Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-118/2022 02.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsiində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, şəxsiyyəti istintaqa məlum olmayan tanışı “Səmray” adlı şəxslə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 05 sentyabr 2021-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına gələrək orada fərdi tikilinin hasarından aşıb evin həyətinə qanunsuz daxil olaraq əvvəlcədən aralarında olan razılaşmaya əsasən birlikdə təmir olunan evin üçüncü mərtəbəsindən 01 ədəd 600 manat dəyərində 01 ədəd 1,5 x 3 m ölçülü toxunma, saçaqlı xalça, 01 ədəd 2008-ci il tarixdə alınaraq istifadə olunmuş Türkiyə istehsalı 200 manat dəyərində xalça, 01 ədəd 2016-cı il tarixdə alınaraq istifadə olunmuş 400 manat dəyərində olan 32 diaqonallı “Samsung” markalı plazma televizor, 01 ədəd 2016-cı il tarixdə alınaraq istifadə olunmuş 150 manat dəyərində “Bosch” markalı 1800 Volt həcmində olan tozsoran, 2008-ci il tarixdə alınmış Türkiyə istehsalı olan 400 manat dəyərində olan cehiz dəsti, 2008-ci il tarixdə alınmış Türkiyə istehsalı olan 150 manat dəyərində “Tefal” markalı qazan dəsti, evin ikinci mərtəbəsindən 2020-ci il tarixdə alınaraq istifadə edilməmiş dəyəri 200 manat olan 01 top uzunluğu 100 metr 8x2 mm-lik ağ kabel, 2020-ci il tarixdə alınaraq istifadə edilməmiş dəyəri 50 manat olan 01 top uzunluğu 100 metr 4 mm-lik qırmızı elektrik kabel, həmin evin birinci mərtəbəsindən isə 2019-cu il tarixdə alınaraq istifadə edilmiş 01 ədəd 40 manat dəyərində “Ken” markalı böyük ölçülü və 01 ədəd 100 manat dəyərində laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2290 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müxtəlif tikintilərdə fəhləliklə məşğul olmuş və son bir neçə aydır ki, narkotik vasitələrin aludəsi olmuşdur. 04 sentyabr 2021-ci il tarixdə axşam saat 23 radələrində müvəqqəti qaldığı yerin yaxınlığında bir neçə aydır ki, tanıdığı Səmray adlı şəxslə rastlaşmış və sonuncu ilə söhbət edən zaman Səmray ona yaxınlıqda fərdi tikilinin olduğunu, həmin fərdi tikilidən oğurluq etməyi təklif etmişdir. O, da maddi imkanı pis olduğu üçün oğurluq təklifi ilə razılaşmış və 05 sentyabr 2021-ci il tarixdə səhər saat 04 radələrində o, Səmrayla birlikdə piyada şəkildə fərdi tikilinin olduğu ünvan 1 ünvana gəlib çıxmışlar. Qeyd olunan ünvanda olan zaman ətrafda kimsənin olmadığına əmin olduqdan sonra fərdi tikilinin hasarından aşmaqla həmin tikiliyə daxil olmuşlar. O, Səmrayla fərdi tikilinin üçüncü mərtəbəsinə qalxmış və orada çoxsaylı tikinti avadanlıqların və əşyaların olduğunu görüb həmin əşyaları oğurlamağa qərar vermişlər. Həmin zaman oradan 01 ədəd toxuma xalça, qutuda olan 01 ədəd “Samsung” markalı plazma televizoru götürüb tikilinin birinci mərtəbəsinə düşmüşlər. Tikilinin birinci mərtəbəsində olan zaman oradan 01 ədəd laqondanı götürüb gəldikləri kimi çıxıb yaşadığı evə getmişlər. Həmin gün o, kirayə yaşadığı evdə Səmrayla birlikdə oğurladıqları əşyalardan olan 01 ədəd “Samsung” markalı plazma televizoru satmaq məqsədilə sonuncunun Elbrus adlı tanışı ilə görüşüb həmin televizoru 60 manata ona satıb aldıqları pulu yarı bölmüşlər. Daha sonra o, 01 ədəd toxuma xalçanı kirayə qaldığı yerin yaxınlığında yaşayan Əfruz adlı şəxsə 20 manata satmış, 01 ədəd laqondanı isə əlvan metal qəbuletmə məntəqəsinə 15 manata satmışdır. 05 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs məxsus evdən yalınız 01 ədəd toxuma xalça, 01 ədəd “Samsung” markalı plazma televizor və 01 ədəd laqondada oğurlamış, ona verilmiş ittihamda qeyd edilən digər əşyaları oğurlamamışdır. Göstərilənləri nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur və həmin evdə tikinti işlərini tam başa çatdırmamışdır. 05 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmin evə baş çəkən zaman evin 3-cü mərtəbəsində 02 ədəd xalçaların, 01 ədəd “Samsung” markalı televizorun, 01 ədəd “Bosch” markalı 1800 Volt həcmində olan tozsoranın, Türkiyə istehsalı olan cehiz dəstinin, “Tefal” markalı qazan dəstinin yerində olmadığını görüb şübhələnməyə başlamış, daha sonra digər mərtəbəyə, yəni ikinci mərtəbəyə enən zaman oradan 01 top uzunluğu 100 metr 8x2 mm-lik ağ kabelin, 01 top uzunluğu 100 metr 4 mmlik qırmızı elektrik kabelinin yerində olmadığını görmüşdür. Daha sonra birinci mərtəbədə olan zaman 02 ədəd laqondanın yerində olmadığını görüb qeyd olunan əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını anlayıb baş vermiş oğurluq hadisəsi ilə bağlı polis qurumuna məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2290 manat zərər dəymişdir. İstintaq vaxtı 01 ədəd toxuma xalça və “Ken” markalı laqonda ona qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən əlvan-metal qəbuletmə məntəqəsini icarədarıdır. Əsas işi gün ərzində məntəqəyə təqdim olunan müxtəlif metal və plastmas əşyaların qəbulu və satışından ibarət olmuşdur. Təxminən 2021-ci ilin sentyabr ayının ortalarında məntəqədə olan əvvəllər tanıdığı Elmin əlində 01 ədəd laqonda ilə məntəqəyə yaxınlaşıb istifadəyə yararsız və özünə məxsus olduğunu bildirib laqondanı satmaq niyyətində olduğunu bildirmişdir. Elmin həmin zaman ona işlək vəziyyətdə olmayan laqondanı 15 manata satmaq istədiyini bildirmiş və o, sonuncuya həmin məbləğdə pul verərək laqondanı almışdır. Təxminən 1 aydan sonra o, Binəqədi RPİ-nin 40-PB nə dəvət edilmiş və polis bölməsində ona Elminin satdığı laqondanın oğurluq olması məlum olmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05.10.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edilməsi faktına görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 05.10.2021-ci il tarixli protokoldan görünür ki, 05 sentyabr 2021-ci il tarixdə olan oğurluq hadisəsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. 05.10.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 05.10.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməl CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. 05.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-də CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 05.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 06.10.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi bir ədəd “Ken” markalı laqonda aparatına baxış keçirilərək götürülmüşdür. 06.10.2021-ci il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi bir ədəd toxuma xalçaya baxış keçirilərək götürülmüşdür. 06.10.2021-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, bir ədəd “Ken” markalı laqonda aparatı və bir ədəd toxuma xalça Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuş və sonuncu həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bildirmişdir. 07.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli, 4(001)- 1059/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 05.10.2021-ci il tarixdən hesablanmışdır. 07.10.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ünvan 2 ünvanında baş vermiş oğurluq hadisəsinin mexanizmini əyani şəkildə göstərmişdir. 16.10.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, ödənilməmiş və ya götürlməmiş məhkumluğu yoxdur. 28.10.2021-ci il tarixli, 9/7245 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 640,00 manat müəyyən edilir. O cümlədən:
1. 01 ədəd 1,5 x 3 m ölçülü toxunma, saçaqlı xalça – 600,0 manat: 2.01 ədəd “Ken” markalı böyük ölçülü laqonda – 40,0 manat. 29.11.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd “Ken” markalı laqonda aparatı və bir ədəd toxuma xalça maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. 03.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş yeni ittiham elan edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs məxsus evdən yalınız 01 ədəd toxuma xalça, 01 ədəd “Samsung” markalı plazma televizor və 01 ədəd laqondada oğurlaması, ona verilmiş ittihamda qeyd edilən digər əşyaları oğurlamaması barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, təqsirləndirilən şəxs X3 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli, 4(001)-1059/2021 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 05 oktyabr 2021ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, 1 (bir) ədəd “Ken” markalı laqonda aparatı və 1 (bir) ədəd toxuma xalça sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişdir. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 1 (bir) ədəd “Ken” markalı laqonda aparatı və 1 (bir) ədəd toxuma xalça sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Vüsal Tağıyev