Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-120/2022 23.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1993-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli, 1(006)-229/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.01.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçlmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04.10.2021-ci il tarixdə saat 03:00 radələrində əvvəllər satıcı işlədiyi Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, ünvan 3 ünvanında yerləşən meyvə-tərəvəz satışı mağazasının şüşə qapısını və kafel plitəsini əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağı ilə sındırıb, saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olaraq, orada olan taxta masanın rəfindən 02 ədəd şüşə bankalarda kağız pul əskinazlarından ibarət cəmi 3 930 manat məbləğində, masanın siyirtməsindən isə dəmir pullardan ibarət cəmi 70 manat məbləğində nağd pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, saxlanılmamışdan təxminən 4 ay öncə, ünvan 3 ünvanında yerləşən meyvə və tərəvəzlərin satışı mağazasında satıcı kimi işləmişdir.Oğurluq hadisəsindən 4-5 gün öncə, öz istəyi ilə həmin işdən çıxmışdır.İşlədiyi mağazada iş vaxtı saat 08:00 radələrindən saat 23:00-dək olmuş, həmin işin müqabilində 600 manat məbləğində maaş alırmış.İşlədiyi mağazanın sahibi kimi o, Zahid adlı şəxsi tanıyırmış, Vüsal isə Zahidin qardaşı olmuş və həmin mağazanı birlikdə işlədirmişlər.Mağazada yerləşən taxta masanın rəflərindəki şüşə bankalarda və kassa kimi istifadə olunan çəkməcəsində daimi pul olduğunu bilirmiş.İşdən çıxdıqdan sonra maddi sıxıntıları olduğu üçün, həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir.04 oktyabr 2021-ci il tarixdə saat 03:00 radələrində həmin ünvanda yerləşən sözü gedən mağazanın qarşısına gəlmiş və üzərində olan mətbəx bıçağı ilə mağazanın şüşə qapısının alt hissəsindəki kafel plitəsini zədələməklə, qapını açmağa nail olub içəri daxil olmuş və orada yerləşən taxta masanın rəflərindən iki ədəd “üç kiloluq” içərisində, 1, 5, 10, 20 və 50 manatlıq pul əskinasları olan şüşə bankalarını, həmçinin siyirtmədən 52 manat kağız pul və 21 manat 70 qəpik məbləğində xırda dəmir pulları götürüb mağazadan çıxıb uzaqlaşmışdır.Yolda bankalardakı pulu çıxarıb saydıqda 02 ədəd bankadan ümumilikdə 2500 manat pul çıxdığını müəyyən etmişdir.Həmin bankaları və üzərindəki mətbəx bıçağını xatırlamadığı yerdə atmışdır.Ümumilikdə o, həmin mağazadan 2 573 manat 70 qəpik məbləğində nağd pul oğurlamışdır.Oğurladığı pulları o, şəxsi ehtiyaclarına xərcləmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, təqsirini etiraf etdiyini, zərərçəkmiş şəxsə vulumuş ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını, himayəsində 02 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq onu yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ünvan 3 ünvanında yerləşən meyvə və tərəvəz satışı mağazasını icarə əsasında işlədir.Həmin obyektdə Təqsirləndirilən şəxs təxminən 1-2 il satıcı kimi işləyirmiş.Təxminən 2021-ci ilin sentyabr ayının sonlarında Səbuhi könüllü olaraq işdən çıxmışdır.Qeyd olunan mağazanın taxta masasında olan çəkməcədə və rəflərində olan şüşə bankalarda daimi nağd pul vəsaiti olurmuş. 03 oktyabr 2021-ci il tarixdə saat 22:00 radələrində o, mağazanın şüşə qapısını bağlayaraq çıxıb getmişdir. 04 oktyabr 2021-ci il tarixdə saat 08:00 radələrində mağazaya gəlib qapını açmaq istəyəndə qapınının alt hissəsindəki metlağın və həmçinin qapının qırıldığını görüb tez içəri daxil olmuşdur.Mağazaya daxil olduqdan sonra, qeyd etdiyi yerlərdə pul aşkar etmədiyindən, mağazada oğurluq olmasını müəyyən etmişdir.Bundan sonra o, mağazanın kamera görüntülərinə baxmış və oradan oğurluq edən şəxsin, mağazanın keçmiş işçisi olan Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir.Daha sonra o, Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ərizə ilə müraciət edib oradan 9.000 manat pulun oğurlandığını qeyd etsə də, bir neçə gün ərzində hesablama aparmış və məlum olmuşdur ki, mağazada taxta masanın rəfindən 02 ədəd şüşə bankalarda kağız pul əskinazlarından ibarət cəmi 3 930 manat məbləğində, masanın çəkməcəsindən isə dəmir pullardan ibarət cəmi 70 manat məbləğində nağd pul oğurlanmışdır.Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4.000 manat məbləğində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş ziyanın tam ödənildiyindən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış 08.12.2021ci il tarixli, 21/688R nömrəli rəyinə əsasən məlum olur ki, 04.10.2021-ci il tarixdə, ünvan 3 ünvanında yerləşən meyvə və tərəvəz mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.Eyni zamanda, şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədəd əl-barmaq izi xx.xx.1993-cü ildə Yevlax rayonunda andan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 26.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.01.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə məlum olur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 02 (iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 02 (iki) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 27 dekabr 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 177.2.3-cü maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən peşmandır, himayəsində 02 (iki) azyaşlı övladı var, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, ailənin yeganə qazanc gətirən şəxsidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdən –23 fevral 2022-ci il tarixədək həbsdə olduğu 04 ay 04 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİnin İŞ-nin baş müstəntiqi, polis mayoru Elvar Quliyevin 19 oktyabr 2021-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə tutulmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanında yerləşən mənzildə çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından azad edilməli və hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Bundan başqa, zərərçəkmiş şəxsə vurulmuş 4.000 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Həmçinin, iş üzrə maddi sübut – istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş oğurluq hadisəsini əks etdirən 01 ədəd CD disk və hadisə yerindən götürülmüş 01 ədəd “əl-barmaq izi” cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdən –23 fevral 2022-ci il tarixədək həbsdə olduğu 04 ay 04 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 1(bir) günə 2 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 03 (üç) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 ünvanında yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxsə vurulmuş 4.000 manat məbləğində maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut – istintaq zamanı Zərərçəkmiş şəxs götürülmüş oğurluq hadisəsini əks etdirən 01 ədəd CD disk və hadisə yerindən götürülmüş 01 ədəd “əlbarmaq izi” cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-120/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-120/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver