Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-119/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 22-ci korpus ev 5V qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» deyilən yerdən istintaqa məlum olmayan mənbədən 100 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,643 qram, 0,384 qram, 0,272 qram, 0,275 qram, 0,053 qram ümumi təmiz çəkisi 1,890 qram təşkil edən narkotik vasitə heroini və 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,310 qram, 0,272 qram, 0,295 qram, 0,155 qram, 0,152 qram ümumi təmiz çəkisi 1,429 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:00-da Binəqədi RPİ-nin 43cü PB-nin və Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən ADNA-nın yaxınlığında saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 16:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 06 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,643 qram, 0,384 qram, 0,272 qram, 0,275 qram, 0,053 qram ümumi təmiz çəkisi 1,890 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,310 qram, 0,272 qram, 0,295 qram, 0,155 qram, 0,152 qram ümumi təmiz çəkisi 1,429 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə razılaşmır, belə ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmur, yalnız narkotik vasitədən istifadə etmişdir. Polis əməkdaşları onu 01 sentyabr 2022-ci il tarixdə Nəsimi rayonunun ərazisində telefon dükanından çıxdıqdan sonra saxlmışlar. Həmin vaxt onun barəsində CM-in 263.2-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsində daha bir cinayət işinin istintaqı gedirdi, həmin gün müstəntiq onu çağırmışdı, o, 28 may deyilən ərazidə telefon dükanından çıxdıqdan sonra Binəqədi rayon Polis İdarəsinə müstətiqin yanına getmək fikrində idi. Belə olan halda necə ola bilər ki, onun üzərində bu qədər narkotik vasitə ilə Binəqdi Rayon Polis İdarəsinə getmək istəsin. O, narkotik vasitələrin istifadəçisidir. Əldə etdiyi narkotik vasitələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədə tədqiq edilən istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan “sms” mətnləri ilə bağlı bildirmişdir ki, o narkotik vasitələrdən istifadə edirdi, bəzən elə hallar olmuşdur ki, istifadə etdiyi həmin narkotik vasitələrdən ondan ətrafında olan dostlarından,tanışlarından kimsə istəsin və o da istifadə etdiyi həmin narkotik vasitələrdən onlara da istifadə üçün vermiş, bəzi hallarda isə birlikdə narkotik vasitə istifadə etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrdən istifadə etdiyini bildirərək, məhkəmədən ona CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, kiçik inspektor polis serjantı Şahid2 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin CAŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Şahid3 və CAŞ-nın CA üzrə kiçik inspektoru, polis serjantı Şahid4la birlikdə xx.xx.2022-ci il tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığına əməliyyat keçirmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlar ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə getməsini təklif etdilər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlar ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə gəldilər. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Süleyman Qəşəmliyə həvalə olundu.Təqsirləndirilən şəxsin üzərində video çəkiliş apparılmaqla baxış keçirilən zaman o, CAŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, onun əynində olan göy rəngli cins calvarınını sol yan cibindən 12 ədəd şəffaf sellofanda olan bükümləri və 01 ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etdi. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, kiçik inspektor polis serjantı Şahid4 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin CAŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, o və Şahid3 ilə birlikdə saat 15:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti Azərbaycan Dövlət Neft Akademiyasının yaxınlığına getdilər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlar ilə birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 43-cü PB-nə getməsini təklif etdilər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlar ilə birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nə gəldi. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Süleyman Qəşəmliyə həvalə olunmuşdur. Şəxsin üzərinə video çəkiliş ilə şəxsi axtarış və baxış keçirilən zaman o və əməliyyat qrupunun digər üzvü Şahid3 orada iştirak etmədi. Məhkəmə baxışı zamanı dindirilmiş digər şahidlər Binəqədi RPİ-nin cinayət-axtarış şöbəsi CA üzrə kiçik inspektor, polis baş serjantı Şahid3 və hazırda Sanbunçu rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsi CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışan, polis baş leytenantı Şahid1 digər şahidlər ilə oxşar məzmunda ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlamışdır. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Hüseynov X3 RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 06 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,643 qram, 0,384 qram, 0,272 qram, 0,275 qram, 0,053 qram ümumi təmiz çəkisi 1,890 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,310 qram, 0,272 qram, 0,295 qram, 0,155 qram, 0,152 qram ümumi təmiz çəkisi 1,429 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli, 6/4697 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilən 06 (altı) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,263 qram, 0,643 qram, 0,384 qram, 0,272 qram, 0,275 qram, 0,C53 qram ümumi təmiz çəkisi 1,890 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə — heroindir, 06 (altı) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,245 qram, 0,310 qram 0,272 qram, 0,295 qram, 0,155 qram, 0,152 qram ümumi təmiz çəkisi 1,429 qram olan ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 06 (altı) ədəd bükümdə olan metamfetaminlər və 06 (altı) ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə öz aralarında bir-biri ilə eynidirlər. 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuşdur. xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 43-cü PB-də şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 06 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,643 qram, 0,384 qram, 0,272 qram, 0,275 qram, 0,053 qram ümumi təmiz çəkisi 1,890 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 06 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram, 0,310 qram, 0,272 qram, 0,295 qram, 0,155 qram, 0,152 qram ümumi təmiz çəkisi 1,429 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən ağ rəngli kristallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,710 qram heroin, 1,129 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-2712/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, yaranmış istintaq zərurəti ilə əlaqədar 01 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, whatsapp yazışmaları və SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)- 2712/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, yaranmış istintaq zərurəti ilə əlaqədar 01 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, whatsapp yazışmaları və SMS mətnlərinin açıqlamaları, həmin nömrələrdən daxil olan çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi qərara alınmışdır. Lakin, sözügedən qərar icra olunmadığından, iş üzrə hərtərəfli məhkəmə araşdırmasının aparılması məqsədilə cinayət işi üzrə telefon danışıqlarına dair məlumatların ələ keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və icra olunması üçün "xxxx" MMC-yə göndərilmişdir. Soğruya cavab alınması məqsədilə məhkəmə iclasları dəfələrlə təxirə salınmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən məhkəməyə qərar əsasında əldə olunmuş məlumatların daxil edildiyi CD disk təqdim olunmuşdur. Məhkəmə iclası zamanı diskə baxış keçirilmiş, birinci və ikinci faylda olan sms mətnləri açılmışdır. Həmin mesaj mətnlərində “Pati bir tike varsa verde qaqa”, “Yarım-Kolabidənədə-10-Luğ-PATİ-VERƏRSƏN,?”, “KİŞİSƏN-DÜZ-VER,Kİ,-SƏHƏRƏÇƏN-QALİB- İŞDJYÇEYƏM-HİYƏTDƏDİYƏ,KÖRSÜN”, “Ay setqan idin gəlmişəm pulunu düzətmişəm ay dılıx mən 15 manatın”, “Qaqa mən kuruqdayam 1 qram yarım kola lazımdı açda qurban sənə tel”, “p olsa gel ora vaxt oldurek”, “Qaqa gelirsen qadan alaram olurmee lomkadan men senin qizindan kusub inciyir gelde qadan alim”, “Fuad qıznan danışım alınsa seher gelim tezdenen sırazu götürecem de he 1qr 25dan da he”, “20m ya 30m dan deyim anamadımeee”, “Nə vaxt görüşey oturağee P isdiyirem”, “Falqa varindisa bir damci cixartde”, “Qаqа torpaq lаzimdi yari. Аcdа”, “Mеnеm vаskа imkаn vаrsа 1cеt vеrеrdin mеnе”, “Qaqa bütün lazlmd Kiwsenen sene dedim lomkadayam gedib culubdasan ama eybiyox”, “Fuat tema lazimdi yari kola 5 pati”, “Qaqa mən burdayame taxda qapının yanında mənəm Səbuhi birdənə lazimdi”, “Menem elmeddin gelim 2dene kola cerde”, “Qardawìm cixmiwm qardawimsa ksok eleme veziyetim cox pisdi”, “Qaqa qadan alaram açda çıxıb gedəsələr qalacam lomkada aç yer de g”, “Qaqas mene bir soz dede merdakanan gelib usaq 2 d lazimdi”, “Qaqa 30 du 1 k bir damcı pati alınar”, “Qardasim qurban sene men yoldayam usaqlari balnisadan getirirem yol usdu deyecem sene qurban olum meni saxlama orda masinda xesdem var.catanda yiqacam”, “Fuad bu iwden cxb gedmey istir gec gelersen 1 qram p..ı istir 1ci yaxwi olsa tez tez gotrecey deye buraxmaq istemirem”, “Qaqa yarı kola yarıda patı imkan varsa ver aqrıdayıq 4 nefer...istesen seher 50 verim teli ver yada hakal xoşun..aqrlda qoyma bizi”, “Qaqa kontur atdım 15 manat qadan alım hara gələcəm maşınlayam de gelim”, “Gagas vezyetim pisdi agridayam berk ne vaxd gelrsen”, “Qaqaş salam ne var ne yox esid meni orda kedeki vare 15 süren bizim kinin dosdu V.......n dijibki asım hardadi bizimki dejib joxdu uzaq dadır dejib denen ne bade gəlsin dyz 45 nefer emeljatci gelib kende Narkotike gore bileceri bineqedi reidi satan ceken xanimin tapsiriq idi sypyrecejler ozynde cix keden bir adama copde verme muqajat ol” tipli mesajların olması qeyd olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında tədqiq edilmiş “sms mətnləri” ilə bağlı maddi gəlir əldə etmək məqsədilə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sadəcə dostları ilə bir-birlərinə narkotik vasitə ehtiyac olduqda təmənnasız verdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə iclasında verdiyi, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinin olduğu diskin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs himayəsində yaşlı valideynlərinin, ata və anasının olmasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 234.1, 326.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 07 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığına görə azad olunmuşdur. Binəqədi Rayon Polis İdarəsində CM-in 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə CM-in 73.2-ci maddəsi ilə xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Fizuli oğlu məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-70/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)- 70/2023 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-70/2023 nömrəli hökmü ilə məhkum olunduğu 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 16:30-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1321/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, saat 10:30-dan 11:10-a kimi təqsirləndirilən şəxs kimi dindirilmişdir. Həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatla məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-992/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1321/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2022-ci il tarixli, 6662 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,710 qram heroin və 1,129 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-70/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 02 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın əvvəli 01 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,129 qram olan metamfetamin və 1,710 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdən tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-119/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-119/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver