Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-126/2023 09.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi Qeydiyyat-İmtahan İdarəsi tərəfindən xx.xx.2014-cü ildə verilmiş xx.xx.2024-cü il tarixədək etibarlı olan AC 514478 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi üzrə nəqliyyat vasitəsini idarəetmək hüququ Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixədək məhdudlaşdırılaraq, sürücülük vəsiqəsi qərara əlavə edilmədiyindən, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanaraq müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacağına baxmayaraq, 15 iyul 2022-ci ildə saat 18 radələrində «X9» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan Bakı-Quba- Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində idarə etdiyi “SKODA SUPER B” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4 zolaqlı yolun sol zolağı ilə Quba rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən hərəkəti üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyib «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, yolun sağ kənarından adi qaçışla 13,4 metr məsafə qət etmiş alkoqol sərxoşluğu vəziyyətində olan piyada 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ künc hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə beyin travması, sol bazu sümüyünün proksimal ucunun qapalı qəlpəli yerdəyişən, sol oturaq və kürək sümüklərinin yerdəyişməyən sınıqları xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2014-cü ildə ona xx.xx.2024-cü il tarixədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2021-ci ildə Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixədək müddətinə məhdudlaşdırılmışdır. Lakin, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə iclaslarının vaxtı barədə məlumatı olmamış, həmçinin, sözügedən məhkəmə qərarını da rəsmi olaraq əldə etməmişdir. EQ ******* saylı protokol üzrə qəbul edilmiş 80 manat inzibati cəriməni isə xx.xx.2021-ci il tarixdə, saat 15:59-da ödəməsinə baxmayaraq, xx.xx.2021-ci il tarixdə onun nəqliyyat vasitələrini idarə etmək hüququ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmışdır. Buna baxmayaraq, onun həmin qərardan məlumatı olmadığı üçün nəqliyyat vasitələrini idarə etməyə davam etmiş və bu müddət ərzində yol polisi əməkdaşları tərəfindən məhdudiyyətlə bağlı bir dəfə də olsun saxlanılmamışdır. Həmin müddət ərzində sürücülük vəsiqəsi də özündə olmuşdur. 15 iyul 2022-ci ildə saat 18 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində 4 zolaqlı yolun soldan 1-ci zolağı ilə idarə etdiyi “SKODA SUPER B” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində 70- 80 km/saat sürətlə hərəkətdə olarkən yolun orta zolağında, yəni sağ tərəfdə bir nəfər piyada kişinin adi qaçışla onun hərəkətdə olduğu zolağa tərəf düzünə qaçdığını görmüşdür. Piyada kişini vurmamaq üçün tormoz etmiş, buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sağ künc hissəsi ilə həmin piyada kişini vurmuşdur. Zərbənin təsirindən kişi avtomobilin qabaq alın şüşəsinin sağ küncünə dəyib avtomobilin sağ tərəfinə düşmüşdür. Bundan sonra avtomobili dayandıraraq, düşüb kişiyə yaxınlaşaraq onun xəsarət aldığını görmüşdür. Kişinin nəfəsindən spirtli içki qoxusu gəlmişdir. Həmin kişini avtomobilinə mindirib onu Abşeron rayon xəstəxanasına aparmışdır. Orada həkimə piyadanı idarə etdiyi avtomobillə vurduğunu demişdir. Yaralıya orada tibbi yardım göstərildikdən sonra onu KTM-ə göndərmişlər. KTM-də sənədlərini polis əməkdaşına təqdim etmişdir. Hadisə zamanı sərxoş olmamış, idarə etdiyi avtomobildə yük və sərnişin olmamışdır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən onun barəsində qəbul edilmiş 27 aprel 2021-ci il tarixli qərardan məlumatı olmamışdır, yalnız yol-nəqliyyat hadisəsi baş verdikdən sonra həmin qərardan məlumatlı olmuşdur. Bundan sonra isə EQ4489965 saylı inzibati tənbehvermə haqqında qərarla müəyyən edilmiş cərimə borcunu ödədiyindən vəsatətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 3(002)-560/2021 saylı qərarının icrasına xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş olan vəsatət təmin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 3(002)-560/2021 saylı qərarının icrasına xitam verilmişdir. Sonradan cinayət işinin məhkəmə istintaqı zamanı ona məlum olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə onun nəqliyyat vasitələrini idarəetmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 3(002)-560/2021 saylı qərarının icrasına xitam verilsə də, əslində EQ ******* saylı inzibati tənbehvermə haqqında qərarla müəyyən edilmiş cərimə məbləğini o onun barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən 27 aprel 2021-ci il tarixli 3(002)-560/2021 saylı qərar qəbul edilməmişdən əvvəl 09 aprel 2021-ci il tarixdə ödəmişdir. Lakin, buna baxmayaraq onun nəqliyyat vasitələrini idarəetmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmışdır. Bu səbəbdən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 3(002)-560/2021 saylı qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə və eyni zamanda həmin qərarın ləğv edilməsinə dair apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, sözügedən qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddət Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadı ilə bərpa edilmiş, vermiş olduğu şikayətə mahiyyəti üzrə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 3(002)-560/2021 saylı qərarı ləğv edilmiş və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması barədə onun barəsində qəbul edilmiş həmin inzibati tənbehvermə haqqında qərar da ləğv edildiyindən hesab edir ki, o sürücülük hüququ məhdudlaşdırılmış şəxs hesab edilmir. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş şəxslə də barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən təqsirli bilindiyi cinayət əməlinin CM-in 263-1.1-ci maddəsindən CM-in 263.1-ci maddəsinə tövsif edilməsini və barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Astara rayonuna yas yerinə getmək məqsədi ilə avtobusa bilet almaq məqsədi ilə 15 iyul 2022-ci ildə saat 16 radələrində Bakı Beynəlxalq avtovağzalına getmişdir. Orada ona Astara rayonuna həmin günə biletlər satıldığını və səhəri günə bilet olacağını bildirmişlər. Bu səbəbdən həmin gün rayona gedəsi olmamış və saat 16:30 radələrində yemək yeyərkən təxminən 150 qram spirtli içki olan araq içmişdir. Həmin gün saat 18 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində, Bakı Beynəlxalq avtovağzalının yaxınlığında yolun Bakı şəhəri istiqamətinə olan hissəsini piyada keçmişdir. Sumqayıt şəhərinə getmək məqsədi ilə yolun Quba rayonu istiqamətinə olan hissəsinə daxil olaraq avtomobillərin qarşısından yolu adi qaçışla keçməyə başlamışdır. Avtomobillər ona yol verərək yolun 3 zolağını tam keçmiş, amma sonuncu zolağa daxil olduqda onu “SKODA SUPER B” minik markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil vuraraq xəsarət yetirmişdir. Həmin avtomobilin sürücüsü, yəni hazırda tanıdığı Təqsirləndirilən şəxs onu öz avtomobili ilə Bakı şəhərindəki KTM-ə aparmışdır. Orada müalicə olunaraq sağalmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərək piyada Zərərçəkmiş şəxs vurması və piyadanın yol nəqliyyat hadisəsi zamanı sağlamlığa az ağır zərər vuran xəsarət alması faktına görə CM-in 263-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, 15 iyul 2022-ci il tarixdə piyada Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7-ci kilometrində baş vermişdir. xx.xx.2022-ci il tarixli, 2/23564 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-PB-*** dövlət nömrə nişanlı “Skoda Super B” markalı avtomobilin idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının xx.xx.1998-ci il tarixli hökmü ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2002-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2022-ci il tarixli 47Ə №-li Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və Patoloji X1 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - baş beyin silkələnməsi ilə müşaiyət olunan qapalı kəllə beyin travması, sol bazu sümüyünün proksimal ucunun qapalı qəlpəli yerdəyişən, sol oturaq və kürək sümüklərinin yerdəyişməyən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. xx.xx.2022-ci il tarixli, 8/1954 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, “SKODA SUPER B” minik markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli Baş Dövlət Yol Polis İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AC 514478 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixədək müddətinə məhdudlaşdırılsa da sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXMin 153.3-cü maddəsinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktına görə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair təhqiqatçı Rauf Cəfərovun 15 avqust 2022-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 3(103)-1058/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, «Skoda Super B» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilməyərək, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlin cinayət qanunu ilə tövsifində səhvə yol vermişdir. Belə ki, CM-in 263-1.1-ci maddəsinin tələblərinə əsasən şəxs bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda onun əməlində sözügedən maddənin tərkib əlaməti olmuş olur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarətlərini yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərlə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, cinayət Məcəlləsinin 263-1-ci maddəsinin subyektlərindən biri olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsin düzgün müəyyən olunması üçün “X9” Qanunun normaları təhlil olunmalıdır. “X9” Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. “X9” Qanunun 33-cü maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “X9” Qanunun qeyd olunan normasında nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilməlidir. Beləliklə, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası, ilk növbədə, hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi ehtiva edir. Bununla yanaşı, “X9” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Belə ki, həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək. Beləliklə, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi. Göründüyü kimi, “X9” Qanunun yuxarıda qeyd olunan normalarında şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməsi və bu hüququn məhdudlaşdırılması halları dəqiq müəyyən edilmişdir. Beləliklə, qanunvericilikdə göstərilən hallarda nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş və ya bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.3cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 529.3-cü maddəsinin dispozisiyasından da göründüyü kimi, həmin maddənin dispozisiyasında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılmasından ümumiyyətlə məlumatsız olduğunu, belə ki, sürücülük vəsiqəsinin hər zaman özündə olduğunu və həmin sürücülük vəsiqəsi ilə avtomobil idarə etdiyini, hətta yol polisi əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozması səbəbindən saxlanıldığını, hətta bu zaman polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsini, lakin yol polisi əməkdaşları tərəfindən onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilməsi barədə məlumat verilmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən (məktub və reyestrdən) görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı 17 may 2021-ci il tarixli məktub 18 may 2021-ci il tarixli reyestrlə icra edilməsi üçün AR DİN Baş X11 İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş olan cərimələrin siyahısından da görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 iyun 2021-ci il tarixdə İXP4042211, 30 iyun 2021-ci il tarixdə İXP4045800 və 15 avqust 2021-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozduğu üçün inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması barədə ona məlumat verilməmiş və sürücülük vəsiqəsi ondan alınmamışdır. İXM-in 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. İXM-in 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir. İXM-in 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. İXM-in 153.3-cü maddəsinə əsasən xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Göstərilən məsələnin aydınlaşdırılması məqsədi ilə, məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş şifahi vəsatət təmin edilmiş, onun barəsində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarın icra edilib-edilməməsi, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmaması, müsbət halda nəqliyyat vasitəsini idarə etmək hüququnun hansı tarixdən və hansı müddətə qədər məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarə etmək hüququna qoyulmuş məhdudiyyətin götürüldüyü halda hansı tarixdən və hansı əsasla götürülməsi, həmçinin, buna əsas olan məlumatların (sənədlərin) elektron informasiya sistemindən götürülmüş nüsxələrinin məhkəməyə təqdim edilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 Şöbəsinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 Şöbəsi tərəfindən sorğuya verilmiş cavab məktubundan görünür ki, DİN-in Baş X11 İdarəsinin Qeydiyyat –İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AC514478 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixədək 6 (altı) ay müddətinə məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə vermədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyinə görə Azərbaycan Respublikası İXMin 153.3-cü maddəsinin tələblərinə əsasən onun sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmış və müddətin axımı həmin sürücülük vəsiqəsi ondan alındıqdan sonra başlayacaqdır. Yuxarıda qeyd edilənlərdən də, göründüyü kimi Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2021ci il tarixli qərarı ilə məhdudlaşdırılmış, həmin qərarın qanuni qüvvəyə minməsinə və icra edilməsi üçün AR DİN Baş X11 İdarəsinə göndərilməsinə baxmayaraq, sözügedən qərar icra edilməmiş, xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanmışdır. Məhkəmənin təşəbbüsü ilə Təqsirləndirilən şəxs barəsində EQ ******* saylı inzibati tənbehvermə haqqında qərarın İnzibati Xətalar Məcəlləsinin hansı maddəsi ilə qəbul edilməsi, həmin inzibati tənbehvermə haqqında qərar ilə hansı məbləğdə cərimə edilməsi barədə məlumatın, həmçinin, müəyyən edilmiş cərimə məbləği və dəbbə pulunu hansı tarixdə ödəməsi barədə elektron sistemdən çıxarışın məhkəməyə təqdim edilməsi barədə Binəqədi RPİ-nin DYPŞ-nə sorğu ünvanlanmışdır. Sorğuya verilmiş cavab məktubuna əsasən vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 08:20-də Binəqədi şosesində «X9» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələbinə zidd olaraq «Mercedes» markalı Az **-JT-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etməsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və həmin qərar xx.xx.2021-ci il tarixdə icra olunaraq cərimə məbləği dəbbə pulu ilə birlikdə müvafiq qaydada ödənilmişdir. DİN-in DYP protal çıxarışından da görünür ki, Təqsirləndirilən şəxs inzibati cərimə və üzərinə hesablanmış dəbbə pulunu, ümumilikdə 80 manat məbləği xx.xx.2021-ci il tarixdə, saat 15:59-da ödəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına xitam verilmişdir. İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-in 469.3-cü maddəsində göstərilən həmin inzibati xəta yol-hərəkəti qaydaları əleyhinə olan inzibati xəta deyil, İXM-in 36-cı fəslində göstərilən vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaya görə müəyyən edilmiş inzibati cəriməni və dəbbə pulunu ödəməmiş, lakin buna baxmayaraq onun barəsində İXMin 529.3-cü maddəsinin tələblərinə zidd olaraq yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa, məhkəmənin təşəbbüsü ilə Bakı şəhəri Binəqədi RPİ-nin Binəqədi DYPŞ-nə ünvanlanmış olan sorğuya cavaba əsasən məhkəməyə təqdim edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs onun barəsində qəbul edilmiş EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni və dəbbə pulunu 09 aprel 2021-ci il tarixdə saat 15:59-da ödəmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından isə görünür ki, Təqsirləndirilən şəxs EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni və dəbbə pulunu ödəmədiyindən onun barəsində İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və nəqliyyat vasitələrini idarə etmə hüququ 06 ay müddətinə məhdudlaşdırımışdır. Göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən 27 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni və dəbbə pulunu ödəməməsi səbəbindən sürücülük hüququ məhdudlaşdırılan zaman o, artıq həmin cəriməni və dəbbə pulunu ödəmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törədilən zaman nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmamasının müəyyən edilməsi, yuxarıda sadalanan bütün ziddiyyətli məqamlar araşdırılması məqsədi ilə məhkəmə tərəfindən kifayət qədər geniş araşdırma aparılmış və Bakı Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli 3(103)-1058/2023 saylı qərarı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-560/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və həmin qərarda göstərilmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş EQ ******* saylı inzibati cərimə növündə qərarla nəzərdə tutulmuş inzibati cəriməni ödəyib-ödəməsini tam araşdırmamış, Təqsirləndirilən şəxs hələ inzibati xəta haqqında protokolun məhkəməyə baxılması üçün göndərilməsindən öncə yuxarıda qeyd edilən cərimə məbləğini ödəməsini müəyyən etməmiş, sadəcə inzibati xəta haqqında protokol əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək onun nəqliyyat vasitələrini idarə etmək hüququnu 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürülən zaman yol-nəqliyyat hadisəsi törədilən nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edildiyindən ona qarşı CM-in 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməsinə əsas olmuş Bakı şəhəri qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edildiyindən və inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilmir. Elə bu səbəbdən onun tərəfindən törədilmiş əməl CM-in 263-1.1-ci maddəsindən CM-in 263.1-ci maddəsinə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 37-ci bəndində göstərilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Həmin qərarın 38-ci bəndinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsində göstərilir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5 və 349.5.1-ci maddələrinin tələbinə görə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. Yuxarıda sadalanan qanunvericiliyin tələblərini əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-in 263-1.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edən mötəbər sübutlar əldə edilib qiymətləndirilmədən avtomobili idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətməsi kimi qiymətləndirilməsi və əməlin CM-in 263-1.1-ci maddəsi ilə tövsif edilməsi əsassızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli iş üzrə mötəbər sübutlar əldə edilmədən və qiymətləndirilmədən CM-in 263-1.1-ci maddəsinə tövsif edilə bilməz. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməl həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilməlidir. xx.xx.2022-ci il tarixli notarial təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs yol nəqiyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi, mənəvi ziyan, xəstəxana və digər xərclərin onun tərəfindən tam olaraq ödənildiyini, onunla barışdığını, ona qarşı hər hansı iddia və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. CPM-in 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-cü maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Skoda Super B» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 35 (otuz beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 39, 132, 197-198, 318, 344-349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməl həmin Məcəllənin 263.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, «Skoda Super B» markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-126/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-126/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver