Məhkəmə qərarları › İş №1(001)-123/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-123/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-123/2025 09.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 24 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,203 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd kağız bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 22:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 4 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş, 25 aprel 2024-cü il tarixdə saat 00:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,203 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən yanında başqa bir nəfər də olmuşdur. Onlar saxlayıb, polis bölməsinə aparmışlar. Polis bölməsində onların qarşısına sənədləri qoyub imza etmələrini, əməli üzərilərinə götürmələrini demişlər. Müdafiəçi da vəkil kimi bölməyə gəlmişdir. O, imtina etdikdə ona hədə-qorxu gəlmişlər. O, salxanılarkən yanında olan dostunun da barəsində olan işə məhkəmədə baxılır. Onlar eyni vaxtda tutulmuş və buraxılmışlar. Onların üzərindən heç nə çıxmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitə istifadəçi deyil, heç vaxt metamfetamin istifadə etməmişdir. Lakin marixuana istifadə etmişdir. O, saxlanılan gün dialez xəstəsi olan anasını “Uni Klinika”ya aparmaq üçün dostu ilə zəngləşib görüşmüşdür. Anasını xəstəxanaya apardıqda sonra Biləcəri qəsəbəsində dostu ilə birlikdə çay içmiş, oradan dostu ilə birlikdə avtomobilə əyləşib, yola çıxmışdır. Yolda olarkən avtomobilin təkəri partlamış, həmin vaxt 4-5 nəfər polis əməkdaşı onları saxlayıb, polis bölməsinə aparmışlar. Polis əməkdaşları mülki geyimdə və mülki avtomobildə olmuşlar. Polis əməkdaşları onları bölməyə gətirdikdə dostunun avtomobilinin artıq orada olduğunu görmüşlər. Polis bölməsində onları saxlayan polis əməkdaşları qarşılarına bükülü qoyub götürmələrini demişlər. O, həmin polis əməkdaşlarını əvvəllər tanımamışdır. Polis əməkdaşları onlara hədə qorxu gəlmiş, bükümləri götürmələrini, əksə halda avtomobildən külli miqdarda narkotik vasitə çıxa biləcəyini demişlər. Həmin vaxt onun dostuna fiziki təsir göstərilmişdir. O, bu barədə prokurorluğa və ya müdafiəçisinə məlumat verməmişdir. Onlar iki gün müvəqqəti saxlama yerində saxlayıb buraxmışlar, işin məhkəməyə gedəcəyini bildirmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən pisixotrop maddə çıxmamışdır. Onunla birlikdə saxlanılan şəxsin adı Tural olmuşdur. Polis bölməsində ona verilmiş metamfetaminin üzərindən aşkar edilməsi ilə bağlı çəkiliş aparılmışdır. Turalın da üzərindən heç bir qadağan olunmuş maddə aşkar edilməmişdir. O, Bakı şəhəri 21 aprel 2024-cü il tarixdə gəlmiş, Yasamal rayonunda qohumlarının evində qalmışdır. Polis əməkdaşları ona hədə qorxu gəldikləri üçün ibtidai istintaq zamanı ifadə verərkən psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən hava qaranlıq olmuşdur. Lakin o, saatın neçə olduğunu xatırlamır. Onlar Biləcəri qəsəbəsində saxlamış, iş üzrə şahidlərdən başqa iki nəfər də olmuşdur. O, əvvəllər narkotik vasitə marixuana istifadə etmişdir. Onu ekspert müayinəsindən keçirmək üçün Maştağaya aparmışlar, lakin o, rəylə tanış olmamışdır. Onları bölməyə saat 21-22 radələrində aparmışlar, lakin müdafiəçi 5-6 saat sonra gəlmişdir. O, polis bölməsində olarkən evə xəbər verməsi üçün polis əməkdaşı Vüqardan telefonunu açmasını xahiş etmiş, telefonunu açdıqdan sonra o, xəbər vermişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı polis bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, polis bölməsinə Vüsal adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və gəzdirməsi məlumatı daxil olmuşdur. Onlara şəxsin zahiri əlamətləri haqqında məlumat verilmiş, şəxsin hərəkət trayektoriyası üzrə əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, narkotik vasitələrin gəzdirməsi və saxlanmasında şübhəli olduğu üçün 6-cı polis bölməsinə dəvət etmişlər. İnzibati otaqların birində çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və qadağan olunmuş predmetləri təqdim etməsi təklif olunmuşdur. Vüsal da könüllü olaraq bir bükümdə maddə təqdim etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən yanında başqa şəxs olmasını o, xatırlamır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixoloji təzyiq olmamışdır. Əməliyyat məlumatı ona daxil olmuş, məlumatda Biləcəri qəsəbəsi ərazisində Vüsal adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlanması və gəzdirməsi qeyd edilmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu küçədə tək olmuşdur. O, Təqsirləndirilən şəxs polis bölməsinə hansı avtomobildə gətirdiklərini xatırlamır. O, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışda iştirak etmiş, üzərindən aşkar edilmiş narkotik vasitəni görmüş, tərtib edilmiş protokola imza çəkmişdir. Onlar Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə saat 22-23 radələrində saxlamışlar. Şahid1 əlavə ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsi 15 ilə yaxın müddətdir ki, onun istifadəsindədir. O, Şahid2 istifadəsində hansı mobil telefon nömrəsinin olduğunu xatırlamır. Təqsirləndirilən şəxs saxlanıldığı yer yaşayış massividir, həmin ərazi 1 May massivi adlanır. X14 trasda saxlamamış, massivin içərisində saxlamışlar. Massivdə döngələr var, lakin evlərin nömrələri yoxdur, sadəcə döngələr deyilir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə inspektoru, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində maddə aşkar olunduğuna görə sənədləşdirmə aparılmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən tabe olmuş, sonuncuya qarşı hər hansı fiziki və ya psixoloji təsir göstərilməmişdir. Onlar Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında gecə vaxtı Biləcəri qəsəbəsində, 1 May massivində saxlamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs küçədə tək, piyada olmuşdur. Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlanıl, saxlanılmasında ondan başqa bir nəfər polis əməkdaşı iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış polis bölməsində keçirilmişdir. O, şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan metamfetamini çıxarıb təqdim etmişdir. Ondan başqa polis əməkdaşlarından Şahid1 şəxsi axtarışda iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs Şahid1 məxsus avtomobildə polis bölməsinə gətirmişlər. Həmin vaxt başqa bir şəxsi saxlamalarını o, xatırlamır. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla birlikdə olmuşdur. Vüsalın anası dializ xəstəsidir. O, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğuna görə Vüsalla birlikdə anasını xəstəxanaya aparmışdır. Bundan bir gün sonra yenidən Vüsalla görüşmüş, birlikdə çay içmişlər. Vüsal evinə aparmaq üçün onun idarə etdiyi avtomobilə əyləşmişlər. Bir qədər getdikdən sonra ağ rəngli avtomobilin sürücüsü ona avtomobilin işığını yandırıb söndürməklə saxla işarəsi vermiş, lakin o, avtomobili saxlamamış hərəkətini davam etdirmişdir. Biləcəri qəsəbəsindən Xırdalana tərəf gedən yolda “SOCAR”ın yanında onları saxlamış, telefonlarını alıb 6-cı polis bölməsinə aparmışlar. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar saxlanılarkən üzərilərində heç bir qadağan olunmuş maddə olmamışdır. Onları bölmədə ayırmış, yazılanları məhkəmədə demələrini bildirmişlər. O, qorxduğu üçün hakimə heç nə deməmişdir. Onlar aprel ayında dəqiq xatırlamadığı gündə saat 22-23 radələrində saxlanılmışlar. Həmin vaxt Vüsalla ikisi olmuş, yanlarında başqa şəxs olmamışdır. Polis əməkdaşları dövlət qeydiyyat nişanını xatırlamadığı “Nissan Sunny” markalı avtomobildə olmuş, onu sıxışdırıb, svetoforda saxlamışlar. Maşından 4 nəfər düşmüş, ikisi mülki geyimdə idi, ikisi polis formasında olmuşdir. Mülki geyimdə olan Vüqar adlı polis əməkdaşı avtomobildə öndə əyləşmişdir. O, həmin polis əməkdaşını əvvəllər tanımamışdır. Polis bölməsinə gəldikdən sonra maşını saxlamadığına görə onu döymüşlər. O, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, lakin sonuncu dəfə nə vaxt istifadə etdiyini xatırlamır. Gecə saat 02 radələrində müdafiəçisi gəlmiş, onlara narahat olmamaları, tutulmayacaqları bildirilmişdir. O, müdafiəçisinə baş verənlər barədə danışmamışdır. Bununla bağlı heç yerə şikayət etməmiş, xəsarətləri ilə bağlı həkimə müraciət etməmişdir. O, barəsində olan iş üzrə məhkəmədə bu barədə bildirmişdir O, Təqsirləndirilən şəxsla birlikdə narkotik vasitə istifadə etməmiş, istifadə edəndə görməmişdir. Polis əməkdaşları onları saxladıqları yerdə üzərilərində şəxsi axtarış keçirməmiş, birbaşa polis bölməsinə gətirmişlər. Bölmədə onların üstündən heç bir qadağan olunmuş maddə aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı mütəxəssis X5 göstərmişdir ki, Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsinə dair anten dairəsinin qeyd alındığı ünvanla polis bölməsinin ünvanı arasında olan məsafə təxminən 500-550 metr təşkil edir. Anten məlumatları ərazinin relyefinə görə dəyişə bilər. Saat 22:40-da anten məlumatları polis bölməsinə hava xətti ilə 500 metr məsafəni göstərir. Məhkəmə baxışı zamanı mütəxəssis X6 göstərmişdir ki, mobil nömrələrdən internet istifadəsi zamanı fərqlilik olar. Ən son interneti harada açılmışdırsa proqramdan çıxış etmədən telefonu bağladıqda, daha sonra telefonda həmin proqramı açdıqda ilk harada açılmışdısa oranın yerini verə bilər. Saat 22:37-də koordinatların Yəhya Hüseynov 65, 3 saniyə sonra Binəqədi rayonu, Ələkbərov küçəsi göstərməsinin səbəbi internet sessiyaları ilə bağlıdır. 2 internet səhifəsi açıq olduqda, elə ola bilər. Zəng olduqda daha dəqiq müəyyən etmək olur. Ən dəqiq məlumat zəng və ya sms zamanı bilmək olur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıması və saxlaması barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2024cü il tarixdə saat 22:30-dan şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilmiş və onun üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən, açıq göy rəngli kağöıza bükülmüş 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli, 3-16-6/2-6/2270 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,203 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi– 0,203 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,153 qram. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, istintaq zamanı Binəqədi RPİ-nin 6-cı polis bölməsinin inzibati binasında, iş otağında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı, təhqiqatçının təklifi ilə əynindəki göy rəngli cins şalvarın sol yan cibindən, açıq göy rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli, 5470 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserindən profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş çəkisi 0,203 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,153 qram olan psixotrop maddə metamfetamin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla Şahid2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə bağlı məlumatlar məhkəməyə təqdim edilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X9 adlı 1 azyaşlı uşağı var. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması və polis bölməsində törətmədiyi cinayəti etiraf edilməyə məcbur edilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin və şahid X4 məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, metamfetaminin (təmiz halda qramlarla) daxil olmaqla xeyli miqdar həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halın olmasını, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:30-dan şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 10:40-da təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş həmin tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilmiş, bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,153 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 110 (bir yüz on) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 110 (bir yüz on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 56 (əlli altı) saat hüquqi yardıma görə 336 (üç yüz otuz altı) manat (6x56=336), 54 (əlli dörd) saat hüquqi yardıma görə 594 (beş yüz doxsan dörd) manat (11x54=594), cəmi 930 (doqquz yüz otuz) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,153 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 110 (bir yüz on) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 930 (doqquz yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar