Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-110/2024 02.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhərinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 53500,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(001)-1258/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 3(001)-2810/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etmədiyi üçün ona 03 oktyabr 2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə tələbkara maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin fevral ayının 12-də Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. 2018-ci ilin qış aylarında ünvan 3 ünvanında yerləşən 1-ci binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 144 saylı mənzili alaraq ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamağa başlamışlar. Bir müddət həmin mənzildə yaşadıqdan sonra 2019-cu ildə boşanmışlar. Ayrılandan sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. O, isə həmin aldıqları evdə yaşamağa başlamışdır. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ilə barışmaq qərarına gələrək sonuncuya bildirmişdir ki, həmin iki otaqla mənzili sataraq üç otaqlı mənzil almaq istəyir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona notarial qaydada razılıq vermiş və həmin mənzili 114500 manata satmışdır. Həmin ərəfələrdə ikinci əl avtomobillərinin alğı-satqısı ilə məşğul olduğu üçün həmin mənzilin pulunu tam olaraq gördüyü işə sərf edərək bir müddət qazanc əldə etsə də, sonradan pandemiya dövrünə təsadüf etdiyi üçün tam olaraq iflasa uğramış və iflasa uğradığı üçün yeni mənzil ala bilməmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsinə dair 2021-ci ilin əvvələrində aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə tərəfindən 53500 manat məbləğində pulun ondan alınaraq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ödənilməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamə üzrə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs borclu olduğu məbləği ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün müddətinə həbs edilmişdir. Bundan əlavə icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən ölkədən çıxışına müvəqqəti olaraq məhdudiyyət qoyulmuşdur. Məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləğdən keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs alimentə görə müəyyən qədər ödəniş etsə də, birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinə görə məhkəmə qətnaməsində qeyd edilən məbləğdən heç bir ödəniş etməmiş və ödəniş etməməyinə səbəb isə biznes işində tamamilə iflasa uğraması olmuşdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2012-ci ilin fevral ayinin 12-də Təqsirləndirilən şəxs Cəlal oğlu ilə ailə həyatı qurmuşdur. 2018-ci ilin qış aylarında həyat yoldaşı Təqsirləndirilən şəxsla birlikdə ünvan 3 ünvanında yerləşən 1-ci binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 144 saylı mənzili alaraq həmin ünvanda yaşamağa başlamışlar. Həmin mənzildə bir müddət yaşadıqdan sonra 2019-cu il tarixdə ayrılmaq qərarına gələrək iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs isə birgə aldıqları evdə yaşamışdır. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ona aldıqları iki otaqlı mənzili satıb, üç otaqlı ev almağı, həmin evdə bir yerdə yaşamağı təklif etmişdir. O, isə Təqsirləndirilən şəxs inandığı üçün ona notarial qaydada razılıq vermiş və həmin mənzili 114,500 manata Ramilə adlı qadına satılmışdır. Bundan bir müddət sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs üç otaqlı ev almaq adı ona vədlər verərək onu arxayın etməyə başlamışdır. Həmin vaxtdan bir-iki ay keçəndən sonra hiss etmişdir ki, Təqsirləndirilən şəxs ev almaq niyyətində deyil və onu aldadır. Bundan sonra məcburiyyət qarşısında qalaraq 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsinə dair aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs 53500 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair 17 mart 2021-ci il tarixli qətnamə çıxarılmışdır. Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş və icra dövründə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs borclu olduğu 53500,00 manat məbləğində puldan heç bir ödəniş etməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 2012-ci ildə Təqsirləndirilən şəxs Cəlal oğlu ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və onların birgə nikahların iki qızı dünyaya gəlmişdir. Təranə Təqsirləndirilən şəxs ilə ailə qurandan sonra 2018-ci ilin qış aylarında onların maddi cəhətdən köməkliyi ilə qızı Təranə həyat yoldaşı Təqsirləndirilən şəxs ilə ünvan 3 ünvanında yerləşən 1-ci binanın 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 144 saylı mənzili alaraq həmin ünvanda yaşamağa başlamışlar. Təravnə ilə Təqsirləndirilən şəxs 2019-cu ildə ayrılmaq qərarına gəlmiş, qızı azyaşlı nəvələri ilə birlikdə onların yaşadıqları ünvana gələrək himayələrində yaşamağa başlamışlar. Keçmiş kürəkəni Təqsirləndirilən şəxs isə aldıqları evdə yaşamağa başlamışdır. Bundan sonra keçmiş Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, qızı ilə aldıqları iki otaqlı mənzili sataraq üç otaqlı ev alıb bir yerdə yaşamaq istəyir. Onlar və qızı Təqsirləndirilən şəxs inandıqları üçün sonuncuya razılıq verərək qızının notarial qaydada razılığı əsasında həmin mənzili 114500 manata Ramilə adlı xanıma satmışdır. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs üç otaqlı ev almaq adı onlara vədlər verərək onları arxayın etməyə başlamışdır. Həmin vaxtdan bir-iki ay keçəndən sonra hiss etmişlər ki, Təqsirləndirilən şəxs ev almaq niyyətində deyil və onları aldadır. Sonradan qızı məcburiyyət qarşısında qalaraq 2021-ci ilin əvvələrində birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin bölünməsinə dair aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən keçmiş kürəkəni Təqsirləndirilən şəxs 53500 manat məbləğində pulun alınaraq qızı Təranəyə ödənilməsinə dair qətnamə çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə qızına borclu olduğu 53500 manat məbləğində puldan heç bir ödəniş etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, şöbəyə daxil olmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(001)-1258/ 2021 nömrəli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 53500 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq 27 may 2021-ci il tarixdə qeyd edilən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra haqqında bildirişlə birlikdə tərəflərə göndərilmiş, lakin borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını tam təmin etməmişdir. Borclu icradan yayındığından barəsində axtarış elan edilməsi haqqında 17 iyun 2021-ci il tarixli qərar qəbul edilərək icra olunması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş və axtarış işi açılmışdır. 20 avqust 2021-ci il tarixdə borclu polis tərəfindən şöbəyə təqdim edilmiş, izahatı alınmış və mövcud olan borcunu ödəmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 3(001)- 2999/2021 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərardan borclu tərəfindən apellyasiya şikayəti verdiyindən Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 3(103)-2010/2021 saylı qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 3(001)-2999/2021 saylı qərarı ləğv edilərək borclu Təqsirləndirilən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə inzibati xəta hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 8(001)-596/2021 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs icradan yayındığından barəsində axtarış elan edilməsi haqqında 22 iyul 2022-ci il tarixli qərar qəbul edilərək icra olunması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş və onun barəsində axtarış işi açılmışdır. 19 sentyabr 2022-ci il tarixdə borclu polis tərəfindən şöbəyə təqdim edilmiş, izahatı alınmış və mövcud olan borcunu ödəmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 sentyabr 2022ci il tarixli, 3(001 )-2810/2022 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş üzrə tələbkar Zərərçəkmiş şəxs 11 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs borc öhdəliyini ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü tədbir görülməsini xahiş etmişdir. Buna baxmayaraq borcu Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirməklə qətnaməni icra etməmiş və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon İcra şöbəsinin icra məmuru Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1258/2021 nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 53.500 (əlli üç min beş yüz) manat pul məbləği tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1258/2021 nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-2810/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MTK-nın Azadlıq 1 filialında bina 1.2, 8-ci mərtəbə, 144 nömrəli mənzildə yaşadığı müddətdə heç bir qonşu ilə problem yaşamamış, heç kimlə ədavəti olmamış, barəsində heç bir şikayət olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 1155/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-1258/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Mahmudov X2 Şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli,1-39/2008 nömrəli hökmü ilə CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2008-ci il tarixdən hesablanmış, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixli axtarış qərarı əsasında tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-708/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə tutulmuşdur. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 306.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 01 mart 2023-cü il tarixli axtarış qərarı əsasında tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Bundan əlavə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-708/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuş, xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 mart 2024-cü il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 19 mart 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-110/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-110/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver