Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-12/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali hərbi təhsilli, məhkumluğu olmayan, Qax rayonu Şotavar kəndində qeydiyyat olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, barəsində Qax RPŞ-nin İQ-da istintaq olunan ********* nömrəli cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmiş və həmin iş üzrə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2019-cu ilin mart ayının əvvəllərində tanışı Şahid3 ona telefonla zəng edib ordu sıralarında zabit qismində xidmət edən, dostluq münasibətlərində olduğu, baş leytenant Şahid1 xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunub pensiyaya çıxmasına köməklik göstərməsini xahiş etdikdə o, aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, Şahid1 xəstəliklə əlaqədar ordu sıralarından tərxis olunub pensiyaya çıxarılmasına köməklik etmək üçün real imkanlara və səlahiyyətə malik olmadığı, həmçinin bununla bağlı hər hansı köməklik göstərmək niyyətində olmadığı halda, guya tanışı olan adını və vəzifəsini demədiyi səlahiyyətli vəzifəli şəxsin vasitəsi ilə ümumilikdə 8000 manat məbləğində pul olmaqla, 4000 manatı əvvəlcədən, 4000 manatı isə işin yekununda verilməsi müqabilində Şahid1 xəstəliklə əlaqədar pensiya hüququ ilə ordu sıralarından tərxis etdirəcəyinə dair sonuncuya Şahid3 vasitəsi ilə yalan vəd verib onu inandıraraq, vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 01 aprel 2019-cu il tarixdə Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində ona inanaraq təkilifini qəbul edən, Şahid1lə görüşüb, ondan 4000 manat pulu almışdır. Daha sonra 2019-cu ilin may ayının əvvəllərində Şahid1 mobil telefonla zəng edərək işin yekunlaşmaq üzrə olduğunu bildirərək qalan 4000 manat pulu ona çatdırılması üçün Şahid3 verməsini bildirmiş, bundan sonra sonuncu ona çatdırılması üçün 2019-cu ilin may ayının əvvəllərində Şahid3 4000 manat pul vermiş, sonuncu tərəfindən 08 may 2019-cu il tarixdə Kapital bankın Gəncə şəhərində yerləşən filialı vəsitəsi ilə ona göndərilmiş qeyd olunan məbləğdə pulu Bakı şəhərində Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən Kapital bankın filialından qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid1 zəng edərək qeyd olunan işlə bağlı guya əlavə 500 manat pul lazım olduğunu bildirmiş və 16 may 2019-cu il tarixdə sonuncu ilə Bakı şəhərində Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ərazisində görüşüb ondan 500 manat pulu almış, daha sonra eyni məqsədlə Şahid1 zəng edib işin yekunlaşmaq üzrə olduğunu deyərək daha 500 manat məbləğində pul lazım olduğunu söyləmiş və 2019-cu ilin iyul ayının əvvəllərində Şahid1 ona çatdırılması üçün Şahid3 verdiyi və sonuncu tərəfindən taksi vasitəsi ilə göndərilmiş 500 manat məbləğində pulu Bakı şəhərində yerləşən Beynəlxalq avtovağzalın ərazisində qəbul edərək, vahid niyyətlə, rüşvətə təhrik etməklə ümumilikdə Şahid1 9000 manat məbləğində pulunu almış və sonuncunun xəstəliklə əlaqədar ordu sıralarından tərxis edilərək pensiyaya çıxmasına köməklik edəcəyinə dair verdiyi vəd üzrə heç bir hərəkət etmədən aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 32.4,312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı baş leytenant Şahid3 2019-cu ilin təxminən fevral ayının sonları, mart ayının əvvəllərində ona zəng edərək bir nəfər baş leytenant hərbi rütbəsində olan zabit dostu olduğunu və həmin dostunun xəstəlikdən əziyyət çəkdiyini və xəstəliklə əlaqədar pensiya hüququ ilə ordu sıralarından tərxis olmaq istədiyini bildirərək, ona bu məsələdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. O, SQBKH-da vəzifədə işləyən tanışının olduğunu və onun vasitəsi ilə 10000 manat pul müqabilində dostuna köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Elvin dostu ilə danışıb xəbər edəcəyini demişdir. Həmin vaxt şəxsi problemləri ilə bağlı pul lazım olduğundan həmin şəxsi aldadıb pulunu ələ keçirib, problemlərini həll etdikdən sonra pulu qaytarmağı düşünmüşdür. Qeyd etmişdir ki, tanışı Şahid3lə əvvəllər söhbət edən zaman Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ilə bağlı özünün və ya tanışlarının nəsə bir problemi olsa ona xəbər etməsini, guya həmin yerdə vəzifədə işləyən tanışlarının olduğunu və hər hansı bir problem olsa köməklik edə biləcəyini bildirmişdir. SQBKH-da vəzifədə işləyən hər hansı bir tanışı olmamış, Elvinlə söhbət zamanı guya əlaqələrinin geniş olmasını ona göstərmək üçün belə demişdir. Bir neçə gün sonra Şahid3 ona zəng edərək Sahib adlı dostu ilə danışıdığını və Sahibin 10000 manata gücünün çatmadığını və onun işini aşağı qiymətə həll etməyini ondan xahiş etdikdə, guya Elvinin xahişini nəzərə alaraq Sahibin işini 8000 manata həll edəcəyini bildirmiş və inandırıcı olsun deyə pulun 4000 manatını əvvəlcədən, 4000 manatını isə işin yekununda alacağını Elvinə bildirmişdir. Sonuncu isə Sahib adlı dostu ilə danışıb xəbər edəcəyini bildirmiş və daha sonra zəng edərək Sahibin onun təklifi ilə razı olduğunu demişdir. 2019-cu ilin mart ayının sonları Elvin ona zəng edərək Sahibin işi həll etmək istədiyini və 4000 manat pul düzəltdiyini ona bildirdikdə o, mobil nömrəsini Sahibə verməsini, sonuncunun Bakı şəhərinə gələndə onunla əlaqə saxlamasını Elvinə bildirmişdir. Bir neçə gün sonra, 2019-cu ilin aprel ayının əvvəlləri Sahib ona zəng edərək Bakı şəhərində olduğunu bildirmiş və sonuncu ilə SQBKH-nın ərazisində görüşüb onunla söhbət edərək işini həll edəcəyinə dair vəd verib inandırmış və 4000 manat pulu qeyd olunan yerdə ondan almış, qalan pulu isə hazır edib ondan xəbər gözləməsini Sahibə bildirmişdir. Təxminən 2019-cu ilin aprel ayının sonları Sahibə zəng edərək qalan 4000 manatı göndərməsini, guya pulun təcili lazım olduğunu bildirmiş və sonuncuya pulu ona göndərməsi üçün Şahid3 verməsini bildirmişdir. 2019-cu ilin may ayının əvvəlləri Şahid3 ona zəng edərək Sahibin ona 4000 manat pul verdiyini bildirdikdə, həmin pulu bank vasitəsi ilə təcili ona göndərməsini demiş və həmin vaxt Şahid3 borclu olduğu 500 manat pulu həmin puldan götürməsini sonuncuya demiş və guya özündən Sahibin pulunun üstünə 500 manat pul əlavə edib sonuncunun işi ilə bağlı lazımı adama verəcəyini bildirmişdir. Bundan sonra Şahid3 ona borclu olduğu 500 manat pulu götürüb, 3500 manat pulu Gəncə şəhərindən Kapital bank vasitəsi ilə onun adına göndərmiş, o, da həmin gün Bakı şəhərində Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən Kapital bankın filialından 3500 manatı götürmüşdür. Təxminən 15-20 gün sonra Sahibə zəng vurub işinin yekunlaşmaq üzrə olduğunu və daha 500 manat lazım olduğunu bildirmiş və bundan bir neçə gün sonra sonuncu ilə SQBKH-nın qarşısında görüşüb 500 manat pulu ondan almışdır. Daha sonra 2019-cu ilin təxminən iyun-iyul ayında Sahibə zəng edib artıq iş yekunlaşdığını, lakin əlavə 500 manat pul lazım olduğunu və təcili qeyd olunan məbləğdə pul göndərməsini ona demişdir. Sahib onunla razılaşmış, lakin Bakıya gələ bilməyəcəyini bildirdikdə, o, qeyd olunan məbləğdə pulu ona göndərməsi üçün Elvinə verməsini bildirmişdir. Daha sonra da Elvinə zəng edərək Sahibin 500 manat pul verəcəyini və həmin pulu göndərəcəyi şəxsə verməsini bildirmişdir. Elvini də aldadaraq guya Sahibin işinin artıq həll olunduğunu, tezliklə sonuncunun pensiyaya çıxacağını demişdir. Bundan sonra hazırda mobil nömrəsini və adını, o cümlədən avtomobilinin markasını xatırlamadığı, Gəncə-Bakı marşurutu üzrə taksı kimi işləyən şəxsə zəng vurub Elvinin mobil nömrəsini vermiş və sonuncunun ona pul verəcəyini və gələndə pulu Bakıya gətirib ona verməsini demişdir. Bir qədər sonra Elvin ona zəng edərək pulu qeyd olunan adama verdiyini demişdir. Həmin gün axşam saatalarında qeyd olunan taksi sürücüsü Bakı şəhərinə gəlmiş və onunla Bakı şəhərində Beynəlxalq avtovağzalda görüşüb 500 manat pulu ondan almışdır. Daha sonra Sahib işinin həll olunmadığını görüb, aldandığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan sonra Sahibə ümumilikdə 2500 manat pul qaytarmış, 6500 manat pulu isə hazırkı tarixədək qaytarmamışdır. Sahibdən aldadaraq aldığı 9000 manat puldan Şahid3 hər hansı bir məbləğdə pul verməmiş, ümumiyyətlə Şahid3lə aralarında bu barədə hər hansı bir razılaşması olmamış, Elvinin ona olan etibarından istifadə edərək guya Sahibə köməklik edəcəyinə inandıraraq onu da aldatmışdır. Hazırda törətmiş olduğu cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin mart ayının əvvəlləri dostluq münasibətində olduğu baş leytenant Şahid3lə görüşüb söhbət edən zaman, ona səhhətində olan problemlərdən söhbət açaraq səhhəti ilə bağlı pensiyaya çıxmaq istədiyini bildirib bu məsələdə ona kömək etməsini xahiş etmişdir. Elvin isə bir nəfər Rəşid adlı tanışının oluğunu, həmin şəxsin bu məsələdə ona köməklik edə biləcəyini dedikdə, Elvindən xahiş etmişdir ki, həmin şəxslə bu barədə danışıb ona xəbər etsin. Bir neçə gün sonra Elvin ona zəng edərək Rəşid adlı tanışı ilə danışıdığını və həmin şəxsin 10000 manat pul müqabilində onu xəstəliklə əlaqədar pensiyaya çıxmağını həll edə biləcəyini bildirdikdə, 10000 manata gücünün çatmayacağını və Rəşidlə danışıb biraz aşağı məbləğə razılaşmasını Elvindən xahiş etmişdir. Bir neçə gün sonra Elvin zəng edərək Rəşidlə danışdığını və Rəşidin 7000 manata işi həll edəcəyini, pulun 4000 manatını əvvəlcədən, 3000 manatını isə işinin yekununda istədiyini bildirdikdə, Rəşidin təklifi ilə razılaşmışdır. 2019-cu ilin mart ayının sonları Şahid3 zəng еdərək pulun 4000 manatını hazır etdiyini və Rəşidlə danışmasını xahşi etmişdir. Bir qədər sonra Elvin zəng edərək Rəşidlə danışdığını deyərək sonuncunun mobil nömrəsini ona vermiş və Bakı şəhərinə gedən zaman zəng edib görüşməsini bildirmişdir. 01 aprel 2019-cu il tarixdə saat 10 radələrində o, Bakı şəhərinə gedərək, Rəşidə zəng etmiş və sonuncu ilə SQBKH-nın qarşısında görüşüb 4000 manat pulu ona vermişdir. Həmin vaxt Rəşid ona 2-3 aya SQBKH-da vəzifədə işləyən tanışının vasitəsi ilə işini həll edəcəyini bildirmiş və qalan pulu da hazır edib ondan xəbər gözləməsini demişdir. 2019-cu ilin təxminən aprel ayının sonları Rəşidə zəng edib işinin nə yerdə olması ilə maraqlandıqda, Rəşid hər şeyin qaydasında olduğunu və təcili 500 manat pul göndərməsini ona demiş, o, Bakıya gələndə gətirəcəyini, lakin yekundə ona verəcəyi 3000 manat puldan çıxacağını bildirmiş, bu zaman Rəşid ona yekunda 3000 manat yox, 4000 manat verməli olduğunu bildirmişdir. Bundan sonra o, Şahid3 zəng edərək bu barədə ondan soruşduqda sonuncu Rəşidin ilik olaraq 7000 manat istədiyini, lakin sonrdan zəng edərək 8000 manata həll edə biləcəyini dediyini bildirmiş və ona bu barədə deməyin yadından çıxıdığını söyləmişdir. Bundan sonra Rəşidə zəngə vurub razı olduğunu deyərək yaxın günlərdə Bakıya gələcəyini və gələndə 500 manat gətirəcəyini söyləmişdir. Bundan bir neçə gün sonra, təxminən 2019-cu ilin may ayının əvvəlləri Rəşid ona zəng edərək qalan 4000 manatı təcili verməyini, pulun indi lazım olduğunu bildirmiş və pulu təcili ona göndərməsi üçün Şahid3 verməsini bildirmişdir. Bundan sonra o, 4000 manat pulu Rəşidə göndərməsi üçün Şahid3 vermiş, daha sonra Rəşidə zəng edib pulun çatıb-çatmadığını soruşduqda sonuncu pulun çatdığını bildirmişdir. 2019-cu ilin may ayının 15-də səhhətində olan problemlə bağlı Bakı şəhərinə Silahlı Qüvvələrin Baş Klinik Hоspitalına gedən zaman, bu barədə Rəşidə bildirmiş, sonuncu isə gələndə 500 manat pul gətirməsini, guya işinə görə 8000 manatdan əlavə 500 manat özündən xərcələdiyini bildirmişdir. Həmin gün Bakı şəhərində SQBKH-da Rəşidlə görüşüb 500 manatı ona vermişdir. Təxminən 2019-cu ilin iyul ayının əvvəlləri Rəşid zəng edərək artıq işin yekunlaşıdığını və növbəti dəfə onu guya həkim komissiyasına təqdim edilərək oradan da xəstəliklə əlaqədar pensiya hüququ ilə ordu sıralarından tərxis ediləcəyini bildirmiş, lakin əlavə 500 manat pul lazım olduğunu demişdir. Artıq işin yekunlaşıdığını düşünərək 500 manat verməyə razılaşmış, lakin Bakıya gələ bilməyəcəyini bildirdikdə, Rəşid pulu ona göndərməsi üçün Şahid3 verməsini bildirmişdir. Bundan sonra o, həmin gün Elvinə zəng edib, onunla görüşümüş və Rəşidə göndərməsi üçün 500 manat pulu ona vermişdir. Elvində həmin vaxt pulu Rəşidin göndərdiyi şəxsə vermişdir. Daha sonra Rəşidə zəng edib pulun çatıb-çatmadığını soruşduqda, sonuncu pulu götürdüyünü demişdir. 2019-cu ilin sentyabr ayında səhhətində olan problemlərlə bağlı SQBKH-na getmiş, qeyd olunan yerdə müayinə və müalicə olunduqdan sonra hərbi həkim komissiyasına təqdim edilmiş, lakin komissiyanın qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Bundan sonra Rəşidin onu aldatdığını başa düşərək pulunu geri tələb etməyə başlamışdır. Bundan sonra Rəşid ona verməsi üçün ümumilikdə Elvinə 2500 manat pul göndərmiş, sonuncu da qeyd olunan pulu ona vermişdir. Qalan 6500 manat pulu qaytarmadığına görə Rəşidin barəsində prokurorluğa şikayət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid1 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3 və Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə oların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 08.05.2019-cu il tarixli qəbzdən görünür ki, Kapital bankın Gəncə şəhər Kəpəz rayon filialından Şahid3 tərəfindən Təqsirləndirilən şəxsəli oğlunun adına 3500 manat pul göndərilmişdir. 24.06.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Hərbi Məhkəməsinin 19.03.2009-cu il tarixli hökmü ilə CMin 333.3-cü maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 19.03.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə CMin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini trətməkdə tqəsirli bilinib, qəti olaraq 1 il 9 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qax Rayon Məhkəməsinin 25.02.2022-ci il tarixli 7(024)-19/2022 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək, azadlığın məhdudlaşması cəzasından dərhal azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. 10.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.2.4 və 32.4,312.1-ci maddələrinə tövsif edilmişdir. 10.08.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.4 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 22.08.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qax Rayon Məhkəməsinin 16.10.2021-ci il tarixli, 4(024)-19/2021 nömrəli qərarından görünür ki, Qax RPŞ-nin İQ-da istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.01.2022-ci il tarixli, 4(001)-22/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 mart 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.4 və 32.4,312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.4 və 32.4,312.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.4 və 32.4,312.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödəməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 95 (doxsan beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 95 (doxsan beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 16 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-12/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-12/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver