Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-114/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Meqrinsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, hazırda məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, ev 115 V ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X9 ev 115 V ünvanında saxladığı istintaqla dövlət qeydiyyat nişanı müəyyən edilməyən “BMW X-5” markalı avtomobili göstərərək özünə məxsus olmasına inandıraraq göstərəcəyi maddi dəstək nəticəsində alacaqları ehtiyat hissələri ilə həmin nəqliyyat vasitəsinin salon və mühərrik hissəsini təmir və bərpa işlərini görərək yekunlaşdırdıqdan sonra yüksək qiymətə satacağı və əldə edəcəyi 14.000 manat qazancı öz aralarında böləcəkləri barədə yalan vədlər verib bu adla 2023-cü ilin fevral ayının ortalarında ünvan 3 ünvanının yaxınlığında sonuncudan nağd şəkildə 5000 manat, eləcə də Gəncə şəhərində yaşayan tanışlarından ucuz qiymətə aldığı “Range Rover” markalı avtomobili Bakı şəhərinə gətirib təmir etdirdikdən sonra yüksək qiymətə satacağı və əldə edəcəyi 28.000 manat qazancı öz aralarında böləcəkləri barədə yalan vədlər verib bu adla Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan sahədə nağd şəkildə 2600 manat, 2-3 gün sonra isə ünvan 5 ünvanının yaxınlığında nağd şəkildə 3800 manat, ümumilikdə 11.400 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 11.400 (on bir min dörd yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi “Opel” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olmasına inandıraraq həmin nəqliyyat vasitəsini sonuncuya ilkin 1500 manat, 30 ay müddətində aylıq 450 manat ödəmək şərtilə icarə yolu ilə satacağı barədə yalan vədlər verib bu adla Zərərçəkmiş şəxs2 2024-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Q.Qarayev adına metrostansiyasının yaxınlığında nağd şəkildə 300 manat, eləcə də xx.xx.2024-cü il tarixdə sonuncudan yaşadığı ünvan 6 ünvanından mobil tətbiq vasitəsi ilə təqdim etdiyi 4098********8312 nömrəli bank kart hesabına 250 manat, həmin gün əlavə olaraq eyni üsulla eyni bank kart hesabına 50 manat pul köçürməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 600 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 600 (altı yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs on qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, birinci epizod üzrə özünü təqsirli bilir, digər epizod üzrə isə təqsirli bilmir. Zərərçəkmiş şəxs1 həqiqətən 11400 manat pul almışdır. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəllər “DSK yolu” adlanan ərazidə restoran işlətmiş, o da dostuyla tez-tez həmin restorana getdiyi vaxtlardan onu tanımışdır. Həmin vaxtlar “Xəzər” markalı avtomobilləri alaraq kreditə verməklə məşğul olmuşdur. Bir dəfə Zərərçəkmiş şəxs1 ona həmin işə qoşulmaq istədiyini bildirmiş, o isə tək işlədiyini desə də, İbrahimə ona qoşula biləcəyini bildirmişdir. Təqribən 15-20 gün sonra Zərərçəkmiş şəxs1 ona pulunun hazır olduğunu bildirərək avtomobil almağı təklif etmişdir. Həmin vaxtlarda o “BMW X5” markalı avtomobil almışdır. Həmin avtomobili aldığı şəxs Dağıstan vətandaşı olduğundan və şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən və vəsiqənin yenilənməsi üçün təxminən bir həftə vaxt lazım olduğundan avtomobili öz adına keçirə bilməmişdir. Avtomobilin qiymətini 12000 manat razılaşaraq dəyərinin çox hissəsini nağd olaraq ödəmiş, təxminən 300-400 manat məbləğində borcu qalmışdır. Həmin avtomobili satacaqları üçün İbrahimlə birlikdə Sumqayıt şəhərində ustaya təmirə vermişlər. Bir həftədən sonra ona zəng edərək həmin avtomobilin əslində ona satan şəxsin atasına məxsus olduğunu, həmin şəxsin isə şikayətçi olduğunu bildirərək avtomobili geri qaytarmağı tələb etmişlər. O isə pul ödədiyini bildirsə də daha sonra Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gələrək həmin avtomobili götürüb aparmışlar və buna görə bir neçə dəfə onun izahatını almışlar. Təxminən 5-6 gün sonra avtomobil polisin həyətindən yoxa çıxmış, o isə bu barədə bölmədən soruşduqda ona avtomobili sahibinə qaytardıqlarını, şikayətçi olduğu halda şikayətinə baxılacağını bildirmişlər. Bundan sonra onun şikayəti əsasında həmin şəxs tutulmuş və hazırda həbsdə saxlanılmaqdadır. İbrahimdən hissəhissə olmaqla 5000 manat, 2600 manat, 3800 manat və 300 manat almış, 200 manat da bir yerdə olarkən avtomobilə yanacaq vurmuşlar. Həmin 300 manatı İbrahim istintaqda bağışladığını bildirdiyi üçün ittihamda qeyd olunmamışdır. “Range Rover” markalı avtomobil ilə bağlı bildirir ki, həmin avtomobili də “BMW X5” markalı avtomobili satan adam gətirməli idi, lakin sonradan gətirməmişdir. Zərərçəkmiş şəxs1 ümumilikdə 3400 manat pul qaytarmış, həmçinin satışa çıxardığı evi satan kimi geri qalan məbləği də dərhal ödəyəcəkdir. Zərərçəkmiş şəxs1 avtomobillə bağlı ümumilikdə 11400 manat pul almış, 300 manat isə anasının xəstəliyi ilə bağlı borc almışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 200 manat avtomobilin yanacağı üçün ödəmişdir. Bu səbəbdən də borc kimi aldığı 300 manat və 200 manat avtomobilin yanacağına ödənilmiş vəsait ona verilmiş ittihama daxil edilməmişdir. 2-ci epizod ilə bağlı bildirmişdir ki, o icarəyə avtomobil verdiyi üçün Şahbuz onun nömrəsini internetdən götürərək ona zəng edib avtomobil icarəyə götürmək istədiyini, lakin pulunun az olduğunu bildirmişdir. O isə Şahbuza ilkin olaraq 1500 manat ödəniş etməklə və aylıq 450 manat olmaqla 30 ay müddətinə “Opel” markalı avtomobili icarəyə verə biləcəyini demişdir. Şahbuzla onun Anar adlı ortaq tanışı olduğundan ilkin ödəniş kimi verməli olduğu 1500 manatı ödəmək üçün vaxt istəmiş və ortaq tanışları olan Anarın yanında ona 300 manat pul verdiyindən həmin avtomobili Şahbuza vermişdir. Şahbuz 1500 manatı ödədikdən sonra isə onun adına etibarnamə verməli idi. Daha sonra isə onun kartına 250 manat və 50 manat olmaqla 200 manat pul gödərimişdir. Daha sonra Şahbuz həmin avtomobili 10 gün idarə etsə də ona qalan pulu vermədiyindən o da avtomobili geri götürərək aldığı Şahbuzun ona ödədiyi 600 manatı geri qaytarmışdır. Hazırda həmin epizod üzrə heç bir ödənişi qalmamışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, ona vaxt verilərsə və çöldə qalarsa qalan borcu da ödəyəcəyini, evini də satışa qoyduğunu, lakin satılmadığı üçün hazırda həmin vəsaiti tam qaytara bilmədiyini, yenə də ödəniş edəcəyini bildirərək məhkəmədən ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Anar adlı dostunun vasitəsi ilə tanımışdır. Belə ki, o, Anarla görüşəndə aralarında avtomobil almaq barədə söhbət edərkən Anar ona Nizamidə avtomobil olmasını bildirmişdir. Daha sonra onlar görüşəndə Nizami «Opel» markalı avtomobil üçün ilkin ödəniş olaraq 1500 manat və aylıq olaraq 450 manat ödəməsini istəmişdir. Lakin o ilkin ödəniş olaraq pulu olmadığından az ödəniş edəcəyini, daha sonra işləyərək qalan pulu ödəməsini təklif etdikdən sonra Nizami onunla razılaşmışdır. Buna görə də ilkin olaraq 300 manat ödəniş etmişdir. Avtomobil götürəndən sonra cəmi 2 gün onda qalmış, 2-ci günün gecəsi Nizami zəng edərək avtomobilin özünə lazım olduğunu bildirmiş, daha sonra avtomobili götürüb getmişdir. Bu hadisənin üstündən 2-3 gün keçdikdən sonra Nizami ona zəng edərək əlavə olaraq pul ödəmək lazım olduğunu bildirmiş, o da Nizaminin kartına 300 manat göndərmişdir. Amma Nizami avtomobili ona qaytarmamışdır. Ümumiyyətlə ona avtomobillə bağlı heç bir sənəd verməmiş, o avtomobili 2 gün sənədsiz idarə etmişdir. O, Nizamiyə həmin avtomobil üçün ümumilikdə 600 manat pul ödəmişdir. Nizami nə avtomobili nə də ki, ödədiyi 600 manatı ona qaytarmadığı üçün polisə şikayət ərizəsi ilə müraciət etmiş, yalnız bundan sonra Nizami onun 600 manatını geri qaytarmışdır. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Nizami İlə onun ortaq tanışı olan Anar adlı şəxsin ona 900 manat borcu olduğunu, aralarında olan razılaşmaya əsasən avtomobilin ilkin ödənişinin 600 manatını özünün, 900 manatı isə Anarın Nizamiyə ödəməli olduğunu, daha sonra Anarın həmin pulu ödəyə bilmədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla 4-5 əvvəl evinin yanında olan çay evində tanış olmuşdur. Daha sonra Nizami ona həyətində «BMW X5» markalı avtomobil olduğunu, həmin avtomobilin təmirə ehtiyacı olmasını bildirmiş və imkanı varsa təmir edib satmaqla pul qazanmağı təklif etmişdir. O da Nizami ilə razılaşmışdır. Həmin vaxtları yoldaşı xəstə olduğu üçün evini satmış, həmin puldan əlində bir az pul qalmışdır. Təqsirləndirilən şəxs həmin avtomobili 5000 manata aldığını, bir az təmir edib edərək 20000 manata sata biləcəklərini, əldə edəcəkləri qazancı isə aralarında böləcəklərini bildirmişdir. Sonra Nizami gəərək evinin yanında ondan 5000 manat pul alaraq getmişdir. O, əvvəlcədən həmin avtomobilə gedib baxmış, daha sonra həmin avtomobili təmir etmək üçün Zeynal adlı ustanın yanında qoymuşlar. Pulu Nizamiyə verdikdən bir müddət sonra Zeynal usta ona zəng edərək avtomobil üçün lazım olan hissələri tapdığını, lakin Nizaminin ona artıq ehtiyac olmadığını və daha ucuz iş görən usta tapdığını dediyini bildirmişdir. O, Nizamiyə zəng etdikdən sonra ona məlum olmuşdur ki, həmin avtomobili polislər gəlib aparmışdır. O, Nizami ilə birlikdə Zeynal ustanın yanına gəlmiş və Zeylan usta da avtomobili polislərin götürdüyünü təsdiqləmişdir. Bu barədə Nizamidən soruşmuş, Nizami ona avtomobili satan şəxsin narkotik aludəçisi olmasını və ona görə də polislərin avtomobili aparmasını bildirmişdir. Daha sonra Nizami ona Gəncədə olan tanışlarında başqa bir “Range Rover” markalı avtomobil olmasını və həmin avtomobili gətirəcəyini bildirmişdir. Həmin avtomobili gətirmək üçün pul lazım olduğunu dediyi üçün ondan 2600 və 3800 manat pul almışdır. Daha sonra guya avtomobili gətirmək üçün Gəncəyə getmiş, bir müddət guya avtomobili gətirə bilməmiş, daha sonra ona zəng edərək avtomobili gətirdiyini demiş və onun həyətində saxlamağı təklif etmişdir. O, avtomobilin təzə Range Rover markalı avtomobil olmasını, üzərində nömrə olmadığını görmüşdür. 3-4 gündən sonra 2-3 nəfər gəlmiş və ona avtomobilin onlara məxsus olmasını bildirmişdir. O, Nizamiyə zəng etmiş, Nizami də həmin şəxslərin bildirdiklərini təsdiqləmişdir. Daha sonra Nizaminin həmin avtomobili “Rent –A-Car” dan icarəyə götürməsi aydın olmuşdur. Nizamiyə ilk əvvəl 5000 manat, daha sonra isə 2600 və 3800 manat olmaqla ümumilikdə avtomobilin təmiri adıyla ondan 11400 manat pul almışdır. Nizami 300 manat da anası xəstə olduğu üçün borc kimi istədiyindən ona 300 manat da borc olaraq vermişdir. Həmin 11400 manatdan istinintaq dövründə cəmi 3400 manat pul qaytarılmışdır. O, pulların hamısını Nizamiyə vermiş, Nizami ilə birlikdə kiməsə pul göndərməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və aralarında barışıq yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, “Rent-A-Car” (avtomobillərin icarəsi) şirkəti işlədir, Təqsirləndirilən şəxs da 2023-cü ilin əvvəllərində onun işlədiyi yerdən icarəyə “Range Rover” markalı, “** DS ***” dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüşdür. Daha əvvəllər də Nizami onlardan avtomobil icarəyə götürdüyü üçün onu tanımışdır. Nizami avtomobili ondan götürdüyü zaman qonaqları olacağını, avtomobili qonaqları idarə edəcəyini, lakin çox sürülməyəcəyini bildirmiş, o da heç bir problem olmadığını söyləmişdir. Onlarda bütün avtomobillərdə GPS olduğu üçün izləmə apara bilirlər. Müəyyən etmişlər ki, avtomobilin gedişi sadəcə Lökbatan dairəsi, oradan Biləcəri qəsəbəsi, M. Aslanov küçəsi olmuşdur. Avtomobili günü 250 manat olmaqla 5 günlük icarəyə götürmüşdür. 5 günün tamamında avtomobilin idarə olunmadığını görmüşlər və GPS vasitəsi ilə özləri avtomobilin saxlanıldığı yerə yaxınlaşmışlar. Nizami ilə əlaqə saxladıqda Nizami hər şeyin qaydasında olduğunu və avtomobilin icarəsini yenidən artıra biləcəyini bildirmişdir. Daha sonra avtomobili İbrahimin yaşadığı ünvanın qarşısında üzəri çadırla bağlanmış vəziyyətdə aşkar etmişlər. Onlar İbrahimlə danışarkən əvvəlcə İbrahim avtomobilin özünə məxsus olmasını bildirmiş, onlar avtomobilin sənədlərini göstərdikdən və avtomobilin onlara məxsus olduğunu bildirdikdən sonra avtomobili götürmüşlər. Həmin zaman avtomobilin dövlət qeydiyyat nişanları üzərində olmadığından Nizamiyə zəng etmişlər və Nizami də qeydiyyat nişanlarını gətirmiş və avtomobilin üzərinə bağladıqdan sonra Nizami ilə birlikdə ofisə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Sumqayıt şəhərində avtomobil təmir üzrə ustası işləyir, Nizamini də yanına gələn müştəri kimi tanımışdır. Nizami onun yanına “BMW X5” markalı avtomobil gətirərərk təmir etdirmək istədiyini bildirmiş, lakin avtomobilin ehtiyat hissələri olmamışdır. Həmin ehtiyyat hissələrinin alınması üçün pul verilməli olduğundan o, həmin pul vəsaiti verildikdən sonra avtomobilə ehiyat hissələri alacağını və düzəldəcəyini bildirmişdir. Nizami avtomobilin onun iş yerində qalmasını, ehtiyat hissələri almaq üçün pul gətirəcəyini bildirdiyi üçün həmin avtomobil təxminın bir həftəyə yaxın onun iş yerində qalmış, daha sonra avtomobili götürüb aparmışlar. O, avtomobilin üzərində heç bir təmir işi görməmişdir. O, Zərərçəkmiş şəxs1 da tanıyır. Belə ki, İbrahim DSK yolu üzərində kafe işlədir və onu həmin kafedən tanımışdır. İbrahim bir dəfə gəlib avtomobilə baxmış, İbrahimə Nizaminin pul verməli olduğunu və sonra təmir edəcəyini bildirmişdir. Nizaminin sonra gəlib avtomobili təmir etdirməyərək götürməsi barədə məlumatı yoxdur. Avtomobilin üzərində akumulyator olmamış, remeni də xarab olmuşdur. Avtomobilə tam baxmadığı üçün dəqiq xərclərini bilmir, lakin təxminən 300-400 manata yaxın xərci olmuşdur. Təxminən yadında qalmışdır ki, Nizami avtomobilin axtarışda olmasını demiş və ondan avtomobil harada olmasını soruşmuş, o, isə Nizamiyə harda saxlamışdırsa, orada olmasını bildirmişdir. Amma, avtomobili kimin apardığından xəbəri olmamışdır. Çünki, həmin vaxt orada olmamış, işə gəldikdən sonra avtomobilin yerində olmadığını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 11900 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Əzizbala oğlu istintaq orqanına təqdim etdiyi CD diskdə Təqsirləndirilən şəxs aşağıdakı formada danışıq aparılmışdır; 20230426-195705 nömrəli səs yazı 11 dəqiqə, 46 saniyə danışıq vardır. Həmin səs yazısında aşağıdakı formada danışıq aparılmışdır; “İbrahim: -danışdın? Nizami: -danışdım, deyirlər ki. siz pulunuzu göndərin, ortada mən varam, onları mən tanıyıram, sən də məni tanıyırsan İbrahim: -mən 11500 manat pulu sənə vermişəm Nizami: -aysağol, 11600 manat İbrahim: -sən mənə yazılı kağız verə bilərsən ki, sən düz adamsan? Nizami: -əmi ürəyin harada istəyir sənə kağız verim, səndən nə qədər pul almısan, biz səynən bu işə bir girmişik, bir də çıxacağıq. İbrahim: -bir az Rent-A-Car söhbəti məni.... Nizami: -əmi, orada nə sənin pulun getdi, nə də ki mənim, ziyanı olar ödədi. Əmi yiiz faiz deyirəm ki bunların pulu çatsın - biz maşınımızı götürək. Sən mənə dəstək ver. mən dovernis məsələsini həll edirəm, sabah maşım çıxar. İbrahim: -X5-i çıxar, mən inanmadım. Nizami: -Əmi sən mənə inan, sən məni tanı, gedək ataq onların pulunu vəziyyətdən çıxax. Bizə lazımdır ki, biz onların 5600 manatını verək söhbət bağlansın, mən maşını götürüm sökək sataq. sənəd düzəldək sataq. Sabah başqa maşın düşəndə bunlar məndən qaçacaqlar. İbrahim: -yaxşı Nizami, mənə 1 gün möhlət ver. Nizami: -Əmi o maşın yenə sənin qapma gələcək, bir dənə o pul bağlansın. İbrahim: - əlimdə pul yoxdu axı. Nizami: -Mən dedim ki, onlara əlimdə 2000 manat var İbrahim: -sən “Xəzər” maşınından al, göndərdə ona Nizami: -“Xəzər” sabah rəngdən çıxır, ona dovernis. nə verək İbrahim: -dovernisi mən düzəldərəm, sabah Xəzəri çıxart, birigün dovernis təşkil edərəm Nizami: -mənim üçün fərqi yoxdur. Bizdə haramçılıq yoxdur. İnanırsan ki, bu maşını da satılığa qoymuşam. İbrahim: -Ruslan dedi ki, Nizami nizami maşını sürürdü. Sən maşını çıxarmısan? Nizami: -ola bilməz. “Lexus”su?. Mənim maşınım bu dəqiqə də Gənclikdədir. Mənim maşınımı sürülmür, salondadır. Onlarla mən işbirliyi görürəm. İbrahim: -onlar bizi aldatdılar ki. maşın Uçardadır, nəbilim nə. Nizami: -Əmi sənin və mənim puluma heç kim dəyə bilməz. Mən istəyirəm ki. pulu bağlayaq, burda işimizi görək. İbrahim: -maman əməliyyat olundu? Nizami: -yox, bugündə şlanq uddurdular, arvad yenə də evdə yatır, bağırsaqda yara var. 20230415-205530 nömrəli səs yazı 31 dəqiqə danışıq vardır. Həmin səs yazısında aşağıdakı formada danışıq aparılmışdır; İbrahim: -nə olacaq bunun axırı? Nizami: mən dirəşdim ki, pulu qaytar. Onlar da deyir pulu ödə, maşını götür İbrahim: X5 nə oldu? Nizami: polis deyir dovernis gəlməyənədək maşın polisdən çıxmayacaq İbrahir: başa düşmədim. Nizami: notarius əlavə 2000 manat istəyir. Mən də dedim ki, 3000 bir, 2000 bir verib, maşını 5000 manata almışam. İbrahim: mən sənə verdiyi pulun qədərini bilirsən? Nizami: 5000 birdi, 3000, 2600 bir, 3800 manat, cəmi 11500 manat İbrahim: Nizami 19 gündü səni gözləyirəm. Mənim yerimə sən olsan neynəyərsən? Nizami: səndən qabaq 5000 verib X5 qapıya gətirmişəm İbrahim: sən gətirdin həyətimə Rent-A-Cardan şeyi.... Nizami: bu şərəfsizlər elədi də İbrahim: mən səni qorumasaydım, Rent-A-Carın uşaqları səni nə edərdilər Nizami:onu bildim. O, mənim səhvimdir. Sən mənə dəstək ver, məni çıxart vəziyyətdən İbrahim: 19 gilndü, dedin ev var, maşın var əlimdə. Nizami: sata bilmədim, Rang Rover yenə gələcək sənin qapına, mən onlara pul ödəməsəm ortada o pul batar. Məni batıracaqlar, dəstək ver çıxım burdan İbrahim: gətirib 200.000-lik Rang Roveri soxmusan həyətə, uşaq dedi ki 130.000 dollardı bu Nizami: mənə dəstək ver. Bu 20 gündə evimi satışa çıxarmışam, nə var ki. dədəm ayağa dursun. Turbo.az-dan “Xəzər”i çıxarmışam, pul verən yoxdu. İbrahim: Pul haradan tapım verim. Nizami: əgər sənə atmaq istəsəydim qapımı sənə göstərməzdim. İbrahim: dedim ki, Qurana əl basaq, kişi kimi işləyək. Sən X5 dedin ki, bunun heç bir heç bir problemi yoxdur, bir dənə notariusa pul verəcəyik Nizami: X5-in 1000 manat cəriməsini sildirmişəm, polis dedi ki, dovernisi göstər gəl apar. Mən dedim ki, söküm aparım, icazə vermədilər. İbrahim: X-in yiyəsi hardadır? Nizami: bilmirəm, türmədədi. yoxsa dispanserdədir. Elə bil o maşını satıb Gəncəlilərə. O. damarına mal soxanda tutublar, notarius da deyir ki. bunun pasportunun vaxtı keçib, buda Ukrayna vətəndaşıdır. İbrahim: sən bunu vaxtında niyə demədin mənə, sən mənə X11-A-Cardan satmısan. Nizami: mən səhvimi boynuma alıram da, sənə demədim. İbrahim: nizami mənim pulumu qaytar, kişi kimi ayrılaq Nizamiısən deyirsən mən yoxam. Düzək qoşaq maşını götürək sataq, gedək Qurana əl basaq düzüb qoşaq, anamın qıldığı namaz haqqı yalan demişəm, mən düzüb qoşacam qalanını. İbrahim: deyirsən ki, orada maşın var? Nizami: var İbrahim: tutaq ki var. Gətirəcəksən o yalan olacaq Rang Rover kimi. Nizami: olmayacaq. Sənədsiz maşındı. erməni maşınıdı. Sənədsiz maşının pulunu tam alırlar, satarıq, pulunu götürərsən. İstəsən çəkilərsən kənara, istəsən işləyərik, qeyrətinə lənət mən sənə pul atmıram.” Məhkəmə iclasında həmin diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan səsyazıları xx.xx.2024-cü il tarixli protokola uyğundur. xx.xx.2024-cü il tarixli “Materialın cinayət işinə əlavə edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material ********* saylı cinayət işinə birləşdirilmişdir. Cinayət işi materiallarının 1-ci cildinin, 119-cu vərəqində olan qəbzdən və bank kartınının şəklindən görünür ki, Təqsirləndirilən şəxs məxsus karta Zərərçəkmiş şəxs2 tərəfindən 250 AZN köçürülmüşdür. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və əlavə edilmiş foto-şəkildən görünür ki, Zərərçəkmiş şəxs1 pulları ünvan 7 ünvanında Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolunda görünrü ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sonuncunun üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolunda görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sonuncunun üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** saylı GSM nömrəsi Təqsirləndirilən şəxs, ***-***-**-** saylı GSM nömrəsinin isə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 övladı X2 adınadır. Danışıq bölməsinə baxış keçirilən zaman müəyyən eilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi xx.xx.2023-cii il tarixdən xx.xx.2023-cii il tarixədək olan müddətdə 157 dəfə qarşılıqlı danışıq aparmışdır. Antena bölməsinə baxış keçirilən zaman müəyyən eilmişdir ki. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə danışıq apardığı zaman xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023,xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023. xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Bakı səhəri Binəqədi rayonu 1-ci Mədən və Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK Yolu 10-cu döngə ünvanlarında yerləşən Azercell MMC-yə məxsus antenanın əhatəsində olması müəyyən edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC tərəfindən verilmiş həmin diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə təqdim edilmiş məlumatlar xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokolla uyğunluq təşkil edir. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və əlavə edilmiş foto-şəkildən görünür ki, Təqsirləndirilən şəxs Range Rover markalı avtomobili icarəyə götürdüyü ünvan 10 ünvanı və həmçinin Zərərçəkmiş şəxs1 pulları aldığı ünvan 7 ünvanını göstərmişdir. xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və əlavə edilmiş foto-şəkildən görünür ki, Zərərçəkmiş şəxs2 300 manat pulu mobil tətbiqlə köçürdüyü Bakı şəhəri, Binəqədi rayonu, MirCəlal küçəsi ev 63 ünvanını əyani göstərmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə apardığı səs yazışı köçürülmüş 1 ədəd CD disk, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 250 manat pulun mobil tətbiqlə köçürülməsini təqdiq edən 01 ədəd fotoşəkil, Azercell MMC-dən mobil məlumatlar köçürülərək təqdim edilmiş 01 ədəd CD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi subut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə CPM 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü Fərid Həsənov və xx.xx.2008-ci il təvəllüdlü Fuad Həsənov adlı övladları vardır. Təqsirləndirilən şəxsin azadlığının məhdudlaşdırılmasına dair prosessual sənədlər: xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsinə imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən əsaslı hesab edilməmiş, Təqsirləndirilən şəxs saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli, 1(001)-114/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Vurulmuş ziyandan ödəniş edilməsi barədə sənədlər: xx.xx.2024-cü il tarixli “Pulun istintaq orqanına təqdim edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3000 (üç min) manat vurulmuş ziyandan ödəmək məqsədi ilə istintaq orqanına təqdim etmişdir. xx.xx.2024-cü il tarixli “Pulun istintaq orqanına təqdim edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1000 (min) manat vurulmuş ziyandan ödəmək məqsədi ilə istintaq orqanına təqdim etmişdir. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsin anası X5 tərəfindən ona 1600 manat məhkəmə iclasında ödənilmişdir. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, təqsirləndirilən şəxsin anası X5 tərəfindən ona 1600 manat məhkəmə iclasında ödənilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyan ödənildiyini, ona qarçı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. (3-cü bənd); Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. (30-cu bənd); Məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. (35-ci bənd); Məhkəmə Təqsirləndirilən şəxs 2-ci epizod üzrə – Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətinin törədilməsi faktı üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə isə tənqidi yanaşır və bu ifadəni özünü müdafiə xarakterli hesab edir. Belə ki, təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, zərərçəkmişə “Opel” markalı nəqliyyat vasitəsini ilkin 1500 manat ödəniş müqabilində aylıq 450 manat ödəmə şərti ilə icarəyə verməsi barədə razılıq əldə olunmuş, lakin zərərçəkmiş yalnız 600 manat (300 nağd və 300 köçürmə yolu ilə) ödəmişdir. Həmçinin təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 600 manat ona geri qaytarılmış və nəticədə heç bir ziyan yaranmamışdır. Lakin məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs2 həm ibtidai istintaq mərhələsində, həm də məhkəmə istintaqında dəyişməz, ardıcıl və iş materialları ilə uyğunluq təşkil edən ifadələr verdiyini, təqsirləndirilən şəxsin ona avtomobilə aid aidiyyəti sənədləri təqdim etmədiyini, avtomobili cəmi 2 gün istifadə etdikdən sonra geri alındığını, daha sonra əlavə pul tələbi ilə qarşılaşdığını, lakin buna baxmayaraq avtomobilin qaytarılmadığını və yalnız polisə etdiyi şikayətdən sonra etdiyi ödənişin geri qaytarıldığını göstərdiyini nəzərə alır. Ödənilmiş məbləğin geri qaytarılması yalnız polisə edilən şikayətdən sonra baş vermiş və bu hal, təqsirləndirilənin ilkin niyyətinin vəsaitin ələ keçirməkdən ibarət olduğunu göstərmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin epizod üzrə özünü təqsirli bilməməsi– özünü cinayət məsuliyyətindən yayındırmaq məqsədilə verilmiş, sübutlarla təsdiqlənməyən və təkzib olunan bir ifadədir. Məhkəmə zərərçəkmiş şəxsə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadə iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirlənirilən şəxsin özünün qismən etirafedici ifadəsinin, zərərçəkmiş şəxslərin ifadələrinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə, digər Zərərçəkmiş şəxs1 vurulmuş 11400 manat ziyandan 5500 manat ziyanın ödnilməsini CM-nin 59.1.4-cü maddəsinə, etdiyi əməldən peşmançılıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığını, zərərçəkmiş şəxslərdən birinə vurulmuş ziyanın tam ödənilməsini, digər zərərçəkmişə qismən ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən də islah etmək və cəzanın məqsədlərinə nail olmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, habelə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə olduğu müddət həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, onun barəsində” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə apardığı səs yazısı köçürülmüş 1 ədəd CD disk, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 250 manat pulun mobil tətbiqlə köçürülməsini təsdiq edən 01 ədəd fotoşəkil, Azercell MMC-dən mobil məlumatlar köçürülərək təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM-132). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, ev 115 V ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 33 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 213 (iki yüz on üç) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, habelə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay, 16 (on altı) gün olmaqla ümumilikdə 1 (bir) ay, 18 (on səkkiz) gün müddət həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 8 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9, ev 115V ünvanında yerləşən yaşayış yerini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və cəzanın icrası onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə apardığı səs yazısı köçürülmüş 1 ədəd CD disk, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 250 manat pulun mobil tətbiqlə köçürülməsini təqdiq edən 01 ədəd fotoşəkil, Azercell MMC-dən mobil məlumatlar köçürülərək təqdim edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 213 (iki yüz on üç) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-114/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-114/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver