Məhkəmə qərarları › İş №1(001)-122/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-122/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-122/2024 27.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1973-cü ildə Özbəkistan Respublikası, Buxara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində Binəqədi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin sentyabr ay min əvvəllərində istintaqla şəxsiyyətləri müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim etmiş “Şahnaz” adlı şəxsdən “Aynur” adlı şəxsin vasitəsi ilə göndərilmiş 01 ədəd bükümdə 0,992 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə 1,902 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və evində saxlamış, 11 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, saat 16:00 radələrində ünvan 4 ünvanın yaxınlığında saxlanılmaqla ünvan 5rləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,992 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra həmin tarixdə saat 19:40-da yaşadığı ünvan 6 ünvanına baxış keçirilərkən, evininin qonaq otağındakı taxta dolabın içərisindən 01 ədəd bükümdə təmiz çəkisi 1,902 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda tam təqsirli bilməyərək göstərmişdir ki, o ümumiyyətlə narkotik vasitə istifadəçisi olmamışdır. Ona narkotiki ilk dəfə bacısının əri doğum günü münasibəti ilə keçirilən yığıncaqda vermişdir, o da bundan sonra narkotik vasitədən istifadə etməyə başlamışdır. Polis əməkdaşlarının onun evindən tapdıqları narkotik vasitə uzun müddət evində olsa da, o ümumiyyətlə həmin narkotik vasitədən istifadə etməmişdir, həmin narkotik vasitə artıq bir müddət olardı ki, ona məxsus evdə olmuşdur. Əslində baldızının ərinin yəni bacanağının həmin narkotik vasitəni ona verməsində məqsəd onun daimi olaraq narkotikdən istifadə etməsinə zəmin yaratması, nəticədə narkoman olması və uşaqlarını görə bilməməsi olmuşdur. O artıq bir neçə ildir ki, boşanmışdır. Uşaqlarını da uzun müddətdir ki, görə bilmir.Üzərindən çıxan narkotik vasitə marixuana isə ümumiyyətlə onda olmamışdır. Həmin gün o evdə olmuş, evdən heç bir yana çıxmamışdır. Polis əməkdaşları ona məxsus fərdi yaşayış evinə daxil olmaq üçün onunla qonşu olan qadının həyətindən daxil olmaq üçün icazə istəmişdir. Həmin qadın da ona polis əməkdaşlarının onu axtardıqlarını, evdən bayıra çıxmamağını bildirmişdir. Bu vaxt onun mobil telefonuna zəng gəlmiş, zəng edən şəxs mobil operatorun əməkdaşı olduğunu və ona çatacaq nömrə olduğunu bildirmişdir, bundan sonra o özü öz istəyi ilə bayıra çıxmışdır. İfadəsində göstərdiyi bütün bu xüsusatların araşdırılmasını və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis mayorudur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 72 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib Binəqədi rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Daxil olmuş məlumat tərəflərindən keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində ünvan 7 ünvanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Bu zaman onlar özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər və sonuncunun şübhəli olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət olunaraq könüllü oraya gəlmişdir. Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilməsi raportla rəhbərliyə məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ilə bağlı araşdırmanın aparılması Baş İdarənin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabova tapşırılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla ona müdafiəçi verildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonra Təqsirləndirilən şəxs razılığı ilə video-çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl iştirakçıların tərkibi elan olunaraq hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış qərarı ilə tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim edib masanın üzərinə qoymuş, həmin bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Sonra onun üzərində ətraflı şəxsi axtarış keçirilən zaman əyinindəki həmin şalvarının sol yan cibindən 01 ədəd daxilində ***-***-**-** mobil nömrəsi olan “Honar” markalı, 01 ədəd daxilində mobil nömrə olmayan “Redmi” markalı mobil telefonlar, 01 ədəd nömrəsi tam olaraq oxunmayan “Birbank” VİSA plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və həmin şalvarın sağ yan cibindən 03 ədəd açarlar aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarışla Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 03 qram olduğu müəyyən edilmiş, həmin büküm zərfdə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda araşdırma üzrə əhəmiyyət kəsb etdiyi üçtin “Redmi” və “Honar” markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüş, 3(üç) ədəd açar isə özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs tam sərbəst olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, təxminən 10 gün əvvəl şəxsi istifadəsi məqsədi ilə həmin kütləni əldə etdiyini, İran islam Respublikası vətəndaşı kimi bildiyi “Şahnaz” adlı şəxs “Aynur” adlı şəxsin vasitəsi onları göndərdiyini, Aynurun həmin kütləni həyətindəki bildiyi yerə qoyaraq orada gizlətdiyi və bu yerdən 150 manatı götürdüyünü, heç kimə narkotik vasitə satmadığını, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 8 ünvanına baxış aparılmamışdan əvvəl sonuncu bu barədə qərarla tanış edilərək həmin evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir Bu təklifdən sonra Təqsirləndirilən şəxs qonaq otağında taxta dolabın içərisindən saxladığı 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra büküm elektron tərəzidə çəkildikdə bağlama ilə birlikdə ünuımi çəkisinin 15 qram olduğu müəyyən edilmişdir. Həmin bükümü zərfdə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinin digər hissələrinə baxış keçirilmiş, lakin araşdırma üçün əhəmiyyət kəsb edən əşya və ya sənəd aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs tam sərbəst olaraq evindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni üzərində tapılmış kütlə ilə birlikdə təxminən 10 gün əvvəl şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmiş, 10 gün əvvəl İran İslam Respublikası vətəndaşı kimi bildiyi “Şahnaz” adlı şəxsin “Aynur” adlı şəxsin vasitəsi ilə kütlələri göndərdiyini, “Aynur” həmin kütlələri həyətindəki bildiyi yerə qoyaraq orada özünün gizlətdiyi 150 manatı götürdüyünü bildirmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqı zamanı dindirilmiş şahid X7 ifadəsində göstərmişdir ki, “Talış” adlı marketdə satıcı kimi işləyir. 11 sentyabr 2023-cü il tarixində mağazada iş fəaliyyətində olan zaman ətraf ərazidə yaşayan yaşlı bir qadın mağazaya gələrək Təqsirləndirilən şəxs evinin hasarından 2-3 nəfər şəxsin həyətə daxil olduğunu bildirmişdir. Qadının dediklərini nəzərə almayaraq, işinə davam etmiş, bir müddət sonra bayıra tərəf baxan zaman Baxşəlinin evindən mağazanın qarşısına gəldiyini, daha sonra bir neçə şəxsin onu avtomobilə mindirib apardıqlarını görmüşdür. Şahid X7 məhkəmə baxış iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qadın həmin məlumatı verdikdən 15-20 dəqiqə sonra Baxşəli evindən təxminən 50 metr aralıda - mağazanın önündə saxlanılmışdır. Ondan Baxşəli olub-olmadığını soruşmuş, Baxşəli bunu təsdiqlədikdən sonra belindən dartıb avtomobilə mindirib aparmışlar. Həmin şəxslər Baxşəlini saxladıqları yerdə şəxsi-axtarış keçirtməmiş, Baxşəlini saxladıqdan sonra onun evi istiqamətinə doğru getmişlər. Həmçinin əlavə şahid kimi məhkəmə iclasına dəvət edilən Şahid4 mağazada gecə növbəsi üzrə işlədiyindən hadisənin heç bir təfərrüatını görmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il, saat 17:00-da Binəqədi RPİ-nin inzibati otaqlarının birində şübhəli şəxs qismində tutulmuş və tutma müddətinin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni 16:00-dan hesablanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinininzibati binasına gətirilmiş və onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları təhqiqatçı, polis mayoru X11, baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid1 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2a baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs evdə qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə ağ rəngli, kristalşəkilli, psixatrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 15 qram olduğu müəyyən edilmiş, daha sonra həmin kütlə qablaşdırılaraq DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. xx.xx.2023-cü il tarixli “DVD diskində olan videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və “Evə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar 02(iki) ədəd DVD diskində öz təsdiqini tapmışdır. xx.xx.2023-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 050-352-0-01 GSM nömrəsi ilə kimlərlə əlaqə yaradılmasını, münasibətdə olduğu şəxslərin əhatə dairəsi və cinayət təqibi üçün əhəmiyyət kəsb edən zəruri xüsusatların müəyyən olunmasından ötrü "xxxx" MMCdən daxil olmuş 01 ədəd CD diskində olan məlumatlara baxılmış və sms mətnlərindən aydın olur ki, Təqsirləndirilən şəxs təsdiq edərək “pati” kimi adlandırdığı psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu bildirmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,902 qram ağ rəngli kristallik hisəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları və imzalar olan kağız paketdəki bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,992 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-964/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli, 6001 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş çəkisi 0,992 qram narkotik vasitə qurudulmuş marixuana, çəkisi 1,902 qram psixotrop maddə metamfetamin və 02 ədəd “DVD” diski maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-731/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir . Məhkəmə cinayət işi üzrə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədiyində müdafiə tərəfinin vəsatəti əsasında ilk növbədə onun mobil telefonuna zəng gəlməsi, ona zəng edən şəxsin özünü bank əməkdaşı kimi təqdim edib ona çatacaq nəsə olmasını bildirdikdən sonra onun evdən bayıra çıxması xüsusatının dəqiqləşdirilməsi məqsədi ilə təqsirləndirilən şəxsin vəkili tərəfindən verilmiş yazılı vəsatət təmin edilmiş və Təqsirləndirilən şəxs Rəfail oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi barədə məlumatlar, eyni zamanda həmin mobil telefon nömrəsinə 01 sentyabr 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarxədək daxil olan və çıxan sms mətnlərinin məzmunu barədə məlumatların əldə edilməsi barədə 19 fevral 2024-cü il tarixdə qərar qəbul edilmişdir. Sözügedən qərar icra olunmuş, məhkəmə tərəfindən Azercell MMC tərəfindən təqdim edilmiş məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə 11 sentyabr 2023-cü il tarixdə saat. ***-***-**-** saylı mobil nömrədən zəng gəlmişdir. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olmasına dair "xxxx" MMC-yə sorğu verilmiş, "xxxx" MMc tərəfindən sorğuya verilmiş cavabda həmin mobil telefon nömrəsinin, həmin şəxsin istifadəsində olması müəyyən edilmişdir. Sözügedən mobil nömrənin polis əməkdaşlarına məxsus olub-olmamasının müəyyən edilməsi məqsədi ilə, yenidən sorğu verilmiş, sorğu nəticəsində həmin mobil nömrənin Təqsirləndirilən şəxs tutan polis əməkdaşlarına deyil, X8 məxsus olması, onu istifadəsində olması müəyyən edilmişdir. Bundan əlavə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə .ahid qismində dindirilən şahid X7 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində yalnız polis əməkdaşlarının Təqsirləndirilən şəxs apardıqlarını görməsini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə bundan əlavə Təqsirləndirilən şəxs Rəfail oğlunun məhkəmə iclasları zamanı narkotik vasitədən istifadə etməməsi, evindən götürülən həmin narkotik vasitənin bir neçə müddət əvvəl ona öz qohumunun verdiyi, ondan istifadə etməməsi ilə bağlı xüsusatlarla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi, daxil olan və çıxan zənglər, sms mətnləri barədə məlumatların əks edildiyi diskə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxsin istifadə etməsi üçün narkotik vasitə “patı” almaq üçün müxtəlif sms mətnlər yazması müəyyən olunmuşdir. Həmin diskdə olan məlumatlardan görünür ki, ***-***-**-** nömrəli və ***-***-**-** nömrəli telefon xəttləri arasında olmuş sms mətnlərində Təqsirləndirilən şəxs tərəfinən yazılmış “pati var amma pulum qalmiyib goturem” sms mətnindən onun narkotik vasitə əldə etmək niyyəti aydın olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmadığını bildirsə də, xx.xx.2023-cü il tarixli, 6001 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 rəyində Təqsirləndirilən şəxs kannabinoidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu, ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görüldüyü qeyd edilmişdir. Beləliklə məhkəmə cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdiyi xüsusatlar müdafiə tərəfinin vəsatəti əsasında əldə edilərək tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs Rəfail oğlunun ifadəsində göstərdiyi xüsusatları özünümüdafiə xarakterli qiymətləndirir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Elektron-məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, 05 dekabr 2009-cu ildə anadan olmuş X1 Baxşəli Rəfayil oğlunun övladıdır. “Elektron-məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, 12 dekabr 2014-cü ildə anadan olmuş X2 Baxşəli Rəfayil oğlunun övladıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzədə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (məhkumluğunun ödənilməsinı baxmayaraq əvvəllər də analoji cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini) cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, cinayət işi üzrə Təqsirləndirilən şəxs əvvəllər analoji cinayəti törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 11 sentyabr 2023-cü il tarixdə saat 17:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 13 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 10:00-dan 10:40-a qədər təqsirləndirilən şəxs qismində dindirilmiş, daha sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair təqdimatla Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-964/2023 saylı, xx.xx.2023-cü il qərarı ilə barəsində 03(üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-731/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuş və o, dərhal həbsdən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Qanunvericiliyin tələbinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) olmasını nəzərə alaraq narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,852 qram olan metamfetamin və 0,992 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş 01 ədəd daxlində ***-***-**-** mobil nömrəsi olan “honar” markalı, 01 ədəd daxilində mobil nömrə olmayan “Redmi” markalı mobil telefonları, 01 ədəd nömrəsi tam olaraq oxunmayan Təqsirləndirilən şəxs adına olan “Birbank” VİSA plastik bank kartı X6 təhvil verilmişdir. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, materialların məhkəmə ekspertizası və bioloji ekspertizanın keçirilməsinə xərclənmiş müvafiq olaraq 81 (səksən bir) manat və 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40(qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikas ı dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1,852 qram metamfetamin və 0,992 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 159 (yüz əlli doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X5 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar