Məhkəmə qərarları › İş №1(001)-119/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-119/2022

18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-119/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, orta təhsilli, ailəli, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmuş, lakin ünvan 2 ünvanında yaşamış, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə, günorta saatlarında istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq 4 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,402 qram, 0,374 qram, 0,366 qram, 0,311 qram, ümumi təmiz çəkisi 1,453 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 4 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,364 qram, 0,382 qram, 0,350 qram, 0,402 qram, ümumi təmiz çəkisi 1,498 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 17 sentyabr 2021-ci il tarixdə, saat 22:45-də Binəqədi RPİ-si 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən “Nasimi” metro stansiyasının qarşısında saxlanaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü Polis Şöbəsinə gətirilmiş və 18 sentyabr 2021-ci il tarixdə 00:45-də Şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən “Wincester” markalı siqaret qutusunun içindəki bir ədəd şəffaf selofan bükümdan 4 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,402 qram, 0,374 qram, 0,366 qram, 0,311 qram, ümumi təmiz çəkisi 1,453 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd polietilen bükümdə isə ayrı-ayrılıqda təmiz çəkisi 0,364 qram, 0,382 qram, 0,350 qram, 0,402 qram, ümumi təmiz çəkisi 1,498 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 ildir ki, o, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. 15 sentyabr 2021-ci il tarixdə günorta, təxminən saat 14 radələrində o, şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu “Papanin” deyilən ərazidə 80 manata 4 büküm narkotik vasitə olan heroin və 4 büküm psixotrop maddə olan metamfetamin alıb “Winchester” markalı siqaret qutusuna qablaşdıraraq əynindəki şalvarın qabaq yan cibinə qoyaraq üzərində saxlamışdır. 17 sentyabr 2021-ci il tarixdə, axşam saat 22:45-də Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən Nəsimi metro stansiyasının yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını və onun narkotik və psixotrop maddələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirdilər və üzərində şəxsi axtarış aparılması üçün onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə apardılar. Polis şöbəsində onun öz xahişi ilə ona dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, onun razılığı ilə müdafiəçi iştirak etmədən video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, könüllü olaraq əynindəki qara rəngli şalvarının qabaq sağ yan cibində olan “Winchester” markalı siqaret qutusundaki bir ədəd sellofan bükümdə olan ümumilikdə 8 bükümü, yəni 4 büküm narkotik vasitə olan heroini və 4 büküm psixotrop maddə olan metamfetamini təqdim etmiş və bildirmişdir ki, həmin 8 büküm heroini və metamfetamini iki gün öncə, yəni 15 sentyabr 2021-ci il tarixdə “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 80 manata öz istifadəsi üçün almışdır. Bundan sonra onun tərəfindən təqdim edilmiş 4 büküm narkotik vasitə olan heroin və 4 büküm psixotrop maddə olan metamfetamin təhqiqatçı tərəfindən bir zərfə qoyularaq qablaşdırlmış və möhürlə möhürlənərək götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən üzərində aparılmış şəxsi axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, həmin protokol və zərfin üzəri şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən, o, cümlədən də onun tərəfindən imzalanmışdır. Odur ki, onun üzərindən çıxmış 4 büküm narkotik vasitə olan heroini və 4 büküm psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün almışdır. Bu səbəbdən özünü ittiham üzrə elan edilmiş maddə üzrə deyil, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Göstərilənləri və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-si 4-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə xx xxxxxx 1974-cü ildə Qazı-Məmməd şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5şayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində üzərində qanunsuz olaraq narkotik və psixotrop maddə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat Bölmənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Binəqədi RPİsi 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 17 sentyabr 2021-ci il tarixdə axşam təxminən saat 21 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu, Nəsimi metro stansiyasının ətrafındaki əraziyə getmişdir. Təxminən saat 22:45-də onlar Nəsimi metro stansiyasının qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra o, həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs Əkbə oğlu kimi təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı onlarla Binəqədi RPİ-si 4-cü PŞ-nə getməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 4cü PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı, polis kapitanı Davud Zamanov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdr. Bundan sonra, Şöbədə, təhqiqatçının xidməti otağında, Təqsirləndirilən şəxs özünün razılığı ilə müdafiəçinin iştiraki olmadan onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın qabaq sağ yan cibindən “Winchester” markalı siqaret qurtusunu çıxararaq həmin siqaret qutusunun içindən bir ədəd şəffaf selofan bükümünü çıxararaq həmin şəffaf selofanın içərisindəki ümumlikdə 8 ədəd polietilenə bükülmüş bükülünü təqdim etmişdir. Həmin 8 ədəd bükülünün dördü açıldıqda içərisində ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər dördü açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyə malik olan toz şəkilli heroinə bənzər kütlələri təqdim edərək, narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin narkotik və psixotrop vasitələri 2 gün bundan öncə “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən ümumlikdə 80 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs əynində olan digər geyim əşyalarına, ayaqqabısına baxış keçirilmiş, baxış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 8 ədəd polietilenə bükülmüş bükülülər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Zərfin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü də imza etmişdir. Şəxsi axtarış və götürmə aparılması barədə protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış və götürmədə iştiirak etmiş şəxslər, o, cümlədən də Təqsirləndirilən şəxs öz imzaları ilə təhqiqatçı tərəfindən tərtib edilmiş Protokolun düzgünlüyünü təsdiq etmişlər. Eyni zamanda bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində üzərində qanunsuz olaraq narkotik və psixotrop maddə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, satışı ilə bağlı məlumat olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-si 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş: 08.09.2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 1) 08.09.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt, 17.09.2021-ci il tarixdə, saat 22-45-dən tutulmuş hesab edilmişdir. (i.v. 17) 18.09.2021-ci il tarixli protokoldan görünür ki, axtarış və götürülmə aparılarkən Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu çıxararaq, həmin siqaret qutusunun içərisində olan bir ədəd şəffaf selofan bükümdən ümumilikdə 8 ədəd polietilen bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin 8 ədəd büküm açıldıqda, onlardan 4 bükümün içərisində ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin, digər 04 ədəd bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan toz şəkilli heroinə bənzər kütlənin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd bükümdən 4 ədədində psixotrop maddə olan metamfetaminin, 4 ədədində isə narkotik vasitə olan heroinin olmasını bildirmişdir.(i.v.27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 sentyabr 2021-ci il tarixli 6/4131 saylı rəyinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 8 ədəd bükümdən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,402 qram, 0,374 qram, 0,366 qram, 0,311 qram, ümumi təmiz çəkisi 1,453 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 4 ədəd polietilen bükümdə isə ayrı-ayrılıqda təmiz çəkisi 0,364 qram, 0,382 qram, 0,350 qram, 0,402 qram, ümumi təmiz çəkisi 1,498 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (i.v. 36-40) 18 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 56-57) 18.09.2021-ci il tarixli qərardan məlum olur ki, X1 aşkar edilmiş dörd ədəd polietilenə bükülmüş bükümdə ümumi təmiz çəkisi 1,453 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin tədqiqatdan sonra 1,373 qram çəkidə qalmış hissəsi və dörd ədəd polietilenə bükülmüş bükümdə təmiz çəkisi 1,498 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra 1,418 qram çəkidə qalmış hissəsi maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc kamerasına təhvil verilmişdir. (i.v. 62) 19.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunu çıxararaq, həmin siqaret qutusunun içərisində olan bir ədəd şəffaf selofan bükümdən ümumilikdə 8 ədəd polietilen bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin 8 ədəd büküm açıldıqda, onlardan 4 bükümün içərisində ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin, digər 04 ədəd bükümdə isə qəhvəyi rəngli spesifik iyə malik olan toz şəkilli heroinə bənzər kütlənin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 8 ədəd bükümdən 4 ədədində psixotrop maddə olan metamfetaminin, 4 ədədində isə narkotik vasitə olan heroinin olmasını bildirmişdir. (i.v.64-66) 19.09.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 67-68) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdıılması cəzasına məhkum edilmişdir. (i.v. 114-116, 120-127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin publik hüquqi şəxsin Ambulator X2 ekspert komissiyasının 25 sentyabr 2021-ci il tarixli 3628 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birğə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v.129-130 ) Bakı şəhər Probasiya idarəsinin 01 dekabr 2021-ci il tarixli, № 21-1/3-11480 saylı məktubundan görünür ki, Binəqədi rayon məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay 20 gün müddətinə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası Təqsirləndirilən şəxs tərəfindən icra edilməmişdir. 02.12.2021-ci il tarixli qərardan məlum olur ki, X1 narkotik vasitənin aşkar edilməsi zaman qeydə alınmış «şəxsi axtarış və götürmə aparılması haqqında» protokola əlavə edilmiş 1 ədəd disk maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 136-143) Doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25.04.2012-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi onun üzərindən çıxmış 4 büküm narkotik vasitə olan heroini və 4 büküm psixotrop maddə olan metamfetamini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün alması barədə ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan 08.09.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt, 17.09.2021-ci il tarixdə, saat 22-45-dən tutulmuş hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.09.2021-ci il tarixli, 4(001)-989/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 17.09.2021-ci il tarixdən hesablanmışdır. (i.v.92-96) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli, 4(001)-1293/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 20 gün müddətinə uzadılmışdır. (i.v.217-221) Göründüyü kimi, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12.10.2020-ci il tarixli hökmü ilə məhkum olunduğu 02 il 03 ay 20 gün müddətinə məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 (bir) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 17.09.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,518 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də axtarış və götürmənin görüntülərini özündə əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd disk, cəmi 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,373 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1,418 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda X3 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 65 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 205, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 1(001)- 396/2020 hökmü ilə məhkum olunduğu 2 il 3 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 (bir) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,373 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1,418 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar