Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-122/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədilə 08 yanvar NN-ci il tarixdə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, onu Hərbi Hava Qüvvələrinə işə düzəldəcəyini vəd verib aldadaraq, 09 yanvar NN-ci il tarixdə İlqanə Fərzullazdənin atası Şahid1 poçt vasitəsi ilə göndərdiyi 400 manatı, Zərərçəkmiş şəxs bacısı Gülarə Fərzullazadənin 10 yanvar NN-ci il tarixdə bank vasitəsi ilə göndərdiyi 2.000 manatı və 13 yanvar NN-ci il tarixdə bank vasitəsi ilə göndərdiyi N0 manatı, sonuncu dəfə isə 13 yanvar NN-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Biləcəri” dairəsi adlanan ərazidə Zərərçəkmiş şəxs 1000 manat pulu alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 3600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu Masazır qəsəbəsində yeni tikilmiş həyət evində həyat yoldaşı və 2 uşağı ilə birlikdə kirayə yaşayır əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. NN-ci ilin yanvar ayının əvvəllərində həmin vaxt idarə etdiyi “Chevrolet” markalı avtomobillə Kürdəmir rayonu ərazisindən keçib Bakı şəhərinə gedərkən yoldan 3 nəfər müştəri götürmüş, həmin müştərilərdən biri Zərərçəkmiş şəxs ilə yol boyu söhbət edərkən Kürdəmir rayonuna Hərbi Hava Qüvvələrinə imtahan vermək üçün gəldiyi haqda danışmışdır. İlqanə əlində 1000 manat pul olduğunu, işini həll etmək istədiyini bildirmiş. O, İlqanəyə tanışları vasitəsi ilə onun işini düzəldə biləcəyini bildirmişdir. Belə ki, hər hansı yolla bu işi həll edib pul qazana biləcəyini düşünmüşdür. Bakıya çatdıqdan sonra İlqanənin mobil nömrəsini götürmüş və həmin gecə öz istifadəsində olan mobil nömrədən İlqanin istifadəsində olan nömrəyə zəng edib onu Hərbi Hava Qüvəllərinə MAXE olaraq işə düzəldəcəyini bunun müqabilində 2.000 manat pul lazım olacağını bildirmişdir. İlqanə razılaşdıqdan sonra o, həmin gün axşam sonuncu ilə Biləcəri qəsəbəsində görüşərək ondan 1000 manat pul almışdır. 09.01.NN-ci il tarixdə İlqanənin atası Salman Lənkəran rayonundan poçt vasitəsi ilə ona 400 manat pul göndərmiş və həmin gün pulu Xırdalan şəhərində yerləşən poçtdan götürmüşdür. Bundan 2 gün sonra İlqanəni imtahan vermək üçün öz maşını ilə Qaraheybətdə yerləşən Hərbi Hava Qüvəllərinin binasına aparmış, avtomobildə söhbət edərkən İlqanəyə istədiyi təqdirdə onu Hərbi polisə işə düzəldəcəyini demiş, sonuncu onunla razılaşdıqdan sonra o, İlqanədən əlavə olar N00 manat pul istəmişdir. Bundan sonra İlqanə Beyləqanda yaşayan bacısına zəng vurub pul göndərməsini istəmişdir. İlqanə imtahana girmiş, o, isə Xırdalan şəhərində yerləşən X4 bacısının göndərdiyi N00 manat pulu götürmüşdür. Həmin gün İlqanə imtahandan kəsilmiş, sabahı gün o İlqanəyə zəng vurub guya onun işini düzəldən adamlara qonaqlıq vermək üçün N0 manat pul lazım olduğunu demiş, sonuncu onunla razılaşaraq bacısı vasitəsi ilə Beyləqandan N0 manat pul göndərmiş və o, həmin pulu Xırdalan şəhərində yerləşən Kapital Bankdan götürmüşdür. Bundan bir neçə gün sonra o, İlqanəyə sənədlərini gətirməsini istəyib işinin yaxın günlərdə həll olacağını bildirmişdir. Bundan sonra İlqanənin sənədlərini Kürdəmirdən taksi ilə ona bir nəfər gizir göndərmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan İlqanədən aldığı pulları xərclədiyindən İlqanənin işini həll edə bilməmiş, sənədləri də onda qalmışdır. Hazırda törətdiyi əməldən peşman olmalqa, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Həmçinin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilən halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, N19-cu ilin dekabr ayında Müdafiə Nazirliyindən Hərbi Hava Qüvəllərinə MAXE işinə qəbul elan olunması barədə məlumat almış, sənədlərini toplayıb Kürdəmir rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə təqdim etmiş, sənədlərini gizir Səfadə qəbul etmişdir. 10 yanvar NN-ci ildə imtahan olacağını bildiyindən imtahan barəsində məlumat almaq üçün 08 yanvar NN-ci il tarixdə Kürdəmir rayonuna hərbi hissəyə getmiş, orada gizir Səfadə ilə əlaqə saxlayıb imtahan barədə məlumat almaq istəmiş, gizir ona 10 yanvarda Qaraheybətdə imtahan keçiriləcəyini bildirib, işinin olduğunu deyib onunla görüşə bilməmişdir. O, hərbi hissədən çıxıb Kürdəmir rayonunda 4 yol adlanan yerdə Bakıya getmək üçün taksi gözləmiş, həmin vaxt yoldan keçən markasını xatırlamadığı avtomobilin sürücüsü 5 manata ona Bakıya aparacağını demiş, həmin avtomobilin sürücü Təqsirləndirilən şəxs olmuşdur. O, Ramizi əvvəllər tanımamış, ilk dəfə Ramizi orada görmüşdür. Ramizin maşınında 2 nəfər də olmuş, onlardan biri Hacıqabulda, digəri isə Bakıda düşmüşdür. Ramiz ondan Kürdəmirə nə səbəbə gəldiyini soruşduqda o, Hərbi Hava Qüvəllərinə imtahan verəcəyini, ancaq kəsilməkdən qorxduğun, bu işdə ona köməklik edə bilən adam axtardığını, lazım olsa pul da verəcəyini demişdir. Ramiz ona dayısının Müdafiə Nazirliyində yüksək rütbəli zabit olduğunu, dayısı oğlunun Ukraynada məhkəmə sədri olduğunu deyib onun işini həll edə biləcəyini söyləmiş və hətta bunun müqabilində şirinlik olaraq cüzi miqdarda 300-400 manat pul lazım olacağını demişdir. O, Ramizlə razılaşıb işini həll etməsini istəmiş, Ramiz onu Masazırda evinin yaxınlığında düşürmüş və ondan şəxsiyyət vəsiqəsini almış, mobil nömrəsini əlaqə saxlamaq üçün götürmüşdür. Sabahı gün, yəni 09 yanvar NN-ci il tarixdə Ramiz istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edib, işin həll olunması üçün 400 manat lazım olduğunu demişdir. O, atası Salmana zəng edib məlumat vermiş, atası Ramizlə danışmış və Lənkəran rayonundan poçt vasitəsi ilə Ramizə 400 manat pul göndərmişdir. Ramiz ona problem olmadığını, imtahandan keçəcəyini demişdir. 10 yanvar NN-ci il tarixdə Ramiz avtomobili ilə onu Qaraheybətə imtahana aparmış, o, idman imtahanında olarkən Ramiz ona zəng vurub, onun işini düzəldən şəxslərin 2.000 manatda istədiklərini demişdir. O, Beyləqanda yaşayan bacısı Gülarəyə zəng vurub bu barədə məlumat verib, 2.000 manat göndərməsini xahiş etmiş, bacısı Ramizin adına Kapital Bankdan 2.000 manat pul göndərmişdir. İdman imtahanından sonra elə həmin gün həmin yerdə test imtahanı da vermişdir. 13 yanvar NN-ci il tarixdə Ramiz ona zəng vurub onun işinin həll edən adamlara yeyib-içmək qonaqlığı vermək üçün N0 manat lazım olduğunu demiş, o, bu barədə bacısı Gülarəyə məlumat vermiş, X3 Bankdan Ramizin adına N0 manat pul göndərişdir. Həmin gün Ramiz yenə ona zəng edib işini düzəldən şəxslərin Bakıya düzəlməsi üçün 1000 manatda pul istədiklərini bildirmiş, o, buna etiraz etdikdə Ramiz onda işinin düzəlməyəcəyini demiş, o, məcbur qalıb atasına zəng edib bu barədə məlumat vermiş, atası taksi ilə 1000 manat pul göndərmişdir. O, bundan sonra N Yanvardan taksidən pulu götürüb həmin gün, yəni 13.01.NN-ci il tarixdə saat N radələrində Biləcəri qəsəbəsində Biləcəri dairəsi adlanan ərazidə Ramizin idarə etdiyi avtomobilin içərisində 1000 manat pulu Ramizə vermişdir. Ramiz onu inandırmışdır ki, fevral ayının 1dən işi düzələcək, ona zəng vuracaqlar. Hətta Ramiz onu inandırmışdı ki, onu Hərbi Hava Qüvəllərinə MAXE düzələndən sonra onu hərbi polisə keçməsinə də köməklik edəcək. Bundan bir neçə gün sonra onunla birlikdə imtahan verən qızlardan bir neçəsi ilə əlaqə saxladıqda onlar imtahanların cavabı çıxdığını bəzilərinin qəbul olduğunu demişlər. O, bu barədə Ramizə bildirdikdə Ramiz narahat olmamasını ayın 1-nə kimi onun da qəbul olunacağını demişdir. Fevral ayının 1-dən sonra işdən bir xəbər çıxmadığını görüb Ramizə zəng vurub nə səbəbə işinin həll olunmadığını soruşmuş, Ramiz səbirli olmasını bir neçə günə işinin həll olunacağını demişdir. 09.02.NN-ci il tarixdə Ramizlə əlaqə saxladıqda 10 fevral NN-ci il tarixdə onu Hərbi Hava Qüvvələrinə çağıracaqlarını demiş, 10 fevral NN-ci il tarixdə Ramizə nə qədər zəng vursa da Ramiz telefona cavab verməmiş, o, artıq sonuncunun onu aldadıb dələduzluq edərək 3600 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, N19-cu ildə qızı Zərərçəkmiş şəxs Hərbi Hava Qüvvələrinə MAXE düzəlmək üçün sənədlərini toplayıb Kürdəmir rayonunda yerləşən hərbi hissəyə vermişdir. Təxminən NN-ci ilin yanvar ayının əvvəllərində İlqanə ona zəng edib Ramiz adlı şəxslə tanış olduğunu, Ramizin onun Hərbi Hava Qüvvələrinə MAXE düzəlməsinə köməklik edəcəyini, bunun müqabilində 400 manat pul lazım olduğunu bildirmişdir. O, Ramizin mobil nömrəsini alıb özü Ramizlə danışmış, telefon danışığı zamanı sonuncu ona dayısının yüksək vəzifədə işlədiyini, İlqanənin işini həll edəcəyini, sadəcə şirinlik kimi 400 manat lazım olduğunu bildirmişdir. O, Ramizə inanıb razılaşmış və poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 400 manat pul göndərmişdir. 10 yanvar NN-ci il tarixdə İlqanə təkrar ona zəng edib, hazırda imtahanda olduğunu, Ramizin işin həll olunması üçün əlavə olaraq, 2.000 manat da pul istədiyini bildirmiş, o bu barədə Beyləqan rayonunda yaşayan qızı Gülarəyə zəng edib məlumat vermiş, xahiş etmişdir ki, bacısının işi həll olunması üçün pulu versin. Gülarə poçt vasitəsi ilə Təqsirləndirilən şəxs adına 2.000 manat pul göndərmişdir. Bir neçə gün sonra İlqanə yenə ona zəng edib Ramizin işi həll edən şəxslərə qonaqlıq verməsi üçün əlavə olaraq N0 manat da istədiyini bildirmiş, xahişi əsasında digər qızı Gülarə Ramizin adına N0 manat göndərmişdir. 13 yanvar NN-ci il tarixdə İlqanə ona zəng edib, Ramizin iş yerini Bakıya saldırmaq üçün 1.000 manat pul istədiyini bildirmiş, o, taksi ilə İlqanəyə 1.000 manat pul göndərmişdir. İlqanə daha sonra onunla əlaqə saxlayıb Biləcəri qəsəbəsində Ramizlə görüşdüyünü 1.000 manatı Ramizə verdiyini, Ramizin fevral ayının 1-nə kimi işinin həll olunacağını dediyini bildirmişdir. Ancaq sonralar Ramiz verdiyi vədi yerinə yetirməmiş, nə qədər əlaqə saxlasalar da Ramiz telefonlara cavab verməmiş, İlqanə aldadıldığını başa düşüb polisə müraciət etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08.10.NN-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 13.02.NN-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən “Biləcəri” dairəsi adlanan ərazidə baş vermişdir. 09.10.NN-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 09.10.NN-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 09.10.NN-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 14.10.NN-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. AZ-İİ 740824 və AZ-İV 178344 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28.08.N11-ci il təvəllüdlü X2 və 02.07.N13cü il təvəllüdlü X1 adlı iki azyaşlı uşağı vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.02.N21-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək, axtarış elan olunmuşdur. 07.04.N21-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 07 aprel N21-ci il tarixdə tutularaq saxlanma yerinə təhvil verilmişdir. 26.04.N21-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, onlar barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. 26.04.N21-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan N gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-122/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-122/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver