Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-117/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Kazımov Araz Nurəddin oğlunun sədrliyi Ağayev Taleh Valeh oğlunun katibliyi Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun mudafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 yanvar 2022-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏ ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona göra ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,399 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlayıb Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri dəmir yolu stansiyasının ərazisinə gələrək üzərində daşımış, 26 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində DYNPİ-nin Biləcəri st. X5 əməkdaşları tərəfindən tanışları Şahid1 və Şahid2 ilə birlikdə oğurluqda şübhəli olduqları üçün orada saxlanılaraq saat 17:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanında yerləşən Biləcəri st. XPŞ-nin inzibati binasına gətirilərək saat 17:55-də növbətçi hissədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın arxa sol cibindən 1 ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 5,399 qram təşkil edən, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli aşağıda şərh olunan qaydada sübuta yetirilir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittihamda təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən bir ildir ki, arabir narkotik vasitə olan nəşədən, yəni marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Avtomaşın ustasının yanında köməkçi kimi işləyir. 26 sentyabr 2021-ci il tarixdə təxminən saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində, yaşadığı evin yaxınlığında olan zaman bədənində yüngül ağrılar olduğuna görə bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və kömək edə biləcəyini demişdir. O, da həmin şəxsdən narkotik vasitə olan marixuana olduğunu soruşduqda, sonuncu bildirmişdir ki, bir ədəd kibrit qutusunda marixuana var və onu 70 manat müqabilində verə bilər. O, həmin şəxslə razılaşmış və 70 manat müqabilində bir ədəd kibrit qutusunda olan marixuananı alıb əynindəki tünd göy rəngli cins şalvarın arxa sol cibinə qoyub üzərində saxlamışdır ki, həmin narkotik vasitədən özü üçün çəkmək yolu ilə istifadə edər. Bundan sonra təxminən saat 16:45 radələrində o, tanışları Şahid1 və Şahid2 ilə Biləcəri qəsəbəsində görüşüb birlikdə Elgünün idarə etdiyi “Mercedes Benz” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləcəri dəmir yolu stansiyasının ərazisinə getmişlər. Saat 17:00 radələrində 3 nəfər tanımadıqları şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onları avtomaşınla birlikdə X7 Şöbəsinə dəvət etmişlər. Sonra növbətçi hissədə məsul növbətçi tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış və əynindəki cins şalvarın arxa sol cibindən bir ədəd kibrit qutusunda olan narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra isə həmin narkotik vasitə onların iştirakları ilə zərfə qoyularaq möhürlənmişdir. Şahid1 və Şahid2 da, üzərilərində şəxsi axtarış aparılmış, lakin onlardan heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Biləcəri st. XPŞ-nin növbətçi hissəsində üzərində aparılmış şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə - bir ədəd kibrit qutusunun içərisində olan nəşə, yəni marixuana ona məxsusdur, Əldə etdiyi narkotik vasitədən çox cüzi miqdarda çəkmişdir. O, narkotik vasitəni çəkən zaman yanında heç kim olmamışdır. Tanışları Şahid1 və Şahid2 onun üzərində narkotik vasitə olduğunu qabaqcadan bilməmişlər və həmin narkotik vasitədən sonunculara verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən bir ilə yaxındır ki, arabir narkotik vasitə olan nəşədən, yəni marixuanadan çəkmək yolu ilə istifadə etmişdir. Lakin xeyli müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etmir. Fərdi qaydada kişi bərbəri işləyir. 26 sentyabr 2021-ci il tarixdə təxminən saat 16:45 radələrində tanışları Təqsirləndirilən şəxs və Şahid2la Biləcəri qəsəbəsində görüşüb birlikdə Elgünün idarə etdiyi “Mercedes Benz” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləcəri dəmir yolu stansiyasının ərazisinə getmişlər. Saat 17:00 radələrində 3 nəfər tanımadıqları şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onları avtomaşınla birlikdə X7 Şöbəsinə dəvət etmişlər. Bundan sonra növbətçi hissədə məsul növbətçi tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakları ilə onun üzərində şəxsi axtarış aparılmış və üzərində qanunsuz saxlanılan heç bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin, Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusunda narkotik vasitə olan nəşə, yəni marixuana aşkar edilərək götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Biləcəri st. XPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə - bir ədəd kibrit qutusunun içərisində olan nəşə, yəni marixuananı Qismətin haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu əvvəlcədən bilməmişdir və sonuncu həmin narkotik vasitədən ona verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, sonuncu ilə hər hansı bir münasibəti, düşmənçiliyi, ədavəti və ya söz-söhbəti olmamışdır. 26 sentyabr 2021-ci il tarixdə saat 17:40 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq bir nəfər şəxsin oğurluqda şübhəli olduğuna görə Biləcəri dəmir yolu stansiyasının ərazisində saxlanılaraq Biləcəri st. XPŞ-nin növbətçi hissəsinə gətirildiyini və məsul növbətçi tərəfindən həmin şəxsin üzərində şəxsi axtarış aparılacağını bildirmişlər və onu hal şahidi kimi həmin şəxsi axtarış prosesində iştirak etməsi üçün şöbəyə dəvət etmişlər. O, da Biləcəri st. XPŞ-nin növbətçi hissəsinə gəlmiş, orada saat 17:55-də onun və ondan başqa digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində Biləcəri st. XPŞ-nin məsul növbətçisi tərəfindən şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd dolu kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açıldıqda onun içərisindən yaşıl rəngli, spesifik iyli, ot kütləsi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş ot kütləsi narkotik vasitə olan “nəşə”, yəni “marixuana”dır. Bundan başqa Təqsirləndirilən şəxs qeyri-qanuni saxlanılan digər əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş ot kütləsi isə onların iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində Şahid3 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, DYNPİ-nin Biləcəri st. X5 məsul növbətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 sentyabr 2021-ci il tarixdə Biləcəri st. XPŞ-nin növbətçi hissəsində məsul növbətçi kimi növbədə olduğu zaman saat 17:30 radələrində Biləcəri st. XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid6, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 və NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid8 növbətçi hissəyə 3 nəfər şəxsi gətirib özlərini oğurluqda şübhəli apardıqlarını bildirmişlər. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə gətirilmiş şəxslər – Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 üzərlərində ayrı-ayrılıqda tərəfindən şəxsi axtarış aparılmışdır. 26 sentyabr 2021-ci il tarixdə saat 17:55-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan tünd göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd dolu kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açıldıqda onun içərisindən yaşıl rəngli, spesifik iyli, ot kütləsi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş ot kütləsi narkotik vasitə olan “nəşə”, yəni “marixuana”dır. Bundan başqa Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 qeyri-qanuni saxlanılan əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş ot kütləsi isə hal şahidlərinin iştirakları ilə zərfə qoyularaq möhürlənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, DYNPİ-nin Biləcəri st. X5 Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 26 sentyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid7 və X1 əməliyyat müvəkkili, polis mayoru Şahid8 ilə birlikdə Biləcəri st. XPŞ-nin xidməti ərazisində baş verə biləcək oğurluq hadisələrinin qarşısının alınması məqsədi ilə Biləcəri dəmir yolu stansiyasının ərazisində reyd keçirən zaman “Mercedes-Benz” markalı, **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomaşının içərisində 3 nəfər şəxsin özünü şübhəli apardıqlarını görüb həmin şəxsləri avtomaşınla birlikdə Biləcəri st. XPŞ-nə dəvət etmişlər. Şöbənin növbətçi hissəsində məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs, xx.xx.1998-ci il təvəllüdlü Şahid1 və xx.xx.2000-ci il təvəllüdlü Şahid2dur. Bundan sonra Şöbənin növbətçi hissəsində dəvət olunmuş hal şahidlərinin iştirakları ilə məsul növbətçi, polis baş leytenantı Şahid5 tərəfindən həmin şəxslərin üzərilərində ayrı-ayrılıqda şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində məsul növbətçi tərəfindən şəxsi axtarış aparılan zaman sonuncunun əynindəki tünd göy rəngli cins şalvarın arxa sol cibindən bir ədəd dolu kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açıldıqda onun içərisindən yaşıl rəngli, spesifik iyli ot kütləsi aşkar edilmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin ot kütləsi narkotik vasitə olan marixuanadır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş ot kütləsi zərfə qoyularaq möhürlənmişdir. Şahid1 və Şahid2 üzərlərində məsul növbətçi tərəfindən şəxsi axtarış aparılan zaman onlardan heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 və ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid7 Xəlilullla oğlu ifadələrində Şahid6 göstərdikərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr verdilər. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün etdiyi cinayət əməlini etiraf etməsi, şahidlərin ifadələri ilə yanaşı digər iş materialları, o cümlədən iş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə də, tam sübuta yetirilir. İş materiallarının 105-108-ci vərəqlərindəki məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 7/992 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd kibrit qutusunda olan təmiz çəkisi 5,399 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarının 202-203-cü vərəqlərindəki məhkəmə -narkoloji ekspertizasının 02 oktyabr 2021-ci il tarixli, 3731 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarının 192-ci vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarının 19-cu vərəqindəki şübhəli şəxsin tutulması haqqında 26.09.2021ci il tarixli, T-0905 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarının 146-147-ci vərəqlərindəki Biləcəri st.XRŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru Elnur Salmanovun 28 sentyabr 2021-ci il tarixli, C- 09015 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı DYNPİ-nin Biləcəri st. XPŞ-nin MSY-dən dərhal azad edilmiş, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Binəqədi rayon məhkəməsinin məhkəmə hazırlıq iclasının 29 dekabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli ona tam sübutdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini və o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib, əməlindən peşiman olmasını, əvvəllər məhkum olunmamasını, İikinci Qarabağ müharibəsində 20.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində «heyət nəfəri atıcı» vəzifəsində Fizuli, Xocavənd istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda gedən döyüş əməliyyyatlarında döyüş tapşırıqlarını yerinə yetirərkən 21.10.2020ci il tarixdə «Sol bud nahiyyəsinin qəlpə yarası» almasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir, iş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları, işin bütün hallarını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən də, islah edilib tərbiyə olunmasını mümkün hesab edir və onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini lazım bilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispaserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və X3 Polis İdarəsinin Biləcəri st. X6 saxlanılan qalıq çəkisi 5,379 bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş mariuxana məhv edilməlidir. İş üzrə mülki iddia, başqa maddi sübut və başqa ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Binəqədi rayon məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bü Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 30 saat hüquqi xidmətə görə Müdafiəçi 180 manat (30 x 6) məbləğində əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 349, 351-353-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (il) 11 (on bir) ay 26 (iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, nömrəsiz evdə çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi bütün dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerini dəyişdirməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrasına və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının büdcəsinə keçirilsin. (Keçiriləcək hesab:Büdcə təsnifatının kodu142319 ,büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı-X2,kodu 21005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************,SFİFT CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi –VÖEN **********, hesab AZ34CTRE********************) İş üzrə maddi sübut olan və X3 Polis İdarəsinin Biləcəri st. X6 saxlanılan qalıq çəkisi 5,379 bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş mariuxana məhv edilsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat məbləğində əmək haqqı Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 11 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov
Məhkəmə qərarları › İş №1(001)-117/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-117/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver