Məhkəmə qərarları › İş №1(001)-115/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-115/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-115/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, Məhkəmə iclas katibi Novruzova Cəmilə Davud qızının katibliyi, Dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Laçın rayonunun Mişni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, işləməyən, Laçın rayonu, Mişni kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, , Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2020-ci ilin iyun ayında tanıdığı Zərərçəkmiş şəxs ilə danışdıqda sonuncunun ailə üzvləri ilə birlikdə kirayədə yaşadığını və güzəştli şərtlərlə sosial evlərdən mənzil almaq istədiyini bildikdə Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məcburi köçkün olmamasına baxmayaraq hissə-hissə ödəmək şərti ilə cəmi 10000 manat civarında pulun müqabilində ən uzağı 2020-ci ilin sentyabr ayına qədər Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsində işləyən tanışının vasitəsi ilə məcburi köçkünlər üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa edilən çoxmərtəbəli «Qobu Park» adlanan yeni yaşayış kompleksindən təmirli, dörd otaqlı mənzil təşkil edilməsinə nail olacağına dair yalan vədlər verərək Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, Zərərçəkmiş şəxs ona inanıb razılaşdıqdan sonra o, həmin yalan vədlərinə inanmış Zərərçəkmiş şəxs ilkin olaraq 500 manat məbləğində pulu 2020-ci ilin iyun ayının ikinci on günlüyündə ünvan 2 ünvanda yerləşən sonuncunun işlədiyi tədris mərkəzində, bundan sonra cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 2500 manat məbləğində pulu 2020-ci ilin iyun ayının sonlarında ünvan 3 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş idarəsinin inzibati binasının qarşısında, bundan sonra cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 1500 manat məbləğində pulu 2020-ci ilin iyul ayının birinci on günlüyündə yenə də, ünvan 2 ünvanda yerləşən tədris mərkəzində,bundan sonra cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 1500 manat məbləğində pulu 2020-ci ilin iyul ayının ikinci on günlüyündə yenə də, ünvan 3 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş idarəsinin inzibati binasının qarşısında, bundan sonra cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 1300 manat məbləğində pulu 2020-ci ilin avqust ayının birinci on günlüyündə ünvan 4 ünvanında yerləşən «Üzeyir» şadlıq sarayının qarşısında, bundan sonra cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 703 manat kimi qiymətləndirdiyi Zərərçəkmiş şəxs məxsus **********60835 və **********80834 iki imei kodlu, “X11 9 Pro 6» markalı, 64 GB-lıq mobil telefon aparatını 2020-ci ilin avqust ayının sonuncu on günlüyündə eyni məkanda, bundan sonra cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 1500 manat məbləğində pulu 2020-ci ilin avqust ayının sonunda ünvan 2 ünvanda yerləşən tədris mərkəzinin qarşısında, bundan sonra cinayət əməllərinə davam edərək eyni vədlərlə daha 1200 manat məbləğində pulu 2020-ci ilin sentyabr ayının birinci on günlüyündə yenə də, ünvan 4 ünvanında yerləşən «Üzeyir» şadlıq sarayının qarşısında şəxsən təhvil alaraq ələ keçirdikdən sonra, cinayət əməllərinə davam edərək 2020-ci ilin oktyabr ayının əvvəllərində təşkil edəcəyi mənzillə əlaqədar sənədləşmə işləri üçün əlavə ödəniş də edilməli olduğunu Zərərçəkmiş şəxs yalandan bildirib həmin vədlərlə sonuncudan daha 30 manat məbləğində pulu 2020-ci ilin oktyabr ayının birinci on günlüyündə yenə də, ünvan 2 ünvanda yerləşən tədris mərkəzində şəxsən götürməklə, Zərərçəkmiş şəxs həmin vədlərlə ümumilikdə 10733 manat məbləğində əmlakı vahid niyyətlə alıb ələ keçirmiş, Zərərçəkmiş şəxs heç bir mənzil təşkil etməyərək həmin pul və əmlakı şəxsi ehtiyac və məsrəflərinə sərf edib etibardan sui- istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 10733 (on min yeddi yüz otuz üç) manat məbləğində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi iş yeri yoxdur, fərdi qaydada tikinti yerlərində günəmuzd fəhləlik edirmiş. 2020-ci ilin may-iyun aylarında o, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mirkrorayon, Mir Cəlal küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisində fəhlə kimi işləyirmiş. Həmin vaxtı tikinti apardığı obyektin kənarında yerləşən tədris mərkəzində işləyən Zərərçəkmiş şəxs ilə təsadüfən tanış olmuşdur. O, Çəmənə özünü «Ruslan» kimi təqdim etmişdir. Söhbət əsnasında ona məlum olmuşdur ki, Çəmən özünə ev almaq istəsə də buna maddi imkanı çatmadığından ev ala bilmir. Həmin vaxtı Çəmənin haradasa 10000 manat pul düzəldə biləcəyini bilib onu aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. O, bilirmiş ki, Çəmən məcburi köçkün deyil. Söhbət əsnasında o, Çəmənə yalandan demişdir ki, guya onun «Qaçqınkom» kimi də adlanan Azərbaycan Respublikası Qaçqınlar və X4 üzrə Dövlət Komitəsində tanışı var, həmin tanışı müəyyən məbləğdə pulun müqabilində məcburi köçkün olmayan şəxslər üçün də məcburi köçkünlərdən ötrü Qaradağ rayonunda dövlət proqramı çərçivəsində inşa olunan çoxmərtəbəli “Qobu Park” adlanan yaşayış kompleksindəki binaların birindən mənzil təşkil edə bilir. Onun üçün dörd otaqlı mənzili hissə- hissə ödəmək şərti ilə 10000 manata təşkil edə bilər. 10000 manatdan da əlavə 500-600 manat xırda xərcləri də çıxacaqdır. O, Çəmənə ümumi şəkildə yalandan bildirmişdir ki, evi özü tanışının vasitəsi ilə təşkil edəcəkdir, Çəmənə heç bir ad çəkməmişdir. Çəmən ondan sənədləşmənin hansı qaydada olacağını soruşduqda o Çəmənə demişdir ki, 10000 manat pulu mənzilə köçənə qədər hissə-hissə də ödəyə bilər, mənzili ya Çəmənin özünün, ya da ki, övladının adına təşkil edəcəkdir, bu qaydada alınmasa mənzili əslən Laçın rayonundan olan məcburi köçkün anası X2 adına təşkil edib notarial qaydada onun mülkiyyətinə keçirəcəkdir. O, həmin ərəfədə Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksindəki binalarda hərdən qeyri-rəsmi fəhləlik edirmiş, buna görə bilirmiş ki, həmin mənzillər məcburi köçkünlər üçün tikilir və dövlət tərəfindən onlara heç bir ödəniş olmadan 2020-ci ilin təxminən avqust-sentyabr aylarına qədər tikintisi başa çatıb təqdim olunacaqdır. Ona görə o, Çəmənə mənzilin 2020-ci ilin avqust-sentyabr aylarına təqdim olunacağını bildirmişdir. Çəmən ona inanıb razılaşdıqdan sonra həmin pulu vermək qərarına gəlmişdir. 2020-ci ilin iyun ayının ikinci on günlüyündə o, Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrarayon, Mir Cəlal küçəsində yerləşən tədris mərkəzində Zərərçəkmiş şəxs mənzilin təşkili ilə bağlı verdiyi həmin yalan vədlə əlaqədar ilkin olaraq 500 manat pul almışdır. Bundan başqa o, Çəməndən özünün və qızının şəxsiyyət vəsiqələrinin surətlərini də götürmüşdür. Çəmənə yalandan bildirmişdir ki, 500 manatı verəcəkdir ki, ev alınmasından ötrü sənədləşmə işlərinə başlanılsın və ona demişdir ki, pulun qalanını da hazırlasın. Həmin 500 manatı Çəmənə vəd verdiyi mənzilin təşkili ilə bağlı işlərə görə deyil şəxsi məsrəflərinə, ehtiyaclarına sərf etmişdir. Bundan bir neçə gün sonra, yəni 2020-ci ilin iyun ayının sonlarında Çəmənlə zəngləşib Yasamal rayonu ərazisində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin binasının qarşısında görüşərək ondan mənzil təşkil etmək adı ilə verdiyi vədlə əlaqədar daha 2500 manat pul almışdır. Həmin 2500 manat pulu da Çəmənə vəd verdiyi mənzillə bağlı deyil şəxsi məsrəflərinə sərf etmişdir. Bundan sonra 2020-ci ilin iyul ayının birinci on günlüyündə Çəmənlə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən tədris mərkəzində görüşüb ondan mənzillə bağlı verdiyi vədlə əlaqədar daha 1500 manat pul almışdır. Həmin 1500 manat pulu da şəxsi məsrəflər və ehtiyaclarına sərf etmişdir.Bundan sonra 2020-ci ilin iyul ayının ikinci on günlüyündə Çəmənlə "xxxx" X5 binasının qarşısında görüşüb ondan mənzillə bağlı verdiyi vədlə əlaqədar daha 1500 manat pul almışdır. Həmin 1500 manat pulu da şəxsi məsrəflər və ehtiyaclarına sərf etmişdir. 2020-ci ilin avqust ayının birinci on günlüyündə Çəmənlə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsinin yaxınlığında olan “Üzeyir” şadlıq evinin qarşısında görüşüb ondan mənzillə əlaqədar verdiyi vədlə bağlı daha 1300 manat pul alıb həmin pulu da, şəxsi ehtiyac və məsrəflərinə sərf etmişdir.Həmin ərəfədə Çəməni inandırmaq üçün həmin vaxtı fəhlə kimi işlədiyi “Qobu Park” yaşayış kompleksindəki hazırda xatırlamadığı mənzillərin birini mobil telefonuna çəkib «Whatsapp» tədbiqi vasitəsilə Çəmənə göndərmişdir ki, ona təşkil etdiyi mənzil eynilə bu qaydada olacaqdır. 2020-ci ilin avqust ayının sonlarına yaxın o, Çəmənə demişdir ki, narahat olmasın, sentyabr ayında mənzil ona təhvil veriləcəkdir, sadəcə 10000 manatı verib bitirmək lazımdır. 2020-ci ilin avqust ayının sonlarına yaxın günlərdə Çəmən onunla Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrarayon, Mir Cəlal küçəsində yerləşən “Üzeyir” şadlıq sarayının qarşısında görüşüb ona bir ədəd yeni vəziyyətdə iki imei kodlu “X11 9” markalı mobil telefon aparatı verib bildirmişdir ki, həmin telefonu 703 manata almışdır, telefonu 703 manata satıb onun mənzilinə görə ödənişə versin, o da Çəmənə bildirmədən həmin telefonu bir neçə gün 051 *** ** ** saylı mobil telefon nömrəsində istifadə edib bir ay sonra «20 yanvar» dairəsi tərəfdə xatırlamadığı mağazalardan birinə 400 manata satıb həmin pulu Çəmənin mənzilinə görə deyil, öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan sonra 2020-ci ilin avqust ayının sonunda o, Çəmənlə onun 9-cu mikrorayon, Mir Cəlal küçəsindəki iş yerinin qarşısında görüşüb, vəd verdiyi mənzilin təşkili ilə bağlı ondan daha 1500 manat pul almışdır. Həmin 1500 manat pulu da Çəmənə verdiyi vədlə bağlı deyil, özünün şəxsi məsrəflərinə sərf etmişdir. Daha sonra 2020-ci ilin sentyabr ayının birinci on günlüyündə o, Çəmənlə yenə də, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən “Üzeyir” şadlıq evinin qarşısında görüşüb ondan daha 1200 manat pul almışdır. Həmin pulu da şəxsi məsrəflərinə sərf etmişdir. Beləliklə o, Qaçqınkom kimi də adlanan Qaçqınların və X4 Üzrə Dövlət Komitəsində tanışının vasitəsilə 2020-ci ilin avqust-sentyabr ayına qədər Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün inşa olunan binadan dörd otaqlı mənzil təşkil edəcəyinə dair yalan vədlər verib ondan bildirdiyi kimi hissə-hissə olaraq 2020-ci ilin iyun ayından həmin ilin oktyabr ayının əvvəllərinə qədər olan müddətdə cəmi 10733 manatlıq pul və telefon almışdır. Həmin pulları o, şəxsi xərclərinə sərf etmiş, heç kimə verməmiş, özü üçün müxtəlif geyim paltarları almış, əyləncəli həyat keçirmişdir. Çəmənə mənzil təşkil etmək üçün heç bir iş görməmiş, heç kimə şifahi və yazılı qaydada müraciət etməmiş,yəni bu istiqamətdə heç bir iş görməmişdir. Bundan sonra vaxtı uzatmağa başlamış, əvvəlcə hər şeyi muharibə ilə əlaqələndirmiş, daha sonra yalandan deyirmiş ki, guya Covid-19 pandemiyası ilə əlaqədar X4 Üzrə Dövlət Komitəsinin işçiləri işə çıxmırlar. Daha sonra Çəmən ona demişdir ki, pulu kimə veribsə adını desin, pulu ondan özü alacaqdır. O da artıq Çəməndən aldığı pulları xərclədiyindən ona əvvəlcə demişdir ki, biraz vaxt versin, daha sonra Çəmən israrla tələb etdiyindən ona pulu qaytaracığını bildirmişdir. Vaxt udmaq üçün Çəmənin 055 749 46 00 və 051 610-la başlayan mobil telefon nömrələrinə yalandan istifadəsində olan 099 342 00 41 və 051 610 30 41 saylı mobil telefon nömrələri ilə yazırmış ki, guya karta pul yüklənəcəkdir, guya poçt vasitəsi göndərəcəkdir. Daha sonra Çəmən ona «whatsapp»da yazmışdır ki, ondan prokurorluğa şikayət etməyə gedir və nəhayət ondan şikayət etmişdir. Çəmən sonra bilmişdir ki, onun həqiqi adı Dəyanətdir. O, Çəməni tək aldatmış, ondan aldığı puldan heç kimə, o cümlədən dost-tanışına, Qaçqınkom kimi də adlanan Qaçqınların və X4 Üzrə Dövlət Komitəsində işləyən hər hansı bir şəxsə verməmişdir. Onun X4 Üzrə Dövlət Komitəsində işləyən «Rəşad» adında heç bir tanışı yoxdur, o, Çəmənin yanında «Rəşad» adlı şəxslə telefonla danışmamışdır. O, Çəmənin yanında dəfələrlə özünün başqa işləri ilə əlaqədar müxtəlif şəxslərlə mobil telefonla danışmışdır. Bəlkə onlardan biri ilə danışdıqda Çəmən elə zənn etmişdir ki, onun işini danışır. O, Çəmənin işi ilə əlaqədar hər hansı bir şəxslə Çəmənin yanında və ya ümumiyyətlə mobil telefonla danışmamışdır. Belə hal olmamışdır. O, Çəməni sırf özü üzbəüz aldadıb pulunu almışdır. Ona ümumi şəkildə demişdir ki, onun üçün mənzili X4 Üzrə Dövlət Komitəsində işləyən tanışlarının vasitəsilə təşkil edəcəkdir. Heç bir ad çəkməmiş, Çəməni tək aldadıb pulunu tək almış və tək xərcləmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin yay aylarında işlədiyi ünvan 2 ünvanda yerləşən tədris mərkəzi “Afina” adlanırmış. Hazırda həmin mərkəz eyni ünvanda qonşu ofisdə yerləşir. O, uzun müddətdir ki, ailə üzvləri ilə bərabər kirayədə yaşayır. Əvvəllər özünə sərfəli ipoteka şərtləri ilə mənzil almaq üçün bacısı Sevənin adından müvafiq təşkilatlara müraciət etsə də, mənzil ala bilmirmiş. Maraqlandıqda onlara deyirmişlər ki, həmin sosial evlər üçün növbə çox olur, ev satışa çıxarılan kimi alınır. Satışa çıxarılan evdən tez xəbərdar olmaq üçün güclü kompüter mühəndisinə ehtiyac var. Həmin mütəxəssis o dəqiqə satışa çıxarılan evə reaksiya verib, evi almaqda yardımcı ola bilər.Təqsirləndirilən şəxs 2020-ci ilin təxminən may ayından tanıyır. Dəyanət əvvəl adını ona «Ruslan» deyirmiş, o da Dəyanətə «Ruslan» deyə müraciət edirmiş. Dəyənətin onu aldatdığını anladıqdan sonra o, Dəyanətlə maraqlanmış və ona məlum olmuşdur ki, onun həqiqi adı Dəyanətdir, yəni Təqsirləndirilən şəxsdur. Belə ki, Dəyanət onun işlədiyi tədris mərkəzinin yaxınlığındaki tikintidə işləyirmiş və mərkəzə gəlib-gedirmiş. Söhbət əsnasında ona məlum olmuşdur ki, Dəyanətin kompüter texnikasından anlayışı da var. O, Dəyanətlə 2020-ci il iyun ayının əvvəllərində iş yerində danışdıqda Dəyanətə sərfəli şərtlərlə ipotekayla ev almaq istədiyini, həmin evi almaq üçün növbə götürməkdən ötrü güclü kompüter mütəxəssisinə ehtiyacının olduğunu bildirdikdə, sonuncu ona demişdir ki, bu işlərdən xəbərdardır, tanış kompüter mütəxəssisləri var, ona vaxtında sərfəli şərtlərlə ipoteka ilə ev almaqda yardımcı ola bilər. O, Dəyanətə inanıb razılaşdıqda Dəyanət ona demişdir ki, həmin tanış mütəxəssisi onu ev almaq üçün 500 (beş yüz) manata növbəyə saldıracaqdır. Həmin 500 (beş yüz) manatı mütəxəssis özünə zəhmət haqqı kimi götürəcək və evlər satışa çıxan kimi alıcı olaraq onun adını tez növbəyə saldıracaqdır. Dəyanət həmin söhbət zamanı həmçinin ona demişdir ki, ona başqa cürə də köməklik də edə bilər, onun «Qaçqınkom» kimi də adlanan Qaçqınların və X4 üzrə Dövlət Komitəsində vəzifədə işləyən «Rəşad» adında tanışı var, həmin «Rəşadın» vasitəsi ilə ona məcburi köçkünlər üçün tikilən sosial çoxmərtəbəli yaşayış binasından onun istədiyi sahədə mənzil təşkil edə bilər. Dəyanət ona demişdir ki, ipoteka ilə ev götürəndə o, ilkin olaraq 3000-5000 manat, iyirmi-otuz il ərzində də hər ay 200-300 manat pul ödəməlidir, topladıqda mənzilə görə 100000 (yüz min) manatdan çox pul verməlidir. Təklif etdiyi məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərdən isə ona 10000 (on min) manat pula dörd otaqlı mənzil təşkil edə bilər. 10000 (on min) manatdan əlavə heç bir ödənişə ehtiyac qalmayacaqdır. Həmin mənzillər məcburi köçkünlər üçün Qaradağ rayonu ərazisində tikilir, «Qobu park» adlanır, həmin parkda məcburi köçkünlər üçün bir neçə çoxmərtəbəli binadan ibarət kompleks tikilir və həmin mənzillər məcburi köçkünlərə dövlət proqramı çərçivəsində ödənişsiz verilir. «Qaçqınkom» kimi də adlanan Qaçqınların və X4 üzrə Dövlət Komitəsi həmin ödənişsiz qaydada verilən mənzillərdən bir neçəsini müəyyən pulun müqabilində tanışları vasitəsi ilə satır. «Rəşad» adlı tanışı da «Qaçqınkom» kimi də adlanan Qaçqınların və X4 üzrə Dövlət Komitəsində işləyir, bu işləri görənlərdən biridir, Rəşadın vasitəsi ilə qaçqınlar üçün nəzərdə tutulan binadan ona 10000 (on min) manat pul müqabilində dörd otaqlı mənzil təşkil edə bilər. Həmin mənzil təmirli olacaq, artıq binalar hazırdır, ona pulu versə həmin ilin avqust ayının əvvəlinə qədər ona təşkil etdiyi mənzilə ailəsi ilə köçəcəkdir. Dəyanət onun və ailə üzvlərinin məcburi köçkün olmadığını onunla danışıq zamanı öyrəndikdə ona demişdir ki, evi çalışıb hər-hansı bir yolla onun və ya ərinin adına təşkil edər, alınmasa bir neçə variantı olacaq, onlardan biri guya qızını xəstə kimi sənədləşdirib qızının adına təşkil edəcək, ya da ki, məcburi köçkün olan anasının adına evi təşkil edib sonradan notarial qaydada onun adına keçirəcək, ya da ki hər hansı bir qaçqın qohumunun adına həmin evi təşkil edib sonradan notarial qaydada onun və ya ailə üzvlərinin adına keçirər. Dəyanət ona bildirmişdir ki, «Qaçqınkom» kimi də adlanan Qaçqınların və X4 üzrə Dövlət Komitəsi bu işləri yaxşı bilir, pul verdikdə özləri hər şeyi həll edib notarial qaydada pulu verən adam kimi evi gətirib ona təqdim edəcəklər. O, həmin söhbət əsnasında Dəyanətə hazırda əlində 10000 manat pulunun olmadıqını bildirdikdə Dəyanət ona demişdir ki, həmin 10000 manat pulu mənzilə köçənədək bir ay ərzində hissə-hissə ödəyə bilər. Dəyanət həmin məbləğdən əlavə ondan yalnız özü ilə qızının şəxsiyyət vəsiqələrinin surətlərini istəmişdir. Demişdir ki, evi ya onun, ya da ki, övladı X1 adına təşkil edəcəkdir. Hətta həmin vaxtı Dəyanət onun yanında bir nəfərə zəng edib telefonda demişdir ki, ona məcburi köçkünlər üçün nəzərdə tutulmuş binadan ev təşkil etmək istəyir. Dəyanət telefonu qapadıb ona demişdir ki, danışdığı şəxs «Qaçqınkom» kimi də adlanan Qaçqınların və X4 üzrə Dövlət Komitəsində işləyən Rəşaddır. O, şəxsən həmin Rəşadla telefonla danışmamış, həmin şəxsə Dəyanət zəng etmiş, həmin şəxsin telefon nömrəsini görməmişdir. O, Dəyanətə inanıb razılaşmışdır. Həmin danışıqdan bir neçə gün sonra, yəni 2020-ci ilin iyun ayının ikinci on günlüyündə, səhv etmirsə ayın 18-də, günorta saatlarında ünvan 5 ünvanda yerləşən «Afina» tədris mərkəzinin binasında o, Dəyanətlə görüşüb ona 500 (beş yüz) manat pul və özü ilə qızının şəxsiyyət vəsiqələrinin sürətlərini vermişdir. Həmin 500 manatı Dəyanət ona ya ipoteka ilə ev almaq üçün növbə götürməkdən ötrü kompüter mütəxəssisinə verməliydi, ya da ki, məcburi köçkünlərin binasından ev təşkil etmək üçün ödəniş kimi bilirdiyi 10000 manat puldan çıxmalı idi. O,hər iki varianta razılıq vermişdir. Təxminən iki-üç gün sonra Dəyanətlə görüşdükdə Dəyanət ona demişdir ki, ipoteka ilə ev alınmır, onun üçün vəd verdiyi kimi 10000 (on min) manata məcburi köçkünlər üçün tikilən binadan dörd otaqlı mənzil təşkil edəcəkdir. O da bir daha razılıq vermişdir. Bu qaydada aralarında razılaşma olduqdan sonra Dəyanətə demişdir ki, pulun qalanını hissə-hissə qısa müddət ərzində ödəyəcəkdir. Bundan sonra 2020-ci ilin iyun ayının son günlərində, səhv etmirsə 30-da günorta saatlarında Dəyanətlə zəngləşib ünvan 6 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş idarəsinin binasının qarşısında görüşmüşlər və orada o, Dəyanətə məcburi köçkünlər üçün binadan dörd otaqlı mənzil təşkil etməsindən ötrü əlavə olaraq 2500 (iki min beş yüz) manat da pul vermişdir. Bundan sonra 2020-ci ilin iyul ayının birinci on günlüyündə, səhv etmirsə 5-də Dəyanətlə işlədiyi Binəqədi rayonundaki tədris müəssisəsində görüşüb ona həmin mənzili təşkil etməsindən ötrü əlavə olaraq 1500 (min beş yüz) manat, 2020-ci ilin iyul ayının ikinci on günlüyündə, səhv etmirsə 11-də Dəyanətlə zəngləşib yenə də ünvan 6 ünvanda yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Baş idarəsinin binasının qarşısında görüşüb ona təkrarən 1500 (min beş yüz) manat da pul vermişdir. Həmin günə artıq o, Dəyanətə 6000 (altı min) manat pul vermişdir. Dəyanət həmin pulları aldıqda deyirmiş ki, guya pulları Rəşada verir, işlər gedir, dediyi variantlardan birində mənzili ona təşkil edəcəkdir. «Qaçqınkom» kimi də adlanan Qaçqınların və X4 üzrə Dövlət Komitəsindən ona demişlər ki, mənzili ya onun adına təşkil ediləcəklər, ya da ki qaçqın kimi onun anasının adına təşkil edilib notarial qaydada ona veriləcəkdir. Həmin ərəfədə Dəyanət ona demişdir ki, mənzillərin verilməsi avqust ayının axırına qədər uzanacaq, çünki dövlət rəhbərliyi tərəfindən açılışlar olacaq və bundan sonra mənzillər təqdim olunacaqdır. Bu da 2020-ci ilin avqust ayının sonunda baş verəcəkdir. Yəni onun avqust ayının sonuna qədər vaxtı var. 08 avqust 2020-ci il tarixdə o, Bakı şəhəri, 3-cü mikrorayon dairəsində yerləşən köçərli Ramin İsa oğluna məxsus "xxxx" MMC adlanan lombarda qızıllarını girova qoyub lombarddan əvvəlcə 585 manat, 10 avqust 2020-ci il tarixdə həmin lombarda digər qızıllarını girova qoyub daha 560 manat kreditə pul götürmüşdür. Həmin pulları üst-üstə qoyub 2020-ci ilin avqust ayının birinci on günlüyündə, yəni səhv etmirsə elə avqust ayının 10-da işlədiyi tədris mərkəzinin yaxınlığındaki Mir Cəlal küçəsi 324 ünvanında yerləşən «Üzeyir» şadlıq sarayının qarşısında Dəyanətlə görüşüb 10000 (on min) manat puldan qalan 1300 (min üç yüz) manat da pul vermişdir. 2020-ci ilin avqust ayının ortalarında Dəyanət ona dörd otaqlı bir mənzilin videosunu çəkib Whatsapp tətbiqi vasitəsilə 055 749 46 00 saylı telefon nömrəsinə atıb bildirmişdir ki, guya bu onun üçün təşkil olunmuş mənzildir, dediyi vaxta mənzili ona təqdim edəcəkdir. Həmin mənzilin bütün otaqlarını Dəyanət çəkib ona atmışdır. Mənzil dörd otaqlı idi. Mənzilin hansı binada yerləşdiyi o, çəkilişdən görə bilməmişdir. Bundan sonra 24 avqust 2020-ci il tarixdə o, "xxxx" MMC “Kontakt Home” 33 mağazalar şəbəkəsinin «Nəsimi» metrostansiyasının yaxınlığındakı filialından 703 manat dəyərində olan **********60835 və **********80834 iki imei kodlu, “X11 9 Pro 6» markalı, 64 GB-lıq mobil telefon aparatını almış, həmin telefonu səhv etmirsə elə həmin günü təzə vəziyyətdə qutunun içərisində, qarantiya sənədləri ilə bərabər «Üzeyir» şadlıq sarayının qarşısında Dəyanətə vermişdir. O, həmin telefonu Dəyanətə 703 manat kimi hesablayıb vermişdir ki, Dəyanət telefonu satıb mənzilə görə onun adından pulu versin. Bundan sonra 2020-ci ilin avqust ayının sonuncu on günlüyündə o, Dəyanətlə zəngləşib ona əlavə olaraq, məcburi köçkünlər üçün nəzərdə tutulan binadan ona mənzil təşkil etməsi üçün işlədiyi tədris mərkəzinin qarşısında 1500 manat pul vermişdir. Daha sonra 2020-ci ilin sentyabr ayının birinci on günlüyündə, səhv etmirsə 5-də o, Dəyanətlə zəngləşdikdə Sumqayıt şəhərində olduğunu və ona əlavə olaraq 1200 manat da pul vermək istədiyini bildirmişdir. Həmin vaxtı Dəyanət onunla zəngləşib Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Sumqayıt Avtovağzalının qarşısında 1200 manat da pul vermişdir. Dəyanət evin təşkilini 2020-ci ilin sentyabr ayının sonuna qədər uzatmış və sentyabr ayının sonunda 2ci Qarabağ döyüşləri başlamışdır. Artıq eşitmişdir ki, müharibədən sonra qaçqınlar öz yerlərinə qayıdacaq və onlar üçün nəzərdə tutulan evlər onlardan geri alınacaqdır. Bununla bağlı o, Dəyanətlə danışdıqda Dəyanət ona demişdir ki, ona əlavə olaraq 80 manat pul versə, o elə edər ki, həqiqətən qaçqınlara evlər verilməsə adı siyahıdan çıxarılacaq və verdiyi pul ilə bərabər sənədlər ona qayıdacaqdır, əks halda onun adı da mənzilləri əllərindən alınan qaçqınların siyahısında olacaqdır, pulunun qayıtmaması təhlükəsi ola bilər. O, Dəyanətə buna görə 80 manatın çox olduğunu, əlavə olaraq 30 manat pul verə biləcəyini bildirdikdə Dəyanət razılaşmışdır. Beləliklə o, Dəyanətin həmin vədinə də inanıb ona 2020-ci ilin oktyabr ayının birinci on günlüyündə ünvan 5 ünvanında yerləşən «Afina» tədris mərkəzində 30 manat da pul vermişdir. Beləliklə Dəyanət ondan 2020-ci ilin iyun ayının ikinci on günlüyündən başlayaraq 2020-ci ilin oktyabr ayının birinci on günlüyünə qədər 10733 manatlıq əmlakını, yəni 10030 manat nağd pulunu və 703 manat dəyərində olan mobil telefon aparatını almışdır. Ona vurulan ziyan 10733 manat təşkil etmişdir. Dəyanət sonuncu 30 manat pulu aldıqdan sonra ona demişdir ki, artıq qaçqınlar öz yerlərinə qayıdacaqlar və həmin binadan qaçqınlara evlər verilməyəcəkdir, ondan aldığı 30 manatla gedib işləri həll edib, sənədlərini «Qaçqınkom» kimi də adlanan Qaçqınların və X4 üzrə Dövlət Komitəsindən geri götürmüşdür, pulunu sabah gətirib ona qaytaracaqdır. Lakin Dəyanət onun pulunu qaytarmayaraq vaxtı uzatmaqa başlamış, günün mövzusuna uyğun müxtəlif bəhanələr gətirirmiş. Dəyanət ondan pulları aldıqdan sonra vaxtı uzatmağa başlamış, əvvəlcə müharibəni, daha sonra Covid-19 pandemiyasını bəhanə gətirib əlaqələndirmişdir. O, Dəyanətin onu aldatdığını anlamış, hətta təklif etmişdir ki, pulu kimə vermişdirsə ona bildirsin, gedib pulu özü alar. Lakin Dəyanət ona heç bir ad çəkmirmiş, yayınıb deyirmiş ki, pulu özü alıb ona qaytaracaqdır. O, Dəyanətə istifadəsində olan 055 749 46 00 və 051 610 30 30 saylı mobil telefon nömrələri ilə zəng edib, Whatsapp və SMS mesajları yazaraq pullarını geri tələb edirmiş. Həmin vaxtı Dəyanətin istifadəsində 051 610 30 41 və 099 342 00 41 saylı, eləcə də xatırlamadığı başqa mobil telefon nömrələri olmuşdur. Dəyanət tez-tez nömrələri və aparatları dəyişirmiş. Dəyanətə yazdığı Whatsapp yazışmaları və aralarındakı danışıqları o, diskə köçürüb izahatına əlavə etmişdir. Dəyanətin adını o, Whatsappda «Ruslan 41» kimi qeyd etmişdir. Çünki Dəyanət əvvəlcə özünü ona «Ruslan» kimi təqdim etmişdir. Dəyanətdən şübhələnib onu sosial şəbəkələrdə araşdırdıqda ona məlum olmuşdur ki, onun həqiqi adı Dəyanətdir. Sonradan bunu o, Dəyanətə dedikdə sonuncu ona bildirmişdir ki, onun həqiqi adı Dəyanət olsa da guya hamı onu «Ruslan» çağırır. Dəyanət pulu qaytarmadığından o, şikayət etmiş, bundan sonra hətta Dəyanətin anası ona zəng edib xahiş etmişdir ki, pulu qaytarmaq üçün oğluna vaxt versin. O da bildirmişdir ki, Dəyanət pulunu qaytarsa ərizəsini geri götürər. Dəyanət tez-tez öz yaxınlarının guya rəhmətə getdiyini bildirirmiş. O, ərizə verməmişdən əvvəl telefon danışığı və yazışmalarla Dəyanətdən pulunu tələb edirmiş. Lakin Dəyanət müxtəlif bəhanələrlə pulunu qaytarmırmış. Hətta arada yalandan yazırmış ki, guya pulunu poçtnan göndərir, karta yükləyir, o da Dəyanətin sözlərinə inanıb poçta gedib saatlarla gözləmiş, lakin Dəyanət heç bir pul ödəməmiş, o da Dəyanətin bütün bu hərəkətlərini görüb şikayət etmişdir. Təqsirləndirilən şəxs ondan ancaq onunla qızının şəxsiyyət vəsiqələrinin surətlərini götürüb demişdir ki, bütün sənədləşmə işlərini özü həll edəcəkdir. O, məcburi köçkünlərdən ona ev ayrılması ilə bağlı Təqsirləndirilən şəxs vədindən sonra heç bir dövlət qurumuna və idarələrə şifahi və yazılı qaydada müraciət etməmişdir. Dəyanət ona demişdir ki, pulu ona tam verdikdən sonra mənzilə köçənə qədər evinin sənədlərini ona verəcəkdir, lakin onu aldatmış, pulunu ələ keçirmiş, vədinə əməl etməmiş, pulunu da qaytarmamışdır. Mülki iddianın təmin edilərək ona vurulmuş maddi zərəri 10733 manat pul məbləğinin və mənəvi zərərə görə 10000 manat pul məbləğinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onu iş yoldaşıdır, sonuncu uzun müddətdir ki, kirayədə yaşayır, 2020-ci ilin təxminən iyun-iyul aylarında söhbət əsnasında Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Dəyanət adlı bir şəxs 10000 manat pulun müqabilində Qobu rayonu, Qobu qəsəbəsində məcburi köçkünlər üçün tikilən yeni inşa olunan binadan mənzil təşkil edəcəyini vəd vermişdir. Sonradan Zərərçəkmiş şəxs Dəyanətə pul vermək üçün bir neçə dəfə işdən icazə alıb çıxmış, həmçinin öz qızıllarını lombarda girova qoyaraq ev təşkil edəcəyinə dair vəd verən Dəyanətə vermişdir. Pulun Dəyanət adlı şəxsə verilməsinin şahidi olmamaışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21.06.2021-ci il tarixli qərardan görünür ki, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə talama, yəni dələduzluq etmə faktına görə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. 28.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 11.01.2022-ci il tarixli “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs 10733 manat məbləğində maddi ziyan, 10000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş və mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 24.08.2020-ci il tarixli 21107063 nömrəli Müqavilənin əlavəsindən görünür ki, Zərərçəkmiş şəxs **********60835 və **********80834 iki imei kodlu X11 9 Pro 6» markalı, 64 GB-lıq yeni mobil telefon 703 manata alınmışdır. Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun verdiyi 03.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 2020-2021-ci illərdə Binəqədi RPİ-nin 7-ci PB-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08.09.2014-cü ildə doğulmuş Sunay (X3) adlı azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-c ü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması və həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməməsini, əvvəllər də dəfələrlə məsuliyyətə cəlb olunmasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Törədilən əməl nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğu sübuta yetirildiyindən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 10000 manat məbləğində maddi ziyan təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Həmçinin **********60835 və **********80834 iki imei kodlu “X11 9 Pro 6” 64 GB markalı, yeni mobil telefon Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs qaytarılsın, bu mümkün olmadıqda “X11 9 Pro 6” 64 GB markalı mobil telefonun 722,97 (yeddi yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat dəyəri Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 26.08.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş 10000 (on min) manat məbləğində maddi ziyan tutularaq Zərərçəkmiş şəxs ödənilsin. **********60835 və **********80834 iki imei kodlu “X11 9 Pro 6” 64 GB markalı, yeni mobil telefon Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs qaytarılsın, bu mümkün olmadıqda “X11 9 Pro 6” 64 GB markalı mobil telefonun 722,97 (yeddi yüz iyirmi iki manat doxsan yeddi qəpik) manat dəyəri Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar