Məhkəmə qərarları › İş №1(001)-113/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-113/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-113/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1984-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə naməlum vaxt və şəraitdə Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,316 qram çəkidə narkotik vasitə heroin əldə edib, daşıyaraq üzərində saxlamış, həmin günü saat 18:40 radələrində Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Binəqədi rayonu, Fatmayı bağlar massivində saxlanılıb ünvan 3 ünvanda yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,316 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, o, hadisə baş verən tarixdə dostu ilə çayxanada oturmuşdur. Anası rayondan gəldiyi üçün ona zəng edərək onu avtomobillə götürməsini xahiş etdi. X27 birlikdə avtomobilə əyləşmiş və onu siqaret alması üçün marketin qabağında düşürtmüşdür. Yolun sol hissəsindən dönüb yenidən qayıtmaq istəyərkən yan tərəfdə avtomobili ilə hərəkət edən polis əməkdaşı ona saxla işarəsi vermiş, polis əməkdaşları onun idarə etdiyi avtomobilin axladıqdan sonra o və dostu polis bölməsinə aparıldılar. Daha sonra Binəqədi RPİ-nə gətirildilər, orada narkotik vasitə olan heroini üstlərinə götürmələri bildirildi. O da dostu döyüldüyü üçün, polis əməkdaşlarının zor tətbiq etməsindən çəkinmiş və videoçəkilişdə narkotik vasitənin üzərindən çıxdığını və istifadəçisi olduğunu etiraf etdi. Tutulduqdan əvvəl marixuana adlanan narkotik vasitədən istifadə etmişdir, lakin daha sonra bu vərdişdən çəkinmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin X5 əməliyyat müvəkkili vəzifəsində çalışır və rütbəsi polis leytenantıdır. 05 avqust 2023-cü il tarixdə orta boylu, təxminən 35-40 yaşlarında olan Azad adlı şəxsin narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq üzərində saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Azad adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə idarənin rəisinə raportla məruzə etmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Azad adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar idarə rəisi tərəfindən təsdiq olunmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Binəqədi rayon prokuroruna və Binəqədi rayon məhkəməsinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə idarənin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 təyin olunmuşdur. Bundan sonra Azad adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Həmin gün qrupun üzvü Şahid2 ilə məlumat əsasən Azad adlı şəxsin yaşadığı evin yaxınlığına gəlmişlər. Saat 18:40 dəqiqədə Binəqədi rayonu, Fatmayı bağlar massivində Azad adlı şəxsi əlamətlərinə görə oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmiş və sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib sonuncunu Binəqədi RPİ-nə dəvət etmişlər, Azad adlı şəxs də etiraz etməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs polis idarəsinə gətirmişlər, idarədə raport yazıb rəisə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında vəkilin iştirakının olmaması barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra videoçəkiliş etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, şalvarının sol yan cibindən bir ədəd qara rəngli “Redmi" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da həmin bükümdə narkotik vasitə “kakos” olmasını, bükümü yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən evinin yaxınlığında olan ağacın dibindən taparaq şəxsi istifadəsi üçün götürüb üzərində saxlamasını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğunu baxışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. Səhəri günü Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin tərkibinin və çəkisinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza mərkəzinə göndərilmiş və bununla bağlı rəy verilmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 0,316 qram narkotik vasitə heroindir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin CA üzrə kiçik inspektoru Şahid2 məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il, saat 20:30-da Binəqədi RPİ-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuş və tutma müddətinin əvvəli azadlığının faktiki olaraq məhdudlaş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,316 qram qəhvəyi rəngli maddə narkotik vasitə heroindir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi Ceyhun Əsgərovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək qətimkan tədbirinin şərtləri ona elan edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Binəqədi RPİ-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynindəki şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 5096 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X7 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş çəkisi 0,266 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmənin 02 fevral 2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi şəkildə məhkəməyə vəsatətlə müraciət edərək, Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri ilə bağlı Binəqədi RPİ-nin MSY-də 2 gün deyil, 3 gün müddətində saxlanıldığı, dostu Əli Səmədovun polis əməkdaşları tərəfindən döyüldüyü üçün məcburi şəkildə üzərinə video çəkiliş zamanı şəxsi axtarış və baxış keçirilən zaman narkotik vasitədən istifadə etdiyini etiraf etməsini, Əli Səmədov barəsində olan cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə nə vaxt daxil olması və Müvəqqəti Saxlama yerindəın nə vaxt çıxması barədə məlumatların əldə edilməsi məqsədi ilə sorğu verilməsini, eyni zamanda onun istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinin anten dairəsi barədə məlumatların Bakcell MMC və Azercell MMC tərəfindən ələ keçirilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatət təmin edilmiş və məhkəmə tərəfindən məlumatların əldə edilməsi məqsədi ilə sorğu verilmiş və qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmil qərar Azercell MMC və Bakcell MMC tərəfindən icra edilmiş və 20 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş məlumatlar tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2023 saat 15.27.33 saniyədə xx.xx.2023 17.42.28 saata qədər Goradil qəsəbəsi- Fatmai qəsəbəsinin anten dairəsində olmuşdur. Daha sonra şəxsin mobil telefonu xx.xx.2023-cü il tarixdə aktiv olmuş və yenidən anten dairəsi Fatmayi qəsəbəsində olmuşdur. Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin MSY tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlar tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə saat 00.10-da Binəqədi RPİ-nin MSY-nə daxil olmuş, 07 avqust 2023-cü il tarixdə saat 17.05 də azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarından görünür ki, X9 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı CPM-nin 303.3.1-ci maddəsində nəzərdə tutulan pozuntuya (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması) yol verildiyindən məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-831/2023 saylı, 07 avqust 2023cü il tarixli qərarından görünür ki, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X20 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. Eyni zamanda 4(001)-831/2023 saylı materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, X12 qarşı tutulan zaman xəsarətlər yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X6 üzərində narkotik vasitə olmasını etraf etməsini məhz Əli Səmədovun döyülməsi ilə əlaqələndirsə də, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə şübhə ilə yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli verilmiş ifadə kimi qiymətləndirir, belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona qarşı hər hansı bir zorakılıq edilmədiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sənədlərdə olan məlumatlar cinayət işinin materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə tədqiq edilərkən əldə edilən məlumatlarla mövcud olan sənədlər arasında uyğunsuzluq olmadığı aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Binəqədi RPİnin MSY-də 2 gün deyil, 3 gün müddətində saxlanıldığını bildirsə də, onun ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə saat 20.30-da şübhəli şəxs qismində tutulmuş, tutulması vaxtının əvvəli onu azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 05 avqust 2023-cü il saat 18.40 dəqiqədən hesablanmış, 07 avqust saat 10.40 dəqiqədən saat 11.10 dəqiqəyə qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, 07 avqust 2023-cü il tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azercell MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardan da göründüyü kimi, şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2023 saat 15.27.33 saniyədə xx.xx.2023 17.42.28 saata qədər Goradil qəsəbəsi-Fatmai qəsəbəsinin anten dairəsində olmuşdur. Binəqədi RPİ-nin MSY-dən təqdim edilmiş məlumatlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə saat 00.10-da Binəqədi RPİ-nin MSY-nə daxil olmuş, 07 avqust 2023-cü il tarixdə saat 17.05 də azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin Binəqədi RPİ-nin MSY-də 2 gün deyil, 3 gün müddətində saxlanılmasına dair xüsusat öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş görüntüyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin görüntülərə məhkəmə iclasında baxış keçirilən zaman hazırki cinayət işinə baxılması ilə əlaqədar sübut əhəmiyyətli hər hansı bir fakt təsdiq edilmədiyindən sözügedən görüntü sübut kimi nəzərə alınmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində bildirdikləri- əvvəllər bir neçə dəfə marixuanadan istifadə etməsi son vaxtlar isə heç bir narkotik vasitədən istifadə etməməsi, marixuana istifadə etdiyi halda üzərindən heroin aşkar edilməsi arasında ziddiyyətlərin olması ilə qeyd etməyi zəruri hesab edir ki, şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi şəxsi axtarış və götürmə aparılması haqqında protokol, eyni zamanda həmin istintaq hərəkətinin əks etdirildiyi videogörüntü ilə təsdiqini tapır, bundan başqa həmin narkotik vasitənin növü və miqdarı məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir, xx.xx.2023-cü il tarixli 5096 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X7 rəydə Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən cinayətin obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma hərəkətləri təşkil edir. Yəni, Təqsirləndirilən şəxs heroin növündə narkotik vasitəni istifadə etməməsinə dair vermiş olduğu ifadə məhkəmə tərəfindən sübut kimi qəbul edilsə belə, onun üzərində xeyli miqdarda narkotik vasitə heroinin aşkar edilməsi artıq CM-nin 234.1-ci maddəsi ilə nəˀərdə tutulan cinayətin tərkibini yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə cinayət işi üzrə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi arasında olan ziddiyyətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, çəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri və ifadəsində göstərilən xüsusatlar müdafiə tərəfinin vəsatəti əsasında əldə edilərək tədqiq edilmiş, eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmadığından məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini özünümüdafiə xarakterli hesab edir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qəbul edir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X15 ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 yanvar 2012-ci ildə anadan olmuş X1 Azad Nurəddin oğlunun övladıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 oktyabr 2018-ci ildə anadan olmuş X3 Azad Nurəddin oğlunun övladıdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 avqust 2010-cu ildə anadan olmuş X2 Azad Nurəddin oğlunun övladıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Fatmayı bağlar massivində yerləşən nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 05 avqust 2023-cü il tarixdə saat 20:30-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 07 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:40-dan 11:10-a qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Binəqədi rayon Prokurorluğuna müraciət edilmiş, Binəqədi rayon prokuroru Şahid2 qərarı ilə vəsatətin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,266 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 42 (qırx iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,266 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X8 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar