Məhkəmə qərarları › İş №1(001)-117/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-117/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-117/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Ucar rayonunda anadan olmuş, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,295 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd gümüşü rəngli folqa bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, 26 dekabr 2023-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 18:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli folqaya bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,295 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, 10 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,212 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini «Palmall» markalı siqaret qutusunun içərisində bir ədəd siqaretin qızılı rəngli kağız bükümündə əldə edərək əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 10 yanvar 2024-cü il tarixdə, saat 20:30-da Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6nda yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 21:15-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən «Palmall» markalı siqaret qutusunun içərisində bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,212 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, 25 yanvar 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,375 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamini 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə əldə edərək əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 25 yanvar 2024-cü il tarixdə, saat 18:00-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə, saat 20:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,375 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, bir ilə yaxın müddətdir narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir, narkotik vasitələrin heroin və psixotrop maddənin “şüşə” kimi tanıdığı növündən istifadə edir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Papanin adlanan ərazidə olan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən, 10 manata şəxsi istifadəsi üçün “heroin” adlanan narkotik maddə almışdır. Həmin maddəni istifadə etmək üçün üzərində gəzdirmişdir. xx.xx.2023-cü tarixdə, saat təxminən 17:00 radələrində ünvan 8 ünvanının qarşısında olan zaman 2 nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmiş və onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmişlər. Orada otaqların birində onun razlığı ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman o, əynində olan cins şalvarın cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükülünün içərisindən boz rəngli, toz şəkilli “heroin” adlanan narkotik maddəni təqdim etmişdir. Videoçəkiliş zamanı üzərindən aşkar edilmiş narkotik vasitə çəkiliş vasitəsilə qablaşdırılmış və möhürlənmişdir. Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə gətirildiyi və polis şöbəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır. Heç bir zaman narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Sadəcə olaraq narkotik vasitə aludəçisidir və öz şəxsi istifadəsi üçün əldə etmişdir. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən 10 manata Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən ərazidə öz şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitə əldə etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” deyilən əraziyə getdikdə orada ona yaxınlaşan tanımadığı şəxs ondan narkotik vasitə istəyib-istəmədiyini soruşduqdan sonra ona 10 manat müqabilində satmışdır. O, həmin narkotik vasitəni əldə etdikdən sonra ağrıları başladığı zaman istifadə etməyi üçün üzərində gəzdirmişdir. Lakin həmin narkotik vasitəni istifadə etməmiş, ünvan 9 ünvanın qarşısında piyada olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış və Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinə gətirmişlər. Bundan başqa, 10 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində olarkən əvvəllər tanımadığı şəxslə söhbət zamanı həmin şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu ona bildirmişdir. Həmin zaman bir bükümdə narkotik vasitə istədiyindən sözü gedən şəxs ona narkotik vasitəni 10 manata sata biləcəyini bildirmişdir. Həmin şəxsdən narkotik vasitələri aldıqdan sonra əynindəki şalvarın sağ yan cibində olan «Palmall» siqaret qutusuna qoyaraq ünvan 11 ünvanın yaxınlığında saat 20:30-da olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmişlər. Daha sonra onun özünü narkotik vasitələrin istifadəsində şübhəli apardığını bildirərək onu 37-ci polis şöbəsinə dəvət etdikdə o, polis əməkdaşlarına etiraz etməmişdir. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar və narkotik vasitələr olduğu halda təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli şalvarın sağ yan cibindəki «Palmall» siqaret qutusunun içərisindən 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroini cibimdən çıxardıb polis əməkdaşına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşına həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı onun üzərində şəxsi axtarış aparsa da, üzərindən başqa heç nə aşkar olunmamışdır. Polis əməkdaşları həmin bükümü bir ədəd zərfdə qablaşdırmış, o və digər iştirakçılar zərfdə imza etmişlər. Sonra üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolu imzalamışlar. Təqdim etdiyi narkotik vasitəni şəxsi isifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Narkotik vasitəni aldığı şəxsin heç bir anket məlumatlarını bilmir. Həmin şəxsdən əvvəllər narkotik vasitə almamışdır. Onun üzərində yalnız polis şöbəsində video çəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və ya təzyiq göstərilməmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə anket məlumatlarını və ünvanını dəqiq bilmədiyi şəxsdən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddəni 10 manata almışdır. Həmin psixotrop maddəni əynində olan boz rəngli cins şalvarının cibinə qoyaraq sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Lakin xx.xx.2024-cü il tarixdə, saat 18:00 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsində olarkən tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərində saxlayıb gəzdirməyində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə getmişdir. Bölmədə inzibati otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bu zaman ərizə ilə müraciət edib üzərinə baxış keçirilməsində müdafiəçisinin iştirak etməməsini xahiş etmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddəni və şalvarının sol yan cibindən 03 ədəd 5 manatlıq və 07 ədəd 1 manatlıq pul əskinaslarından ibarət olmaqla ümumilikdə 22 manat pulu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,45 qram olduğu müəyyən edilmişdir. Daha sanra həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Həmçinin təqdim etdiyi 22 manat pul əskinası isə özünə qaytarılmışdır. Sonra sorğu zamanı qeyd edilən maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə olan psixotıop maddəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız narkotik vasitədən istifadə etdiyini, törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 26 dekabr 2023-cü il tarixdə “Rəşad” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Nəsimi RPİ-nin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, özü və Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, “Rəşad” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məlumat əsasında “Rəşad” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 26 dekabr 2023-cü il tarixdə, saat 15:50-də Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 31 ünvanının qarşısına Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra, saat 17:00-da “Rəşad” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üzərinə baxış keçirilməsi məqsədilə polis şöbəsinə dəvət etmişlər. Bu zaman “Rəşad” adlı şəxsin xx.xx.1992-ci ildə ünvan 14 ünvanında qeydiyyatda olmaqla Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 228 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olmuş, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasının xidməti otaqların birində Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Qurbanəli Bəşirli tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, müdafiəçinin, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılsa da hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs 01 ədəd bükümün içərisində narkotik vasitə “heroin”in olduğunu bildirmiş, həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2023-cü il tarixində “Papanin” adlanan ərazidə adını bilmədiyi, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 01 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin üzəri Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “187” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Şahid4lə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 10 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində ünvan 5 ünvanın qarşısına getmişdir. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsdən şəxsiyyəti barədə məlumat soruşduqda sonuncu özünü xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etdikdə sonuncu etiraz etmədiyindən Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün baş X5ya təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1992-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Koroğlu küçəsi, ev 36-da qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Kunanbayev küçəsi, ev 228-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X5, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində bir ədəd qızılı rəngli siqaret kağızma bükülmüş büküm olan bir ədəd “PallMall” adlı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd qızılı rəngli siqaret kağızma bükülmüş bükümün içərisində nə olması soruşduqda həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və bundan başqa həmin heroini Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon adlanan ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra bir ədəd qızılı rəngli kağız bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və elektron tərəzidə çəkidə 0,23 qram olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə baxış iclasında dindirilmiş Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hazırda Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi vəzifəsində xidmət göstərir, polis mayoru rütbəsindədir. Etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1992ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində saxlayaraq gəzdirməsi bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərən, polis leytenantı Şahid5 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Şahid5 ilə birlikdə məlumat əsasında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsinə getmiş və həmin günü saat 18:00-da xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirib saxlayaraq özləri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Sonra Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Şəhliyar Hacıyevə təhvil vermişlər. Daha sonra təhqiqatçı tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə verdikdən sonra onların iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli maddə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,45 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin maddəni xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanılan və bölməyə gətirilən zaman, eləcə də bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən heç bir zor, təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasına çağırılmış şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 230070685 saylı cinayət işi üzrə: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:00-da şühəli şəxs qismində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PB-nə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Nəsimi RPİ-nin 19-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə hesab olunan heorinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6561 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,295 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə heroindir. Heorin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş diskə baxış zamanı görünür ki, Nəsimi RPİ-nin 19-cu PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli folqaya bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisindəki maddəni Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi məqsədilə aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Anar Aydəmirovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Nəsimi RPİ-nin İŞ-nə dəvət olunsa da, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlmədiyindən barəsində axtarış elan edilmiş və cinayət işinin istintaqı şəxs tapılıb təhvil verilənədək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli, 1614 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin İŞ-nə dəvət olunsa da, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlmədiyindən barəsində axtarış elan edilmiş və cinayət işinin istintaqı şəxs tapılıb təhvil verilənədək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilib birgə istintaq aparılması məqsədilə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. 240110017 saylı cinayət işi üzrə: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:30-da şühəli şəxs qismində saxlanılaraq Xətai RPİ-nin 37-ci PB-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Palmall” markalı siqaret qutusunun içərisində olan siqaretin qızılı rəngli falqasına bükülmüş bükümdə psixotrop maddə hesab olunan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,212 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə heorindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş diskə baxış zamanı görünür ki, Xətai RPİ-nin 37-ci PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Palmall” markalı siqaret qutusunun içərisində olan siqaretin qızılı rəngli falqasına bükülmüş bükümü çıxarıb təqdim etmiş, tərəzidə çəkilən zaman həmin bükümün çəkisinin 0,23 qram olması müəyyən edilmiş, həmin bükülünün içərisindəki maddəni Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi məqsədilə aldığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Murad Mustafayevin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Xətai RPİ-nin İŞ-nə dəvət olunsa da, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlmədiyindən barəsində axtarış elan edilmiş və cinayət işinin istintaqı şəxs tapılıb təhvil verilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamənin və müvafiq qərarların surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan cinayət işinə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib birgə istintaq aparılması məqsədilə Binəqədi RPİ-nin İŞnə göndərilmişdir. 240040103 saylı cinayət işi üzrə: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Binəqədi RPİ-nin MSY-də saxlanılan şəxslərin uçotu kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20-də MSY-nə daxil olmuş, həmin tarixdə, saat 21:20-də azad olunmuşdur. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:50-də şühəli şəxs qismində saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PB-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 4-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə hesab olunan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/549 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,375 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan, ona əlavə edilmiş diskə baxış zamanı görünür ki, Binəqədi RPİ-nin 4-cü PB-nin inzibati otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisindəki maddəni Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə aldığını bildirmiş, tərəzidə çəkilən zaman həmin bükümün çəkisinin 0,45 qram olması müəyyən edilmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Nicat Həsənlinin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli, 1709 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs zəruri istintaq hərəkətlərinin keçirilməsi üçün Binəqədi RPİ-nin İŞ-nə dəvət olunsa da, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlmədiyindən barəsində axtarış elan edilmiş və cinayət işinin istintaqı şəxs tapılıb təhvil verilənədək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə istintaqı aparılan ********* və ********* saylı cinayət işləri üzrə icraat bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrəsi altında davam etmişdir. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozaraq istintaqa gəlmədiyindən barəsində axtarış elan edilmiş və cinayət işinin istintaqı şəxs tapılıb təhvil verilənədək dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 0,245 qram və 0,162 qram heroin, qalıq çəkisi 0,325 qram metamfetamin, iş üzrə ekspertiza rəyləri, dindirilmiş şəxslərin ifadələri, müvafiq protokollar və disklər cinayət işi üzrə sübut kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham edilmişdir. Məhkəmə baxışı zamanı verilmiş sorğuya "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə daxil olmuş cavaba və diskə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildikdən qısa müddət sonra həmin əməli təkrarən törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, 28 dekabr 2023cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həbsin seçilməsindən imtina edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 10 yanvar 2024-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2024-cü il tarixdə barəsində həbsin seçilməsindən imtina edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 25 yanvar 2024-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, 27 yanvar 2024-cü il tarixdə barəsində həbsin seçilməsindən imtina edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 26 dekabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək, 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək, 25 yanvar 2024-cü il tarixdən 27 yanvar 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 6 (altı) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə xx.xx.2024-cü il tarixli, 1614 nömrəli və xx.xx.2024-cü il tarixli, 1709 nömrəli rəyləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 0,245 qram və 0,162 qram heroin, qalıq çəkisi 0,325 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 42 (qırx iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 42 (qırx iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 6 (altı) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 05 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri 0,245 qram və 0,162 qram heroin, qalıq çəkisi 0,325 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 42 (qırx iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 252 (iki yüz əlli iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar