Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-113/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X8 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1991-ci il tarixdə Ağcəbədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Alsu Mall” X2 ixtisaslı mühasib vəzifəsində işləyən, əvvəllər məhkum olunmayan, Ağcəbədi şəhəri, Bilağın kəndi ünvanda qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00-da Binəqədi rayonu, Abay Kunanbayev küçəsi 62, mənzil 8-də həyat yoldaşı Zərərçəkmiş şəxs pul tələb edərkən rədd cavabı almasına görə aralarında yaranmış ailə məişət zəminində olan mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir necə dəfə yumruq və təpiklə vurub ona alın nahiyəsinin, sağ gözaltı nahiyənin, sağ bazu nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcələri təyin olunmayan xəsarətlər, sol gözün ağlı qişasına qansızma ilə müşayət olunan sol göz qapaqları və gözaltı nahiyəsnin dərialtı hematoması kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən həyat yoldaşı Zərərçəkmiş şəxs ilə onun anasına məxsus olan, ünvan 1 ünvanında birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Dəniz ona məxsus olan mobil telefona tez-tez zəng vuraraq onu evə cağırmış, o da, telefonda bildirmişdir ki, yaşadıqları evin yaxınlığındadır və evə gələcəkdir. Lakin, buna baxmayaraq, Dəniz durmadan ona zəng vuraraq onu əsəbləşdirmiş, o da, evə qalxaraq özünə məxsus olan telefonu yerə cırparaq sındırmışdır. Bundan sonra aralarında ailə-məişət zəmnində mübahisə yaranmış və o, əsəbləşərək əli ilə Dənizə bir necə şillə vurmuşdur. Bundan sonra Dəniz mətbəxə kecərək əlinə bıcaq alıb özünə xəsarət yetirmək istəyərkən o, Dənizin əlindən bıcağı almağa calışmış və Dəniz bıcağı yerə ataraq onu evdən qovmuş, o da, evi tərk edərək Ağcəbədi rayonuna getmişdir. O, əsəbləşdiyi üçün Dənizi döymüş və bundan peşmandır. Evdən çıxarkən Dənizin rəfiqəsinə zəng edərək evə həlib sonuncunun yanında qalmasını xahiş etmişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Sonradan bilmişdir ki, Dəniz onun barəmdə polisə şikayət edib. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda yuxarıda göstərilən ünvanda anası X15 və azyaşlı qızı X6 ilə birlikdə yaşayır. O, 2017-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı quraraq, bir müddət kirayədə yaşamışlar, sonradan onun anasına məxsus olan mənzildə yaşamışdır. xx.xx.2022-ci iltarixdə saat 22-23 radələrində evdə ikisi və azyaşlı qızı olan zaman Fərhad yenədə ondan pul istmişdi. O, Fərhada pul verməkdən imtina etmişdir. Fərhad buna görə əsəbləşib onu döyməyə başlamışdı. Fərhad əl və ayağı ilə onun sifət və bədəninin müxtəlif nahiyyələrinə vururdu. Həmin vaxt onların yanlarında qızıda var idi. Fərhad onu təxminən 15-20 dəqiqə döymüşdür. Təqsirləndirilən şəxsi bağışlamadığını, aralarında heç bir barışıq olmadığını, lakin onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin edilməsini istəmədiyini qeyd edərək ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızı evləndityi gündən Təqsirləndirilən şəxsla aralarında daim münaqişə olmuşdur.Münaqişələrin əsas səbəbi Fərhadın Dənizdən hər dəfə pul tələb etməsi olmuşdur. O güman edir ki, Fərhadın pis vərdişləri olmuş, ola bilsin ki o pulları qumar oynamaqla, əxlaqsızlıq etməklə xərcləmişdir. xx.xx.2022-ci il tarixdə qızı ona zəng edərək Fərhadla aralarında münaqişə olduğunu və sonuncunun onu döydüyünü bildirmişdir. Qızının yaşadığı evə gedən zaman qızının sol qolunun bilək nahiyyəsini kəsdiyini və bədəninin müxtəlif nahiyələrində xəsarətlərin olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə iclasında şahid qismində ibtidai istintaq dövründə dindirilmiş Şahid2 Rusiya Federasiyası ərazisində olduğundan onun ifadəsi elan edilmişdir. Elan edilmiş ifadəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Bundan başqa Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. 2017-ci ildən rəfiqəsi Zərərçəkmiş şəxs Fərhad adlı şəxslə ailə qurmuşdur. Dənizin həmin nikahdan bir qız övladı dünyaya gəlmişdir. 03 aprel 2022-ci il tarixdə saat 21 radələrində Fərhad ona zəng edərək Dənizin səhhətinin pis olduğunu bildirmişdir. Bundan sonra o, Dənizin yaşadığı evə getmişdir. Dənizin yaşadığı mənzilə daxil olan kimi mənzilin qonaq otağının qapısının sınmış vəziyyətdə olduğunu, Dənizin isə divanda uzanmış vəziyyətdə olduğunu görmüşdür. O, Dənizin yanına yaxınlaşan zaman sonuncunun bədəninin müxtəlif hissələrində qançırların olduğunu, ağız və burun nahiyələrinin qan içərisində olduğunu görmüşdür. O, həmin vaxt Dənizin xəsarət almış fotoşəkilini cəkərək Aytən adlı rəfiqəsinə göndərmiş və hadisə yerinə gəlməsini xahiş etmişdir. Bundan sonra Aytən də hadisə yerinə gəlmiş və onlar qərara gəlmişdir ki, hadisə barədə Dənizin anası Reyhana məlumat versinlər. Həmin gün o, Dənizin anası Reyhana hadisə barədə məlumat vermişdir. Bundan sonra isə onlar DİN-nin 102 xidməti zəng mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat vermişlər. Məhkəmə istintaqı zamanı təyin edilmiş məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar iştirak edə bilməyən Şahid3 ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. Fərhadla evləndiyi gündən münaqişələri olmuşdur. Zərərçəkmiş şəxs evləndikdən iki həftə sonra Zərərçəkmiş şəxs yaşadığı evə qona qgetmiş, həmin vaxt Dənizin üz nahiyyəsində və qollarında qançır ləkələrinin olduğunu müşahidə etmişdir. Həmin vbaxtdan etibarən mütəmadi olaraq Dənzi Hüseynova əri tərəfindən döyülürdü. O və digər rəfiqəsi Səma mütəmadi olaraq Dənizin yaşadığı evə getmişdir ki, Təqsirləndirilən şəxs Dənizi döyməsin. Bəzi hallarda Dəniz ona pul vbermədiyi üçün döymüşdür. xx.xx.2022-ci il tarixdə saat 21:00 radələrində rəfiqəsi Səma onun mobil telefonuna Dənizin döyülmüş halda şəkillərini göndərmişdir. Bundan sonra Dənizin yaşadığı evə getmişdir. Evə daxil olan zaman mənzil qonaq otağının qapısının sınmış halda olduğunu, Dənizin isə divanda uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bundan başqa Dənizin bədənində müxtəlif nahiyyələrdə qanşırların olduğunu, ağız və burun nahiyyələrinin qan içərisində olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220046020-№-li cinayət işi 01 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi başlanılmışdır. 01 iyul 2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həmin gün cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq istintaq orqanına təqdim olunmuş və həmin gün cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmişdir. 09 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilərək o, təqsirləndirilən şəxs qismində ifadə vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs azad olunaraq barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. 19 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və həmin gün cinayət işinin icraatı icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəldiyindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən təzələnmiş və icraata qəbul olunaraq istintaq davam etdirilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin 611 saylı, xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş xəsarətlərdən- alın nahiyəsinin, sağ gözaltı nahiyənin, sağ bazu nahiyəsinin qançırları, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən, sol said nahiyəsinin kəsilmiş yarası və sol mil-bilək oynağı nahiyəsinin səthi kəsilmiş yaraları kəsici əşyanın (alətin) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyəsinin dərialtı hematoması, sol said nahiyəsinin kəsilmiş yarası hər biri ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni sol said nahiyəsinin kəsilmiş yarası və sol mil-bilək oynağı nahiyəsinin səthi kəsilmiş yaraları mətbəx bıçağının tiyəsinin kəsici kənarının təsirindən, digər xəsarətlər isə insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərdən sol said nahiyəsinin kəsilmiş yarası və sol mil-bilək oynağı nahiyəsinin səthi kəsilmiş yaralarının xarakterlərini və bədənin əlçatan nahiyəsində yerləşmələrini nəzəra alaraq demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirilə bilərdi. Digər xəsarətlərin isə şəxsin özü tərəfindən yeririlməsi az inandırıcıdır. İş materiallarında olan “təqdim etmə haqqında” protokolundan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tərixdə döyülməsi nəticəsində almış olduğu xəsarətlərin fotoşəkillərini təqdim etmişdir və həmin fotoşəkillərdən görünür ki, onun bədənində döyülmə nəticəsində baş vermiş xəsarətlərin izləri vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti Boyat Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 18 saylı arayışından görünür ki, Hüseynov X3 rayonu Bilağan kəndində yaşayır və onun ailə üzvləri 2-ci qrup əlil olan atası X7, uşaq bağçasında tərbiyəçi müəllim işləyən anası X9, 44 günlük Vətən müharibəsi iştirakçsı, vətən müharibəsi iştirakçısı müdalı ilə təltif edilmiş müddətdən artıq hərbi qulluqçu olan qardaşı X4 və Azərbaycan Respublikası Prezidenti tərəfindən Füzulinin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmiş qardaaşı X1 ibarətdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs “Alsu Mall” X2 (VÖEN: **********) ixtisaslı mühasib vəzifəsində çalışdır. Əmək haqqı məbləği 345 manat təşkil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il tarixdə doğulmuş X5 adlı bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi nəzərdə tutulur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxsnın əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxıb, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, daimi yaşayış yeri və iş yerinin olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə tutulduğu 1 gün müddətin bir günü islah işlərinin dörd gününə bərabər hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə tutulduğu 1 (bir) gün müddətin bir günü islah işlərinin dörd gününə bərabər hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-113/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-113/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver