Məhkəmə qərarları › İş №1(001)-12/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-12/2024

08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-12/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Qazax rayonu, Oraq-Çəkic kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 27 aprel 2022-ci tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1.002 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla saxlamış, 28 aprel 2022-ci tarixdə saat 21 radələrində ünvan 2 ünvanında Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilib üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ kağıza bükülmüş halda təmiz çəkisi 1.002 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Xalidə Bayramova onun tanışıdır. Xalidə ilə saat 4, 5-ə işləmiş evdən çıxmışdır. Həmin gün Elnur adlı şəxslə görüşüb pul götürməli, daha sonra Xalidənin bacısının nəvəsinin ad gününə getməli idi. Yasamala taksi çağırıb Xalidə ilə birlikdə pul götürməyə getmişlər. Keşlə bazarı yaxınlığında taksidən düşüb bazara tərəf getmişdir. Avtomobilə tərəf gəldikdə taksinin yanında avtomobil dayanmış və içərisindən iki nəfər düşüb onun qoluna girib həmin avtomobilə mindirmişlər. İş üzrə dindirilmiş şahidlərin heç birini əvvəlcə görməmiş, onları yalnız Binəqədi rayon Polis İdarəsində görmüşdür. Onu avtomobilə mindirib polis idarəsinə aparan şəxslər iş üzrə şahid qismində dindirilən şəxslər olmamışdır. Onu saxlayan dörd nəfər olmuş və içlərindən birinin adı Emin olmuşdur. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri məcburiyyət qarşısında, obyektiv istintaqın aparılmayacağını görərək vermişdir. Hal-hazırda ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrindən imtina edir. Heç bir cinayət törətmədiyini nəzərə alıb, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qəbulu ilə məşğul olması barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur. İş yoldaşı əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə 28 aprel 2022-ci il tarixdə təxminən saat 21 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 6 ünvanında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu saxlamağının səbəbini anladığını bildirmişdir.Onlarla birlikdə Binəqədi RPİ 5-ci PB-nə getməyin lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur. O bir ədəd ağ kağıza bükülmüş bükümün “metamfetamin” deyilən psixotrop maddə olduğunu bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə psixotrop maddə istifadə etməsini, həmin bükümü tanımadığı şəxsdən öz istifadəsi üçün 27 aprel 2022-ci il tarixdə saat 16 radələrində 20 manata Nəsimi rayonu Papanin adlanan yerdə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Əcəmi Naxçıvanidə saxlamışlar. Bu zaman Cəlil tək olmuşdur. O, heç bir xuliqanlıq etməmişdir. Cəlili bölməyə dəvət etmiş, o, üzərində metamfetamin olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və əvvəllər 5-ci Polis Bölməsində işləmişdir. Həmin bölmədə işləyən zaman narkotiklə bağlı məlumat olmuş, həmin məlumat əsasında da Cəlili tutub onu təqdim edib sənədləşdirmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cəlili Dərnəgül tərəfdə, Naxçıvanidə tutmuşlar. Həmin vaxt Cəlil tək olmuş və tutulan zaman hər şeyi etiraf etmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Cəlil onun tanışıdır və həmin gün onunla birlikdə evdən çıxmışlar. Saat təxminən 4, 5-ə işləmiş olardı. Cəlil ona Elnur adlı şəxslə görüşüb pul götürəcəyini demişdir. Oradan isə bacısının nəvəsinin ad gününə gedəcəklərdi. Cəlillə Elnur zəngləşmişlər və Keşlə bazarı yaxınlığında görüşmək qəarına gəlmişlər. Onlar taksi çağırıb yola duşmüşlər. Bazara çatanda Cəlil taksidən düşüb bazara tərəf getmiş, o da taksidə arxa cərgədə əyləşmişdir. Sol tərəfdən bir şəxs, ön cərgədə mülki geyimdə olan şəxs əyləşmişdir. Taksi şoferi isə həmin vaxt onlara taksinin məşğul olduğunu, xanımın adam gözlədiyini demişdir. Həmin şəxslər isə bunu bildiklərini, xanıma sorğu-sual edəcəklərini demişlər. Ondan kimi gözlədiyini soruşduqda, o, Cəlili gözlədiyini bildirmişdir. Ondan Cəlilin nəyi olduğunu soruşduqlarında yaxınının olduğunu bildirmişdir. Bundan sonra başqa bir avtomobil gəlib taksinin yanında dayanmışdır. Bir qədər sonra həmin avtomobildən düşən 2-3 nəfərin Cəlilin qolunu burub avtomobilə mindirdiyini görmüşdür. O və taksi şoferi avtomovildən düşüb belə olmaz dediklərində, həmin şəxslər onları da aparacaqlarını bildirmişlər. Bundan sonra taksi gedəndə sürücüdən olduqları yeri soruşduqda həmin ərazinin keşlə bazarı ərazisi oluğunu demişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cəlili 1 ildir tanıyır. Onu ailə üzvləri də tanımışdır. takisə gözləyərkən 5 dəqiqə çəkmədən polislər yaxınlaşmışlar. Cəlil qarşı tərəfdə dayanan avtomobilə tərəfə gedirdi. Onun kimlə görüşdüyünü görməmişdir. Polislərin hamısı mülki geyimdə idi. Polis bildirmişdir ki, onları Yasamaldan izləyirlər. Onu gələn avtomobilə mindirmək istəmirdilər. Onlar Sulutəpəyə ad gününə gedəcəklərdi. Bacısının nəvəsinin ad günü idi, oraya dəvət olunmuşlardı. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cəlili usta kimi tanımışdır. Cəlili fasad ustası kimi işlətmişdir. Həmin gün də onda pulu qalmışdır. Cəlil hansısa tədbirə gedəcəyini və qalıq pulu verməsini istəmişdir. Əliyar Əliyev küçəsi Keşlə bazarı tərəfində Cəlillə görüşmüş və onun avtomobilinə əyləşmişdir. Həmin vaxt qarşı tərəfdən saxla-saxla deyərək, qışqırib onların üstlərinə gəlmişlər. Cəlilin oturduğu tərəfdən kimsə qapını açmışdır. Həmin şəxsi ilk dəfə görürdü. Cəlilin şalvarının remen hissəsindən tutub onu bayıra çıxarmışdır. Sonra daha bir nəfər yaxınlaşmışdır. Yaxınlaşan şəxslər polis əməkdaşları olduqlarını demişlər. Həmin şəxs Cəlili göstərib bu adamı çoxdandı axtardığını bildirmişdir. Biri onun yanında oturdu və elnur sənsənmi dedi. O da bəli Elnur bəli dedi. Sonra ondan taksi olduğunu soruşduqda yox cavabını verdi. Sonra Cəlili haradan tanıdğını soruşduqda, onu fasad ustası kimi tanıdığını və bir iki işini gördüyünü bildirmişdir. Sonra avtomobildən düşüb ona gedə biləcəyini bildirmiş və o da çıxıb getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cəlili 5-6 ay olar tanımışdır. Həmin gün Cəlilə 500 manat pul verəcəkdim. Onlar 1 gün qabaq danışmışlar. Tam xatırlamır, lakin ola biulsin həmin yerdə nahar etmişdir. Cəlil onun avtomobilinə oturanda 2 nəfər saxla demiş, həmin şəxslər arxa qapını açıb avtomobilə minmişlər. Ona adı ilə səslənmişlər. Onu tanımaqları ona da maraqlı qalmışdır. Cəlili haraya aparmaları ilə maraqlanmamışdır. Ona bir xanım zəng etmiş, o dapulu ona vermişdir. Xanımı orada görməmiş, lakin Cəlil xanımın qarşıdakı avtomobildə əyləşdiyini bildirmişdir. O, pulu vermək istəmirdi, sonradan Cəlil ona zəng etmiş və o da pulu xanıma vermişdir. Həmin ərəfədə Cəlili buraxmışdılar və bu zaman ondan nə məsələ olduğunu soruşmuşdur. Cəlilin gördüyü iş yarımçıq qalmışdı. Polis əməkdaşlarının Cəlili hansı avtomobilə mindirdillərini bilməmişdir. Onda ağ Lada Grantadır. Cəlillə Keşlə bazarı tərəfdə görüşdükdə nahar vaxtı olmuşdur. Cəlillə danışdıqda heç vaxt narkotik vasitə istifadə etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlaması barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azdlığı 28 aprel 2022-ci il tarixdə saat 21:00-da məhdudlaşdırılaraq, həmin tarixdə saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələriin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 28 aprel 2022-ci il tarixdə saat 21:00-da ünvan 2 ünvanında saxlanılmaqla narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə baxış keçirilərkən əynindəki cins şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ kağız bükümdə olan maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə saat 22:30-dan həmin gün saat 23:10-dək davam etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/2475 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksfəri olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,002 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop madə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 1,002 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,952 qram. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində axtarış elan eilməsi və tutulması haqqında xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilərək tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin xx.xx.2022-ci il tarixli, 3639 nömrəli Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdə tutularaq Binəqədi RPİnin MSY-nə təhvil verilmişdir. Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu həmin tarixdə saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri nəzərə alınmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş təmiz çəkisi 1,002 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra onun 0,952 qram qalmış qalığı saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntülərini əks etdirən 1 ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş müştəri zənglərinin detallaşması haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 28 aprel 2022-ci il tarixdə saat 17:27:35-dən həmin gün saat 22:10:25-dək Avrora MMC/Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17 Dağlıq 13/Nərimanov ünvanı olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında "xxxx" MMC-dən götürülmüş müştəri zənglərinin detallaşması haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 28 aprel 2022-ci il tarixdə saat 17:00:52-dən həmin gün saat 17:07:14-dək Arpacay kafe/Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev və Y.Vəzirov küçələrinin kəsişməsi/Nərimanov ünvanı, eləcə də həmin tarixdə saat 17:19:57dən həmin gün saat 23:45:48-dək Avrora MMC/Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17 Dağlıq 13/Nərimanov ünvanı olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-43/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 5-ci PB-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabından çıxarışdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 28 aprel 2022-ci ildə saat 21:15də polis bölməsinə gətirilmiş, həmin tarixdə saat 23:15-də Binəqədi RPİ-in MSY-yə təhvil verilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı cinayət işi üzrə təqdim edilən şahidlər dindirilməklə və cinayət işinin materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə istintaqı aparılmışdır. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir psixotrop maddə çıxmadığını, eləcə də onun 28 aprel 2022-ci il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında deyil, tamamilə ayrı vaxtda və yerdə, yəni 28 aprel 2022-ci ildə saat 17 radələrində Keşlə bazarı əraisində saxlanıldığını və bu zaman tanışı X2nın yaxınlıqda olduğunu və saxlanılan zaman tanışı X4 buna şahid olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları ittihamı təsdiq edən ifadələr vermişlər. Məlumdur ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş sənədlərlə təqsirli bilinməsində, müdafiə tərəfi isə həmin sənədləri və ifadələri mübahisələndirərək təqsirləndirilən şəxsin məsuliyyətdən yayındırmaqda maraqlı olduqları üçün, hər iki tərəfin və onların təqdim etdikləri şahidlərin ifadələri digər yazılı sübutlarla, yəni ibtidai araşdırma zamanı aparılmış prosessual hərəkətlərin təsbit olunduğu və ittihamı sübut edən sübut növləri kimi ittiham tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli şəkildə yoxlanılmalı və qiymətləndirilməlidir. Buna görə də, aşağıda sadalanan həmin sübut növləri müvafiq qaydada məhkəmə istintaqı zamanı araşdırılmış və tədqiq edilmişdir: İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən 28 aprel 2022-ci il tarixdə tərtib edilmiş Raportdan görünür ki, 28 aprel 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx.xx.1981-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Bakı şəhəri Yasamal rayonu İ.Qurtqaşınlı küçəsi ev 1B, mənzil 17-də yaşayan Hüseynov X3 rayonu Əcəmi Naxçıvani küçəsi 62 ünvanında bir qədər gizli müşahidə etdikdən sonra əlverişli şərait yarandığı zaman saat 21:00 radələrində saxlanılaraq Binəqədi RPİ-nin 5-ci PB-nə gətirilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş 28 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ-in 5-ci PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan kiçik cibindən bir ədəd ağ kağıza bükülmüş kütlə aşkar edilərək götürülmüşdür. Baxış xx.xx.2022-ci il tarixdə saat 22:30-dan həmin gün saat 23:10-dək davam etmiş və videoçəkiliş ilə qeydə alınmışdır. Lakin, məhkəmədə Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 21:00-da ünvan 9 ünvanda deyil, 28 aprel 2022-ci il tarixdə saat 4, 5-ə işləmiş yaşadığı Yasamal rayonu ərazisindəki evdən tanışı X2 ilə birlikdə çıxaraq Keşlə bazarı ərazisinə getdiyini və digər tanışı X4 avtomobilində sonuncu ilə görüşən zaman polis tərəfindən saxlanıldığını bildirmiş, onun qeyd edilən yerdə və şəraitdə saxlanılması məhkəmədə əlavə şahid qismində dindirilmiş X2 və X7 tərəfindən təsdiq edilmiş, eyni zamanda "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon məlumatları və zənglərin detallaşması ilə üst-üstə düşmüşdür. Başqa sözlə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi qeyd olunan dəlillər onların yoxlanılması zamanı öz təsdiqini tapmışdır. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında ələ keçirilmiş təqsirləndirilən şəxsin telefon məlumatlarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* mobil nömrənin anten dairəsi 28 aprel 2022-ci il tarixdə saat 17:27:35-dən həmin gün saat 22:10:25-dək Avrora MMC/Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17 Dağlıq 13/Nərimanov ünvanı və ********* mobil nömrənin anten dairəsi 28 aprel 2022-ci il tarixdə saat 17:00:52-dən həmin gün saat 17:07:14-dək Arpacay kafe/Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev və Y.Vəzirov küçələrinin kəsişməsi/Nərimanov ünvanı, eləcə də həmin tarixdə saat 17:19:57-dən həmin gün saat 23:45:48-dək Avrora MMC/Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17 Dağlıq 13/Nərimanov ünvanı olmuşdur. Qeyd edilməlidir ki, müştəri zənglərinin detallaşması haqqında məlumatda göstərilmiş Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 17:00:52-dən həmin gün saat 17:07:14-dək olduğu “Arpacay kafe/Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev və Y.Vəzirov küçələrinin kəsişməsi/Nərimanov” ünvanı sonuncunun ifadəsində qeyd etdiyi Keşlə bazarı ərazisinin anten dairəsinə, eləcə də onun həmin tarixdə saat 17:19:57-dən həmin gün saat 23:45:48-dək Avrora MMC/Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 17 Dağlıq 13/Nərimanov ünvanı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin anten dairəsinə uyğun gəlir. Belə olan halda, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə o, xx.xx.2022-ci il tarixdə saat 21:00-da Binəqədi RPİ-in 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 62 ünvanında saxlanılmışdır. Belə olan halda polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə saat 21:00-da Binəqədi rayonu Ə.ünvan 13 ünvanda saxladıqları barədə məhkəmə baxışı zamanı bildirdiklərinin inandırıcılığını heçə endirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci ildə saat 21:00-da Binəqədi rayonu Ə.ünvan 13 ünvanda saxlanılıb Binəqədi RPİ-in 5-ci PB-nə gətirilməsi göstərilsə də, onun tamamilə başqa ünvanda və vaxtda, naməlum şəxslər tərəfindən saxlanılması, həm də bu zaman onun üzərinə heç bir baxış keçirilmədiyi, onun cibindən hər hansı bir əşya çıxarıb onu saxlamış şəxslərə təqdim etmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən 28 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla və qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmiş olduğundan, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. CPM-in 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 1,002 qram psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci PB-in təhqiqatçısı polis mayoru Orxan Təhməzli tərəfindən tərtib edilmiş 28 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-in 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan cəmi 1,002 qram metamfetaminin qanunsuz əldə edilməsinə və saxlanılmasına aidiyyəti və CM-in 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Bəraət aldığına görə Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin xx.xx.2022-ci il tarixli, 3639 nömrəli Ambulator X1 rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyəm Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,952 qram psixotrop maddə olan metamfetamin xüsusi razılıq əsasında əldə olunan və saxlanılan maddələr kateqoriyasına aid olduğundan, həmin psixotrop maddə olan metamfetaminin mövcudluğu mübahisə doğurmadığından, onun qanunsuz olaraq əldə olunması, saxlanılması, satışı və s. cinayət təqibi üçün əsas götürülə bildiyindən, hazırkı iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilməli və qeyd olunan psixotrop maddə olan metamfetamin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılmalıdır. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və ona bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 120 (yüz iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 120 (yüz iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 120 (yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356- 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra narkotik vasitənin (ekspertiza tədqiqatından sonra qalıq qalan 0,952 qram ağ kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin) əldə olunmasında və saxlanmasında aidiyyəti şəxslərin cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalan 0,952 qram ağ kristallik kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin həmin araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 120 (yüz iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 720 (yeddi yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar