Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-126/2021 23.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, 2-ci M.Abbasov küçəsi ev 10-da yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu «Papanin» adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən 60 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə təmiz çəkisi 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üstündə saxlayaraq daşımış, xx.xx.2020-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3-cü Dağlıq küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,173 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 və 0,017 qram, ümumi çəkisi 0,062 qram təşkil edən kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hal-hazırda evli olduğunu və fərdi əməklə məşğul olmasını bildirmişdir. O, uzun müddətdir ki, narkotik vasitə aludəçisi olmuş və xx.xx.2020-ci il tarixdə narkotik vasitəsi eləcə də, psixotrop maddə metamfetamini qurtardığı üçün onları əldə etmək məqsədi ilə evdən səhər saatlarında çıxmış və yol avtomobillərinin birinə minib Nəsimi rayonu «Papanin» adlanan yerə gəlmiş, orada əvvəllər üzdən tanıdığı bir neçə dəfə narkotik və psixotrop maddə aldığı 30 yaşlarında olan bir orta boylu, qarayanız kişi ilə rastlaşmış və ondan 60 manata öz istifadəsi üçün bir büküm narkotik vasitə hesab edilən heroin və 2 büküm metamfetamin alıb şalvarının sağ yan cibinə qoyaraq üzərində saxlamışdır ki, evə gəlib istifadə etsin. Həmin gün yəni, xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində Biləcəri qəsəbəsi 3-cü Dağlıq küçəsində olduğu zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəlləndiklərini bildirmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra, onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. O, onlarla bilikdə polis bölməsinə gəlmiş, bölmədə xidməti otaqda ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra, onun xahişi ilə hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, ona üzərində saxlanılan hər hansı bir qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuşdur. O, könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən üç ədəd ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə və psixotrop maddə olan metamfetamin bükümlərini təqdim etmişdir. Təqdim etdiyi bükümlər açılmış və onun içərisində bir bükümdə “heroin” adlanan narkotik vasitə və digər iki bükümdə isə metamfetamin olduğunu, həmin narkotiki və psixotrop maddəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən o, saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı heç bir zor və təziq edilməmişdir. Əməlindən peşman olduğunu, cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanda yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən Polis Bölməsinin rəhbərliyinə raportla məruzə edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair müvafiq qərar qəbul olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmış və həmin qurupa o, və Binəqədi RPİ-nin 6-cı PB-nin CA-üzrə kiçik inspektoru polis baş serjantı Şahid1 daxil edilmişdir. Bundan sonra, tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxx 2020-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 3-cü Dağlıq küçəsində Təqsirləndirilən şəxs saxlanılmış və ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsindən şübhələndiklərini bildirmişlər və ona hüquq və vəzifələrini izah etmişlər. O, özünü Təqsirləndirilən şəxs olduğunu bildirmiş və sonra onlar ona birlikdə polis bölməsinə getməyi təklif etmişlər. O, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində onlar raportla bu barədə bölmənin rəhbərliyinə məruzə etmişlər və bölmənin rəhbərliyi onunla bağlı araşdırma aparılmasını bölmənin təhqiqatçısı Ağahüseyn Həsənova həvalə etmişdir. Bölmədə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra, onun xahişi ilə hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİnin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən ona üzərində saxlanılan hər hansı bir qanunsuz əşya varsa təqdim edilməsi təklif olunmuşdur. Video çəkiliş Binəqədi RPİ-nin EKQ-nin ekspert-kriminalisti polis kapitanı Fuad Cəbrayılov tərəfindən həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən üç ədəd ağ rəngli kağıza bükülmüş bükümlərini təqdim etmişdir. Təqdim etdiyi bükümlər açılmış və onun içərisində Təqsirləndirilən şəxs bir bükümdə “heroin” adlanan narkotik vasitə və digər iki bükümdə isə metamfetamin olduğunu, həmin narkotiki və psixotrop maddəni öz istifadəsi üçün üzərində saxladığını, narkotiki və psixotrop maddələri bu gün “Papanin” adlanan yerdə, üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 60 manata aldığını bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman və üzərinə şəxsi axtarış keçirilən vaxtı ona qarşı heç bir zor və təziq edilmədiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş RPİ-nin 6-cı PB-də cinayət axtarış üzrə kiçik inspektor vəzifəsində işləyən Şahid1 ifadəsindən məlum olur ki, o, Şahid2 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2211 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 3 (üç) ədəd bükümdə, onlardan 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qr və 0,017 qr,ümumi təmiz çəkisi 0,62 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahılarına aiddir. Tədqiqata sərf edildi heroin – 0,05 qram, qalıq – 0,123 qram, metamfetamin – 0,04 qram, qalıq – 0,022 qram. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 6/2211 saylı, xx.xx.2020-ci il tarixdə aparılmış tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-861/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2019-cu il tarixində cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 1(001)-441/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tuutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Binəqədi RİH Başçısının X7 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla, onun haqqında X7 ərazi dairəsi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 3509 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş xx xxxxxxx 2020-ci il tarixli ittiham əsaslı və qanuni olduğundan qüvvəsində saxlanılması və barəsində Binəqədi rayon məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045qr və 0,017 qr. ümumi təmiz çəkisi 0,062 qr ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,173 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayətin predmeti olduğundan və iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi və məhkəmə kimyəvi ekspertiza tədqiqatından sonra psixotrop maddə -metamfetamin qalmış 0,022 qram qalığı, narkotik vasitə-heroinin 0,123 qram qalmış qalığı təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Binəqədi RPİ- nin saxlanc anbarına təhvil verilməsi, video çəkliş vasitəsi ilə şəxsi axtarışın və götürmənin keçirilməsi ilə bağlı “CD” video diskinə köçürülmüş görüntülər iş üzrə mühüm əhəmiyyət kəsb etməsini və sübutetmənin predmeti olduğundan həmin “CD” video disk maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4(001)-7/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün müddətinə uzadılmışdır. İş materiallarında olan “elektron məhkəmə portalından çıxarışdan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı iki övladı vardır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə, iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlaması cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını, ailəsinin yeganə qazanc mənbəyi olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ilə əlaqədar azadlığa çıxmasından iki il keçmədən yenidən qəsdlə cinayət törətdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ona cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə uyğun olaraq residivə görə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəza çəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,123 qram narkotik vasitə olan - heroin və qalıq çəkisi 0,022 qram psixotrop maddə olan - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, maddi sübut kimi tanınan və cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd video-disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-126/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və əmlak müsadirəsi yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356-357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ013501**********1944 S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,123 qram narkotik vasitə olan heroin və qalıq çəkisi 0,022 qram psixotrop maddə olan - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd video-disk cinayət işi materialında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-126/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-126/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver