Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-116/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta-ixtisas təhsilli, işləməyən, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, İ Mədən, Korpus 22, Fəxrəddin Qurbanlı küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 mart 1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsi tərəfindən ********** saylı şəhadətnamə (VEON) ilə dövlət qeydiyyatına alınmış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla fəaliyyət göstərən "Camal LTD" şirkəti ilə onun arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə əsasən, istifadəsinə verilmiş avadanlığı, alətləri, materialları və digər əmlakı qorumaq, təyin edilmiş bütün iş saatlarını tapşırılmış işlərin keyfiyyətli icrasına sərf etmək, özünün bilavasitə təyin olunmuş nəzarətçisinə hesabat vermək, istifadəsinə, sərəncamına, ona etibar edilmiş əmlakı, maddi və ya digər sərvətləri salamat saxlamaq, belə əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərin görülməsi zamanı təqsiri ucbatından zərər vurulmuş əmlaka, maddi və ya digər sərvətlərə vurduğu ziyanı ödəmək, o cümlədən qəbul edilmiş ümumi qaydalara əsasən qəbul etdiyi malın hərəkəti barədə mühasibatlığa vaxtaşırı mal-pul hesabatlarını təqdim etmək, satılmış malın dəyərini alıcılar tərəfindən şirkətin bank hesabına ödənilməsini tələb etmək və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla, 15 avqust 2023-cü il tarixdən 09 aprel 2024-cü il tarixədək olan dövr ərzində həmin şirkətdə satış təmsilçisi- merçendayzer vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdıraraq, bilə-bilə bu saxta sənədlərdən istifadə edib, ona etibar olunmuş özgə əmlakını xeyli miqdarda ziyan vuraraq vahid niyyətlə talamaq məqsədilə, xx.xx.2024-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 276,20 manat, xx.xx.2024-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 440,15 manat, xx.xx.2024-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 431,30 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 517,30 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 582,50 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 322,50 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 424,80 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 467,50 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 412,80 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişməsi sənədi ilə 728,10 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 322,50 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 895,26 manat, xx.xx.2023-cü il tarixli **********2 №li malların yerdəyişməsi sənədi ilə 968,70 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 136 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 530,30 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 193,50 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 439,75 manat, xx.xx.2023-cü il tarixli **********7 №li malların yerdəyişməsi sənədi ilə 322,50 manat, xx.xx.2023-cü il tarixli **********1 №li malların yerdəyişməsi sənədi ilə 375,35 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişməsi sənədi ilə 1446,80 manat, xx.xx.2023-cü il tarixli **********5 №li malların yerdəyişməsi sənədi ilə 842,60 manat, xx.xx.2023-cü il tarixli **********8 №li malların yerdəyişməsi sənədi ilə 154,80 manat, xx.xx.2023-cü il tarixli **********3 №li malların yerdəyişməsi sənədi ilə 1059,06 manat, xx.xx.2023-cü il tarixli **********9 №li malların yerdəyişməsi sənədi ilə 223,40 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 1187 manat, xx.xx.2023-cü il tarixli **********0 №li malların yerdəyişməsi sənədi ilə 645 manat olmaqla, cəmi 14345,67 (on dörd min üç yüz qırx beş manat altmış yeddi qəpik) manat məbləğində məhsulları şirkətin ünvan 2 ünvanında yerləşən anbarından maddi məsuliyyətə götürməklə 09 sentyabr 2023cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan dövr ərzində həmin məhsulların 6595,46 (altı min beş yüz doxsan beş manat qırx altı qəpik) manat dəyərində olan hissəsini ona təhkim olunmuş Bakı şəhərinin Suraxanı və Pirallahı rayonları ərazidə fəaliyyət göstərən şirkətin müştərilərinə təhvil verməklə əldə etdiyi pul vəsaitini şirkətin xəzinəsinə mədaxil etmiş, göstərilən dövr ərzində həmin məhsulların 7359,29 (yeddi min üç yüz əlli doqquz manat iyirmi doqquz qəpik) manat dəyərində olan hissəsini isə istintaqla müəyyən edilməsi mümkün olmayan ticarət obyektlərinə müvafiq sənədlər olmadan təhvil verib, satışdan əldə etdiyi qeyd edilən 7359,29 (yeddi min üç yüz əlli doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitini şirkətin xəzinəsinə mədaxil etməyərək, həmçinin 016543 nömrəli, xx.xx.2023-cü il tarixli, 005999 nömrəli, xx.xx.2023-cü il tarixli, 017499 nömrəli, xx.xx.2024-cü il tarixli "Malların təhvil-qəbul aktı" adlı ciddi hesabat blankları olmaqla vəzifədən azad edən rəsmi sənədlərdə "təhvil aldım" qrafalarındakı yazı və imzaların şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən icra olunmasına nail olaraq bilə-bilə saxtalaşdırdığı həmin sənədləri "Camal LTD" şirkətinə verməklə bilə-bilə istifadə edib, məhsulları istintaqla müəyyən edilməsi mümkün olmayan ticarət obyektlərinə müvafiq sənədlər olmadan təhvil verərək, həmin üsulla satışdan əldə etdiyi 390,92 (üç yüz doxsan manat doxsan iki qəpik) manat pulu, ümumilikdə isə xeyli miqdarda, yəni 7750,21 (yeddi min yüz yüz əlli manat iyirmi bir qəpik) manat dəyərində pul vəsaitini Camal LTD” şirkətinin xəzinəsinə mədaxil etməyib özünün şəxsi ehtiyaclarına xərcləyərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəyib israf etməklə talamış və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdıraraq, bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailədə tək uşaqdır və subaydır, atası rəhmətə getmiş, anası isə İİ qrup əlilidir. Əvvəllər “Eurohome”, Aquapark” və sair bu kimi yerlərdə mühafizəçi işləmişdir, 15 avqust 2023-cü il tarixdən 09 aprel 2024-cü il tarixinə kimi ünvan 3 ünvanında yerləşən “Camal LTD” şirkətində merçendayzer vəzifəsində işləmişdir, lakin faktiki olaraq 17 fevral 2024-cü il tarixdə işdən ayrılmış və bir daha işə çıxmamışdır. “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 ünvanında və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı var. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Merçendayzer kimi vəzifəni qəbul etdiyi malların hərəkəti barədə mühasibatlığa vaxtaşırı mal-pul hesabatlarını təqdim etmək, satılmış malların dəyərinin alıcılar tərəfindən şirkətin bank hesabına vaxtında ödənilməsini təmin etmək, anbardan təhvil aldığı malları alıcılara vaxtında və tam çatdırmaq, şirkət tərəfindən ona etibar olunmuş malın salamat saxlanılmasına nəzarət etmək, mala dəyə biləcək zərərin qarşısının alınması üçün əvvəlcədən tədbirlər görmək və sair bu kimi işlərdən ibarət idi. 17 fevral 2024-cü il tarixdə sayımda aşkar edilmiş çatışmazlıqlara görə yox, məhz intizamsızlığına görə şirkət rəhbərliyi ilə arasında yaranmış mübahisəyə görə işdən ayrılmaq qərarına gəlmiş və bir daha işə çıxmamışdır. Bundan bir gün sonra, yəni 18 fevral 2024-cü il tarixdə şirkətin istifadəsinə verdiyi “Mercedes” markalı yük maşının bortuna baxış keçirildi. İşə audit şöbəsi üzrə yeni müdir qəbul olunduğu üçün iki həftədən bir avtomobildəki mallar sayılırdı. Həmin vaxta qədər mallar təxminən 3-4 dəfə ərzində yoxlanmışdı və xırda məbləğlərdə qalıq olsa da, heç vaxt xeyli miqdarda qalıq aşkarlanmamışdı. Baxışdan sonra ona zəng vasitəsilə avtomobildə təxminən 2000 manat məbləğində qalıq aşkar olunduğu bildirildi və onu audit yoxlamasına və mağazalarla üzləşməyə dəvət etdilər, lakin, o, avtomobilə 2 həftə əvvəl baxış keçirildiyini, həmin baxış zamanı heç bir qalıq aşkarlanmadığını və bu dediklərinin inandırıcı olmadığını bildirərək onların çağırışına aralarında olmuş mübahisəyə görə getməmişdir. Bir müddət sonra ona avtomobilinin bortunda aşkar edilmiş çatışmazlıqdan əlavə mağazalarla da aparılmış üzləşmə zamanı hesabda fərqlər aşkar edildiyi bildirilmişdir. Etiraf edir ki, mənimsədiyi malların dəyəri təxminən 200-300 manat təşkil edə bilər. Həmçinin malları şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil almış, anbardar isə Şahid8 olmuşdur. 005940, 016595, 016583, 016582, 016528, 005981, 016311, 016543, 005977, 016794, 016504, 016312, 016529, 005995, 016558, 016592, 016502, 005999, 016310, 016594, 005984, 016796, 016561, 005941, 017435, 017437, 017408, 016556, 017499, 018064 nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənədlərdəki “təhvil verdim” sözlərinin qarşısında “Arzu” yazısı və həmin sözün qarşısındakı imza ona aiddir, tərəfindən icra edilib, lakin “təhvil aldım” sözlərinin qarşısındakı imza və yazılar tərəfindən icra edilməyib. Anbardan götürdüyü malları təhkim olunduğu ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə ehtiyacları qədər qaimə ilə təhvil vermişdir, bu qaiməni, yəni “Malların təhvil-qəbul aktı” adlı sənədi həm o, həm də müştərilər imzalayıb. 200-300 manatlıq əksiklik avtomobilinin bortundan aşkar edilmiş maldır, lakin marketlərin adından saxta qaimə yazaraq şirkətə məxsus heç bir malı mənimsəməmişdir. Bölgə müdiri Mircavid, anbardar Şahid8, satış müdiri isə Ərşad Məmmədov olub. Əlavə olaraq mağazalardan əlbəəl şəkildə pul almamış, malı mağazalara, eləcə də, təsdiq edən sənədləri şirkətə təhvil vermişdir. Qaimələrdə olan imzalar saxta imzalar deyil, onlar, həqiqətən də, mal qəbulçularına məxsus imzalardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, mağazalardan götürdüyü məbləğlərdən təxminən 300-600 manat məbləğini mənimsəmiş, müştərilərin adından isə ümumiyyətlə saxta imzalar çəkməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X6 ifadəsində göstərmişdir ki, “Camal LTD” şirkətinin İnsan resursları üzrə idarə qulluqçusu vəzifəsində işləyir. “Camal LTD” şirkəti xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsi tərəfindən verilmiş ********** saylı şəhadətnamə (VEÖN) ilə qeydiyyata alınmışdır, dondurma məhsullarının istehsalı və satışı ilə məşğul olur, hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvan isə ünvan 5, 9-cu döngədir. Şirkətin hazırda ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır, şirkətin rəhbəri X4r. Təqsirləndirilən şəxs şirkətdə 15 avqust 2023- cü il tarixdən başlayaraq merçendayzer vəzifəsində işləmiş, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etmək olmuş, lakin Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan müddət ərzində rəsmi qaimələr əsasında “Ballı Hövsan” adlı mağazanın adına yazılmış 739,48 və “Ballı Dədəqorqud” adlı mağazanın adına yazılmış 428,40 manat dəyərində dondurma məhsulunu həmin müştərilərə təhvil verməmiş, bundan başqa, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdıraraq qeyd olunan 3 mağaza üzrə 4222,18 manatlıq malı mənimsəmiş, eləcə də “Bolluq Hövsan” (Zahidoğlu) mağazasından 121,54 manat dəyərində malı və “Araz” supermarketlər şəbəkəsinə aid “Araz 149” və “Araz 790” mağazalarından 215,42 manat dəyərində malı şirkətdən təhvil alaraq həmin mağazalara verməmiş, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında aşkar edilmiş qeyd olunan kəsirlərlə bağlı işə gəlmədiyindən barəsində şübhələr artdığı üçün ona verilmiş isti satış maşınına baxış keçirilmiş və 2023,19 manat dəyərində mal çatışmazlığı aşkar edilmiş, beləliklə Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinə ümumilikdə 7750,21 manat maddi ziyan vurmuş, Təqsirləndirilən şəxs bu audit yoxlamasında iştirak etmiş, lakin sənədləri imzalamaqdan imtina etmiş və götürdüyü pulları necə xərcləməsi, malları isə kimlərə satması barədə onlara hər hansı məlumat verməmiş, qeyd olunanlarla əlaqədar üzləşmələr aparılmış, müvafiq qaimələr, qəbzlər toplanmış və daxili auditin gəldiyi nəticə sərbəst audit tərəfindən təsdiqlənmiş, Təqsirləndirilən şəxs fərqli sürücülərlə işləsə də, onun bölgə müdiri Şahid5 olmuş, lakin həmin şəxslərin Arzunun bu əməlindən məlumatı olmamış, “Camal LTD” şirkəti balaca mağazalardan sifarişləri satış təmsilçiləri vasitəsi ilə yerində mağazaların özündə, böyük mağazalarda isə elektron poçt ünvanı vasitəsi ilə qəbul edir. Məhsulların ödənişini isə böyük mağazalar adətən şirkətin bank hesabına köçürmə yolu ilə, balaca mağazalar isə nağd şəkildə satış təmsilçilərinə verməklə ödəyirlər. “Camal LTD” bank hesabı isə "xxxx" ASC-dədir. Bundan başqa, sifarişdən kənar formada satış təmsilçiləri adəti üzrə anbardan təhvil aldıqları məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə həmin ticarət nöqtələrinin ehtiyacı olan qədər sifarişdən kənar da verə bilir. Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü oxşatma üsulu ilə imzalayıb saxtalaşdırmış, bu faktı şirkətin aidiyyəti əməkdaşları mağazalarla üzləşmə zamanı həmin qaimələri adından imza çəkilən şəxslərə göstərmiş, onlar həmin imzaların onlara məxsus olmadığını bildirmişlər. O, “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalarla aralarında 4222,18 manatlıq borc fərqi olmasını bildirməsi, lakin işə əlavə edilmiş həmin mağazaların adına tərtib edilmiş “Malların təhvil-qəbul aktı” adlı sənədlərdən bu məbləğin 4222,18 manat təşkil etməməsinə dair suala cavab olaraq bildirmişdir ki, üzləşmə zamanı 4222,18 manat mal fərqi dəqiq hesablanmış, Təqsirləndirilən şəxs bütün qaimələri deyil, bəzilərini saxtalaşdırmış, malların qalan hissəsinə dair qaimələri isə saxtalaşdırmamış, sadəcə malları başqa ticarət nöqtələrinə təhvil vermiş, buna dair də hər hansı sənədi şirkətə verməmiş, lakin Arzunun həmin malları hansı kənar mağazalara satması barədə məlumatlar yoxdur, Təqsirləndirilən şəxs malların sifariş edilməsi barədə istifadəsində olan şirkət tərəfindən verilmiş mobil telefona quraşdırılmış “1C” proqramına daxil olaraq yalan qaimələr yazmış, arxivdə həmin qaimələrdən tapdıqlarını istintaqa təqdim etmişdir. O, əlavə olaraq göstərmişdir ki, saxtalaşdırılmış satış qaimələri ancaq “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalarla əlaqədar olmuş, bunların da yalnız bir qismi saxtalaşdırılmışdır. “Araz” supermarketlər şəbəkəsi böyük mal və pul dövriyyəsi ilə işlədiyi üçün onlarla aralarında 215,42 manat dəyərində çatışmazlıqla bağlı üzləşmənin aparılması təşkilatçılıq səbəbindən mümkün olmamış, lakin onlarda olan mühasibatlıq sənədləri ilə bu fakt tam təsdiqini tapmışdır. 01 aprel 2024-cü il tarixli aktda “Camal LTD” şirkətində Laçın mağazalar şəbəkəsinin onlara 16167,23 manat dəyərində mal təhvil verilməsinin göstərilməsi, üzləşmə zamanı Şahid6 isə 4097,18 manat borcu olduqlarını qeyd etməsi, aradakı fərq 12070,05 manat etdiyi halda həmin aktda bu fərqin 12070 manat göstərilməsi ola bilsin, üzləşmə zaman şirkətin auditi Orxan tərəfindən düzgün qeyd edilməmiş, bu fərq Təqsirləndirilən şəxs mənimsədiyi malların dəyərinə təsir göstərməmiş, çünki qeyd olunan 0,05 qəpik Təqsirləndirilən şəxs ələ keçirdiyi deyil, Laçin mağazasının ödədiyi puldan əksik göstərilmiş, qeyd olunan aktda “Bolluq” marketlə aralarındakı mal fərqinin 120.88 manat, audit aktında isə bu fərqin 121.54 manat göstərilməsi digər akt kimi texniki səhv ucbatından baş vermişdir. Əlavə olaraq qeyd etmişdir ki, ərazi üzrə yerləşən bəzi kiçik mağazalarda Təqsirləndirilən şəxs nağd qaydada, yəni əlbəəl şəkildə, şəbəkə mağazalarda isə köçürmə yolu ilə ödənişlər olunub. Sonuncu malları anbardan götürüb, lakin mallar yoxdur. Arzu tərəfindən 14345 manat dəyərində mal götürülüb, 6595 manat dəyərində mal mağazalara çatdırılıb, lakin qalan məbləğdə məhsul, o cümlədən, məhsulun çatdırılmasını təsdiq edən qaimə yoxdur, üç mağaza isə saxta imzalar aşkarlanıb, lakin sonuncu həmin imzaların ona məxsus olması ilə razılaşmır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı “Camal LTD”-nin nümayəndəsi qismində tanınaraq dindirilmiş X6 əlavə olaraq tərəflərindən verilmiş mülki iddianın təmin edilməsini, onlara dəymiş olan zərərin ödənilməsini, Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Camal LTD” şirkətinin ünvan 2 ünvanında yerləşən anbarında anbar nəzarətçisi vəzifəsində işləyir, “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs bu şirkətdə 2023-cü ildən başlayaraq merçendayzer vəzifəsində işləyib, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət idi, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi, Təqsirləndirilən şəxs nizam intizamsız işçi olduğundan rəhbərlik onu işdən azad etmək qərarına gəldi, bu qərarı Arzuya bildirdikdə Arzu işə gəlməyəcəyini deyib çıxıb getdi. Bundan sonra sonuncunun fəaliyyəti yoxlanmağa başlandı. Aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs müəyyən fakturaları mağazalara vermədiyi, borcda müəyyən qədər çatışmazlıqların yarandığı aydınlaşdı. 25 dekabr 2023-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan müddət ərzində rəsmi qaimələr əsasında “Ballı Hövsan” adlı mağazanın adına yazılmış 739,48 və “Ballı Dədəqorqud” adlı mağazanın adına yazılmış 428,40 manat dəyərində dondurma məhsulunu həmin müştərilərə təhvil vermədiyi müəyyən edildi, bundan başqa, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdıraraq qeyd olunan 3 mağaza üzrə 4222,18 manatlıq malı mənimsəyib, bundan başqa, “Bolluq Hövsan” (Zahidoğlu) mağazasından 121,54 manat dəyərində malı və “Araz” supermarketlər şəbəkəsinə aid “Araz 149” və “Araz 790” mağazalarından 215,42 manat dəyərində malı şirkətdən təhvil alaraq həmin mağazalara verməyib, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında aşkar edilmiş qeyd olunan kəsrlərlə bağlı işə gəlmədiyindən barəsində şübhələr artdığı üçün ona verilmiş isti satış maşınına baxış keçirildi və 2023,19 manat dəyərində mal çatışmazlığı aşkar edildi. Beləliklə, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinə ümumilikdə 7750,21 manat maddi ziyan vurdu, Arzu bir daha işə gəlmədiyi üçün onunla bu barədə danışmaq imkanımız olmadı. Bundan əlavə, 03 aprel 2024-cü il tarixli “Akt” da Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1" və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdırmasına dair göstərilənlər ilə əlaqədar deyə bilərəm ki, Təqsirləndirilən şəxs qeyd olunan mağazalarla satış qaiməsini həmin mağazalarda malları qəbul edən şəxslərin adından oxşatma üsulu ilə özü imza çəkib saxtalaşdırıb. Belə ki, həmin mağazalarla üzləşmə zamanı həmin qaimələr adından imza çəkilən şəxslərə göstərilib, sonuncular həmin imzaların onlara məxsus olmadığını deyiblər. “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalarla şirkət arasında 4222,18 manatlıq borc fərqinin olması, lakin həmin mağazaların adına tərtib edilmiş “Malların təhvilqəbul aktı” adlı sənədlərdə bu məbləğin 4222,18 manat göstərilməsi barədə isə bildirir ki, üzləşmə zamanı 4222,18 manat mal fərqi dəqiq hesablanıb, Təqsirləndirilən şəxs bütün qaimələri deyil, bəzi satış qaimələrini saxtalaşdırıb, malları başqa ticarət nöqtələrinə təhvil verib, buna dair də hər hansı sənədi şirkətə verməyib. Arzunun həmin malları hansı kənar mağazalara satması barədə məlumatı yoxdur, saxtalaşdırılmış satış qaimələri ancaq “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” adlı mağazalarla əlaqədar olub, bunların da yalnız bir qismi saxtalaşdırılıb, şirkətdə malların sifarişi, qəbulu və digər mühasibat işləri “1C” proqram təminatı vasitəsi ilə aparılıb, satış təmsilçilərinin bu proqrama girişi olmayıb, bu proqramı əsasən mühasibatlıq şöbəsinin işçiləri işlətmiş, satış təmsilçilərinin mobil telefonuna isə “Mobi-es” satış proqramı quraşdırılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021-ci ildən ünvan 7 ünvanında yerləşən “Ballı” marketlər şəbəkəsində maliyyəçioperator vəzifəsində işləyir, şəbəkənin Bakı şəhəri ərazisində 9 marketi vardır və sahibi fiziki şəxs X2r. Marketlər üçün dondurma və oxşar məhsullarını Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən, “Camal LTD” şirkətindən təmin etmişlər, marketlərdə mal qəbulu ayrıca aparılır, marketlərin hər birində ayrıca mal qəbul edicisi vardır. “Camal LTD” şirkətindən onlara mal təhvil verən şəxsin adını hadisə üzə çıxanadək bilməmiş, çünki maliyyəçidir, mal qəbul etmir, lakin həmin şirkətdən audit olan Namiq adlı şəxsi tanıyır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 21 fevral 2024-cü il tarixdə “Camal LTD” şirkətinin Şahid9 adlı əməkdaşı ofisə gəlmiş, aralarında borc fərqini hesablamağı, istəmiş, birlikdə apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, 21 fevral 2024-cü il tarixə “Camal LTD” şirkətinə “Ballı Dədəqorqud” mağazası üzrə 207,98 manat, “Ballı Hövsan” marketi üzrə isə 1330,19 manat borcuları qalmış, həmin şirkətin satış təmsilçisi sonradan adının Arzu olduğunu öyrəndiyi şəxs müvafiq olaraq birinci marketdən 428,40 manat, ikinci marketdən isə 739,48 dəyərində məhsulu işlədiyi şirkətdən alaraq guya onlara vermək adı ilə götürərək mənimsəmiş, Arzu adlı həmin şəxs ümumilikdə 1167,88 manat dəyərində "Camal LTD” şirkətinə məxsus malı onlara vermək adı ilə öz şirkətindən götürərək onlara təhvil verməmiş, işlədiyi şirkəti aldadaraq malları ələ keçirmiş, lakin həmin şəxsin malları nə etməsi barədə məlumatı yoxdur, aldıqları malların ödənişləri “Camal LTD” bank hesabına yalnız köçürmə yolu ilə ödəmişlər. O, həmçinin bildirmişdir ki, Pərviz hazırda Hövsan qəsəbəsində mal qəbuledicisi vəzifəsində işləyir, lakin onlarda Eldar şəxs işləməmişdir. 017435, 017437, 017408, 016556, 017499, 018064 nömrəli “Malların təhvilqəbul aktı” adlı sənədlərdəki “təhvil aldım” sözlərinin qarşısındakı imza və yazıların kim tərəfindən icra olunması barədə sualara cavab olaraq bildirmişdir ki, 017435 nömrəli sənəddə Eldar adlı şəxs göstərilmiş, halbuki, onlarda Eldar şəxs olmamış, Pərviz isə onların mal qəbuldicisidir, 017437, 017408, 016556, 017499, 018064 nömrəli sənədlərdəki “təhvil aldım” sözlərinin qarşısındakı imza və yazıların onun tərəfindən icra edilmədiyini düşünür, bu imza və yazılar Pərvizin imza və yazısına oxşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2010-cu ildən hazırki vaxtadək “Ballı-Hövsan” marketdə mal qəbuledicisi vəzifəsində işləyir, bu marketlər şəbəkəsinin Bakı şəhəri ərazisində 7 ədəd marketi vardır, işlədiyi müddətdə market üçün dondurma məhsullarını Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Camal LTD” şirkətindən almış, mağazanın adından malları o, qəbul etsə də, malların ödənişi mağazalar şəbəkəsinin rəhbərliyi tərəfindən yalnız bank hesabına köçürülmüş, həmin şirkətdən malları onlara son dövrlərdə satış təmsilçisi Arzu adlı şəxs vermiş, malları həmişə qaimə ilə təhvil almış, bu qaimənin bir nüsxəsi də onların maliyyəçilərdə saxlanılmışdır. Bir neçə ay bundan qabaq “Camal LTD” şirkətinin adını xatırlamadığı bir nümayəndəsi marketdə gəlmiş, ona bir qaiməni göstərib orada onun adından çəkilmiş imzanı və “Pərviz” yazısını onun yazıb-yazmadığını göstərmiş, o, imza və yazıya baxıb onlara olduğu kimi, yəni imza və yazının onun tərəfindən icra edilmədiyini bildirmiş, həmin vaxt məlum olmuşdur ki, Arzu onun adını qaimə yazmış, yerinə də qol çəkmiş və qaimədə göstərilən malı onlara vermək adı ilə işlədiyi şirkətdən təhvil alıb onlara verməyərək mənimsəmiş, bununla belə mən Arzunun həmin malları kimə (kimlərə) verməsi barədə məlumatı yoxdur. O, əlavə olaraq bildirmişdir ki, 016502, 005999, 016310, 016594, 005984, 016796, 016561, 005941 nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənədlərdəki “təhvil aldım” sözlərinin qarşısındakı imza və yazılar onun tərəfindən icra edilməmiş, qeyd olunan sənədlərdə göstərilən məbləğlərdəki malları təhvil almamış, oradakı imza və yazılar da ona məxsus deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, cinayət hadisəsi baş verən zaman “Camal LTD” şirkətində bölgə müdiri vəzifəsində işləmişdir, vəzifəsi təyin olunduğu bölgə üzrə işçilərin fəaliyyətinə nəzarət etməkdən ibarət idi. “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs bu şirkətdə 2023-cü ildən başlayaraq merçendayzer vəzifəsində işləyib, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət idi, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi. Sonuncu gündəlik olaraq mağazalara mal verməsini təsdiq edən qaimələri ona təqdim edir, o da qaimələri yoxlayır. Təqsirləndirilən şəxs nizam intizamsız işçi olduğundan rəhbərlik onu işdən azad etmək qərarına gəldi, bu qərarı Arzuya bildirdikdə Arzu işə gəlməyəcəyini deyib çıxıb getdi. Bundan sonra sonuncunun fəaliyyəti yoxlanmağa başlandı. Aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs müəyyən fakturaları mağazalara vermədiyi, borcda müəyyən qədər çatışmazlıqların yarandığı ayndılaşdı. 25 dekabr 2023-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan müddət ərzində rəsmi qaimələr əsasında “Ballı Hövsan” adlı mağazanın adına yazılmış 739,48 və “Ballı Dədəqorqud” adlı mağazanın adına yazılmış 428,40 manat dəyərində dondurma məhsulunu həmin müştərilərə təhvil vermədiyi müəyyən edildi, bundan başqa, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdıraraq qeyd olunan 3 mağaza üzrə 4222,18 manatlıq malı mənimsəyib, bundan başqa, “Bolluq Hövsan” (Zahidoğlu) mağazasından 121,54 manat dəyərində malı və “Araz” supermarketlər şəbəkəsinə aid “Araz 149” və “Araz 790” mağazalarından 215,42 manat dəyərində malı şirkətdən təhvil alaraq həmin mağazalara verməyib, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında aşkar edilmiş qeyd olunan kəsrlərlə bağlı işə gəlmədiyindən barəsində şübhələr artdığı üçün ona verilmiş isti satış maşınına baxış keçirildi və 2023,19 manat dəyərində mal çatışmazlığı aşkar edildi. Beləliklə, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinə ümumilikdə 7750,21 manat maddi ziyan vurdu, Arzu bir daha işə gəlmədiyi üçün onunla bu barədə danışmaq imkanımız olmadı. Bundan əlavə, 03 aprel 2024-cü il tarixli “Akt” da Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1" və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdırmasına dair göstərilənlər ilə əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs qeyd olunan mağazalarla satış qaiməsini həmin mağazalarda malları qəbul edən şəxslərin adından oxşatma üsulu ilə özü imza çəkib saxtalaşdırıb. Belə ki, həmin mağazalarla üzləşmə zamanı həmin qaimələr adından imza çəkilən şəxslərə göstərilib, sonuncular həmin imzaların onlara məxsus olmadığını deyiblər. “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalarla şirkət arasında 4222,18 manatlıq borc fərqinin olması, lakin həmin mağazaların adına tərtib edilmiş “Malların təhvil-qəbul aktı” adlı sənədlərdə bu məbləğin 4222,18 manat göstərilməsi barədə isə bildirir ki, üzləşmə zamanı 4222,18 manat mal fərqi dəqiq hesablanıb, Təqsirləndirilən şəxs bütün qaimələri deyil, bəzi satış qaimələrini saxtalaşdırıb, malları başqa ticarət nöqtələrinə təhvil verib, buna dair də hər hansı sənədi şirkətə verməyib. Arzunun həmin malları hansı kənar mağazalara satması barədə məlumatı yoxdur, saxtalaşdırılmış satış qaimələri ancaq “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” adlı mağazalarla əlaqədar olub, bunların da yalnız bir qismi saxtalaşdırılıb, şirkətdə malların sifarişi, qəbulu və digər mühasibat işləri “1C” proqram təminatı vasitəsi ilə aparılıb, satış təmsilçilərinin bu proqrama girişi olmayıb, bu proqramı əsasən mühasibatlıq şöbəsinin işçiləri işlətmiş, satış təmsilçilərinin mobil telefonuna isə “Mobi-es” satış proqramı quraşdırılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, “Camal LTD” şirkətinin ünvan 2 ünvanında yerləşən anbarında anbar nəzarətçisi vəzifəsində işləyir, “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs bu şirkətdə 2023-cü ildən başlayaraq merçendayzer vəzifəsində işləyib, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət idi, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi, Təqsirləndirilən şəxs nizam intizamsız işçi olduğundan rəhbərlik onu işdən azad etmək qərarına gəldi, bu qərarı Arzuya bildirdikdə Arzu işə gəlməyəcəyini deyib çıxıb getdi. Bundan sonra sonuncunun fəaliyyəti yoxlanmağa başlandı. Aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs müəyyən fakturaları mağazalara vermədiyi, borcda müəyyən qədər çatışmazlıqların yarandığı ayndılaşdı. 25 dekabr 2023-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan müddət ərzində rəsmi qaimələr əsasında “Ballı Hövsan” adlı mağazanın adına yazılmış 739,48 və “Ballı Dədəqorqud” adlı mağazanın adına yazılmış 428,40 manat dəyərində dondurma məhsulunu həmin müştərilərə təhvil vermədiyi müəyyən edildi, bundan başqa, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdıraraq qeyd olunan 3 mağaza üzrə 4222,18 manatlıq malı mənimsəyib, bundan başqa, “Bolluq Hövsan” (Zahidoğlu) mağazasından 121,54 manat dəyərində malı və “Araz” supermarketlər şəbəkəsinə aid “Araz 149” və “Araz 790” mağazalarından 215,42 manat dəyərində malı şirkətdən təhvil alaraq həmin mağazalara verməyib, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında aşkar edilmiş qeyd olunan kəsrlərlə bağlı işə gəlmədiyindən barəsində şübhələr artdığı üçün ona verilmiş isti satış maşınına baxış keçirildi və 2023,19 manat dəyərində mal çatışmazlığı aşkar edildi. Beləliklə, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinə ümumilikdə 7750,21 manat maddi ziyan vurdu, Arzu bir daha işə gəlmədiyi üçün onunla bu barədə danışmaq imkanımız olmadı. Bundan əlavə, 03 aprel 2024-cü il tarixli “Akt” da Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1" və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdırmasına dair göstərilənlər ilə əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs qeyd olunan mağazalarla satış qaiməsini həmin mağazalarda malları qəbul edən şəxslərin adından oxşatma üsulu ilə özü imza çəkib saxtalaşdırıb. Belə ki, həmin mağazalarla üzləşmə zamanı həmin qaimələr adından imza çəkilən şəxslərə göstərilib, sonuncular həmin imzaların onlara məxsus olmadığını deyiblər. “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalarla şirkət arasında 4222,18 manatlıq borc fərqinin olması, lakin həmin mağazaların adına tərtib edilmiş “Malların təhvil-qəbul aktı” adlı sənədlərdə bu məbləğin 4222,18 manat göstərilməsi barədə isə bildirir ki, üzləşmə zamanı 4222,18 manat mal fərqi dəqiq hesablanıb, Təqsirləndirilən şəxs bütün qaimələri deyil, bəzi satış qaimələrini saxtalaşdırıb, malları başqa ticarət nöqtələrinə təhvil verib, buna dair də hər hansı sənədi şirkətə verməyib. Arzunun həmin malları hansı kənar mağazalara satması barədə məlumatı yoxdur, saxtalaşdırılmış satış qaimələri ancaq “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” adlı mağazalarla əlaqədar olub, bunların da yalnız bir qismi saxtalaşdırılıb, şirkətdə malların sifarişi, qəbulu və digər mühasibat işləri “1C” proqram təminatı vasitəsi ilə aparılıb, satış təmsilçilərinin bu proqrama girişi olmayıb, bu proqramı əsasən mühasibatlıq şöbəsinin işçiləri işlətmiş, satış təmsilçilərinin mobil telefonuna isə “Mobi-es” satış proqramı quraşdırılıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin may ayından “Camal LTD” şirkətində audit nümayəndəsi vəzifəsində işləyir, vəzifəsi şirkətdə inventarizasiya siyahılarının aparılması, ekspeditorların təhkim olunmuş ərazilərə malların təhvilinə nəzarət, müştərilərin borc qalıqlarına nəzarət, çatışmazlıqların yoxlanılması və sair məsələlərdən ibarətdir. “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs bu şirkətdə 2023-cü ildən başlayaraq merçendayzer vəzifəsində işləmiş, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət idi, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi, Təqsirləndirilən şəxs nizam intizamsız işçi olduğundan rəhbərlik onu işdən azad etmək qərarına gəldi, bu qərarı Arzuya bildirdikdə Arzu işə gəlməyəcəyini deyib çıxıb getdi. Bundan sonra sonuncunun fəaliyyəti yoxlanmağa başlandı. Tərəfindən aparılan üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs müəyyən fakturaları mağazalara vermədiyi, borcda müəyyən qədər çatışmazlıqların yarandığı aydınlaşdı. 25 dekabr 2023-cü il tarixdən 17 fevral 2024-cü il tarixədək olan müddət ərzində rəsmi qaimələr əsasında “Ballı Hövsan” adlı mağazanın adına yazılmış 739,48 və “Ballı Dədəqorqud” adlı mağazanın adına yazılmış 428,40 manat dəyərində dondurma məhsulunu həmin müştərilərə təhvil vermədiyi müəyyən edilmiş, bundan başqa, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdıraraq qeyd olunan 3 mağaza üzrə 4222,18 manatlıq malı mənimsəyib, bundan başqa, “Bolluq Hövsan” (Zahidoğlu) mağazasından 121,54 manat dəyərində malı və “Araz” supermarketlər şəbəkəsinə aid “Araz 149” və “Araz 790” mağazalarından 215,42 manat dəyərində malı şirkətdən təhvil alaraq həmin mağazalara verməyib, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hesabında aşkar edilmiş qeyd olunan kəsrlərlə bağlı işə gəlmədiyindən barəsində şübhələr artdığı üçün ona verilmiş isti satış maşınına baxış keçirildi və 2023,19 manat dəyərində mal çatışmazlığı aşkar edildi. Beləliklə, Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinə ümumilikdə 7750,21 manat maddi ziyan vurdu, Arzu bir daha işə gəlmədiyi üçün onunla bu barədə danışmaq imkanları olmamışdır. Bundan əlavə, 03 aprel 2024-cü il tarixli “Akt” da Təqsirləndirilən şəxs “Camal LTD” şirkətinin “A” kateqoriya müştərisi olan “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1" və “Ada-2” mağazalara 2023-cü ilin sentyabr ayından həmin ilin dekabr ayınadək olan müddət ərzində sifariş yazdığı bir çox satış qaiməsini alıcıların adından özü imzalayıb saxtalaşdırmasına dair göstərilənlər ilə əlaqədar bildirir ki, Təqsirləndirilən şəxs qeyd olunan mağazalarla satış qaiməsini həmin mağazalarda malları qəbul edən şəxslərin adından oxşatma üsulu ilə özü imza çəkib saxtalaşdırıb. Belə ki, həmin mağazalarla üzləşmə zamanı həmin qaimələr adından imza çəkilən şəxslərə göstərilib, sonuncular həmin imzaların onlara məxsus olmadığını deyiblər. “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” mağazalarla şirkət arasında 4222,18 manatlıq borc fərqinin olması, lakin həmin mağazaların adına tərtib edilmiş “Malların təhvil-qəbul aktı” adlı sənədlərdə bu məbləğin 4222,18 manat göstərilməsi barədə isə bildirirəm ki, üzləşmə zamanı 4222,18 manat mal fərqi dəqiq hesablanıb, Təqsirləndirilən şəxs bütün qaimələri deyil, bəzi satış qaimələrini saxtalaşdırıb, malları başqa ticarət nöqtələrinə təhvil verib, buna dair də hər hansı sənədi şirkətə verməyib. Arzunun həmin malları hansı kənar mağazalara satması barədə məlumatı yoxdur, saxtalaşdırılmış satış qaimələri ancaq “Laçın” ticarət şəbəkəsinə aid “Pirallahı”, “Ada-1” və “Ada-2” adlı mağazalarla əlaqədar olub, bunların da yalnız bir qismi saxtalaşdırılıb, şirkətdə malların sifarişi, qəbulu və digər mühasibat işləri “1C” proqram təminatı vasitəsi ilə aparılıb, satış təmsilçilərinin bu proqrama girişi olmayıb, bu proqramı əsasən mühasibatlıq şöbəsinin işçiləri işlətmiş, satış təmsilçilərinin mobil telefonuna isə “Mobi-es” satış proqramı quraşdırılıb. Məhkəmə iclasına əlavə şahid qismində çağırılmış və dindirilmiş X9 ifadəsində göstərmişdir ki, “Camal LTD” şirkətində satış koordinatoru vəzifəsində işləyir. Vəzifə səlahiyyətləri mağazalarla müqavilələrin bağlanması, soyuducuların mağazalarda yerləşdirilməsi, bir sözlə satışın təşkil olunmasından ibarətdir. “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, sonuncu bu şirkətdə 2023-cü ildən başlayaraq merçendayzer vəzifəsində işləyib, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatdırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət idi, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi. Bir müddət sonra Təqsirləndirilən şəxs işdən ayrılmaq istədiyi üçün sonuncunun fəaliyyəti yoxlanmağa başlandı. Aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs müəyyən fakturaları mağazalara vermədiyi, borcda müəyyən qədər çatışmazlıqların yarandığı aydınlaşdı. Məhkəmə iclasına əlavə şahid qismində çağırılmış və dindirilmiş X7 ifadəsində göstərər ki, “Camal LTD” şirkətinin Bakı şəhəri üzrə satış müdiri vəzifəsində işləyir. Vəzifə səlahiyyətləri satışa nəzarət, şəbəkələrlə danışmaq, müqavilə bağlamaqdan ibarətdir. “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs tanıyır, belə ki, sonuncu bu şirkətdə 2023-cü ildən başlayaraq Bakı şəhəri üzrə tabeçiliyində merçendayzer vəzifəsində işləyir, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatdırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət idi, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi. Bir müddət sonra Təqsirləndirilən şəxs işdən ayrılmaq istədiyi üçün sonuncunun fəaliyyəti yoxlanmağa başlandı. Avtomobildəki məhsulların sayılması barədə Arzuya xəbər verilsə də, sonuncu çıxıb gedərək sayımda iştirak etmədi. Aparılan araşdırma zamanı avtomobildə çatışmazlıq aşkar olundu, lakin çatışmazlığın nə qədər olmasını bilmir. Daha sonra ərazidəki mağazaların yoxlanılmasına və üzləşmələrin aparılmasına başlanılmışdır. Məhkəmə iclasına əlavə şahid qismində çağırılmış və dindirilmiş X8 ifadəsində göstərmişdir ki, “Camal LTD” şirkətində audit şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərim audit şöbəsinə aid olan işçilərin gündəlik işləri barədə plan tərtib olunmasından ibarətdir. Müdiri olduğu şöbəyə aid işçilərin işləri isə maddi materiallara nəzarət, satış komandasında nəzarət, logistika-nəqliyyat və digər təchizat şöbələrinə nəzarət, onların üzləşməsinin aparılması, debütor və kreditor müştərilərlə üzləşmə aparılması və araşdırmanın üzə çıxarılaraq rəhbərliyə məruzə olunmasından ibarətdir. “Camal LTD” şirkəti ünvan 5, 9-cu döngədə yerləşir, ünvan 2 və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iki anbarı vardır. Bu şirkət dondurma məhsulların istehsalı və satışı ilə məşğuldur və 1999-cu ildən hazırki vaxtadək fəaliyyət göstərir. Təqsirləndirilən şəxs az müddətdir tanımışdır, belə ki, sonuncu bu şirkətdə 2023-cü ildən başlayaraq merçendayzer vəzifəsində işləyib, merçendayzer kimi onun vəzifəsi şirkətin ünvan 2 ünvanında yerləşən anbarından təhvil aldığı məhsulları ona təhkim olunmuş ərazidə fəaliyyət göstərən ticarət nöqtələrinə çatdırmaq və alıcılardan təhvil verdiyi məhsulların ödənişi kimi əldə etdiyi nağd pulu şirkətin kassasına ödəməkdən ibarət idi, nağd şəkildə alıcılardan əldə etdiyi məhsulun satışından gələn gəliri şirkətin Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ofisindəki kassasına mədaxil etməli idi. Bizim prosedura uyğun olaraq satış təmsilçilərinə təhkim olunmuş avtomobillərdən hər ay bir neçəsi seçilməklə ayda bir dəfə yoxlanılırdı. O işlədiyi müddətdə Arzunun təhkim olunduğu avtomobil iki dəfə sayılmışdı, belə ki, birinci yoxlanış zamanı heç bir kəsr olmasa da, ondan 10 gün sonra keçirilən ikinci yoxlanış zamanı avtomobildə 2200-2300 manat məbləğində qalıq aşkarlandı. Təqsirləndirilən şəxs işdən ayrılmaq istədiyi üçün sonuncunun fəaliyyəti yoxlanmağa başlandı. Avtomobildəki məhsulların sayılması barədə Arzuya xəbər verilmiş olsa da, sonuncu çıxıb gedərək sayımda iştirak etmədi, hətta sayıma öz etirazını bildirdi. Daha sonra ərazidəki mağazaların yoxlanılmasına və üzləşmələrin aparılmasına başlandı. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3, Şahid6, Şahid7, Şahid10, Şahid11 və Şahid12 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, əmək müqaviləsi bildirişindən və əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixindən “Camal LTD” şirkətinə merçendayzer vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs satış şöbəsinin merçendayzeri Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə 09 aprel 2024-cü il tarixdən etibarən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində 7750 (yeddi min yeddi yüz əlli) manat mülkiyyətçiyə ziyan vurmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli Audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, şirkətin merçendayzeri, maddi məsul şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə öhdəsindəki 7750,21 manat ehtimal olunnan çatışmazlıq ilə əlaqədar tələblərinə uyğun addımlar atılması təklif olunmuşdur. xx.xx.2024-cü il tarixli “Camal LTD” tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış məktubdan görünür ki, “Camal LTD” şirkətində merçendayzer vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda talaması faktı ilə bağlı məsuliyyətə cəlb olunaraq şirkətə vurduğu 7.750,21(yeddi min yeddi yüz əlli manat, iyirmi bir qəpik) manat məbləğində ziyanın onun tərəfindən ödənilməsini təmin edilməsi məqsədilə qanuni tədbirlər görülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2024-cü il tarixli, 17-2 nömrəli rəyindən görünür ki, şirkətin merçendayzeri, maddi məsul şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə öhdəsindəki 7750,21 manat ehtimal olunnan çatışmazlıq ilkin sənədlərə uyğun olaraq düzgün və ədalətli olduğunu qənaətinə gəlinmişdir. 017435 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 18 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “X16” adlı mağazaya 160.65 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 017437 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 18 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Ballı Hövsan” adlı mağazaya 160.65 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 017408 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 13 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “X16” adlı mağazaya 101.01 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016556 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 25 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Ballı Hövsan” adlı mağazaya 118.58 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 017499 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 22 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Ballı Hövsan” adlı mağazaya 154.58 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 018064 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 27 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Ballı Hövsan” adlı mağazaya 117.18 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016794 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 17 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 59.13 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 005977 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 13 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 283.80 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 005941 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 31 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 1” adlı mağazaya 14.78 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016543 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 06 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 204.08 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016311 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 21 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 283.80 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 005981 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 08 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 283.80 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016528 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 28 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 178.90 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016592 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 20 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 2” adlı mağazaya 222.24 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016582 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 16 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 170.28 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016583 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 16 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 17.95 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016561 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 19 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada” adlı mağazaya 113.52 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016558 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 19 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 2” adlı mağazaya 56.76 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016796 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 17 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada” adlı mağazaya 113.52 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 005995 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 16 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 2” adlı mağazaya 58.75 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 005984 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 10 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 1” adlı mağazaya 73.66 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016594 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 24 noyabr 2023-cü il tarixdə “Cama!” LTD şirkəti tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 203.57 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016595 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 24 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 88.08 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016310 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 24 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 1” adlı mağazaya 179.28 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 005999 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 16 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada” adlı mağazaya 32.30 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016502 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 24 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada” adlı mağazaya 184.36 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 005940 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 31 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın Pirallahı” adlı mağazaya 22.18 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016529 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 28 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 2” adlı mağazaya 138.68 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016312 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 22 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 2” adlı mağazaya 113.52 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. 016504 seriya nömrəli “Malların təhvil-qəbul aktı” adlı sənəddən görünür ki, 24 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “Laçın ada 2” adlı mağazaya 113.52 manat dəyərində mal verildiyi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, X17 adlı marketlə Camal LTD arasında 428,40 manat borc fərqi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Ballı Hövsan adlı marketlə Camal LTD arasında 739,48 manat borc fərqi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Bolluq Hövsan adlı marketlə Camal LTD arasında 120,88 manat borc fərqi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, Laçın mağazalar şəbəkəsinə aid marketlərlə Camal LTD arasında 12070,23 manat borc fərqi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, merçendayzer Təqsirləndirilən şəxs təhkim olunmuş Suraxanı və Pirallahı rayonu ərazisində yerləşən bir neçə müştəri ilə (Ballı DədəQorqud, Ballı Hövsan, Bolluq Hövsan, Laçın Pirallahı, Laçın Ada-1, Laçın Ada- 2, Araz-149 Qala, Araz-790 Ömür Hövsan) debitor borc qalıqlarının Şirkətin Uçot məlumatları ilə üzləşməsində həmin işçi Təqsirləndirilən şəxs özü iştirak etməklə birlikdə müəyyən edilən fərqləri öyrəndikdən sonra imza atmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, merçendayzer Təqsirləndirilən şəxs təhkim olunmuş maşın bortundakı dondurma və yarımfabrikat məhsulları sayılarkən həmin işçi Təqsirləndirilən şəxs özü iştirak etməklə bir sıra mal çeşidində aşkarlanan əksikliklərlə tanış olduqdan sonra imza atmaqdan imtina etmişdir. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 645 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1187 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 223,40 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1059,06 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 842,60 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 1446,80 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 375,35 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 322,50 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ii tarixdə anbardan 439,75 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 193,50 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 530,30 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 136 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 968,70 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs 0xx.xx.2023-cü il tarixdə anbardan 895,26 manat dəyərində məhsul təhvil almışdır ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 322,50 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 728,10 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 412,80 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 467,50 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 424,80 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 322,50 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 582,50 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə anbardan 517,30 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə anbardan 431,30 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəli malların yerdəyişməsi sənədindəngörünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə anbardan 440,15 manat dəyərində məhsul təhvil almışdır. ********** nömrəii malların yerdəyişməsi sənədindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə anbardan 276,20 manat dəyərində məhsul təhvil almışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyul 2024-cü il tarixli, 9/4702 nömrəli ekspert rəyindən görünür ki, “Camal LTD” şirkətinin kassasında əməl gəlmiş, aparılmış audit yoxlaması nəticəsində də müəyyən edilmiş ümumilikdə 7750,21 manat məbləğində çatışmazlığın iş materiallarında olan sənədlərə (malların təhvil qəbul aktları, üzləşmə aktları, Təqsirləndirilən şəxs aid olan yük avtomobilinin bortunda sayım haqqında cədvəl məlumatları, malların Təqsirləndirilən şəxs təhvil verilməsi barədə yerdəyişmə qaimələri, audit hesabatı və s.) əsasən öz təsdiqini tapması müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının 16 avqust 2024-cü il tarixli, 3-16-16/2- 4/883 nömrəli rəyindən görünür ki, 016543 nömrəli, xx.xx.2023-cü il tarixli, 005999 nömrəli, xx.xx.2023-cü il tarixli, 017499 nömrəli, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktlarında “təhvil verdim” qrafalarındakı yazı və imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş, “təhvil aldım” qrafalarındakı yazı və imzalar isə onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, bundan başqa 016543 nömrəli, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktlarında “təhvil aldım” qrafasındakı yazı və imzalar Şahid12 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, 005999 nömrəli, xx.xx.2023-cü il tarixli malların təhvil-qəbul aktlarında “təhvil aldım” qrafasındakı yazı və imzalar Şahid11 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş və 017499 nömrəli, xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktlarında “təhvil aldım” qrafasındakı yazı və imzalar Şahid2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuş, qeyd olunan imza və yazılarda oxşadılmaqla icra olunmanı xarakterizə edən əlamətlər aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs olan “Camal LTD” şirkəti zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə “Camal LTD” şirkətinin beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Nümayəndə1 zərərçəkmiş hüquqi şəxs olan həmin şirkətin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələr ilə ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş maddi ziyandan ödəniş etməməsi nəzərə alınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, müştərilərdən ödənişləri ümumiyyətlə onun qəbul etməməsi və təhvil-təslim aktlarındakı imzaların müştərilərə aid olmasına dair ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona etibar olunmuş özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəyib istiraf etməklə talaması, vəzifədən azad edən rəsmi sənədi iatifadə etmək məqsədilə saxtalaşdıraraq həmin saxta sənədlərdən bilə-bilə istifadə etməsi şahid ifadələri, Məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyul 2024-cü il tarixli, 9/4702 nömrəli ekspert rəyi, Məhkəmə-xətşünaslıq ekspertizasının 16 avqust 2024cü il tarixli, 3-16-16/2-4/883 nömrəli rəyi, iş materiallarına əlavə edilmiş üzləşmə aktları, auditor hesabatı, “malların yerdəyişməsi” və “malların təhvil-qəbul aktı”və digər prosessual sənədlərlə sübuta yetirilir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəyə tənqid yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi sübuta yetirilir, istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri üzrə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona dövlət və yerli özünüidarə orqanlarında, digər hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, İ Mədən, Korpus 22, Fəxrəddin Qurbanlı küçəsində nömrəsiz fərdi yaşayış evində saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törədərək işlədiyi şirkətin əmlakını taladığını nəzərə alaraq cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirmək, o cümlədən, onun tərəfindən qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxsə müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza olaraq təqsirli bilindiyi AR CM-nin 179.2.1, 179.2.3, 179.2.4 maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza, CM-nin 320.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası, AR CM-nin 46.2-ci maddəsinə əsasən əlavə cəza qismində dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) “Camal LTD” şirkətinin direktoru Adil Məmmədov tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1 -ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1 -ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş mülki iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) “Camal LTD” şirkətinin mülki iddiasının təmin edilməsi qənaətinə gəlir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) “Camal LTD” şirkətinin mülki iddiası təmin edilməli, ona dəymiş maddi zərərə görə 7750,21 (yeddi min yeddi yüz əlli manat, iyirmi bir qəpik) manat, müstəqil auditora ödənilmiş 750 (yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 105 (yüz beş) manat məbləğində pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq “Camal LTD” şirkətinin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, CPM-in 197.1.4-cü maddəsinə əsasən məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına əsasən, dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə müdafiəçilərə(vəkillərə) ödənilən haqqın məbləği artırılaraq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, 29 aprel 2025-ci il tarixədək 68 (altmış səkkiz) saat, cinayət işi üzrə hökm çıxanadək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 68 (altmış səkkiz) saat hüquqi yardıma görə 408 (dörd yüz səkkiz) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 2 (iki) saat hüquqi yardıma görə 22 (iyirmi iki) manat, cəmi 430 (dörd yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 179.2.4, maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 02 (iki) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş islah işləri cəzası qismən toplanılmaqla, qəti olaraq 02 il müddətinə islah işləri cəzası CM-nin 68.1.3-cü maddəsinə əsasən 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, İ Mədən, Korpus 22, Fəxrəddin Qurbanlı küçəsində nömrəsiz fərdi yaşayış evini saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddiaçı “Camal LTD” şirkətinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) “Camal LTD” şirkətinə dəymiş maddi zərərə görə 7750,21 (yeddi min yeddi yüz əlli manat, iyirmi bir qəpik) manat, müstəqil auditora ödənilmiş 750 (yeddi yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 105 (yüz beş) manat məbləğində pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq “Camal LTD” şirkətinin xeyrinə ödənilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 255 (iki yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE00000**********88501 saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 29 aprel 2025-ci il tarixədək göstərdiyi 68 (altmış səkkiz) saat hüquqi yardıma görə 408 (dörd yüz səkkiz) manat, 29 aprel 2025-ci il tarixdən hökm çıxanadək sərf etdiyi 2 (iki) saat hüquqi yardıma görə 22 (iyirmi iki) manat, cəmi 430 (dörd yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hakim : Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-116/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-116/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver