Məhkəmə qərarları › İş №1(001)-118/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-118/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-118/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0.312 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 24 fevral 2024-cü il tarixdə saat 22:40-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 2, "DSK yolu” adlanan ərazidə saxlanılaraq ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və 25 fevral 2024-cü il tarixdə saat 00:20-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,312 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,252 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd gümüşü rəngli aliminium kağız bükümündə əldə edərək əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, 26 aprel 2024-cü il tarixdə saat 12:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "xxxx" ASC-nin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən həmin polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 14:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli aliminium kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0.252 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərində saxlanıldığı hər 2 epizod üzrə narkotik vasitə olmamışdır, buna görə də hər iki 2 epizod üzrə də özünü təqsirli bilmir. Narkotik vasitələrdən istifadə etdiyini etiraf edir, lakin hər 2 epizod üzrə saxlanıldığı zaman üzərində narkotik vasitə olmamışdır. İbtidai istintaq dövründə qorxduğu üçün bu barədə heç nə bildirməmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir, narkotik vasitənin “kokos” kimi tanıdığı növündən istifadə edir. xx.xx.2024- cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "DSK" adlanan ərazidə anket məlumatlarını və ünvanını dəqiq bilmədiyi şəxsdən 01 ədəd şəffaf rəngli sellofan bükülmüş bükümdə narkotik vasitə kimi tanıdığı "kokos"u 10 manata alaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Həmin tarixdə saat 22 radələrində qeyri- rəsmi münasibətdə yaşadığı Şahid7 ilə görüşmüşdür. xx.xx.2024-cü il tarixdə saat 22:40 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "DSK 2" adlanan ərazidə Şahid7 ilə birlikdə piyada hərəkətdə olan zaman tanımadığı şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirmişlər. Sonra polis əməkdaşları onlara narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərilərində saxlayıb gəzdirmələrində şübhəli olduqlarını bildirərək Binəqədi RPİ-nin 43-cü PB-nə getməyi təklif etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə 43-cü PB-nə getmişlər. 43cü PB-nə aparıldıqdan sonra Nəzrin ilə ayrı-ayrı otaqlara dəvət olunmuşlar. Bölmədə inzibati otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Bu zaman ərizə ilə müraciət edib üzərinə baxış keçirilməsində müdafiəçisinin iştirak etməməsini xahiş etmişdir.Daha sonra üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş narkotik vasitə “kokos" kimi tanıdığı kütləni çıxarıb təqdim etmişdir. Bundan sonra həmin üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0,45 qram olduğu müəyyən edilmişdir. Daha sanra təqdim etdiyi həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra sorğu zamanı qeyd edilən maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “DSK" adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə olan narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Həmçinin Şahid7 ilə onu bölməyə gətirdikdən sonra polis əməkdaşları onları ayrı otaqlara dəvət etmişdir. Həmin zaman bilməsə də, sonradan ona məlum olmuşdur ki, Nəzrinin də üzərindən narkotik vasitə aşkar olunmuşdur. Nəzrinin narkotik vasitəni haradan əldə etdiyini bilmir və polis bölməsinə gətirilən zaman Nəzrinin üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Həmçinin Nəzrinin də onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış və narkotik vasitə olan heroin təklif etmişdir. O da həmin şəxsə 10 manat pul verib 01 ədəd gümüşü rəngli aliminium kağıza bükülmüş bükümdə narkotik vasitə almışdır. Həmin narkotik vasitəni sonradan istifadə etmək məqsədilə əynində olan qara rəngli idman şalvarının sağ cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 12:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Bakı Poladtökmə’‘ ASC-nin yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, üzərində saxlayıb gəzdirməyində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməyi təklif etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə 4-cü polis şöbəsinə getmişdir. Bölmədə inzibati otaqların birində ona təhqiqatçı tərəfindən dövlət hesabına vəkil təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video çəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O həmin şəxsi axtarış aparılma prosessinin müdafiəçisinin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli aliminium kağıza bükülmüş bükümdə narkotik vasitə kimi bildiyi kütləni və şalvarının sol yan cibindən özünə məxsus 01 ədəd Honor markalı mobil telefonu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0.32 qram olduğu müəyyən edilmişdir. Bundan sonra təqdim etdiyi həmin narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra sorğu zamanı qeyd edilən maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə olan narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Özü narkotik vasitə istifadəçisi olsa da heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan, bölməyə gətirilən və üzəriə şəxsi axtarış keçirilən zaman ona və Şahid7 qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Ona narkotik vasitə satmış şəxslərin əlaqə telefonu ilə bağlı heç bir məlumatı yoxdur, adını, soyadını və ünvanını bilmir. Həmin şəxslərlə əvvəllər arasında heç bir tanışlıq olmamışdır və əvvəllər aralarında heç bir alqı satqı baş tutmamışdır. Şahid7 narkotik vasitəni haradan və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. Belə ki, onlar polis bölməsinə gətirildikdən sonra ayrı-ayrı otaqlara dəvət olunmuşlar. Həmin zaman Nəzrinin üzərində narkotik vasitə olduğunu bilməmişdir və Nəzrinin narkotik vasitəni kimdən almasından məlumatsızdır. Onun bu barədə sonradan məlumatı olmuşdur.” Təqsirləndirilən şəxs son sözündə şahidlərin məhkəmə iclasında dindirildiyini və hər birinin eyni bir ifadə vermədiyini, polislərin hamısının yalan ifadə verdiyini, özünün narkotik vasitə istifadəçisi olduğunu, amma üzərində saxlanıldığı vaxtlarda narkotik vasitə olmadığını, bir körpə övladının olduğunu bildirmiş və məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43cü Polis Bölməsinin sahə rəisi Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupunun tərkibində o və digər polis əməkdaşları Şahid5, Şahid6, Şahid1 olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 22:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi. 2-ci mədən DSK yolu adlanan ünvanda Təqsirləndirilən şəxs saxlamış və sonuncuya qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşımada şübhəli olduğunu bildirib özləri ilə Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmamış, yanında bir nəfər qadın da olmuşdur. Lakin hazırda həmin qadının adını xatırlaya bilmir. Bölmədə təhqiqatçının otağında keçirilmiş şəxsi-axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü çıxarıb təqdim etmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir formada təzyiq olmamışdır, təqsirləndirilən şəxsin xəsarətə alması barədə bildirdikləri isə yalandır. O, əməliyyat qrupunun tərkibində olmuş və bilavasitə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43cü PB-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini edərək bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Mikayıl və Nəzrin adlı şəxslərin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşınması və istifadə edilməsində şübhəli bilinmələri göstərilmişdir. Bu barədə rəhbərliyə məruzə olunmuş və rəhbərliyin göstərişi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid5, Şahid2 və İlkin Şahverənov daxil olmuşdur. Onlar Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, DSK yolu yaxınlığında hər 2 şəxsə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra hər ikisini 43-cü polis bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında video çəkiliş aparılmaqla təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və həmin zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini özü çıxarıb təqdim etmişdir. Çəkilişdə o və İlkin Şahverənov iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman və ya bölmədə olduğu zaman həmin şəxsə qarşı hər hansı təzyiq və ya hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxsin evdə aparılması barədə dedikləri yalandır, onlar şəxsi Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, DSK yolu yaxınlığında saxlamışlar və həmin zaman üzərində narkotik vasitə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43cü PB-in cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu adlanan ərazidə 2 nəfər şəxsə yaxınlaşıb, özlərini təqdim etdikdən sonra həmin şəxsləri polis bölməsinə dəvət etmişlər. Polis bölməsində hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təhqiqatçı Kənan Məmmədova təhvil vermişlər. Əməliyyat tədbirində o Şahid1, Şahid6 və Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs saxlanılanda hər hansı bir etiraz etməmiş və ya müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs yanında olan və saxlanılmış Şahid7 üzərinə baxış keçirilməsində iştirak etmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində iştirak etməmiş, ancaq saxlanılmasında orada olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43cü PB-in sahə inspektoru Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2024-cü il fevral ayının 24-ü daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu adlanan ərazidə Təqsirləndirilən şəxs müəyyən etmişlər və sonuncunu 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə video çəkiliş ilə baxış keçirilmiş və həmin zaman özü üzərində narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Əməliyyat tədbirində ondan başqa digər polis əməkdaşları Şahid1, Şahid5, və Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs saxladıqları zaman sonuncunun yanında Nəzrin adlı bir nəfər qadın da var idi. Təqsirləndirilən şəxs həər hansı bir formada təzyiq yaxud təsir göstərilməmişdir. O, Təqsirləndirilən şəxs saxlanılmasında, həmçinin bölmədə üzərinə baxış keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evdə deyil, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu adlanan ərazidə saxlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 4cü PŞ-in sahə rəisi Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3la birlikdə 26 aprel 2024-cü il tarixdə təxminən saat 12:30 radələrində Binəqədi rayonu, Binəqədi şossesində yerləşən "xxxx" ASC-in yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra təqsirləndirilən şəxsi şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxsi şöbəyə gətirmişlər, şəxsi axtarış həyata keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmiş və heç bir etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yaxud bölmədə olarkən yaxud da üzərinə baxış keçirilərkən sonuncuya hər hansı bir təzyiq, hədə-qorxu olmamışdır. Şəxsi axtarış keçirilən zaman sonuncunun bədənində xəsarətlər olmamışdır. Təqsirləndirilən şəxsin üzərində olan zorakılıq izləri barədə məlumatı yoxdur, lakin onlar tərəfindən sözügedən hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 4cü PŞ-in əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 26 aprel 2024-cü il tarixdə şöbəyə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında 26 aprel 2024-cü il tarixdə təxminən 12:30 radələrində Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "xxxx" ASC-nin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncu şöbəyə dəvət etmişlər. Şöbədə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini təqdim etmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Əməliyyat tədbirində onunla birgə digər polis əməkdaşı Şahid4 iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq və yaxud hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxs evdən deyil, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "xxxx" ASC-nin yaxınlığında saxlanılmaqla şöbəyə aparılmışdır. Təqsirləndirilən şəxsə heç bir zorakılıq olmamışdır, həmin vaxtı onun sol çiyinində zədə olduğu üçün ümiyyətlə fiziki hərəkətlərdən uzaq olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı zaman üzərində narkotik vasitədən başqa telefon da var idi. Daxil olmuş əməliyyat məlumatı təqsirləndirilən şəxsin şəxsi istifadəsi ilə bağlı olmuşdur, şəxsin satış məqsədinin olması ilə bağlı əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxsin döyülməsinin şahidi olmamışdır, həm də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur və döyülməsi barədə müdafiəçisinə də məlumat verə bilərdi. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə evdə oturub yemək yeyirdilər. Evin qapısı isə bağlı idi. Necə oldusa, qapının qıfılını açıb polislər evə daxil olmuşdular. Evdə isə narkotik vasitə olmamış, onları bölməyə apararaq orda üzərilərinə qoymuşlar. Onları evdən aparsalar da ifadədə onlar guya DSK adlanan ərazidə saxlanılmalarını yazıblar. Qapını onlar açmamış, polislər qıfılları sındırıb evə daxil olmuşlar. Evdə isə sadəcə ikisi, yəni Mikayıl və o olmuş, evdən hər hansı qanunusuz əşya çıxmamışdır. CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə məhkəmədə baxılarkən səhv edib, təqsirini etiraf etmiş, həm də qorxduğu üçün etiraf etmişdir. Məhkəməyədək icraat dövründə məcbur qalıb, həmin işdə olan məzmunda ifadə vermişdir. Çünki elə razılaşdırmışdılar. Məhkəmədə də özünü təqsirli bilmiş və tələsib etiraf etmişdir. Barəsində olan ittihamedici hökmdən polislərlə yenidən üzləşməmək üçün şikayət etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. şübhəli şəxsin tutulması haqqında 24 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:45-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli 24 fevral 2024-cü il tarixdən, saat 22:40-dan hesablanmışdır. şəxsi axtarış və götürmə aparılması haqqında 25 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X4 əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümdə “kakos” olduğunu bildirmişdir. Həmin bükümü xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm ölçüsü 0,45 qram olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1119 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243" dairəvi möhür əksləri. " ..Qarazadə M (imza)..." yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.312 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin rəyə əlavə edilmiş aktdan görünür ki, təqdim edilmiş narkotik vasitədən 0,05 qram nümunə götürülmüş, 0,262 qram narkotik vasitə heroin geri qaytarılmışdır. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. 25 fevral 2024-cü il tarixli şübhəli şəxsi dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs “DSK” adlanan ərazidə anket məlumatlarını və ünvanını dəqiq bilmədiyi şəxsdən 01 ədəd şəffaf rəngli sellofan bükülmüş bükümdə narkotik vasitə kimi tanıdığı “kokosu” 10 manata aldığını, daha sonra qeyri-rəsmi münasibətdə yaşadığı Şahid7 ilə görüşdüyünü, xx.xx.2024-cü il tarixdə, saat 22:40-da polis əməkdaşları tərəfindən saxlanıldığını, bölmədə üzərində olan narkotik vasitəni təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş, həmin protokolu özü və müdafiəçisi imza etmişdir. 26 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs “DSK” adlanan ərazidə anket məlumatlarını və ünvanını dəqiq bilmədiyi şəxsdən 01 ədəd şəffaf rəngli sellofan bükülmüş bükümdə narkotik vasitə kimi tanıdığı “kokosu” 10 manata aldığını, daha sonra qeyri-rəsmi münasibətdə yaşadığı Şahid7 ilə görüşdüyünü, xx.xx.2024-cü il tarixdə, saat 22:40-da polis əməkdaşları tərəfindən saxlanıldığını, bölmədə üzərində olan narkotik vasitəni təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş, həmin protokolu özü və müdafiəçisi imza etmişdir. təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 26 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. cinayət işinin başlanması və icraata götürülməsi haqqında 27 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. şübhəli şəxsin tutulması haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli 26 aprel 2024-cü il tarixdən, saat 12:30-dan hesablanmışdır. şəxsi axtarış və götürmə aparılması haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, X4 qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd ön hissəsi qara, arxa hissəsi tünd göy rəngli Honor markalı mobil telefon və sağ yan cibindən isə 1 ədəd gümüşü rəngli aliminium kağıza bükülmüş bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Həmin kütlənn heroin olduğunu bildirmişdir. Heroinə bənzər kütlənin çəkisi 0,32 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin heroini 2 gün bundan öncə səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2320 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №173“ dairəvi möhür əksi. "Mikayıl(imza)” yazısı və və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,252 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin rəyə əlavə edilmiş aktdan görünür ki, təqdim edilmiş narkotik vasitədən 0,05 qram nümunə götürülmüş, 0,202 qram narkotik vasitə heroin geri qaytarılmışdır. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. 27 aprel 2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs 4 ildir heroin istifadə etdiyini, 2 gün bundan öncə Papanin adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir bükümdə narkotik vasitə aldığını, xx.xx.2024-cü il tarixdə saat 12:30-da polis əməkdaşları tərəfindən saxlanıldığı, şöbədə üzərindən heroin aşkar edildiyini bildirməklə törətdiyi əməli etiraf etmiş, həmin protokolu özü və müdafiəçisi imza etmişdir. 27 aprel 2024-cü il tarixli şübhəli şəxsi əlavə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Papanin adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir bükümdə narkotik vasitə aldığını, xx.xx.2024cü il tarixdə saat 12:30-da polis əməkdaşları tərəfindən saxlanıldığı, şöbədə üzərindən heroin aşkar edildiyini bildirməklə törətdiyi əməli etiraf etmiş, həmin protokolu özü və müdafiəçisi imza etmişdir. 27 aprel 2024-cü il tarixli cinayət işlərinin bir icraatada birləşdirilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəsi ilə istintaq davam etdirilmişdir. 28 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Papanin adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir bükümdə narkotik vasitə aldığını, xx.xx.2024cü il tarixdə saat 12:30-da polis əməkdaşları tərəfindən saxlanıldığı, şöbədə üzərindən heroin aşkar edildiyini bildirməklə törətdiyi əməli etiraf etmiş, həmin protokolu özü və müdafiəçisi imza etmişdir. telefona baxış keçirilməsi haqqında 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş “Honor” markalı mobil telefonda iş üçün sübut əhəmiyyəti kəsb edən ismarıclar, foto-şəkillər və video aşkar edilməmişdir. təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin qüvvədə saxlanılması barədə 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış və müvəqqəti saxlama yerindən azad edilmişdir. təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında 28 aprel 2024-cü il tarixli qərardan görünür ki, ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 29 aprel 2024-cü il tarixli, 2760 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında 22 avqust 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,312 qram heroindən ekspert tədqiqatından sonra qalan 0,262 qram narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,252 qram heroindən ekspert tədqiqatından sonra qalan 0,202 qram narkotik vasitə heroin iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Bundan başqa iki ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Qarazadə X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsrili bilinərək 1500 manat cərimə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişmiş və 2 il, 6 ay, 14 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 2 ay 3 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Bundan başqa Qarazadə X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası 1 il, 6 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-197/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasının əvvəli, onun tutulduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-589/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 3 ay, 25 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddət cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il, 5 ay, 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-517/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-457/2024 saylı hökmündən görünür ki, Şahid7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Şahid7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 02 ay 26 müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmə istintaqı zamanı maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş iki ədəd video diskə baxış keçirilərək müəyyən edilmişdir ki, disklərdə olan videogörüntülər şəxsi-axtarış və götürmə aparılması haqqında protokollara uyğundur. Məhkəmə hazırlıq iclasının 1(001)-628/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxsin digər cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və hər iki epizod üzrə narkotik vasitənin üzərində olmadığı barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun sözügedən məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Hər iki epizod üzrə şəxsi axtarış və götürmə prosesini əks etdirən disklərə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər iki epizod zamanı şəxsi axtarış həyata keçirilən zaman özü şəxsən üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxsin saxlanıldığı birinci epizod üzrə əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları Şahid2, Şahid1, Şahid6, Şahid5 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə, saat 22:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi. 2-ci mədən. DSK yolu adlanan ünvanda Təqsirləndirilən şəxs saxlamış və bölməyə gətirmişlər. Həmçinin şəxsi-axtarış və götürmədə iştirak edən şahidlər Şahid1 və Şahid6 təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitəni şəxsən təqdim etməsini və sonuncunun həmin narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını söylədiyini bildirmişlər. Bundan başqa təqsirləndirilən şəxsin saxlanıldığı digər epizod üzrə şahidlər Şahid4 və Şahid3 da eyniməzmunlu ifadələr verərək bildirmişlər ki, 26 aprel 2024-cü il tarixdə təxminən 12:30 radələrində Binəqədi rayonu, Binəqədi şosesində yerləşən "xxxx" ASC-nin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər, şöbədə olan zaman Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini təqdim etmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, şahidlərin verdiyi ifadələr digər iş materiallarına uyğun olmuş, təqsirləndirilən şəxsin bildiriklərinin əksinə iş materialları ilə ziddiyyət təşkil etməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələr də şahidlərin məhkəmə iclasında bildirdikləri ilə üst-üstə düşür. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsiləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə Təqsirləndirilən şəxs üzərində hər iki epizod üzrə də narkotik vasitə olmaması barədə bildirdiklərini onun törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yayınmağa nail olmaq və özünü müdafiəsi üçün düşünülümüş addım kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Qeyd edilməsi zəruridir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövrü vermiş olduğu ifadələri iş materialları ilə uyğunluq təşkil etmiş, həmin ifadələr arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsininin toplanmış digər sübutlarla uyğun təşkil etməsini, həmçinin məhkəmə iclasında verdiyi ifadəsinin iş materialları ilə ziddiyyət təşkil etməsini nəzərə alaraq təqsirləndirilən şəxsin ibtidai istintaqda əldə olunmuş ifadəsinə üstünlük verir. Bundan başqa məhkəmə şahid qismində dindirilmiş Şahid7 ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şahid qismində dindirilmiş Şahid7 məhkəmə baxışı zamanı verdiyi ifadəsi də qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirilərək mötəbər sübut kimi nəzərə alınmamalıdır. Belə ki, Təqsirləndirilən şəxs və Şahid7 rəsmi olmasa belə faktiki olaraq birlikdə yaşamışlar və aralarında səmimi münasibət olmuşdur. Hazırki məhkəmə iclasında Şahid7 faktiki olaraq birlikdə yaşadığı şəxsi qorumaq, sonuncunun məsuliyyətini yüngülləşdirmək məqsədi ilə bəzi nüansları təhrif etməklə ifadəsini dəyişdirməsi inandırıcıdır. Belə ki, Şahid7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-457/2024 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Lakin Şahid7 həmin cinayət işi üzrə məhkəmə araşdırılması aparılan zaman hazırki məhkəmə iclasında bildirdiyi halları məhkəmənin diqqətinə çatdırmamışdır. Bunun tam əksinə etirafedici ifadə verməklə istinad edilən cinayət əməlinin onun tərəfindən törədildiyini bildirmişdir. Qeyd olunanlar Şahid7 ifadəsinin mötəbərliyini təkzib etməklə, həmin ifadənin sübut kimi qəbul edilməsini mümkünsüz edir. Odur ki, məhkəmə Şahid7 ifadəsini qeyri səmimi verilmiş ifadə kimi qiymətləndirib həmin ifadəni mötəbər sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, işin faktiki halları Şahid7 və Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi zəmində baş versə idi, onlardan hər hansı biri sözügedən xüsusatları əvvəlcə heç olmasa bir dəfə bildirərdi. Ən azından onların ibtidai istintaq dövründə onların vermiş olduğu ifadələr arasında ziddiyyətli məqamlar olmalı, yəni onlardan biri sözügedən məsələ ilə bağlı işin hallarını bildirməli idi. Lakin Şahid7 və Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə, həmçinin Şahid7 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham edici hökm çıxarılan digər cinayət işi üzrə aparılmış məhkəmə araşdırması zamanı vermiş olduqları ifadələr toplanmış sübutların məcmusu ilə vəhdət təşkil edir. Bu hal isə həm Şahid7, həm də Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyrisəmimi ifadə vermələrini bir daha təsdiq edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş Narkotik vasitələr” adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram narkotik vasit xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə və 26 aprel 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin əməllərin heç birinə görə o məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Bundan başqa Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Tədqiq edilmiş iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-197/2021 saylı hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Lakin hazırki cinayət işi üzrə təqsirləndirildiyi ilk epizodda nəzərdə tutulmuş cinayət əməlini 24 fevral 2024-cü il tarixdə, yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından şərti olaraq azad edildiyi vaxtdan 2 il müddət keçmədən törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halın olmadığını və ağırlaşdıran halların olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Həmçinin, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət qanunu ilə qadağan olunmuş əməli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)- 22/2024 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Buna görə də ona AR CM-nin 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməli, yəni hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, «CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır.” Həmin qərarın 20-ci bəndində isə göstərilmişdir ki, “cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Məhkəmə hesab edir ki, qeyd olunan cəzanın çəkilmə müddətinin əvvəlinin müəyyən edilməsi təyin edilmiş cəzanın həddinə təsiri olmasa da, məhkum olunmuş şəxsin sonrakı hüquqi vəziyyətinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, CM-in 76 və 90-cı maddələrində nəzərdə tutulan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və həmin Məcəllənin 77 və 90-1-ci maddələrində nəzərdə tutulan cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə şərtləri cəzanın çəkilmə müddətinə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini nəzərdə tutan 70-ci maddəsində və bir sıra digər güzəştləri nəzərdə tutan normalarda da cəzanın çəkilmə müddətinə dair tələblər müəyyən edilmişdir. Məhkəmənin cəzaçəkmə müddətinin əvvəlini düzgün müəyyən etməməsi hökm qanuni qüvvəyə mindiyi təqdirdə hökmün icrası qaydasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə bağlı məhkumun məhkəməyə müddət baxımından müraciət etmə imkanını aradan qaldırır və onun vəziyyətini ağırlaşdırır. Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Göründüyü kimi cəza çəkmə müddətinin əvvəlinin hazırkı halda Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmü ilə məhkum edildiyi cəzanın əvvəlindən, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablandığı halda onun yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə müraciət etmək hüququ daha tez yaranmış olur. Odur ki, təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəzanın çəkilmə müddətinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən götürüldüyü halda onun vəziyyətini yüngülləşdirdiyindən həmin tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək, hazırkı cinayət işi üzrə isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək, bundan başqa xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmaqla ümumilikdə 6 (altı gün) şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, əməlində cinayətin residivinin olması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanskiyasında müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməli (CM 65.2), hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmlı (CM 66.5), onun şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuş olduğu ümumilikdə 6 (altı) gün müddət hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı (CM 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (AR CM 56.1.3) və cəzasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində hazırki cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli (AR CM 93.1.2), iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatın sonra qalıq qalmış təmiz çəkiləri 0,252 qram və 0,202 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM 132.1.1), iş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı (CPM 132.1.6), iş üzrə 194 (yüz doxsan dörd) manat ekspertiz xərci Təqsirləndirilən şəxs tutulmalıdır (CPM 198.1). «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 244 (iki yüz qırx dörd) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-22/2024 saylı hökmü ilə məhkum olunduğu cinayət işi üzrə xx.xx.2022 -ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək, bundan başqa xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu, cəmi 06 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 8 (səkkiz) ay, 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,262 qram və 0,202 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmənin həyata keçirlməsini zamanı aparılmış videoçəkilişin qeydə alındığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 194 (yüz doxsan dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 41 (qırx bir) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 246 (iki yüz qırx altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar