Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-119/2024 23.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Başlıbel kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Əliyanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 3cü Mədən, korpus 124 ünvanında yerləşən fərdi yaşayış evində əmisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, sonuncunun «sən Cavanşirin oğlu deyilsən» ifadəsini öz ünvanına təhqir kimi qəbul edib, qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurub və sonuncu yerə yıxıldıqdan sonra əl və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, alın nahiyəsinin sağ yarısında qaşüstü nahiyənin qançırı, göz yarığının kəskin daralması ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların və almacıq nahiyəsinin hematoması və hemtoma fonunda üst göz qapağının bayır yarısının sıyrığı, sol orbitanın alt divarının «blow out» tipli (sınıq fraqmentinin göz yuvası xaricinə doğru yerdəyişməsi) sınığı, sağ gicgah nahiyəsinin, üst dodağın sağ və sol, alt dodağın sağ yarısının qançırları, sağ yanağın aşağı yarısının ağız bucağına yaxın proyeksiyasının sıyrığı ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun əlliyə yaxın yaşı vardır, əmisi Nurəddinin isə yaşı yetmişə yaxındır. Nurəddin onu tutdurmağa çalımışdır. Bir müddət əvvəl başqa bir qonşusu ilə aralarında narazılıq olan zaman Nurəddin aranı qızışdırıb onu tutdurmaq üçün həmin qonşunu razı salmağa cəhd göstərmişdir. Nurəddin ona böhtan belə atmışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, korpus 124 ünvanında təxminən 2003-cü ildən yaşamışdır. Rusiyada olarkən qapılarına tarktor gətirmişlər. Bibisi oğlu Niyaməddinə demişdir ki, aralarını vurmaq üçün bunu edirlər və bunu ona başa salmağa çalışmışdır. Demişdir ki, aralarında münaqişə yaranacaq, ona görə bu məsələni öz aralarında həll etsinlər. Niyaməddin əvvəl onunla tazılaşsa da, sonradan görmüşdür ki, o, dediklərinə məhəl qoymur. 2023-cü ilin martın ayının 23-də Niyaməddini çağırdıqda sonuncu ona əmiləri ilə danışmasını məsləhət bilmişdir. Bir müddət keçdikdən sonra Nurəddin gəlmiş və aralarında sözlə mübahisə olmuşdur. O, “mən Cavanşir oğluyam, mən sözümdən dönmərəm. Mənim ilk sözüm də son sözümdür” dedikdə Nurəddin ona əda ilə “sən Cavanşirin oğlu deyilsən” demişdir. Bu zaman o, Nurəddinin çənəsindən yumruqla itələmiş, lakin oonu vurmamışdır. Daha sonra danışığına fikir verməsini, yoxsa çənəsindən vuracacağını bildirdikdə Nurəddin onu vurmuşdur. Buzamanda o, Nurəddini boyunlamış, lakin Soltan kişi arxadan atılaraq onu boğmağa çalışarkən Nurəddin pianonun tilinə dəymiş və qan gəldiyini gördükdə sonuncunu buraxmışdır. Sonra görmüşdür ki, Nurəddin ağac axtarır və bu zaman o, qapını bağlayıb polisə zəng etmişdir. Onalar da polis zəng etdiyindən həmin günü o, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparılaraq izahatı alınmışdır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 mart 2023-cü il tarixində, saat 20:30 raddələrində onu çağırmışlar ki, Təqsirləndirilən şəxs ona yol verməyəcəkdir. Yol söhbəti 2 ay idi ki gedirdi. 3 dəfə böyük qardaşı, onun bibisi bu mübahisəni araşdırmaq üçün gəlmişdir. Lakin onlardan səs çıxmadı ki, nə var, nə yox. Nəhayət o, Ramillə danışıq üçün gəldikdə Ramilin siqaret çəkdiyini görmüşdür. Həmin gün Ramillə bir az danışdıqdan sonra görmüşdür ki, burada hər hansı bir nəticə olmayacaq və evdən çıxıb getmək qərarına gəlmişdir. Lakin o, ayağa durmamış Ramil “mən Cavanşirin oğluyam, mən demişəm və bunu da edəcəyəm” dedikdə o, Ramilə “sən Cavanşirin oğlusansa, bu hərəkəti etməli deyilsən” deyib getmək istəmişdir. Bu zaman Ramil onun yönünü çevirib vurdur. Ondan sonra bu hadisələr baş vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Ramilə o sözü dedikdən sonra onu yumruğu ilə vurmuşdur. Çox güman ki, əlində nəsə var idi, çünki sadəcə yumruqla almacıq sümüyünü sındıra bilməzdi. Bundan sonra da onu təpik və yumruqla vurmağa başlamışdır. Ondan sonra təcili tibbi yardım çağırmışlar və o, təcili yardımla Zərifə Əliyeva adına Göz İnstitutuna getmişdir. Orada müayinə olunduqdan sonra əməliyyat olunmuşdur. Hadisə zamanı müvazinətini itirsə də özündən getməmişdir. Hadisə zamanı Şahid1 orada olmuşç və başqa heç kəs olmamışdır. Ramil sağ əli ilə onu gözündən vurmuşdur. Onun sol əli ilə vurulması sözünü kimin yazmasından xəbəri yoxdur, o, sağ əllə vurulduğunu bildirmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Niyaməddin ilə Ramil qonşu olmuşdur. Oğlu Niyaməddin ona zəng edib bildirdi ki, Ramil yolu kəsir. O, Göyçayda yaşadığından 23 aprel 2023-cü il tarixdə axşam saat 9-da Ramilgilə gedib nə üçün belə etdiyini soruşmuşdur. Ramil isə bəhanələr gətirərək söylənmişdir. Ondan 5 dəqiqə sonra Nurəddin müəllim gəlmişdir. Biraz söz-söhbətdən sonra onlar evdən çıxan zaman Nurəddin Ramilə “qardaşoğlu, axı sən Cavanşirin oğlusan” dedikdə Ramil Nurəddini vurub yıxmış sonuncunun isə ağzı-burnu qanamışdır. Bir də görmüşdür ki, Nurəddinin gözünün altı qaralmış və al-qana bürünmüşdür. Bundan sonra o, Nurəddini bir təhər Ramilin əlindən alıb bayıra çıxarımışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Ramilin evində baş vermişdir. Hadisənin necə başlamasını dəqiq xatırlamasa da Nurəddinin “sən Cavanşirin oğlusan” deməsindən sonra Ramilin yumruq vurmasını xatırlayır. Yumruqla vurduqda Nurəddin yerə yıxılaraq təpik altında qalmışdır. Uşaqlar tərəfindən qaynı Nurəddin üçün təcili tibbi yardım çağırılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. 23 aprel 2023-cü il tarixdə işdən qayıdan zaman darvazanın qabağının kəsildiyini və onlara yol verilməyəcəyini demişlər. Həmin günü atası ilə birlikdə Ramilin yanına getmişlər ki, nə üçün belə etdiyini öyrənsinlər. Bir stəkan çay içmiş və evdə səs-küy qopduğunu eşitmişdir. Nurəddinin zünü gördükdən sonra təcili yardıma zəng etmiş və ardınca DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Təcili yardım müayinə etdikdən sonra X4 adına göz klinikasına aparılmış və orada məlum olmuşdur ki onun göz yuvası sınmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxs Nurəddin onun qardaşıdır və sonuncuya xəsarət yetirilmişdir. Hadisə zamanı Niyaməddingildə olmuş və hadisədən onun da xəbəri olmuşdur. Ramil dəfələrlə Nurəddini təhdid etmiş, hətta onun aralarını düzəltməyə çalışmasına baxmayaraq, Ramil ona Nurəddini öldürəcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur və onunla qonşuluqda yaşamışlar. Ramil ona yolunu kəsmək istədiyini bildirmişdir. Onun evinə gedən yol Ramilin evinin arxasından keçir. Bunu görüb o da atası və əmisinə nə məsələ olmasını aydınlaşdırmalarını demişdir. Hadisə zamanı Ramilgilə atası və əmisi getmişdir. Bir müddət sonra səs-küy eşidilmiş və əmisi Nurəddinin ağız-burnundan qan gəldiyini görmüşdür. Əmisi Nurəddini təcili yardımla xəstəxanaya aparmışlar. Ramillə Nurəddin arasında əvvəllər münaqişə olmasından xəbəri olmamışdır. Ramil onu yolu bağlaması ilə təhdit etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaqda söylədiyi ifadəni təsdiq edir. Hadisə baş verən zaman orada olmamış, hadisənin canlı şahidi deyildir. Əmisinin üzündə qan ləkələrini gördükdən sonra onu həkimə aparıb, müayinə etdirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin canlı şahidi dayısı olmuşdur. Orada ümumi söhbət danışılmış, lakin o, şəxsən sual verməmişdir. Söhbət belə olmuşdur ki, Ramil Nurəddinə zərbə vurmuşdur. Əmisi Nurəddinlə əmisi oğlu Ramil arasında ailə zəminində münaqişələrin olduğunu eşitmiş, lakin əmisi Nurəddin uşaqlıqdan Ramilə yardımlar göstərmiş və araları hər zaman yaxşı olmuşdur. Onlar əvvəllər dava etməmiş və bunu görməmişdir. Nurəddini xəstəxanaya atası ilə birlikdə aparmışlar və xəstəxanada gözünün altına çat olmasından xəbərləri olmuşdur. Məhkəmə baxışı əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin məhkəmə tibb eksperti X2 ifadəsində göstərmişdir ki, 24 mart 2023-cü il tarixdə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Nahid Məmmədovun qərarı ilə Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasını aparmışdır. Bu barədə 31 mart 2023-cü il tarixli 511 saylı rəy tərtib olunmuşdur və hüquq mühafizə orqanı tərəfindən təhqiqat işi götürülmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, göz yuvasının iç tərəfində divarları vardır. Bir hissəsi alın sümüyünün göz yuvası qabağıdır. Burada almacıq sümüyü də var və onun yuxarısında çıxıntısı vardır, çox nazik bir təbəqədir. Amma bunun iç səthi buna bayır divar deyirlər, aşağı divar, arxa divar. Bu arxa divarda olmamış, əgər arxa divarda olsa idi, çox ağır bədən xəsarəti ilə nəticələnərdi. Çünki onun bir hissəsi kəllə boşluğunun üst hissəsinə düşür. Bunu deməkdə məqsədi odur ki, zərbə nəticəsində sol orbitanın alt divarında olmalıdır. Sınıq iç divara yox bayır divara doğru yönəlmişdir, ona görə out deyilir. Amma bəzi hallarda sınıq zamanı qəlpələr göz yuvaya doğru qalxır və göz yuvası daxili sınıq adlanır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il, təxminən 20.30 raddələrində zərbəni aldıqdan sonra təcili tibbi yardıma zəng edir və Semaşka xəstəxanasına aparılmışdır. Baş rentgen və kompüter-tomoqrama aparılıb. Daha sonra gözündəki problemlə əlaqədar Milli Oftomologiyaya aparılır və ilk tibbi yardım göstərilmişdir. Orada yenidən rentgen olunur, sol göz yuvasında sınığa şübhə görürlər, lakin təsdiqləmək məqsədilə Semaşka xəstəxanasına göndərilir və orada kompüter-tomoqrama olunur. Onlarda olan rəyə əsasən, xx.xx.2023-cü il tarixli X5 tərəfindən verilən 1-ci arayış, X8 tərəfindən verilən 2-ci arayışdır. Detallı incələmə üçün kompüter-tomoqrama məsləhət götürülmüşdür. El arasında üst çənə sümüyü deyilir, amma adı əng sümüyü adlanır və burada boşluqlar vardır. İnsanlar soyuqladığı zaman qarmaritinin olduğu deyirlər. Gözdə sol tərəfdə sınıq əmələ gəldiyi zaman piy toxuması keçir həmin boşluğa. Həmçinin onurğa sütununun kompüter-tomoqraması çəkilmişdir. Zərbə zamanı kəllə-beyin travmasının alınmaması halı da ola bilər. Zərərçəkmiş şəxs onlara yumruqla vurulduğunu demiş, onlar da onu küt alət kimi qiymətləndirmişlər. Bir neçə zərbə lokal zərbə olaraq sol gözə birbaşa vurulmuş, üzdə bir neçə yara izi olmuşdur. Əgər şəxs mebelə və ya hər hansı bir yerə dəysə idi, ilk öncə burnu zədə alardı. Şəxs mebelin tininə dəyə bilməzdi, əgər mebelin yan hissəsindən zərbə alsaydı da, aşkar edilən zədəni ala bilməzdi. O zədə daşla da, yumruqla da, təpiklə də vurula bilərdi. Şəxsin sağlamlığının pozulma faizi onun əmək qabiliyyətinin itirilməsinə görə hesablanır. Burada da ümumi əmək qabiliyyətinin itirilməsindən söz getmir. Şəxsin işi görə bilməmə qabiliyyətinə əsasən o fazilər hesablanır. Burada 21 günün əhəmiyyəti yoxdur. Burun sümüyünün yer dəyişməyən sınığı, bir qabırğanın yer dəyişməyən sınığı yüngül dərəcəli bədən xəsarəti adlanır. Digər hallarda sınıqlar, istisna hal olmadıqda az ağır dərəcəli bədən xəsarəti adlanır. Az ağır xəsarətdə omborator müalicə mümkündür. Məsələn, şəxsə bıçaqla bədən xəsarəti yerinə yetirilir, lakin daxili orqanlarına ziyan dəymədiyindən bir tikiş edilərək, yollanılır. Amma ağır dərəcəli bədən xəsarəti adlanır. Rentgendən üst avadanlıq kompüter-tomoqrama üsuludur. Rentgendən sonra şübhə yarandığı üçün, kompüter-tomoqramaya göndərilmiş və aydınlaşdırılmışdır. Əgər vətəndaş qol nahiyyəsindən travma almışdırsa onlar onun sağalma müddətini gözləyirlər. Deyək ki, bıçaqla vurulmuş və orada uyuşuqluq və hərəkət məhdudluğu vardır. Gözləyirlər ki, 21 günə sağalırmı. Əgər sağalırsa, buna yüngül dərəcəli bədən xəsarəti deyirlər. Sağalmadıqda isə uzun müddət müalicəyə ehtiyacı olduğu təqdirdə az ağır dərəcəli bədən xəsarəti deyirlər. Lakin konkret olaraq barmaq sındıqda bunun üçün 21 gün gözləməyə gərək yoxdur. Çünki bu az ağır dərəcəli bədən xəsarəti adlanır. Sümük mazolunun bərpası üçün də 21 gün kifayət deyildir. 4 ay məsələsi ağır dərəcəli bədən xəsarətlərinə aiddir. Uzun borulu sümüklərin açıq sınıqları ağır dərəcəli bədən xəsarətinə aiddir. Yüngüldə bir-neçə sınıq göstərilir. Digər sınıqların hamısı az dərəcəli bədən xəsarətinə aid edilir. Konkret olaraq bu sınıqların da 21 günə sağalması qeyri-mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və oa əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə həmin tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, korpus 124 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 511 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin sağ yarısında qaşüsütü nahiyənin qançırı, göz yarığının kəskin daralması ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların və almacıq nahiyəsinin hematoması, hemtoma fonunda üst göz qapağının bayır yarısının sıyrığı, sol orbitanın alt divarının «blow out» tipli (sınıq fraqmentinin göz yuvası xaricinə doğru yerdəyişməsi) sınığı, sağ gicgah nahiyəsinin, üst dodağın sağ və sol, alt dodağın sağ yarısının qançırları, sağ yanağın aşağı yarısının ağız bucağına yaxın proyeksiyasının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərərvurmaya aiddirlər. Üzləşdirmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin cinayət əməlini törədən zaman ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. AZ-İİ № 622430 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 127.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçiləcək “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 46 (qırx altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 46 (qırx altı) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 46 (qırx altı) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 276 (iki yüz yetmiş altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-119/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-119/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver