyat vasitəsi Şahid8 təhvil verilsin. Maddi sübutlar-xx.xx.2022-ci il tarixli 7E-093803 reyestr nömrəli saxta online etibarnamə, Zərərçəkmiş şəxs2 rüsum adı ilə dostu Şahid6 məxsus AZ82UBAZ**********1010AZN001 nömrəli "Leobank" kart hesabından Təqsirləndirilən şəxs1 409858****7111 nömreli Leobank kart hesabına pul vəsaitini göndərməsinə dair qaimə, Təqsirləndirilən şəxs1 səs yazıları köçürülmüş 1 ədəd CD disk, mesaj və Vhatshapp yazışmaları, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən notariat ofisində "3M-1732" nömrəli reyestr nömrəsi ilə təsdiqlənmiş kredit müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərəçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş ziyandan ödənilməmiş qalan 19512 (on doqquz min beş yüz on iki) manat və mülki iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 148 manat, 54 qəpik dövlət rüsumu olmaqla ümumilikdə 19660,54 (on doqquz min altı yüz altmış manat, əlli dörd qəpik) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərəçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə 07 iyul 2023-cü il tarixli, 5/944 nömrəli məhkəmə sənədlərin texniki ekspertizası üzrə aparılmış təqdiqatın dəyəri 70 (yetmiş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 100 (yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 (altı yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 100 (yüz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 600 (altı yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-11/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-11/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver