Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-124/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 3/4 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yolun kənarında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Şaqman” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı yük avtomobilində olan hər birinin qiyməti 238 manat təşkil edən 476 manat dəyərində 02 ədəd “MUTLU” markalı 128 1** AH ***0A (EN) gücündə olan yük avtomobili akkumlyatoru və vahid niyyətlə əhatə olunan qəsdlə həmin yerdə dayanmış “xxxx” ASC-yə məxsus “Hova” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilində olan hər birinin qiyməti 250 manat təşkil edən 500 manat dəyərində 02 ədəd “BOSCH” markalı yük avtomobili akkumlyatoru gizli talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 476 manat və zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-yə 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 08 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yolun kənarında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “DAF” markalı LV346TR20 dövlət qeydiyyat nişanlı yük avtomobilində olan hər birinin qiyməti 328 manat təşkil edən 656 manat dəyərində 02 ədəd “DAF” markalı 12V 240AH 1200 A gücündə olan yük avtomobili akkumulyatoru və vahid niyyətlə əhatə olunan qəsdlə həmin yerdə dayanmış “DAF” markalı LV584TR20 dövlət qeydiyyat nişanlı yük avtomobilində olan 314 manat dəyərində 01 ədəd “VARTA” markalı 12V 1150 A (EN) gücündə olan yük avtomobili akkumulyatoru gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 970 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, maşın yuma məntəqəsində yuyucu işləyirdi. Lakin orada işləməyinə baxmayaraq o, gündəlik çox az pul qazanırdı. Onun iş yeri Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşirdi. O, hər gün oradan çıxaraq “Şamaxinka” deyilən əraziyə piyada gəlir və orada 130 saylı avtobusa minərək Lökbatan qəsəbəsinə gedirdi. xx.xx.2020-ci il tarixdə saat təxminən 20 radələrində işdən çıxaraq “Şamaxinka” deyilən əraziyə piyada gəlmişdir. Oradan o, 130 saylı avtobusa minib yola düşmüşdür. Avtobusada olanda Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisindən keçən zaman yolun kənarında böyük yük maşınlarının olduğunu görmüşdür. Son zamanlar pul qazanmadığından fikirləşmişdir ki, həmin yük maşınlarının akkumulyatorlarını oğurlayıb satsın. Ona görə o, avtobus sürücüsünə avtobusu saxlamısını bildirmiş və avtobusdan Xocasən qəsəbəsində yerləşən dayanacaqda düşmüşdür. O, həmin yük maşınılarına yaxınlaşmışdır. Həmin maşınlar üzbəüz dayanmış vəziyətdə dayanmışdılar. Həmin yük maşınlarından biri “Şaqman” markalı digəri isə “Hova” markalı yük maşınları imiş. O, ətrafa baxmış və heç kimin olmadığından əmin olmuşdur. Həmin vaxt hava qaranlıq imiş. O, üzərində olan kəlbətinlə birinci Şaqman maşının daha sonra isə Hova markalı maşının akkumulyatorlarını sökmüşdür. O, həmin akkumulyatorları zibillikdən tapdığı yekə torbalara qoymuşdur. O, həmin torbaları bir qədər yol qırağına çəkmişdir. Həmin akkumulyatorlar 4 ədəd olduğundan, ağır olduğundan və şübhə yaratmamaqdan ötrü o, onların ilkin olaraq ikisini daha sonra isə digərlərini aparmaq qərarına gəlmişdir. Həmin iki akkumulaytoru o, torbaya bükərək maşınların yanında olan daşın qırağında gizlətmişdir. Digər iki akkumulyatoru isə yola çıxartmışdır. Bundan sonra yoldan keçən markası və dövlət qeydiyyat nişanı xatrlamadığı bir taksini saxlamışdır. Həmin şəxsdən onu Lökbatan qəsəbəsinə aparmasını bildirmişdir. O, həmin 2 ədəd akkumulyatoru torbaya bükülmüş vəziyyətdə avtomaşının yük yerinə qoymuşdur. Həmin gün o, həmin taksi ilə Lökbatan qəsəbəsində yerləşən dəmir qəbulu məntəqəsinə sürdürmüşdür. Taksi sürücüsünə 15 manat verib akkumulyatorları yük yerindən götürmüşdür. Həmin iki ədəd akkumlyatoru o, dəmir alınma məntəqəsinə gətirmişdir. İçəri daxil olduqda tanımadığı şəxsə akkumulyatorun olduğunu və satmaq istədiyini bildirmişdir. Həmin şəxsə usta işlədiyini və ona məxsus olan akkumulyatorları satmaq istədiyini bildirmişdir. Həmin şəxs akkumulyatorlara baxmış və iki akkumulyatora 110 manat pul verəcəyini bildirmişdir. O, onunla razılaşmış və həmin akkumulyatorları 110 manata satmışdır. Bundan sonra o, bazarlıq edərək evə getmişdir. Ertəsi gün səhər saat 07 radələrində akkumulayatorları oğurladığı Xocasən qəsəbəsinə getmək üçün yenidən 130 saylı avtobusa minərək akkumulaytorları oğurladığı yerə gəlmişdir. Orada gizlətdiyi digər 2 ədəd akkumulaytoru götürüb yol qırağına çıxarıb və *0404 saylı nömrə ilə taksi sifariş vermişdir. Həmin 2 ədəd akkumulyatoru gələn taksinin yük yerinə qoymuşdur. O, oradan Lökbatan qəsəbəsinə tərəf gəlmişdir. Həmin akkumulyatorları satmaq üçün metal qəbulu yeri axtarmışdır. İlkin metal qəbulu yerə getməmişdir. Fikirləşmişdir ki, yenidən birinci dəfə akkumulyatorları satdığı metal qəbulu yerinə getsə ondan şübhələnəcəklər. Ona görə o, həmin akkumulyatorları ora satmamışdır. O, bir qədər gəzdikdən sonra dövlət nömrəsi xatırlamadığı VAZ 2106 markalı avtomaşında dəmir yığan şəxsləri görmüşdür. Həmin şəxslər xarici görkəmindən qaraçıya oxşuyurlarmış. O, onlara akkumulyator olduğunu, özünə məxsus olduğunu lakin istifadə etmədiyindən satmaq istədiyini bildirmişdir. Həmin akkumulyatorları o, 90 manata satmışdır. Əldə etdiyi pulu o, öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx xxxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Binəqədi rayonu, Xocasən qəsəbəsindən avtobusla keçərkən yük avtomobillərinin sıra ilə yolun kənarında düzüldüyünü görmüşdür. Oğurluq niyyətini həyata keçirmək üçün Xocasən qəsəbəsində yerləşən Murad şadlıq sarayının qarşısında avtobusdan düşmüş və oradan Xocasən qəsəbəsindəki Sahil şadlıq sarayı istiqamətinə tərəf piyada yola düşmüşdür. Yol gedərkən, yolun sağ kənarında yerləşən yük avtomobillərinin saxlanıldığı yerə yaxınlaşmışdır. Bir müddət ətrafa baxış keçirdikdən sonra mühafizəçinin olmadığını görüb üzərində gəzdirdiyi kəlbətin ilə yük avtomobillərindən birinin üzərində olan 02 ədəd akkumlyatorları açaraq cibindən çıxardığı torbaya (meşok) qoymuşdur. Daha sonra oradan olan başqa yük avtomobilin 02 ədəd akkumlyatorunu açsada növbəti gün aparmaq üçün birini yerə qoymuşdur. Digər ikinci akkumulyatoru çıxarda bilməmişdir. Bundan sonra yola çıxaraq *0404 taksi xidmətinə zəng etmişdir. Sifarişi qeydə alınmış və sifariş etdiyi yerə “Mercedes” markalı rəngini xatırlamadığı avtomobil yaxınlaşmışdır. O, taksi sürücüsünə həmin yükü Lökbatan qəsəbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Həmin vaxt taksi sürücüsünə 15 manat pul vermişdir. O, akkumlyatorları Lökbatan qəsəbəsində yerləşən metal qəbulu yerinə apararaq ikisini 110 manat qarşılığında satmışdır. Açaraq hazır saxladığı akkumlyatoru bir gün sonra götürmək fikri olsada həmin gün axşam fikrini dəyişib hazır qoyduğu akkumlyatoru götürmək qərarına gəlmişdir. Belə ki, axşam saatlarında o, çölə çıxmış və yoldan keçən ağ rəngli lakin markasın xatırlamadığı bir maşına Xocasən qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Beləliklə o, yola düşmüş və onun dediyi yerə çatmışdır. Oraya çatdıqdan sonra o, taksiyə 15 manat vermiş və onu yola salmışdır. Taksinin getdiyinə əmin olduqda və ətrafda heç kimin olmamasına əmin olduqda sonra hazır qoyduğu akkumlyatoru götürməyə getmişdir. O, birinci akkumulyatoru qoyduğu yerə tərəf getmişdir. O, həmin akkumulyatoru yük maşının arxa hissəsində gizlətmişdir. Ora yaxınlaşıb onu götürmək istəyən zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq tutub saxlamış və daha sonra polis əməkdaşları gələrək onu 40-cı polis bölməsinə gətirmişlər. Heç kimin onun oğurluq əməllərindən məlumatı olmadığını, oğurluq zamanı heç kim ona köməklik göstərmədiyini, qabaqcadan vədd vermədiyini, akkumulyatorları satan zaman həmin akkumulyatorların özünə məxsus olduğunu, oğurluq olmadığını bildirmişdir. O, əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Valeh oğlu ifadəsində göstərmişdir ki, o, keçmiş polis işçisidir və X2 2020-ci ildə təqaüdə çıxmışdır. LV346TR20 və LV584TR20 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük maşınları onun qardaşı X4 oğlu tərəfindən ona etibar edilmişdir. Binəqədi rayonu, Xocasən qəsəbəsində ona məsus avtomaşın təmir emalatxanası var. həmin qeyd olunan yük maşınlarını da həmin emalatxanın qarşısında saxlamışdır. Həmin yük maşınların üzərində təzə akkumulyatorlar olmuşdur. O, həmin yük maşınlara hər gün baxıb yoxluyurmuş. xx.xx.2020-ci il tarixdə günün ikinci yarısında yük maşınları saxladığı Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində ona etibarnamə ilə etibar edilmiş “DAF” markalı LV346TR20 dövlət qeydiyyat nişanlı yük maşının üzərində 02 ədəd akkumulyatorun üzərində olmadığını qeyd etmişdir. Həmin akkumulyatorlar həmin avtomaşında sadəcə cərəyanla qoşulmuşdur, yəni onun saxlanıldığı qutuda heç bir qıfıl olmamışdır. Bundan sonra digər LV584TR20 dövlət qeydiyyat nişanlı maşının akkumulyator yerinə nəzər yetirdikdə müəyyən etmişdir ki, orada olan bir ədəd akkumulyator yoxdur, digər ikinci akkumulyator isə çıxarılması mümkün olmadığından yerində qalmışdır. O, ətrafa baxdıqda ikinci yük maşının üzərindən götürülmüş 01 ədəd akkumulyator bir qədər qırağda salxanılmış yük maşının arxa hissəsində gizlədilmişdir. Həmin akkumulyatorların hər birinin bazar qiyməti 350 manat təşkil edir. Bundan sonra o, qərara gəlmişdir ki, iki akkumulyatoru götürən şəxs yenidən gizlətmiş bir akkumulyatorun arxasıyca gələcəkdir. Ona görədə o, bir qədər qırağda oturub həmin gizlədilmiş akkumulyatorun arxasıyca gələcək şəxsin gəlməsini gözləyirmişdir. Təxminən 2-3 saat sonra o, həmin yerə ağ rəgli “Kia Rio” markalı lakin dövlət qeydiyyat nişanını görmədiyi bir avtomaşın gəldiyini görmüşdür. Həmin avtomaşından 25-30 yaşlarında bir nəfər oğlan düşüb taksiyə pul vermişdir. Daha sonra həmin taksi sürücüsü oradan uzaqlaşmışdır. Həmin maşından düşən şəxs ətrafa bir qədər göz gəzdirmişdir. Bu zaman o, həmin şəxsin akkumulyatora yaxınlaşdığını görüb ona tərəf qaçmışdır. O, həmin şəxsi saxlamışdır. Onu saxlıyan zaman həmin şəxsin əlində kəlbətin və açarlar var idi. Bundan sonra o, ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermiş və daha sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, **-TP-*** dövlət qeydiyyat nişanlı “Şaqman” markalı yük maşını ona məxsusdur. O, həmin yük maşını ilə işləyir ailəsini dolandırır. O, Binəqədi rayonu Gülüstan qəsəbəsində yaşayır. Qeyd olunan yük maşınını o, Şirəlinin işlədiyi avtodayanacaqda qoyurmuşdur. Həmin yük maşını böyük olduğundan o, yaşadığı yerdə saxlıya bilmədiyindən Şirəlinin işlədiyi dayanacaqda saxlıyır. Təxminən hadisədən 10-15 gün əvvəl o, Şirəliyə həmin yük maşınını satmaq istədiyini bildirmişdir. Şirəli ona heç bir problem olmadığını bildirərək onun yük maşınına nəzarət edəcəyini bildirmişdir. Şirəli gündəlik onun avtomaşınına baxır, o isə arada bir gəlib maşının mühərrikini işə salırmış. xx.xx.2020-ci il tarixdə o, həmin dayanacağa gəlmişdir. O, yük maşınına oturmuş və mühərriki işə salmaq istəyən zaman yük maşnının işə düşmədiyini, cərəyanın olmadığını müəyyən etmişdir. O, dərhal onun akkumulyator bölməsinə baxmış lakin orada onun yük maşınına məxsus akkumulatorların olmadığını müəyyən etmişdir. Bundan sonra bilmişdir ki, onun akkumulyatorları oğurlanıb. Həmin 02 ədəd akkumulyatorların hər birinin bazar qiyməti 250 manat olduğunu bildirmişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 500 manat maddi ziyan dəymişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, “xxxx” ASC-nın direktorudur. Həmin şirkət daxili yük daşıma ilə məşğul olur. O, həmin şirkətin direktorudur. “HOVA” maraklı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun şirkətinə məxsusdur. Hadisədən təxminən 10-15 gün əvvəl o, yük maşının təmir məqsədi ilə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Yük maşınların təmiri və dayanacağı yerinə gətirmişdir. Həmin yerin nəzarətini Şirəli adlı şəxs həyata keçirirdi. O, Şirəliyə həmin yük maşınını təhvil vermiş və bundan sonra oradan getmişdir. Onun şirkəti Kürdəmir rayonunda yerləşir. xx.xx.2020-ci il tarixdə Şirəli onun telefonuna zəng edərək “HOVA” markalı yük maşınından 02 ədəd akkumulyatorların oğurlandığını bildirmişdir. O, bundan sonra Şirəliyə uzaqda olduğunu bildirmiş və ona bu barədə polisə məlumat verməsini bildirmişdir. xx.xx.2020-ci il tarixdə Şirəli ona polisə bu barədə ərizə yazdığını və baş vermiş hadisə zamanı ona 500 manat maddi ziyan dəydiyini bildirmişdir. O, həmin zaman uzaqda olduğundan və işi oduğundan polisə gələ bilməmişdir. Baş vermiş hadisə zamanı 500 manat maddi ziyan dəymişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Tos Oil” yanacaq doldurma məntəqsinin yanında yerləşən metal qəbulu yerində işləyirmiş. O, müxtəlif metalların həmçinin akkumulyatorların təhvili və alınması ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə üzdən tanıdığı Elvin adlı şəxs axşam saatlarında onun işlədiyi yerə gələrək akkumulyator satmaq istədiyini bildirmişdir. Elvin ona Xocasən qəsəbəsində yerləşən yük maşınların təmiri yerində usta işlədiyini və qeyd olunan 02 ədəd akkumulyatorun yararsız oduğundan satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən akkumulyatorları alıb tərəziyə qoymuş və həmin akkumulyatorlara görə 110 manat pul verəcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmış və o, Elvinə 110 manat pul ödədikdən sonra onun anket məlumatları qeydiyyat dəftərində həmin akkumulyatorları satan şəxsin qeydiyyatını aparmış və həmin 02 ədəd akkumulyatoru ondan almışdır. Bundan sonra həmin şəxs ona verdiyi pulları götürərək oradan getmişdir. Bundan başqa xx.xx.2020-ci il tarixdə yenidən Elvin adlı şəxs onun işlədiyi yerə gələrək özünə məxsus 02 ədəd akkumulyatoru satmaq istədiyini bildirmişdir. O, yenidən həmin akkumulyatorları tərəzidə çəkərək ona 110 manat pul verəcəyini bildirmişdir. Eyni qaydada qeydiyyat apardıqdan sonra o, həmin şəxsə 110 manat pul vermiş və o, oradan uzaqlaşmışdır. Bundan sonra o, həmin şəxsi görməmişdir. Bundan sonra işlədiyi metal qəbulu yerinə polis əməkdaşları gələrək Təqsirləndirilən şəxs Firuddun oğlunun onun işlədiyi yerə 04 ədəd akkumulyator satdığını həmin akkumulyatorları o oğurlayaraq ona satdığını bildirmişlər. O, qeyd olunan akkumulyatorları könüllü olaraq polisə təhvil vermiş və bundan sonra bununla əlaqədar Binəqədi RPİ-nin 40-cı PB-da izahat yazmışdır. İş materiallarında olan “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olan şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-818/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ğlunun ********* №-li cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İdrisov X1 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 185.2.1, 185.2.2, 66.3, 70.1-ci maddələrinə əsasən 03 il 02 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il şərti sınaq müddəti hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekpertizasının xx xxxxxx 2020-ci il tarixli, 635 saylı ekspert rəyindən məlum olur ki, təqdim edilmiş fotoşəkillərdə əks etdirilmiş, işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı olan (akkulyatorlar baxışa təqdim edilmədiyinə görə, onların yararlılıq dərəcəsini müəyyən etmək mümkün olmadı) akkumulyatorlara təxminən 40% amortizasiya aşınması (bir qayda olaraq təzə akkumulyatora 1 illik zəmanət verilir) tətbiq edilməklə, 5 ədəd yük avtomobili akkumlyatorunun qalıq qiyməti ilə ümumi dəyəri təxminən 1446,00 (min dörd yüz qırx altı) manat müəyyən edilir. O cümlədən: Bir ədəd “DAF” markalı 12V 240AH 1200 A gücündə olan yük avtomobili akkumlyatoru 328,00 manat (547m - 40%), 2 ədədinin dəyəri 656,00 manat; Bir ədəd “MUTLU” markalı 128 190AH 1250A (EN) gücündə olan yük avtomobili akkumlyatoru 238,00 manat (397m - 40%), 2 ədədinin dəyəri 476,00 manat; Bir ədəd “VARTA” markalı 12v 225 Ah 1150A (EN) gücündə olan yük avtomobili akkumlyatoru 314,00 manat (524m - 40%). təşkil edir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən məlum olur ki, aparılmış ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş qəbzdən görünür ki, ona məxsus 03 ədəd akkumlyatoru Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ramil Vəliyevdən təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, ona məxsus 02 ədəd akkumlyatoru Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ramil Vəliyevdən təhvil almışdır. İş materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham olunması və barəsində seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın 970 manat hesab edilməsi, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın 476 manat hesab edilməsi, zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-yə dəymiş maddi ziyanın 500 manat hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd “MUTLU” markalı 128 1** AH ***0A (EN) gücündə olan yük avtomobili akkumulyatoru iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmasının və sahibinə geri qaytarılmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs oğurladığı 02 ədəd “DAF” markalı 12V 240AH 1200 A gücündə olan yük avtomobili akkumulyatorunun və 01 ədəd “VARTA” markalı 12V 1150 A (EN) gücündə olan yük avtomobili akkumulyatoru iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmasının və sahibinə geri qaytarılmasının nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 12-lik vint açan açar, 01 ədəd bir tərəfi 13-lük, digər tərəfi 15-lik vint açan açar və 01 ədəd kəlbətin iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və həmin predmetlərin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs “xxxx” ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbləri yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu özünün, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin verdiyi ifadələrlə, ekspertiza rəyi və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin şərh edilməsi haqqında xx xxxx 2013-cü il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisində çəkməlidir. İş üzrə maddi sübut olan 02 ədəd “MUTLU” markalı 128 1** AH ***0A (EN) gücündə olan yük avtomobili akkumulyatorunun zərərçəkmiş Zərərçəkmiş şəxs2, 02 ədəd “DAF” markalı 12V 240AH 1200 A gücündə olan yük avtomobili akkumulyatorunun və 01 ədəd “VARTA” markalı 12V 1150 A (EN) gücündə olan yük avtomobili akkumulyatorunun zərərçəkmiş Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə iş üzrə maddi sübut olan və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 12-lik vint açan açar, 01 ədəd bir tərəfi 13-lük, digər tərəfi 15-lik vint açan açar və 01 ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN 700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005, VÖEN **********, müxbirhesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN 700326621, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005, VÖEN **********, müxbirhesab AZ41NA BZ********************, SWİFT-BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan 02 ədəd “MUTLU” markalı 128 1** AH ***0A (EN) gücündə olan yük avtomobili akkumulyatorunun zərərçəkmiş Zərərçəkmiş şəxs2, 02 ədəd “DAF” markalı 12V 240AH 1200 A gücündə olan yük avtomobili akkumulyatorunun və 01 ədəd “VARTA” markalı 12V 1150 A (EN) gücündə olan yük avtomobili akkumulyatorunun zərərçəkmiş Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 12-lik vint açan açar, 01 ədəd bir tərəfi 13-lük, digər tərəfi 15-lik vint açan açar və 01 ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-124/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-124/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver