Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-124/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə xx.xx.1958-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1, qonşusu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 05 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı ünvan 2nvanının damına çıxaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib əlindəki çəkicdən silah qismində istifadə etməklə həmin cəmiyyətə məxsus elektrik naqillərini kəsib, daş hasarı dağıdaraq Zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətə ümumilikdə 9.361 (doqquz min üç yüz altmış bir) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmiş, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı cəmiyyətdə çalışan insanlardan üstün tutub sözügedən cəmiyyətdə işləyən fəhlələrin ünvanına uca səslə qeyri-etik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq o, əlindəki kərpic parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 qəsdən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin arxa səthinin sağ yarısında kürəküstü nahiyənin hematoması ilə müşayiət edilən xəsarətlər, Təqsirləndirilən şəxs2 isə eyni üsulla, yəni əlindəki kərpic parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 qəsdən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol baldırın orta-aşağı 1/3-nin ön səthinin sıyrığı və sol aşıqbaldır oynağının ön-bayır səthinin ağrılarla və hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması ilə müşayitə edilən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 186.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Nümayəndə1 oğlunu təxminən 10 il olar ki, tanıyır. Nümayəndə1 təxminən 2008-2009-cu ildən, yaşadıqları evin yan hissəsində dəri fabriki işlədir. Əvvəllər Nümayəndə1 ilə aralarında heç bir ədavətləri olmamışdır. Ancaq başqa qonşuluqda yaşayan şəxslərlə Nümayəndə1 arasında mübahisələr olmuşdur. Mübahisəyə səbəb isə odur ki, fabrikdən gələn qoxu və səs-küy barəsində qonşular müxtəlif orqanlara şikayət etmişlər. 20 avqust 2022-ci il tarixdə sözügedən fabrikdə yanğın baş vermişdir. Yanğın baş verən zaman fabrikin onun evinin həyətinə baxan pəncərələri sınmış və həyətinə yanğın zamanı şüşə, kərpic qırıntıları tökülmüşdür. Həmin zaman yanğın söndürənlər yanğını söndürən zaman fabrikin damından tökülən su onun istilik sisteminin (kombinin) üzərinə tökülmüş və nəticədə istilik sistemi nasaz vəziyyətə düşmüşdür. O yanğın səbəbindən onun evinə və həyətdə olan əşyalara ziyan dəyməsi barədə Nümayəndə1 bildirmiş. Nümayəndə1 isə ona cavab olaraq dövlətdən sığorta pulunu alacağını, onların da gedib dəymiş ziyanı almalarını bildirmişdir. xx.xx.2022-ci il tarixdə evdə olmayan zaman ailə üzvləri ona zəng edərək həyətlərində tanımadıqları şəxslərin olduqlarını bildirmişdir. O, dərhal həyətə gəlmiş və fabrikdə yanğın olan ərazidə işləyən fəhlələrdən birinin icazəsiz həyətə keçdiyini və video müşahidə kamerasının naqillərini çəkdiyini görmüşdür. O, həyətdə olan zaman həmin şəxsi çağırmış, ancaq sonuncu onun çağırışına məhəl qoymayaraq qaçmış və o, həmin şəxsin arxasınca yaşadığı evin damına çıxaraq həyətdən götürdüyü çəkic vasitəsilə çəkilmiş naqili sındırmışdır. Onun səsinə qonşuluqda yaşayan Vaqif adlı şəxs evdən bayıra çıxaraq, sonuncu da yaşadığı evin damına çıxmış və tikilməkdə olan fabrikə məxsus hasarı əlində olan küt əşya ilə uçurmağa başlamışdır. Həmin zaman isə orada işləyən fəhlələr Nümayəndə1 və onun oğlunu hadisə yerinə çağırmışlar. Vaqifə öz iradını bildirmişdir ki, fabrikin onun həyətinə olan istiqamətdə pəncərəsinin açılmasına icazə verməyəcəkdir. Vaqif isə onu yox etdirəcəyini bildirmişdir. O, daş parçası atmış, həmin daş parçasını atmasına səbəb isə tanımadığı şəxsin onun həyətinə keçdiyi üçün onu qorxutmaq olmuşdur, atdığı daş parçası isə həmin şəxsə dəyməmişdir. O yaşadığı evinn damına çıxan zaman daş parçası atmışdır. Bunların hamısı şər və böhtandır. Qonşular fabrikdən şikayət etdiyi üçün fabrik rəhbərliyi ondan qərəzli şəkildə şikayət edir. Onun məqsədi o olmuşdur ki, fabrikdə artıq 3-cü dəfədir ki, yanğın hadisəsi olmuş, o isə özünü və ailəsinin təhlükəsizliyini qorumaq üçün həyətindən naqillərin keçməsinə etiraz etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 əlavə olaraq ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilməsə də, zərərçəkmiş şəxslə barışmağa cəhd etdiyini, lakin barışıq əldə edə bilmədiyini, evli olduğunu, arvadının hamilə olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini, eyni zamanda verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişir. Məhəmə baxışı zamanı iş üzrə digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 186.1 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, Şamaxı rayonu, 2-ci Cabanı kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsi, nömrəsiz fərdi həyət evində ailəsi ilə birlikdə yaşayır. Nümayəndə1 oğlunu təxminən 10 il olar ki, tanıyır. Yuxarıda qeyd etdiyi ünvanada öz ailə üzvləri ilə birlikdə 2002-ci ildən yaşayır. Nümayəndə1 isə təxminən 2008-2009-cu ildən yaşadıqları evin yan hissəsində dəri fabriki işlədir. Təxminən 2 il bundan əvvəl Vaqif adlı şəxslə aralarında mübahisələri olmuşdur. Həmin fabrikdən gələn səs-küy, çirkab sular, işlənilən kimyəvi maddələrin iyi və ağır çəkili barabanların səs-küyü o və qonşuluqda yaşayan şəxsləri narahat etdiyi üçün, həmçinin çirkab sular evinin içərisinə dolduğu üçün fabrikin dam örtüyündən axan sular onun yeni təmir etdiyi yaşayış evinə maddi ziyan vurduğu üçün aralarında mübahisə yaranmışdır. xx.xx.2022-ci li tarixdə günorta saatlarında həmin fabrikdə yanğın hadisəsi baş vermişdir. Yanğın baş verən zaman yanğın hətta onun yaşadığı evə keçmək üzrə olmuşdur. O, bunun üçün evin daxilində olan əşyaları evdən çıxarmağa məcbur qalmışdır. Yanğın baş verən zaman onun yaşadığı evin dam örtüyünə yanğından geri qalan maddələr tökülmüşdür. Yanğından sonra o, Nümayəndə1 bildirmişdir ki, onun yaşayış evinə maddi ziyan dəymiş, heç olmasa damın üzərinə tökülən qırıntıları öz fəhlələrinə təmizlətdirsin. Vaqif isə bildirmişdir ki, onun vaxtı yoxdur, o, öz hayındadır. 2- 3 gün sonra o, yenidən Nümayəndə1 mobil telefon vasitəsilə zəng vuraraq bildirmişdir ki, ona dəymiş maddi ziyanı ödəsin. Ancaq buna baxmayaraq Vaqif yenə də bildirmişdir ki, onun özünə maddi ziyan dəymiş, onun işi ilə məşğul ola bilməz. xx.xx.2022-ci il tarixdə o, evdə olan zaman yaşadığı evin damından səs eşitmişdir. O, dərhal evin damına çıxmış və görmüşdür ki, həmin fabrikdə yanan hissəni fəhlələr onun yaşadığı evin damına çıxaraq təmir edirlər. O, orada işləyən fəhlələrə bildirmişdir ki, birinci onun yaşadığı evin damını təmir edib, sonra yanan hissəni təmir etsinlər. Fəhlələr isə bildirmişlər ki, onlara belə göstəriş verilmişdir. O, fəhlələrə bildirmişdir ki, onlara təmir işləri aparmalarına icazə verməyəcəkdir. Həmin vaxt fəhlələrin əlində olan küt aləti almış və hasarın kərpicini sökmək istəyən zaman Vaqif və oğlu hadisə yerinə gəlmişlər. Sonuncular gəldikdən sonra Vaqifə bildirmişdir ki, «mən sənə demişdim axı mənim evimin damını təmizlə, yoxsa yağış yağanda mənim evimə ziyan dəyəcək». Vaqif yenə də onun sözünə məhəl qoymamış və bildirmişdir ki, «özün təmizlə». O, isə təmir işlərinə icazə verməyəcəyini bildirmişdir. Daha sonra hasarda olan 1 ədəd kərpici əlində olan küt əşya ilə vuraraq yerindən çıxarmışdır. Bundan sonra görmüşdür ki, fəhlələr və özləri onun üzərinə gəlir və o, aşağı düşmüşdür. Aşağı düşən zaman isə Vaqif və oğlu onu təhqir etmişlər. Orada olan təxminən 30 nəfər əlində mobil telefonla onu çəkmişlər, əgər o, daş parçası ilə Zərərçəkmiş şəxs2 vurmuşdursa, həmin hadisə də video görüntüyə düşmüşdür. Onun məqsədi orada iş getməyinə icazə verməməkdən ibarət olmuşdur. Çünki yanğın zamanı yaşadığı evin damına tökülmüş qırıntıları təmizləməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 əlavə olaraq hazırki vaxta qədər heç vaxt barəsində hər hansı bir cinayət işinin olmadığını, ümumiyyətlə hüquq-mühafizə orqanlarında onunla bağlı heç bir şikayət olmadığını, əvvəllər məhkum olunmadığını, ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilmədiyini, xuliqanlıq cinayətini törətmədiyini, verilmiş olan mülki iddia ilə razılaşmadığını, belə ki, onun tərəfindən müəssisəyə mülki iddia ərizəsində göstərildiyi kimi 15080 manat məbləğində maddi ziyanın vurulmadığını, müəssisəyə həmin məbləğdə maddi ziyanın vurulmasının heç bir sübutla təsdiq edilmədiyini, eyni zamanda hazırda 65(altmış beş) yaşında olmasını, evli olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, eyni zamanda verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq hazırki vaxta qədər onun tərəfindən zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-yə dəymiş ziyandan ödəniş etmədiyini, eyni zamanda dəfələrlə zərərçəkmiş şəxslərlə barışıq əldə etmək istəsə də barışıq əldə edə bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CMin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxış iclasında zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Müdafiəçi3 ifadəsində göstərmişdir ki, həmin müəssisə 2000-ci ildən fəaliyyət göstərir və həmin müəssisə tikilən zaman ərtafda heç kim yaşamamış, həmin ərazi boş ərazi olmuşdur. Onlar həmin müəssisədə dəri alışı və emalı ilə məşğul olurlar. 2003- 2005-ci illərdə onun işlədiyi müəssisənin yanına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ev tikərək, orada yaşamağa başlamışlar. Həmin şəxslər evlərinin heç bir sənədi olmadan ətrafda olan boş torpaqları zəbt etmiş, Təqsirləndirilən şəxs1 onlara məxsus müəssisənin yanında özünə ev tikmiş və evə məxsus olan su çənini müəssisənin damına yerləşdirmişdir. Həmin şəxslər qonşuluqda yaşamağa başladıqları vaxtlardan Nümayəndə1la mübahisə etməyə və ondan pul tələb etməyə başlamışlar. Belə ki, Təqsirləndirilən şəxs2 özünə məxsus, dəyəri 15.000 manat olan sənədsiz evi Nümayəndə1 250.000 manata almasını tələb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 da özünə məxsus 15.000 manat dəyəri olan sənədsiz evi Nümayəndə1 250.000 manata almasını tələb etmişdir. Nümayəndə1 isə sonunculara pulunun olmadığını və onlara məxsus olan evləri almayacağmı bildirmişdir. 2019-cu ilin sonları 2020-ci ilin əvvəllərindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Vaqif Çirinovdan israrla pul tələb etməyə başlamışlar. Onlar bildirmişlər ki, o, pul verməsə onlar dəri emalı sexini müxtəlif orqanlara şikayət etməklə bağlatdıracaqlar. Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayında bir neçə dəfə ona məxsus olan ofisə gələrək, ondan 10.000 manat pul tələb etməyə başlamış və ona bildirmişdir ki, həmin pulu verməsə onu işləməyə qoymayacaq və digər qonşularla birlikdə ondan şikayət edəcəkdir. Vaqif ona demişdir ki, tələb etdiyi pulu versə, Xəyyamın qardaşı Xəlili və digər qonşuları razı salacaqdır. Lakin, tələb etdiyi pulu verməyəcəyi təqdirdə onu işləməyə qoymayacağı, oğlunun başına iş açacağı və ümumiyyətlə sexi bağlatdıracağı ilə hədələmişdir. O isə Vaqifin bu tələbindən imtina etdikdə, sonuncular ondan müxtəlif orqanlara şikayətlər etmişlər və şikayət əsasında müxtəlif orqanlardan yoxlamalar gəlib müvafiq yoxlamalar aparmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Gigiyena və Epidemiologiya Mərkəzi» PHŞ-nin laboratoriyasının Toksikologiya və Fizikikimyəvi tədqiqatlar üzrə labaratoriya bölməsi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli 19 nömrəli səs və titrəmənin müayinə protokolundan da görünür ki, səs və titrəmə normativlərdən aşağıdır. Bundan başqa iş materiallarına əlavə olunmuş FHN-nin Texniki Təhlükəsizliyin yerində qiymətləndirilməsi aktı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 61187 nömrəli aktı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 0087 saylı monitorinq aktı ilə müəyyən edilmişdir ki, həmin məxsus sexin fəaliyyəti səs, titrəmə və iy baxımından bütün standartlara cavab vermişdir. 2020-ci ilin mart ayının ortalarında Xəyyam Nümayəndə1 dəri sexinin işləməsi səbəbindən ona məxsus fərdi yaşayış evində müəyyən təmirə ehtiyac olan hissələrin olduğunu bildirmiş və ondan təmir etdirməsini tələb etmişdir. Bu səbəbdən də, Nümayəndə1 2.000 (iki min) manat dəyərində təmir-tikinti avadanlıqları alaraq Xəyyama göndərmişdir. Bundan sonra Xəyyam Nümayəndə1 əl çəkməyərək hədə-qorxu ilə pul tələb etdiyi üçün o, məcbur qalıb 2020-ci ilin aprel ayının əvvəllərində Xəyyama dəri sexinin əsas giriş qapısının qarşısında 6.000 (altı min) manat məbləğində pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Nümayəndə1 əl çəkməyərək hədə-qorxu ilə pul tələb etdiyi üçün o, məcbur qalıb 28 aprel 2020-ci il tarixdə işlədiyi sexin ofisində Təqsirləndirilən şəxs2 3.000 ABŞ dolları və 2.900 manat pul vermişdir. Vaqifin ondan pul alması otaqda olan videokamera vasitəsilə qeydə alınmış və onu iş materiallarına əlavə olunması üçün təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ondan pulu alan zaman həmin pulun 1.000 manatını Xəyyamın qardaşı Xəlilə, 1.000 manatı isə Xəyyamın digər qardaşı Vətənə verəcəyini, qalan pulu isə özünə götürərək Şamaxı şəhərindən torpaq sahəsi aldığını və həmin pulu oraya ödəyəcəyini bildirmişdir. Bundan sonra bir müddət ondan şikayət etməmişlər. Təxminən iki aydan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nümayəndə1 Vaqifin özünün işlədiyi mağazaya dəvət etmişlər. O, sonuncuların dəvəti əsasında Təqsirləndirilən şəxs2 işlətdiyi mağazaya daxil olduqdan sonra onlar hər ikisi yenidən ona eyni məzmunlu hədə-qorxular gələrək ondan yenə əlavə pul tələb etməyə başlamışlar. Bu səbəbdən o, yenidən məcbur qalıb Təqsirləndirilən şəxs2, sonucunun işlətdiyi mağazanın arxa hissəsində 2020-ci ilin iyul ayında 6.000 (altı min), həmin ilin noyabr ayında 2.000 (iki min) manat, 2021-ci ilin yanvar ayında 2.000 (iki min) manat, 2022-ci ilin iyun ayında 200 (iki yüz) manat və həmin ilin iyul ayında 200 (iki yüz) manat olmaqla ümumilikdə 10.400 (on min dörd yüz) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan pul tələbi ilə bağlı olan səs yazıları ibtidai istintaq aparılan zaman cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim edilmişdir. Bundan sonra 20 avqust 2022-ci ildə sexin 2-ci mərtəbəsində yanğın baş vermiş və həmin yanğın qısa müddətdə söndürüldüyü üçün yanğından qonşulara heç bir zərər dəyməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 baş vermiş yanğını bəhanə edərək Nümayəndə1 evlərini almağı tələb etməyə və o, evləri ala bilməyəcəyini bildirdikdə Təqsirləndirilən şəxs2 ondan evi ala biləcəyi vaxta kimi 20.000 manat pul tələb etmişdir. Belə ki, Vaqifin istəyi ilə o evi ala biləcəyi vaxta kimi 20.000 manatı verməli, daha sonra isə pul düzəldib onun evini almalı idi. Təqsirləndirilən şəxs1 isə özünə məxsus evi 250.000 manata satdığını, lakin dəri sexi onun evinin yaxınlığında yerləşdiyindən evi almaq istəyən müştərinin 250.000 manat deyil aşağı qiymət ödədiyini, bu səbəbdən müştəriyə hansı qiymətə satsa, qalıq pulu ondan tələb edəcəyini bildirmişdir. Vaqif Nümayəndə1 və Xəyyama yox cavabı verdikdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəfələrlə zəng edərək ondan pul tələb etmiş və o, yox cavabı verdikdə sonuncular yanan yeri tikməyi ona qoymayacaqlarını bildirmişlər. O, yenə də yox cavabı vermiş və sexin yanmış hissəsini tikməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində olan küt alətlərlə ona məxsus sexə hücum etmiş, bərpa edilən yerləri əllərində olan küt alətlə dağıtmağa və yerdə olan daş parçalarını işçilərə atmağa başlamışlar. Onların etdiyi bu qeyri-qanuni hərəkət nəticəsində orada olan işçilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarətlər almışlar. Bundan başqa onlar orada olan telefon və internet xətlərini kəsərək müəssisəsinin fəaliyyətinə mane olmuşlar. Onların etdiyi bu qeyri-qanuni hərəkətlər videokamera vasitəsilə qeydə alınmış və həmin videogörüntülər iş materiallarına əlavə olunması üçün təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona hədə qorxu gələrək ondan pul tələb etdikləri üçün o, qeyd etdiyi tarixlərdə Təqsirləndirilən şəxs2 ümumilikdə 13.300 manat və 3.000 ABŞ dolları, Təqsirləndirilən şəxs1 isə 6.000 manat və 2.000 manat dəyərində təmir- tikinti avadanlıqları vermişdir. 05 sentyabr 2022-ci il tarixdə baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə konkret olaraq ümumilikdə 9.361 (doqquz min üç yüz altmış bir) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmənin 13 yanvar 2023-cü il tarixli iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Müdafiəçi3 məhkəməyə mülki iddia ərizəsi verərək, Təqsirləndirilən şəxs2 dəymiş zərərə görə 15080 (on beş min səksən) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, ödənilmiş dövlət rüsumu üçün 85 manat, hüquqi yardıma görə ödənilmiş 250 manat, cəmi 17415 manat, Təqsirləndirilən şəxs1 dəymiş zərərə görə 4680 (dörd min altı yüz səksən) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, ödənilmiş dövlət rüsumu üçün 85 manat, hüquqi yardıma görə ödənilmiş 250 manat, cəmi 7015 manat, ümumilikdə 24430 manat məbləğində pulun alınaraq, zərərçəkmiş şəxsə ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayından Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyir. 20 avqust 2022-ci ildə işlədiyi sexin 2-ci mərtəbəsində yanğın baş vermiş, həmin yanğın qısa müddətdə söndürülmüş və həmin yanğın nəticəsində qonşulara heç bir zərər dəyməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o və digər işçilər sexin yanmış hissəsini təmir edən zaman onların işlədikləri sexin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində olan küt alətlərlə işlədikləri sexə hücum edərək bərpa edilən yerləri əllərində olan küt alətlə dağıtmağa başlamış, yerdə olan daş parçalarını o və digər işçilərin üstünə atmış və onlardan işi dayandırmalarını, həmçinin sexin fəaliyyətini dayandırmasını tələb etmişlər. Sonuncular onları nalayiq ifadələrlə təhqir edərək ölümlə hədələmişlər. Onları nalayiq ifadələrlə təhqir etdikləri üçün ətrafda yaşayan vətəndaşlar yığışmışdır. Təqsirləndirilən şəxs1 əlində olan daş parçasını onun üstünə atmış və həmin daş onun başına dəyəcəyi üçün əyilmiş və daş onun kürək nahiyəsinə dəydiyi üçün o, belindən xəsarət almışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olan telefon və internet xətlərini kəsərək müəssisəsinin fəaliyyətinə mane olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Nümayəndə1 pul tələb etdikləri və Nümayəndə1 da onların tələb etdikləri pulu vermədiyi üçün sexə hücum edib onların tikintibərpa işləri görmələrinə mane olmuşlar. Adını sonradan Xəyyam kimi bildiyi şəxsin atdığı daş onun kürək nahiyəsinə dəymiş və o, xəsarət almışdır. Həmin şəxslərin hərəkətləri onların iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ona verilmiş suallara cavab olaraq, yanğının elektrik xətlərində baş verən nasazlıq səbəbindən 2-ci mərtəbədə, təxminən 100 m2 ərazidə baş verdiyini, hadisə baş verən vaxt Xəyyamın daşla pəncərəni sındırdığını, Vaqifin isə hasarı dağıtdığını, orada təxminən 7-8 nəfər adamın olmasını, təqsirləndirilən şəxslərin hadisəni videoya çəkdiklərini və polisə zəng vurduqlarını gördükdən sonra özlərinin getdiyini, təqsirləndirilən şəxslər birinci dəfə nahar vaxtı hücum etdiklərini və bu zaman zavoda məxsus pəncərini sındırdıqlarını, eyni zamanda hasarı dağıtdıqlarını, hücumların arasında pəncərənin təmir edildiyini, hörgü işlərinin görüldüyünü, ikinci dəfə hücum edən zaman yenidən böyük pəncərəni dağıtdıqlarını, onların atdıqları daşların yerə düşdüyünü, Təqsirləndirilən şəxs2 divarın yan və alt hissələrini dağıtdığını, zavodun internet xətlərini kəsdiyini, dəymiş ziyanın hesablanması ilə bağlı akt tərtib edilən zaman orada iştirak etmədiyini, təqsirləndirilən şəxslərlə əvvəllər aralarında hər hansı bir ədavət olmadığını,onların zavoda hücum çəkməsində məqsəd zavodu bağlatmaq olduğunu, ətrafda olan fərdi yaşayış evləri zavoddan fərqli məsafələrdə yerləşdiyini, zavoda ən yaxın olan məsafədə yerləşən evin Təqsirləndirilən şəxs2 məxsus olmasını, ona Xəyyamın daş atdığını, Vaqifin evi ilə zavodun arasındakı məsafə az olduğunu bildirmişdir, eyni zamanda hazırki vaxta qədər cinayət işi üzrə təqsirləndirilən şəxslərlə barışmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 5 ay olar ki, Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyir. 20 avqust 2022-ci ildə işlədiyi sexin 2-ci mərtəbəsində yanğın baş vermiş, həmin yanğın qısa müddətdə söndürülmüş və həmin yanğın nəticəsində qonşulara heç bir zərər dəyməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o və digər işçilər sexin yanmış hissəsini təmir edən zaman onların işlədikləri sexin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində olan küt alətlərlə işlədikləri sexə hücum edərək bərpa edilən yerləri əllərində olan küt alətlə dağıtmağa başlamış, yerdə olan daş parçalarını o və digər işçilərin üstünə atmış və onlardan işi dayandırmalarını, həmçinin sexin fəaliyyətini dayandırmasını tələb etmişlər. Sonuncular onları nalayiq ifadələrlə təhqir edərək ölümlə hədələmişlər. Onları nalayiq ifadələrlə təhqir etdikləri üçün ətrafda yaşayan vətəndaşlar yığışmışdır. Təqsirləndirilən şəxs2 əlində olan daş parçasını onun üstünə atdığı üçün o, ayağından xəsarət almışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olan telefon və internet xətlərini kəsərək müəssisəsinin fəaliyyətinə mane olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Nümayəndə1 pul tələb etdikləri və Nümayəndə1 da onların tələb etdikləri pulu vermədiyi üçün sexə hücum edib onların tikinti-bərpa işləri görmələrinə mane olmuşlar. Adını sonradan Vaqif kimi bildiyi şəxsin atdığı daş onun sol ayağına dəymiş və o, xəsarət almışdır. Həmin şəxslərin hərəkətləri onların iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq, hazırda təxminən 9 ay olar ki, Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işlədiyini, təqsirləndirilən şəxslərin həmin vaxt daşları onların işlədikləri zavodun üstünə atdıqlarını, baş vermiş hadisədən əvvəl təqsirləndirilən şəxsləri tanımadığını, aralarında əvvəllər heç bir ədavət olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin fevral ayından Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyir. 20 avqust 2022-ci ildə işlədiyi sexin 2-ci mərtəbəsində yanğın baş vermiş, həmin yanğın qısa müddətdə söndürülmüş və həmin yanğın nəticəsində qonşulara heç bir zərər dəyməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o və digər işçilər sexin yanmış hissəsini təmir edən zaman onların işlədikləri sexin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində olan küt alətlərlə işlədikləri sexə hücum edərək bərpa edilən yerləri əllərində olan küt alətlə dağıtmağa başlamış, yerdə olan daş parçalarını o və digər işçilərin üstünə atmış və onlardan işi dayandırmalarını, həmçinin sexin fəaliyyətini dayandırmasını tələb etmişlər. Sonuncular onları nalayiq ifadələrlə təhqir edərək ölümlə hədələmişlər. Onları nalayiq ifadələrlə təhqir etdikləri üçün ətrafda yaşayan vətəndaşlar yığışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlində olan daş parçalarını onun və digər işçilərin üstünə atdıqları üçün orda işləyən işçilər Cəlal və Sabir xəsarətlər almışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olan telefon və internet xətlərini kəsərək müəssisəsinin fəaliyyətinə mane olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Nümayəndə1 pul tələb etdikləri və Nümayəndə1 da onların tələb etdikləri pulu vermədiyi üçün sexə hücum edib onların tikinti-bərpa işləri görmələrinə mane olmuşlar. Həmin şəxslərin hərəkətləri onların iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X1 ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ilin avqust ayından Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyir. 20 avqust 2022-ci ildə işlədiyi sexin 2-ci mərtəbəsində yanğın baş vermiş, həmin yanğın qısa müddətdə söndürülmüş və həmin yanğın nəticəsində qonşulara heç bir zərər dəyməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o və digər işçilər sexin yanmış hissəsini təmir edən zaman onların işlədikləri sexin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində olan küt alətlərlə işlədikləri sexə hücum edərək bərpa edilən yerləri əllərində olan küt alətlə dağıtmağa başlamış, yerdə olan daş parçalarını o və digər işçilərin üstünə atmış və onlardan işi dayandırmalarını, həmçinin sexin fəaliyyətini dayandırmasmı tələb etmişlər. Sonuncular onları nalayiq ifadələrlə təhqir edərək ölümlə hədələmişlər. Onları nalayiq ifadələrlə təhqir etdikləri üçün ətrafda yaşayan vətəndaşlar yığışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlində olan daş parçalarını onun və digər işçilərin üstünə atdıqları üçün orda işləyən işçilər Cəlal və Sabir xəsarətlər almışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olan telefon və internet xətlərini kəsərək müəssisəsinin fəaliyyətinə mane olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Nümayəndə1 pul tələb etdikləri və Nümayəndə1 da onların tələb etdikləri pulu vermədiyi üçün sexə hücum edib onların tikinti-bərpa işləri görmələrinə mane olmuşlar. Həmin şəxslərin hərəkətləri onların iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin dekabr ayından Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyir. 20 avqust 2022-ci ildə işlədiyi sexin 2-ci mərtəbəsində yanğın baş vermiş, həmin yanğın qısa müddətdə söndürülmüş və həmin yanğın nəticəsində qonşulara heç bir zərər dəyməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o və digər işçilər sexin yanmış hissəsini təmir edən zaman onların işlədikləri sexin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində olan küt alətlərlə işlədikləri sexə hücum edərək bərpa edilən yerləri əllərində olan küt alətlə dağıtmağa başlamış, yerdə olan daş parçalarını o və digər işçilərin üstünə atmış və onlardan işi dayandırmalarını, həmçinin sexin fəaliyyətini dayandırmasmı tələb etmişlər. Sonuncular onları nalayiq ifadələrlə təhqir edərək ölümlə hədələmişlər. Onları nalayiq ifadələrlə təhqir etdikləri üçün ətrafda yaşayan vətəndaşlar yığışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlində olan daş parçalarını onun və digər işçilərin üstünə atdıqları üçün orda işləyən işçilər Cəlal və Sabir xəsarətlər almışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olan telefon və internet xətlərini kəsərək müəssisəsinin fəaliyyətinə mane olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Nümayəndə1 pul tələb etdikləri və Nümayəndə1 da onların tələb etdikləri pulu vermədiyi üçün sexə hücum edib onların tikiııti-bərpa işləri görmələrinə mane olmuşlar. Həmin şəxslərin hərəkətləri onların iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin avqust ayından Zərərçəkmiş şəxs1 MMC-də fəhlə işləyir. 20 avqust 2022-ci ildə işlədiyi sexin 2-ci mərtəbəsində yanğın baş vermiş, həmin yanğın qısa müddətdə söndürülmüş və həmin yanğın nəticəsində qonşulara heç bir zərər dəyməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o və digər işçilər sexin yanmış hissəsini təmir edən zaman onların işlədikləri sexin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əllərində olan küt alətlərlə işlədikləri sexə hücum edərək bərpa edilən yerləri əllərində olan küt alətlə dağıtmağa başlamış, yerdə olan daş parçalarını o və digər işçilərin üstünə atmış və onlardan işi dayandırmalarını, həmçinin sexin fəaliyyətini dayandırmasmı tələb etmişlər. Sonuncular onları nalayiq ifadələrlə təhqir edərək ölümlə hədələmişlər. Onları nalayiq ifadələrlə təhqir etdikləri üçün ətrafda yaşayan vətəndaşlar yığışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlində olan daş parçalarını onun və digər işçilərin üstünə atdıqları üçün orda işləyən işçilər Cəlal və Sabir xəsarətlər almışlar. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 orada olan telefon və internet xətlərini kəsərək müəssisəsinin fəaliyyətinə mane olmuşlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Nümayəndə1 pul tələb etdikləri və Nümayəndə1 da onların tələb etdikləri pulu vermədiyi üçün sexə hücum edib onların tikinti-bərpa işləri görmələrinə mane olmuşlar. Həmin şəxslərin hərəkətləri onların iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2 və Şahid5 Bəhman oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə1 oğlunun müraciəti əsasında toplanmış material üzrə CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xuliqanlıq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən dəri sexində baş vermişdir. xx.xx.2022-ci il tarixli, 1909 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol baldırın orta-aşağı 1/3-nin ön səthinin sıyrığı və sol aşıq-baldır oynağının ön-bayır səthinin ağrılarla və hərəkət məhdudluğu ilə müşayiət olunan hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə kərpiclə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2022-ci il tarixli, 1910 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin sağ yarısında kürəküstü nahiyənin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə daşla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2022-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Nümayəndə1 oğlu ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Nümayəndə1 oğlu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Nümayəndə1 oğlu ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Nümayəndə1 oğlu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığı 04 noyabr 2022-ci il tarixdə saat 19:00-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 faktiki azadlığı 04 noyabr 2022-ci il tarixdə saat 20:00-da məhdudlaşdırılaraq həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus dəri istehsalat müəssiəsinin elektrik xətlərinin kəsilməsi nəticəsində baş vermiş qısa qapanmadan dəri istehsalında istifadə edilən iki barabanın motorları və inventorları, ellektrik şitinin avtomat və puskatelləri sıradan çıxmış, internet və telefon əlaqəsi kəsilmiş, kamera nəzarıti mümkün olmmaışdır. Dəymiş maddi ziyanın ümumi məbləği 9361 (doqqyz min üç yüz altmış bir) manat təşkil edir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 221.3-ci maddəsindən həmin Məcəllənin 186.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 186.1 və 221.3-cü maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 186.1 və 221.3-cü maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nicat Nayıbovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs1 saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nicat Nayıbovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs1 saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 oğlunun istintaqa təqdim etdiyi videoçəkiliş əks olunan 1 ədəd yaddaş kart iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, sonuncuların CM-in 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. CPM-in 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərmişdir ki, CPM-in 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bundan başqa həmin qərarda göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. X7 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməsi iş materialları ilə təsdiq edilmir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, həmin hadisə 05 sentyabr 2022-ci il tarixdə baş vermiş, 03 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanması barədə qərar çıxarılmış və hadisənin baş verməsindən cinayət işinin başlanmasından 1 ay keçdikdən sonra zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli akt təqdim edilmiş və həmin aktda ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus dəri istehsalat müəssiəsinin elektrik xətlərinin kəsilməsi nəticəsində baş vermiş qısa qapanmadan dəri istehsalında istifadə edilən iki barabanın motorları və inventorları, elektrik şitinin avtomat və puskatelləri sıradan çıxması, internet və telefon əlaqəsi kəsilməsi, kamera nəzarətinin mümkün olmaması, dəymiş maddi ziyanın ümumi məbləğinin 9361 (doqquz min üç yüz altmış bir) manat olması göstərilmişdir. Lakin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 ifadə verən zaman onun həyətindən video müşahidə kameralarının naqillərinin keçməsinə icazə vermədiyini bildirmiş, eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, şahid qismində ifadələri alınmış X6, X1, Şahid3 və Şahid6 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olan aktda göstərildiyi kimi elektrik xəttlərinin deyil, telefon və internet xətlərini kəsdiklərini bildirmişlər. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. CM-in 186.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci madddəsinin qeyd hissəsinin 2-ci bndinə əsasən Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli qərarına əsasən əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüququ tövsüfü xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Həmin ziyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq, şərti maliyyə vahidinin bir min mislindən az olduqda, təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə, ziyanın məbləği xeyli və ya küllü miqdar olduqda, habelə xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə, əməl cinayətlərin məcmuyuqaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci, yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, təüqsirləndirilən şəxslərin əməlləri nəticəsində zərərşəkmiş hüquqi şəxsin əmlakına maddi ziyan vurulsa da, həmin maddi ziyanın məbləği xeyli miqdarda olmamışdır. Belə ki, cinayət işinin materialllarına əlavə edilmiş videogörüntülərdən də də görünür ki, Təqsirləndirilən şəxs1 əlində olan daş parçasını atmış, digər təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs2 isə əlində olan “lom” və “çəkic” vasitəsi ilə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus zavodun ikinci mərtəbəsində olan pəncərinin kərpicləri dağıtmışdır. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan CM-in 221.3-cü maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Zərərçəkmiş şəxs3 və şahidlərin ifadələri, eləcə də xx.xx.2022-ci il tarixli, 1910 nömrəli ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş CM-in 221.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 evli olmasını, arvadının hamilə olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 04 noyabr 2022-ci il tarixdə saat 19:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın verilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, qərar ona həmin tarixdə saat 18:00-da elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 1 (bir) gün müddətində həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Zərərçəkmiş şəxs2 və şahidlərin ifadələri, eləcə də xx.xx.2022-ci il tarixli, 1909 nömrəli ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş CM-in 221.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq 04 noyabr 2022-ci il tarixdə saat 20:00-da məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın verilməsindən imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, qərar ona həmin tarixdə saat 18:30-da elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 1 (bir) gün müddətində həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 45 (qırx beş) saat vaxt sərf etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə cəmi 48 (qırx səkkiz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 48 (qırx səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Müdafiəçi3 tərəfindən təqdim edilmiş mülki iddiaya dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 186.1ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri sübuta yetirlmədiyi və onlara CM-in həmin maddəsi ilə bəraət verildiyi üçün məhkəmə verilmiş mülki iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin etibarnamə üzrə nümayəndəsi Müdafiəçi3 mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası təmin edilməsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında göstərdiyi cəmi 48 (qırx səkkiz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-124/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-124/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver