Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-113/2022 31.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyat olmaqla yaşayan, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə, günorta saat 14 radələrində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,003 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün, yəni 17 sentyabr 2021-ci il tarixdə, saat 19:20-də Binəqədi RPİ-si 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətirilmiş və saat 21:00-da bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş təmiz çəkisi 1,003 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 17 sentyabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında yerləşən avtoyuma məntəqəsində olmuşdur. Avtoyuma məntəqəsindən çıxan zaman onun yaşadığı evin həyətindən təxminən 2-3 nəfər şəxsin çıxdığını görmüşdür. O, dərhal həmin şəxslərin yanına gəlmiş, həmin şəxslərdən birinin əvvəllər tanıdığı “Vüsal” adlı şəxsin və polis əməkdaşlarının olduğunu görmüşdür. Onlardan yaşadığı evə nə məqsədlə daxil olduqlarını soruşduqda sonradan adını bildiyi Binəqədi RPİ-si 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X4 onun telefon oğurluğunda şübhəli olmasını bildirirək onunla birlikdə polis bölməsinə getməsini bildirmişdir. O, isə heç bir cinayət törətmədiyini bildirərək polis bölməsinə getməsinə etiraz etməmişdir. PB-də həmin bölmənin rəisi ona hədə-qorxu gələrək əməlinin külli miqdarda narkotik vasitə əldə etməsi ilə rəsmiləşdiriləcəyini bildirmiş, o isə qorxaraq ittihamda ona elan edilmiş əməl üzrə özünü təqsirli bilməyə məcbur olmuşdur. Belə ki, onun üzərində narkotik vasitə olmamışdır. Buna görə də, qeyd edilən halların nəzərə alınaraq ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-si 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X4 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Bölmənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Binəqədi RPİ-si 43-cü PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 17 sentyabr 2021-ci il tarixdə, təxminən saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinə getmişdir. Təxminən saat 19:20-də onlar Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra o, həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsa qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getməsini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 43-cü PB-nə gəlmişdir. Polis Bölməsində təhqiqatçı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxsın hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, Bölmədə, təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxsın özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan onun və əməliyyat qrupunun üzvü olan Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxsın üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsdan üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuşdur. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxsa üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsın qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxsdan həmin şəffaf rəngli sellofan bükülüdəki kütlənin nə olduğu soruşulduqda, o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün, yəni 17 sentyabr 2021-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xutor adlanan yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bir ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi təhqiqatçı tərəfindən iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə olan bir ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənərək, hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxsın özü tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra video görüntünün nəzərdən keçirilməsi və şəxsi axtarış və götürmə aparılması barədə protokolunun tərtib edilməsi üçün təhqiqatçının göstərişi ilə video çəkiliş dayandırılmışdır. Sonda şəxsi axtarış və götürmə aparılması barədə protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunaraq onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslər, o, cümlədən də Təqsirləndirilən şəxs öz imzaları ilə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun düzgünlüyünü təsdiq etmişlər. Əlavə olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışlar. Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə, saat 19:20-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən yaşadığı evin qarşısında saxlamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Binəqədi RPİ-si 43-cü PB-nin CA üzrə kiçik inspektor vəzifəsində çalışır. 17 sentyabr 2021-ci il tarixdə, xx xxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, subay, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanda qeydiyyat olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Bölmənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X2 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, da həmin əməliyyat qrupuna daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 17 sentyabr 2021-ci il tarixdə, saat 18 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinə getmişdir. Onlar saat 19:20-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində olarkən 5 A ünvanında yerləşən evin qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra qrupun rəhbəri X4 həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra X8 Baxşıyeva onun qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 43-cü PBnə gəlmişdir. Polis Bölməsində təhqiqatçı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxsın hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, Bölmədə, təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxsın özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan onun və əməliyyat qrupunun rəhbəri Fuad Fərəcəliyevin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxsın üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsdan üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuşdur. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxsa üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsın qara rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxsdan həmin şəffaf rəngli sellofan bükülüdəki kütlənin nə olduğu soruşulduqda, o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni həmin gün, yəni 17 sentyabr 2021-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Xutor adlanan yerdən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bir ədəd şəffaf rəngli sellofan bükülü içərisində olan narkotik vasitəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi təhqiqatçı tərəfindən iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitə olan bir ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənərək, hər bir iştirakçı tərəfindən, o cümlədən Təqsirləndirilən şəxsın özü tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra video görüntünün nəzərdən keçirilməsi və şəxsi axtarış və götürmə aparılması barədə protokolunun tərtib edilməsi üçün təhqiqatçının göstərişi ilə video çəkiliş dayandırılmışdır. Sonda şəxsi axtarış və götürmə aparılması barədə protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunaraq onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Şəxsi axtarış və götürmədə iştirak etmiş şəxslər, o, cümlədən də Təqsirləndirilən şəxs öz imzaları ilə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolun düzgünlüyünü təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18.09.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1) 17.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17) 17.09.2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, sonuncudan həmin şəffaf rəngli sellofan bükülüdəki kütlənin nə olduğu soruşulduqda, o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir.(i.v.30-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2021-ci il tarixli 6/4125 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Təqsirləndirilən şəxsE” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,003 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir. (i.v.42-45) 18.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,003 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqatdan sonra 0,953 qram çəkidə qalmış hissəsi maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 64) 02.12.2021-ci il tarixli qərardan görünür ki, şəxsi axtarış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd disk maddi sübut kimi tanınmışdır. (i.v.140-147) 19.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.66-67) 27.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, həmin şalvarın sol yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuş, sonuncudan həmin şəffaf rəngli sellofan bükülüdəki kütlənin nə olduğu soruşulduqda, o, həmin qəhvəyi rəngli kütlənin narkotik vasitə heroin olduğunu bildirməsi müşahidə olunur. (i.v. 80-82) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-991/2021 saylı, 19.09.2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.89-93) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1291/2021 saylı, 10.12.2021-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün uzadılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədə qeyd olunmuşdur ki, Baxşıyev X5 rayon Məhkəməsinin 10 iyul 2007-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2007-ci il tarixli qərarı ilə Binəqədi rayon məhkəməsinin 10 iyul 2007-ci il tarixli hökmü dəyişdirilmiş, şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzası təyin edilmiş və cəriməni tam ödəmişdir. Binəqədi rayon Məhkəməsinin 28 oktyabr 2008-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, Əzizbəyov rayon Məhkəməsinin 08 iyun 2009-cu il tarixli qərarı ilə Milli Məclisin 17 mart 2009-cu il tarixli “Amnistiya haqqında” qərarın 4-cü bəndinə əsasən çəkilməmiş cəzası ½ qədər azadılmış, 08 iyul 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 yanvar 2011-ci il tarixli hökmü ilə CM-nin 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarına əsasən 7 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuş, 19 avqust 2016-cı il tarixdə cəza müddəti başa çatmışdır. Binəqədi rayon Məhkəməsinin 16 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 29 gün müddətinə azadlıqdam məhrum etmə cəzasına məhkum olunmuş, 15 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v.111-113) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının 25 sentyabr 2021-ci il tarixli, 3630 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (i.v.137- 138) Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərində narkotik vasitənin olmaması, polis bölməsində ona hədə-qorxu gəlinməsi ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun cəzasını yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 17.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki 17.09.2021-ci il tarixdə məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və 19.09.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17.09.2021-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,953 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 48 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 48 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 48 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 288 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 17.09.2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,953 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-113/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-113/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver