Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-121/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, fərdi işlə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yerləşən nömrəsiz evdə kirayədə yaşayan, barəsində hazırkı iş üzrə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2021-ci il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi yaşayış evininin pəncərəsinin açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq, evin divarlarına quraşdırlmış hər bir metrinin dəyəri 0,40 manat olmaqla, 58 manat dəyərində 145 metr uzunluğunda 2,5 mm diametrli, hər bir metrinin dəyəri 0,60 manat olmaqla, 54 manat dəyərində 90 metr uzunluğunda 4 mm diametrli və hər bir metrinin dəyəri 1 manat olmaqla, 3 manat dəyərində 3 metr uzunluğunda 10 mm diametrli mis tərkibli elektrik naqillərini evdən tapdıqları dəstəyi qırmızı rəngli kəlbətinlə kəsərək, yerindən çıxardıb sellofan torbaya yığaraq, Zərərçəkmiş şəxs ümumilikdə 115 manat dəyərində əmlakını gizli olaraq talayıb özlərində saxlamaq məqsədi ilə öz hərəkətlərini davam etdirərək, hadisə yerindən uzaqlaşmaq istəmiş, lakin, həmin vaxt Zərərçəkmiş şəxs kürəkəni Şahid3 evə gəldiyini gördükdə, oğurladıqları əmlakı evin həyətində tullayaraq, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs qaçmağa müvəffəq olmuş, o, isə Şahid3 tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 10 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,204 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış və xx.xx.2021-ci tarixdə, saat 12 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Şamlıq” kafesinin yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli parça şalvarının sağ yan cibindən bir ədəd göy rəngli kağıza bükülmüş təmiz çəkisi 1,204 qram qəhvəyi rəngli bərk konsistensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan – heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində iki azyaşlı övladı vardır, fəhləlik edərək, arada bir içkilərin boş metal qablarını yığıb metal qəbuletmə yerinə təhvil verərək, ailəsini dolandırır. 3 aylıq övladına yemək almağa pulu olmadığından, oğurluq edib qazanc əldə etmək qərarına gəlmişdir. Buna görə də o, xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində yaşadığı evindən çıxıb uşaq arabasını götürüb Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən fərdi yaşayış evləri yerləşən küçəyə çıxmışdır. Həmin küçədə yeni tikilmiş bir mərtəbəli yaşayış evini görüb həmin evdən oğurluq etmək qərarına gəlmiş və bu səbəbdən həmin evin həyətinə daxil olmuşdur. Həyətdə yerləşən evin pəncərəsini əli itələyib pəncərənin açıq olduğunu görüb, həmin pəncərədən evə daxil olmuşdur. Evdə təmir işlərinin aparıldığını görüb, evin divarlarına quraşdırılmış elektrik naqillərini kəsib oğurlamaq qərarına gəlmişdir. Həmin evdən kəlbətin taparaq, evin divarlarına quraşdırılmış elektrik naqillərini kəsib evdən tapdığı sellofan torbaya yığaraq, həyətə çıxarmışdır. Həmin torbanı götürüb həyətdən çıxmağa ehtiyyat etmiş, belə ki, hava işıqlandığından, küçədə kiminsə onu görə biləcəyini düşünmüşdür. Buna görə də o, ətrafa nəzarət etmək üçün həmin evin həyətindən küçəyə çıxmış və oğurluq etdiyi evdən təxminən 200 metr aralı məsafədə özü ilə gətirdiyi uşaq arabasının yanına gələn zaman, bir nəfər cavan oğlan ona yaxınlaşaraq, həmin yerdə nə etdiyini ondan soruşmuşdur. O, isə həmin şəxsə boş metaldan ibarət içki qablarını yığdığını bildirmişdir. Həmin vaxtı onların arasında sözlə mübahisə yaranmış, belə ki, həmin şəxs ondan şübhələnmişdir. Bundan sonra həmin şəxs ondan aralanıb öz evinə baxmağa getmiş, özü isə şübhə yaratmamaq üçün kanalın kənarında boş olan metal içki qabları yığmağa başlamışdır. Bir neçə dəqiqədən sonra həmin şəxs onun yanına bir neçə nəfər əvvəllər tanımadığı şəxslərlə gəlmişdir. Həmin şəxs onu göstərərək evindən elektrik naqillərini oğurladığını bildirmiş, o, isə həmin şəxsə evindən oğurluq etmədiyini yalandan bildirmişdir. Bundan sonra həmin şəxs onun sifətinin sağ tərəfinə bir dəfə yumruqla vurmuş, o, isə həmin şəxsə badalaq verib yerə yıxmışdır. Bu zaman həmin şəxslə gələn şəxslərdən biri, ona arxadan zərbə vurmuş, o, isə üzü üstə yerə yıxılmışdır. Bundan sonra həmin şəxslər təpiklə onun qarın nahiyəsinə və bədəninin müxtəlif yerlərinə vurmuşlar. Səs-küyə ətrafda yaşayan qonşular yığışıb onu həmin şəxslərin əlindən almış, daha sonra isə həmin yerə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları gəlmiş və bölmədə o, səmimi olaraq oğurluq etdiyni etiraf etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, oğurluğu tək törətmişdir. Bundan başqa o, 21 oktyabr 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsindən tanımadığı şəxsdən 10 manat müqabilində narkotik vasitə olan heroin almışdır. xx.xx.2021-ci il tarixdə evdə olduğu zaman, həmin narkotik vasitəni əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. 22 oktyabr 2021-ci il tarixdə, saat 12 radələrində yaşadığı evdən çıxıb, evin yaxınlığında “Şamlıq” kimi adlanan kafenin yanında piyada hərəkətdə olduğu zaman, iki nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim ona edərək, Binəqədi RPİ-nin 40cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis işçiləri ona narkotik vasitə gəzdirməkdə şübhəli bildikərini və onu 40-cı PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 40-cı PB-nə gəlmiş, polis bölməsində hüquq və vəzifələri ona izah olunmuş və vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman, o, əynində olan şalvarın sağ yan cibində içərisində narkotik vasitə olan heroin olan göy rəngli 01 bükümü təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş və həmin protokolu özü və digər iştirakçılar imza etmiş, üzərindən aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmışdır. Hazırda törətdiyi cinayət əməllərindən peşmandır. Deyilənlərin və himayəsində az yaşlı uşaqların olmasının nəzərə alınmaqla məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. Birinci Qarabağ müharibəsində əri X5 şəhid olmuşdur. O, 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində 3 sot torpaq sahəsi almış və həmin tarixdən də qeyd olunan torpaq sahəsində iki mərtəbəli evin tikintisinə başlamışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün, həmin evin təmir işlərini başa çatdıra bilməmişdir. Özü Biləsuvar rayonunda yaşadığı üçün, həmin yeni tikilmiş evə kürəkəni Şahid3 nəzarət etmişdir. O, tikdirdiyi evin elektrik xəttinin çəkilməsi üçün 2021ci ilin sentyabr ayında kürəkəni Seymura verdiyi 500 manat pula elektrik naqilləri alınmış və həmin elektrik naqilləri evin divarlarına quraşdırılmışdır. Həmin naqillərin divara quraşdırlmasına görə isə ustaya 500 manat zəhmət haqqı verilmişdir. xx.xx.2021-ci tarixdə, səhər saatlarında o, Biləsuvar rayonunda olduğu zaman, kürəkəni Seymur onun mobil telefonuna zəng vuraraq, ona məxsus evə quraşdırılmış elektrik naqillərinin kəsilib oğurlandığını, oğurluq edən şəxsi yaxalayıb polislərə təhvil verdiyni bildirmişdir. Bu səbəbdən də o, Biləsuvar rayonundan Bakı şəhərinə gəlmiş və yeni tikilmiş evinə baxış keçirən zaman, evinə quraşdırılmış elektrik naqillərinin divardan kəsildiyini müəyyən etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, təkcə naqillər oğurlanmamışdır, həmçinin naqillər kəsilib götürülərkən evə də ziyan dəymiş, həmin naqilləri qoşmaq üçün ustaya da pul verilmişdir. O, təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmədiyindən sonuncudan şikayətçi olmaqla ona ən ağır həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisinin yoldaşıdır, sonuncu Biləsuvar rayonu, Qaçqınlar şəhərciyi, 6 saylı qəsəbədə müvəqqəti məskunlaşmışdır, lakin, 2019-cu ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivində 3 sot torpaq sahəsi almış və həmin tarixdən qeyd olunan torpaq sahəsində iki mərtəbəli evin tikintisinə başlamışdır. Zərərçəkmiş şəxs maddi vəziyyəti yaxşı olmadığı üçün, evin təmir işlərini başa çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs Biləsuvar rayonunda yaşadığı üçün, evin tikintisinə kürəkəni Şahid3 nəzarət edirmiş, həmçinin çox vaxtı elə həmin evdə gecələyirmiş, arada-bir isə Seymur gecəni onların evində qalmışdır. xx.xx.2021-ci il tarixdə Seymur səhəri gün Biləsuvar rayonuna gedəcəyi üçün onlarda gecələmişdir. xx.xx.2021-ci il tarixdə, səhər saatlarında Seymur onların evindən çıxıb getmiş və təxminən saat 06 radələrində onun mobil telefonuna zəng vuraraq, Zərərçəkmiş şəxs məxsus evə girmiş iki nəfərdən ibarət oğruların birini tutub saxladığını, digərinin isə oradan qaçıb uzaqlaşdığını bildirmişdir. O, dərhal Seymurun yanına gəlmiş, orada çox saylı qonşuların yığışdığını, Seymur tərəfindən bir nəfər sonradan adının Etibar olduğunu bildiyi şəxsin saxlanıldığını görmüş və dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, oğurluq barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etmiş və evin həyətində oğurluq edən şəxslərin Zərərçəkmiş şəxs evinin divarlarından çıxarıb sellofan torbaya yığdıqları elektrik naqilləri götürülmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 40-cı PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə xidmətdə olduğu zaman xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan kəndində anadan olan, Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət etmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 40-cı PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2la birlikdə Təqsirləndirilən şəxs olduğu Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində yerləşən «Şamlıq» adlanan kafenin yaxınlığına gəlmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 40-cı PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmişdir. Yol boyu həmin şəxsin üstündə olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı İlkin İsmayılova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə İlkin İsmayılovun üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin büküm açılaraq və içərsində olan qəhvəyi rəngli maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitəyə oxşar kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümdə olan heroini xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində əvvəllər tanımadığı şəxsdən 10 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib ediliş, protokol ucadan oxunmuş, daha sonra iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1, 60) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd göy rəngli kağız bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (i.v. 34-36) Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respblikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı X4 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı qanuni və əsasılı hesab edilmişdir. (i.v. 39-41) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 6/4717 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…(imza) Ramazanov» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,204 qram qəhvəyi rəngli bərk konsinstensiyalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Sİyahı-İ) daxildir. (i.v.50-51) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.64-65) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ MSY-dən azad edilmişdir. (i. v.75-77) xx.xx.2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarlarından məlum olur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş 1,204 qram təşkil edən, tədqiqata sərf edildikdən sonra çəkisi 1,154 qram heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (i. v.79- 80) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilərək, ona 01 il sınaq müddəti təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzanı tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 95-96, 88-91) Binəqədi RPİ-nin 40-ci PB-in rəisi Ramil Cəbiyev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 97) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd göy rəngli kağız bükümü təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (i.v. 105) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-də istintaqı aparılmış ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir. (i.v. 109-110) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 29,177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 114) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə baş vermişdir. (i.v. 126-129) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 141) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, maddi sübut kimi götürülmüş elektrik naqillərinə baxış keçirilmişdir. (i.v. 163-165) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (i.v. 166-168) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 169-170) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş, Qaradağ RPİ-nin MSY-dən azad olunmuş, barəsində başqa yerə getməmək haqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 186-188) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6946 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş istismarda olmamış naqillərin nümunələr əsasında 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti təxminən 115,0 manat müəyyən edilir. (i.v. 196) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 701 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarət- sol dirsək oynağının sıyrığı bərk küt əşya təsirindən, müayinədən 1 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərə vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi mümkündür. (i.v. 198-199) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən ittiham edilməsi üçün axtarış elan edilmişdir. (i.v. 205-206) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 208) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışla tutularaq, Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. (i.v. 212) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. (i.v. 213-214) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinə tövsif olunmuşdur. (i.v. 216-217) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. (i.v. 219-220) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ MSY-dən azad edilmişdir. (i. v. 232-233) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda istintaqın davam etdirilməsi üçün aidiyyatı üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. (i. v. 242-243) olunmuşdur. (i.v.90-96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 4451 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 249-250) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 145 metr uzunluğunda 2,5 mm diametrli, 90 metr uzunluğunda 4 mm diametrli, 3 metr uzunluğunda 10 mm diametrli mis tərkibli naqillər və 01 ədəd dəstəyi qırmızı rəgli kəlbətin maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxdanc yerinə təhvil verilmişdir. Eyni zamanda iş üzrə şəxsi axtarış aparılmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 262-272) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və ibtidai istintaq davam etdirilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri, Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. (i.v. 274- 275) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (i.v. 280-282) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmədiyindən sonuncudan şikayətçi olmaqla ona ən ağır həddə cəza verilməsini xahiş etmişdir. xx.xx.2022, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına gətirilməsini təmin etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 29, 177.2.1, 29, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1206/2022 saylı qərarından görünür ki, ********* nömrəli iş üzrə CM-in 234.1-ci maddəsilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətini əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, oğurluğu tək törətməsi ilə bağlı verdiyi ifadəsi iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, eləcə də onun cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 29,177.2.1, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, həmçinin cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ MSY-dən azad edilmiş, xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş, Qaradağ RPİ-nin MSY-dən azad olunmuş, barəsində başqa yerə getməmək haqında iltizam növündə qətimkan tədbiri seçilmiş. xx.xx.2021-ci il tarixdə axtarışla tutularaq, Qaradağ RPİ-nin MSY-nə təhvil verilmiş,xx.xx.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Qaradağ RPİ MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 gün müddətində şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1206/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Habelə, Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,154 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin saxdanc yerində saxlanılan 145 metr uzunluğunda 2,5 mm diametrli, 90 metr uzunluğunda 4 mm diametrli, 3 metr uzunluğunda 10 mm diametrli mis tərkibli naqillər və 01 ədəd dəstəyi qırmızı rəngli kəlbətin sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 164 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 65 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 65 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 65 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3-ci maddəsi ilə 2 (iki) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 4 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1206/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,154 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin saxdanc yerində saxlanılan 145 metr uzunluğunda 2,5 mm diametrli, 90 metr uzunluğunda 4 mm diametrli, 3 metr uzunluğunda 10 mm diametrli mis tərkibli naqillər və 01 ədəd dəstəyi qırmızı rəngli kəlbətin sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 164 (yüz altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi ümumilikdə 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-121/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-121/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver