Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-116/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 yanvar 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində dəyişiklik edilməsi ilə əlaqədar əməli CMnin177.2.5-ci maddəsinə tövsüf edilərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 il 06 aya endirilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)- 485/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 06 ay 06 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzası başa çatmamış Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər Bağları massivi, fərdi yaşayış evində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Binəqədi rayonu, 20 Yanvar dairəsi yaxınlığında yerləşən avtobus dayanacağına gələrək, orada sərnişin qəbul etmək üçün dayanan **-JM-*** dövlət qeydiyyat nişanlı, 119 nömrəli marşrut xətti üzrə sərnişin avtobusuna vətəndaş Zərərçəkmiş şəxs arxasınca minib sonuncunun çiynindən asılmış əl çantasının açıq olmasından istifadə edib, əli ilə çantanın içərisindən üzərində 6 (altı) manat dəyərində ***- ***-**-** mobil nömrəsi olan «İPHONE 13 Pro Max» markalı, **********08792 və **********58131 İMEİ kodlu mobil telefonu çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 2506 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində 20 Yanvar metro stansiyasının üzü “Şamaxinka” adlanın istiqamətə gedən avtobus dayanacığında dayanarkən, orada durub avtobus gözləyən tanımadığı bir qızın əlində “İPHONE” markalı telefonunun olduğunu və telefonla danışdığını görmüş, həmin telefonu oğurlamaq üçün müvafiq anı gözləmişdir. Bu zaman 119 nömrəli marşrut avtobusu dayanacağa yaxınlaşmış, həmin qız avtobusa minmişdir. Avtobusda qız telefonunu çantasının içərisinə qoymuşdur, o, avtobusda olan sıxlıqdan istifadə edərək qızın sağ tərəfində dayanmışdır. O, hələ avtobus hərəkətə başlamamış qızın çantasının açıq vəziyyətdə olmasından istifadə edib, telefonu çantadan götürmüş və avtobus hərəkətə başlamamış avtobusun orta qapısından düşüb cəld addımlarla oradan uzaqlaşmışdır. Daha sonra 20 Yanvar metro stansiyasının girişinə qayıdıb, başqa bir avtobusa minib Sumqayıt şəhərinə getmişdir. Sumqayıt şəhərində 2-ci mikrorayonda bazarın yanı adlanan yerdə mərkəzi yolun kənarında üzərinə “Qold telekom” sözləri yazılmış telefon dükanına girib satıcıya “İPHONE” markalı telefonu göstərib, ailə üzvlərinə məxsus olmasını, maddi çətinlikləri olması səbəbindən 400 manata satmaq istədiyini demişdir. Satıcı isə 350 manat verəcəyini bildirmiş, onlar razılaşmışlar. O, özünə məxsus şəxsiyyət vəsiqəsini satıcıya təqdim etmiş, satıcı şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb, əslini ona qaytarmış və 350 manat pul vermişdir. Satıcı ondan telefonun oğurluq olub-olmamasını soruşmuş, o, telefonun özünə məxsus olmasını demişdir, sonra mağazadan çıxıb, oradan uzaqlaşmışdır. Həmin pula Sumqayıt bazarından özünə geyim əşyaları almışdır.xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində evdən çıxıb Bakı şəhəri istiqamətinə getmək üçün avtobus dayanacığına yaxınlaşan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə onlarla birlikdə getməsini təklif etmişlər. 119 nömrəli sərnişin avtobusunun təhlükəsizlik kamerasına düşmüş videogörüntüdəki ağ rəngli uzunqol köynək geyinmiş gözündə qara rəngli günəş eynəyi olan şəxs onun özüdür, həmin görüntülər oğurluq hadisəsinin baş verdiyi anlara aiddir. Maddi imkanı olmadığı üçün ziyanı ödəyə bilməmişdir,barəsində yüngül cəza təyin edilməsini xahiş edir. O,daha sonra əməlindən peşiman olduğunu göstərdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, üç ildir ki, Bakı şəhəri, Tbilisi prospektində yerləşən “Bravo” supermarketində işləyir. Qrafik üzrə iş vaxtı səhər saat 06:00-dan saat 17:00-dəkdir. xx.xx.2022-ci il tarixdə saat 16:40 radələrində iş vaxtı bitdiyi üçün işdən çıxıb evə getmək üçün 20 Yanvar metro stansiyasının yanında Xırdalan şəhəri istiqamətinə gedən avtobusun dayanacağında 19 nömrəli sərnişin avtobusunu gözləyirmiş. Həmin an yanında iş yoldaşı Elnur Əliyev olmuşdur. Avtobusu gözləyən zaman özünə məxsus olan “İPHONE-13 PRO MAX” modelli telefona baxıb, üzərində olan tünd rəngli əl çantasının ağzı açıq olan cib hissəsinə qoymuşdur və təxminən 2-3 dəqiqə sonra 119 nömrəli sərnişin avtobusu dayanacağa yaxınlaşaraq saxlamış və o, avtobusa minib ortada ayaq üstə dayanmışdır. Avtobusa minərkən içəridə sərnişinlər çox olmuş və bu səbəbdən sıxlıq yaranmışdır. Bir neçə saniyə sonra atasına zəng etmək üçün telefonu götürmək məqsədi ilə əlini çantasına atdıqda mobil telefonunun çantada olmadığını müəyyən etmişdir. Dərhal üst-başını, çantasının bütün ciblərini axtarmış, amma telefonu tapa bilməmişdir. Yanında olan iş yoldaşının mobil telefonu ilə öz telefonunun nömrəsinə zəng etmiş, telefonun söndürülməsi səbəbindən telefona zəng çatmadığından telefonunun oğurlandığını anlamışdır və Azərbaycan Respublikasının DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Mobil telefonun üzərində olan mobil nömrənin dəyəri 6 manat olmuş və hadisə nəticəsində ona 2506 manat maddi ziyan dəymişdir.Ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının telefonu 1800 manat dəyərində qiymətləndirilməsi ilə razı deyildir. Ona görə ki, həmin mobil telefonu oğurlanmamışdan qısa bir müddət əvvəl 2500 manata almışdır. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün şikayətçidir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhərində mərkəzi yolun kənarında yerləşən “Qold telekom” adlı mağazada satıcı işləyir. xx.xx.2022ci il tarixdə işlədiyi mağazada olan zaman bir nəfər şəxs mağazaya daxil olub əlində olan “İPHONE-13 PRO MAX” modelli telefonu maddi sıxıntısı olduğundan satmaq istədiyini bildirmişdir. O,telefona baxıb telefonun “İCLOUD”-a düşməsini müəyyən etmişdir və həmin şəxsə bildirmişdir ki, bu vəziyyətdə telefonu ehtiyat hissə kimi ala bilər. Sonra həmin şəxsdən telefonun oğurluq olub-olmadığını soruşduqda, həmin şəxs telefonun ailə üzvlərinə məxsus olduğunu bildirib, təcili olaraq pul lazım olduğu üçün satmaq istədiyini bildirmişdir. Telefonun alqı-satqısını 350 manata razılaşmışlar, o, həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini A4 formatında kağızda çıxarıb, həmin kağızın aşağı hissəsində telefonun İMEİ kodunu yazıb ehtiyat hissəsi olaraq satılmasını, oğurluq və ya girovda olmadığını, satıldığı tarixi, telefonun modelini qeyd edib həmin şəxsə təsdiq etməsi üçün imzalatmışdır. Vəsiqədən ona aydın olmuşdur ki, həmin şəxs 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı iş materialları ilə də, tam sübuta yetirilir. İş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdəki videogörüntülərə baxış keçirilən zaman müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Binəqədi rayonu, 20 Yanvar metro stansiyası yaxınlığında yerləşən avtobus dayanacığına təhlükəsizlik kamerası ilə təchiz olunmuş **-JM-*** nömrəli sərnişin avtobusu yaxınlaşıb dayanmış və Zərərçəkmiş şəxs sağ çiyin hissəsindən qara rəngli əl çantası asmışdır. Bir neçə saniyə sonra Zərərçəkmiş şəxs arxa hissəsindən bir nəfər ağ rəngli uzunqol köynək geyinmiş gözündə qara rəngli günəş eynəyi olan şəxs yaxınlaşıb, Aydanın arxasınca avtobusa daxil olmuşdur. Bundan bir neçə saniyə sonra isə həmin ağ rənli uzunqol köynək geyinmiş və gözündə qara rəngli günəş eynəyi olan şəxs iti addımlarla avtobusdan uzaqlaşıb oranı tərk etmişdir. İş materiallarının 120-122-ci vərəqlərindəki Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7616 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən 01 ədəd “İPHONE-13 PRO MAX” markalı, 128 QB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 1800.00 manat müəyyən edilir. Məhkəmə baxışında tədqiq edilmiş iş materiallarının 104-106-cı vərəqlərindəki Azərbaycan Respublikası DİN Baş Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən, iş materiallarına əlavə edilmiş, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-207/2017 saylı hökmünün, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-485/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağur Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.3.3-cü maddəsi ilə 07 il 06 ay müddətinə, CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 oktyabr 2008-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 09 mart 2016-cı il tarixə çəkilməmiş qalan 01 il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün hissəsi yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinn 23 yanvar 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən əməli Azərbaycan Respublikasının CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.5-ci maddəsinə tövsüf edilmiş, həmin maddə ilə təqsirli bilinib, 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 oktyabr 2008-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 09 mart 2016-cı il tarixə çəkilməmiş qalan 01 il 06 ay 28 gün hissəsi həmin qərarla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 oktyabr 2008-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 09 mart 2016-cı il tarixə çəkilməmiş qalan 01 il 06 ay 28 gün hissəsi həmin qərarla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Binəqədi rayon məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-485/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 06 ay 06 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarının 60-cı vərəqindəki 14 oktyabr 2022-ci il tarixli tutma protokolundan və iş materiallarının 97-102-ci vərəqlərindəki “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair” Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)- 1195/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Arif oğlu xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Beləliklə də, məhkəmə cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına hesablanmaqla belə nəticəyə gəlir ki, əvvəllər talama cinayətləri törətdiyinə görə beş dəfə məhkum olunmasına, əvvəlki məhkumluqlarının ödənilməməsinə və götürülməməsinə baxmayaraq, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar,həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı və cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı olduğu üçün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin olunmalıdır. Belə ki, qeyd olunan maddənin tələbinə əsasən xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün dörddə üçündən az ola bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, cinayətlərin xüsusilə təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edib qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir.Bununla yanaşı həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının hazırki cinayət işi üzrə onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan- 14 oktyabr 2022-ci il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs»qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdrilmədən saxlanılmasını əsaslı hesab edir. Həmçinin Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-261/2023 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də, işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edlilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də, cəzanın məqsədinə uyğundur. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat ödənilməlidir və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 261/2023 saylı hökmü ilə təyin edilmiş 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanüni qüvvəyə minənə kimi dəyişdirlməsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X2,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut 1 (bir) ədəd DVD disk iş materiallarına əlavə edilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 288 (iiki yüz səksən səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov
Məhkəmə qərarları › İş №1(001)-116/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-116/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver