Məhkəmə qərarları › İş №1(001)-115/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-115/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-115/2025 20.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Zəngilan rayonu, Ördəkli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.3-2, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair, xx xxxxxxx 1988-ci il tarixdə Yardımlı rayonu, Qabaqdibi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, Yardımlı rayonu, Qabaqdibi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımış, təkrarən, dövlət əhəmiyyətli dəmir yol rabitə xəttini gizli olaraq talamaqla oğurluq etmiş, dövlət əhəmiyyətli dəmir yol rabitə xəttini gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 avqust 2023-cü il tarixdə saat 00:10 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan dəmir yolunun Biləcəri-Abşeron mənzilinin Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 24-cü km pk2-də yerləşən 2 saylı siqnal nöqtəsindən dövlət əhəmiyyətli rabitə xətti hesab edilən istifadəyə yararlı 2800 manat dəyərində hər birinin içərisində 2 dolaq olan, İ dolaqda 12,5x8 mm ölçülü(10 mm2 diametrli) mis sarğı, İİ dolaqda isə 1,0 mm diametrli 560 mis sarğı olan 02 ədəd DT-02-500 tipli transformatoru gizli olaraq talayıb, rels dövrəsinin işini pozmaqla qatarların hərəkət təhlükəsizliyinə təhlükə yaratmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 avqust 2023-cü il tarixdə saat 00:15 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan dəmir yolunun Güzdək-10 blok post mənzilinin Abşeron rayonu ərazisindən keçən 12-ci km pk2-də yerləşən 2 saylı siqnal nöqtəsindən dövlət əhəmiyyətli rabitə xətti hesab edilən istifadəyə yararlı 2800 manat dəyərində hər birinin içərisində 2 dolaq olan, İ dolaqda 12,5x8 mm ölçülü (10 mm2 diametrli) mis sarğı, İİ dolaqda isə 1,0 mm diametrli 560 mis sarğı olan 02 ədəd DT-02-500 tipli transformatoru gizli olaraq talayıb, rels dövrəsinin işini pozmaqla qatarların hərəkət təhlükəsizliyinə təhlükə yaratmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 2800 (iki min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 avqust 2023-cü il tarixdə saat 02 radələrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan dəmir yolunun Biləcəri-Abşeron mənzilinin Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 22-ci km pk5-də yerləşən 4 saylı siqnal nöqtəsindən dövlət əhəmiyyətli rabitə xətti hesab edilən istifadəyə yararlı 2800 manat dəyərində hər birinin içərisində 2 dolaq olan, İ dolaqda 12,5x8 mm ölçülü (10 mm2 diametrli) mis sarğı, İİ dolaqda isə 1,0 mm diametrli 560 mis sarğı olan 02 ədəd DT-02-500 tipli transformatoru gizli olaraq talamaq istəsə də, lakin öz iradəsindən asılı olmayan səbəblərə görə həmin yerdə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanıldığından, cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, 15 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,799 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ cibində saxlamaqla üzərində daşımış, 15 yanvar 2024-cü il tarixdə saat 19:40-da Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda yerləşən «AL» marketin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 22:00-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,799 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 16 fevral 2024-cü il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu, mədən 1 ünvanında yerləşən fəaliyyət göstərməyən «Beton zavodu»nun daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq orada nasaz vəziyyətdə olan «W190» markalı ön yükləyici texnikanın üzərindən 01 ədəd 500 (beş yüz) manat dəyərində su radiatorunu, «Altay» markalı elektrik generatorun üzərindən 01 ədəd 600 (altı yüz) manat dəyərində su radiatorunu və 01 ədəd 450 (dörd yüz əlli) manat dəyərində starterini, həyətdə yerləşən anbarın plastik qapısını fiziki güc tədiq edib açıb, anbara qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300 (üç yüz) manat, ümumi dəyəri 600 (altı yüz) manat olan 02 ədəd «İNCİ» markalı (200Ah, 12V) akumulyatoru, 02 ədəd hər birinin dəyəri 350 (üç yüz əlli) manat, ümumi dəyəri 700 (yeddi yüz) manat olan 11 kv, 1500 dövriyyə xüsusiyyətinə malik yük qaldırıcı qurğuda istifadə olunan mühərriki, 02 ədəd hər birinin dəyəri 250 (iki yüz əlli) manat, ümumi dəyəri 500(beş yüz) manat olan reduktoru, həyətdə yerləşən ikinci anbarın plastik qapısını fiziki güc tədiq edib açıb, anbara qanunsuz daxil olaraq oradan 206 ədəd hər birinin dəyət 1(bir) manat, ümumi dəyəri 206(iki yüz altı) manat olan 4,5 sm ölçüdə qaykaları, 272 ədəd hər birinin dəyəri 0,60 manat, ümumi dəyəri 163,2 (yüz altmış üç manat iyirmi qəpik) manat olan 40sm ölçüdə qaykaları, 15 ədəd hər birinin dəyəri 1,50(bir manat əlli qəpik) manat, ümumi dəyəri 22,5 (iyirmi iki manat əlli qəpik) manat olan 14 sm uzunluqda, 4sm diametrli, altıbucaqlı boltları, 20 ədəd hər birinin dəyəri 25 (iyirmi beş) manat, ümumi dəyəri 500 (beş yüz) manat olan yükləyici qurğunun roliklərini, 04 ədəd hər birinin dəyəri 1000 (min) manat, ümumi dəyəri 4000 (dörd min) manat olan sement istehsalı qurğunun qapaqlarını, həyətdə yerləşən ofisin plastik qapısını fiziki güc tədiq edib açıb, qanunsuz daxil olaraq oradan 02 ədəd hər birinin dəyəri 300 (üç yüz) manat, ümumi dəyəri 600(altı yüz) manat olan (200Ah, 12V) akumulyatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 8841,7 (səkkiz min səkkiz yüz qırx bir manat yetmiş qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü təqsirləndirilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 16 fevral 2024-cü il tarixdə saat 22:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu, mədən 1 ünvanında yerləşən fəaliyyət göstərməyən «Beton zavodu»nun daş hasarla əhatə olunmuş və dəmir darvazası olan həyətinə hasardan keçməklə qanunsuz daxil olaraq orada nasaz vəziyyətdə olan «W190» markalı ön yükləyici texnikanın üzərindən 01 ədəd 500(beş yüz) manat dəyərində su radiatorunu, «Altay» markalı elektrik generatorun üzərindən 01 ədəd 600(altı yüz) manat dəyərində su radiatorunu və 01 ədəd 450(dörd yüz əlli) manat dəyərində starterini, həyətdə yerləşən anbarın plastik qapısını fiziki güc tədiq edib açıb, anbara qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 300(üç yüz) manat, ümumi dəyəri 600(altı yüz) manat olan 02 ədəd «İNCİ» markalı (200Ah, 12V) akumulyatoru, 02 ədəd hər birinin dəyəri 350 (üç yüz əlli) manat, ümumi dəyəri 700(yeddi yüz) manat olan 11 kv, 1500 dövriyyə xüsusiyyətinə malik yük qaldırıcı qurğuda istifadə olunan mühərriki, 02 ədəd hər birinin dəyəri 250(iki yüz əlli) manat, ümumi dəyəri 500 (beş yüz) manat olan reduktoru, həyətdə yerləşən ikinci anbarın plastik qapısını fiziki güc tədiq edib açıb, anbara qanunsuz daxil olaraq oradan 206 ədəd hər birinin dəyət 1(bir) manat, ümumi dəyəri 206(iki yüz altı) manat olan 4,5sm ölçüdə qaykaları, 272 ədəd hər birinin dəyəri 0,60 manat, ümumi dəyəri 163,2(yüz altmış üç manat iyirmi qəpik) manat olan 40sm ölçüdə qaykaları, 15 ədəd hər birinin dəyəri 1,50(bir manat əlli qəpik) manat, ümumi dəyəri 22,5(iyirmi iki manat əlli qəpik) manat olan 14 sm uzunluqda, 4sm diametrli, altıbucaqlı boltları, 20 ədəd hər birinin dəyəri 25(iyirmi beş) manat, ümumi dəyəri 500 (beş yüz) manat olan yükləyici qurğunun roliklərini, 04 ədəd hər birinin dəyəri 1000 (min) manat, ümumi dəyəri 4000(dörd min) manat olan sement istehsalı qurğunun qapaqlarını, həyətdə yerləşən ofisin plastik qapısını fiziki güc tədiq edib açıb, qanunsuz daxil olaraq oradan 02 ədəd hər birinin dəyəri 300(üç yüz) manat, ümumi dəyəri 600(altı yüz) manat olan (200Ah, 12V) akumulyatoru gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 8841,70 (səkkiz min səkkiz yüz qırx bir manat yetmiş qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, psixotrop maddəni üzərində daşımış, həmçinin dəmiryolundan 2 dəfə oğurluq etmiş, sonuncu dəfə isə polis əməkdaşları gəldiyindən oğurluğu başa çatdıra bilməmişdir. O, dəmiryolundan oğurluq etməsi ilə bağlı ibtidai istintaq zamanı ətraflı ifadə vermişdir. Belə ki, 2023-cü ilin avqust ayında 3 dəfə ora oğurluğa getmiş, birinci və ikinci cəhdlərində 2 drossel olmaqla, ümumilikdə 4 drossel götürümüşdür. 3-cü cəhdində isə yenidən drosseli götürmək istəsə də polis əməkdaşları gəldiyi üçün götürə bilməmiş və ordan uzaqlaşmış, sonra isə polis əməkdaşları onu tutmuşlar. Bundan başqa 15 yanvar 2024-cü il tarixdə saat 19:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi DSK yolunda yerləşən «AL» marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üstündə psixotrop maddə metamfetamin olmuşdur, həmin metamfetamini özü bölmədə çıxarıb təqdim etmişdir. Metamfetamini 20 manat müqabilində tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Təqribən 1 il yarım olardı ki, narkotik vasitələrdən istifadə etmişdir. Lakin Təqsirləndirilən şəxs2lə birgə olan epizodda özünü təqsirli bilmir, o həmin oğurluqda iştriak etməmiş, zavoddan heç nə götürməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2lə birgə oğurluq etməsi ilə bağlı epizod istisna olmaqla verilmiş digər ittihamlarda özünü təqsili bilir. Lakin Aqşinin zavoddan oğurluq etməsində o iştirak etməmiş, həmin zaman evdə olmuş, sadəcə Aqşin gecə saat 1-2 radələrində ona zəng edərək dəmirlər olduğunu, həmin dəmirləri aparmaq üçün avtomobil lazım olduunu dediyi üçün tanıdığı taksi sürücüsü ilə birlikdə gedərək zavoddan təxminən 500-600 metr aralıda həmin dəmirləri maşına yığıb birilkdə Balaxanıya apararaq satmışlar. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verilmiş suallara cavab olaraq isə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Şahid6 tanımır. Onun saxlanılmasında həmin şahid iştirak etməmiş, onu Əli adlı şəxs tutmuşdur. O, istifadəçi olsa da, saxlanıldığı zaman üzərində psixotrop maddə olmamış, onu döyərək üzərinə qoymuşlar. O, əvvəlki iclasda narkotiklə bağlı əməlini etiraf etsə də, şahidlərin məhkəmə iclasına gəlməsini gözləmişdir. Şahid6 onun saxlanılmasında və üzərinə baxış keçirilməsində iştirak etməmişdir. İş üzrə digər şahidlər Şahid5 və Şahid8 ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edildikdən sonra isə Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq şahidlərin elan edilmiş ifadələrinin doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 son sözündə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Yazıb oxuya bilmədiyi üçün oğurladığı malların adı ona deyilmiş, o da götürdüklərini etiraf etmişdir. Bəzi malları isə götürmədiyi halda döyüldüyü üçün boynuna götürmüşdür. O zavodun ərazsinə girməmiş, dəmirləri zavodun kənarından götürərək taksi ilə aparıb 49 manat satmış, onu da həmin yerdə tutmuşlar. Daha sonra malı da aparıb sahibinə qaytarmışlar. Götürdüyü dəmirlər zavodun içərisinndə deyil kənarında olmuşdur. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, zavodun kənarında dəmir yığarkən orda 4 kisə görmüş, həmin kisələrə baxdıqda içərisində bolt və kayka olduğunu görmüş, həmin dəmirləri yoldan saxlatdığı taksiyə yükləyərək aparıb yolun kənarına boşaltmışdır. Daha sonra isə Balaxanıya apararaq metal qəbul məntəqəsinə təhvil vermiş, həmin dəmirləri götürərkən tək olmuş, Təqsirləndirilən şəxs1 isə orda olmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, həqiqətən həmin dəmiri Şahid1 kilosu 40 qəpikdən olmaqla 29 manata satmışdır. Lakin həmin dəmir qırıqlarını o vermişdir, Anarla əlaqəsi olmamışdır. Onun yanında olan şəxs isə taksi sürücüsü olmuş, zavoddan götürdüyü dəmirləri həmin metal qəbul məntəqəsinə verməmişdir. Şahid1 verdiyi sadəcə dəmir qırıntıları olmuş, həmin qırıntıların da hamısını zibilliklərdən yığmışdır. Təqsirləndirilən şəxs X1 sözündə etdiyi əməldən çox peşman olduğunu, himayəsində yetkinlik yaşına çaymayan övladlarının və yaşlı anasının olduğunu bildirərək ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, oğurluğun edildiyi beton zavod Binəqədi rayonu, DSK yolu, 1-ci Mədən ünvanda yerləşir və ona məxsusdur. Həmin zavod 14 il fəaliyyət göstərmiş, 2022-ci il tarixdən isə zavodun fəaliyyəti dayanmışdır. Oradan edilən oğurluq hadisəsini də özü aşkar etmişdir. Belə ki, o, arada bir zavoda gedib baş çəkirmişdir. Bir gün də zavoda gedərkən bəzi avadanlıqların söküldüyünü görmüşdür. Hadisənin nə vaxt olduğunu hazırda dəqiq xatırlaya bilmir. Səhər tezdən təxminən 8-9 radələrində zavoddan bir az aralıda bir avtomobil dayandığını görmüş, yaxınlaşmaq istəyən zaman həmin şəxslər qaçıb getmişlər. Həmin şəxslərin sökdükləri malların bir hissəsi orada qalmış, bir hissəsini isə götürüb, aparmışlar. Ondan qaynaq aparatı, su radiatoru, həmçinin 4 ədəd akumlayator, daha sonra sement zavodda çən üçün quraşdırdığı qapaqlar sökülərək aparılmışdır. Roliklər, motor, kayqalar, həmçinin çoxlu dəmirlər də oğurlanmışdır. O, səhər saatlarında zavoda yaxınlaşdığı zaman avtomobilin kənarında dayanmasını görsə də, öz avtomobilini həmin yerə sürən zaman həmin avtomobil də sürərək aralaşdığı üçün orda olanları dəqiq görə bilməmişdir. Orada 2 nəfər görmüş, o gördüyü zaman avtomobil artıq yüklü olmuşdur. O, sürücününü üzünü görə bilmiş, lakin digər şəxsin başında papaq olduğu üçün görə bilməmişdir. Avtomobilin nömrəsi isə yadında qalmamışdır. O, təqsirləndirilən şəxslərin heç birini orda dəqiq olaraq görməmişdir. İttihamda qeyd olunan əşyalar ondan oğurlanmışdır, hətta bəzi oğurlanan mallar isə qeyd edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxs şəxs və mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X5 ifadəsində bildirmişdir ki, törədilmiş cinayət əməli nəticəsində "xxxx" QSC-yə ümumilikdə 5600 manat məbləğində ziyan vurulmuşdur. Təqsirləndirilən şəxlə heç bir barışıq olmamış və dəymiş ziyan ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Gülüstan küçəsində yerləşən fərdi həyətyanı sahədə metal qəbulu fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə axşam radələrində Aqşin onun metal qəbulu məntəqəsinə gələrək ona 3-4 kisədə 122 kq dəmir metallar vermiş, o da kiloqramı 40 qəpikdən hesablayaraq 48 manat pul vermişdir. Aqşinin verdiyi kisələrin içərisində ancaq bolt və qaykalar olmuşdur. Səhəri gün polislər zəng edərək onu işə çağırmışlar. O, həmin kisələri polislərə göstərmiş, daha sonra Aqşinin təqdim etdiyi kisələri də götürüb bölməyə gəlmişlər və həmin əşyaları polisə təhvil vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs1la qonşuluqda yaşamışdır. Aqşinlə isə sadəcə tanışlığı olmuş, sonuncunu yaxından tanımamışdır. O, “Prius” markal avtomobillə taksi kimi fəaliyyət göstərirmişdir. Anar ona zəng edərək onu götürmək lazım olduğunu bildirmişdir. O, Anarı özünün dediyi yerdən, yəni Avtovağzal yolunun yuxarısından götürmüş və aparıb evlərinə düşürmüşdür. Daha sonra onu polisdən zəng edib çağırmışlar və o polisdə hər şeyi olduğu kimi danışmışdır. Anarı apardığı tarixi xatırlamır, həmin zaman Anar özü ilə nəsə daşmamışdır. Həmin zaman Anar ona pul da verməmiş, sonra verəcəyini bildirmiş, daha sonra isə pulunu vermişdir. Lakin Anarın ona nə qədər pul verdiyini hazırda xatırlamır. Şahid7 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ifadəsi elan olunmuşdur: Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, “ünvan 6 ünvanda yaşayır. Əvvəllər Təqsirləndirilən şəxs1la qonşu yaşamışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs1 fəhləçilik edirmiş, qonşu kimi aralarında səmimi münasibətləri olmuşdur. Sonradan isə o, ailə üzvləri ilə birlikdə başqa yerə göçüb orada yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs1la ara-bir rastlaşıb görüşürmüşlər. xx.xx.2023-ü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında təsadüfən rastlaşıb görüşəndə nə işlə məşğul olduğunu soruşmuşdur. O, Təqsirləndirilən şəxs1 demiş ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs1 onun mobil telefon nömrəsini götürərək özündə qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edib misi olduğunu satmaq istdəyini demiş, onu Balaxanı qəsəbəsinə aparmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 xahişi ilə onu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə aparmışdır. Təqsirləndirilən şəxs1 apardığı misi oradakı dəmir qəbulu sexinə təhvil vermişdir. Təqsirləndirilən şəxs1 yol pulu olaraq ona da 45 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 misi haradan aldığını soruşmamış, amma o, özü demiş ki, misi köhnə qaynaq aparatından söküb çıxartmışdır.” Verilmiş suallara cavab olaraq Şahid7 bildirmişdir ki, Anarı gedib yoldan götürəndə, Anar əlində heç bir şey yox olmamış, Anar ona pulu həmin gün üçün verməmişdir. O, Anarı 3-4 dəfə başqa yerlərə də aparmışdır. Axırıncı dəfə o Anarı Avtovağzalın yuxarısından götürüb evlərinə aparmışdır. Ona görə də onu polis bölməsinə çağırmışdılar. O, Anarı dəmir və mislə bağlı Balaxanı qəsəbəsinə aparmışdır. Lakin 05 avqust 2023-cü il tarixdə Anarı Balaxanı qəsəbəsinə aparmamışdır. Ümumiyyətlə o, Anarı apardığı zaman sonuncunun çox vaxt üstündə pulu olmamış, daha sonra vermişdir. Anar ona həqiqətən 45 manat pul vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, hadisə olan vaxtları o Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri st.X13 Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışmışdır. Həmin zamanlar dəmir yolunda intensiv oğurluq hadisələri baş verirmişdir. 08 avqust 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhər, Binəqədi rayonu, Biləcəri-Abşeron mənzilinin 22-ci km-nin 5-ci piketində 1-cüt işıqforun 4 nömrəli siqnalın drossel-transformatorunun üst dəmir qapaqlarının açılaraq oğurlanmasının cəhd edildiyi barədə məlumat daxil olmuşdur. Biləcəri stansiyasında X13 CAB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid10 ilə birlikdə hadisə yerinə baxış zamanı və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Təqsirləndirilən şəxs1 olduğunu müəyyən edərək Biləcəri stansiyasında X16 gətirmişlər. Təqsirləndirilən şəxs1 şöbədə xx.xx.2023-cü il tarixdə Biləcəri-Abşeron mənzilində 2 ədəd drossel-transformatorunun oğurlanması barədə cinayət əməlini səmimi olaraq etiraf etmiş və cinayəti tək törətdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə drosseltransformatorunun üst dəmir qapaqlarını söksə də apara bilməmişdir. Onlar yaxınlaşanda təqsirləndirilən şəxs qaçmışdır. O, yanında olan əməkdaşa avtomobilin yanında gözləməsini bildirmiş, özü isə ətrafı gəzmişdir. Daha sonra Aqşini görmüş, Aqşin ona avtomobilində yanacaq qutarmasını söyləmiş, o da avtomobilin yanacağını yoxlamış və avtomobildə yanacaq olduğunu müəyyən etmişdir. Bundan sonra Aqşin taksi sürücüsü kimi gəldiyini bildirmiş, Anar adlı şəxsin adını verərək Anarın dəmir sökməyə gəldiyini bildirmişdir. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs1 oğurluğa cəhd etmiş, heç nə oğurlaya bilməmişdir. Amma, şöbədə Təqsirləndirilən şəxs1 özü könüllü hadisədən 3 gün qabaq, yəni xx.xx.2023-cü il tarixdə Biləcəri-Abşeron mənzilində 2 ədəd drosseltransformatorunu oğurlamasını etiraf etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında iş yoldaşı Şahid5 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Al marketin yaxınlığında Təqsirləndirilən şəxs1 saxlayıb 43-cü polis bölməsinə aparmışlar. Bölmədə onun üzərinə video çəkiliş ilə axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində olan psixotrop maddə metamfetamini özü təqdim etmiş, həmin psixotrop maddəni 20 manata öz istifadəsi üçün DSK yolunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxsin hazırda onun saxlanılmasında iştirak etməməsi barədə yalan ifadə verdiyini, özünün şəxsən iş yoldaşı Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs1 saxlanılmasında, həmçinin onun üzərində şəxsi axtarış və götürülmə istintaq hərəkətinin aparılmasında şəxsən iştirak etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid10 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, xidməti ərazidə tez-tez oğurluq hadisələri baş verdiyi üçün bununla əlaqədar əməliyyat tədbirləri keçirmişlər. Sonda oğurluğa cəhd olunan zaman onlara məlumat gəlmişdir. Son oğurluq hadisəsi Xocəsən gölünün yaxınlığında 08 avqust 2023-cü il tarixdə, saat təxminən 02:00 radələrində olmuşdur. Bu vaxt əməliyyatçılar ilə hadisə yerinə yaxınlaşanda yolun kənarında bir avtomobilin durduğunu görmüşlər. Həmin avtomobil onların diqqətini çəkmiş, həmin vaxtı digər əməkdaşlar hadisə olan yerə getmişlər. O, isə orada qalıb, avtomobili müşahidə etməyə davam etmişdir. Daha sonra əməkdaşlar bildirmişlər ki, oğurluq edən şəxs qaçmışdır. Bu vaxtı avtomobili idarə edən şəxs, yəni Təqsirləndirilən şəxs2 gəlmiş, sonuncunun üstü toz içində olmuşdur. Aqşindən avtomobilin ona aid olub-olmamasını soruşmuş, Aqşin də avtomobilin onun olduğunu, yanacağı bitdiyini və ona görə avtomobili saxlamasını, yanacaq üçün avtomobili qoyub getməsini bildirmişdir. Sonra avtomobili yoxlayarkən avtomobildə benzinin olduğunu, Aşqinin yalan danışdığını müəyyən etmişlər. Buna görə onlar onlar Aqşini şübhəli şəxs qismində saxlamışlar və dindirilmə zamanı Aqşin Anarla oğurluq etmək üçün getdiyini, Anarın qaçdığını etiraf etmişdir. Sonra Anarın yeri müəyyən edilərək saxlanılmış və Təqsirləndirilən şəxs1 özü hər şeyi etiraf etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs2 saxlayan zaman sonuncunun üzərində yaxud avtomobilində oğurluq əşya olmamışdır. Təqsirləndirilən şəxs2 şöbədə Anar ilə birlikdə oğurluq etmək üçün həmin yerə getdiyini bildirmişdir. Onlarda şübhə doğuran məqam Aqşinin avtomobilin benzini qutarmasını və benzin alması üçün gediyinin bildriməsi olmuşdur. Çünki Aqşin benzin almaq üçün yanacaq doldurma məntəqəsinə düz yol ilə deyil, palçıqlı yol ilə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 gələn zaman həyəcanlı olmuş və üzəri sarı torpağa batmışdır. Oğrluq hadisəsinin olduğu ərazi də palçıqlı sarı torpaq olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq dövrü verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Binəqədi qəsəbəsində Qızqalası marketin yanında yerləşən metal qəbulu məntəqəsində metal qəbul edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12:00 radələrində iki nəfər şəxs ona dəmir parçaları gətirmiş, həmin dəmirin kiloqramını 40 qəpikdən almış və həmin şəxslərə 29 manat ödəmişdir. Onlar avtomobillə cəmi bir dəfə gəlmişlər. Daha sonra polis əməkdaşları gəlmiş və həmin dəmirin oğurluq olduğunu bildirmişlər. Polislər onu bölməyə dəvət etmiş, o da polislərlə birgə polis bölməsinə getmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, o, sadəcə sürücü olmuşdur. Anar ona zəng vuraraq, dəmir olmasını bildirmiş və həmin dəmiri apara bilib-bilməyəcəyini dəqiqləşdirmişdir. O, Anarla razılaşıb deyilən yerə getmişdir. Dəmirləri Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən Beton zavodundan götürüb, metal qəbulu yerinə aparıb təhvil vermişlər. O, getdiyi zaman Anar tək gəlmiş, yoldan Aqşini də götürmüşlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, sürücü olduğu üçün nə aparıldığına baxmamış və dəqiq nə aparılmasını bilməmişdir. Lakin ona dəmir qırıntıları olması bildirilmiş, özü isə radiator da görmüşdür. Həmin dəmirləri aparıb Balaxanı qəsəbəsində yerləşən metal qəbuluna vermişlər. Onları cəmi bir dəfə aparmış və Anar bunun müqabilində ona pul vermişdir. Dəmirləri neçəyə satdıqları barədə məlumatı yoxdur. O, özü təxminən 25-30 manat yol haqqı üçün pul almışdır. Onun gördüyü tək radiator olmuş, başqa nəsə görməmişdir. Yükləri maşına yolun qırağından yükləmişlər, həmin yerin yaxınlığında evlər olmuşdur. Dəmirlər yüklənən zaman Anar və Aqşin hər ikisi orada olmuşdur. Məhkəmə iclasında iştirak etmədiyindən Şahid8 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid8 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, “Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən metal qəbulu sexində fəhlə işləyir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmayıb. xx.xx.2023-ü il tarixdə saat 01:30 radələrində bir nəfər işlədiyi metal qəbulu sexinə gələrək əlindəki sellofan torbada olan misi satmaq işdəyini bildirmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsini alıb surətini çıxardıqda Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 satmaq istədiyi misi tərəzidə çəkmiş, misin çəkisi 26 kq olmuşdur. Misin bir kiloqramı 9 manatdan olmaqla ona 234 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 satdığı misi evində olan qaynaq aparatının içərisindən çıxartdığını demişdir. O Təqsirləndirilən şəxs1 aldığı misin oğurluq olduğunu bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs1 yenə onun işlədiyi sexə gəlmiş, o, yenə də satmaq üçün mis gətirmişdir. Təqsirləndirilən şəxs1 gətirdiyi misi tərəzidə çəkmiş, misin çəkisi 21 kq olmuş və o, misin bir kiloqramı 9 manatdan olmaqla ona 189 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 ikinci dəfə gətirib satdığı misin əvvəl satdığı misdən qalan mis olduğunu demişdir.” Məhkəmə iclasında iştirak etmədiyindən Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid5 ifadəsində əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid6 ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Al marketin yaxınlığında saxlayaraq Binəqdi RPİ-nin 43-cü PB-nə gətirdiklərini, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan açıq göy rəngli cins şalvarın qabaq sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etdiyi bükümün içərisində «patı» yəni psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 15 yanvar 2024-cü il tarixdə saatlarında 17-18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, CM-nin 177.2.3-2, 177.2.2, 29,177.2.3-2-ci maddələri ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Götürmə haqqında” protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Biləcəri st.X13 CAB-nin rəisi Şahid9 təqdim etdiyi iki ədəd kəlbətin, iki ədəd açar və 1 ədəd balta götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” protokoldan görünür ki. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli "xxxx" QSC-nin məktubundan görünür ki, ADY-yə 5600 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş foto cədvəldən görünür ki, hadisə yeri Abşeron rayonu, Xırdalan şəhərində Güzdək -10 blok post mənzilinin 12-ci kilometrliyinin piket 2-də yerləşən dəmiryolu xəttinin ətrafıdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, iki ədəd kəlbətin, iki ədəd açar və 1 ədəd balta maddi sübut kimi tanınaraq Bİləcəri st. XPŞnin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış və sonuncu törətdiyi əməli hadisə yerini əyani göstərməklə etiraf etmişdir. xx.xx.2023-cü il tarixli “Avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 99UF595 nömrəli avtomobilə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99UF595 nömrəli, “VAZ21046 minik” markalı avtomobil X4 məxsusdur. xx.xx.2023-cü il tarixli "xxxx" QSC-nin məktubundan görünür ki, “Azərbaycan Dəmir Yollar QSC-nin” balansında olan 2012-ci ildə quraşdırılmış, hər birinin içərisində 2 dolaq olan, İ dolaqda 12,5x8 mm ölçülü (10 mm2 diametrli) mis sarğı, İİ dolaqda isə 1.0 mm diametrli 560 mis sarğı olan 02 ədəd DT-02-500 tipli transformatorun oğurlanması ilə əlaqədar ADY-yə 5600 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/6619 saylı rəyindən görünür ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 13-1-24/2- 447/2023 №-li akta əsasən “Azərbaycan Dəmir Yollar QSC-nin” balansında olan 2012-ci ildə quraşdırılmış, hər birinin içərisində 2 dolaq olan, İ dolaqda 12,5x8 mm ölçülü (10 mm2 diametrli) mis sarğı, İİ dolaqda isə 1.0 mm diametrli 560 mis sarğı olan 02 ədəd DT-02-500 tipli transformatorun 2023-cü ilin avqust ayına olan pərakəndə(sərbəst) satış qiyməti 5600,0 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat olmuşdur. xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18:40-da tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.3-2, 177.2.2, 29,177.2.3-2 və 29,177.2.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, istitnaq ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki,fakta görə CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:10-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli xx.xx.2024-cü il saat 19:40-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan açıq göy rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd şəffaf rəngli sellofanda olan bükülünü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs1 ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 həmin ağ rəngli sellofana bükülmüş bir ədəd bükülüdə nə olduğu soruşulduqda o, həmin bükümdə “patı” olduğunu, həmin “patı”nı bu gün axşam saatlarında saat 17-18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkildikdə çəkisinin 0.89 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə prosesini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılması haqqında protokol ilə disk arasında uyğunsuzluq yoxdur. Həmin istintaq hərəkətində Şahid6 iştirak etməsi videogörüntü ilə də öz təsdiqini tapır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/236 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ns243” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs1 aşkar ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,799 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,799 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,749 qram maddə geri qaytarılmışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat olmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin saxlanıldığı MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 823 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinioidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 7 ay, 3 gün islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli “Axtarışda olanın tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-192/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 1 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 16:00dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, istitnaq ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanılmış material üzrə fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, hadisə yeri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşir. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, ünvan 7 ünvanında yerləşən metal qəbulu yerinə baxış keçirilmiş və 3 ədəd kisədə olan əşyalar götürülmüşdür. xx.xx.2024-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilən əşyalar arasında özünə məxsus oğurlanmış əşyaları tanımışdır. xx.xx.2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:40 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-127/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 21:40-dan hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-266/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, istitnaq ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, “Avrasiya” klinikasına məxsus anbardan ümumilikdə 1500 manat dəyərində plastik qapı pəncərə, alüminium pəncərə, tibbi avadanlıqların naqillərinin və motorlarının oğurlanması faktı üzrə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı saat 19:00-dan hesablanmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, “X15” şirkətinin ümumilikdə 2472 manat dəyərində elektrik naqillərinin və transformatorunun oğurlanması barədə müraciət üzrə toplanmış material əsasında fakta görə AR CM-nin 177.2.3-cü maddəs ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrəsi saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, X6 barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-347/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-348/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-530/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-533/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/4511 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: -01 ədəd 14 sm uzunluğunda, 40 mm diametrli, altıbucaqlı başlıqlı bolt - 1,50 manat -01 ədəd 4,5 mm diametrli qayka - 1,00 manat -01 ədəd 4 mm diametrli qayka - 0,60 manat Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. Bərdə rayon məhkəməsinin 1(021)98/2009 saylı, xx.xx.2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirilmə keçirilmiş, Təqsirləndirilən şəxs2 birgə oğurluq etdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-606/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə əməl AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.2.3-2, 29,177.2.3-2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.2.3-2, 29,177.2.3-2 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 dəmiryolu xətlərindən oğurluq etməsi faktında Təqsirləndirilən şəxs2 əməllərindən cinayət tərkibi olmadığından həmin hissədə Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində olan cinayət təqibinə hissəvi xitam verilmişdir. ********* nömrəli cinayət işinndən CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və ərazi adiyyəti üzrə Abşeron rayon polis idarəsinə göndərilməsi barədə qərar qəbul edilməsi, X6 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət ********* nömrəli cinayət işinin ayrılması, onun əməlinə yenidən hüquqi qiymət verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və X6 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, X6 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrılmışdır. xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 206 ədəd 4,5sm ölçüdə qaykalar, 272 ədəd 40sm ölçüdə qaykalar, 15 ədəd 14 sm uzunluqda, 4sm diametrli, altıbucaqlı boltlar, Təqsirləndirilən şəxs1 götürülmüş iki ədəd açar, iki ədəd kəlbətin və 1 ədəd balta, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 0,799 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,749 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla Binəqədi rayon polis idarəsində saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs1 şəxsi axtarışın aparılması və götürmə aparılması zamanı, Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 1(bir) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-719/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-720/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 polis işgəncəsinə və pis rəftara məruz qalması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs2 izahat verən zaman saxlanıldığı və polisə aparıldığı zaman ona heç bir fiziki və psixi zor tətbiq olunmadığını, üzərində aşkar olunan xəsarətləri həbs olunan zaman öz şəxsi avtomobilindən düşüb qaçan zaman aldığını, qorxduğu üçün qaçmaq istəməsini, həmin zaman ayağının səkinin kənarına toxunmasını və sürətlə sağ tərəfinin üstünə beton səkinin üzərinə yıxıldığını bildirmişdir. Zərərçəkmiş şəxs "xxxx" QSC-nin mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyanın əvəzi olaraq 5600 (beş min altı yüz) manat pulun və ödənilmiş 76 (yetmiş altı ) manat dövlət rüsumunun tutularaq hüquqi şəxsə ödənilməsini tələb edilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il təvəllüdlü Əsgərzadə Günay adlı övladı vardır. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2009-cu il təvəllüdlü Nərmin Alizadə, xx.xx.2011-ci il təvəllüdlü Zəhra Alizadə, xx.xx.2016-cı il təvəllüdlü Yadulla Alizadə adlı övladları vardır. Hüquqi məsələlər və sübutların qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 16 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu, mədən 1 ünvanında yerləşən fəaliyyət göstərməyən beton zavodundan birgə oğurluq etməmələri, həmçinin Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə olmaması barədə ifadələrini məhkəmə araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib həmin ifadələrin cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 Şahid6 onun saxlanılmasında, həmçinin şəxsi-axtarış və götürmə istintaq hərəkətində iştirak etmədiyini bildirmişdir. Halbuki, məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin video-görüntülərini əks etdirən diskə baxış keçirilmiş, Şahid6 həmin istintaq hərəkətində iştirak etməsi öz təsdiqini tapmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmiş digər Şahid5 ifadəsi elan edildiyi zaman Təqsirləndirilən şəxs1 iş materiallarında olan şahid ifadəsinin doğruluğunu təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birgə olan epizod üzrə də özünü təqsirli bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 də məhkəmə iclasında həmin epizodda Təqsirləndirilən şəxs1 onunla birgə olmadığını bildirmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxslərin həmin məzmunda verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki,həmin ifadələr özünü madafiə xarakterlidir. Belə ki, hər iki təqsiləndirilən şəxs ibtidai istintaq dövründə törətdikləri əməlləri səmimi etiraf etmiş, həmin ifadələr onların özləri və müdafiçiləri tərəfindən imzalanmışdır. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq dövründə verdikləri ifadələri sübut kimi qəbul edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər iki təqsirləndirilən şəxs ibtidai istintaq dövründə vermiş olduqları ifadələrində zavoddan oğurluğu zavodun ərazisinə qanunsuz daxil olmaqla birgə törətdiklərini, oğurlamış olduqları malları Zaminin avtomobili ilə Balaxanı qəsəbəsinə aparıb satdıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs2 dəmirləri zavodun çölündən götürməsini, yoldan taksi sürücüsü saxlatdırmasını, həmin taksi sürücüsü ilə birgə metalları Balaxanı qəsəbəsində yerləşən metal qəbulu yerinə verməsini, Təqsirləndirilən şəxs1 həmin oğurluğa aidiyyəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 da həmin oğurluq da iştirak etmədiyini, sadəcə Aqşinin dediyi yerə sürücü göndərməsini, sürücü ilə özünün də həmin yerə getməsini, malları Balaxanı qəsəbəsində yerləşən metal qəbulu yerinə verdiklərini bildirmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri arasında çox əhəmiyyətli ziddiyyət mövcuddur. Aqşin Alıyev taksi sürücüsünü yoldan saxlatdırdığını bildirdiyi halda, Təqsirləndirilən şəxs1 özünün sürücü ilə ora getdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 təqsirləndirilən şəxsləri həmin gecə Balaxanı qəsəbəsində yerləşən metal qəbulu yerinə apardığını, həmçinin onu Təqsirləndirilən şəxs1 çağırdığını, maşına yüklər yükləndiyi zaman həm Anarın, həm də Aqşinin orada olduğunu bildirmişdir. Bundan başqa məhkəmə iclasında Aqşin Alıyev polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, buna görə, etirafedici ifadə verdiyini bildirmişdir. Halbuki, xx.xx.2024-cü il tarixdə X3 polis işgəncəsinə və pis rəftara məruz qalması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan Aqşin Alıyev tərəfindən şikayət verilməmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs2 izahat verən zaman saxlanıldığı və polisə aparıldığı zaman ona heç bir fiziki və psixi zor tətbiq olunmadığını, üzərində aşkar olunan xəsarətləri həbs olunan zaman öz şəxsi avtomobilindən düşüb qaçan zaman aldığını, qorxuğu üçün qaçmaq istəməsini, həmin zaman ayağının səkinin kənarına toxunmasını və sürətlə sağ tərəfinin üstünə beton səkinin üzərinə yıxıldığını bildirmişdir. Göründüyü kimi Aqşin Alıyev prokurorluq orqanında araşdırılma aparılan zaman özü polislər tərəfindən pis rəftara məruz qalmasını təkzib etmişdir. Belə olan halda, məhkəmə araşdırması zamanı onun döyülməyini bildirməsi məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, zərərəçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərəçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların qismən etirafedici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.3-2, 177.2.4 və 234.1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəm təqsirləndirilən şəxslərə cəza təyin edərək qanunvericiliyin aşağıdakı müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur; 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin 1(021)982009 saylı, xx.xx.2009-cu il tarixli hökmü ilə 2 il islah işləri cəzasına məhkum edilsə də, həmin cəzaya görə məhkumluq ödənilmişdir. Ödənilmiş məhkumluqlar, həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara görə yaranmış məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.3-2, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli (CM 66.2), Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş olduğu ümumilikdə 5 (beş) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı (CM 69.3), cəzasının əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır (CM-93.1.2). Məhkəmə ikisi azyaşlı olmaqla himayəsində 3 yetkinlik yaşına çatmayan övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə 3 məhkəmə ekspertizası keçirilmişdir. Təyin edilmiş məhkəmə ekspertizalarından biri təqsirləndirilən şəxslərin iştirakçılıqla törətdiyi epizodla bağlı keçirilmiş, digər 2 tədqiqat isə Təqsirləndirilən şəxs1 tək icraçı olduğu epizodlarla əlaqədar keçirilmişdir. Buna görə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/236 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat vəsait və xx.xx.2023-cü il tarixli 3-16- 16/2-9/6619/2023 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat olmaqla ümumilikdə 115 manat vəsait Təqsirləndirilən şəxs1, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/4511/2024 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat vəsait təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulmalıdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi tərəfindən verilmiş mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə ziyan vurduğunun tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mülki iddia əsaslıdır. Ona görə də, iddia tələbi tam təmin edilməli, 5600 (beş min altı yüz) manat pul vəsaiti və 76 (yetmiş altı ) manat dövlət rüsumu olmaqla, ümumilikdə 5676 (beş min altı yüz yetmiş altı) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərəçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə maddi sübutlarla bağlı qeyd edir ki: Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 0,799 qram çəkidə olan psixotrop maddə metamfetamindən tədqiqata sərf edildikdən sonra qalıq qalıq qalmış və Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş təmiz çəkisi 0,749 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. (CPM 132.1.4) Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 206 ədəd 4,5 sm ölçüdə qaykalar, 272 ədəd 40 sm ölçüdə qaykalar, 15 ədəd 14 sm uzunluqda, 4 sm diametrli altıbucaqlı boltlar qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. (CPM 132.1.5) Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. (CPM 132.1.6) Təqsirləndirilən şəxs1 götürülmüş, onun cinayət törətmək üçün istifadə etdiyi 2 ədəd açar, 2 ədəd kəlbətin və 1 ədəd balta dövlət nəfinə xüsusi müsadirə edilməlidir. (CPM 132.1.1) CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə müdfiəçilərin təqdim etdiyi hesabatları və cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 təqsirləndirilən şəxslərin müdafiəçiləri qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxlərin hüquqlarının müdafiəsinə hər biri 80 (səksən) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 hər birinə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 530 (beş yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 177.2.3-2, 29,177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (il) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumilikdə 5 (beş) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzasının əvvəli 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzasının əvvəli 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 0,799 qram çəkidə olan psixotrop maddə metamfetamindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış və Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş təmiz çəkisi 0,749 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut – Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs1 məxsus 206 ədəd 4,5 sm ölçüdə qaykalar, 272 ədəd 40 sm ölçüdə qaykalar, 15 ədəd 14 sm uzunluqda, 4 sm diametrli altıbucaqlı boltlar Zərərçəkmiş şəxs1 qaytarılsın. Maddi sübut – Təqsirləndirilən şəxs1 götürülmüş və hazırda Binəqədi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 2 ədəd açar, 2 ədəd kəlbətin və 1 ədəd balta dövlət nəfinə xüsusi müsadirə edilsin. İş üzrə zərəçəkmiş şəxs - mülki iddiaçı "xxxx" QSC tərəfindən verilmiş mülki iddia təmin edilsin. Ümumilikdə 5676 (beş min altı yüz yetmiş altı) manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərəçəkmiş şəxsmülki iddiaçı "xxxx" QSC-yə ödənilsin. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/236 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 65 manat vəsait və xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/6619/2023 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat olmaqla ümumilikdə 115 manat vəsait Təqsirləndirilən şəxs1 tutularaq, xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-9/4511/2024 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş xərclənmiş 50 manat vəsait təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 530 (beş yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 530 (beş yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar