Məhkəmə qərarları › İş №1(001)-115/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-115/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-115/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlığın məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən 28 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olan, işləməyən, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd sellofan bağlamada tərkiblərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 31,8 qram və 12,18 qram, ümumi təmiz çəkisi 43,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada gizlədərək saxlamış, 05 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında həmin narkotik vasitənin təmiz çəkisi 1,288 qramını 01 ədəd şəffaf sellofan bükümə əynində olan tünd rəngli cins şalvarının qabaq sağ yan cibində satış məqsədi ilə saxlayarkən həmin tarixdə, saat 19:30-da yaşadığı ünvan 2 ünvanın qarşısında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən 7-ci Polis Bölməsinə gətirilib, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd rəngli cins şalvarının qabaq sağ yan cibindən satış üçün hazırladığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,288 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə, saat 23:10-da onun yaşadığı ünvan 5 ünvanında Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən axtarış aparılan zaman mənzilinin mətbəx otağında mebelin yuxarı siyirtməsindən 02 ədəd sellofan bağlamalarda satış məqsədi ilə saxladığı, tərkiblərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkiləri 31,8 qram və 10,892 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana və üzərində marixuananın hissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan marixuana istifadə edir, qəbul etmədikdə bədənində ağrılar olur. 05 sentyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında olarkən Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman həmin əməkdaşlar özlərini ona təqdim edib şübhəli olduğundan Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. O, razılaşaraq könüllü olaraq həmin polis bölməsinə gəlmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilərək müdafiəçi dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra, axtarış və götürmə qərarı ilə tanış edilmiş, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olubolmadığı soruşulduqda o, əynində olan şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə qurudulmuş marixuananı, digər cibindən mobil telefonunu və içərisində sənədləri, bank kartları, pul əskinazları, resept olan pul kisəsini masanın üzərinə qoymuşdur. Ondan soruşularkən bükümün içərisində narkotik vasitə marixuana olduğunu, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində olan paltarlara və ayağında olan ayaqqabının içərisinə baxılmış və hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. O, özünü şübhəli apardığından polis əməkdaşları mənzilində əlavə olaraq marixuana olmasını hiss etmişdirlər və onlar onun mənzilinə getmişlər, onun razılığı ilə orada axtarış aparılmışdır. Bu zaman ondan soruşulduqda mənzildə qanunsuz saxlanılan əşya olmadığını bildirmişdir. Aparılmış axtarış zamanı mətbəx otağındakı mebelin yuxarı siyirtməsindən içərilərində narkotik vasitə marixuana olan iki ədəd sellofan bağlamalar və elektron tərəzi aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Həmin bağlamalar və tərəzi köhnədən qalmışdır. O, heç vaxt narkotik vasitə satmamışdır. O, tərəzini də xəstə olduğundan narkotik vasitəni qramla çəkib içmək üçün istifadə etmişdir. Onun ailə üzvlərindən mənzildə narkotik vasitə və tərəzi saxlamağını heç kim bilməmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. O, ibtidai istintaq zamanı təqdim edilmiş sənədlərdən bir neçəsinə qol çəkmişdir. Eyni zamanda cinayət işinin materiallarının 166-cı səhifəsində təqsirləndirilən şəxsin dindirmə protokoluna müstəntiq qol çəkdirərkən CM-in 234.2-ci maddəsini gördükdə imzalamaqdan imtina etmiş, müstəntiq ağardıb “234.1” etdikdən sonra qol çəkmişdir. O, qol çəkdiyi sənədlərdə CM-in 234.1-ci maddəsi olmuşdur, belə ki, özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmir. O, İ Qarabağ müharibəsində iştirak etmiş, İ qrup əlildir, Prezident təqaüdü alır. O, özünü ittiham üzrə elan edilmiş CM-in 234.2-ci maddəsi ilə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Göstərilənləri və himayəsində azyaşlı uşaqlarının, xəstə anasının olmasını nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baki şəhəri, Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 sentyabr 2022-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxx 1973-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 05 sentyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Bu zaman özlərini təqdim etmişlər və şübhəli olduğundan həmin PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə dəvət olunaraq könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis kapitanı Sirəc Niyazova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı ilə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Qeyd olunan bükümə baxıldıqda içərisində yaşıl rəngli bitki mənşəli qurudulmuş ot olduğu müəyyən edilmiş, aşkar olunan büküm qablaşdırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs şalvarının qabaq sol yan cibindən içərisində 2 ədəd 2 ABŞ dolları, 1 ədəd Rus rublu, 1 ədəd 1 manatlıq pul əskinası, şəxsiyyət vəsiqəsi,1 ədəd Elektron sağlamlıq kartı, 1 ədəd Armo Store müştəri kartı, Kapital Banka məxsus bank kartı, Bank of Bakuya məxsus Bolkart Gold kartı 063176 nömrəli 1-ci qrup əlillik vəsiqəsi, möhürlənmiş Azərbaycan Respublikası SN-nin ödənişsiz resepti olan tünd rəngli pul kisəsini çıxararaq masanın üzərinə qoyub həmin pulların və sənədlərin ona məxsus olduğunu bildirərək onlardan əlavə üzərində heç bir əşya və maddənin olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin heç bir əşya aşkarlanmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyaları təhvil alması tələb edilmişdir. Keçirilən şəxsi axtarış və götürmə sona çataraq protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imza edilmişdir. Bundan başqa, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında tərəflərindən axtarış və götürmə aparılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs qeyriqanuni saxlanılan əşya və ya maddələri təqdim etmək təklif edilmişdir. Lakin Təqsirləndirilən şəxs iştirakçıları aldatmağa cəhd edib mənzildə qeyri-qanuni saxlanılan əşya və ya maddələrin olmadığını bildirmişdir. Bundan sonra aparılmış axtarış zamanı mətbəx otağındakı mebelin yuxarı siyirtməsindən içərilərində bitki mənşəəli əşya olan iki ədəd şəffaf sellofan bağlamalar və elektron tərəzi aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Araşdırma zamanı əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın istifadəçisi olmaqla, həm də satışı ilə məşğul olmuşdur. Bununla bağlı bildirir ki, ilkin əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi kimi bildirilsə də, bundan sonra aparılmış geniş və ətraflı əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə marixuananın satışı və ya pay kimi istənilən şəxslərə verməsi müəyyən edilmişdir. Həmin şəxslərin dairəsi müəyyən edilməmiş, bu istiqamətdə tədbirlər davam edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X5 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, nigahdan iki övladları vardır. Təqsirləndirilən şəxs dəfələrlə tutulduğundan və cəzaçəkmə müəssəsilərində olduğundan evə baxmırdı. 7-8 il olar ki, onlar aralanmış, o, uşaqları ilə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., Məhəllə 1054, ev 9, mənzil 22-də yaşayır. Ülvinin son cinayət əməlini necə törətməsindən əvvəlcədən xəbəri olmasa da araşdırma zamanı ona məlum olmuşdur ki, Ülvi 3 bükümdə narkotik vasitə marixuana əldə edib saxlamış, onu elektron tərəzi ilə çəkmişdir. Onun hadisə barədə digər məlumatı yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona təqdim edilmiş sənədlərlə tanış olmuş, sənədlərin hamısını oxuyaraq imzalamışdır. Təqsirləndirilən şəxs özünü CM-in 234.2-ci maddəsi ilə təqsirli bilmiş, heç bir narazılıq etməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq olmamışdır. Cinayət işinin materiallırının 166-cı səhifəsində təqsirləndirilən şəxsin dindirmə protokolunda olan ağartma texniki məsələdir. Belə ki, yanlışlığa yol verildiyi üçün ağardılıb düzgün forma tərəfindən qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Ü.Cəfərofun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, xx.xx.2022-ci il tarixdə, saat 19.30-dan tutulmuş hesab edilmişdir. (i.v. 24) xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs tünd rəngli cins şalvarının qabaq sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyaraq həmin mobil telefonun onun özünə məxsus olduğunu və üzərində ***-***-**-** mobil nömrə istifadə olunduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf selofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan, marixuana olduğunu, yoldan tapdığını bildirmişdir. Qeyd olunan bükümə baxıldıqda içərisində yaşıl rəngli bitki mənşəli qurudulmuş ot olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şalvarının qabaq sol yan cibindən içərisində 2 ədəd 2 ABŞ dolları, 1 ədəd Rus rublu, 1 ədəd 1 manatlıq pul əskinası, şəxsiyyət vəsiqəsi,1 ədəd Elektron sağlamlıq kartı, 1 ədəd Armo Store müştəri kartı, Kapital Banka məxsus bank kartı, Bank of Bakuya məxsus Bolkart Gold kartı 063176 nömrəli 1-ci qrup əlillik vəsiqəsi, möhürlənmiş AR SN-nin ödənişsiz resepti olan tünd rəngli pul kisəsini çıxararaq masanın üzərinə qoyub həmin pulların və sənədlərin ona məxsus olduğunu bildirərək onlardan əlavə üzərində heç bir əşya və maddənin olmadığını bildirmişdir. (i.v.37-39) xx.xx.2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında xtarış və götürmə aparılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs qeyri-qanuni saxlanılan əşya və ya maddələri təqdim etmək təklif edilmişdir. Lakin Təqsirləndirilən şəxs mənzildə qeyri-qanuni saxlanılan əşya və ya maddələrin olmadığını bildirmişdir. Bundan sonra aparılmış axtarış zamanı mətbəx otağındakı mebelin yuxarı siyirtməsindən içərilərində bitki mənşəli əşya olan iki ədəd şəffaf sellofan bağlamalar və elektron tərəzi aşkar edilərək götürülmüşdür.(i.v.43-44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 06 sentyabr 2022-ci tarixli 7/984 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,288 qram və 02 ədəd sellofan bağlamada ayrı-ayrılqıda təmiz çəkiləri 10,892 qram və 31,8 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş bir ədəd elektron tərəzidə marixuananın hissəçikləri vardır. Marixuananın hissəcikləri cüzi miqdarda olduğu üçün müqaisəli tədqiqat aparılmadı. (i.v. 52-53) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 67-68) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1012/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 87-91) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, müvafiq hökmdən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlığın məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarına əsasən 28 gün vaxtından əvvəl şərti azad edilmiş və 05 noyabr 2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. (i.v. 103-104, 113-124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin publik hüquqi şəxsin Ambulator X1 ekspert komissiyasının 10 oktyabr 2022-ci il tarixli 5931 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərtin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.129-130) xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs tünd rəngli cins şalvarının qabaq sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyaraq həmin mobil telefonun onun özünə məxsus olduğunu və üzərində ***-***-**-** mobil nömrə istifadə olunduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şalvarının qabaq sağ yan cibindən bir ədəd şəffaf selofan bükümünü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan, marixuana olduğunu, yoldan tapdığını bildirmişdir. Qeyd olunan bükümə baxıldıqda içərisində yaşıl rəngli bitki mənşəli qurudulmuş ot olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şalvarının qabaq sol yan cibindən içərisində 2 ədəd 2 ABŞ dolları, 1 ədəd Rus rublu, 1 ədəd 1 manatlıq pul əskinası, şəxsiyyət vəsiqəsi,1 ədəd Elektron sağlamlıq kartı, 1 ədəd Armo Store müştəri kartı, Kapital Banka məxsus bank kartı, Bank of Bakuya məxsus Bolkart Gold kartı 063176 nömrəli 1-ci qrup əlillik vəsiqəsi, möhürlənmiş AR SN-nin ödənişsiz resepti olan tünd rəngli pul kisəsini çıxararaq masanın üzərinə qoyub həmin pulların və sənədlərin ona məxsus olduğunu bildirərək onlardan əlavə üzərində heç bir əşya və maddənin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında xtarış və götürmə aparılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs qeyri-qanuni saxlanılan əşya və ya maddələri təqdim etmək təklif edilmişdir. Lakin Təqsirləndirilən şəxs mənzildə qeyri-qanuni saxlanılan əşya və ya maddələrin olmadığını bildirmişdir. Bundan sonra aparılmış axtarış zamanı mətbəx otağındakı mebelin yuxarı siyirtməsindən içərilərində bitki mənşəli əşya olan iki ədəd şəffaf sellofan bağlamalar və elektron tərəzi aşkar edilərək götürülmüşdür. (i.v.137-138) xx.xx.2022-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,288 qram, 02 ədəd bağlamada ayrı-ayrılqıda təmiz çəkiləri 31,8 qram və 10,892 qram, ümumi təmiz çəkisi 43,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01 ədəd «DVD» diski cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, 01 ədəd «DVD» diski cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə - qurudulmuş marixuananın 01 ədəd büküm və 02 ədəd bağlamada ümumi təmiz çəkisi 43,83 qram olan qalığı və 01 ədəd elektron tərəzi möhürlənmiş zərfdə istintaq tamamlandıqdan sonra saxlanılması üçün Binəqədi RPİ-nin MSK-nə təhvil verilmişdir. (i.v. 143-144) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 145-454) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CMin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (i.v. 158-160) “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. İş materiallarına əlavə edilmiş epikrizlərdən görünür ki, Təqsirləndirilən şəxs anası X3 xəstəliklərdən əziyyət çəkir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, heç vaxt narkotik vasitə satmaması kimi ifadələri iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İ qrup əlil olmasını, anasını xəstə olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, xx.xx.2022-ci il tarixdə, saat 19.30-dan tutulmuş hesab edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1012/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı azadlığı faktiki xx.xx.2022-ci il tarixdə,saat 19.30-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən, saat 19.30dan hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin publik hüquqi şəxsin Ambulator X1 ekspert komissiyasının 10 oktyabr 2022-ci il tarixli 5931 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərtin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotiklərin və psixotrop maddələrin tibbi məqsədi ilə istifadə edilməsi qaydalarının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslərin barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndində əlilliyi olan şəxslərə təyin oluna bilməməsi göstərilmişdir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə və yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin MSK saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 43,83 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də axtarış və götürmənin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 39 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 39 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 39 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 234 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 205, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 05 sentyabr 2022-ci il tarixdən, saat 19.30-dan hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin MSK saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 43,83 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 39 (otuz doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 234 (iki yüz otuz dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar