Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-123/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxx 1986-cı il tarixdə Göyçay rayonunun İnçə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)-300/2015 saylı, 16 noyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə aylıq qazancından 20% dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş,məhkumluğu ödənilmiş, Göyçay rayonu, İnçə Ə/D, İnçə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mexkalon qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-123/2023 saylı, 13 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-87/2022 saylı, 22 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 il 06 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, baxılan iş üzrə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-971/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 87/2022 saylı hökmü ilə məhkum olunduğu 01 il 06 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəza çəkmə müddətinin əvvəli 26 dekabr 2022-ci il tarixdən hesablanmış, məhkumluğu ödənilməmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Fərid» marketin qarşısında olan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs «Ravon-4» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib mağazanın qarşısında qəfildən saxlaması səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, əlində olan istintaqla müəyyən edilməmiş dəmir parçası ilə sonuncunun baş nahiyəsinə vuraraq, ona baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının sınığı ilə müşaiyət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, Təqsirləndirilən şəxs2 - Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, sonuncunun sifət nahiyəsinin burun hissəsinə yumruqla zərbələr vuraraq ona burun yəhərinin cərrahi tikişli əzilmiş yaraları, burun sümüyünün xətti formalı yerdəyişməyən açıq sınığı ilə müşaiyət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs isə Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə döş qəfəsimin arxa tərəfinə təpiklə zərbələr vuraraq, ona döş qəfəsinin arxa səthində onurğa sütünü üzərində sağ onurğayanı xətt üzrə İİİ döş fərəqəsi proyeksiyasının və sol onurğayanı xətt üzrə İV-V fəqərələrarası sahənin sıyrıqları ilə müşaiyyət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Fərid» marketin qarşısında olan çoxsaylı şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşya tətbiq etməklə, şəxs üzərində zor tətbiq olunması ilə müşaiyyət edilən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs «Ravon-4» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib mağazanın qarşısında qəfildən saxlaması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, əlində olan istintaqla müəyyən edilməmiş dəmir parçası ilə sonuncunun baş nahiyəsinə vuraraq, ona baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının sınığı ilə müşaiyət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, həmçinin də o, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, sonuncunun sifət nahiyəsinin burun hissəsinə yumruqla zərbələr vuraraq, ona burun yəhərinin cərrahi tikişli əzilmiş yaraları, burun sümüyünün xətti formalı yerdəyişməyən açıq sınığı ilə müşaiyət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs isə Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə döş qəfəsimin arxa tərəfinə təpiklə zərbələr vuraraq, ona döş qəfəsinin arxa səthində onurğa sütünü üzərində sağ onurğayanı xətt üzrə İİİ döş fərəqəsi proyeksiyasının və sol onurğayanı xətt üzrə İV-V fəqərələrarası sahənin sıyrıqları ilə müşaiyət olunan, sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci ildə saat 15:00 radələrində dostuna məxsus «Mersedes 190» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində yerləşən «Mexkalon» adlanan qəsəbədən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Sulutəpə qəsəbəsinə çay içməyə getdiyi zaman Bakı-Şamaxı trastından sağa Sulutəpə qəsəbəsinə dönən zaman “Fərid” marketin qarşısında hərəkətdə olan ağ rəngli «Ravon» markalı avtomobilin sürücüsü anidən əyləci basaraq, avtomobilini dayandırmış və o, da qəza baş verməsin deyə idarə etdiyi avtomobili dayandırmışdır.Daha sonra avtomobilini bir qədər qabağa sürüb, «Ravon» markalı avtomobilin sürücüsünə “brat reski saxladın deyə sənə girmişdim” sözlərini demişdir. Həmin avtomobilin sürücüsü adını sonradan Göyüş bildiyi şəxs ona “adam kimi sürərdin girməzdin” sözlərini demiş və o, həmin şəxsə cavab olaraq “nə üçün mənimlə belə kobud danışırsan” sözlərini demişdir.Aralarında olan sözlə mübahisə zamanı ikisi də avtomobillərindən düşmüş və Göyüş nalayiq formada onu döyəcəyini bildirmişdir.Həmin yerə yığışmış şəxslər onları aralaşdırmışdır.O isə Göyüşə söyüş söydüyünə həmin yerdə qalıb onu gözləməsini deyib, avtomobilinə əyləşərək bir qədər qabaqda yerləşən avtomobil sexinin qarşısından dəmir parçası götürən zaman həmin yerdə olan tanışı Azad ondan nə etdiyini soruşmuşdur. O isə sonuncuya bir nəfər şəxsə sözünü yedirzdirməyə getdiyini demiş, Azad isə ona dava etməməyi məsləhət görüb onun avtomobilinə əyləşmişdir.Orada olan adını bilmədiyi digər şəxsdə avtomobilə əyləşmiş ki, dava olduğu halda qarşısını alsın.Onlar üç nəfər Göyüşün dayandığı yerə getmişlər və o, həmin yerdə Göyüşə “görürsən söyüşün axırı necə olur?” sözlərini demiş, Göyüşdə cavab olaraq ona «yaxşı olur» sözlərini demişdir. Göyüşün həmin sözlərindən sonra o, əlindəki dəmir parçası ilə sonuncunun sifət nahiyyəsindən bir neçə dəfə vurmuşdur.Əsəbi olduğundan zərbələrin konkret olaraq, Göyüşün başının harasına dəydiyini görməmişdir. Azad isə digər adını bilmədiyi şəxs və ətrafdan gələn şəxslər onu aralaşdırmışlar. Göyüş yenidən onu söyən zaman o, avtomobilinin arxa yük yerini açıb oradan avtomobilin ehtiyyat hissələrindən birini götürüb yenidən Göyüşü vurmaq istəmiş, lakin Azad ona bunu etməyə qoymamış, daha sonra isə onlar avtomobilə əyləşib oranı tərk etmişdirlər.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, İİ qrup əlil olmasını, ağır formada ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, eləcə də evli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən «Moruq» çay evindən çıxıb «Sulutəpə dairəsi» deyilən yerə getmək üçün dayanacaqda dayanıb avtobus gözlədiyi anda qarşısında «Mercedes-190» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış və həmin avtomobili idarə edən əvvəllər tanıdığı Məhərrəm adlı şəxs, ondan hara getmək istədiyini soruşmuş və o, sonuncuya «Sulutəpə dairəsi» deyilən yerə getdiyini bildirdikdə Məhərrəm onu həmin yerə apara biləcəyini demişdir.Məhərrəmin sözündən sonra o, sonuncunun idarə etdiyi avtomobilin arxa oturacağına sol tərəfdən əyləşmiş, avtomobilin qabaq sərnişin oturcağında isə əvvəllər tanımadığı bir nəfər şəxs əyləşmişdir. Daha sonra Məhərrəm avtomobilini idarə edib Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən «Fərid» marketin qarşısında saxlayıb, bir nəfər şəxslə işi olduğunu bildirib avtomobildən düşərək sonradan adını Göyüş bildiyi şəxsə yaxınlaşmışdır.O, Məhərrəmin dava etmək niyyətini başa düşüb avtomobildən düşərək Məhərrəmin qarşısına keçib Göyüşə əl verib görüşdüyü zaman Məhərrəm anidən yumruqla bir neçə dəfə Göyüşün sifət nahiyəsinə zərbələr endirmişdir.Bundan sonra, o, Məhərrəmi Göyüşdən aralamış və onu idarə etdiyi avtomobilə əyləşdirərək həmin yerdən uzaqlaşmışdırlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 özünü təqsirli bilmədiyini, əməlində cinayət tərkibinin olmadığını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs istintaq və məhkəmə baxışı zamanı ifadəsini bir neçə dəfə dəyişmiş, lakin məhkəmə baxışı zamanı verdiyi son ifadəsində göstərmişdir ki, icarə əsasında idarə etdiyi «Ravon-4» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə hərəkətdə olduğu zaman həmin küçədə yerləşən «Fərid» marketin qarşısında yük avtomobili anidən qarşısına çıxmış və o, məcbur qalıb əyləcdən istifadə etmişdir ki, qəza baş verməsin.Həmin zaman arxadan gələn «Mercedes-190» markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona siqnal vermiş və o, buna əhəmiyyət verməmişdir.Bundan sonra, həmin «Mercedes-190» markalı avtomobil onun sol tərəfində dayanmış, avtomobilin sürücüsü ona «az qala arxadan vurmuşdum səni» sözlərini demişdir.O həmin şəxsə cavab olaraq «adam kimi sürsən vurmazdın» sözlərini dedikdən sonra «Mercedes-190» markalı avtomobilin sürücüsü onunla söyüşlə danışmağa başlamışdır.Daha sonra həmin şəxs avtomobilini onun avtomobilinin qarşısında saxlayaraq avtomobilindən düşüb ona tərəf gəlmiş, o da avtomobildən düşüb həmin şəxsə tərəf getmişdir.Həmin zaman aralarında sözlə mübahisə başlamış, lakin orada olan Kamil və Ruslan adlı tanışları onları aralaşdırmışlar.Bundan sonra «Mercedes-190» markalı avtomobilin sürücüsü ona «5 dəqiqə burada gözlə gəlirəm» sözlərini deyib avtomobilinə əyləşib oradan uzaqlaşmış, həmin ərazi onun yaşadığı məhəllə olduğundan, orada dayanmışdır.Təxminən 7-8 dəqiqədən sonra «Mercedes-190» markalı avtomobil yenidən həmin yerə gəlmiş və həmin avtomobildən sürücüdən başqa əvvəllər tanımadığı iki nəfər şəxslər də düşmüşdür.Həmin şəxslərdən birinə əl verib görüşmək istədikdə sonuncu anidən onun sifət nahiyəsinin burun hissəsinə bir neçə yumruq zərbələri yetirmiş, daha sonra isə «Mercedes-190» markalı avtomobilin sürücüsü əlində olan dəmir beşbarmaqla başının arxa nahiyəsinə bir dəfə zərbə endirmiş və nəticədə o yerə yıxılmışdır.Həmin şəxslərin yanında olan digər üçüncü şəxs isə onu yerdə uzanmış vəziyyətdə döş qəfəsinin arxa tərəfinə təpiklə bir neçə dəfə zərbələr endirmişdir.Bundan sonra həmin yerə yığışmış şəxslər ona xəsarət yetirən şəxsləri ondan aralaşdırmış və sonuncular «Mercedes-190» markalı avtomobilə əyləşib oranı tərk etmişdirlər. O, isə xəsarət aldığından tanışları Kamil və Ruslan adlı şəxslər onu X6 aparmışlar və həmin xəstəxanada onun baş və burun nahiyəsinə tikiş vurulmuşdur.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslərlə barışdığını və onlar tərəfindən dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, belə ki, sonuncu onun qonşusudur.xx.xx.2022-ci il tarixdə yaşadığı məhəllədə dayandığı zaman, Göyüş idarə etdiyi «Ravon-4» markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Fərid» marketin qarşısında dayanmış, həmin zaman, Göyüşün sol tərfəində «Mercedes-190» markalı, **- SV-*** dövlət qeydiyyat nişanlı avtomobilin də dayandığını görmüşdür.Daha sonra «Mercedes-190» markalı avtomobilin sürücüsü avtomobilini Göyüşün avtomobilinin qarşısında saxlayaraq, avtomobilindən düşüb Göyüşə tərəf getmiş, Göyüş də avtomobildən düşüb həmin şəxsə tərəf getmişdir.Həmin zaman Göyüşlə «Mercedes-190» markalı avtomobilin sürcüsü arasında sözlə mübahisə başlamış və o, Ruslan adlı tanışı ilə mübahisə edənləri aralaşdırmışlar.Bundan sonra, «Mercedes-190» markalı avtomobilin sürücüsü Göyüşə «5 dəqiqə burada gözlə gəlirəm» sözlərini deyib avtomobilinə əyləşib oradan uzaqlaşmış, Göyüş isə qalıb həmin şəxsi gözləmişdir.Təxminən 7-8 dəqiqədən sonra «Mercedes-190» markalı avtomobil yenidən həmin yerə gəlmiş və həmin avtomobildən sürücüdən başqa əvvəllər tanımadığı iki nəfər şəxslər də düşmüşdür.Göyüş həmin şəxslərdən birinə əl verib görüşmək istədikdə, sonuncu anidən Göyüşün sifət nahiyəsinin burun hissəsinə bir neçə yumruq zərbələri endirmiş, daha sonra isə «Mercedes-190» markalı avtomobilin sürücüsü əlində olan dəmir beşbarmaqla Göyüşün başının arxa nahiyəsinə bir dəfə zərbə endirmiş və nəticədə Göyüş yerə yıxılmışdır. Bundan sonra onlar Göyüşə xəsarət yetirən şəxsləri Göyüşdən aralaşdırmış və həmin şəxslər «Mercedes-190» markalı avtomobilə əyləşib oranı tərk etmişlər. Göyüş xəsarət aldığından o, Ruslanla birlikdə Göyüşü X6 aparmış və həmin xəstəxanada Göyüşün baş və burun nahiyəsinə tikiş vurmuşlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 digər Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və şahidlərin bir neçə dəfə fərqli ifadələr verdiyini araşdırmaq üçün müstəntiq X5 məhkəmə iclasına dəvət olunmuş və o, ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs və şahid ifadələrini olduğu kimi sənədləşdirmiş və hər hansı təhrifə yol verməmişdir.Belə ki, ********* saylı cinayət işi əvvəlcə müstəntiq Elvar Quliyevin icraatında olmuş, Elvar Quliyevin icraatında cinayət işlərinin çoxluğu ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə istintaqın davam etdirilməsi ona həvalə edilmişdir.Zərərçəkmiş şəxs istintaq başlayandan sonadək üç nəfər tərəfindən döyüldüyünü bildirmişdir, hətta istintaq zamana zərərçəkmiş şəxs bildirmişdir ki, onu ilk olaraq Təqsirləndirilən şəxs2, daha sonra isə Təqsirləndirilən şəxs1 vurmuşdur. Halhazırda üçüncü şəxsin kimliyi istintaqa məlum olmadığından həmin hissədə icraat dayandırılmışdır.Bundan başqa, müstəntiq bildirmişdir ki, onun tərəfindən zəruri istintaq hərəkətləri vaxtında aparılmış, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 ifadələrində göstərilən xüsusatları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək bir daha təsdiq etmişlər.Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında 3 dəfə üzləşmə keçirilmişdir, hər bir üzləşmədə də zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən- Məhərrəm, Azad və üçüncü şəxs tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona vurulmuş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir, həmin şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X2 Publik hüquqi Şəxsinin məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1877 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, başın tüklü hissəsində ənsə nahiyyəsinin sağ yarısının və burun yehərinin cərrahi tikişli əzilmiş yaraları, burun sümüyünün xətti formalı yerdəyişməyən açıq sınığı, döş qəfəsinin arxa səthində onurğa sütünü üzərində sağ onurğayanı xətt üzrə İİİ döş fəqərəsi proyeksiyasının və sol onurğyanı xətt İV-V fəqərələrarası sahənin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə (əşyalarla), ola bilsin beşbarmaqla, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin və burun yehərinin əzilmiş yaraları, burun sümüyünün yerdəyişməyən açıq sınığı hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Döş qəfəsinin arxa səthinin sağ və sol yarısının sıyrıqları isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Suni qoyulmuş qapaq, protez və eləcə də süd dişlərinin itirilməsində və sınığında sığorta dəyəri ödənilmədiyindən vət. Zərərçəkmiş şəxs üst çənəsindəki sol İ və alt çənədə sol İİİ dişlərinə tibbi yolla suni qoyulmuş qapaqların sınması sağlamlığa zərərvurmanın təyinində nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmətibbi ekspertiza və X2 Publik hüquqi Şəxsinin məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1880 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – sol əlin İİİ barmağının əsas falanqasının ovuc səthinin sıyrığı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş zamanı əlinə götürdüyü dəmir əşya ilə kənar şəxsə zərbə vurarkən həmin əşyanın (alətin) barmağının ovuc səthini zədələməsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.Məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1880 nömrəli rəyində göstərilən xüsusat Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə hadisə zamanı əlində silah qismində işlətdiyi əşyanın olmasını bir daha təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünürki, Nəsirov X3 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancının 20 % (iyirmi faiz) məbələğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay rayon İcra və Probasiy idarəsindən alınmış xx.xx.2022-ci il tarixli 1756-1/012/300/2015 nömrəli məktubdan görünür ki, Nəsirov X3 rayon Məhkəməsinin 1(012)-300/2015 nömrəli, xx.xx.2015-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 amnistiya tətbiq olunması ilə əlaqədar cəzadan azal olunduğu üçün xx.xx.2016-cı ilə tarixdə Göyçay Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır.Beləliklə, məlum olur ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-87/2022 saylı, 22 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 il 06 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-971/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-87/2022 saylı hökmü ilə məhkum olunduğu 01 il 06 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 (bir) il 01 (bir) ay, 21 (iyirmi bir) günü azadlıqdan məhrum etmənin bir gününə, azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəza çəkmə müddətinin əvvəlini 26 dekabr 2022-ci il tarixdən hesablanmış, məhkumluğu ödənilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, səmimi peşmanlığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, İİ dərəcəli əlil olmasını, ağır formada ağ ciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, eləcə də himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsində və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə özünü qismən təqsirli bilməsi, Təqsirləndirilən şəxs2 isə CM-nin 221.2.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi təqsirləndirilən şəxslərin onları gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli olmaları təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir . Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsi ilə və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 221.3-cü maddəsinin və Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham elan olunmuş maddə üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməlidir. Belə ki, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və əməlində cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu, yəni təqsirləndirilən şəxsin təqsirini qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, İİ dərəcəli əlil olmasını, ağır formada ağciyər vərəmi xəstəliyindən əziyyət çəkməsini, eləcə də himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmçinin, Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmçinin, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində onun davranışı üzərinə nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq hesab edir ki, o, ittiham elan olunmuş maddə üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-971/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarına əsasən təyin edilmiş 06 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 13 gün hissəsi təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Eyni zamanda, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, hökm çıxdığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 barəsində baxılan iş üzrə seçilmiş “polisin nəzarəti altına ” qətimkan tədbiri ləğv edilməli, onun başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçələr məhkəmə prosesində təyinatla iştirak etdiklərindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi2 hazırki iş üzrə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 60 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi1 hazırki iş üzrə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 79 saat vaxt sərf etmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 02 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 oğlunun üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-971/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş 06 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 13 gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli, hökm çıxdığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində baxılan iş üzrə seçilmiş “polisin nəzarəti altına ” qətimkan tədbiri ləğv edilsin və başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınsın. 1(001)-123/2023 saylı cinayət işi üzrə Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 60 (altmış) saat hüquqi xidmətin dəyəri 360 (üç yüz altmış) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. 1(001)-123/2023 saylı cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 79 (yetmiş doqquz) saat hüquqi xidmətin dəyəri 474 (dörd yüz yetmiş dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-123/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-123/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver